Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-583/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, hakimlərdən ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi, Iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə1, Iddiaçının nümayəndəsi və vəkili vəkil3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. Tərəflər arasında “Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi” üzrə ##.##.2022-ci il tarixli, YXM-***/**** nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, Icraçı (iddiaçı) Sifarişçinin (cavabdehin) sifarişi əsasında torpaq hamarlanması xidmətləri icra edərək Sifarişçiyə verməyi, Sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 1.2-ci bəndinə əsasən, Xidmətin növləri, xidmət haqqı müqavilənin Əlavəsi olan “Qiymət Razılaşdırma Protokolu” ilə müəyyən edilir. 2.1-ci bəndinə əsasən, Bu Müqavilənin 1.1.-ci maddəsində qeyd olunan xidmətin haqqı bir kub metr üçün 3 (üç) manat təşkil edir. 2.2 və 2.3-cü bəndlərinə əsasən, Bu Müqaviləyə uyğun olaraq Xidmət Icraçı tərəfindən həyata keçirildikdən sonra “X3” ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək müəyyən edilir. Tərəflər arasında “Xidmətlərin göstərilməsinə dair AKT” tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət Icraçı tərəfindən icra edilmiş hesab edilir. 2.4-cü bəndinə əsasən, “Xidmətlərin göstərilməsinə dair AKT” tərəflər arasında yazılı təsdiq edildikdən sonra Icraçı tərəfindən həmin Akt üzrə düzgün formada təqdim edilən elektron qaimə-faktura əsasında Sifarişçi tərəfindən 30 (otuz) iş günü ərzində Xidmətlərin dəyəri Icraçının bu Müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.
2. Tərəflər arasında Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolaqlı genişləndirilməsi layihəsi üzrə 2 ədəd Xidmət Aktı tərtib edilmişdir: ##.##.2022-ci il tarixli * nömrəli Xidmət Aktı ilə görülmüş işlərə dair həmin ay ödəniləcək məbləğ 122242,25 manat müəyyən edilmiş, habelə ##.##.2022-ci il tarixli Forma * nömrəli Akt tərtib edilmişdir. Həmin aktda qeyd edilən dövr ərzində görülmüş dolğu işlərinin dəyəri cəmi 159842,25 manat, ümumi xərclər (istifadə edilmiş dizel yanacağına görə) 37600 manat, yekunda ödənilməli məbləğin 144245,85 manat (122242,25 manat əsas + 22003,6 manat ƏDV) təşkil etdiyi qeyd edimişdir. Akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmaqla, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. ##.##.2022-##.##.2023-cü il dövrünü əhatə edən * nömrəli Xidmət Aktı ilə görülmüş işlərə dair həmin ay ödəniləcək məbləğ 181136,9 manat müəyyən edilmiş, habelə ##.##.2022-##.##.2023-cü il tarixli Forma * nömrəli Akt tərtib edilmişdir. Həmin aktda qeyd edilən dövr ərzində görülmüş dolğu işlərinin dəyərinin cəmi 297016,09 manat, ümumi xərclər (istifadə edilmiş dizel yanacağına görə) 65880 manat, yekunda ödənilməli məbləğin 272741,54 manat (231136,9 manat əsas + 41604,64 manat ƏDV) təşkil etməsi qeyd edilmişdir. Akt hər iki hüquqi şəxsin nümayəndələri tərəfindən imzalanmaqla, hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir.
3. Bundan başqa, tərəflər arasında ##.##.2023-cü il tarixli X4 Aktı tərtib edilmişdir. Aktın 1-ci və 2-ci bəndlərində qeyd edilir ki, ##/##/2022-ci il tarixli YXM-***/**** №-li Xidmət Müqaviləsi üzrə 353379,17 manat (ƏDV xaric) dəyərində xidmət alınmışdır, 172242,26 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir. Qalıq borc məbləği 181136,90 manatdır (ƏDV xaric). Həmin məbləğin ödənilməsindən sonra Icraçının Sifarişçiyə qarşı Müqavilə və onun hər hansı müddəasından irəli gələn pul tələbi olmayacaqdır. Tərəflər qəbul edirlər ki, bu üzləşmə aktında göstərilənlərdən başqa Tərəflərin bir-birilərinə qarşı heç bir pul tələbi və işlərin yerinə yetirilməsi ilə əlaqədar heç bir öhdəlikləri qalmamışdır.
4. Iş materiallarından görünür ki, cavabdeh tərəfindən 181136,91 manat, 50000 manat, 62242,26 manat, 60000 manat olmaqla, cəmi 353379,17 manat məbləğində pul iddiaçının bank hesabına, 10800 manat, 11203,61 manat, 9000 manat, 32604,64 manat olmaqla cəmi 63608,25 manat məbləğində pul onun ƏDV hesabına köçürülmüşdür.
5. Habelə, tərəflər arasında ##.##.2023-cü il tarixdə YXM-***/**** №-li Xidmət Müqaviləsinə Ləğv Razılaşması bağlanmışdır. Həmin Razılaşmada qeyd edilir ki, Tərəflərin qarşılıqlı razılığına əsasən, Xidmət Müqaviləsi ##/##/2023-ci il tarixində ləğv ediləcəkdir. Müqavilə ləğv tarixindən etibarən Tərəflərin müqavilə üzrə hüquq və öhdəlikləri ləğv edilir.Tərəflər bəyan edir ki ki, ləğv tarixindən etibarən Müqavilə üzrə heç bir Tərəfin digər Tərəfə borcu qalmamış və heç bir iddia tələbləri mövcud deyildir.
6. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**-***/** saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, Gəncə Qazax-Gürcüstan sərhədi yolunun 2-ci Şıxlı ərazisində “xxxx” MMC yolun tikintisi ilə əlaqədar aparılmış tikinti işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3082284 manat məbləğində müəyyən olunur.
7. Cavabdeh ilə başqa fərdi sahibkarlar və kommersiya hüquqi şəxslər arasında eyni layihə (“Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi layihəsi”) üzrə oxşar məzmunlu podrat müqavilələri bağlanmışdır.
8. Iddiaçı tərəfindən məhkəməyə cavabdeh tərəfindən tərtib edilmiş Yanacaq paylama cədvəlləri təqdim edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
9. Iddiaçı cavabdehdən vurduğu maddi ziyanın dəyəri olan 3082284 manat məbləğdə pulun və ödənilmiş 2332 manat dövlət rüsmunun alınıb onun xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, YXM-***/**** nömrəli ximət müqaviləsinə əsasən iddiaçı tərəfindən Gəncə-Qazax- Gürcüstan sərhəddi yolunun II Şıxlı Ərazisində tikinti işləri aparılmışdır. Belə ki, həmin yolun dörd zolağa genişləndirilməsi işləri görülmüşdür. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehin sifarişi əsasında torpaq hamarlama işlərini yerinə yetirməlidir. Müqavilənin şərtlərinə əsasən xidmət haqqı bir kub metr üçün 3 manat müəyyən edilmişdir. Lakin, iddiaçı tərəfindən yuxarıda qeyd olunan ərazidə torpaq hamarlama işlərindən əlavə müqavilədən kənar torpağın iki hissədən təqribən 3.5/4.0 km məsafədə qazılaraq daşınması və sulanaraq kipləşdirilməsi işləri aparılmışdır. Bununla da iddiaçıya 3082284 manat məbləğdə maddi ziyan dəymişdir. Belə ki, yol tikintisi ilə əlaqədar çəkilmiş xərclərə dair tərtib olunmuş smetaya əsasən 1. Torpağın daşınması və yayılması– 1 kub metri 3 manat olmaqla 200952 kub metr miqdarında 602856 manat; 2. Torpağın qazılması və doldurulması– 1 kub metri 1.50 manat olmaqla 200952 kub metr miqdarında 301428 və 3. 1 kvadrat metri 3 manat olmaqla 726000 kvadrat metr miqdarında 2178000 manat olmaqla, cəmi 3082284 manat məbləğdə müəyyən olunur. Lakin, həmin dəymiş ziyanı hazırki vaxtadək ödənilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehdən vurduqlarıziyanı ödəməsi tələb olunmuş, rəsmi qaydada pretenziya göndərilmiş, lakin, cavabdeh yenə də dəymiş ziyanı ödəməkdən yayınmışdır.
11. Cavabdeh yazılı etirazında bildirmişdir ki, tərəflər arasında bağlanmış YXM- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli xidmət müqaviləsi üzrə münasibətlər ## #### 2023-cü il tarixli ləğv (xitam) razılaşması ilə rəsmi şəkildə yekunlaşdırılmışdır. Həmin tarixdə tərəflər arasmda üzləşmə aktı tərtib edilmiş, Müqavilə üzrə ümumilikdə iddiaçıdan 416 987.42 AZN məbləğində xidmət alınmışdır. Iddiaçı tərəfindən aşağıdakı tarixlərdə e-qaimələr təqdim edilmişdir (qoşma 4: qaimə fakturalar):Seriya: EBCM Nömrə: 136067 tarix #.##.2022, dəyər: 73445.87 (ƏDV daxil); Seriya: EBCK Nömrə:320478 tarix ##.##.2022 dəyər: 70800.00 AZN (ƏDV daxil); Seriya: EBDB Nömrə: 720425 tarix ##.##.2023 dəyər: 213741.55 (ƏDV daxil); Seriya: EBCO Nömrə: 598671 tarix ##.##.2023 dəyər: 59000.00 manat (ƏDV daxil). Filial tərəfindən isə müvafiq olaraq qaimələr üzrə ödənişlər həyata keçirilmişdir Üzləşmə aparıldığı tarixədək (## #### 2023-cü il) “Filial” tərəfindən 172 242,26 AZN (ƏDV xaric) məbləğində ödəniş həyata keçirilmiş, ümumi qalıq borc məbləği isə 181 136,90 AZN (ƏDV xaric) olaraq müəyyən edilmişdir. Qeyd olunan məbləğ ## #### 2023-cü il tarixində Iddiaçınm bank hesabma tam şəkildə köçürülmüş, bundan sonra tərəflər arasmda qeyd edilən ləğv (xitam) razılaşması imzalanmışdır. Həmin razılaşmada da tərəflərin bir-birinə qarşı göstərilənlərdən başqa heç bir borcunun, öhdəliyinin və tələbinin qalmadığı, eləcə də işlərin tam şəkildə yerinə yetirildiyi qarşılıqlı şəkildə həm üzləşmə aktı, həm də ləğv (xitam) razılaşması ilə təsdiq edilmişdir. Əlavə olaraq, əgər həmin dövrə aid hər hansı əlavə işlər faktiki olaraq yerinə yetirilmişdisə, bu barədə ## #### 2023-cü il tarixində aparılmış üzləşmə zamanı hər hansı tələb və ya qeydin irəli sürülməməsi ziddiyyətli hal kimi qiymətləndirilməlidir. Əlavə işlərin görüldüyü iddia edilirdisə, bu halda tərəflərin üzləşmə aktını və sonradan ləğv (xitam) razılaşmasını imzalaması həmin iddianın əsassız olduğunu açıq şəkildə göstərir. Bundan əlavə, üzləşmənin aparıldığı tarixdən sonra işlərin görülməsi ilə bağlı hər hansı əlavə müqavilə və ya həmin müqavilə üzrə yeni sifariş “Filial” tərəfindən verilməmişdir. Tərəfimizdən yeni öhdəlik və ya sifariş sənədi mövcud olmadığı halda, 3 082 284 manat məbləğində iddia tələbinin irəli sürülməsi hüquqi və məntiqi baxmıdan əsaslı hesab edilə bilməz. Eyni zamanda, Iddia ərizəsində qeyd edilən əlavə işlərin yerinə yetirilməsi ilə bağlı heç bir zaman Filiala rəsmi məktub, müraciət və ya təsdiqedici sənəd təqdim olunmamışdır. Bu səbəbdən, pretenziya məktubunda qeyd olunan tələblərin hüquqi və faktiki əsasları mövcud deyil. Həmçinin iddiaçı tərəfindən işlərin görülməsini sübut edən təsdiqedici sənədlər iş materiallarında mövcud deyildir, iddia ərizəsi belə əsaslandırılmamışdır. Belə ki, “mütəxəssis rəyi”ndə bir-birini təkzib edən məlumatlar və ciddi uyğunsuzluqlar mövcuddur. Rəydə göstərilir ki, ## ####### 2022, ## ###### 2022, ## ###### 2022 və ## ###### 2023 tarixli aktlar üzrə ümumilikdə ƏDV daxil 391.073,34 AZN məbləğ müəyyənləşdirilib. Bununla yanaşı, ##.##.2022, ##.##.2023 və ##.##.2022 tarixli “forma 2” aktlarına əsasən torpağın müvafiq olaraq 73.873,24 m3, 737.798,29 m3 və 53.280,75 m3 həcmdə yayıldığı qeyd olunur. Lakin bu tarixlərə dair göstərilən aktlar faktiki olaraq mövcud deyil və təqdim edilməyib, bu da rəydə yer alan məlumatların sənədlərlə təsdiqlənmədiyini göstərir. Rəydə həmçinin 2022-2023-cü illərdə 3,3 km uzunluğunda və 22 metr enində torpaq işlərinin görüldüyü, həmçinin müqavilədən kənar iki hissədə təqribən 3,5- 4,0 km məsafədə torpağın daşınması, sulanaraq kipləşdirilməsi və hamarlanması işlərinin aparıldığı qeyd edilir. Lakin bu məlumatlar təqdim edilmiş sənədlərlə uyğun gəlmir. Rəydə “əlavə görülmüş işlərə” görə təqribi smeta tərtib edilərək 3.082.284 manat müəyyənləşdirildiyi göstərilib. Bununla belə, bu məbləğin ümumi müqavilə üzrə işlərə aid olduğu, yoxsa əlavə görülmüş işlərə şamil edildiyi dəqiq göstərilmir. Əgər qiymətləndirmə ümumi müqavilə üzrə aparılıbsa, “əlavə işlərin” ayrıca göstərilməsi əsassızdır. Əksinə, əgər bu məbləğ əlavə işlərə aiddirsə, onların müqavilədən kənar olaraq hansı tarixdə və harada icra olunduğu, kim tərəfindən qəbul edildiyi göstərilməlidir. Lakin rəy bu fərqi ortaya qoymur, sənədin məzmununu daha da qeyri müəyyən edir. Bundan başqa, iddia edilən bu “əlavə işlərin” icra tarixləri və mərhələləri rəyin heç bir hissəsində qeyd olunmayıb. Tarixlərin göstərilməməsi bu işlərin faktiki icrasmı sübut etməyə imkan vermir. Əgər bu işlər həqiqətən görülmüş olsaydı, onlar həmin dövrdə aktlaşdırılmalı və tərəflər tərəfindən təsdiqlənməli idi. Iki ildən yarımdan çox müddət keçdikdən sonra belə işlərin “görülməsi” barədə iddia irəli sürülməsi həm texniki, həm də hüquqi baxımdan inandırıcı deyil. Mülki Prosessual Məcəlləyə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Bu baxımdan, bizə qarşı yüksək məbləğdə pul tələbi irəli sürən tərəf həmin tələbin əsasını təşkil edən halların mövcudluğunu və doğruluğunu sübut etməlidir. Halbuki, iddiaçı tərəf iddia tələbinin əsasmı heç bir sənədlə əsaslandırmayıb, yalnız mütəxəssis rəyi təqdim etməklə işlərin guya icra olunduğunu göstərməyə çalışır. Təqdim edilmiş rəy isə ziddiyyətli, sənədlərlə təsdiqlənməyən və faktiki araşdırma aparılmadan tərtib olunmuşdur. Nəticə etibarilə, mütəxəssis rəyi qarışıq və qeyri-müəyyən məlumatlara əsaslanır, iş üzrə neçə aktın olduğu və onlarm hansı işləri əhatə etdiyi aydm deyil, əlavə işlər ümumi müqavilə qiymətləndirilməsinə qarışdırılıb, görülmə tarixləri göstərilməyib və iddia olunan işlər sənədlərlə sübuta yetirilməyib. Belə halda rəy obyektiv hesab oluna bilməz və onun məzmunu əsasmda iddia tələbinin mövcudluğu qəbul edilə, ümumiyyətlə sübut kimi qiymətləndirilə bilməz.
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü torpaq hamarlanması xidmətlərini lazımı qaydada yerinə yetirmiş, cavabdeh isə bunun müqabilində görülmüş işlərin dəyərini razılaşdırımış məbləğdə tam şəkildə iddiaçıya ödəmişdir. Qeyd edilən fakt iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqları, habelə ##.##.2023-cü il tarixdə YXM ***/**** №-li Xidmət Müqaviləsinə Ləğv Razılaşması ilə təsdiq edilir. Belə ki, tərəflər Ləğv Razılaşmasını imzalayaraq ##.##.2023-cü il tarixdən müqavilə üzrə hüquq və öhdəliklərin ləğv edildiyini, həmin tarixdən etibarən Müqavilə üzrə heç bir Tərəfin digər Tərəfə borcu qalmadığını və heç bir iddia tələbləri mövcud olmadığını təsdiq etmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni təmsilçisi və iddiaçının nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən ərazidə torpaq hamarlanması xidmətləri ilə yanaşı, qazma, sulama, daşıma, kipləşmə, hamarlama işləri də həyata keçirilmişdir. Lakin qeyd edilən xidmətlərin göstərilməsinə dair nə yazılı, nə də şifahi formada podrat müqaviləsinin bağlanmasını təsdiq edəcək sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Odur ki, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibəti yaranmadığından iddia təmin edilə bilməz.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 324.4, 329.2, 385.1, 386.1, 389.1, 752.1, 762.1 və 762.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Həmin qətnamədən iddiaçı “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə ##.##.2022-ci il tarixli, YXM-***/**** nömrəli xidmət müqaviləsinə əsasən “xxxx” MMC tərəfindən Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun II Şıxlı Ərazisində tikinti işləri aparılmışdır. Belə ki, həmin yolun dörd zolağa genişləndirilməsi işləri görülmüşdür. Müqavilənin şərtlərinə əsasən “xxxx” MMC sifarişçi “xxxx” MMC-nin sifarişi əsasında torpaq hamarlama işlərini yerinə yetirməlidir. Müqavilənin şərtlərinə əsasən xidmət haqqı bir kub metr üçün 3 manat müəyyən edilmişdir. Lakin, “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan ərazidə torpaq hamarlama işlərindən əlavə müqavilədən kənar torpağın iki hissədən təqribən 3.5/4.0 km məsafədə qazılaraq daşınması və sulanaraq kipləşdirilməsi işləri aparılmışdır. Bununla da “xxxx” MMC-nə 3082284 manat məbləğdə maddi ziyan dəymişdir. Belə ki, yol tikintisi ilə əlaqədar çəkilmiş xərclərə dair tərtib olunmuş smetaya əsasən 1. Torpağın daşınması və yayılması – 1 kub metri 3 manat olmaqla 200952 kub metr miqdarında 602856 manat; 2. Torpağın qazılması və doldurulması – 1 kub metri 1.50 manat olmaqla 200952 kub metr miqdarında 301428 və 3. 1 kvadrat metri 3 manat olmaqla 726000 kvadrat metr miqdarında 2178000 manat olmaqla, cəmi 3082284 (üç milyon səksən iki min iki yüz səksən dörd) manat məbləğdə müəyyən olunur. Lakin, həmin dəymiş ziyanı hazırki vaxtadək ödənilməmişdir. Bununla bağlı dəfələrlə cavabdehdən vurduqları ziyanı ödəməsi tələb olunmuş, rəsmi qaydada pretenziya göndərilmiş, lakin, cavabdeh yenə də dəymiş ziyanı ödəməkdən yayınmışdır. Buna baxmayaraq işə baxan Bakı Kommersiya Məhkəməsi bu halları nəzərə almamış və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Bundan başqa, məhkəmə iclasları zamanı cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını bildirmiş, eyni zamanda xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış xidmət müqaviləsində qeyd olunan işlərdən başqa heç bir iş görülmədiyini bildirmiş, bununla bağlı cavabdeh tərəfindən fərdi sahibkar və fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri elektron kabinetə yerləşdirilmişdir. Həmin xidmət müqavilələrinə diqqət yetirdikdə müəyyən olunur ki, xidmət müqavilələri 2022-ci ilin iyul, avqust, sentyabr və 2023-cü ilin fevral ayına olan müqavilələrdir. Əvvəlki məhkəmə iclaslarında məhkəməyə vəsatət təqdim edilərək ##.##.2022-ci il tarixli, YXM-***/**** nömrəli müqavilədən kənar görülmüş işlərin hansı şirkətlər tərəfindən aparıldığını təsdiq edən müqavilələrin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasına göstəriş verməyiniz xahiş edilmişdir. Bundan sonra cavabdeh tərəf müəyyən xidmət müqavilələrini məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəfin təqdim etdiyi müqavilələrin tarixi iddiaçı ilə bağlanmış xidmət müqaviləsinin tarixi ilə üst-üstə düşmür. Buradan da açıq-aydın şəkildə məlum olur ki, “xxxx” MMC ##.##.2022-ci il tarixli xidmət müqaviləsi üzrə həm müqavilədə nəzərdə tutulmuş işləri, həm də müqavilədən kənar işləri yerinə yetirmişdir. Cavabdeh tərəf isə müqavilədən kənar görülmüş işlərin başqa şirkətlər, fərdi sahibkar və fiziki şəxslər tərəfindən yerinə yetirilməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etiraza əlavə olunmuş sənədlərdən görünür ki, “xxxx” MMC-nə edilmiş ödəniş tapşırıqlarında – ödənişin təyinatı kimi torpaq daşıma xidmətinin yerinə yetirilməsi qeyd olunur. Bununla da cavabdeh iddiaçının həqiqətən də müqavilədə nəzərdə tutulmuş torpaq hamarlama işlərindən başqa, müqavilədən kənar işləri yerinə yetirdiyi öz təsdiqini tapır. Belə ki, “xxxx” MMC tərəfindən ##.##.2022-ci il tarixli xidmət müqaviləsinin şərtlərinə əsasən xidmət haqqı bir kub metr üçün 3 manat müəyyən edilmişdir. Lakin, “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan ərazidə torpaq hamarlama işlərindən əlavə müqavilədən kənar torpağın iki hissədən təqribən 3.5/4.0 km məsafədə qazılaraq daşınması və sulanaraq kipləşdirilməsi işləri aparılmışdır. Bununla da “xxxx” MMC-nə 3082284 manat məbləğdə maddi ziyan dəymişdir. Bu halları məhkəmə iclasına dəvət etmək istədikləri şahidlər də təsdiq edə bilərlər. Lakin, Bakı Kommersiya Məhkəməsi şahidlərin məhkəmə iclasında dindirilmələri barədə verdikləri vəsatətləri heç bir əsas olmadan təmin etməmişdir. Halbuki, həmin şəxslər müqavilədən kənar hansı işləri gördükləri barədə məhkəməyə ətraflı məlumat verərdilər. Cavabdeh tərəfin isə irəli sürdüyü formal mülahizələr və təqdim etdiyi sənədlər iş üzrə sübut kimi qəbul edilə bilməz. Lakin, işə baxan Bakı Kommersiya Məhkəməsi onlar tərəfindən təqdim olunmuş mötəbər sübutların heç birini nəzərə almamışdır. Halbuki, onlar iddia tələbinin əsası kimi kifayət qədər əsaslı sübutlar təqdim etmişik. Ancaq Bakı Kommersiya Məhkəməsi nədənsə onlar tərəfindən təqdim olunmuş sübutları qəbul etməmişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
17. Cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış YXM- ***/**** nömrəli, ##.##.2022-ci il tarixli xidmət müqaviləsi üzrə münasibətlər tərəflərin qarşılıqlı razılığı əsasında ## #### 2023-cü il tarixli ləğv (xitam) razılaşması ilə rəsmi şəkildə başa çatdırılmışdır. Həmin tarixdə tərəflər arasında üzləşmə aktı tərtib edilmiş, müqavilə üzrə görülmüş bütün işlərin həcmi və dəyəri müəyyən edilmiş, iddiaçıya olan qalıq borc isə tam şəkildə ödənilmişdir. Ləğv (xitam) razılaşmasında və üzləşmə aktında açıq şəkildə göstərilmişdir ki, tərəflərin bir-birinə qarşı həmin müqavilədən irəli gələn başqa heç bir borcu, öhdəliyi və tələbi mövcud deyildir. Bu sənədlər tərəflər arasında müqavilə münasibətlərinin tam və qəti şəkildə başa çatdığını təsdiq edən rəsmi yazılı sübutlardır. Xitam razılaşması və üzləşmə aktı cavabdeh və iddiaçı tərəflərin həqiqi iradə ifadələrini özündə əks etdirməklə, təqdim edilmiş ödəniş tapşırıqları ilə birlikdə müqavilə üzrə bütün öhdəliklərin icra edildiyini və tərəflərin bir-birinə qarşı hər hansı borcunun qalmadığını sübuta yetirir. Bu hallar məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən gözardı edilə bilməz. Iddiaçı tərəfindən iddia ərizəsində irəli sürülən 3.082.284,00 manat məbləğində tələbin əsasını təşkil edən “əlavə işlər”in hansı tarixdə, hansı sifariş əsasında və hansı sənədlə qəbul edildiyi barədə iş materiallarında hər hansı yazılı sübut mövcud deyildir, işlərin görüldüyü sübuta yetirilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi, yanacaq paylama cədvəlləri, videogörüntülər, xidmət müqavilələri iddia edilən əlavə işlərin cavabdeh tərəfindən sifariş edildiyini və qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən əlavə işlərin sifarişçi tərəfindən tələb edildiyi sübuta yetirilmədiyindən, cavabdehin həmin işlərə görə əlavə muzd ödəmək öhdəliyi yaranmamışdır. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC tərəfindən torpaq hamarlanması işlərindən əlavə olaraq iddia edilən torpağın daşınması və sulanaraq kipləşdirilməsi işlərinin cavabdeh tərəfindən sifariş edildiyini təsdiq edən əlavə sifariş sənədi, təhvil-təslim aktı, əlavə smeta, hesab-faktura və ya elektron qaimə təqdim edilməmişdir. Halbuki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən sifarişçi yalnız razılaşdırılmış işlərə görə muzd ödəməlidir. Iddiaçının əlavə işlərin guya şifahi razılaşma əsasında icra edildiyinə dair izahatı da məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 753.2 və 753.3-cü maddələrinə görə əlavə işlərin görülməsi yalnız sifarişçinin razılığı və tərəflər arasında yeni qiymətin razılaşdırılması şərti ilə mümkündür. Hazırkı iş üzrə isə bu halları təsdiq edən hər hansı yazılı sübut mövcud deyildir. Iddiaçı bu sübutetmə yükünü yerinə yetirmədiyindən, podrat müqaviləsində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübuta yetirilməmiş hesab olunur. Beləliklə, cavabdehin əlavə muzd ödəmək öhdəliyi yaranmamış, iddiaçının isə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən əlavə muzd tələb etmək hüququ mövcud olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Iddiaçı tərəfindən sübut kimi təqdim edilən mütəxəssis rəyi ziddiyyətli, qeyri-müəyyən və iş materialları ilə təsdiqlənməyən məlumatlara əsaslanır. Rəydə göstərilən iş həcmləri, icra tarixləri və məbləğlər iş üzrə mövcud sənədlərlə uyğun gəlmir, əlavə işlərin konkret olaraq harada, nə vaxt və hansı hüquqi əsasla icra edildiyi müəyyən edilmir. Bundan başqa, mütəxəssis rəyində iddia edilən iş həcmi və dəyəri qısa müddət ərzində milyonlarla manatlıq işlərin görüldüyü iddiası nə texniki, nə də iqtisadi baxımdan ağlabatan hesab edilə bilməz. Bu səbəbdən təqdim edilmiş mütəxəssis rəyi obyektiv və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi, onun ixtiyarında təxminən 30-a yaxın texnika olmuş, həmin müddət ərzində 153000,00 kub metr həcmində işlər icra edilmişdir. Lakin belə olan halda belə, cəmi dörd ay ərzində həm müqavilə üzrə, həm də müqavilədən kənar iddia edilən işlərin göstərilən həcmdə və dəyərdə icra edilməsi real və mümkün hesab edilə bilməz. Eyni zamanda, mütəxəssis rəyində həm müqavilə üzrə, həm də müqavilədən kənar işlərin dəyəri birlikdə hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edildiyi iddia edilən aktlara əsasən müqavilə predmeti olan torpaq hamarlama işlərinin ümumi dəyəri ƏDV daxil 391.073,24 AZN kimi göstərildiyi halda, rəyin nəticə hissəsində guya görülmüş işlərin (həm müqavilə, həm müqavilədənkənar) ümumi dəyərinin 3.082.284,00 AZN olduğu qənaətinə gəlinmişdir. Bu hal mütəxəssis rəyinin daxili ziddiyyətli olduğunu açıq şəkildə nümayiş etdirir. Digər tərəfdən, tərəflər arasında aparılmış üzləşməyə əsasən, iddiaçının müqavilənin predmeti üzrə faktiki gördüyü işlərin həcminə uyğun olaraq (təsdiqlənmiş aktlar üzrə), iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında ümumilikdə 416.987,42 AZN məbləğində xidmət alınmış və həmin məbləğ cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Bu halda, mütəxəssis rəyində əsas götürüldüyü iddia edilən aktlar üzrə müqavilə predmeti olan işlərin dəyəri ilə tərəflər arasında imzalanaraq təsdiqlənmiş aktlar və faktiki ödənişlər arasında ciddi uyğunsuzluq yaranır. Belə olan halda, mütəxəssis rəyinin məntiqinə əsasən, iddiaçının müqavilə üzrə aldığı ödənişlərlə müqavilə predmeti üzrə guya görülmüş işlərin dəyəri arasında fərq formalaşır ki, bu da iddiaçının cavabdeh qarşısında borclu mövqedə qalması nəticəsini yaradır. Bu isə rəyin hüquqi və faktiki baxımdan əsassız olduğunu bir daha təsdiq edir. Bundan əlavə, rəyin əsaslandığı aktlar iş materiallarında mövcud deyil və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Rəydə göstərilən rəqəmlərin iddiaçı tərəfindən əvvəlcədən təqdim edilmiş məlumatlar əsasında, hər hansı müstəqil hesablamalar aparılmadan formalaşdırıldığı aydın görünür. Ümumiyyətlə, mütəxəssis rəyinin tərtibi cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan həyata keçirilmişdir ki, bu da rəyin obyektivliyinə ciddi şübhə yaradır. Cavabdeh tərəfin izahatından da göründüyü kimi, mütəxəssis tərəfindən əraziyə baxış zamanı faktiki ölçmə və texniki araşdırmalar aparılmamış, yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə və işlərin guya icra edildiyi yerlərin şifahi şəkildə göstərilməsi ilə kifayətlənilmişdir. Nəzərə alınmalıdır ki, bu cür işlərin faktiki icrasının müəyyən edilməsi xüsusi texniki və laborator mexanizmlər tələb edir. Artıq asfalt qatı vurulmuş yol sahəsində heç bir laborator müayinə aparılmadan torpağın nəmliyi və kipləşmə dərəcəsinin müəyyən edilməsi mümkün deyildir. Bu isə mütəxəssis rəyinin yalnız iddiaçının şifahi məlumatlarına əsaslandığını və real araşdırma aparılmadığını bir daha təsdiq edir. Beləliklə, təqdim edilmiş mütəxəssis rəyi fərziyyələrə əsaslandığından, obyektiv, etibarlı və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Iddiaçı tərəfindən xitam razılaşmasının və üzləşmə aktının guya hədə qorxu şəraitində imzalanması ilə bağlı arqumentlər də məhkəmə tərəfindən əsaslı qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində iradə ifadəsində qüsurun mövcudluğu yalnız müvafiq iddia tələbi və mötəbər sübutlar təqdim edildiyi halda hüquqi nəticə doğura bilər. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən nə həmin sənədlərin etibarsız sayılması ilə bağlı ayrıca iddia qaldırılmış, nə də məcburetməni təsdiq edən hər hansı sübut təqdim edilmişdir. Əksinə, üzləşmə aktının tərtib edilməsi, qalıq borcun tam ödənilməsi və bundan sonra xitam razılaşmasının imzalanması iddiaçının sənədləri könüllü şəkildə qəbul etdiyini göstərir. Hazırkı iş üzrə iddiaçı tərəf xitam razılaşmasının və üzləşmə aktının guya hədə-qorxu (məcburetmə) şəraitində imzalandığını iddia etsə də, bu iddia hüquqi baxımdan yalnız mübahisə edilən əqd kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin 339-cu və 347-ci maddələrinə əsasən, hədə-qorxu iradənin zədələnməsi halı olmaqla, belə hallarda əqd avtomatik etibarsız sayılmır, yalnız iradəsi zədələnmiş tərəf tərəfindən mübahisələndirildiyi halda etibarsızlıq nəticəsi yarada bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, hədə-qorxu halında əqdi mübahisələndirmək hüququ hədənin aradan qalxdığı andan etibarən bir il müddətində həyata keçirilə bilər və bu müddət kəsici müddət hesab olunur. Hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi hədə-qorxu halı ən gec xitam razılaşmasının və üzləşmə aktının imzalandığı tarixdə aradan qalxmış hesab edilməlidir. Buna baxmayaraq, iddiaçı həmin müddət ərzində nə xitam razılaşmasının, nə də üzləşmə aktının etibarsız sayılması ilə bağlı hər hansı iddia qaldırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, kəsici müddətlərin tətbiqi yalnız əqdin etibarsızlığını əsaslandıran halların mövcudluğu sübuta yetirildikdən sonra mümkün ola bilər. Başqa sözlə, məhkəmə əvvəlcə iddia edilən hədə-qorxu faktının mövcudluğunu və iradənin həqiqətən zədələndiyini müəyyən etməli, yalnız bundan sonra Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətə münasibət bildirməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən hədəqorxu faktını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən nə xitam razılaşmasının etibarsızlığı sübuta yetirilmiş, nə də Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər çərçivəsində əqd (xitam razılaşması və üzləşmə aktı) mübahisələndirilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri xitam razılaşması ilə başa çatmış, bütün ödənişlər həyata keçirilmiş, qarşılıqlı borclar bağlanmış, iddia edilən əlavə işlərin mövcudluğu və sifarişçi tərəfindən tələb edilməsi sübuta yetirilməmişdir. Iddia tələbi yalnız fərziyyələrə və sənədlərlə təsdiqlənməyən mütəxəssis rəyinə əsaslandığından maddi hüquq normalarına və iş üzrə faktiki hallara uyğun hesab edilə bilməz. Odur ki, yuxarıda göstərilənləri və işin faktiki hallarını rəhbər tutaraq, Mülki Məcəllənin 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər üçün ödəniş nəzərdə tutulmadığından, iddia tələbi təmin edilməməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi qanuni nümayəndə1 və iddiaçının nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. - 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
21. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. -25.1.6-cı maddəsinə əsasən, müqaviləyə tətbiq edilməli hüquq barədə tərəflərin razılığı olmadıqda podrat müqaviləsinə podratçının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir. -25.2.2-ci maddəsinə əsasən, tərəflər arasında tətbiq edilməli hüquq barədə razılaşma olmadıqda tikinti podrat müqaviləsinə belə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə ilə nəzərdə tutulan nəticələrin yarandığı ölkənin hüququ tətbiq edilir.
22. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarının: -2.4-cü maddəsinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Həmin maddənin tələbləri baxımından xarici elementli kommersiya mübahisəsində məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtləri aşağıdakılardır: - işdə iştirak edən şəxslərdən hər hansı birinin xarici şəxs olması; - xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yerin olması. -2.5-ci bəndinə əsasən, MPM-in 443-cü maddəsi xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətinin xüsusi əsaslarını müəyyən edir. Hazırkı iş baxımından xarici şəxsin filialının Azərbaycan Respublikasının ərazisində olması barədə MPM-in 443.0.2-ci maddəsi və iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasında həyata keçirilmiş müqavilədən irəli gəlməsi barədə MPM-in 443.0.7-ci maddəsi tətbiq edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. -443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.2-ci maddəsinə əsasən, xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda Azərbaycan Respublikasının məhkəmələri həmin işlərə baxmağa haqlıdır; -443.0.7-ci maddəsinə əsasən, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri həmin işlərə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh qismində göstərilən qurum xarici hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialıdır. Mübahisə həmin xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialının fəaliyyəti çərçivəsində bağlanmış və Azərbaycan Respublikasının ərazisində icra olunmuş müqavilədən irəli gəldiyindən xarici elementli kommersiya mübahisəsi xarakteri daşıyır. Buna görə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyəti və münasibətlərə tətbiq edilməli maddi hüquq ayrıca müəyyən edilməlidir.
29. MPM-in 443.0.2-ci maddəsi xarici şəxsin filialı Azərbaycan Respublikasının ərazisində olduqda, 443.0.7-ci maddəsi isə iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini nəzərdə tutur. Hazırkı işdə hər iki xüsusi əsas mövcud olduğundan, həmçinin Ali Məhkəmə Plenumunun ## ###### 2023-cü il tarixli, **/**** nömrəli Qərarının 2.5-ci bəndində ifadə olunmuş yanaşma nəzərə alınmaqla Azərbaycan Respublikasının məhkəmələri mübahisəyə baxmağa beynəlxalq səlahiyyətlidir.
30. Tətbiq edilməli maddi hüquqa münasibətdə kollegiya qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 1.2-ci maddəsi tətbiq ediləcək hüququn müəyyənləşdirilməsinin ümumi əsaslarını müəyyən edir. Həmin Qanunun 25.1.6-cı maddəsinə görə podrat müqaviləsinə, tərəflərin hüquq seçimi barədə razılığı olmadıqda, podratçının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ, 25.2.2-ci maddəsinə görə isə tikinti podrat müqaviləsinə fəaliyyətin həyata keçirildiyi və ya müqavilə nəticəsinin yarandığı ölkənin hüququ tətbiq edilir. Iddiaçı podratçı Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxs olmaqla, mübahisəli yol-tikinti işləri də Azərbaycan Respublikasının ərazisində icra edildiyindən hər iki kollizion meyar Azərbaycan Respublikasının maddi hüququnun tətbiqinə gətirib çıxarır.
31. Mübahisənin mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, YXM-***/**** nömrəli müqavilə bağlanmışdır. Müqavilədə “xidmət” ifadəsindən istifadə edilməsi onun hüquqi təbiətini müəyyən edən yeganə meyar deyildir. Müqavilənin predmetinin torpaq hamarlanması və yolun genişləndirilməsi layihəsi çərçivəsində konkret, maddiləşdirilə bilən nəticənin yaradılmasına yönəlməsi nəzərə alınmaqla, tərəflər arasındakı münasibətlər hüquqi mahiyyətinə görə podrat münasibətləri kimi qiymətləndirilməlidir. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin (işin) növləri və haqqı “X3” ilə müəyyən edilmiş, 2.1-ci bəndə əsasən haqq bir kubmetr üçün 3 manat müəyyən edilmiş, 2.2-2.4-cü bəndlərdə isə faktiki görülmüş işlərin aylıq aktlarla rəsmiləşdirilməsi və ödənişin həmin aktlar və elektron qaimə-faktura əsasında aparılması nəzərdə tutulmuşdur.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni zamanda, Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, şərtləşdirilmiş muzd ödənildikdə podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
33. Hazırkı mübahisə üzrə tərəflər arasında ##.##.2022-ci il tarixli * nömrəli Xidmət Aktı və ##.##.2022-##.##.2023-cü il dövrünü əhatə edən * nömrəli Xidmət Aktı tərtib edilmiş, həmin aktlarda görülmüş işlərin həcmi və dəyəri müəyyən edilmiş, aktlar hər iki tərəfin nümayəndələri tərəfindən imzalanaraq möhürlərlə təsdiq edilmişdir. Daha sonra isə ##.##.2023-cü il tarixdə tərəflər arasında X4 Aktı imzalanmışdır. Həmin üzləşmə aktında tərəflər təsdiq etmişlər ki, müqavilə üzrə 353.379,17 manat (ƏDV xaric) dəyərində xidmət alınmış, 172.242,26 manat (ƏDV xaric) ödənilmiş və 181.136,90 manat (ƏDV xaric) qalıq borc mövcud olmuşdur. Eyni zamanda, həmin qalıq məbləğin ödənilməsindən sonra iddiaçının müqavilə və onun hər hansı müddəasından irəli gələn pul tələbinin olmayacağı, habelə üzləşmə aktında göstərilənlərdən başqa tərəflərin bir-birinə qarşı heç bir pul tələbinin və işlərin yerinə yetirilməsi ilə əlaqədar öhdəliyinin qalmadığı xüsusi olaraq təsbit edilmişdir.
34. Iş materiallarında olan ödəniş sənədləri də göstərir ki, cavabdeh tərəfindən 181.136,91 manat, 50.000 manat, 62.242,26 manat və 60.000 manat olmaqla, ümumilikdə 353.379,17 manat iddiaçının bank hesabına, habelə 10800 manat, 11203,61 manat, 9000 manat, 32604,64 manat olmaqla, ümumilikdə 63.608,25 manat ƏDV hesabına köçürülmüşdür. Beləliklə, tərəflər arasında imzalanmış üzləşmə aktında müəyyən edilmiş qalıq borcun da sonradan tam ödənilməsi iş materialları ilə təsdiq olunur.
35. Bununla yanaşı, ##.##.2023-cü il tarixdə tərəflər arasında YXM-***/**** nömrəli müqaviləyə xitam verilməsi barədə razılaşma bağlanmışdır. Həmin razılaşmada tərəflər müqavilə üzrə hüquq və öhdəliklərin xitam verildiyini, xitam tarixindən etibarən tərəflərin birbirinə qarşı borcunun və hər hansı iddia tələbinin mövcud olmadığını bəyan etmişlər.
36. Üzləşmə aktı, ödəniş sənədləri və xitam razılaşması öz məzmununa görə yalnız ödəniş faktını deyil, həm də tərəflərin müqavilə münasibətlərinin hansı həcmdə icra edildiyinə və həmin münasibətlərin yekunlaşdırılmasına dair sonrakı davranışını əks etdirir. Bu sənədlər əlavə işlərin ümumiyyətlə görülmədiyini avtomatik olaraq təsdiq edən yeganə sübut sayıla bilməz, lakin digər sübutlarla birlikdə qiymətləndirildikdə mühüm sübut əhəmiyyətinə malikdir. Xüsusilə, iddia edilən əlavə işlərin ##.##.2023-cü il tarixindən əvvəl görülməsi iddia olunduğu halda, həmin tarixdə tərəflərin qarşılıqlı hesablaşmaları yekunlaşdırması və işlərin yerinə yetirilməsi ilə əlaqədar əlavə öhdəliyin qalmadığını yazılı şəkildə təsdiq etməsi sonradan irəli sürülmüş tələbin mötəbərliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Iddiaçının bu sənədlərin iradəsinə zidd şəraitdə imzalanmasına dair bildirdiyi mülahizələr isə onları təsirsiz hesab etməyə imkan verən obyektiv və mötəbər sübutlarla təsdiqlənməmişdir.
37. Iddiaçının apellyasiya şikayətinin əsas dəlili müqavilədə nəzərdə tutulmuş torpaq hamarlanması işlərindən əlavə torpağın qazılması, daşınması, sulanması və kipləşdirilməsi işlərinin görülməsi və onların dəyərinin ödənilməməsidir. Bu dəlil Mülki Məcəllənin 753.3 və 753.4-cü maddələrinin tələbləri, habelə Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri baxımından qiymətləndirilməlidir. Mülki Məcəllənin 753.3-cü maddəsinə görə ayrıca muzd hüququnun yaranması üçün müqavilədə nəzərdə tutulmayan əlavə işlərin sifarişçi tərəfindən tələb edilməsi hüquqi əhəmiyyət daşıyır; 753.4-cü maddəyə görə isə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Buna görə iddiaçı əlavə işlərin müqavilə üzrə artıq razılaşdırılmış və ödənilmiş iş həcmindən kənar olmasını, məhz cavabdehin tələbi ilə görülməsini, konkret həcmini və dəyərini, habelə həmin işlərin cavabdeh üçün icra edildiyini sübut etməlidir. Əlavə işlərə dair ayrıca yazılı sifarişin və ya aktın olmaması öz-özlüyündə həlledici nəticə doğurmur; sifarişçinin iradəsi tərəflərin davranışı, yazışmalar, ödəniş sənədləri, iş aktları və digər sübutların məcmusu əsasında da müəyyən edilə bilər. Lakin belə halda da həmin sübutların əlavə işlərin sifarişçi tərəfindən tələb edildiyini və müqavilə üzrə artıq ödənilmiş işlərdən fərqli konkret iş həcmini yetərli dərəcədə müəyyən etməsi zəruridir.
38. Bu baxımdan əlavə işlərin görülməsinə dair ayrıca yazılı razılaşmanın, sifariş sənədinin, təhvil-təslim aktının, elektron qaimə-fakturanın və ya əlavə smetanın olmaması tələbin rədd edilməsi üçün təkbaşına formal əsas kimi qəbul edilmir. Lakin hazırkı işdə yazılı sənədlərin olmaması ilə yanaşı, digər sübutların məcmusu da cavabdehin məhz mübahisələndirilən işləri sifariş etdiyini və ya həmin işlər barədə məlumatlı olaraq onların görülməsinə etiraz etmədiyini, işlərin müqavilə üzrə artıq ödənilmiş işlərdən ayrıca olduğunu, onların konkret həcmini, icra yerini və tarixini, habelə ayrıca muzd ödənilməli olması barədə cavabdehə qabaqcadan məlumat verildiyini etibarlı şəkildə müəyyən etməyə imkan vermir. Deməli, nəticə yalnız yazılı sənədin olmamasına deyil, sübutların ümumi məcmusunun iddiaçının üzərinə düşən sübutetmə yükünü qarşılamamasına əsaslanır. Iddiaçının istinad etdiyi ödəniş tapşırıqlarında ödənişin təyinatında “torpaq daşıma xidməti” ifadəsinin göstərilməsi də ayrıca qiymətləndirilməlidir. Həmin qeyd tərəflər arasında torpaq daşınması ilə bağlı əməliyyatların mövcudluğuna işarə edə bilsə də, özüözlüyündə
39. 3.082.284 manat məbləğində ayrıca və ödənilməmiş işlərin sifariş edildiyini və qəbul olunduğunu təsdiq etmir. Sözügedən ödənişlər tərəflərin ##.##.2023-cü il tarixli üzləşmə aktı ilə yekunlaşdırdıqları hesablaşmaların tərkibində nəzərə alınmışdır. Ödəniş tapşırıqlarından mübahisələndirilən əlavə işlərin konkret həcmini, yerini, tarixini, ayrıca sifariş əsasını və qiymətini müəyyən etmək mümkün olmadığından bu sənədlər sonrakı tarixdə irəli sürülmüş 3.082.284 manatlıq ayrıca tələbin yaranmasını təsdiq etmir.
40. Apellyasiya şikayətinin cavabdehin digər şəxslərlə bağladığı müqavilələrin tarixlərinin iddiaçı ilə bağlanmış müqavilənin tarixi ilə üst-üstə düşməməsi barədə dəlili də fərqli nəticəyə gəlmək üçün kifayət etmir. Cavabdehin müəyyən işlərin başqa podratçılar tərəfindən yerinə yetirildiyini tam sübut edə bilməməsi iddiaçının sübutetmə yükünü aradan qaldırmır və həmin işlərin məhz iddiaçı tərəfindən, cavabdehin sifarişi və ya məlumatlı razılığı ilə görülməsini avtomatik olaraq təsdiq etmir. Digər podratçılarla müqavilələrin tarixindəki uyğunsuzluq cavabdehin izahının inandırıcılığına təsir göstərə bilən hal olsa da, iddiaçının tələb etdiyi konkret işlərin həcmi və hüquqi əsasını təsdiq edən müsbət sübutu əvəz etmir.
41. MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçı yalnız ərazidə müəyyən torpaq-tikinti işlərinin aparıldığını deyil, həmin işlərin məhz cavabdehin sifarişi, məlumatlılığı və ya onunla yaranmış hüquq münasibəti çərçivəsində yerinə yetirildiyini, müqavilə üzrə artıq aktlaşdırılmış və ödənilmiş işlərdən ayrıca olduğunu, habelə tələb edilən məbləğin həmin əlavə işlərə uyğunluğunu sübut etməlidir. Iddiaçının təqdim etdiyi yanacaq paylama cədvəlləri və videogörüntülər texnikanın və müəyyən iş prosesinin ərazidə mövcudluğunu göstərə bilsə də, onlardan işlərin hansı hissəsinin müqavilə üzrə, hansı hissəsinin əlavə iş kimi görüldüyünü, əlavə işlərin sifariş və ya qəbul əsasını, dəqiq həcmini və qiymətini müəyyən etmək mümkün deyildir. Buna görə həmin materiallar digər sübutlarla birlikdə də iddiaçının sübutetmə yükünü qarşılayan kifayət qədər sübut məcmusu yaratmır.
42. Iddiaçı tələbini “maddi zərər” kimi ifadə etsə də, iddianın faktiki əsası cavabdeh üçün görüldüyü iddia olunan əlavə işlərin dəyərinin ödənilməməsidir. Buna görə tələbin hüquqi qiymətləndirilməsi, onun iddiaçı tərəfindən verilmiş hüquqi adından asılı olmayaraq, ilk növbədə Mülki Məcəllənin podrat üzrə əlavə muzdun ödənilməsini tənzimləyən 753.3 və 753.4-cü maddələri əsasında aparılmalıdır. Həmin normaların tətbiqi üçün isə iddiaçının mübahisəli əlavə işlərin konkret olaraq cavabdehin tələbi ilə görüldüyünü, həmin işlərin müqavilə üzrə aktlaşdırılmış və ödənilmiş işlərdən ayrıldığını, onların həcmini və dəyərini mötəbər sübutlarla təsdiq etməsi zəruridir. Hazırkı iş üzrə təqdim edilmiş sübutlar bu halları kifayət qədər müəyyən etməyə imkan vermir.
43. Iddiaçının sübut kimi istinad etdiyi ##.##.2025-ci il tarixli, **/**-***/** saylı mütəxəssis rəyində 2-ci Şıxlı ərazisində görülmüş tikinti işlərinin təqribi dəyəri 3.082.284 manat müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy iddiaçının məhz cavabdeh tərəfindən sifariş edilmiş, onun məlumatlılığı və ya razılığı ilə görülmüş və müqavilə üzrə əvvəlki hesablaşmalara daxil edilməmiş əlavə işlərə görə 3.082.284 manat tələb etmək hüququnun mövcudluğunu təsdiq edən kifayət qədər sübut sayıla bilməz. Rəy əsasən işlərin ehtimal olunan dəyərinə münasibət bildirir; halbuki mübahisədə qiymətin müəyyənləşdirilməsindən əvvəl həmin işlərin hüquqi əsasının, sifariş və ya məlumatlılıq faktının, habelə müqavilə üzrə ödənilmiş işlərdən ayrılıqda mövcudluğunun sübuta yetirilməsi tələb olunur.
45. Iş materiallarında olan ##.##.2025-ci il tarixli sənəd məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində MPM-in 97-101-ci maddələri üzrə alınmış ekspert rəyi deyil, iddiaçının təşəbbüsü ilə əldə edilmiş “mütəxəssis rəyi”dir. Buna görə həmin sənədin prosessual statusunu məhkəmə ekspertizasının rəyi ilə eyniləşdirmək və onun qiymətləndirilməsini yalnız MPM-in 101.6 və 101.7-ci maddələrinin formal tələbləri ilə əsaslandırmaq düzgün olmazdı. Onun sübut əhəmiyyəti MPM-in 88-ci maddəsinə uyğun olaraq mənbə məlumatlarının mötəbərliyi, tətbiq edilmiş metodikanın yoxlanıla bilməsi və digər sübutlarla uzlaşması baxımından qiymətləndirilməlidir.
46. Bu baxımdan mütəxəssis rəyi də heç bir digər sübut kimi qabaqcadan müəyyən edilmiş üstün qüvvəyə malik deyildir. Rəyin nəticəsi yalnız hesablamanın aparılması üçün istifadə edilmiş ilkin məlumatlar etibarlı olduqda və həmin nəticə iş üzrə digər sübutlarla uzlaşdıqda sübut əhəmiyyəti daşıya bilər. Eyni zamanda, işlərin bazar dəyərinin hesablanması həmin işlərin cavabdeh tərəfindən sifariş edilməsi, qəbul olunması və müqavilə üzrə artıq aktlaşdırılmış və ödənilmiş işlərdən ayrıca olması faktını özlüyündə təsdiq etmir.
47. Hazırkı işdə mütəxəssis rəyinin nəticələri tərəflər arasında imzalanmış aktlar və faktiki hesablaşmalarla tam uzlaşmır. Rəydə müxtəlif tarixli aktlara istinad olunsa da, həmin sənədlərin bir qisminin iş materiallarında olmadığı, rəyin hansı ilkin sənəd əsasında hansı sahədə və hansı tarixdə nə qədər iş həcmi müəyyən etdiyi aydın şəkildə izlənilə bilmədiyi görünür. Rəyin hazırlanması zamanı mübahisəli işlərin müqavilə üzrə artıq aktlaşdırılmış işlərdən texniki və həcm baxımından necə ayrıldığı da əsaslandırılmamışdır. Bu çatışmazlıqlar 3.082.284 manatlıq hesablamanın yoxlanıla bilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
48. Bundan əlavə, rəyin nəticəsində göstərilən 3.082.284 manat məbləğin müqavilə üzrə görülmüş işlərin ümumi dəyərini, yoxsa yalnız müqavilədənkənar əlavə işlərin dəyərini ifadə etməsi aydın şəkildə fərqləndirilməmişdir. Məbləğ müqavilə üzrə işləri də əhatə edirsə, həmin işlərə görə artıq edilmiş ödənişlərin təkrar tələbə daxil edilməsi riski yaranır; yalnız əlavə işlərə aid olduğu qəbul edilərsə isə həmin işlərin konkret yeri, tarixi, həcmi və sifariş əsası ayrıca müəyyən edilməlidir. Bu əsaslar sübuta yetirilmədən yalnız orta bazar qiyməti barədə hesablama əlavə muzd borcunun yaranmasını müəyyən etmir.
49. Iddiaçının şahidlərin dindirilməsi barədə vəsatətlərinin təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, şahid ifadələri prinsip etibarilə işlərin faktiki görülməsi, sifarişçinin bu işlərdən məlumatlı olub-olmaması və tərəflərin davranışı kimi hallar barədə sübut əhəmiyyəti daşıya bilər. Bununla belə, apellyasiya şikayətində həmin şəxslərin əsasən “müqavilədən kənar hansı işləri gördükləri” barədə məlumat verəcəkləri göstərilmişdir. Belə ifadələr işlərin faktiki icrasına aid ola bilsə də, özlüyündə cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən konkret əlavə sifariş verilməsini, ayrıca muzd barədə əvvəlcədən məlumatlandırmanı, işlərin qəbulunu, dəqiq həcmini və qiymətini təsdiq etmir. Bu səbəbdən həmin şahidlərin dindirilməməsi, işdə olan digər sübutların məcmusu nəzərə alındıqda, mübahisənin nəticəsinə təsir edə biləcək prosessual pozuntu kimi qiymətləndirilmir.
50. Beləliklə, iş üzrə sübutlar Mülki Məcəllənin 753.3 və 753.4-cü maddələri, habelə Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri baxımından məcmu şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin konkret əlavə işlərin görülməsini tələb etməsi, həmin işlərin müqavilə üzrə artıq aktlaşdırılmış və ödənilmiş işlərdən ayrıca həcmi və icra tarixləri, cavabdeh tərəfindən qəbul edilməsi və əlavə işlərin qiymətinə dair razılaşmanın mövcudluğu kifayət qədər sübuta yetirilməmişdir. Ayrı-ayrı sübutlarda torpaq daşıma və digər işlərə istinad olunması bu nəticəni dəyişmir, çünki həmin məlumatlar iddia edilən 3.082.284 manatlıq əlavə işlərin konkret həcmini, sifariş əsasını və müqavilə üzrə artıq ödənilmiş işlərdən fərqini müəyyən etməyə imkan vermir. Tərəflərin ##.##.2023-cü il tarixli üzləşmə aktı və xitam razılaşması ilə hesablaşmaları yekunlaşdırması da digər sübutlarla birlikdə qiymətləndirildikdə sonradan irəli sürülmüş tələbin əsaslılığını təsdiq etmir.
51. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi yekun nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin əsaslandırılmasında əlavə işlər üzrə sübutetmə yükünün və təqdim edilmiş sübutların qiymətləndirilməsinin daha ətraflı ifadə olunması mümkün olsa da, həmin çatışmazlıq işin düzgün həllinə təsir edən xarakter daşımır. Apellyasiya instansiyasında aparılmış tam hüquqi və sübut qiymətləndirməsi nəticəsində müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.