Məhkəmə qərarları › İş №e-2-2(3-6)-567/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-567/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-567/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxx ASC-nin “Sumqayıt” filialı ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixində bağlanmış № L****** saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış ##.##.2023-cü il tarixli № L******/0001 saylı kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə banka olan 48211,71 əsas, 954,15 AZN faiz, 5 647.66 AZN cərimə borcu olmaqla, cəmi borcu 54813,52 borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün tərəfimizdən ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 259.03 AZN (iki yüz əlli doqquz manat üç qəpik) məbləğində dövlət rğsumunun cavabdehlərdən (borcalan - cavabdeh2, zamin və ipoteka qoyan - cavabdeh1, zamincavabdeh3) tutularaq xxxx ASC-yə ödənilməsi, Həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan * saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına xxxx ASC-yə olan borcun ödənilməsi, ##.##.2023-cü il tarixli Ns L******/Q001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə (borcalan - cavabdeh2, zamin və ipoteka zamincavabdeh3) tutularaq xxxx-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ##.##.2023-cü il tarixli №L******/0001 saylı kredit müqaviləsi üzrə 48211,71 manat əsas borc, 954,15 manat faiz borcu, 2411 manat dəbbə pulu olmaqla cəmi 51576,86 manat borc məbləği, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün xərcin əvəzi olaraq 51 manat və dövlət rüsumunun əvəzi olaraq 245 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Tələb üzrə tutma cavabdeh cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, 36 mənzilə (Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 88, m12, mənzil 3) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 250.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı “xxxx” ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 müştərək tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh3 tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(113)-421/2025 qətnaməsindən appelyasiya şikayəti verilmiş və iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *- *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- ***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qətnaməsindən kassasiya şikayəti verilmişdir. İş ##.##.2026-cı il tarixdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli 2-2(1-80- ***/**** saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və dəbbə pulu, fazilər silinsin və borc məbləği ödəniş nəzərə alınmaqla azaldılaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinə məktub ünvanlanmış və ##.##.2026-cı il tarixdə iş Bakı Kommersiya Məhkəməsinə geri göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı “xxxx” ASC-nin cavabdeh cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(113)- ***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən ##.##.2026-cı il tarixində verilmiş apellyasiya şikayətin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ## ### 2026-ci il tarixində cavabdeh cavabdeh2 şikayət verərək, Bakı Kommersiya məhkəməsinin e-*-*(***)-***/**** saylı qərardadı ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxxxASC-nin “Sumqayıt” filialı ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixindəbağlanmış № L****** saylı kredit limiti müqaviləsinə əsasən bağlanmış ##.##.2023cü iltarixli № L******/0001 saylı kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə banka olan48211,71 əsas, 954,15 AZN faiz, 5 647.66 AZN cərimə borcu olmaqla, cəmi borcu 54813,52borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçüntərəfimizdən ödənilən 51 AZN (əlli bir manat) məbləğində rüsumun, 259.03 AZN (iki yüz əllidoqquz manat üç qəpik) məbləğində dövlət rğsumunun cavabdehlərdən (borcalan cavabdeh2, zamin və ipoteka qoyan - cavabdeh1, zamin cavabdeh3) tutularaq xxxx ASCyə ödənilməsi, Həmin məbləğlərini poteka ilə yüklü edilmiş, cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu,Zərgərpalan küçəsi, ev 100, mənzil 36, Yeni qaydalarla: AZ1009, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138.9 kv.m. ibarət olan * saylımənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilənməbləğ hesabına xxxx ASCyə olan borcun ödənilməsi, ##.##.2023-cü il tarixli NsL******/Q001 saylı kredit müqaviləsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə (borcalan - cavabdeh2, zamin və ipoteka zamin-cavabdeh3) tutularaq xxxx-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2- 2(113)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1müştərək qaydada ##.##.2023-cü il tarixli №L******/0001 saylı kredit müqaviləsi üzrə 48211,71 manat əsas borc, 954,15 manat faiz borcu, 2411 manat dəbbə pulu olmaqla cəmi51576,86 manat borc məbləği, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydəalınması üçün xərcin əvəzi olaraq 51 manat və dövlət rüsumunun əvəzi olaraq 245 manattutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin.Tələb üzrə tutma cavabdeh cavabdeh1Ağa oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 100, 36 mənzilə(Yeni qaydalarla: AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 88, m12, mənzil3) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 250.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçı İddiaçı ASC-nin borc tələbinin ödənilməsi Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdeh cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmışdır. Həmin qətnaməni o almayıb və qətnamədən şifahi xəbəri olduğu bu vaxt şikayət verib. Hesab edir ki, müddəti ötürməyib. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından cavabdeh2 tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər İş materiallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə qətnamədən 1 ay müddətində apellyasiya şikayəti verilməli olduğu halda, cavabdeh tərəfindən şikayət ## #### 2026-cı il tarixdə (müddət bitdikdən təxminən 3 aydan çox sonra) elektron kabinetə yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmaqla verilmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-2-2(113)-421/2025 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar