Məhkəmə qərarları › İş №e-2-2(3-6)-562/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-562/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-562/2026 07.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı və malgöndərmə müqaviləsi, elektron qaimə, işgüzar adətlər, sübutetmə, yazılı sübutlar, sübutun mötəbərliliyi, sübutun vaxtında təqdim olunmaması, dəbbə pulu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçı“xxxx”MMC-ninnümayəndəsi(vəkili)İsmayılovİlqarVəlioğlunun, cavabdeh Cavabdeh MMC-ninnümayəndəsi(vəkili)vəkil1iştirakıilə “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniqəbuletdi: İşin halları

1. “xxxx” MMC (Təchizatçı) ilə Cavabdeh MMC (Alıcı) arasında ## ### 2022-ci il tarixdə **/** saylı müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndində təsbit olunmuşdur ki, təchizatçı, tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya, özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir. Alıcı öz növbəsində tərəflərin müqaviləyə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını təchizatçı təqdim edəcək, həmçinin tərəflərin qarşılıqlı razılığı əsasında malın alıcıya çatdırılmasını və ya təchizatçının sərəncamında olan anbardan alıcıya təhvil verilməsini təchizatçı həyata keçirəcək. Müqavilə üzrə ödəniş və onun şərtləri tərəflərarasındaayrıcarazılaşdırılacaqvəbumüqaviləyəəlavəolunacaq.

2. Müqavilənin 1.2-ci bəndinə əsasən, malların alıcıya çatdırılmasını şirkətin blankında şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin imzası və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş etibarnamə və/və ya şirkət rəhbərinin və/və ya onun səlahiyyətlərini icra edən şəxsin əmri ilə müvafiq səlahiyyət verilmiş şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil- təslim aktında öz əksini tapacaq.

3. Müqavilənin 1.4-cü bəndinə əsasən, sifariş dəyəri 10000 $ olduqda, ödəniş malların alıcının anbarına göndərildiyi gündən 60 gün ərzində və ya elektron-qaimədə göstərilən məbləğin 100% miqdarında avans olaraq təchizatçının hesablaşma hesabına ödənilir, ödəniş bank vasitəsilə təchizatçının bu müqavilədə qeyd edilmiş bank rekvizitləri üzrə köçürmə yolu ilə Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatında həyata keçiriləcək. Alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmində həmin qaimə üzrə ödəniş tam icra edilənəqədərcərimətətbiqedəcəkdir.

4. Müqavilənin 1.5-ci bəndinə əsasən, qiymətlərə ƏDV daxildir, ƏDV köçürülməsi alıcının ƏDV depozit hesabından təhcizatçının ƏDV depozit hesabına həyata keçirilir. Təhcizatçı ƏDV ödəyicisidir.

5. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ##.##.2022-ci il tarixdə EBCA seriyalı ****** nömrəli, 9897,82 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBCD seriyalı ****** nömrəli 233141,94 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBCD seriyalı ****** nömrəli 55324,78 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBCD seriyalı ****** nömrəli 6140,97 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBCB seriyalı ****** nömrəli 85118,94 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBBZ seriyalı ****** nömrəli 53592,30 manat məbləğində (ƏDV daxil), ##.##.2022-ci il tarixdə EBBW seriyalı ****** nömrəli 93499,66 manat məbləğində (ƏDV daxil) elektron qaimələr göndərilmiş, qaimələrin hər birininəsasıqismində#####2022-ciiltarixli**/**saylımüqaviləgöstərilmişdir.

6. Cavabdeh MMC tərəfindən EBBW seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli (93499,66 manat) və EBBZ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli (53592,30 manat) elektronqaimələrüzrəödənişlərhəyatakeçirilmiş,digərqaimələrüzrəödənişedilməmişdir.

7. “xxxx” MMC-nə məxsus hesabdan çıxarışa görə, Cavabdeh MMC tərəfindən onun hesabına ##.##.2022-ci il tarixdə 76159,66 manat və 53592,28 manat köçürülmüş, ödənişin təyinatı olaraq EBBW seriyalı ****** nömrəli və EBBZ seriyalı ****** nömrəli elektron qaimələrə istinadolunmuşdur.

8. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ##.##.2022-ci il tarixli **/** nömrəli müqavilə üzrə Cavabdeh MMC-nə satılan cəmi malın dəyəri 536716,40 manat, ƏDV dəyəri 81871,99 manat, müqavilə üzrə ödənilmiş əsas borc məbləği 124654,19 manat, müqavilə üzrə ödənilmiş ƏDV borcunun məbləği 22437,75 manat, ödənilmiş cəmi borc 147091,94 manat, ödənilməyən əsas borc 330190,22 manat, ƏDV borcu 59434,24manat,cəriməborcu807075,27manat,cəmiborc1196699,73manattəşkiledir.

9. “xxxx” MMC-nin, X3 və digərlərinin şikayətləri əsasında Yasamal RPİ-nin İŞ-də Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, sonradan cinayət işi üzrə əməl CM-nin 178.4-cü maddəsinə tövsif edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə Qanuni nümayəndə barəsində həbsqətimkantədbiriseçilmişdir.

10. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs kimi dindirildiyi zaman Qanuni nümayəndə bildirmişdir ki, “xxxx” MMC-dən özünün təsis etdiyi və direktoru olduğu Cavabdeh MMC-nin adından təxminən 700 000 manat dəyərində mal almış, 380 000 manat hissəsini ödəmiş, 320 000 manathissəsiniisəödəməmişdir(##.##.2024-cüiltarixlidindirməprotokolu).

11. Cinayət işinin icraatı dövründə Qanuni nümayəndə əlyazısı ilə iltizam yazaraq “xxxx” MMC-dən aldığı 1200 000 (bir milyon iki yüz min) ABŞ dolları dəyərində malların pulunu bir il ərzində tam ödəyəcəyinə dair öhdəlik götürdüyünü bildirmişdir (həmin iltizamda Qanuni nümayəndə özünün təsisçisi olduğu Cavabdeh MMC-nin, qardaşının təsisçisi olduğu “xxxx” MMCnin və fərdi sahibkar kimi arvadı X10 adına təsis olunmuş hüquqi şəxslərin borclarını nəzərdə tutmuşdur).

12. Qanuni nümayəndə barəsində başlanmış cinayət işinin istintaqı sonradan Bakı şəhər BPİ-dədavametdirilmiş,cinayətişiüzrəicraata##.##.2025-ciiltarixliqərarlaxitamverilmişdir.

13. X3 ##.##.2021-ci il tarixdən “xxxx” MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinəişəqəbuledilmiş,əməkmüqaviləsinə##.##.2025-ciiltarixdəxitamverilmişdir.

14. elektron ünvan 1 elektron poçt ünvanından elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə “xxxx” MMC-nin Cavabdeh MMC-nə satdığı malların dəyəri və qalıq borcun məbləği barədə üzləşmə aktı mahiyyətində olan sənədlər göndərilmişdir - həmin sənədin Qanuni nümayəndə tərəfindən təqdim olunan surətində göstərilmişdir ki, ##.##.2023-cü il tarixə Cavabdeh MMC-yə satılmış malın dəyəri 533587,88 manat, ödəniş 326082,37 manat, qalıq borc 207505,51 manat təşkil edir; həmin sənədin “xxxx” MMC tərəfindən təqdim olunan surətində göstərilmişdir ki, ##.##.2023-cü il tarixə Cavabdeh MMC-yə satılmış malın dəyəri 533587,88 manat,ödəniş229082,37manat,qalıqborc304 505,51 manattəşkiledir.

15. “xxxx” MMC-nin sifarişi əsasında Azərbaycan Respublikasının Auditorlar Palatasının auditorları tərəfindən hazırlanmış ##.##.2024-cü il tarixli audit rəyində göstərilmişdir ki, “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixli **/** saylı müqavilə üzrə Cavabdeh MMC-nə ümumi məbləği 536716,40 manat (ƏDV daxil) olan 7 ədəd elektron-qaimə göndərilmiş, Cavabdeh MMC ##.##.2022-ci il tarixdə 76159,66 manat və 53592,28 manat (cəmi 129751,94 manat) ödəniş həyata keçirmiş, X2 depozit hesabına vəsait ödənilməsə də, “xxxx” MMC-nin xəzinəsinə 17340 manat köçürülmüş, beləliklə ümumilikdə ödənilmiş vəsait 147091,94 manat təşkil etmiş, ##.##.2022-ci il tarixli **/** saylı müqavilə üzrə Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixinə 389624,46manatborcuqalmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. “xxxx” MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2022-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsi üzrə 330 190,22 manat əsas borc, 59 434,24 manat ƏDV borcu, 807 075,27 manat cərimə borcu olmaqla cəmi 1 196 699,73 manat borcun və 1388,35 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahişetmişdir.

17. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında ## ### 2022-cü il tarixli **/** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı qiyməti, sayı və xüsusiyyətləri qaimələr ilə müəyyən edilən malları alıcıya satmağı, alıcı isə malların alışını həyata keçirməyi öhdələrinə götürmüşlər. Müqavilə imzalandığı gündən iddiaçı cavabdehə cəmi dəyəri 536 716,40 manat (454 844,41 manat əsas və 81 871,99 manat ƏDV) olan malların satışını icra etmiş, cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 124 654,19 manat, ƏDV borcundan 22 437,75 manat olmaqla, cəmi 147 091,94 manat ödəniş edilmişdir. Cavabdeh 60 gündən çoxdur ki, müqavilə üzrə ödənişləri icra etmir, onun sözügedən müqavilə üzrə # ###### 2025-ci il tarixinə 330 190,22 manat əsas borc, 59 434,24 ƏDV borcu, 807 075,27 manat cərimə borcu olmaqla, cəmi 1 196 699,73 manat borcu vardır. Tərəflər arasında imzalanmış ##.##.2022-ci il tarixli **/** saylı alqı-satqı müqaviləsinin 1.4-cü bəndinə əsasən, alıcı tərəfindən gecikdirilən ödənişə görə təchizatçıya gecikdirilmiş hər təqvim günü üçün icra olunmamış elektron qaimə dəyərinin 0,2% həcmindəhəminqaiməüzrəödəniştamicraedilənəqədərcərimətətbiqediləcəkdir.

18. İddiaçının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdeh 76 159 manat və 53 592 manat ödəniş etmiş, yəni 7 qaimədən 2-si üzrə ödəniş edilmiş, qalan məbləğ isə ödənilməmişdir. Təqdim edilmiş bank hesabından çıxarış da bu faktı təsdiq edir. Cavabdeh işgüzar adətə uyğun olaraq iki qaimə üzrə ödəniş etmişdir, həmin qaimələr üzrə fərqli qayda tətbiq olunduğunu özü sübut etməlidir. Təqdim edilmiş e-mailə münasibətdə hesab edir ki, cavabdeh bu məsələyə özü aydınlıq gətirməlidir, çünki elektron sistemə əlavə olunmuş sənəddə mailin Elnur tərəfindənElnuragöndərildiyigörünür.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, müqavilədə qiymətlə bağlı razılaşma yoxdur, qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları ona təqdim edilməyib, iddiaçının təqdim etdiyi ödəniş sənədləri hamısı saxta sənədlərdir. Həmin sənədlərdə 6 sentyabrda onun iki dəfə ödəniş etdiyi göstərilir. Ancaq təqdim olunan sənədlər saxtadır. Məhkəməyə təqdim edilən flash kartda onun borcu aydın şəkildə əks olunur. İddiaçıya həmin məbləğdən başqa borcu yoxdur. Polis idarəsində verdiyi ifadədə iddiaçıya 320 000 manat borcu qaldığını təsdiq etsə də, həmin ifadələr təsir altında verilib, həqiqəti əks etdirmir, iddiaçıya 207505,51 manat borcu qalmışdır. Qalan məbləğ ödənilmişdir. 400 000 manata yaxın məbləğ nağd şəkildə verilmişdir. Elnur Atakişili tərəfindən göndərilən e-maildə göstərilən məbləği qəbul edir.

20. Cavabdehin məhkəmə iclasında iştirak edən digər nümayəndəsi (vəkili) də eyni məzmundaizahatverərəkqeydolunanlarınnəzərəalınmasınıxahişetmişdir.

21. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, “xxxx” MMC və Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli **/** saylı müqavilə üzrə Cavabdeh MMC-dən 207505,51 manat (ƏDV daxil) əsas borc, 10375,28 manat dəbbə pulu olmaqla, cəmi 217880,79 (iki yüz on yeddi min səkkiz yüz səksən manat yetmiş doqquz qəpik) manat borcun, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 507,88 manatın tutulub “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

22. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:  Tərəflər arasında bağlanmış ## ### 2022-ci il tarixli, **/** saylı müqavilənin 1.1-ci bəndinə əsasən, təchizatçı (iddiaçı) tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən alıcıya (cavabdehə), özünə məxsus olan və üçüncü tərəfin yüklülüyündən azad olan malları təklif edir, alıcı öz növbəsində tərəflərin bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrə əsasən bu malların satışını həyata keçirir. Belə ki, iddiaçı müqavilə üzrə malları cavabdehə təhvil vermiş, cavabdeh satılmış malları qəbul etmiş, onların bir qismi üzrə ödənişləri həyata keçirsə də, digərlərinin dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmişdir. İddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə cavabdehə 7 elektron qaimə göndərilmişdir. İddiaçı hazırda cavabdehə 536 716,40 manat dəyərində mal satıldığına, 2 elektron qaimə üzrə ödənişlərin tam yerinə yetirildiyinə, qalan 5 elektron qaimə üzrə isə malların dəyərinin ödənilmədiyinə istinad edərək 330 190,22 manat əsas borc, 59 434,24 manat ƏDV borcu və hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək ödənişlərin bir qisminin köçürmə yolu ilə, digər qisminin isə nağd şəkildə edildiyini və hazırda iddiaçıya ƏDV daxil 207 505,51 manat ödənilməmiş borcun qaldığını bildirir.

 Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2022-ci il tarixli müqavilənin şərtlərində tərəflər müqavilə üzrə ödəniş və onun şərtlərinin tərəflər arasında ayrıca razılaşdırılacağı və müqaviləyə əlavə olunacağı (1.1), səlahiyyətli şirkət nümayəndələrinin imzaları ilə təsdiq olunacaq qaimədə və/və ya təhvil-təslim aktında öz əksini tapacağı (1.2), ödənişin bank vasitəsilə köçürmə yolu həyata keçiriləcəyi (1.4) barədə razılığa gəlmişlər.

Lakin iddiaçı cavabdeh tərəfindən qəbul edilən məbləğdən (207 505,51 manat) əlavə olaraq satıldığını iddia etdiyi mallara dair təsdiqedici sənədləri (hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq edilmiş qiymət razılaşma protokolu, alış sifarişi, təhvil-  təslim aktı və s.) məhkəməyə təqdim etməmiş, həmçinin iş materiallarına əlavə edilmiş sübutlar əsasında iddiaçı tərəfindən cavabdehə mübahisələndirilən müqavilə əsasında konkret olaraq hansı miqdarda, çeşiddə və dəyərdə malın satıldığını müəyyən etmək mümkün olmamışdır.

 Cavabdehin AR DİN-də təqsirləndirilən şəxs qismində verdiyi izahatda qeyd etdiyi Cavabdeh MMC-nin “xxxx” MMC-dən təxminən 700 000 manat dəyərində mal alması, 380 000 manat məbləği ödəməsi, 320 000 manat borcun qalması” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehə 536 716,40 manat dəyərində mal satdığını qeyd etmiş, lakin cavabdeh izahatında 700 000 manat dəyərində mal aldığını bildirmişdir. Bu səbəbdən izahatda qeyd olunan 320 000 manat borcun bütövlükdə məhz mübahisə predmetini təşkil edən ##.##.2022-ci il tarixli müqavilə üzrə qalıq məbləğ olması faktı məhkəmə araşdırmasının gedişində sübuta yetirilməmişdir. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçıya 400 000 manat məbləği nağd şəkildə ödədiyi və 207 505,51 manat borcun qaldığını bildirmişdir.

 Bundan əlavə iddiaçının nümayəndəsi Elnur Atakişili tərəfindən ##.##.2023-cü il tarixdə elektron poçt ünvanı vasitəsi cavabdehin nümayəndəsi Qanuni nümayəndə göndərilən sənəddə ##.##.2023-cü il tarixə Cavabdeh MMC-yə satılmış malın həcminin 533 587,88 manat, ödənişin 326 082,37 manat, qalıq borcun isə 207 505,51 manat təşkil etdiyi qeyd olunmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin "istinad olunan sənədin Elnur Atakişili tərəfindən öz-özünə göndərilməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim olunmuş maddi daşıyıcının (flash kart) tədqiqi zamanı müəyyən olunmuşdur ki, e-mail elektron ünvan 1 elektron poçt ünvanından elektron ünvan 2 elektron poçt ünvanına göndərilmiş, həmin şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olması faktı isə iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, işəgötürən "xxxx” MMC və işçi X3 arasında bağlanan ##.##.2021ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi ##.##.2021-ci il tarixdən xxxx MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır.

 Beləliklə, iddiaçı şəxsən nümayəndəsi vasitəsi ilə cavabdehə elektron poçt ünvanı vasitəsi ilə göndərdiyi sənəddə qalıq borcun 207 505,51 manat təşkil etdyini göstərmişdir.

 İddiaçı tərəfindən təqdim edilən elektron qaimələr ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.

 “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

 Yuxarıda göstərilən hüquq normalarının məzmunundan da göründüyü kimi qanunvericilik elektron qaimə-fakturaları elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədi olaraq müəyyən etmiş və onların malların təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməsini nəzərdə tutmuşdur.

 Bu baxımdan, hazırkı iş üzrə təqdim edilmiş elektron qaimə fakturaların avtomatik olaraq proqram təminatı tərəfindən təsdiq edildiyini və cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qaimələr iddianın əsasını təşkil edən müqavilənin şərtləri, habelə iş üzrə təqdim edilmiş digər sübutlar və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika ilə birlikdə təhlil edilməlidir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 330 190,22 manat mala dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil-qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir.

 Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı müəyyən etmək mümkün olmamışdır.

 Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilməli cavabdehdən iddiaçın xeyrinə 207 505,51 (ƏDV daxil) manat tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

 Bundan başqa, iddiaçı tələbində tərəflər arasında bağlanan müqavilənin 1.4-cü bəndinə əsasən 807 075,27 manat cərimə borcunun tutulmasını xahiş edir.

 Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 10 375,28 manat məbləğində dəbbə pulu tutulmalıdır.

 Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 207 505,51 manat (ƏDV daxil) əsas borc, 10 375,28 manat dəbbə pulu olmaqla, cəmi 217 880,79 manat borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

 Bundan əlavə iddiaçı tələbində 1388,35 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş edir və qeyd edilən ödəniş iş materialları ilə öz təsdiqini tapır.

23. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 181.2-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 442-ci, 460.1-ci, 462.3-cü, 467-ci, 567-ci, 570.2-ci, 577.2-ci, 600.2-ci, 600.4-cü, 601.1-ci, 627.1-ci, Mülki Prosessual Məcəllənin 81-ci, 89.3-cü və 106.3-cü maddələrinə, Nazirlər Kabinetinin 2021-ci il ## ###### tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci, 1.3-cü, 2.5.3-cü, 3.1-ci, 3.2-ci, 3.3-cü, 3.3-cü, 3.4cü,3.5-ci, 3.6-cıbəndlərinəistinadetmişdir.

24. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İşin taktiki halı odur ki, iddiaçı “xxxx” MMCilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli **/** saylı müqaviləyə əsasən cavabdehə 7 elektron qaimə üzrə mallar satılmış və satılan malın cəmi dəyəri ƏDV daxil 536 716.40 manat təşkil etmişdir. Həmin elektron qaimələr ƏDV daxil aşağıdakı kimidir. 1. EBBW seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 93 499.66 manat, (ödənilib); 2. EBBZ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 53 592.30 manat, (ödənilib); 3. EBCA seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 9897,82 manat; 4. EBCB seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 85 118.94 manat; 5. EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 233141,94 manat; 6. EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli – 55324,78 manat; 7. EBCD seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli - 6140.97 manat. Cavabdehə göndərilən EBBW seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli və EBBZ seriyalı ****** nömrəli ##.##.2022-ci il tarixli 2 qaimə üzrə ƏDV daxil 147091,94 manat ödəniş olmuş, qalan beş qaimə üzrə 389 624,46 (əsas borc 330190,22 manat, ƏDV borcu 59434,24 manat) ödəniş olmamışdır. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ona qaimə üzrə verilmiş malları qəbul etdiyini, lakin həmin dövrdə “Marvel Azerbaijari’ MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi işləmiş X3hnun elektron poçt ünvanından ## ###### 2023-cü il tarixdə cavabdehin nümayəndəsi Qanuni nümayəndə elektron poçt ünvanına göndərilən hesabatında olan 207505,51 manat məbləğində borcu qəbul etdiyini və 400 000 manata yaxın məbləği nağd şəkildə ödədiyini bildirmişdir. Həmçinin cavabdehin nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə sübut olaraq maddi daşıyıcıda (flash kart) elektron ünvan 1 elektron poçt ünvanı tərəfindən elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilən e-mail və ona əlavə olunan sənədi özü izah edərək video qeydiyyatına almış və həmin maddi daşıyıcını məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi maddi daşıyıcıya və ona əlavə olunmuş sənədlərə istinad edərək qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsi ilə razılaşmayaraq bildirirəm ki, “xxxx” MMC-nin işçisi olmuş Elnur Atakişili tərəfindən elektron ünvan 3 elektron poçt ünvanından cavabdehin nümayəndəsi Qanuni nümayəndə elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilmiş sənədi Qanuni nümayəndə redaktə edərək məbləğləri dəyişdirmiş və borc məbləğini azaltmışdır. Belə ki, həmin sənədə əsasən “xxxx” MMC-nin nümayəndəsi olmuş Elnur Atakişili ##.##.2023-cü il tarixə Cavabdeh MMC ilə aparılmış malların dövriyyəsi, ödənişi və borcu barədə cavabdehə göndərilmiş hesabatı ilə müəyyən olunur ki, cavabdehə ##.##.2022-ci il tarixdə verilmiş 55324,78 manat məbləğində malların pulu ödənilmədiyi halda, cavabdehin nümayəndəsi həmin məbləğin guya 35 300 manatını ödəməsi kimi redakdə etmiş, həmçinin ##.##.2022-ci il tarixdə verilmiş 233141,94 manat məbləğində malların pulu ödənilmədiyi halda, cavabdeh həmin məbləğin də guya 61 700 manatını ödəməsi kimi redakdə edərək məhkəməyə təqdim etmişdir. Bununla da cavabdehin nümayəndəsi Qanuni nümayəndə özündə olan və məhkəməyə üzləşmə aktı kimi təqdim etdiyi sənədi redaktə edərək borcdan yayınmaq məqsədi ilə 97 000 (35 300 + 61 700 = 97 000) manat məbləği ödənilmiş kimi göstərmişdir. “xxxx” MMC-nə auditor xidməti göstərilməsi haqqında müqaviləyə əsasən MMC-ə audit yoxlaması aparılmış və ## ##### 2024-cü il tarixli audit yoxlamasının nəticəsi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin “xxxx” MMC-nə olan debitor borcu 389 624,46 manat təşkil edir. Bundan başqa “xxxx” MMC-nin, X3 və digərlərinin şikayətləri əsasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə barəsində Azərbaycan Respublikası CM-nin 178.4cü maddəsi ilə Yasamal RPİ-nin İŞ-də cinayət işi başlamış və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs kimi ##.##.2024-cü il tarixli dindirmə protokolunda Qanuni nümayəndə bildirmişdir ki, “xxxx” MMC-dən özünün təsis etdiyi və direktoru olduğu Cavabdeh MMC-nin adından təxmini 700 000 manat dəyərində mal alıb, 380 000 manat hissəsini ödəmiş, 320 000 manat hissəsini isə ödəməmişdir. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmədə izahatında bildirmişdir ki, polis idarəsində verdiyi ifadəsində iddiaçıya 320000 manat borcu qaldığını təsdiq etsə də, həmin ifadələr təsir altında verilmiş və həqiqəti əks etdirmir (qətnamə bənd 4). Halbuki, Qanuni nümayəndə Polis İdarəsində ifadəni müdafiəçinin iştirakı ilə vermişdir. Qanuni nümayəndə öz əli ilə iltizam yazaraq “xxxx” MMC-dən aldığı 1200 000 (bir milyon iki yüz min) ABŞ dolları dəyərində malların pulunu bir il ərzində tam ödəyəcəyinə dair öhdəlik götürmüşdür (Qanuni nümayəndə 1200 000 ABŞ dolları borcu olması barədə yazdığı iltizamı qeyd edərkən, öz adına təsis etdiyi Cavabdeh MMC, qardaşının adına “xxxx” MMC və fərdi sahibkar kimi arvadı X10 adına təsis etdiyi 3 hüquqi şəxsi nəzərdə tutmuşdur). Daha sonra Qanuni nümayəndə barəsində başlanmış cinayət işinin istintaqı Bakı şəhər BPİ-də davam etdirilmiş və cinayət işi üzrə icraata ##.##.2025-ci il tarixli qərarla xitam verilmişdir. Cavabdehin sübut kimi məhkəməyə təqdim etdiyi email vasitəsilə ##.##.2023-cü il tarixdə göndərilmiş üzləşmə aktından sonra, yəni 2024-cü ildə həmin sənədi göndərmiş X3 BPİ-də zərərçəkmiş kimi ifadə verərkən bildirmişdir ki, ## ### 2022-ci il tarixdə Cavabdeh MMC-nin baş direktoru Qanuni nümayəndələ“xxxx”MMC-ninadındanmüqaviləbağlayaraq2023-cüilinmartayınakimiQanuni nümayəndə ümumi dəyəri 536716,40 manat olan mallar satılmışdır. Qanuni nümayəndə satılan malların ƏDV daxil 147091,09 manatını ödəmiş, 389 624,46 manatını ödəməmişdir (xitam qərarı səh. 13). Bakı şəhər BPİ-də təqsirləndirilən şəxs qismində dindirilərkən Qanuni nümayəndə bildirmişdir ki, özünün təsis etdiyi və direktoru olduğu Cavabdeh MMC-nin adından təxmini 700 000 manat dəyərində mal alıb, 380 000 manat hissəsini ödəmiş, 320 000 manat hissəsini isə ödəməmişdir (xitam qərarı səh 4). Yəni Qanuni nümayəndə özü istintaq dövründə Cavabdeh MMCnin “xxxx” MMC-ə 320 000 manat borcu qaldığını etiraf etmişdir. Qanuni nümayəndə istintaqda əlavə ifadə verərkən borclu olduğu məbləği azaldaraq Cavabdeh MMC-nin 125 000 manat borcu qaldığını bildirmişdir (xitam qərarı səh 33). Lakin hazırki kommersiya işi üzrə isə 207505,51 manat məbləğində borcu olduğunu qeyd etmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi Qanuni nümayəndə borc barədə ziddiyyətli izahatları və məhkəməyə təqdim etdiyi redaktə olunmuş hesabatı borcdan yayınmaq məqsədi daşımışdır. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi polis idarəsində verdiyi izahatı təkzib edərək iddiaçıya 400 000 manat məbləğində pulu nağd şəkildə ödədiyini və 207 505.51 manat borcun qaldığını bildirmişdir (qətnamə bənd 22). Cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmədə izahatında 700 000 manat məbləğində mal almasını özü bildirsə də, aldığı malların 400 000 manatını nəğd şəkildə ödədiyini və 207505,51 manat məbləğində borcu qaldığını qeyd etmiş, lakin qalan məbləğin açıqlamasını verə bilməmişdir (700 000 - 400 000 - 207 505,51 = 92 494,49). Qeyd edildiyi kimi iddiaçı “xxxx” MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərin (elektron qaimələr, audit rəyi, Qanuni nümayəndə Yasamal RPİ-nin lŞ-də verdiyi ifadə, özünün yazdığı iltizam, Bakı şəhər BPİ-də verdiyi ifadə, cinayət işi üzrə icraata xitam qərarında digər zərərçəkmiş şəxslərin ifadələri, o cümlədən X3 ifadəsi, bank vasitəsi ilə aparılan köçürmələr) olmasına baxmayaraq, birinci instansiya məhkəməsi sübutları düzgün tətqiq etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə 330 190,22 manat mallara dair elektron qaimələr göndərilsə də, tərəflər arasında həmin məbləğdə mallara dair təhvil qəbul aktı tərtib edilməmişdir, bu səbəbdən qaimə-fakturalar həmin məbləğdə malların cavabdehə faktiki təhvil verilməsi faktını təsdiq etmək üçün kifayət hesab edilmir (qətnamə bənd 29). Əlavə olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar və tərəflərin verdikləri izahatlar birbiri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə araşdırması zamanı mübahisə predmetini təşkil edən müqavilə üzrə ödənişlərin icrası və malların faktiki təqdim edilməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərində formalaşmış praktikanı müəyyən etmək mümkün olmamışdır (qətnamə bənd 30). Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edirəm ki, cavabdehin nümayəndəsi malların təhvil alınması ilə bağlı heç bir mübahisə yaratmır və bildirir ki, mallar cavabdehə təhvil verilmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin cavabdehin mübabisələndirdiyi hissə malların dəyərinin nəğd şəkildə ödənişi ilə bağlıdır. Halbuki, cavabdehin nümayəndəsi nəğd şəkildə ödəniş etməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Bu hal məhkəmə tərəfindən əsas diqqət yetirilməli məqamdır. “xxxx” MMC-nin nümayəndəsinin cavabdehin nümayəndəsinə göndərdiyi ##.##.2023cü il il tarixli e-mail yazışması olan yazılı sübutun həqiqiliyi sübuta yetirilmədiyinə görə məhkəmə tərəfindən iş üzrə toplanmış digər sübutlarla yanaşı düzgün yoxlanılmamış, düzgün qiymətləndirilməmiş və qətnamə işin həqiqi hallarına uyğun əsaslandırmamışdır. Məhkəmə yalnız cavabdehin nümayəndəsinin izahatına və məhkəməyə təqdim etdiyi özünün redaktə etdiyi sənədə istinad etmiş, həmin sübutun mötəbərliyinə və digər sübutlarla əlaqəli şəkildə təhlil etməmişdir. “xxxx” MMC ilə işçi X3 arasında bağlanmış əmək müqaviləsinə əsasən ##.##.2021-ci il tarixdən “xxxx” MMC-də pərakəndə ticarət üzrə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Elnur Atakişili “xxxx” MMC-də işləmədiyi üçün elektron ünvan 1 elektron poçt ünvanından cavabdehin nümayəndəsi Qanuni nümayəndə elektron ünvan 2 elektron poçt ünvanına ##.##.2023-cü il tarixdə göndərilmiş sənədin əslini sübut kimi məhkəməyə təqdim etmək mümkün olmamışdır. X4 ilə əlaqə yaratmaq mümkün olmamışdır. Belə ki, eyni ayda Bakı Kommersiya Məhkəməsinin icraatında “xxxx” MMC-nin Qanuni nümayəndəvəarvadıSevdaQarayevayaqarşıeyniməzmunludigərbirkommersiyamübahisəsi üzrə məhkəmə tərəfindən şahid qismində dəvət edilmiş X3 ünvanına və mobil telefonuna SMS vasitəsilə rəsmi bildirişlər göndərilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Elnur Atakişili ilə ##.##.2026-cı il tarixdə əlaqə yaradılmış, həmin sənədin əslini Elnur Atakişili özü izah edərək video qeydiyyata almış və “xxxx” MMC-nə təqdim etmişdir. Həmin sənədə əsasən borc 304 505,51 manat göstərilmişdir. X3 apellyasiya instansiya məhkəməsində şahid kimi iştirak edə biləcəyini və istifadəsində olan *** *** ** ** mobil telefon nömrəsinə SMS bildirişi göndəriləcəyi halda məhkəməyə gələcəyini, iş üçün lazım olan hallara aydınlıq gətirə biləcəyini bildirmişdir. İş üzrə birbaşa cavabdehlə hesabatı Elnur Atakişiliapardığıüçünməhkəməyəşahidkimiçağrılmasıvacibdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

25. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı, izahatlar

26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili)isəşikayətinəsassızolduğunubildirmişdir.

27. Əvvəlki məhkəmə iclasında iştirak edən Qanuni nümayəndə verilən suallara cavab olaraq bildirmişdir ki, Elnur Atakişili tərəfindən ona göndərilən elektron məktubun yer aldığı e-maili təqdimedəbilmir,çünkükomputerinisatmışdır,elektronpoçtununparolunuisəunutmuşdur.

28. İddiaçının nümayəndəsi suallara cavab olaraq bildirmişdir ki, Elnur Atakişili tərəfindən Qanuni nümayəndə elektron məktub göndərildiyini qəbul edirlər, lakin həmin məktubda qalıq qalıq borc207505,51manatdeyil,304 505,51 manatolaraqgöstərilmişdir.

29. Apellyasiya baxışı zamanı şahid qismində dindirilən Elnur Atakişili ifadəsində bildirmişdir ki, həqiqətən də Qanuni nümayəndə sözügedən elektron məktubu göndərmiş, məktubdakı məlumatlar ona “xxxx” MMC-nin Maliyyə bölməsi tərəfindən təqdim olunmuş, bu məlumatları olduğu kimi Qanuni nümayəndə “forward” etmişdir. Lakin Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi həmin sənəddə düzəliş olunmuşdur, belə ki, onun göndərdiyi məktubda borc qalığı 207505,51 manat deyil, 304505,51 manat olaraq göstərilmişdir. Məktubu göndərdiyi elektron poçt korporativ olduğu və o, hazırda “xxxx” MMC-də işləmədiyi üçün həmin elektron poçtu nümayiş etdirə bilmir, lakin “xxxx” MMC istəsə bunu edə bilər – çünkü ona müvafiq məlumatı göndərən şəxslər hazırda da MMC-də işləyirlər və həmin məlumat ən azından onların elektron poçtlarındaqalmalıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindənasılıolmayaraq,işgüzaradətsayılır.

31. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.

32. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.

36. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.

37. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzaradətlərəvəyaadətənirəlisürüləndigərtələblərəmüvafiqsurətdəhərəkətetməlidir.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

40. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.

41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

42. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçünməsuliyyətdaşımırsa,kreditordəbbəpulununödənilməsinitələbedəbilməz.

43. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

44. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

45. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

46. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin427-cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdəhəyatakeçir.

47. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmişmalınqaytarılmasınıtələbedəbilər.

48. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdənötrüşərtləşdirilmişmüddətdəvəyamüddətlərdəalıcıyaverməyiöhdəsinəgötürür.

49. Maddə 629.1. Tərəflər göndərmə müqaviləsinin qüvvədə olduğu müddət ərzində malların ayrı-ayrı partiyalar ilə göndərilməsini nəzərdə tutduqda və bu partiyaların göndərilməsi müddətləri (göndərmə dövrləri) müqavilədə müəyyənləşdirilmədikdə, mallar, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə,bərabərpartiyalariləaybaaygöndərilməlidir.

50. Maddə 629.2. Göndərmə müqaviləsində göndərmə dövrləri ilə yanaşı malların göndərilməsicədvəlidə(ongünlük,günlük,saatlıqvəi.a.)müəyyənləşdiriləbilər.

51. Maddə 629.3. Mallar alıcının razılığı ilə vaxtından qabaq göndərilə bilər. Vaxtından qabaq göndərilmiş və alıcı tərəfindən qəbul edilmiş mallar növbəti dövrdə göndərilməli olan mallarınmiqdarınadaxiledilir.

52. Maddə 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədəalıcıkimigöstərilmişşəxsəmallarıyollama(vermə)üsuluiləgöndərir.

53. Maddə 630.2. Göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir).

54. Maddə 630.3. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa, o, mal göndərənə göndərmə dövrünün çatmasınaəngeciotuzgünqalmışverilməlidir.

55. Maddə 630.4. Alıcının yollama sərəncamını müəyyənləşdirilmiş müddətdə verməməsi mal göndərənə ya göndərmə müqaviləsinin icrasından imtina etmək, ya da alıcıdan malları ödəməyi tələb etmək hüququ verir. Bundan başqa, mal göndərən yollama sərəncamının verilməməsiiləəlaqədardəyənzərərinəvəzininödənilməsinitələbedəbilər.

56. Maddə 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatlavəmüqavilədəmüəyyənləşdirilmişşərtlərləçatdırır.

57. Maddə 631.2. Müqavilədə malların hansı nəqliyyat növü ilə və ya hansı şərtlərlə çatdırıldığının müəyyənləşdirilmədiyi hallarda nəqliyyat növünü seçmək və ya malların çatdırılması şərtlərini müəyyənləşdirmək hüququ, əgər qanunvericilikdən, öhdəliyin mahiyyətindən və ya işgüzar dövriyyə adətlərindən ayrı qayda irəli gəlmirsə, mal göndərənə mənsubdur.

58. Maddə 631.3. Göndərmə müqaviləsində alıcının (mal alanın) malları mal göndərənin olduğu yerdə alması (malların seçilməsi) nəzərdə tutula bilər. Əgər müqavilədə malların seçilməsi müddəti nəzərdə tutulmayıbsa, alıcı (mal alan) malları onların hazır olduğu barədə malgöndərəndənbildirişaldıqdansonraağlabatanmüddətdəseçməlidir.

59. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyatakeçirilir.

60. Maddə 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələbedəbilər.

61. Maddə 637.3. Göndərmə müqaviləsində malların komplektə daxil olan ayrı-ayrı hissələrlə göndərilməsi nəzərdə tutulduqda, alıcı malları, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa,komplektədaxilolansonuncuhissəyollandıqdan(seçildikdən)sonraödəyir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0# ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

62. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxiliyerdəyişməsininrəsmiləşdirilməsinitəsdiqedənilkinuçotsənədidir.

63. Bənd 3.1. Vergi ödəyicisibu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanıelektron formada göndərir.Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanıelektronformadatərtibedərəktəsdiqedir.

64. Bənd 3.2. Elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmışelektronkabinetinəgöndərilir.

65. Bənd 3.3. Cari elektron qaimə-faktura(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

66. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cuyarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

69. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

71. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar vəsairsənədvəmateriallardır.

72. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərinhəqiqiliyinimüəyyənetməkmümkünolsun.

73. Maddə 89.3.Yazılısübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuşçıxarıştəqdimedilir

74. Maddə 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

75. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

76. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.

77. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

78. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

79. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

81. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlıapellyasiyaşikayətivermişdir.

Məhkəmə kollegiyasının mövqeyi

82. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillərinişinhallarınauyğunolmamasınayolaçmışdır.

83. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı və malgöndərmə ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyini bildirdiyi malların dəyərinin ödənilməsiniistəyir.

84. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasınıtələbetməkhüququverir.

85. İddiaçı, cavabdehə cəmi dəyəri 536 716,40 manat (454 844,41 manat əsas və 81 871,99 manat ƏDV) olan malları satdığını, cavabdeh tərəfindən həmin mallar üzrə əsas borcdan 124 654,19 manat, ƏDV borcundan 22 437,75 manat olmaqla, cəmi 147 091,94 manat ödəniş edildiyini iddia etmiş, cavabdeh isə iddiaçıya 400 000 manata yaxın məbləği nağd şəkildə ödədiyini, 207505,51 manat borcu qaldığını, Elnur Atakişili tərəfindən göndərilən e-mailin bu faktı təsdiqetdiyiniirəlisürmüşdür.

86. Mülki prosesdə sübutetmə predmeti - işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normalarının məzmunuiləmüəyyənolunur.

87. İşin mübahisəsiz halları dedikdə, MPM-in 82-ci maddəsində göstərilən hallar, tərəflərin etiraf etdiyi faktlar və mübahisələndirmədiyi hallar başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə mübahisə tərəfi əks tərəfin bildirdiyi hər hansı hala və ya hallara münasibət bildirmədikdəhəminhallarişinmübahisəsizhallarınaaidedilir.

88. İşin mübahisəli halları dedikdə isə bir tərəfin bildirdiyi hallara əks tərəfin etiraz etməsi, yəni onların həqiqətə uyğun olmaması, təhrif edilməsi və s. əsaslarla həqiqiliyinin şübhə altına alınmasıbaşadüşülür.

89. İşin mübahisəsiz halları sübutetmədən azad olduğuna görə həmin hallar sübutetmə predmetinə daxil edilmir. Bununla yanaşı, MPM-in 81-ci maddəsində göstərilən hallar işin mübahisəsiz hallarına aid edilə bilməz və yalnız müəyyən sübutetmə vasitələri ilə təsdiq edilə bilər.

90. Beləliklə, sübutetmə predmetinə yalnız işin mübahisələndirilən halları, habelə MPM-in 81-cimaddəsinintəsirialtınadüşənhallaraidedilir.

91. Hazırkı işdən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 7 elektron qaimə əsasında mallar təqdim edilmiş, bu qaimələrin bir hissəsi üzrə ödənişlər bank köçürmələri ilə həyata keçirilmiş, cavabdeh malların qəbulunu ümumilikdə mübahisələndirməmiş, mübahisə yalnız ödənişlərin həcmi və qalıq borcun miqdarı ilə məhdudlaşmışdır.

92. Bu baxımdan, öhdəliyin yaranması və malların təqdim edilməsi faktı iş üzrə mübahisəsizhalkimiqəbuledilməlidir.

93. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sübutları formal şəkildə qiymətləndirmiş,onlarınqarşılıqlıəlaqəsinivəməcmutəsirininəzərəalmamışdır.

94. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən əsas sübutlar elektron qaimələr, bank köçürmələri üzrə ödəniş sənədləri, ##.##.2023-cü il tarixli elektron yazışma, audit rəyi və cavabdehin qanuni nümayəndəsinincinayətişininistintaqızamanıverdiyiizahatlardanibarətdir.

95. Bu sübutlar qarşılıqlı şəkildə qiymətləndirildikdə cavabdehin müqavilə üzrə əhəmiyyətli məbləğdə borcunun mövcudluğu təsdiq olunur. Xüsusilə, audit rəyi üzrə müəyyən edilmiş 389 624,46 manat qalıq borc maliyyə dövriyyəsinin peşəkar yoxlanışı nəticəsində formalaşmış və iş materiallarıiləziddiyyəttəşkiletməyənsübutdur.

96. Cavabdehin istinad etdiyi ##.##.2023-cü il tarixli elektron yazışma isə iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən cavabdehə göndərilmiş olsa da, birincisi, həmin sənədin cavabdehin təqdim etdiyi məzmunda olmasının həqiqiliyini müəyyən etmək mümkün olmamışdır (cavabdeh bunu sübut edə bilməmişdir), digər tərəfdən həmin yazışma ilkin uçot sənədlərinə və qaimə dövriyyəsinə əsaslanmır və sonradan aparılmış audit yoxlamasının nəticələrinə uyğun gəlmir,habeləmaliyyədövriyyəsinintambalansınıəksetdirmir.

97. Bu səbəblə həmin yazışma borcun yekun və dəyişməz həcmini müəyyən edən sübut kimiqəbulediləbilməzvədigərmötəbərsübutlarlabirlikdəqiymətləndirilməlidir.

98. Bununla belə nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi həmin yazışmanın mövcudluğunu qəbul etmiş, lakin onun məzmununun “##.##.2023-cü il tarixə Cavabdeh MMC-yə satılmış malın dəyəri 533587,88 manat, ödəniş 229082,37 manat, qalıq borc 304 505,51 manattəşkiledir”kimiolduğunubildirmişdir.

99. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin yalnız cavabdehin etirafına əsaslanmaqla 207 505,51 manat məbləğini əsas götürməsi sübutların natamam qiymətləndirilməsinə əsaslandığından qanuni və əsaslı hesab oluna bilməz; elektron qaimələr üzrə ümumi dövriyyə, qismən icra edilmiş ödənişlər, audit rəyi, cavabdehin istintaq ifadələrindəki etiraf xarakterli məlumatlar və iddiaçının elektron yazışma ilə bağlı mövqeyi nəzərə alınmaqla,cavabdehiniddiaçıyaolanborcu304 505,51 manat məbləğindəmüəyyənedilməlidir.

100. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, sözügedən elektron yazışmanın müəllifi olan və yazışmanın aparıldığı dövrdə “xxxx” MMC-də satınalmalar üzrə səlahiyyətli şəxs olduğu mübahisələndirilməyən Elnur Atakişili apellyasiya baxışı zamanı dindirilərkən Qanuni nümayəndə həmin məktubu göndərdiyini, məktubdakı məlumatların ona “xxxx” MMC-nin Maliyyə bölməsi tərəfindən təqdim olunduğunu, məktubda borc qalığının 304505,51 manat olaraq göstərildiyini təsdiqləmişdir; həm bu hallar, həm də iddiaçının sözügedən məktubda borc məbləğinin hansı səbəblə 304505,51 manat göstərildiyinin ağlabatan izahını verməməsi isə, cavabdehin “nağd ödənişlər etmişəm” dəlilinin qismən olsa belə həqiqət ola biləcəyi təəsüratını yaradır.

101. İddiaçının “807 075,27 manat cərimənin cavabdehdən tutulması” tələbini kollegiya qismənəsaslıhesabedir:

102. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbəpulununməbləğiniazaldabiləcəyinitəsbitetmişdir.

103. Bu kontekstdə kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 15 000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Bu məbləği ədalətli hesab edərkən kollegiya, cavabdehin aldığı malların dəyərinin çox böyük hissəsini ödədiyini və qalıq borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçının məruz qaldığı maddiitkilərinəzərəalır.

104. Məhkəmə xərclərinə də münasibət bildirən kollegiya, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumlarının müvafiq hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməsini məqsədəuyğun sayır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

105. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

“xxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbiqisməntəminedilsin. ##.##.2022-ci il tarixli **/** saylı müqavilə üzrə Cavabdeh MMC-dən 304 505,51 manat (ƏDV daxil) əsas borc, 15 000 manat dəbbə pulu, idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 1000 manat dövlət rüsumu olmaqla cəmi 320505,51 (üç yüz iyirmi min səkkiz beş yüz beş manat51qəpik)manattutulub“xxxx”MMC-ninhesabınaödənilsin. İddiatələbiqalanhissədətəminolunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 400 (dördyüz)manatCavabdehMMC-dənalınıb“xxxx”MMC-nəödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar