Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-594/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Kərimov Seymur Aydın oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. “xxxx” MMC ilə Cavabdeh MMC arasında ## #### 2021-ci il tarixli, № SSA/***/***** nömrəli “Son İstifadəçinin X9” bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən şirkət bu Müqavilənin ayrılmaz hissəsim təşkil edən Əlavə(lər)də (bundan sonra "Əlavə" adlandırılacaq) qeyd olunan modullar üzrə İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatını təqdim etməyi (bundan sonra "Proqram Təminatı”), Son İstifadəçi isə belə X11 nəzərdə tutulan şərtlərə uyğun olaraq qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən proqram Təminatının dəyən, modulları, təsviri, həcmi, digər şərtlər və təfsilatlar Əlavələrdə əks olunmuşdur.
4. Müqavilənin 2.1-ci bəndinə əsasən şirkət Əlavələrdə nəzərdə tutulan modullar və funksiyalar üzrə Proqram Təminatını quraşdırır və işlək vəziyyətə gətirir.
5. Müqavilənin 2.2-ci bəndinə əsasən şirkət Proqram Təminatının server hissəsim LINUX əməliyyat sistemində quraşdırılmasını və Son İstifadəçi üçün təyinatı üzrə Windows (7/8/10) əməliyyat sistemlərində işləməsini təmin edir.
6. Müqavilənin 2.3-cü bəndinə əsasən şirkət Proqram Təminatını quraşdırdıqdan sonra təhvil-təslim aktı əsasında Son İstifadəçinin istifadəsinə verir Proqram Təminatının təhviltəslim prosesi aşağıdakıları əhatə edir.
7. Müqavilənin 2.3.1-ci bəndinə əsasən son İstifadəçinin səlahiyyətli nümayəndələrinə Proqram Təminatını tam işlək vəziyyətdə təqdim etmək.
8. Müqavilənin 2.3.2-ci bəndinə əsasən tərəflərin səlahiyyətli nümayəndələrinin birgə iştirakı ilə Proqram Təminatını test (yoxlama) etmək
9. Müqavilənin 2.3.3-cü bəndinə əsasən son İstifadəçi tərəfindən Proqram Təminatının 1 (bir) ay müddətində müstəqil şəkildə test etmək.
10. Müqavilənin 2.4-cü bəndinə əsasən bu Müqavilənin 2.3-cü bəndində qeyd olunan qaydada Proqram Təminatının quraşdırılmasından sonra Şirkət Son İstifadəçiyə təhviltəslim aktı göndərəcəkdir.
11. Müqavilənin 2.5-ci bəndinə əsasən son İstifadəçi belə təhvil-təslim aktını imzalamalı, tarixi qeyd etməli və Şirkətə qaytarmalıdır, əks təqdirdə, bu aktı aldıqdan 5 (beş) ış günü ərzində Şirkətə aktı imzalamaqdan əsaslandırılmış yazılı imtina göndərməlidir Tərəflər razılaşırlar kı, şirkət imzalanmış təhvil-təslim aktını və ya bu aktı imzalamaqdan əsaslandırılmış yazılı imtinanı almadığı halda təhvil-təslim aktı imzalanmış. Proqram Təminatı isə həmin təhvil-təslim aktında göstərilmiş qaydada, həcmdə və şərtlərlə Şirkət tərəfindən təqdim edilmiş və Son İstifadəçi tərəfindən qəbul edilmiş hesab ediləcəkdir.
12. Müqavilənin 2.6-cı bəndinə əsasən tərəflər razılaşır və qəbul edirlər kı, şirkət tərəfindən birtərəfli qaydada imzalanmış bu cür təhvil-təslim aktı Proqram Təminatının qəbul edilməsinin yetərli sübutudur və Proqram Təminatının dəyərinin ödənilməsi üçün əsas təşkil edir.
13. Müqavilənin 2.7-ci bəndinə əsasən proqram Təminatı bu Müqavilənin 2.5-cı bəndində göstərilən qaydada təhvil verildikdən sonra Son İstifadəçi Proqram Təminatının işləmə prinsipi səbəbilə Proqram Təminatından imtina edə bilməz.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən proqram Təminatının dəyəri Şirkət tərəfindən Proqram Təminatı ilə bağlı çəkilmiş xərclərin əvəzinin ödənilməsi, digər əlavə ödənişlər və şərtlər Əlavədə qeyd olunur.
15. Müqavilənin 3.2-ci bəndinə əsasən Proqram Təminatının ümumi dəyəri Son İstifadəçi tərəfindən aşağıda qeyd edilən qaydada təqdim olunmuş elektron qaimə əsasında Şirkətin bu Müqavilədə qeyd olunan bank hesabına köçürülmə yolu də ödənilir.
16. Müqavilənin 3.2.1-ci bəndinə əsasən proqram Təminatının ümumi dəyərinin 1000 manat məbləğində hissəsini bu Müqavilə qüvvəyə mindikdən sonra 5 (beş) iş günü ərzində ödənilməklə,
17. Müqavilənin 3.2.2-ci bəndinə əsasən ümumi dəyərin qalan hissəsini isə 9 dəfəyə (ayda 1000 manat olmaqla) növbəli 9 ay ərzində ödənilir.
18. Müqavilənin 3.5-ci bəndinə əsasən şirkət tərəfindən bu Müqavilə üzrə gecikdirilmiş ödənişlərə görə hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,2% həcmində cərimə hesablanacaqdır.
19. ## #### 2021-ci il tarixli, № SSA/***/***** nömrəli “Son İstifadəçinin X9”-nə ** №li ## #### 2021-ci il tarixli Əlavəyə əsasən proqram təminatının ümumi dəyəri 10000 manat məbləğində razılaşdırılmışdır.
20. ## #### 2021-ci il tarixli, № SSA/***/***** nömrəli “Son İstifadəçinin X9”-nə xitam verilməsi ilə bağlı məlumatların təhvil verilməsinə dair ## ###### 2022-ci il tarixli TTA ***/***** №-li Təhvil-təslim aktına əsasən şirkət aşağıda qeyd edilən və daha əvvəl şirkətin nəzarətində olan Son istifadəçinin Local serverinə giriş məlumatları (həm əməliyyat sisteminə aid root səviyyədə həm də verilənlər bazasına aid root səviyyədə) Son istifadəçinin rəhbərliyinə təqdim edir. Akt təqdim edildikdən sonra Şirkət Son istifadəçinin serverində olan məlumatlarının tamlığına və düzgünlüyünə hec bir cavabdehlik daşımır. Son istifadəçinin local serverinə giriş məlumatları Son istifadəçi tərəfindən Şirkətin hər hansı digər əməkdaşlarına hər hansı bir səbəbdən təqdim edilməməlidir. Son istifadəçi yalnız Şirkət əməkdaşlarının iştirakı ilə serverə girişi test etmək istədiyi halda Şirkət əməkdaşının orada iştirakına icazə verilir. Son istifadəçinin texniki əməkdaşı olmadan şirkət əməkdaşlarının serverə giriş testi etməsi və ya bunu qarşı tərəfin rəhbər şəxslərinə göstərməsi qəti qadağandır. Akt tərtib və təqdim olunduqdan sonra, Son istifadəçi yenidən serverə nəzarət funksiyasını Şirkətə təqdim etmək istədikdə: Şirkətlə yeni müqavilə bağlanmalı, server yenidən qurulmalı və əvvəlki məlumatlar (Son istifadəçinin istəyinə əsasən) yeni serverə köçürülməlidir. Şirkət heç bir halda giriş məlumatları təqdim edilmiş serverdə işi davam etdirməyi öhdəsinə götürmür. Şirkətin Son istifadəçiyə xidmət göstərdiyi müddətdə proqram təminatı sisteminin idarə etməsi üçün yaradılmış xxxx-admin istifadəçisi ləğv edilir və bütün hüquqlar (müqavilə əsasmda Son istifadəçiyə təqdim edilmiş modullar üzrə) Son istifadəçinin Admin istifadəçisi olan kepez-admin istifadəçisinə verilir. Yeni istifadəçinin növbəti girişi zamanı 123456 şifrəsi Son istifadəçi tərəfindən dəyişdirilir.
21. “xxxx” MMC ilə Cavabdeh MMC arasında ## #### 2021-ci il tarixli, № RTSA/***/***** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən İcraçı “xxxx” adlı xəstəxana informasiya sistemi proqram təminatı ilə bağlı texniki və təlim/treninq xidmətlərini həyata keçirəcək, Sifarişçi isə İcraçıya bu Xidmətlərin müqabilində razılaşdırılmış xidmət haqqı ödəyəcəkdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Xidmətlərin icra olunmasına görə sifarişçi tərəfindən icraçıya ödəniləcək aylıq xidmət haqqı 500 manat təşkil edir.
22. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə ## #### 2021-ci il tarixli TTA/***/***** №-li Təhvil-təslim aktına əsasən 20 adda proqram təminatının modulları təhvil verilmişdir.
23. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə dair ##.##.2021-##.##.2021ci il tarixlərini əhatə edən dövr üzrə 4876 manat məbləğində e-qaimələr göndərilmişdir. 32. Ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2021-ci il tarixində 350 manat məbləğində, ##.##.2021-ci il tarixində 350 manat məbləğində, ##.##.2021-ci il tarixində 350 manat məbləğində, ##.##.2021-ci il tarixində 350 manat məbləğində, ##.##.2021-ci il tarixində 350 manat məbləğində, ##.##.2021-ci il tarixində 1000 manat məbləğində, ##.##.2021-ci il tarixində 1000 manat məbləğində, ##.##.2021-ci il tarixində 63 manat məbləğində, ##.##.2022-ci il tarixində 350 manat məbləğində, ##.##.2022-ci il tarixində 63 manat məbləğində ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
24. İddiaçı “xxxx” MMC iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 29032 (iyirmi doqquz min otuz iki) manat qalıq borc məbləğinin və 178 (yüz yetmiş səkkiz) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 29 210 (iyirmi doqquz min iki yüz on) manat məbləğində pulun iddiaçı“xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh MMC arasında ## #### 2021-ci il tarixli, № SSA/***/***** nömrəli “Son İstifadəçinin X9” bağlanmışdır. Müqaviləyə əsasən, “xxxx” MMC tərəfindən “xxxx” adlı xəstəxana informasiya sistemi proqram təminatı hazırlanaraq texniki dəstək və “Cloud Monitoring” xidməti ilə birlikdə cavabdehə təqdim edilmişdir. İcraçı tərəf kimi “xxxx” MMC müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmiş, proqram təminatını quraşdıraraq iş vəziyyətinə gətirmiş, sınaqdan keçirmiş və Cavabdeh MMC-yə təhvil vermişdir. Lakin müqavilə üzrə ödənilməli olan 29 032 (iyirmi doqquz min otuz iki) manat məbləğində ödəniş bu günədək tam şəkildə icra edilməmişdir. Dəfələrlə aparılan şifahimüraciətlərə baxmayaraq,cavabdeh tərəfindən borcun ödənilməsinə dair heç bir addım atılmamışdır. İddiaçı tərəfindən ## ####### 2025-ci il tarixli pretenziya göndərilmiş, lakin cavabdeh tərəfindən bu məktuba cavab verilməmiş, borc könüllü qaydada ödənilməmişdir. 3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC -yə qarşı Müqavilələrdən əmələ gələn öhdəliklərə dair kommersiya işi üzrə iddiaçı tərəfindən əvvəl təqdim edilmiş iddia ərizəsində göstərilən tələblərin mahiyyəti saxlanılmaqla iddia tələbinin xahiş edirik hissəsini aşağıdakı kimi qəbul edilməsini xahiş edirəm: “Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirik: Cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə 7000 manat əsas borc və 17604 manat cərimə olmaqla, həmçinin, 4428,72 manat ƏDV (X1), dövlət rüsumu kimi ödənilmiş 178 manat, ümumilikdə 29210 (iyirmi doqquz min iki yüz on) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Cavabdeh Cavabdeh MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli Son İstifadəçinin Təminatı Müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən cavabdehin iddiaçıya 7000 (yeddi min) manat əsas borcu, 17604 (on yeddi min altı yüz dörd) manat hesablanmış cərimə məbləği və 4428,72 (dörd min dörd yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat ƏDV borcu yaranmışdır. İddiaçı qeyd olunan məbləğlərin və ödənilmiş 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumunun Cavabdeh MMCdən “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi ilə razı deyil. Belə ki, mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqavilənin 3.2 bəndində qeyd olunmuşdur ki, “Proqram təminatının ümumi dəyəri son istifadəçi (xxxx MMC) tərəfində aşağıda qeyd olunan qaydada təqdim olunmuş elektron qaimə əsasında Şirkətin (“xxxx” MMC) bu Müqavilədə qeyd olunan Bank hesabına köçürülmə yolu ilə ödənilir.” İş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflərindən iddiaçı tərəfindən təqdim edilmiş bütün elektron qaimələr üzrə ödənişlər həyata keçirilmiş və elektron qaimələr üzrə iddiaçıya heç bir borcları qalmamışdır. Bundan əlavə iddia ərizəsində 4428,72 (dörd min dörd yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat X1 borcu tələb edilir. Bununla bağlı bildirir ki, mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqavilənin * saylı Əlavəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, “Son İstifadəçinin yuxarıda göstərilən Qiymət Cədvəlinə uyğun olaraq ödəməli olduğu ümumi məbləğ 10000 manat təşkil edir (tətbiq olunan bütün vergilər daxil olmaqla)”. Göründüyü kimi müqavilədə göstərilən məbləğdən əlavə hər hansı bir X1 ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa tərəflər arasında mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı ## ###### 2022ci il tarixli TTA ***/***** nömrəli təhvil təslim AKTı imzalanmışdır. Həmin aktdan göründüyü kimi mübahisə predmeti olan müqaviləyə ## ###### 2022-ci il tarixdə artıq xitam verilmişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, iddiaçı iddia ərizəsini ## ###### 2025- ci il tarixdə məhkəmə sisteminə yerləşdirmişdir. Belə olan halda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsində qeyd olunur ki, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2- ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İş materiallarından göründüyü kimi iddiaçı Mülki Məcəllədə göstərilən iddia müddətini də ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təhvil-təslim aktı müqaviləyə xitam aktı deyildir. Serverə giriş açarlarını qarşı tərəfə təhvil verməklə bağlı aktdır. ## ###### 2022-ci ilin tarixi son ödəniş tarixidir, lakin iddia müddəti tərəfin hüququnu pozulduğu bildiyi andan tətbiq olunmalıdır. Tərəflər arasında 1 ildir ki, məhkəmədənkənar qaydada danışıqlar aparılmış və mübahisə həll olmamışdır. Tərəflər bir-birlərini tanıdıqları üçün iş bu qədər zamandır məhkəməyə verilməmişdir. Ödəniş olunmursa qarşı tərəfə elektron qaimə göndərilmir. ƏDV ödənişi ilə bağlı isə məhkəməyə sənəd təqdim edə bilmirlər.
28. İddiaçının maliyyə arayışına əsasən “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilə öhdəlikləri üzrə tərəflər arasında maliyyə hesablaşmaları aparılmışdır. Hazırda cavabdehin iddiaçı qarşısında mövcud olan borc məbləğləri aşağıdakı kimidir: • 7000 (yeddi min) - əsas borc məbləği, •17 604 (on yeddi min altı yüz dörd) manat - müqavilə şərtlərinə əsasən hesablanmış cərimə (faiz) məbləği, •4 428,72 manat ƏDV (X1), •178 (yüz yetmiş səkkiz) manat - iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu. Beləliklə, cavabdeh Cavabdeh MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı olan ümumi məbləğ: 29 210 (iyirmi doqquz min iki yüz on) manat təşkil edir. Qeyd edirik ki, göstərilən yekun məbləğə ƏDV də daxildir. Belə ki, iddiaçı tərəf hazırda ƏDV ödəyicisi olduğundan, ümumi borc məbləğləri hesablanarkən ƏDV məbləği də nəzərə alınmışdır. Müqavilənin ümumi qiyməti 10.000 azn olmuşdur. Bu məbləğ müqavilənin 3-cü maddəsinə göstərilmişdir. Belə ki, 3.2.1-ci mad Proqram Təminatının ümumi dəyərinin 1 000 manat məbləğində hissəsini bu Müqavilə qüvvəyə mindikdən sonra 5 iş günü ərzində ödənilməklə, 3.2.2-ci bəndinə əsasən isə, ümumi dəyərin qalan hissəsini isə 9 dəfəyə (ayda 1 000 manat olmaqla) növbəti 9 ay ərzində ödənilməsi qeyd edilmişdir. Cərimə məbləği hesablanarkən Müqavilənin 3.5-ci bəndi əsas götürülmüşdür. Həmin bəndə əsasən, şirkət tərəfindən Müqavilə üzrə gecikdirilmiş ödənişlərə görə hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0.2% həcmində cərimə hesablanacaqdır.
29. Cavabdeh isə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqavilənin 3.2 bəndində qeyd olunmuşdur ki, “Proqram təminatının ümumi dəyəri son istifadəçi (xxxx MMC) tərəfində aşağıda qeyd olunan qaydada təqdim olunmuş elektron qaimə əsasında Şirkətin (“xxxx” MMC) bu Müqavilədə qeyd olunan Bank hesabına köçürülmə yolu ilə ödənilir.” İş materiallarında olan sənədlərdən göründüyü kimi tərəflərindən iddiaçı tərəfindən təqdim edilmiş bütün elektron qaimələr üzrə ödənişlər həyata keçirilmiş və elektron qaimələr üzrə iddiaçıya heç bir borcu qalmamışdır. Bundan əlavə iddia ərizəsində 4428,72 manat X1 borcu tələb edilir. Bununla bağlı bildirirlər ki, mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqavilənin * saylı Əlavəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, “Son İstifadəçinin yuxarıda göstərilən Qiymət Cədvəlinə uyğun olaraq ödəməli olduğu ümumi məbləğ 10000 manat təşkil edir (tətbiq olunan bütün vergilər daxil olmaqla)”. Göründüyü kimi müqavilədə göstərilən məbləğdən əlavə hər hansı bir X1 ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa tərəflər arasında mübahisə predmeti olan ## #### 2021-ci il tarixli SSA/***/***** nömrəli müqaviləyə xitam verilməsi ilə bağlı ## ###### 2022-ci il tarixli TTA ***/***** nömrəli təhvil təslim Aktı imzalanmışdır. Həmin aktdan göründüyü kimi mübahisə predmeti olan müqaviləyə ## ###### 2022-ci il tarixdə artıq xitam verilmişdir. Elektron Məhkəmə Sistemindən görünür ki, iddiaçı iddia ərizəsini ## ###### 2025-ci il tarixdə məhkəmə sisteminə yerləşdirmişdir. Belə olan halda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətinidə ötürmüşdür.
30. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
31. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
32. İddiaçı “xxxx” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
33. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hüququnuzun pozulması aktın imzalandığı an deyil, ödəniş üçün cavabdehə verilən ağlabatan müddət (məsələn, 1 ay) bitdikdən sonra baş vermişdir. ## ###### 2022-ci il tarixli akt imzalandıqda iddiaçı hələ hüququnun pozulduğunu bilmirdi, çünki qarşı tərəfin ödəniş edəcəyini gözləyirdi. İşgüzar adətlər və tərəflər arasındakı kommersiya münasibətlərinin xarakteri nəzərə alınmaqla, aktın imzalandığı gün hüququn pozulduğu gün hesab edilə bilməz. Belə ki, akt xidmətin qəbulunu təsdiq edir, ödənişin dərhal icra edilməməsi isə ağlabatan gözləmə müddəti (məsələn, 1 ay) çərçivəsində tərəfimizdən müqaviləyə sadiqlik kimi qiymətləndirilmişdir. İddiaçının öz hüququnun pozulmasından xəbərdar olması yalnız həmin ağlabatan ödəniş müddəti bitdikdən sonra mümkün olmuşdur. Məhkəmə bu faktiki halı yəni ödənişin icrası üçün tələb olunan ağlabatan vaxt faktorunu araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştriak edən iddiaçının nümayəndəsi/vəkili Kərimov Seymur Aydın oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
36. Cavabdehin nümayəndəsi(vəkili) cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
38. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
42. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
43. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 427.3.əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. Maddə 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
50. Maddə 568.1.satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
51. Maddə 579.1.əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
52. Maddə 600.1 alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
53. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
57. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən
60. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
62. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığını tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. İş materillarına əsasən tərəflər arasında iki müqavilə bağlanmışdır: 1. Proqram təminatının alqı-satqısına (müqavilənin adı alqı-satqı müqaviləsi olmasa da) dair ## #### 2021-ci il tarixli, № SSA/***/***** nömrəli “Son İstifadəçinin X9” və 2. Proqram təminatı üzrə xidmətlərin göstərilməsinə dair ## #### 2021-ci il tarixli, № RTSA/***/***** nömrəli xidmət müqaviləsi. İddiaçının verdiyi izahatından müəyyən edilir ki, tələb edilən borc tələbi birinci (alqı-satqı) müqaviləsindən irəli gəlir. İkinci- xidmət müqaviləsi üzrə mübahisə mövcüdd deyil, göstərilən xidmətlərə dair iddiaçı tərəfindən göndərilən bütün e-qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ## #### 2021tarixli müqavilənin ümumi qiyməti 10.000 manat təşkil etmişdir və tərəflərin ciil 65. razılaşmasına əsasən həmin məbləğ hissə-hissə olaraq ayda 1000 manat olmaqla ödənilməli idi (Müqavilənin 3.2.1-ci bəndinə əsasən proqram Təminatının ümumi dəyərinin 1000 manat məbləğində hissəsini bu Müqavilə qüvvəyə mindikdən sonra 5 (beş) iş günü ərzində ödənilməklə, Müqavilənin 3.2.2-ci bəndinə əsasən ümumi dəyərin qalan hissəsini isə 9 dəfəyə (ayda 1000 manat olmaqla) növbəli 9 ay ərzində ödənilir). Həmin müqavilə üzrə cəmi 3000 manat ödənişin edilməsi işin mübahisəsiz halıdır. Ödəniş sənədlərinə əsasən qeyd edilən müqavilə üzrə son ödəniş ##.##.2021-ci il tarixində həyata keçirilmişdir.
66. Tərəflər arasında mübahisə predmeti olan ## #### 2021-ci il tarixli, SSA/***/***** nömrəli “Son İstifadəçinin X9” ##.##.2021-ci il tarixində bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən,(3.2.2-ci bəndi) müqavilə dəyərinin 1.000 (bir min) manat hissəsi 5 gün müddətində ödənilməli, qalan 9.000 (doqquz min) manat isə hər ay 1.000 (bir min) manat olmaqla hissə-hissə ödənilməli idi. Beləliklə, müqavilə üzrə son ödəniş ən gec 2022-ci ilin mart ayında həyata keçirilməli və tərəflərin öhdəlikləri həmin tarixdə tam icra edilmiş hesab olunmalı idi.
67. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən, iddia müddətinin axımının ##.##.2022-ci il tarixli Təhvil-təslim aktının imzalandığı tarixdən deyil, həmin tarixdən sonra ödəniş üçün verildiyi iddia edilən “ağlabatan müddət” bitdikdən sonra hesablanmalı olması barədə dəlil əsassızdır və işin faktiki halları ilə təsdiq olunmur.
68. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə ödənişlərin qaydası və müddətləri əvvəlcədən müəyyən edilmiş, müqavilə üzrə son ödəniş isə ən gec 2022-ci ilin mart ayında həyata keçirilməli olmuşdur. Bununla yanaşı, ##.##.2022ci il tarixli Təhvil-təslim aktı ilə tərəflər müqavilə münasibətlərinin faktiki olaraq başa çatdığını və xidmətlərin təhvil verildiyini təsdiq etmişlər. Həmin tarixdə iddiaçı artıq müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etdiyini, cavabdehin isə ödəniş öhdəliyini yerinə yetirmədiyini bilirdi və ya bilməli idi.
69. İddiaçının “qarşı tərəfin gələcəkdə ödəniş edəcəyini gözləməsi” barədə arqumenti hüquqi əhəmiyyət kəsb etmir. Çünki kreditorun borclunun gələcəkdə öhdəliyini könüllü şəkildə yerinə yetirəcəyinə dair ümidləri və ya gözləntiləri iddia müddətinin başlanmasını dəyişdirən hal hesab edilə bilməz. Əks yanaşma iddia müddəti institutunun hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərinə zidd olardı.
70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddətinə dair müddəalarına əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu norma hüququn pozulması faktının obyektiv meyarlar əsasında müəyyən edilməsini tələb edir və iddiaçının subyektiv gözləntiləri iddia müddətinin başlanma anını qeyri-müəyyən müddətə təxirə sala bilməz.
71. Bundan əlavə, iddiaçı tərəfindən istinad edilən “ağlabatan müddət” anlayışı iş materialları ilə təsdiq edilmir. Tərəflər arasında ödənişin ##.##.2022-ci il tarixindən sonra əlavə bir ay və ya hər hansı digər müddət ərzində həyata keçirilməsinə dair razılaşma, yazışma və ya digər sübut mövcud deyildir. Buna görə də iddiaçının birtərəfli qaydada müəyyən etdiyi ehtimal olunan gözləmə müddəti iddia müddətinin başlanma tarixinin müəyyən edilməsində nəzərə alına bilməz.
72. Kollegiya qeyd edir ki, hətta iddiaçı ən gec ##.##.2022-ci il tarixində özünün iddia etdiyi hüququnun pozulduğunu bilmişdirsə, üç illik iddia müddətinin axımı ən gec həmin tarixdən başlamış hesab edilsə belə, müddətin axımı ##.##.2025-ci il tarixində başa çatmış sayılmalıdır.
73. İş materillarına əsasən iddiaçı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
74. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir (§ 45).
75. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).
76. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).
77. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir - iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (§ 40).
78. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
79. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
80. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.