Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-586/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X12 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Birinci iş üzrə iddiaçının, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1, Birinci iş üzrə cavabdehin, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi nümayəndə1 iştirakları ilə, Birinci iş üzrə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zərərin əvəzinin ödənilməsi”tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin hallları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj və zəmanət müqaviləsi imzalanmışdır.
2. İddiaçı MMC-nin qanuni təmsilçisi – icra orqanının rəhbəri qanuni nümayəndə1, Cavabdeh MMC-nin mağazaların idarə edilməsi üzrə satış meneceri X10, kommersiya departamentinin isitmə, soyutma və havalandırma şöbəsinin müdiri X2 və həmin şöbənin mütəxəssisi X11 tərəfindən imza edilmiş və İddiaçı MMC-nin möhürü vurulmuş ##.##.2022ci il tarixli akta əsasən ümumi təmir işlərinin dəyəri 424 775,95 manat təşkil edir, həmin məbləğdən 153 370 manat ödənilmişdir, kondisionerin ümumi məbləği 210 000 manat təşkil edir, həmin məbləğdən 72400 manat ödəniş edilmiş, ümumi qalıq borc 409 005,95 manat müəyyən edilir. 409 005,95 manat məbləğindən 13800 manat qapı-pəncərə üçün çıxılır, 5205,95 manat endirim edilir, yekun borc 390 000 manat razılaşdırılır. 22. Məhkəməyə təqdim edilən Məmmədov Şamxal Rəfayıl oğlu ilə qanuni nümayəndə2 (Cavabdeh MMC-nin qanuni təmsilçisi) arasında bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Məmmədov Şamxal Rəfayıl oğlu Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, ev 16a ünvanında yerləşən, ümumi sahəsi 110,1 kv.m olan fərdi yaşayış evini 80000 manata, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, ev 16a ünvanında yerləşən 0,0384 ha torpaq sahəsini 20000 manata qanuni nümayəndə2 satmışdır.
3. İddiaçı MMC-nin qanuni təmsilçisi – icra orqanının rəhbəri qanuni nümayəndə1 və X2, X10 tərəfindən imzalanmış ##.##.2022- ci il tarixli akta əsasən Cavabdeh MMC ##.##.2022-ci il tarixədək Qusar rayonu ərazisində yerləşən “Primavera” hotelindən demontaj olunan cihazların geri qaytarılması və ##.##.2022-ci il tarixədək cihazlar demontaj olunan zaman vurulan zərərin aradan qaldırılmasını, İddiaçı MMC Cavabdeh MMC-yə borclu olduğu 210 000 manat pulun 65000 manat hissəsini ##.##.2023- cü il tarixədək, 145 000 manat hissəsini 2023-cü ilin fevral ayından başlayaraq borc bitənədək hər ay 10000 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan ##.##.2023-cü il tarixli aktlara əsasən avadanlıq və material “Primavera” İstirahət Mərkəzindən mərkəzin direktoru qanuni nümayəndə1 razılığı ilə sökülüb anbara geri aparılır və aktı öz imzası ilə qanuni nümayəndə1 nümayəndəsi İsgəndərov Sərxan Nəriman oğlu təsdiq edir. Aktın birinci nüsxəsində 21 adda əmlak göstərilmiş, “təhvil verdi” qrafası İsgəndərov Sərxan, “təhvil aldı” qrafası Sultanov Emil tərəfindən imzalanmış, aktın ikinci nüsxəsində 17 adda əmlak göstərilmiş, “təhvil verdi” qrafası İsgəndərov Sərxan, “təhvil aldı” qrafası Cəbiyev Elmir tərəfindən imzalanmışdır.
5. . Cavabdeh MMC-nin mağazaların idarə edilməsi üzrə satış meneceri X10 ##.##.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, qanuni nümayəndə1 ilə 2021-ci ildə tanış olmuş, onu Cavabdeh MMC-nin əməkdaşı Sultanov Emil ilə tanış etmiş və Cavabdeh MMC ilə İddiaçı MMC arasında isitmə, soyutma və havalandırma sahəsində xidmətin göstərilməsi və avadanlıqların satışı ilə bağlı razılaşma əldə edilmişdir. Lakin İddiaçı MMC isitmə, soyutma və havalandırma sahəsində xidmətin göstərilməsi və avadanlıqların satışı ilə bağlı görülən işlərin ödənişini həyata keçirməmişdir. qanuni nümayəndə1 ilə şəxsi zəmində baş verən mübahisənin Cavabdeh MMC ilə hər hansı əlaqəsi yoxdur.
6. Cavabdeh MMC-nin kommersiya departamentinin isitmə, soyutma və havalandırma şöbəsinin müdiri X2 və həmin şöbənin mütəxəssisi X11, baş ustası X3 ##.##.2024-cü il tarixdə verdikləri izahatlarında göstərmişdirlər ki, Cavabdeh MMC ilə bağlanmış olan əmək müqaviləsində və ona edilmiş əlavələrdə vəzifə öhdəlikləri açıq qeyd edilmiş, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən isitmə, soyutma və havalandırma sahəsində xidmətin göstərilməsi və avadanlıqların satışı ilə bağlı iş vəzifə borcu olaraq icra edilmiş, digər görülən işlər qarşı tərəfin – İddiaçı MMC-nin istəyinə uyğun olaraq fərdi qaydada şifahi razılaşmaya əsasən Cavabdeh MMC-dəki fəaliyyətdən kənar boş vaxtlarda – iş saatından sonra, bazar və bayram günlərində əlavə qazanc əldə etmək məqsədi ilə həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 293 000 manat məbləğində pulun və ödənilmiş 585 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: iddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus 5 mərtəbəli “Primavera” adlı hotelin tikintisini başa çatdırmışdır. Həmin tikintinin eyni zamanda təmir işləri də başa çatmış, sadəcə müəyyən işlər (elektrik, santexnik və s.) yarım qalmışdır. İddiaçı ona məxsus təmir tamamlanma işləri davam edən ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli “Primavera” adlı hotelə isitmə, soyutma və ventilyasiya avadanlıqlarının alınması ilə bağlı cavabdeh ilə ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj və zəmanət müqaviləsi bağlamışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin ümumi məbləği 210 000 manat təşkil edir. Sonradan iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”ndə yarım qalmış müəyyən təmir və mebel işlərini real bazar qiymətindən aşağı qiymətə həyata keçirməli idi. Həmin razılaşmaya əsasən cavabdeh Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”ndə əvvəlcədən görülmüş, lakin müəyyən səbəblərdən yarım qalmış təmir işlərini tamamlamalı və mebel işləri görməli idi. Bunun qarşılığında isə iddiaçı tərəfindən cavabdehə görüləcək işlərin dəyəri (mal-material xərci, işçi xərci və s.) mütəmadi olaraq təqdim ediləcək hesabatlara uyğun olaraq ödəniləcəkdi. Həmin razılaşmaya əsasən cavabdeh görüləcək işlərin xərcinə əlavə hesablanmış 20 % məbləğində vəsaiti isə gəlir olaraq əldə etməli idi. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən 2021-ci ilin iyul ayından cavabdeh tərəfindən iddiaçıya məxsus Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”ndə müəyyən işlər görülməyə başlanılmışdır. Bunun qarşılığında iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesabatlara uyğun mütəmadi olaraq ödənişlər edilmişdir. Sonradan iddiaçı tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən ödənilməsi üçün iddiaçıya təqdim edilmiş xərclərdə (hesabatlarda) uyğunsuzluqlar (real bazar qiymətini əks etdirməyən qiymətlər və xərclər) vardır. Bu səbəbdən iddiaçı cavabdehə ona həmin günə qədər təqdim edilmiş həqiqətə uyğun olmayan hesabatlarla bağlı uyğunsuzluqların aradan qaldırılmasını tələb etmişdir. Bunun nəticəsində cavabdeh iddiaçı ilə heç bir halda razılaşmayacaqlarını bildirərək Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”ndə görüləcək bütün işləri dayandırmışdır. Bir müddət sonra isə cavabdehin əməkdaşları iddiaçıya məxsus Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”nə basqın edərək hoteli yararsız vəziyyətə salaraq iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdehin əməkdaşları hoteldə görülmüş işlərdən əlavə, daha əvvəldən hoteldə iddiaçı tərəfindən görülmüş işləri (elektrik, santexnik, malyar və s.) və alınmış mebelləri yararsız vəziyyətə salaraq iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Halbuki həmin tarixədək iddiaçı tərəfindən cavabdehə görülmüş işlərlə bağlı 500 000 manata yaxın ödəniş edilmişdir. Bu səbəbdən, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətlərinə görə iddiaçıya vurulmuş maddi zərər ödənilməlidir. Cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərin müəyyən olunması üçün iddiaçı tərəfindən müstəqil ekspertiza fəaliyyəti göstərən “xxxx” MMC-yə sifariş verilmişdir. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli **-**/** nömrəli dəymiş zərərin müəyyən edilməsi barədə hesabatına əsasən müəyyən olunmuşdur ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 3 ünvanı, “Primavera Hotel” ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasında sifarişçi tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli akt, siyahı və yerli baxışa əsasən yerində mövcud olmayan qurğu və avadanlıqların, həmçinin mövcud vəziyyətə əsasən təmir bərpa işlərinin dəyəri (mal-material, avadanlıqlar və usta xərcləri nəzərə alınmaqla) 293000 manat təşkil edir. İşin hallarından da göründüyü kimi, cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərin məbləği müstəqil ekspert rəyi ilə öz təsdiqini taparaq 293 000 manat olaraq müəyyən olunmuşdur. İddiaçı tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsi üçün cavabdehə ##.##.2024-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya vurulmuş 293 000 manat məbləğində maddi zərər 5 (beş) gün ərzində ödənilməlidir, əks təqdirdə maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət ediləcəkdir. Lakin cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi zərərin ödənilməsi ilə bağlı bu günədək hər hansı bir hərəkət edilməmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz və daha sonra etiraza əlavələr təqdim edərək, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir.
10. İddiaya etiraz (əlavələrlə birlikdə) onunla əsaslandırılmışdır ki: şin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, tərəflər arasında ## #### 2021-ci il tarixli ****/*** saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetini satıcının (Cavabdeh MMC) isitmə, soyutma və ventilyasiya sistemini alıcıya (İddiaçı MMC) satması təşkil edir. Müqavilənin ümumi dəyəri 210 000 manat təşkil edir. Müqavilədə alıcı tərəfindən 210 000 manat pulun 3 hissədən ibarət olmaqla 3 ay müddətinə satıcıya ödənilməsi nəzərdə tutulmuşdur.Lakin buna baxmayaraq, İddiaçı MMC müqavilənin dəyəri olan 210 000 manat pulun müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə Cavabdeh MMC-yə ödənilməsindən imtina etmişdir. Belə olduğu halda, Cavabdeh MMC müqavilənin 5.1-ci maddəsinin tələblərinə uğun olaraq müqavilənin imzalandığı və işin icrası tarixindən bir ildən artıq vaxt keçdikdən sonra quraşdırılmış avadanlıqları öz vəsaiti hesabına demontaj etmişdir. Demontaj prosesinin müqavilədə nəzərdə tutulmasına, tərəflərin razılığı ilə həyata keçirilməsinə və xərcinin İddiaçı MMC tərəfindən ödənilməli olmasına baxmayaraq, İddiaçı MMC-nin direktoru qanuni nümayəndə1 demontaj prosesinin guya qanunsuz olaraq həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Həmin idarədə araşdırma zamanı tərəflər arasında ## ######## 2022-ci il tarixli akt tərtib edilmişdir. Qeyd edilən akta əsasən Cavabdeh MMC ## ######## 2022-ci il tarixədək Qusar rayonu ərazisində yerləşən “Primavera” hotelindən demontaj olunan cihazların geri qaytarılması və ## ####### 2022ci il tarixədək cihazlar demontaj olunan zaman vurulan zərərin aradan qaldırılmasını öhdəliyinə götürmüş, İddiaçı MMC-nin direktoru qanuni nümayəndə1 isə Cavabdeh MMCyə borclu olduğu 210 000 manat pulun 65 000 manat hissəsini ## ###### 2023-cü il tarixədək, qalan 145 000 manat hissəsini isə 2023-cü ilin fevral ayından başlayaraq borc bitənədək hər ay 10 000 manat olmaqla ödənilməsi öhdəsinə götürmüşdür. Bundan sonra, Cavabdeh MMC satış predmeti olan avadanlıqları İddiaçı MMC-yə məxsus Qusar rayonu ərazisində yerləşən “Primavera” hotelində yenidən quraşdırsa da, İddiaçı MMC-nin direktoru qanuni nümayəndə1 borcunu ödəməkdən yenə də imtina etmişdir. Belə olan halda, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəflər arasında imzalanmış ## ######## 2022-ci il aktda qeyd edilmiş öhdəliklər İddiaçı MMC tərəfindən icra edilmədiyindən tərəfləri idarəyə dəvət edib qarşılıqlı razılıq əsasında Cavabdeh MMC-yə məxsus olan cihazların demontaj olunmasını tövsiyə etmiş, həmçinin idarənin rəisinin Emil Sultanova ünvanladığı ## ###### 2023-cü il tarixli məktubunda mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etmək hüququ sonuncuya izah olunmuşdur. Bundan sonra, iddiaçı İddiaçı MMC müqavilə və akt üzrə öhdəliklərini təkrar olaraq icra etmədiyi üçün Cavabdeh MMC mülkiyyət hüququnu özündə saxladığı avadanlıqları demontaj etmişdir. Cihazların demontaj olunması hər iki tərəfin imzası ilə aktla rəsmiləşdirilmişdir. Demontaj prosesi İddiaçı MMC-nin rəhbərliyinin razılığı ilə həyata keçirilmiş və müqavilənin 5.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Müqavilənin qeyd edilən 5.1-ci bəndinə əsasən demontaj zamanı Cavabdeh MMC-yə dəymiş zərəri İddiaçı MMC ödəməli olsa da, adı qeyd edilən şirkət bu xərcləri də ödəməkdən imtina etmişdir. Cavabdeh MMC demontaj prosesinin birini 13 400 manat xərc hesabına həyata keçirmiş, digərinə isə 6800 manat xərc çəkilmişdir. Hər iki demontaj prosesinə Cavabdeh MMC tərəfindən 20 200 manat xərc çəkilmiş, lakin İddiaçı MMC-nin rəhbərliyi demontaj proseslərinə xərclənmiş ümumilikdə 20 200 manat pulu Cavabdeh MMC-yə ödəməkdən bu günədək imtina etmişdir. Yekunda toplamda 210 000 manat işin dəyəri olmaqla və iki dəfə cihazların montaj və demontaj olunması üçün əlavə işçi və nəqliyyat xərci, eyni zamanda cihazların bu prosesdə ciddi zədə aldığı, yenidən satışa yararlıq dəyərini 20-30% itirdiyi nəzərə alınaraq Cavabdeh MMC-yə dəymiş zərər iki il yarım müddətində ümumilikdə təxminən əlavə olaraq 60 000 manatdan çox təşkil edir. Bundan başqa, iddia ərizəsində “sonradan iddiaçı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış şifahi razılaşmaya əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə məxsus Qusar rayonunda yerləşən “Primavera Hotel və İstirahət Mərkəzi”ndə yarım qalmış müəyyən təmir və mebel işlərinin real bazar qiymətindən aşağı qiymətə həyata kerçirilməli” olması barədə göstərilənlər qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh MMC adı qeyd edilən hoteldə “müəyyən təmir”, “mebel”, “yarım qalmış təmir işləri” və sair iş və xidmətlərin görülməsi barədə İddiaçı MMC ilə nə şifahi, nə də yazılı razılaşma bağlamışdır. Bundan başqa, iddia ərizəsində göstərilən “şifahi razılaşma” Azərbaycan Resspublikası Mülki Məcəlləsinin 329cu maddəsinin tələblərinə ziddir. Belə ki, iddia ərizəsində qeyd edilən iş və xidmətləri göstərilməsi barədə tərəflər arasında nə şifahi (sadə yazılı), nə də yazılı (notariat qaydada təsdiq edilmiş) əqd bağlanmışdır. Bundan başqa, hüquqi şəxsin adından çıxış etmək, onu təmsil etmək səlahiyyəti olan Cavabdeh MMC-nin təsisçisi və direktoru qanuni nümayəndə2 iddia ərizəsində qeyd edilən “müəyyən təmir”, “mebel”, “yarım qalmış təmir işləri” və sair iş və xidmətlərin görülməsi üçün hər hansı iradə ifadəsi olmamışdır. Göründüyü kimi, iddiaçı heç bir hüquqi əsas olmadan, həmçinin müqavilə öhdəliyini pozduğu halda, Cavabdeh MMC-nin İddiaçı MMC-yə guya maddi zərər vurması barədə əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, iddiaçı cavabdehlə yalnız isitmə, soyutma və ventilyasiya sistemini alıcıya (İddiaçı MMC) satması barədə müqavilə münasibətlərinə daxil olmuş, alıcı (İddiaçı MMC) müqavilə dəyərini müqavilə və sonradan imzalanmış akta uyğun olaraq satıcıya (Cavabdeh MMC) ödəməmiş, bu səbəbdən də satıcı tərəflərin razılığı və müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq avadanlıqların demontajını həyata keçirmişdir. Müqavələyə əsasən demontaj nəticəsində satıcıya dəymiş zərəri alıcının ödəməli olduğu halda, iddiaçı İddiaçı MMC göstərilən xərcləri Cavabdeh MMC-yə ödəməmiş, hətta prosessual hüququndan suiistifadə edərək formal dəlillərə əsaslanan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mülki-hüquqi məsuliyyət prinsiplərini manipulyasiya etmək cəhdidir. Binəqədi Rayon Prokurorluğunun ##.##.2024-cü il tarixli qərarı (qeydiyyat № **-3-2-2/310- 8581- 2) və iş materialları sübut edir ki, bu mübahisə rəsmi korporativ münasibətlərdən deyil, fiziki şəxslərin (işçilərin) şirkət rəhbərliyindən gizli apardıqları “kölgə biznesi” sövdələşmələrindən qaynaqlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz işçisinin vurduğu zərərə görə yalnız o halda məsuliyyət daşıyır ki, həmin zərər vəzifə borclarının icrası zamanı baş versin. Prokurorluq araşdırmasında qanuni nümayəndə1 və işçi Mehdi Həsənovun izahatları təsdiq edir ki, onlar arasında Cavabdeh MMC-nin fəaliyyət predmetinə aid olmayan şəxsi “şəriklik” münasibətləri mövcud olmuşdur. Mehdi Həsənovun öz şəxsi “Chevrolet Malibu” avtomobilini satıb pulunu iddiaçının balıq zavoduna xərcləməsi, klinikasının işıq pullarını şəxsi cibindən ödəməsi, iddiaçı ilə birlikdə Gürcüstandan avtomobil gətirib satmaq planları bir “satış meneceri”nin vəzifə təlimatına sığmır. Bu, tamamilə şəxsi zəmində qurulmuş bir biznes ittifaqıdır. İşçinin iş saatlarından kənar, rəhbərlikdən gizli və fərdi mənfəət naminə apardığı “xaltura” fəaliyyətlərinin fəsadlarına görə Cavabdeh MMC-nin maddi cavabdehlik daşıması qanunsuzdur. İddiaçı əsassız olaraq bildirir ki, Cavabdeh MMC hoteldə havalandırma sistemindən əlavə mebel, tikinti, santexnika və mərmər işlərini də görməli idi. Mülki Məcəllənin 329-cu maddəsinə görə hüquqi şəxslərin tərəf olduğu əqdlər mütləq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış yeganə hüquqi qüvvəyə malik sənəd ##.##.2021-ci il tarixli müqavilədir və onun predmeti yalnız havalandırma sistemləridir. Şirkət rəhbərliyinin (direktor qanuni nümayəndə2) havalandırmadan kənar hər hansı təmir və ya tikinti işləri barədə heç bir imzası, möhürü və ya yazılı (və ya şifahi) tapşırığı yoxdur. İddiaçının vəzifə səlahiyyəti olmayan sıravi işçilərlə apardığı “şifahi sövdələşmələr” şirkət üçün heç bir hüquqi öhdəlik yaratmır. Bu iddialar mülki dövriyyənin sabitliyi prinsiplərinə ziddir. Mülki hüququn təməli olan dürüstlük prinsipi hər bir şəxsdən vicdanlı davranmağı tələb edir. qanuni nümayəndə1 prokurorluq araşdırmasında etiraf edir ki, o, cavabdehin işçilərinə “hotelin gəlirindən 30 % pay vermək” vədi ilə onları qanunsuz yollara çəkmişdir. İddiaçı rəsmi müqavilədən yayınmaq, dövlət vergilərini ödəməmək və işçiləri özünün “gizli şərik”inə çevirmək üçün bu ssenarini qurmuşdur. Özü qanunsuzluğun təşkilatçısı olan iddiaçı, indi həmin qanunsuz münasibətlərin iflasına görə şirkəti hədəf seçə bilməz. Mülki Məcəllənin 5.1-ci maddəsinə əsasən, heç kim özünün hüquqa zidd və qeyrietik hərəkətindən mənfəət götürə bilməz. İddiaçının işçiləri (Anar Quliyev və Aynur Məhərrəmova) izahatlarında bildirirlər ki, hər iş günü nağd qaydada 2000 manat pulu Mehdi Həsənov və Elçin Rüstəmova ödəyiblər. Əgər iddiaçı Cavabdeh MMC ilə iş görürdüsə, niyə ödənişləri şirkətin bank hesabına deyil, işçilərin şəxsi əlinə nağd qaydada edirdi? Bu vəsaitlərin heç biri şirkət kassasına daxil olmamış və rəsmiləşdirilməmişdir. İddiaçı rəsmi mühasibatlıqdan kənar, “qara bazar” üsulu ilə iş görməklə bütün riskləri öz üzərinə götürmüşdür. Şirkət özündən gizlədilən və mənimsənilən vəsaitlərə görə cavabdehlik daşıya bilməz. İddiaçı 210 000 manat borcu ödəmədiyi üçün müqavilənin 5.1-ci maddəsinə uyğun olaraq quraşdırılmış avadanlıqlar demontaj edilmişdir. Avadanlıqlar iddiaçının obyekti fəaliyyət göstərmədiyi üçün orada 2,5 il qalmış və texniki baxımdan köhnələrək satış dəyərini 30 %-dən çox itirmişdir. Bundan əlavə, həmin avadanlıqlar hələ də satıla bilməmişdir. Prokurorluğun qərarı ilə təsdiq olunmuşdur ki, söküntü prosesi qanunauyğundur. İddiaçı 15 televizorun sınması və ya təmirin korlanması, elektrik avadanlıqlarına, mərmər materiallarına, ümumilikdə təmirə zərər vurulması kimi heç bir sənədli sübutu (aktı) olmayan bəhanələrlə özünün real borcunu ört-bastır etməyə çalışır. Prokurorluq araşdırması nəticəsində qəbul edilmiş qərar rəsmən təsdiq edir ki, tərəflər arasındakı münasibətlər “cinayət xarakterli dələduzluq” deyil, “mülki-hüquqi xarakterli” münasibətlərdir. Bu o deməkdir ki, iddiaçının “məni aldadıblar, əmlakımı dağıdıblar” iddiası dövlət orqanı tərəfindən rədd edilmişdir. İddiaçı prokurorluqda deyə bilmədiyi yalanları indi məhkəmədə “zərər iddiası” adı altında rəsmiləşdirmək istəyir. İddiaçı tərəfindən iddia edilən “avadanlıqların sökülməsi nəticəsində zərər dəyməsi” arqumenti həm faktiki, həm də hüquqi baxımdan əsassızdır. Beləki, ## ######## 2022-ci il tarixli aktda iddiaçı tərəf rəsmən etiraf etmişdir ki, Cavabdeh MMC qarşısında 210 000 manat məbləğində borcu mövcuddur və bu vəsait geri ödənilməlidir. Bu akt tərəflər arasında borcun miqdarını və ödəniş öhdəliyini mübahisəsiz hala gətirən hüquqi sənəddir. Sözügedən borc aktının imzalanmasından sonra cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçıya tam 14 ay (422 gün) vaxt verilmişdir. Lakin ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək keçən bu uzun müddət ərzində iddiaçı tərəf nəinki borcu ödəməmiş, hətta öhdəliyin icrası üçün heç bir real addım atmamışdır. Mülki Məcəllənin və müqavilənin 5.1-ci bəndinin (vəsait ödənilmədikdə malın geri götürülməsi hüququ) tələblərinə uyğun olaraq, ## ###### 2023cü il tarixində aparılan demontaj prosesi qanunsuzluq deyil, mülki hüququn müdafiəsi vasitəsidir. 14 ay ərzində ödəniş etməyən, lakin şirkətin avadanlıqlarından əvəzsiz istifadə edən iddiaçının, mal sahibinin öz əmlakını geri götürməsini “zərər” kimi qiymətləndirməsi hüquqi absurddur. Əksinə, iddiaçının bu 14 aylıq qanunsuz gecikdirməsi nəticəsində avadanlıqlar fiziki aşınmaya məruz qalmış, onların bazar dəyəri kəskin şəkildə aşağı düşmüşdür. Bu gecikməyə görə yaranan bütün risklər Mülki Məcəllənin 448-ci maddəsinə əsasən öhdəliyi pozan borclunun (iddiaçının) üzərinə düşür. ##.##.2022-ci il tarixli akt iddiaçının borclu olduğunu, ##.##.2023-cü il tarixindəki demontaj isə iddiaçının 14 aylıq qanunsuz hərəkətsizliyinin məntiqi və hüquqi nəticəsini sübut edir. Bu faktlar iddiaçının “mənim xəbərim olmadan dağıtdılar” bəhanəsini tamamilə sıradan çıxarır. İddiaçı tərəfindən təqdim edilən video-görüntülərdə işçilərin yalnız qanuni şəkildə cihazları daşıdığı və İddiaçı MMC tərəfindən hər hansı maneələrin olmadığı (yəni könüllülük prinsipləri əsasında) əks olunmuşdur. Binaya, divarlara, tavan və ya döşəməyə hər hansı ziyan vurulması anı görüntülərdə yoxdur. İddiaçının təqdim etdiyi aktlar birtərəflidir və zərərin məhz Cavabdeh MMC-nin işçiləri tərəfindən vurulduğunu deyil, binanın mövcud vəziyyətini (təmirə ehtiyacı olduğunu) təsvir edir. Təqdim olunan 207 884,28 manatlıq rəy zərərin qiymətləndirilməsi deyil, faktiki olaraq hotelin yenidən qurulma xərcləridir. 52 otağın hər birində eyni növ zədələrin (divar kağızı, rəngsaz işləri və s.) qeyd olunması rəyin fərdi deyil, şablon xarakterli olduğunu göstərir. Cihazların söküldüyü nöqtələrdə yaranan texnoloji izlər (vint yerləri) “dağıntı” sayıla bilməz. İddiaçı binanın təbii aşınmasını və əvvəldən mövcud olan təmir ehtiyaclarını cavabdehin üzərinə yükləməyə çalışır. Hüququn fundamental prinsiplərindən biri tərəflərin ziddiyyətli davranışının qadağan olunmasıdır. Əgər 2022-ci ilin iyununda binaya 293 000 manatlıq zərər dəymişdisə, iddiaçı niyə ##.##.2022-ci il tarixində cavabdehlə yeni razılaşma imzalayaraq malların yenidən həmin otaqlara montaj edilməsinə razılıq vermişdir? Dağıdılmış və ya yararsız vəziyyətdə olan otaqlara cihazların təkrar quraşdırılması məntiqlə qeyri-mümkündür. Bu fakt iddiaçının zərər iddiasının uydurma olduğunu və borcu ödəməmək üçün taktiki gediş etdiyini sübut edir. ##.##.2023cü il tarixli akt birbaşa sübut edir ki, avadanlıqlar iddiaçının ödəniş öhdəliyini pozması səbəbindən sökülüb və ya avadanlıqlar iki dəfə montaj və demontaj olunmuşdur. İddiaçının borclu olduğu 210 000 manatı ödəmədiyi halda, cavabdehdən zərər tələb etməsi Mülki Məcəllənin 5-ci maddəsində (hüquqdan sui-istifadənin yoxluğu) təsbit olunmuş dürüstlük prinsiplərinə ziddir. Ekspertiza rəyində otaqların əvvəlki vəziyyəti, təmirin yaşı və istifadə müddəti nəzərə alınmamışdır. Köhnə təmirin yenisi ilə əvəzlənməsi xərclərinin zərər kimi tələb edilməsi əsassız varlanmaya yol açır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında avadanlıqların demontajı prosesi qarşılıqlı razılıq əsasında həyata keçirilmiş və müvafiq aktlarla rəsmiləşdirilmişdir. İddiaçı tərəf cavabdehin işçilərinin hərəkətləri nəticəsində guya zərər çəkdiyini iddia etsə də, bu iddialar hüquqi əsasdan məhrumdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli ** nömrəli qərarının 4.36-cı maddəsində qeyd edilir ki, işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. Bu hüquqi yanaşmaya əsasən, cavabdeh şirkətin (Cavabdeh MMC) öz işçilərinin əməlinə görə məsuliyyət daşıması üçün iddiaçı tərəf aşağıdakı halları sübut etməlidir: zərər yetirildiyi iddia edilən iş üzərində işəgötürənin (şirkətin) bilavasitə nəzarətinin və hakimiyyətinin olduğunu; baş vermiş iddia edilən hüquq pozuntusu ilə işçinin yerinə yetirdiyi iş arasında funksional bağlılığın mövcudluğunu. Mövcud iş üzrə demontaj prosesi iddiaçı İddiaçı MMC-nin rəhbərliyinin razılığı, nəzarəti və aktlaşdırılmış təlimatları əsasında həyata keçirilmişdir. Demontaj prosesi zamanı Cavabdeh MMC-nin nəzarət imkanları məhz müqavilə öhdəlikləri və tərəflərin qarşılıqlı razılığı ilə məhdudlaşmışdır. İddiaçı tərəf nəinki zərərin miqdarını, həmçinin iddia edilən zərər ilə işçilərin funksional vəzifələri arasındakı birbaşa bağlılığı sübuta yetirə bilməmişdir. Bundan əlavə, məhkəmədə ifadə verən şahidlər də demontaj prosesi zamanı hər hansı zərərin dəymədiyini, iddiaçı təşkilatın isə demontaj adı ilə təmir xərclərini pərdələdiyini qeyd etmişlər və əgər hər hansı zərərdən söhbət gedirsə belə, işçilər ilə iddiaçı təşkilat arasında olan münasibətlərin nəticəsində formalaşmasını şahidlər öz ifadələrində bildirmişlər.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair e-*-*(***)-****/**** nömrəli iş iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair e-2-2(113)- ***/**** nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair ikinci (birləşdirilmiş) iş
12. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli satış, montaj və zəmanət müqaviləsi üzrə 122 622 manat məbləğində pulun və ödənilmiş 412,62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İkinci iş üzrə iddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 8.1. ##.##.2021-ci il tarixində cavabdeh ilə ****/*** saylı satış, montaj və zəmanət müqaviləsi bağlanılmışdır. Sözügüdən müqavilənin predmetini satıcının (Cavabdeh MMC) isitmə, soyutma və ventilyasiya sistemini alıcıya (İddiaçı MMC) satması təşkil edir. Müqavilənin ümumi dəyəri 210 000 manat təşkil edir. Müqavilədə alıcı tərəfindən 210 000 manat pulun 3 hissədən ibarət olmaqla 3 ay müddətinə satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, İddiaçı MMC müqavilənin dəyəri olan 210 000 manat pulun müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə Cavabdeh MMC MMC-yə ödənilməsindən imtina etmişdir.
14. Belə olduğu halda, Cavabdeh MMC müqavilənin 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq müqavilənin imzalanma və işin icrası tarixindən bir ildən artıq vaxt keçdikdən sonra quraşdırılmış avadanlıqları öz vəsaiti hesabına demontaj etmişdir. ##.##.2021-ci il tarixli ****/*** saylı satış, montaj və zəmanət müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. Əks halda, quraşdırılan məhsullar demontaj olunaraq geri götürüləcək və ikinci tərəf dəymiş ziyanı ödəyəcəkdir. Demontaj prosesinin müqavilənin 5.1-ci maddəsində nəzərdə tutulmasına, tərəflərin razılığı ilə həyata keçirilməsinə və xərcinin İddiaçı MMC tərəfindən ödənilməli olmasına baxmayaraq, cavabdeh tərəfindən demontaj prosesinin guya qanunsuz olaraq həyata keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edilmişdir. Həmin idarədə araşdırma zamanı tərəflər arasında ## ######## 2022-ci il tarixli akt tərtib edilib. Qeyd edilən akta əsasən Cavabdeh MMC ## ######## 2022-ci il tarixədək Qusar rayonu ərazisində yerləşən “Primavera” hotelindən demontaj olunan cihazların geri qaytarılması və ## ####### 2022-ci il tarixədək cihazlar demontaj olunan zaman vurulan zərərin aradan qaldırılmasını öhdəliyinə götürmüş və Cavabdeh MMC-yə 210 000 manat pulun 65 000 manat hissəsini ## ###### 2023-cü il tarixədək, qalan 145 000 manat hissəsini isə 2023-cü ilin fevral ayından başlayaraq borc bitənədək hər ay 10 000 manat olmaqla ödənilməsini İddiaçı MMC öhdəsinə götürmüşdür. Bundan sonra, Cavabdeh MMC satış predmeti olan avadanlıqları İddiaçı MMC-yə məxsus Qusar rayonu ərazisində yerləşən “Primavera” hotelində yenidən quraşdırsa da, İddiaçı MMC borcunu ödəməkdən yenə də imtina etmişdir. Belə olan halda, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəflər arasında imzalanmış ## ######## 2022-ci il aktda qeyd edilmiş öhdəliklər İddiaçı MMC tərəfindən icra edilmədiyindən tərəfləri idarəyə dəvət edib qarşılıqlı razılıq əsasında Cavabdeh ММСуə məxsus olan cihazların demontaj olunmasını tövsiyə etmiş, həmçinin idarənin rəisinin bu layihəni həyata keçirən və idarədə müzakirələrdə iştirak etmiş Cavabdeh MMC-nin əməkdaşı Emil Sultanova ünvanladığı ## ###### 2023-cü il tarixli məktubunda mübahisənin mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etmək hüququ sonuncuya izah olunmuşdur. Bundan sonra, İddiaçı MMC müqavilə və akt üzrə öhdəliklərini təkrar olaraq icra etmədiyi üçün Cavabdeh MMC mülkiyyət hüququnu özündə saxladığı avadanlıqları demontaj etmişdir. Cihazların demontaj olunması hər iki tərəfin imzası ilə aktla rəsmiləşdirilmişdir. Demontaj prosesinin müqavilənin 5.1-ci maddəsinin tələblərinə uyğun olduğu və demontaj zamanı Cavabdeh MMC-уə dəymiş zərəri İddiaçı MMC ödəməli olsa da, cavabdeh bu xərcləri də ödəməkdən imtina etmişdir. Nəticədə Cavabdeh MMC-yə 122 622 manat maddi zərər dəymişdir. “xxxx” MMC tərəfindən Cavabdeh MMCуə dəymiş zərərin məbləği 122 622 manat müəyyən edilmişdir. Bu barədə cavabdeh İddiaçı MMC-yə pretenziya məktubu göndərilərək ödənilmiş pul vəsaitinin geri qaytarılması, həmçinin əks təqdirdə cavabdehə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Lakin cavabdeh tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. İkinci iş üzrə iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 390.1, 423.1-ci maddələrinə istinad edilmişdir.
15. Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdehin nümayəndələri qanuni nümayəndə1, X8 və X4 və nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclaslarında iştirak edərək birinci iş üzrə iddianın məzmununa uyğun izahat verdilər, ikinci iş üzrə iddiaya etiraz etdilər və eyni zamanda göstərdilər ki: – tərəflər arasında ##.##.2021-ci il tarixində satış, montaj və zəmanət müqaviləsi bağlanmış, İddiaçı MMC-yə məxsus Qusar rayonunda yerləşən hotelin havalandırma sisteminin quraşdırılmasını Cavabdeh MMC öhdəsinə götürmüşdür. Ümumi dəyər olaraq 210 000 manat müəyyən olunmuşdur. Havalandırma sisteminin quraşdırılması zamanı Cavabdeh MMC-nin əməkdaşları Həsənov Mehdi və Sultanov Emil bildirirlər ki, rəhbərlik ilə danışıb hər iki tərəfi razı salaraq yarımçıq qalmış təmir işlərini görə, hoteli təhvil verə bilərlər və bunun üçün hər gün təqdim olunacaq smeta əsasında gündəlik 2000-3000 manat ödəniş edilməlidir. Daha sonra qeyd edilən təklif əsasında tərəflər arasında razılaşma olmuş, Cavabdeh MMC-nin əməkdaşları İddiaçı MMCyə məxsus Qusar rayonunda yerləşən hoteldə havalandırma sistemindən əlavə təmir işlərini də görməyə başlamışlar. – Bir müddət sonra İddiaçı MMC-nin rəhbərliyi ona təqdim olunan aktlara, qaimələrə, hesabatlara əsasən qiymətlərin bazar qiymətinə uyğun olmadığını müəyyən etmişdir. Halbuki bazar qiymətindən aşağı köməklik olunacağı və tikinti işləri həyata keçiriləcəyi vəd edilmişdir. İddiaçı MMC ödənişləri dayandırmış və yekun haqq-hesabla bağlı tərəflər arasında ## #### 2022- ci ildə akt bağlanmışdır. Həmin akta əsasən müəyyən olunmuşdur ki, 424 000 manata təmir işləri görülüb, İddiaçı MMC tərəfindən 153 000 manat ödəniş olunub, təmir işlərindən 271 000 manat borc qalıb, havalandırma-kondisioner işlərindən isə 72000 manat ödəniş edilib, 137 000 manat borc qalıb. Qeyd edilən aktdan sonra İddiaçı MC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 175 000 manata borc əvəzi təqdim edilmişdir. – Müqavilədə nəzərdə tutulmuşdur ki, tərəflər arasında meydana gələn mübahisələr əvvəlcə danışıqlar yolu ilə həll olunmalıdır, əks halda məhsullar tərəflərin razılaşması əsasında demontaj olunaraq geri götürülür. İddiaçı MMC-nin rəhbərliyinə heç bir məlumat verilmədən ## ######## 2022ci il tarixində hotelə daxil olunmuş, havalandırma sistemi, havalandırma sistemindən əlavə ##.##.2022-ci il tarixli aktda qeyd olunan əmlaklar da Cavabdeh MMCnin əməkdaşları tərəfindən aparılmışdır. Eyni zamanda həmin demontaj zamanı hotelə də zərər vurulmuşdur. İddiaçı MMC-nin rəhbəri bunu bildikdən sonra dərhal “102” xidmətinə şikayət etmiş, tərəflər arasında ##.##.2022-ci il tarixində akt tərtib olunur. – Akta əsasən, hotelə vurulmuş zərər və həmin havalandırma sistemi ##.##.2022-ci il tarixinə qədər, yəni 1 ay ərzində bərpa olunmalı və zərər aradan qaldırılmalı, sonra 2023-cü ilin yanvar ayından İddiaçı MMC-nin rəhbəri havalandırma ilə bağlı qalıq borcu ödəməli idi. Həmin aktı Cavabdeh MMC-nin nümayəndələri Həsənov Mehdi və Sultanov Emil imzalamışdır. Tərəf öhdəliyini yerinə yetirmədiyinə görə İddiaçı MMC də öz öhdəliyini qarşılıqlı olaraq icra etməmişdir. ## ###### 2023-cü il tarixində İddiaçı MMC-nin rəhbərinə heç bir məlumat verilmədən Cavabdeh MMC-nin əməkdaşları hotelə yenidən daxil olmuş, havalandırma sisteminə aidiyyəti olmayan, demontaja aid olmayan, iddiaçının mülkiyyətində olan əmlakları hoteldən aparmışlar. 11. Məhkəmənin suallarına cavab olaraq birinci iş üzrə iddiaçının, ikinci iş üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil1 göstərdi ki, ##.##.2022ci il tarixli akta əsasən 72 400 manat havalandırma sistemi, 153 000 manat təmirə çıxılmışdır.Lakin daha sonra Cavabdeh MMC-nin əməkdaşları havalandırma sistemi üzrə ödənişlərin kassaya daxil edilmədiyini bildirmiş, ##.##.2022-ci il tarixli aktla İddiaçı MMCnin ödənişlərlə bağlı öhdəlik götürməsi isə əsassız olmuşdur.
16. Birinci iş üzrə cavabdehin, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi nümayəndə3 və nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək birinci iş üzrə iddiaya etirazın, ikinci iş üzrə iddianın məzmununa uyğun izahat verdilər və eyni zamanda göstərdilər ki, təmir işlərinin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur, sonuncunun əməkdaşları hüquqi şəxsin iradəsindən kənar olaraq İddiaçı MMC ilə razılığa gəlmişlər. Tərəflər arasında yalnız havalandırma sistemlərinin satışı və quraşdırılması ilə bağlı müqavilə bağlanmış, həmin müqavilə üzrə əşyanın dəyərinin ödənilməsi öhdəliyi İddiaçı MMC tərəfindən icra olunmamış, bu səbəbdən mallar geri götürülmüşdür.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsgəndərov Sərxan Nəriman oğlu izahatında göstərdi ki, 12 ildir ki, İddiaçı MMC-nin obyektlərinə nəzarət edir. Cavabdeh MMC ərazidə işlər icra etmiş, bir müddət sonra havalandırma sistemləri ilə bağlı az bir hissəsini söküb aparmış, həmin vaxt foto və video çəkilmişdir. Hümbət müəllimlə danışıqdan sonra söküntü dayandırılmışdır. Bundan sonra Cavabdeh MMC müəyyən malları qaytarmış və yenidən iş görmüşdür. 5-6 ay sonra yenidən kondisioner motorları, havalandırma motorları sökülüb aparılmışdır. Ümumilikdə sökülmə 2 dəfə baş vermiş, əşyaların əsas hissəsi ikinci dəfə sökülmüşdür. Birinci dəfə söküləndə akt tərtib edilməmiş, ikinci dəfə akt tərtib edilmiş, aktlar Hümbət müəllimə məlumat verilməklə onun tərəfindən imzalanmışdır. 28. Şahid qismində dindirilən X10 izahatında bildirdi ki, Cavabdeh MMC-də 2005-ci ildən idarəedici vəzifədə işləyir. Aqil adlı dostu sayəsində İddiaçı MMCnin havalandırma işlərinə ehtiyacı olduğunu öyrənmiş, qanuni nümayəndə1 ilə əlaqə yaradılmış, razılıq əldə olunmuşdur. Razılığa əsasən 3 aydan sonra ödəniş edilməli olsa da, pul ödənilməmişdir. Daha sonra Cavabdeh MMC öz mallarını sökməyə başlamışdır. İddiaçı MMC polisə şikayət etdikdən sonra mallar qaytarılmış, sökülmə nəticəsində yaranmış qüsurlar aradan qaldırılmışdır. qanuni nümayəndə1 hər şeydən razı olduğuna dair polis orqanına teleqram göndərmiş, ödənişi 6 ay ərzində edəcəyini bildirmişdir. Lakin ödəniş icra edilməmiş, İddiaçı MMC-nin razılığı ilə mallar yenidən sökülmüşdür. İkinci söküntü zamanı alçipan və kondisioner sökülmüş, radiator, qapı-pəncərə, “rozetka” və açarlar, elektrik xətləri, avtomatlar, “kluçater”lər, spotlar, elektrik şiti qutusu, musiqi dinamiki və s. götürülmüşdür. Təmirtikinti üçün ödənişlər X9 tərəfindən 2000-2000 manat qəbul edilmişdir.
18. Şahid qismində dindirilən X9 izahatında qeyd etdi ki, 2011- ci il tarixdən Cavabdeh MMC-də işləmiş, X10 xahişi ilə İddiaçı MMC-dən pul götürərək dövrü olaraq Cavabdeh MMC-nin binasında ona təqdim etmiş, bəzən X2 göndərmiş, pulları Cavabdeh MMC-nin kassasına mədaxil etməmişdir.
19. Şahid qismində dindirilən X2 izahatında göstərdi ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında razılaşma olmuş, kondisioner işləri, havalandırma işlərinin görülməsi, o cümlədən daxili blok, xarici blok, daxili blokla xarici bloku əlaqələndirən mis borular, izolyasiya, naqillər, xəbərləşmə naqili, elektrik avtomatları, havalandırma motorları, hava kəmərləri, müdaxilə qapaqlarının quraşdırılması işlərinin görülməsi öhdəliyə götürülmüş, dəyərinin 3 ay ərzində ödənilməsi vəd edilmişdir. 2021-ci ilin avqust-sentyabr ayında işə başlanmış, ayrıca razılaşma əsasında Cavabdeh MMC-nin adından yox, öz adlarından təmir işlərini də yerinə yetirmişlər. Ödəniş olmadığından mallar sökülmüş, İddiaçı MMC tərəfindən polisə müraciət edildikdən sonra akt formasında razılaşma əldə edilmiş, sökülən mallar quraşdırılmış, dəymiş zərər aradan qaldırılmışdır. Lakin ödənişlər icra edilmədiyindən 2023-cü ilin oktyabr və ya noyabr ayında mallar sökülmüş, bu zaman İddiaçı MMC-nin nümayəndəsi Sərxan adlı şəxs akta imza etmişdir. Aktda nə qeyd edilibsə, həmin mallar çıxarılmışdır. Lakin mis borular, onun izolyasiyası, asqıları, xəbərləşmə naqili, elektrik naqili tavanın altında olduğundan sökülməmişdir.
20. Şahid qismində dindirilən X5 izahatında bildirdi ki, Cavabdeh MMC-də montaj sistemində briqadir vəzifəsində işləmiş, birinci dəfə söküntü işi aparılmış, razılıq əldə edildikdən sonra yenidən quraşdırılma edilmiş, daha sonra isə təkrarən söküntü aparılmışdır. Sonuncu söküntü zamanı borular, o cümlədən su drenaj borusu, “rozetka”lar, avtomatların qutuları, spotlar yerində qalmışdır. Söküntü işləri 5-7 gün çəkmiş, sökülmüş mallar Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitəsi ilə daşınmışdır. Emil bəy onlara aid nə varsa sökülüb götürülməsini tapşırmışdır.
21. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə birinci iş üzrə iddia qismən təmin edilməsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş zərərin əvəzi olaraq 155884,28 manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ödənilsin. Birinci iş üzrə iddia qalan hissədə təmin edilməsi,ikinci iş üzrə iddianın qismən təmin edilsi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj və zəmanət müqaviləsi üzrə dəymiş zərərin əvəzi olaraq 85431,05 manat məbləğində pul İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi,ikinci iş üzrə iddia qalan hissədə təmin edilməsi,ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 310 manat Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə, 287 manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsi,ekspertiza xərci olaraq 50 manat Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50 manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X23, 210005, VÖEN – 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – 1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilsi qət edilmişdir.
22. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı,##.##.2026-cı il tarixli qətnaməsi iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-nə qarşı qaldırdığı iddia tələbi hissəsində ləğv edilməsini, iddia tələbin həmin hissədə rədd edilməsini, Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsi İddiaçı MMC dəymiş zərərin əvəzi olaraq 155884,28 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 310 manat məbləğində pul vəsaitinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ödənilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
23. “ xxxx” MMC -e apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mütəxəssis X1 avadanlıqların həm müqayisəli əmlakların satışı həm də xərc yanaşması ilə dəyərinin hesablanması zamanı “SOLİTON” MMC tərəfindən ona bildirilmiş istehsal və istismar müddəti nəzərə alındığını bildirmişdir. Halbuki qeyd olunan avadanlıqlar Cavabdeh MMC tərəfindən 2021-ci il tarixində xaricdən sifariş verilmiş və Azərbaycana idxal edilmişdir. (İdxal sənədləri Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmişdir.) 2021-ci il tarixində Azərbaycana idxal edilmiş, montaj prosesi 2022-ci ilə qədər davam etmiş və montaj prosesi tamamlanmadan demontaj olunmuş yəni heçbir zaman istismar olunmamış avadanlıqların 8 (səkkiz) il istismar edilməsi tamamilə absurddur. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx Mərkəzi” MMCnin mütəxəssis rəyi (rəy MMC tərəfindən onlara verilən məlumatlar əsasında tərtib edilmişdir.) onu sübut edir ki, əslində ünvan 3 ünvanı, “Primavera” hoteli ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasında istismar olunmamış havalandırma və soyutma sistemi əvəzinə 2017-ci ildən istismar olunmuş avadanlıqlar quraşdırılmışdır. Bu isə onu sübut edir ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini vicdanla yerinə yetirməmiş və faktiki olaraq əsassız avandanlıqların əmtəə dəyərinin düşməsinə görə pul tələb etməkdədir. Araşdırma zamanı şahid ifaədləri ilə müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanı, “Primavera” hoteli ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasında quraşdırılan soyutma sistemi avadanlıqları birinci dəfə tam demontaj olunmamış, qismən (təxminən 10 otaqda sadəcə kondisionerlər sökülmüş) demontaj olunmuş və sonra həmin avadanlıqlar qaytarılmışdır. Cavabdeh MMC tərəfindən dəvət olunmuş şahidlər də bunu təsdiq etdiki tam demontaj olunmamış və təkrar montaj yəni bəzi otaqlardan sökülmüş kondisionerlərin yerinə quraşdırılması təxminən 1 həftə ərzində yekunlaşmışdır. Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanı, “Primavera” hoteli ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasında quraşdırılan soyutma sisteminin quraşdırma müddəti 1 (bir) il davam etmiş və tərəflər arasında ödənişlə bağlı mübahisə yarandığından tam istifadəyə yararlı bir vəziyyətə gətirilməmişdir. Halbuki “xxxx Mərkəzi” MMC öz rəyində havalandırma və soyutma sisteminin bazar qiymətini müəyyən edərkən bütün avadanlıqların 2 dəfə demonatj olunması kimi səhv qənaətə gəlmiş və bu işin faktiki hallarına uyğun gəlmir. Eyni zamanda ekspert öz rəyində aşınma faizi əmsalının müəyyən olunması məqsədilə ekspert qiymətlər şkalasının göstərmiş və həmin şkalada təzə, quraşdırılmış amma istifadə olunmamış, əla vəziyyətdə avadanlıqların aşınma əmsalı 0-5% olaraq göstərmiş (işin faktiki hallarına uyğun) lakin əsassız olaraq avadanlıqların fiziki vəziyyətinin aşınması – 40 - 60 % qəbul etmiş. Avadanlıqların 2017-ci il tarixindən istismar olunduğu qəbul etsək belə müətəxəssis hansı araşdırmanı aparmasını əsaslandıra bilməmiş, rəyində bir neçə xarici sayt yerləşdirmiş lakin məhkəmədə ifadəsində yerli bazarda bir neçə şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq müəyyən etdiyini bildirmiş, həmin şəxslərin və ya satış nöqtələrinin isə kimlər olduğu rəydə (eyni zamanda mütəxəssisin özünə) məlum deyil. Həqiqətə uyğun olmayan məlumatlarla və tamamilə işin faktiki halları ilə ziddiyyət təşkil edən mütəxəssis rəyinin məhkəmə tərəfindən sübut kimi nəzərə alınması tamamilə əsassız və qanunsuzdur.
24. Cavabdeh MMC -e apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, binaya məhz birinci demontaj zamanı 293 000 AZN məbləğində zərər dəymişdir və guya havalandırma sistemi ikinci dəfə demontaj olunmamışdır. Lakin məhkəmə iclasında dindirilmiş iddiaçının öz şahidi Sərxan İsgəndərov, habelə digər şahidlər birmənalı olaraq təsdiq etmişlər ki, hoteldə montaj və demontaj prosesi iki dəfə baş vermişdir. Hüquqi məntiqlə, əgər əmlak birinci demontajdan sonra yenidən montaj olunubsa, bu o deməkdir ki, ya birinci demontaj zamanı hər hansı dağıntı olmayıb, ya da varsa belə, tərəflərin qarşılıqlı razılığı ilə o nəticələr aradan qaldırılıb. İddiaçı ikinci demontajdan sonrakı vəziyyəti birinci söküntünün nəticəsi kimi qələmə verməklə məhkəməni yanıltmışdır. Dağıdılmış və ya yararsız otaqlara cihazların təkrar quraşdırılması texniki və məntiqi baxımdan qeyri-mümkündür. Məhkəmə qətnaməsində 52 000 AZN-lik havalandırma bərpa xərcini çıxsa da, rəyin digər hissələrindəki əsassız məbləğləri saxlamışdır. Ekspert rəyində aşağıdakı maddələr üzrə zərərin demontajla səbəbli əlaqəsi sübut olunmamışdır: 11 ədəd televizorun və musiqi sisteminin demontaj zamanı eyni anda zədələnməsi fiziki baxımdan qeyri-mümkündür və iddiaçı tərəfindən heç bir faktiki sübutla (akt, foto) əsaslandırılmayıb. Rozetka və açarların (393 ədəd) sıradan çıxması iddiası cəfəngiyyatdır, çünki bu sistemlər havalandırma dövrəsindən ayrıdır. Tavanda aparılan işin döşəmədəki kafelə və ya divardakı oboya necə zərər vurduğu rəydə izah edilmir. Ekspert tərəfindən hesablanmış zərərin böyük hissəsi (təxminən 187 000 AZN) havalandırma sisteminin sökülməsi ilə birbaşa əlaqəli olmayan elementlərə (məsələn, mebel, televizorlar, elektrik rozetkaları və dekorativ örtüklər) aiddir. Texniki həddin tətbiqi sübut edir ki, qalan 90%-lik hissə binanın təbii aşınması, əvvəldən mövcud olan təmir ehtiyacları və ya amortizasiya ilə bağlıdır. Havalandırma sisteminin sökülməsinə səbəb iddiaçının ödəniş öhdəliyini pozması olduğu üçün, bu sistemin "sıfırdan yenidən qurulması" xərclərinin zərər kimi qələmə verilməsi hüquqi baxımdan yanlışdır. Bu halda yalnız söküntü zamanı digər konstruksiyalara dəyən minimal texniki zərər (həmin 5-10%) kompensasiya predmeti ola bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçının, ikinci (birləşdirilmiş) iş üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini tərəflərindən verilmiş müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
27. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə cavabdehin, ikinci (birləşdirilmiş) iş üzrə iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya tərəflərindən verilmiş şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
AR Mülki Məcəlləsinin
28. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
31. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir
32. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 45. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir
33. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)
34. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin # ### 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göründüyü kimi tərəflər arasında ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj,zəmanət müqaviləsi bağlanmış və şifahi podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır.
41. ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj və zəmanət müqaviləsi də özü-özlüyündə podrat və alqı-satqı elementlərinə malik qarışıq müqavilə olduğundan hazırkı mübahisə mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı müddəaları tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
42. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/****-*/**** nömrəli rəyinə əsasən, ##.##.2021-ci il tarixli ****/*** nömrəli satış, montaj və zəmanət müqaviləsi üzrə təqdim edilmiş avadanlıqların cavabeh Cavabdeh MMC tərəfindən demontaj edilməsi nəticəsində ünvan 3 ünvanı, «Primavera Hotel» ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasına (o cümlədən qeyri-yaşayış sahəsinin daxilindəki əşyalara) ziyanın dəydiyi müəyyən edilmiş, baxış zamanı aşkar olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən tikililərin (dəhliz, otaq və sanitar qovşağı) bir çox hissəsi zədələnmiş vəziyyətdədir, qeyriyaşayış sahəsinin tikililərinə baxış keçirilən zamanı otağın divarları boya ilə rənglənmiş, tavanı alçipan materialı ilə üzlənmiş və boya ilə rənglənmiş döşəməsi kavrolit materialı ilə üzlənmişdir. Yaşayış otaqlarında 1,0 x 2,0 m ölçüdə taxta qapılar quraşdırılmışdır. Qeyriyaşayış sahəsinin daxilində yerləşən otaqların divarları üzərində qüsurların (söküntü izləri) olduğu, tavana vurulmuş alçipan materialının istifadəyə yararsız vəziyyətdə olduğu nəzərə çarpmışdır. Hamam-ayaqyolu tikilisində sanitar avadanlıqlar quraşdırılmış, döşəməsi metlaxla, divarları kafellə üzlənmiş, tavanı lambrin materialı ilə asma şəkildə quraşdırılmışdır. Hamamayaqyolu tikilisində plastik materialından qapı quraşdırılmışdır. Qeyri-yaşayış sahəsinin daxilində yerləşən sanitar qovşağın bir hissəsinin divarı üzərinə vurulmuş kafelin, tavanına vurulmuş lambrin materialının sökülərək istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış binasının isti döşəmə və havalandırma sistemi sıradan çıxmış (sökülmüş), onların istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir.
43. İş materiallarında olan “xxxx Mərkəzi” MMC-nin ##.##.2025- ci il tarixli QCM/S **-*** nömrəli mütəxəssis rəyinə əsasən, təqdim edilmiş siyahı üzrə Cavabdeh MMC-yə məxsus soyutma sistemi avadanlıqlarının ünvan 3 ünvanı, “Primavera” hoteli ərazisində yerləşən 5 mərtəbəli qeyri-yaşayış binasından 2 dəfə montaj və demontaj edilməsi həmin avadanlıqların əmtəə dəyərinə təsirsiz ötüşməyib, maddi dəyərində və texniki potensialında bərpasız itkilərə səbəb olub. Avadanlıqlar fiziki, funksional, iqtisadi aşınmalara məruz qalıb. Belə ki, avadanlıqların fiziki və texniki vəziyyəti pisləşmiş, onların köhnəlməsi (əməliyyat və fiziki aşınma) sürətlənmişdir, təkrar daşınma və quraşdırma zamanı kompressorlar, kondensatorlar, radiatorlar və digər həssas komponentlərdə zərbə, sarsıntı, vibrasiya nəticəsində yıpranma, kiçik çatlar və deformasiya izləri, mexaniki zədələr qeydə alınır, boru kəmərlərinin birdəfəlik bükülməsi və düzəldilməsi, flans bağlantılarının açılıb-bağlanması nəticəsində mexaniki zədələr müşahidə olunur, elektrik ötürücülərinin, sensorların və nəzarət panellərinin təkrar qoşulub-çıxarılması növbəti quraşdırmada kontaktlarının zəifləməsi və nasazlıqların olması ehtimalı yaradır, hər bir sökülmə-quraşdırma dövrü avadanlığın normativ istismar müddətini və ümumi ömrünü azaldır. Eyni zamanda avadanlıqların quraşdırıldığı yerdən (Qusar rayonu, Çiləgir qəsəbəsi) Abşeron Rayonu Hökməli ŞTQ (Bakı-Şamaxı şosesi) ünvanında yerləşən anbar sahəsinə, sonra isə geriyə daşınması ilə bağlı xərclər (yük maşını, yanacaq, sürücü xərcləri) qaçınılmazdır, avadanlıqların hazırda müvəqqəti saxlanması üçün anbar xərcləri mövcuddur. Hər bir montaj və demontaj zamanı istifadə edilən və bir daha istifadəsi mümkün olmayan materiallar (izolyasiya, freon, müxtəlif fitinqlər, boltlar, kranlar, elektrik kabeli və bağlantı elementləri) mövcuddur ki, montaj zamanı tətbiq edilmişdir. Bu və digər amillər nəzərə alınmaqla əmtəə dəyərinin itkisi avadanlıq növündən asılı olaraq 60-65 % və 80 % müəyyən edilməklə 135 496,86 təşkil edir. Aparılmış hesablamalar və təhlillər nəticəsində təqdim edilmiş siyahi üzrə Abşeron Rayonu Hökməli ŞTQ (Bakı-Şamaxı şosesi) ünvandakı qeyri-yaşayış sahəsində saxlanılan, Cavabdeh MMC-yə (VÖEN **********) məxsus, mübahisə predmeti olan soyutma sistemi avadanlıqlarının mövcud vəziyyəti nəzərə alınmaqla bazar dəyəri 110 047,20 manat təşkil edir. Soyutma sistemi avadanlıqlarının əmtəə dəyər itkisi və mövcud vəziyyətdə bazar qiymətləri nəzərə alınmaqla Cavabdeh MMC-yə dəymiş ziyanın məbləği 122 772 manat təşkil edir.
44. Qeyd olunan rəylə zərərin dəydiyi müəyyən olunsa da, zərərin həcmi ilə bağlı hər hansı qiymətləndirilmə aparılmamışdır. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X6” MMC-nin ##.##.2025-ci il tarixli CEG ******/** nömrəli rəyinə əsasən, yekun zərər 207 884,28 manat müəyyən edilmişdir.
45. Rəyi tərtib edən X1 birinci instasniya məhkəmə iclasında iştirak edərək mütəxəssis qismində izahat vermiş və göstərmişdir ki, əmlakların ümumi bazar dəyəri 195 362 manat təşkil etmişdir. Əmlaklara baxış keçirilməklə, onların vəziyyəti nəzərə alınmaqla cari dəyəri 110 000 manat təşkil edir. Xərc yanaşması ilə isə 135 000 manat hesablanmışdır. Həmin yanaşmada əmlaka istehsal ilindən etibarən amortizasiya faizi hesablanır.
46. Kollegiya hesab edir ki, əmlakın amortizasiya faizinin tətbiqi yolu ilə müəyyən edilmiş dəyərin obyektiv göstərici kimi qəbul edilməsi əsaslı deyildir. Belə ki, sözügedən əmlaklar 2021–2022-ci illərdə ikinci iş üzrə cavabdehə təhvil verilmiş və onların faktiki vəziyyətinin qiymətləndirilməsi baxımından yalnız amortizasiya faizinin tətbiqi kifayət və obyektiv meyar hesab edilə bilməz.
47. Belə ki, əmlakın faktiki vəziyyəti, mövcud fiziki aşınma və digər xüsusiyyətləri nəzərə alınmaqla, onun dəyərinin müəyyən edilməsində xərc yanaşmasının əsas götürülməsi daha məqsədəuyğundur. Xərc yanaşması əmlakın baxış zamanı müəyyən edilmiş real vəziyyətini və həmin vəziyyətə uyğun bərpa və ya əvəzləmə xərclərini nəzərə almağa imkan verir.
48. Ekspert tərəfindən xərc yanaşması əsasında aparılmış hesablamaya görə, malların cari dəyəri 110 047,20 manat, onların ilkin və ya ümumi dəyəri isə 195 478,25 manat təşkil edir. Bu halda ilkin vəziyyətlə cari vəziyyət arasındakı dəyər fərqi, yəni kompensasiya edilməli məbləğ 85 431,05 manat təşkil edir (195 478,25 – 110 047,20 = 85 431,05 manat).
49. Göründüyü kimi əmlakın faktiki vəziyyəti nəzərə alınmaqla xərc yanaşması əsasında müəyyən edilmiş 85 431,05 manat məbləğində dəyər itkisi əmlaka dəymiş zərərin müəyyən edilməsində daha obyektiv və əsaslandırılmış göstərici hesab edilməlidir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ayrı-ayrı zərər maddələrinin televizorlar, musiqi sistemi, rozetka və açarlar, tavan, döşəmə və divar örtüklərinin havalandırma sistemi ilə əlaqəli olmaması barədə dəlilləri də zərərin demontaj nəticəsində yaranmasını istisna etmir. Demontaj işlərinin aparılması zamanı mexaniki təsir, avadanlığın sökülməsi və daşınması, materialların düşməsi və digər iş prosesləri nəticəsində həmin əmlakın zədələnməsi mümkündür. Buna görə zədələnmiş əmlakın bilavasitə havalandırma sisteminin tərkib hissəsi olmaması onun demontaj işləri ilə səbəbli əlaqədə ola bilməyəcəyi anlamına gəlmir.
51. Kollegiya həmçinin nəzərə alır ki, cavabdehin zərərin əhəmiyyətli hissəsinin təbii aşınma, amortizasiya və əvvəlcədən mövcud olmuş təmir ehtiyacı ilə bağlı olması barədə dəlilləri konkret və mötəbər sübutlarla təsdiq edilməmişdir. Zərərin 90 faizinin bu səbəblərlə bağlı olması barədə ümumi faiz göstəricisi ekspert rəyində müəyyən edilmiş konkret zərər məbləğlərini təkzib edən müstəqil sübut kimi qəbul edilə bilməz. Zərərin yalnız 5–10 faizinin demontajla bağlı ola biləcəyi barədə cavabdehin mövqeyi də obyektiv texniki hesablamaya deyil, ehtimala əsaslanır.
52. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
53. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları özlərinə aid edilməlidir.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayır-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.