Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-597/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kiçik iddialara dair iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, alınmış əşyanın dəyərinin ödənilməməsi, sübutetmə, sübutların mötəbərliyi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış ##.##.2023-cü tarixli, **/** saylı müqaviləyə əsasən alıcı sifariş verir, satıcı isə bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda qeyd edilən məişət texnikası mallarının alıcıya verilməsini və zəmanət müddətində servis xidmətinin yerinə yetirilməsini öz öhdəsinə götürür.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifarişin dəyərini mallar təhvil verildikdən sonra 30 (otuz) gün ərzində nağd və ya köçürmə yolu ilə ödəyir.
3. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (S) Indesit ES 15 adlı malın dəyəri ədv daxil 494,70 manat məbləğində razılaşdırılmışdır.
4. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə mal-materialın dəyəri ədv daxil 1009,80 manat məbləğində razılaşdırılmışdır.
5. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (P/y) Indesit Bwse 61051 adlı malın dəyəri ədv daxil 487,90 manat məbləğində razılaşdırılmışdır.
6. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (S) Biryusa 680 KXQ adlı malın dəyəri ədv daxil 807,50 manat məbləğində razılaşdırılmışdır.
7. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (S) Indesit ES 16 adlı malın dəyəri ədv daxil 521,90 manat məbləğində razılaşdırılmışdır.
8. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə malların dəyəri ədv daxil 1385,50 manat məbləğində razılaşdırılmışdır.
9. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (S) Biryusa 680 KXQ adlı malın dəyəri ədv daxil 1615,00 manat məbləğində razılaşdırılmışdır.
10. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (P/y) Indesit BWSD 61051 adlı malın dəyəri ədv daxil 464,10 manat məbləğində razılaşdırılmışdır.
11. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (S) Indesit ES 16 adlı malın dəyəri ədv daxil 521,90 manat məbləğində razılaşdırılmışdır.
12. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə (TV) Artel UA43H3401 adlı malın dəyəri ədv daxil 436,90 manat məbləğində razılaşdırılmışdır.
13. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən ##.##.2023cü tarixli, **/** saylı müqavilə üzrə mal-materialların dəyəri ədv daxil 931,60 manat məbləğində razılaşdırılmışdır.
14. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEA ****** nömrəli elektron qaiməfaktura əsasında 521,90 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
15. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEA ****** nömrəli elektron qaiməfaktura əsasında 807,50 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
16. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEB ****** nömrəli elektron qaiməfaktura əsasında 436,90 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
17. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEC ****** nömrəli elektron qaiməfaktura əsasında 931,60 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
18. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEB ****** nömrəli elektron qaiməfaktura əsasında 464,10 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
19. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEA ****** nömrəli elektron qaiməfaktura əsasında 487,90 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
20. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBDZ ****** nömrəli elektron qaiməfaktura əsasında 494,70 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
21. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBDZ ****** nömrəli elektron qaiməfaktura əsasında 1009,80 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
22. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən MT************ nömrəli elektron qaiməfaktura əsasında 521,90 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
23. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEB ****** nömrəli elektron qaiməfaktura əsasında 1615,00 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
24. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli malların təhvil qəbul aktına əsasən EBEB ****** nömrəli elektron qaiməfaktura əsasında 1385,50 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
25. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2026-cı il tarixli üzləşmə haqqında akta əsasən cavabdehin iddiaçıya ##.##.2023-cü il tarixli, **/** nömrəli alqı-satqı müqaviləsi üzrə 2026-cı ilin yanvar ayına 8678,62 manat məbləğində borcu vardır.
26. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış **/** nömrəli müqavilə üzrə cavabdehin ##.##.2025-ci il tarixə iddiaçıya olan borcu 8678,62 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
27. Iddiaçı İddiaçı QSC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## ### 2023-cü il tarixlı **/** nömrəli alqı-satqı müqaviləsi üzrə öhtəliklərini yerinə yetirilməməsi səbəbindən vurduğu zərərin, yəni 8678,62 manat məbləğində pulun, ödənilmiş 106,78 manat dövlət rüsumunun və 1 manat komissiya haqqının, cəmi 8678,62 manat məbləgin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ### 2023-cü il tarixlı **/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı QSC həmin müqavilə üzrə öhdəliyini yerinə yetirərək, məişət avadanlıqlarını-malları Cavabdehə tehvil vermişdir. Lakin Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, Cavabdeh Iddiaçıdan aldığı malların dəyərini bu günə kimi tam şəkildə ödəməli olduğu halda, qismən ödəmişdir. ## ###### 2026-cı il tarixdə Iddiaçı ilə Cavabdeh arasında imzalanmış “ Üzləşmə haqqında” akta əsasən Cavabdehin Iddiaçıya 8678,62 manat məbləğində borcunun olması öz təsdiqini tapmışdır. Iddiaçı Cavabdehə pretenziya göndərərək, qalıq borcun 2 iş günündən gec olmayaraq ödənilməsini xahiş etsə də, Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, Iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edirik ki, müqavilə üzrə yaranmış borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
30. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, **/** saylı alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı- satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 8678,62 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8678,62 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iş üzrə ödənilmiş 107 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.
32. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmiş, məhkəmənin mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını və maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
33. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışı
34. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
37. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
38. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
42. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
43. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
44. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
45. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
46. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
47. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
48. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
56. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
59. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
60. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı ilə bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.
61. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.
62. Kollegiya qeyd edir ki, sübutetmə yükünün bölüşdürülməsinə əsasən, malların təhvil verilməsi halını satıcı (hazırki halda iddiaçı), həmin mallarının dəyərinin ödənilməsini isə alıcı (hazırki halda cavabdeh) sübut etməlidir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının malların faktiki təhvil verilməsini sübut etməməsi, borcun yalnız üzləşmə aktı əsasında müəyyən edilməsi və birinci instansiya məhkəməsinin işin hallarını tam araşdırmaması barədə dəlillərini əsassız hesab edir.
64. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş və tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış təhvil-qəbul aktları, qiymət razılaşma protokolları və digər yazılı sübutlar malların cavabdehə faktiki təhvil verildiyini təsdiq edir.
65. Həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilməmiş, onların etibarsızlığına və ya saxtalığına dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh apellyasiya instansiyası məhkəməsinə də onun etirazlarını təsdiq edən yeni və mötəbər sübutlar təqdim etməmişdir.
66. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən, istinad etdiyi halları sübut etmək vəzifəsi həmin halları irəli sürən tərəfin üzərinə düşür.
67. Bu baxımdan, işdə mövcud olan sübutların məcmusu malların cavabdehə təhvil verildiyini və tərəflər arasında mübahisələndirilən borc münasibətinin yarandığını təsdiq etdiyindən, cavabdehin əks mövqeyi yalnız ehtimal xarakterli mülahizələrdən ibarət olmaqla iş materialları ilə təsdiq olunmur.
68. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş və iddia tələbinin təmin edilməsi barədə əsaslı nəticəyə gəlmişdir.
69. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
70. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz, qətnamə dərhal qanuni qüvvəyə minir.