Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-580/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh cavabdeh3 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə cavabdeh2 (borcalan) arasında ##.##.2023-cü il tarixli, **-MCR-*- ***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən borc alana ayrılan kredit limitinin məbləği 100 000 manat, müddəti 120 ay, kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,50% müəyyən edilir. Razılaşmanın 7-ci bəndinə görə Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş Bank xidmətinin göstərilməsi üzrə standart şərtlər toplusu bu müqavilənin əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunur.
2. İddiaçı ASC ilə borc alan arasında ##.##.2023-cü il tarixli, 28-MCR-2-552- **/* saylı kredit verilməsinə dair razılaşmaya əsasən borc alana 36 ay müddətinə, aylıq 1,5 % dərəcəsi ilə 35000 manat məbləğində kredit verilməsi razılaşdırılmış, müqaviləyə * saylı əlavə olan ödəniş cədvəli ilə borc üzrə ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixədək olan aylıq ödənişin məbləği 1265,33 manat müəyyən edilmişdir.
3. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış və ödəniş tapşırıqlarından görünür ki, ümumilikdə 35000 manat məbləğində pul borc alanın bank hesabına köçürülmüşdür.
4. İddiaçı ASC ilə borc alan arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***- **/* saylı kredit verilməsinə dair razılaşmaya əsasən borc alana 24 ay müddətinə, aylıq 1,75 % dərəcəsi ilə 18500 manat məbləğində kredit verilməsi razılaşdırılmış, müqaviləyə * saylı əlavə olan ödəniş cədvəli ilə borc üzrə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan aylıq ödənişin məbləği 950,63 manat müəyyən edilmişdir.
5. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, ümumilikdə 18500 manat məbləğində pul borc alanın bank hesabına köçürülmüşdür.
6. İddiaçı ASC ilə cavabdeh3 arasında ##.##.2023-cü il tarixli, Z/*****/** saylı və cavabdeh1 arasında ##.##.2023-cü il tarixli, Z/*****/** saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, zaminlər ##.##.2023-cü il tarixli, **-MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
7. İddiaçı ASC ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixdə DA/*****/** saylı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, ipoteka qoyan (cavabdeh1) mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzili (ümumi sahəsi: 123,2 kv.m; yaşayış sahəsi: 63,3 kv.m) iddiaçı ilə borc alan arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliklərin təminatı kimi ipoteka saxlayana (iddiaçıya) ipotekaya verir. İpoteka predmeti olan əmlakın dəyəri 235000 manat dəyərində müəyyən edilir.
8. İş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzil (ümumi sahəsi: 123,2 kv.m) 120 ay müddətinə ##.##.2023-cü il tarixli, **-MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə kredit alanın öhdəliklərinin təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmişdir.
9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixə - tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 22812,57 manat, faiz borcu 1898,32 manat; ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 12566,39 manat, faiz borcu 1443,57 manat təşkil edir.
10. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli – LP-***/**** saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 271000 manat, likvid dəyəri isə 244000 manat olaraq qiymətləndirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
11. İddiaçı “## #### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22649,7 manat əsas, 2147,77 manat faiz və 178,03 manat cərimə borcu olmaqla, cəmi 24975,5 manat məbləğində borcun, ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 12446,59 manat əsas, 1546,77 manat faiz və 24,26 manat cərimə borcu olmaqla, cəmi 14017,62 manat məbləğində borcun və ödənilmiş 206,98 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 3224-cü məhəllədə yerləşən **b nömrəli evin ** nömrəli mənzilinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya yönəldilməsiə, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən cavabdeh2 İddiaçı ASCnin “Sədərək” filialından illik 30%lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanə) küçəsi 3224cü məhəllədə yerləşən **b nömrəli evin ** nömrəli mənzili ## #### 2023-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, cavabdeh1 və cavabdeh3 ilə ## #### 2023- cü il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. cavabdeh2 İddiaçı ASC-nin Sədərək filialından ## #### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 18 faizlə 36 ay müddətinə 35000 manat məbləğində kredit, ## ###### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik 21 faizlə 24 ay müddətinə 18500 manat məbləğində kredit götürmüşdür. ## ##### 2025-ci il tarixədək cavabdeh2 ## #### 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 22649,7 manat əsas, 2147,77 manat faiz və 712,1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25.509,57 manat borcu vardır. cavabdeh2 banka ## #### 2023-cü il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 712,1 manat təşkil etməsinə baxmayaraq, 178,03 manat məbləğində tələb olunur. ## ##### 2025-ci il tarixədək cavabdeh2 ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 12446,59 manat əsas, 1546,77 manat faiz və 97.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14090.41 manat borcu vardır. cavabdeh2 banka ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 97.05 manat təşkil etməsinə baxmayaraq, 24.26 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh2 borcu ödəməkdən boyun qaçırır.
13. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 448, 465.2, 472.1, 472.2, 501-ci maddələrinə istinad edilmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, cavabdeh cavabdeh2, cavabdeh1, cavabdeh3 müştərək qaydada ## #### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22649,7 manat əsas borc, 1898,32 manat faiz və 178,03 manat cərimə borcu olmaqla, cəmi 24726,05 manat məbləğində borc; ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 12446,59 manat əsas borc, 1443,57 manat faiz və 24,26 manat cərimə borcu olmaqla, cəmi 13914,42 manat məbləğində borcun və ödənilmiş 206,98 manat dövlət rüsumunun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanə) küçəsi 3224-cü məhəllədə yerləşən **b nömrəli evin ** nömrəli mənzilə yönəldilməsi; mənzilin bazar qiymətinin 271000 manat, likvid dəyərinin 244000 manat müəyyən edilməklə açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçı İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc müqaviləsinə verilən anlayışdan görünüb ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İddiaçının birinci tələbinə münasibətdə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı ilə borc alan arasında bağlanmış ##.##.2023cü il tarixli,
15. 28- MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı və ##.##.2023- cü il tarixli, **-MCR-*-***-**/* saylı kreditin verilməsi barədə müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı borc alana kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə müvafiq olaraq 35000 manat və 18500 manat məbləğində kredit verməklə, göstərilən müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin borc alan kredit müqavilələri üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqavilələri üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqavilələri üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehdən tələb edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünüb ki, borc alanın ##.##.2025-ci il tarixinə - ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 22649,7 manat əsas, 2147,77 manat faiz, 712,1 manat cərimə olmaqla, cəmi 25509,57 manat; ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 12446,59 manat əsas, 1546,77 manat faiz, 97,05 manat cərimə olmaqla cəmi 14090,41 manat ödənilməmiş borcu mövcuddur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025ci il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixə - tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 22812,57 manat, faiz borcu 1898,32 manat; ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 12566,39 manat, faiz borcu 1443,57 manat təşkil edir. Məhkəmə qeyd edib ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdehlər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı da ekspert tərəfindən borcun iddia tələbindən daha az məbləğdə hesablanması ilə bağlı etirazını bildirməmişdir. Ona görə də, məhkəmə ekspert rəyi ilə razılaşaraq rəyi cavabdehin banka olan kredit borcunun müəyyən edilməsi faktının təsdiqi üçün daha mötəbər hesab edib. Məhkəmə qeyd edib ki, borc alan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünüb ki, borc alan kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Tələbin müqavilələrə müvafiq olaraq 178,03 manat və 24,26 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibədə məhkəmə qeyd edib ki, borc alanın kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə qeyd edib ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edib ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Eyni zamanda, iddiaçı ilə cavabdeh cavabdeh3 arasında ##.##.2023-cü il tarixli, Z/*****/** saylı və cavabdeh cavabdeh1 arasında ##.##.2023-cü il tarixli, Z/*****/** saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, zaminlər ##.##.2023-cü il tarixli, **-MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məhkəmə zaminlərin ##.##.2023-cü il tarixli, **-MCR- *-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə və onun əsasında bağlanılmış ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı və ##.##.2023-cü il tarixli, **-MCR-*-***-**/* saylı kredit müqavilələri üzrə borc alanın bütün öhdəliklərinə zamin olduqlarını və həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edib ki, iddiaçı kredit müqaviləsi üzrə borcun müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. Məhkəmə, tələbin ipoteka qoyulmuş mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissələrini də araşdıraraq belə qənaətə gəlib ki, iddia həmin hissələrdə əsaslıdır. Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən Mənzilə yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlib ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 244000 manat əsas götürülməklə açıq hərracdan satılkmalıdır. Belə ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli – LP-***/**** saylı mütəxəssis rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti 271000 manat, likvid dəyəri isə 244000 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edib ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. Məhkəmə qeyd edib ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
16. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 743.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. İlk olaraq onu qeyd etmək istəyir ki, borcun məbləği düzgün hesablanmayıb. Borcun hesablanması ekspertiza tərəfindən tam araşdırılmamış, ödənilmiş əsas borc və faizlərin tam uçotu aparılmamışdır. Cərimələrin hesablanması bankın birtərəfli cədvəllərinə əsaslanmışdır. Bildrimək istəyir ki, məhkəmə qərarından sonra 12.000 manat əlavə ödənişlər etmiş, həmçinin mütəmadi ödənişlər etməyə davam edir. Qeyd edir ki, göstərilən məbləği ödəməyə boyun qaçırmır, məhkəmə qətnaməsi üzrə hər iki müqavilə üzrə hesablanan cəmi 38,640.47 manat borc üzrə qərardan sonra ödədiyi 12.000 manat ödənişi də nəzərə alsa yəni, cəmi 26 640.47 manat borc tələbinə görə anası cavabdeh1 mülkiyyətində olan, həmçinin faktiki yaşadığı likvid dəyəri 244.000 manat olan mənzilə borcun yönəldilməsi qanunsuz hesab edir. Bundan başqa faiz qanunsuz və həddindən artıq məbləğdə hesablanmışdır. Həmçinin aylıq 1.75% faiz əsasında əlavə cərimə faizlərinin hesablanmasını qanunsuz hesab edir. Mülki Məcəllənin 439cu maddəsinə əsasən, cərimə məhkəmə tərəfindən ildə azı beş faiz miqdarında azaldıla bilərdi, lakin bu hal da məhkəmə tərəfindən diqqətə alınmamışdır. Həmçinin hesab edir ki, zaminliyin həcmi düzgün qiymətləndirilməyib. Zamin yalnız müqavilədə göstərilən həcmdə məsuliyyət daşıya bilər. Zaminə əlavə faiz və cərimələrin tətbiq edilməsinin qanuna zidd olduğu məhkəmə qətnaməsində nəzərə alınmamışdır. Ümumiyyətlə İş tam araşdırılmamış, cavabdeh tərəfindən təqdim olunan sübutlar nəzərə alınmamış, ekspertiza rəyi natamam və ziddiyyətlidir. İşə baxan hakim Mülki Məcəlləni bir kənara qoymuş, öz parametrləri ilə işə baxıb nəticə çıxarmışdır. Bununla da məhkəmə həm maddi, həm də prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. (Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu ## ###### 2005-ci il tarixli qərarinın 2.4, 3.1, 6.2, 6.3) Lakin göründüyü kimi bu və ya digər bir çox xüsusatlar məhkəmə qətnaməsində öz əksini tapmamış, əksinə məhkəmə öz prizmasından yanaşaraq tam qanunsuz, əsassız bir qətnamə çıxararaq tərəfin hüquqlarını kobud surətdə pozmuşdur. Cərimənin cavabdeh tutulması üçün zəruri şərtlərin mövcudluğu araşdırılmamışdır. Yəni cavabdehin bilərəkdən ödəmədən yayınması vəya təbii hallar səbəbindən maddi sıxıntı vəziyyətinə düşdüyündən ödəyə bilməməsi halları araşdırılmamışdır. Məhkəmə ekspertiza ilə faiz borcunu müəyyən edərkən iddiaçının bu faiz borcunu bilərəkdən şişirdilməsi hallarının olub-olmamasını araşdırmamış. Həmçinin hesablanan faizlərin hansı dövrlərə aid olması müəyyən edilməmişdir. Zamin yalnız müqavilədə göstərilən həcmdə məsuliyyət daşıya bilər. Zaminə əlavə faiz və cərimələrin tətbiq edilməsinin qanuna zidd olduğu məhkəmə qətnaməsində nəzərə alınmamışdır. Ümumiyyətlə İş tam araşdırılmamış, tərəfimdən təqdim olunan sübutlar nəzərə alınmamış, ekspertiza rəyi natamam və ziddiyyətlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Cavabdeh cavabdeh3 cavabdeh cavabdeh2 vverdiyi apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
21. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi isə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
23. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edilsə də şikayətin dəlilləri iddianın tutulması qət edilən faiz borcu, eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğvinə yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı məhz həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2023-cü il tarixli, **-MCR-*-***-** saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən borcalana kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində bağlanmış ##.##.2023-cü il tarixli kredit razılaşmasına əsasən cavabdeh2 36 ay müddətinə 35000 manat, ##.##.2023-cü il tarixli kredit razılaşmasına əsasən isə 24 ay müddətinə 18500 manat məbləğində kredit verilmişdir. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə kredit alanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bağlanmış zaminlik müqavilələrinə əsasən cavabdeh3 və cavabdeh1 bank qarşısında zamin durmuşlar. Eyni zamanda, cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 müştərək qaydada 38993,12 manat məbləğində kredit, faiz borcunun tutulması, habelə tutmanın ipoteka predmeti olan cavabdeh1 məxsus əmlaka yönəldilərək həmin əmlakın açıq hərracda satılmasını və əldə olunmuş vəsait hesabına borcun ödənilməsini tələb edir. Kollegiya ilk növbdə apellyasiya şikayətində mübahisələndirilən kredit razılaşmaları üzrə faiz borclarının məbləğləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin məbləğləri müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıqekspertizası
29. təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə (pretenziyanın göndərildiyi tarix) ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan əsas borcunun 22812,57 manat, faiz borcunun 1898,32 manat, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə əsas borcunun 12566,39 manat, faiz borcunun 1443,57 manat məbləğində olması müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin fiaz borcları hissəsində ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehlərdən hər iki kredit razılaşması müştərək qaydada tutulmalı olan faiz borclarınn ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
31. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə 178,03 manat, ##.##.2023-cü il tarixli kredit razılaşması üzrə isə 24,26 manat dəbbə pulunun tutulması hissəsində qətnamə qanuni və əsaslıdır.
1. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən iş üzrə qətnamə qəbul edildikdən sonra 12.000 manat məbləğində və daha çox ödəniş edildiyi iddia olunsa da, həmin ödənişləri təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə tərkibi onu da qeyd edir ki, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuni və əsaslı olmasının yoxlanılması təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsi məhz birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə olan borcu müəyyən etməklə tutulması qət edilmiş məbləğin əsaslılığına qiymət verməlidir. Odur ki, qətnamə qəbul edildikdən sonra edilmiş ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
32. Faiz və cərimə borclarının yalnız bankın birtərəfli hesablamalarına əsaslanmasına gəldikdə kollegiya qeyd edir ki, iddiaçı təqdim edilmiş sübutlardan əlavə məhkəmə ekspertizasının rəyi də nəzərə alınmışdır. Həmçinin cavabdehin mübahisələndirdiyi aylıq 1,75 faiz dərəcəsinə münasibətdə qeyd edilməlidir ki, həmin faiz dərəcəsi tərəflərin qarşılıqlı razılığı ilə kredit müqaviləsində müəyyən edildiyindən, müqavilə üzrə faizlərin həmin dərəcə ilə hesablanmasının əsassız hesab edilməsi üçün də hüquqi əsas yoxdur.
33. Nəhayət, borclunun maddi vəziyyəti və ya ödəmək imkanlarının məhdud olması borc öhdəliyini aradan qaldırmır və müqavilədən irəli gələn öhdəliklərin icrasından azad edilməsinə əsas vermir.
34. Apellyasiya şikayətində mübahisələndirilən digər hala-ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə tərəfindən ipoteka predmeti olan əmlakın qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə rəyi alımış və ipoteka premetinin bazar və likvid dəyəri məhz həmin rəy əsasında müəyyən edilmişdir. həmin rəydə müəyyən edilmiş qiymətlərin realığı əks etdirməməsinə istinad edən cavabdeh isə həmin rəyi şübhə altına alacaq hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmənin həmin rəylə razılaşmaması üçün də əsasların mövcudluğu müəyyən edilmir.
35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova