Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-604/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, mövcud borcun etirafı, cərimənin mütənasibliyi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları
1. Iş üzrə satıcı Cavabdeh MMC ilə alıcı “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli, AZRC/****/** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə (Əlavə 1, 2 və s.) və/və ya Alış Sifarişlərində öz əksini tapmış malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəyir. malların təsviri, qiymətlər və digər xüsusiyyətlər * saylı Əlavədə və/və ya Alış Sifarişlərində öz əksini tapmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda alıcı satıcıya hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5% həcmində, lakin gecikdirilmiş malların ümumi dəyərinin 20%-dən artıq olmamaq şərti ilə cərimə tətbiq edə bilər. Bu cərimələr alıcının qərarından asılı olaraq alıcı tərəfindən satıcıya ödəniləcək malların dəyərindən də tutula bilər. Cərimənin ödənilməsi tərəfləri Müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.
2. Tərəflər ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı Çərçivə Müqaviləsinə ##.##.2024-cü il tarixli, * saylı Əlavə Razılaşma imzalamış və Razılaşmaya əsasən Müqavilə üzrə təsdiqlənən ##.##.2023-cü il tarixli, AZC-PO-***** nömrəli və ##.##.2023-cü il tarixli, AZC- PO-***** nömrəli Alış Sifarişləri üzrə satıcı tərəfindən malların alıcıya çatdırılmasının gecikdirilməsi səbəbindən, Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı alıcıya 42.025 AZN məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə gecikdirilən mallara görə ödənilməli olan məbləğ satıcı tərəfindən alıcıya 4 ay ərzində, aylıq 10.506,25 AZN olmaqla hər ayın 5-nə kimi müvafiq ödəniş sənədləri əsasında satıcı tərəfindən alıcıya ödənilməlidir.
Birinci instansiya məhkəməsindəki icraat:
3. Iddiaçı “xxxx” MMC (hazırkı adı İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında imzalanmış ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı Çərçivə Müqaviləsinə əsasən və tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı Çərçivə Müqaviləsinə ##.##.2024-cü il tarixli, * saylı Əlavə Razılaşmaya əsasən 42.025 AZN məbləğində cərimə ödənişinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 216,08 AZN dövlət rüsumunun cavabdeh Cavabdeh MMC tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC (hazırkı adı İddiaçı MMC) ilə Cavabdeh MMC arasında imzalanmış ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı Çərçivə Müqaviləsinə əsasən Cavabdeh MMC Müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə və/və ya Alış Sifarişlərində öz əksini tapmış malları “xxxx” MMC-yə satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən nəzərdə tutulmuş mallar alıcıya gec çatdırıldıqda alıcının satıcıya hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0.5% həcmində, lakin gecikdirilmiş malların ümumi dəyərinin 20%-dən artıq olmamaq şərti ilə cərimə tətbiq etmək imkanı nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı Çərçivə Müqaviləsinə ##.##.2024-cü il tarixli, * saylı Əlavə Razılaşmaya əsasən Müqavilə üzrə təsdiqlənən ##.##.2023-cü il tarixli, AZCPO-***** nömrəli və ##.##.2023-cü il tarixli, AZC-PO-***** nömrəli Alış Sifarişləri üzrə satıcı tərəfindən malların alıcıya çatdırılmasının gecikdirilməsi səbəbindən, Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı alıcıya 42.025 AZN məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə gecikdirilən mallara görə ödənilməli olan məbləğ satıcı tərəfindən alıcıya 4 ay ərzində, aylıq 10.506,25 AZN olmaqla hər ayın 5-nə kimi müvafiq ödəniş sənədləri əsasında satıcı tərəfindən alıcıya ödənilməlidir.
5. Cavabdehin nümayəndəsi və vəkili X7 tərəfindən məhkəməyə ünvanlanmış yazılı etiraz və ona əlavədə göstərilmişdir ki, İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında imzalanmış ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı müqaviləyə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə və/və ya alış sifarişlərində öz əksini tapmış malları alıcıya satır, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəyir. Hazırda alıcı ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı müqaviləni və ##.##.2024-cü il tarixli əlavə razılaşmanı əsas tutaraq məhkəməyə müraciət etmiş, 42.025,00 AZN məbləğində cərimə ödənişinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 216,08 AZN dövlət rüsumunun cavabdeh Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2023-cü il tarixli, AZRC/****/** saylı müqavilənin * saylı və * saylı Əlavələrində satıcı üçün malın çatdırılmasına dair müddət nəzərdə tutulmamışdır. Həmçinin gecikməni təsdiq edən faktlar iddia ərizəsində əks olunmamış və təsdiqedici sənədlər əlavə edilməmişdir. Həmçinin gecikmə mövcud olduğu halda belə satıcı tərəfindən cərimənin ödənilməsi üçün müqavilənin şərtlərindən də göründüyü kimi gecikmə səbəbi araşdırılmalı və gecikmənin satıcıdan irəli gəldiyi sübuta yetirilməlidir. Lakin iş materiallarında bu fakt da öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikmə sayılmır. Bununla belə gecikmənin alıcı tərəfə təsiri və gecikmə nəticəsində alıcıya dəymiş zərər faktı da müəyyən olunmamışdır. Tərəflər arasında ##.##.2024-cü il tarixdə, ##.##.2023-cü il tarixli müqaviləyə əlavə razılaşma imzalanmışdır. Ilk öncə tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli əlavə razılaşma ##.##.2023-cü il tarixli müqavilə üzrə tərəflərin üzərinə düşən öhdəliklərini tam icra etdikdən 6 ay keçdikdən sonra formal olaraq yalan vəd ilə, əsas müqaviləni pərdələmək niyyəti ilə iddiaçı tərəfindən cavabdehə imzalatdırılmışdır. ##.##.2024-cü il tarixli əlavə razılaşmanı imzalayan İddiaçı MMC-nin Informasiya və Texnologiyalar üzrə baş müdiri Özgür Gençin qeyd olunan razılaşmanı imzalaması ilə əlaqədar səlahiyyətinin olubolmamasını tədqiq edən sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin əsas müqavilənin tərəfi qismində həmin şəxs iştirak etməmişdir. Əlavə razılaşmanın şərtlərinə əsasən müqavilə üzrə təsdiqlənən ##.##.2023 tarixli, AZC-PO-11824 və ##.##.2023 tarixli AZC-PO***** nömrəli alış sifarişləri üzrə satıcı tərəfindən malların alıcıya çatdırılmasının gecikdirilməsi səbəbindən, müqavilənin 3.2-ci bəndi əsasında satıcı alıcıya 42.025,00 AZN məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Ilk növbədə iddiaçı tərəf 42.025,00 AZN məbləğin hansı mallara münasibətdə tətbiqi, hansı qaydada hesablanması müəyyən edilməlidir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə əlavə razılaşma müqaviləsi yalan vəd vermə (işgüzar əlaqələrin gücləndirilməsi, sonrakı tenderlərin satıcıya verilməsi) yolu ilə imzalandırılmışdır. O da nəzərə alınmalıdır ki, müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Həmçinin hesablanmış cərimə məbləğinə münasibətdə məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMC özü istehsal prosesini həyata keçirən hüquqi şəxs deyildir. Müqavilə üzrə öhdəliklərinin icrası zamanı Cavabdeh MMC tərəfindən mallar “xxxx” MMC-dən alınaraq İddiaçı MMC-yə təhvil verilib. Hazırda “xxxx” MMC tərəfindən malların Cavabdeh MMC-yə təhvil verilməsinə dair elektron qaimə-fakturaları etiraza əlavəyə qoşma edərək, hər çatdırılma dövrü üzrə mülahizə təqdim edilir: 1) Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alış sifarişinə əsasən, 5000 ədəd dirək ##.##.2023-cü il tarixədək alıcıya təhvil verilməli idi. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1500 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 1500 ədədə münasibətdə 900 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə, 600 ədəd boru isə ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1200 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 1200 ədədə münasibətdə 1200 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 600 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 600 ədədə münasibətdə 600 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1200 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 1200 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilmiş, ##.##.2023 və ##.##.2023-cü illər qeyri-iş günü olduğundan borular Cavabdeh MMC tərəfindən ##.##.2023-cü ildə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 500 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 500 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alış sifarişinə əsasən baş vermiş gecikmələr borclunun təqsiri olmadan yaranmışdır. 2) İddiaçı MMC tərəfindən bu gecikmələrə baxmayaraq Cavabdeh MMC ilə ##.##.2023-cü il tarixdə yeni alış sifarişi tərtib olunmuşdur. Həmin alış sifarişinə əsasən 1800 ədəd boru ##.##.2024-cü il tarixdə alıcıya təqdim olunmalı idi. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1800 ədəd boru ##.##.2024-cü il tarixdə təhvil verilib. 1800 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir (qaimə-faktura əlavə olunur). Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd boru vaxtından tez ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd borudan 1500 ədədi vaxtından tez, 300 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd borudan 1300 ədədi vaxtından tez, 500 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. 500 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, ##.##.2024 və ##.##.2024-cü illər qeyriiş günü olduğundan borular Cavabdeh MMC tərəfindən ##.##.2024-cü ildə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd boru vaxtından tez təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1000 ədəd borudan 700-ü vaxtından tez, 300 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. 300 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Yuxarıda göstərilən faktlar elektron qaimə-fakturalarla öz təsdiqini tapır. Bu hal öhdəliyin borclunun təqsiri olmadan icra edilmədiyini, Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən, gecikmənin mövcud olmadığını təsdiq edir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2023-cü tarixli, AZRC/****/** saylı alqı-satqı müqaviləsi üzrə 2.100 manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumunun 40 manat olan hissəsinin cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin əlavə razılaşmanın etibarsızlığı ilə bağlı dəlilləri öz təsdiqini tapmır. Belə ki, istinad edilən yenidən tender siyahısına salınma barədə tərəflər arasında sövdələşmənin olması, sonradan iddiaçının vədinə əməl etməməsi barədə cavabdehin dəlilləri sübut edilmir. Cavabdeh etibarsızlıqla bağlı mövqeyini yalan əqd, iradə ifadəsinin zədələnməsi, vacib əhəmiyyətli yanılma kimi əsaslarla sübut etməyə çalışsa da, bununla bağlı dəlilləri formal mülahizələrdən o yana keçməmişdir.
8. Cavabdehin etirazının digər dəlili isə öhdəliyin onun cavabdeh olmadığı hallara görə pozulması olmuşdur ki, bununla bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 448.3 və 443.10-cu maddələrinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşıyır və borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Hazırki işin hallarından isə görünür ki, tərəflər arasında satıcının başqa şəxsdən aldığı malın gecikdirilməsinə görə onun alıcı qarşısında məsuliyyətini istisna edən hər hansı razılaşma olmamışdır.
9. Bununla belə, məhkəmə tələbin mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gəldiyi ilə bağlı iddiaçının dəlilləri ilə də razılaşmır. Belə ki, mövcud borcun etirafı haqqında müqavilə müstəqil müqavilə növüdür, lakin istinad edilən razılaşma tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış və həmin müqavilənin tərkib hissəsi kimi çıxış etmişdir. Odur ki, məhkəmə həmin razılaşmanı öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi qrafikinin müəyyənləşdirilməsi kimi qiymətləndirir və tələbə hesablanmış cərimə borcunun tutulması olaraq baxır.
10. Hesablanmış cərimə məbləğinin mütənasibliyinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, işin hallarına əsasən satıcı bir neçə partiya üzrə alıcının sifarişlərini müxtəlif vaxtlarda icra etmiş və alıcı isə malların dəyərini ödəmişdir. Bu əməliyyatlar əsasən 2023-cü ilin noyabr-dekabr, 2024-cü ilin yanvar-fevral aylarında olmuşdur. Sözügedən razılaşma isə 2024-cü ilin noyabr ayında bağlanmışdır və cərimə borcunun 4 ay ərzində ödənilməsi razılaşdırılmışdır. Bununla bağlı iddia ərizəsi isə 2025-ci ilin noyabr ayında verilmişdir. Göründüyü kimi hesablaşma aparılarkən alıcının (iddiaçının) öhdəliyin icrasının gecikdirilməsinə görə hər hansı pretenziyası olmamışdır. Bu baxımdan yanaşıldıqda, kreditorun da əmlak mənafeləri nəzərə alındıqda məhkəmə hesab edir ki, cərimə hesablanarkən tənasüblük qorunmamışdır və onun miqdarı azaldılaraq 2100 manat müəyyən edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 443.10, 445.1, 448.3, 467, 567, 598.1, 600.1 və 882.1ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 80, 88, 119.1, 217.3, 217.4, 217.5, 218.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri:
12. Həmin qətnamədən iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh MMC-dən 42.025 AZN məbləğində cərimə ödənişinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 216,08 AZN dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyin icrasının gecikdirilməsinə görə hər hansı pretenziyalarının olmadığına dair məhkəmənin dəlilləri tamamilə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş yazışmalardan göründüyü kimi, tərəfindən 2025-ci ilin mart ayından etibarən, yəni əlavə razılaşma ilə müəyyən edilmiş 4 aylıq müddət tamam olduqdan dərhal sonra borc məbləğinin ödənilməsi ilə bağlı müraciət ünvanlanmış, lakin qarşı tərəf Vergi Xidməti tərəfindən tətbiq edilmiş sərəncamı əsas gətirərək ödənişi hazırda icra edə bilmədiklərini bildirmişdir. Iş materiallarına əlavə edilən bu dəlillərin mövcud olmasına və şirkətin qanuni nümayəndəsinin özünün də məhkəmə iclasında bu istiqamətdə ifadə verməsinə və bu ifadələrin məhkəmə iclas protokoluna daxil edilməsinə baxmayaraq məhkəmənin belə bir nəticəyə gəlməsi qərəzli yanaşmanın bariz nümunəsidir. Üstəlik məhkəmə qərarında təmin etdiyi məbləği müəyyən edərkən hansı əsaslardan çıxış etdiyini, hesablamanı hansı qaydalara uyğun etdiyini və bu nəticəyə necə gəldiyini bir cümlə ilə də olsa ifadə etməmişdir. Məhkəmə istinad etdiyi normanın bu iş üzrə tətbiqinin nə baxımdan zəruri olduğunu ifadə etməmiş, 2.100 manat məbləğinin məhz hansı əsaslarla müəyyən edildiyini izah edə bilməmişdir. Yekunda məhkəmə əsaslandırılmamış qərar qəbul etmişdir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi tərəflər arasında olan mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmamış, pozulmuş hüquqların və qanunla qorunan mənafelərinin real bərpası imkanı təmin olunmamışdır, qətnamə lazımi şəkildə əsaslandırılmamış, iş üzrə əhəmiyyət kəsb edən bütün dəlillərə münasibət bildirilməmiş, iş üçün əhəmiyyətli olan faktlar əks etdirilməmişdir. Məhkəmə tamamilə yanlış olaraq iddia ərizəsində qeyd olunan münasibətlərə tətbiq etməli olduğu hüquq normasını tətbiq etməmiş, istinad edilən razılaşmanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış və həmin müqavilənin tərkib hissəsi kimi qəbul etmişdir. Belə ki, ##.##.2023-cü tarixli, AZRC/****/** saylı müqavilədə alqı-satqı müqaviləsinin ümumi qayda və şərtləri, mümkün gecikməyə görə tərəflərin məsuliyyəti və hesablana biləcək cərimə məbləğinin ümumi dəyərini göstərildiyi halda, ##.##.2024-cü il tarixli, * saylı Əlavə Razılaşmada sadəcə borcun yaranma əsaslarının göstərilməsi məqsədi ilə bu müqaviləyə istinad edilmiş, müqavilənin predmetini isə tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst surətdə müəyyən edilmiş 42.025 manat pul vəsaitinin 4 ay ərzində ödənilməsi təşkil etmişdir. Təsadüfi deyil ki, işə baxan məhkəmə qarşı tərəfin etiraz və dəlillərini əsassız hesab edərək bu müqaviləni tam etibarlı və hüquqi nəticələr yaradan müqavilə olaraq qəbul etmişdir. Əfsuslar olsun ki, Mülki Məcəllənin 882-ci maddəsində birbaşa olaraq həmin “Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz” cümləsinin yer almasına baxmayaraq işə baxan məhkəmə başlıca əqddən irəli gələn digər məsələlərə istinad etmiş, tələb olunan normanı tətbiq etməməklə yanlışlığa yol vermiş və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli müqavilənin məqsədi öncəki tarixdə aralarında imzalanmış müqavilədən irəli gələn borcun müəyyən edilməsi və ödənilməsi qaydasında gələcəkdə yarana biləcək hər hansı mübahisə və ya qeyrimüəyyənliyin aradan qaldırılması olmuşdur. Borcun etirafı haqqında mücərrəd müqavilənin məqsədi də məhz qeyd olunduğu kimi qarşılıqlı güzəştlər müqabilində tərəflər arasında razılığın əldə edilməsi və gələcəkdə yarana biləcək mümkün fikir ayrılığının aradan qaldırılmasından ibarətdir. Qeyd olunan məqsədlə məhz iddiaçı İddiaçı MMC qarşılıqlı güzəştə gedərək cavabdehə ilkin müqavilə üzrə yaranmış borcu 4 ay ərzində hissə-hissə ödəmək imkanı tanımışdır. Məhkəmə qətnaməsində qeyd olunan məsələ ilə bağlı bildirmişdir ki, mövcud borcun etirafı haqqında müqavilə müstəqil müqavilə növüdür, lakin istinad edilən razılaşma tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əlavə olaraq bağlanmış və həmin müqavilənin tərkib hissəsi kimi çıxış etmişdir. Odur ki, məhkəmə həmin razılaşmanı öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi qrafikinin müəyyənləşdirilməsi kimi qiymətləndirir və tələbə hesablanmış cərimə borcunun tutulması olaraq baxır. Bənzər yanaşmaya görə tərəflər arasında alqı-satqı və ya borc müqaviləsindən irəli gələn münasibətlər olmuş olsa idi əlavə imzalanmış müqaviləyə də alqı-satqı borc müqaviləsinin müddəaları tətbiq edilməli idi. Üstəlik əlavə razılaşmanın məhkəmənin özünün dediyi kimi öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi qrafikinin müəyyənləşdirilməsi kimi qəbul edilməsi halı belə özü-özlüyündə etibarlı olan müqavilə şərtlərinin məhkəmə tərəfindən buna hər hansı hüquqi əsas olmadan dəyişdirilməsinə imkan yarada bilməz. Belə ki, qeyd olunan müqavilə əvvəlki müqavilənin tərkib hissəsi kimi qəbul edildikdə belə onun predmetinə daxil olan şərtin – ödənilməli olan məbləğin məhkəmə tərəfindən hansı əsasla dəyişdirilməsi aydın şəkildə ifadə edilməmişdir. Təkcə göstərilən bu səbəb Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən qərarın qanunsuz və ədalətsiz olduğunu sübuta yetirməkdədir. Qeyd olunan qərarda ifadə olunmuş hüquqi mövqeyə əsasən borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Kommersiya Məhkəməsinin diqqətinə tərəflər arasında borcun etirafına dair elektron poçt üzərindən aparılmış danışıqların təqdim edilməsinə baxmayaraq məhkəmə yekun qərarında bu məqama ümumiyyətlə hər hansı münasibət bildirməmiş, borcun etirafını sübut edən bu dəlilləri qiymətləndirməmişdir. Halbuki, aparılan yazışmalarda cavabdeh tərəf borcu aşkar şəkildə qəbul edərək ödəyə bilməməsinin səbəbini Vergi Xidməti tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirmişdir. Qeyd olunan bir daha təsdiq edir ki, cavabdeh tərəfindən borcun məbləği mübahisə edilmədiyi halda məhkəmə iddia tələbindən kənara çıxaraq borc məbləğini azaltmaqla səlahiyyətlərindən aşmış və qanunsuz qərar qəbul etmişdir. Belə ki, cavabdeh tərəfin etirazları müqavilənin etibarsızlığına yönəlmişdir ki, bu etirazların əsassızlığı elə məhkəmənin özü tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmiş və məhkəmə öz qərarında bu dəlillərə münasibət bildirmişdir.
14. Həmin qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissədə ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli əlavə razılaşma ##.##.2023-cü il tarixli müqavilə üzrə tərəflərin üzərinə düşən öhdəliklərini tam icra etdikdən 6 ay keçdikdən sonra formal olaraq iddiaçı tərəfindən cavabdehə yalan vəd vermə (işgüzar əlaqələrin gücləndirilməsi, sonrakı tenderlərin satıcıya verilməsi) yolu ilə imzalandırılmışdır. Müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Məhkəmə qərarında qeyd olunur ki, cavabdehin Əlavə Razılaşmanın etibarsızlığı ilə bağlı dəlilləri öz təsdiqini tapmır. Belə ki, istinad edilən yenidən tender siyahısına salınma barədə tərəflər arasında sövdələşmənin olması, sonradan iddiaçının vədinə əməl etməməsi barədə cavabdehin dəlilləri sübut edilmir. Lakin üzləşmə aktı bütün mallar təhvil veriləndən və bütün vəsait cavabdeh tərəfindən alındıqdan 6 ay sonra imzalanıb, hansı ki, hüquqi və məntiqi olaraq cavabdehin bu aktı imzalamasına heç bir əsası yox idi. Lakin məhkəmə qərarında cavabdehin hazırkı dəlilinə münasibət bildirilməmişdir. Gecikmə mövcud olduğu halda belə satıcı tərəfindən cərimənin ödənilməsi üçün müqavilənin şərtlərindən də göründüyü kimi gecikmə səbəbi araşdırılmalı və gecikmənin satıcıdan irəli gəldiyi sübuta yetirilməlidir. Lakin iş materiallarında bu fakt da öz təsdiqini tapmamışdır. Bununla belə gecikmənin alıcı tərəfə təsiri və gecikmə nəticəsində alıcıya dəymiş zərər faktı da müəyyən olunmamışdır. Həmçinin işin faktiki hallarından göründüyü kimi, satıcı bir neçə partiya üzrə alıcının sifarişlərini müxtəlif vaxtlarda icra etmiş və alıcı isə malların dəyərini ödəmişdir. Göründüyü kimi hesablaşma aparılarkən alıcının (iddiaçının) öhdəliyin icrasının gecikdirilməsinə görə hər hansı pretenziyası olmamış, gecikmələrə baxmayaraq təkrar müqavilə bağlayaraq cavabdeh ilə ticarət əlaqələrini davam etdirmişdir. Məhkəmə qərarında mövcud normalar düzgün təhlil olunsa da, əsassız olaraq cavabdehin üzərinə ödəmə öhdəliyi qoyulmuşdur. Cavabdeh MMC özü istehsal prosesini həyata keçirən hüquqi şəxs deyildir. Müqavilə üzrə öhdəliklərinin icrası zamanı Cavabdeh MMC tərəfindən mallar “xxxx” MMC-dən alınaraq İddiaçı MMC-yə təhvil verilib. Hazırda “xxxx” MMC tərəfindən malların Cavabdeh MMC-yə təhvil verilməsinə dair elektron qaimə-fakturaları etiraza əlavə edilmiş və hər çatdırılma dövrü üzrə mülahizə təqdim olunmuşdur: 1) Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alış sifarişinə əsasən, 5000 ədəd dirək ##.##.2023-cü il tarixədək alıcıya təhvil verilməli idi. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1500 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 1500 ədədə münasibətdə 900 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə, 600 ədəd boru isə ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1200 ədəd boru ##.##.2023cü il tarixdə təhvil verilib. 1200 ədədə münasibətdə 1200 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 600 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 600 ədədə münasibətdə 600 ədəd boru “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilib. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1200 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 1200 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilmiş, ##.##.2023 və ##.##.2023-cü illər qeyri-iş günü olduğundan borular Cavabdeh MMC tərəfindən ##.##.2023-cü ildə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 500 ədəd boru ##.##.2023-cü il tarixdə təhvil verilib. 500 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2023-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli alış sifarişinə əsasən baş vermiş gecikmələr borclunun təqsiri olmadan yaranmışdır. 2) İddiaçı MMC tərəfindən bu gecikmələrə baxmayaraq Cavabdeh MMC ilə ##.##.2023-cü il tarixdə yeni alış sifarişi tərtib olunmuşdur. Həmin alış sifarişinə əsasən 1800 ədəd boru ##.##.2024-cü il tarixdə alıcıya təqdim olunmalı idi. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1800 ədəd boru ##.##.2024-cü il tarixdə təhvil verilib. 1800 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd boru vaxtından tez ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd borudan 1500 ədədi vaxtından tez, 300 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd borudan 1300 ədədi vaxtından tez, 500 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. 500 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmiş, ##.##.2024 və ##.##.2024-cü illər qeyri-iş günü olduğundan borular Cavabdeh MMC tərəfindən ##.##.2024-cü ildə təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, ##.##.2024-cü il tarixdə təhvil verilməli olan 1800 ədəd boru vaxtından tez təhvil verilmişdir. Iddiaçı tərəfin əlavə etdiyi sənədlərdən görünür ki, 1000 ədəd borudan 700-ü vaxtından tez, 300 ədədi isə ##.##.2024-cü il tarixdə təhvil verilmişdir. 300 ədədə münasibətdə borular “xxxx” MMC tərəfindən ##.##.2024-cü il tarixdə cavabdehə təhvil verilmişdir. Məhkəmə qeyd olunanları Mülki Məcəllənin 448-ci maddəsi ilə əsaslandıraraq (borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir), iddiaçı tərəfdən çıxış etmişdir. Iş materiallarında olan əvvəlki məhkəmə iclaslarının video materiallarına əsasən cavabdehin nümayəndəsinin gecikmələrlə bağlı iddiaçını daim məlumatlandırdığı, iddiaçının isə malların gecikməsi barədə məlumatlı olduğu öz təsdiqini tapır.
Apellyasiya şikayətlərinə qarşı etiraz:
16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. -421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. -445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə görə borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə yalnız pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və həmin halın, yaxud onun nəticələrinin qabaqcadan nəzərə alınmasının, istisna və ya aradan qaldırılmasının mümkün olmadığını sübuta yetirdikdə məsuliyyətdən azad edilir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu məbləğ mümkün zərərdən çox ola bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda, aldatma olmadan həmin əqdin bağlanmayacağı aşkar olduğu halda əqdi mübahisələndirə bilər. -357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. -882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazlar irəli sürülə bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini və tərəflərin izahatlarını məcmu halda qiymətləndirərək hesab edir ki, iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməli, cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tam təmin edilməlidir.
25. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, AZRC/****/** nömrəli alqı-satqı müqaviləsi (Çərçivə Müqaviləsi) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Əlavələrdə və Alış Sifarişlərində göstərilən malları iddiaçıya çatdırmağı, iddiaçı isə malları qəbul edib onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində malların gec çatdırıldığı halda hər gecikmə günü üçün gecikdirilmiş malların ümumi dəyərinin 0,5 faizi həcmində, lakin həmin dəyərin 20 faizindən artıq olmamaqla cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur.
26. Tərəflər ##.##.2024-cü il tarixdə Çərçivə Müqaviləsinə * saylı Əlavə Razılaşma imzalamışlar. Razılaşmada ##.##.2023-cü il tarixli AZC-PO-11824 və ##.##.2023-cü il tarixli AZC-PO-***** nömrəli Alış Sifarişləri üzrə malların gec çatdırılmasına görə cərimə məbləğinin 42.025 manat olduğu müəyyən edilmiş, həmin məbləğin 4 ay ərzində, aylıq 10.506,25 manat olmaqla hər ayın 5-dək ödənilməsi razılaşdırılmışdır.
27. Bu baxımdan apellyasiya baxışında həll edilməli əsas məsələlər Əlavə Razılaşmanın etibarlılığı, malların təchizatçı tərəfindən gec təqdim olunmasının cavabdehi məsuliyyətdən azad edib-etməməsi, həmin Razılaşmanın hüquqi təbiəti və 42.025 manat cərimənin Mülki Məcəllənin 467-ci maddəsi baxımından tənasüblü olub-olmamasıdır.
28. Cavabdeh Əlavə Razılaşmanın iddiaçının gələcək tenderlərdə iştirak və sonrakı əməkdaşlıq barədə verdiyi vədlər nəticəsində imzalandığını, həmin vədlər yerinə yetirilmədiyinə görə əqdin aldatma yolu ilə bağlandığını bildirmişdir.
29. Mülki Məcəllənin 339.2-ci maddəsi baxımından əqdin aldatma əsası ilə mübahisələndirilməsi üçün qarşı tərəfin qəsdən yanlış təsəvvür yaratması və həmin təsirin əqdin bağlanması üçün həlledici olması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halları sübut etmək vəzifəsi onlara istinad edən cavabdehin üzərinə düşür.
30. Iş materiallarında gələcək tenderlərin cavabdehə veriləcəyi və ya onun tenderlərdə iştirakının təmin ediləcəyi barədə hüquqi öhdəlik yaradan yazılı razılaşma, elektron yazışma və ya digər mötəbər sübut yoxdur. Cavabdehin bu barədə izahatları ehtimal və ümumi mülahizə səviyyəsində qalmışdır.
31. Tərəflər arasında kommersiya münasibətlərinin sonradan davam etməməsi və ya cavabdehin gələcək əməkdaşlıq gözləntilərinin doğrulmaması öz-özlüyündə əvvəl bağlanmış Əlavə Razılaşmanın aldatma yolu ilə bağlandığını göstərmir. Həmçinin iddiaçının davranışı ilə cavabdehin razılaşmanı imzalaması arasında Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulan səbəbli əlaqə sübuta yetirilməmişdir.
32. Cavabdeh, həmçinin Əlavə Razılaşmanı iddiaçı adından imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədin təqdim olunmadığını bildirmişdir.
33. Kollegiya qeyd edir ki, həmin şəxsin razılaşma bağlanan anda səlahiyyətinin ayrıca sənədlə təsdiqlənmədiyi qəbul edilsə belə, iddiaçının sonrakı davranışı əqdin bəyənildiyini aşkar göstərir. Iddiaçı Əlavə Razılaşmaya istinadla ödəniş tələb etmiş, elektron yazışmalar aparmış və hazırkı iddianı məhz həmin sənəd əsasında qaldırmışdır. Mülki Məcəllənin 357-ci və 360.2-ci maddələrinə görə belə sonrakı bəyənmə əqdin bağlandığı andan hüquqi nəticə yaradır.
34. Beləliklə, cavabdeh Əlavə Razılaşmanın etibarsızlığını yaradan hər hansı halı sübuta yetirməmişdir. Razılaşma yazılı formada bağlanmış, konkret borc məbləğini və ödəniş qrafikini müəyyən etmiş, tərəflərin sonrakı davranışları ilə də onun hüquqi qüvvəsi təsdiqlənmişdir.
35. Cavabdehin digər dəlili ondan ibarətdir ki, malların gec çatdırılması onun deyil, malları təqdim edən “xxxx” MMC-nin davranışı ilə bağlı olmuşdur.
36. Mülki Məcəllənin 448.1-ci və 448.3-cü maddələrinə əsasən borclu onun risk dairəsinə daxil olan icra pozuntularına, habelə öhdəliyin icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.10cu maddəsi də icra predmetinin başqa şəxsdən alınmamasını, müqavilədə ayrı qayda olmadıqda, borclunun məsuliyyətini istisna edən hal saymır.
37. Hazırkı işdə cavabdeh malları hansı istehsalçıdan və ya təchizatçıdan əldə edəcəyini özü müəyyən etmişdir. Təchizat zəncirinin təşkili və təchizatçının malı cavabdehə vaxtında təqdim etməməsi onun sahibkarlıq fəaliyyətinin risk dairəsinə daxildir. Müqavilədə bu riskə görə cavabdehin məsuliyyətdən azad olunması nəzərdə tutulmamış, Mülki Məcəllənin 448.4-cü maddəsində göstərilən istisna halın mövcudluğu da sübuta yetirilməmişdir.
38. Cavabdehin təqdim etdiyi elektron qaimə-fakturalar malların ona hansı tarixlərdə verildiyini göstərə bilər, lakin həmin sənədlər alıcı qarşısında müqavilə ilə müəyyən olunmuş çatdırılma müddətlərinin pozulmasını aradan qaldırmır və cavabdehi məsuliyyətdən azad etmir.
39. Malların bir hissəsinin vaxtından əvvəl, bir hissəsinin isə az sayda gün gecikmə ilə təqdim edilməsi və bəzi çatdırılmaların qeyri-iş günlərinə təsadüf etməsi də ayrıca nəzərə alınmalı hallar olsa da, tərəflər sonradan məhz göstərilən iki Alış Sifarişi üzrə gecikməyə görə yekun cərimə məbləğini 42.025 manat müəyyən etmişlər. Cavabdeh bu məbləğin müqavilənin 3.2-ci bəndinə zidd hesablandığını göstərən alternativ və sənədlə əsaslandırılmış hesablama təqdim etməmişdir.
40. Iddiaçının gecikmələrdən sonra cavabdehlə ticarət münasibətlərini davam etdirməsi əvvəlki pozuntulara görə cərimə tələb etmək hüququndan imtina kimi qiymətləndirilə bilməz. Belə imtinanı təsdiq edən razılaşma və ya aydın iradə ifadəsi yoxdur; əksinə, ##.##.2024-cü il tarixli Əlavə Razılaşma əvvəlki gecikmələrə görə məsuliyyətin saxlanıldığını göstərir.
41. Iddiaçının gecikmələr barədə məlumatlandırılması və malları qəbul etməsi də cərimə hüququnu aradan qaldırmır. Məlumatlı olma müqavilədə nəzərdə tutulan çatdırılma müddətinin dəyişdirilməsinə və ya cərimədən imtinaya dair razılıqla eyniləşdirilə bilməz.
42. Buna görə cavabdehin Əlavə Razılaşmanın etibarsızlığına, gecikmədə təqsirinin olmamasına, sonrakı əməkdaşlığa və iddiaçının məlumatlı olmasına dair dəlilləri iddianın rədd edilməsi üçün əsas yaratmır və cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
43. Əlavə Razılaşmanın hüquqi təbiətinə münasibətdə kollegiya qeyd edir ki, bu sənəd əsas müqavilə üzrə yaranmış cərimə öhdəliyinin məbləğini və icra qaydasını sonradan müəyyən edən müstəqil iradə razılaşmasıdır.
44. X5 Müqaviləsinə, konkret Alış Sifarişlərinə və borcun yaranma səbəbinə birbaşa istinad edildiyindən onu əsas əqddən hüquqi cəhətdən ayrılmış mücərrəd borc etirafı kimi qiymətləndirmək mümkün deyildir. Bu səbəbdən iddiaçının Mülki Məcəllənin 882.2-ci maddəsinə əsaslanan, başlıca əqddən irəli gələn etirazların ümumiyyətlə nəzərə alına bilməməsi barədə dəlili qəbul edilmir.
45. Bununla belə, sənədin mücərrəd borc etirafı sayılmaması onun hüquqi qüvvəsini aradan qaldırmır. Mülki Məcəllənin 390.1, 390.5 və 421.1-ci maddələrinə uyğun olaraq tərəflər mövcud müqavilə münasibətlərindən irəli gələn hesablaşmanı yekunlaşdırmaq, borcun məbləğini təsbit etmək və onun hissə-hissə ödənilməsini razılaşdırmaq hüququna malikdirlər. Əlavə Razılaşma məhz belə sonrakı yazılı saziş kimi tərəflər üçün məcburidir.
46. Eyni zamanda, Əlavə Razılaşma cərimə öhdəliyinin mənbəyini və hüquqi təbiətini dəyişdirməmişdir. Tələb olunan 42.025 manat əsas müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan gecikmə cəriməsidir. Buna görə həmin məbləğin azaldılmasının mümkünlüyü Mülki Məcəllənin 467-ci maddəsi əsasında yoxlanılmalıdır.
47. Birinci instansiya məhkəməsi də Mülki Məcəllənin 467-ci maddəsini tətbiq edərək 42.025 manat cəriməni 2.100 manata endirmiş, bunu əsasən tərəflər arasında hesablaşmaların başa çatması, iddiaçının gecikmələrə dərhal pretenziya bildirməməsi və kommersiya münasibətlərinin davam etməsi ilə əlaqələndirmişdir.
48. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli Qərarında və “xxxx” MMC-nin şikayəti üzrə ##.##.2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə dəbbə pulu yalnız öhdəliyin pozulmasının nəticələrinə açıqaşkar uyğun gəlmədikdə tənasübsüz yüksək hesab edilə bilər. Bu zaman öhdəliyin pozulma dərəcəsi, tərəflərin əmlak vəziyyəti, kreditorun əmlak və digər əsaslı mənafeləri, habelə tam məbləğin tutulmasının ədalətsiz nəticəyə səbəb olub-olmaması qiymətləndirilməlidir.
49. Tərəflərin cərimə məbləğini sonradan ayrıca razılaşma ilə təsdiq etməsi Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqini istisna etmir. Lakin bu hal tərəflərin gecikmənin həcmini, əvvəlki icra prosesini və qarşılıqlı hesablaşmaları nəzərə alaraq borcun məbləğini yenidən və şüurlu şəkildə müəyyən etməsi kimi tənasüb qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.
50. Birinci instansiya məhkəməsi 42.025 manat məbləğin hansı konkret meyar üzrə tənasübsüz yüksək olduğunu göstərməmiş, gecikmələrin müddəti və əhatəsi, müqavilədə nəzərdə tutulan 20 faizlik yuxarı hədd, tərəflərin sonrakı razılaşması və kreditorun mənafeləri arasında müqayisə aparmamışdır. Cərimənin təxminən 95 faiz azaldılaraq 2.100 manat müəyyən edilməsinin hesablanma üsulu da qətnamədə açıqlanmamışdır.
51. Malların sonradan qəbul edilməsi, onların dəyərinin ödənilməsi, iddiaçının tərəflər arasında münasibətlər davam etdiyi müddətdə ayrıca iddia qaldırmaması və Əlavə Razılaşmanın çatdırılmalardan sonra bağlanması cərimənin özlüyündə tənasübsüz yüksək olduğunu göstərmir. Əksinə, Əlavə Razılaşmanın bağlanması iddiaçının gecikməyə görə tələbini saxladığını və tərəflərin həmin tələbi hesablaşma yolu ilə konkretləşdirdiyini təsdiq edir.
52. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə cərimənin tutulması üçün kreditorun faktiki zərərin məbləğini sübut etməsi tələb olunmur. Həmin Məcəllənin 462.3-cü maddəsi tərəflərə cərimənin mümkün zərərdən çox olan məbləğini razılaşdırmağa imkan verir. Buna görə iddiaçının konkret zərəri sübuta yetirməməsi cərimənin avtomatik azaldılması üçün əsas sayıla bilməz; bu hal yalnız digər meyarlarla birlikdə qiymətləndirilə bilər.
53. Hazırkı müqavilə hüquqi şəxslər olan peşəkar kommersiya subyektləri arasında bağlanmışdır. Cərimənin gündəlik dərəcəsi ilə yanaşı, ümumi məbləğin gecikdirilmiş malların dəyərinin 20 faizi ilə məhdudlaşdırılması əvvəlcədən razılaşdırılmışdır. Iş materiallarında cavabdehin bu şərti məcburiyyət altında qəbul etdiyi və ya müqavilə şərtlərini müzakirə etmək imkanından məhrum olduğu barədə sübut yoxdur.
54. Kollegiya, həmçinin nəzərə alır ki, mübahisəli cərimənin hesablandığı AZC-PO- 11824 və AZC-PO-***** nömrəli Alış Sifarişləri əhəmiyyətli məbləğli kommersiya əməliyyatlarına aiddir. Bu baxımdan 42.025 manat cərimə məbləği tərəflər arasındakı müqavilə münasibətlərinin iqtisadi həcmi ilə müqayisədə açıq-aşkar və qeyri-mütənasib dərəcədə yüksək hesab edilə bilməz.
55. Cərimə bir epizod deyil, iki Alış Sifarişi çərçivəsində müxtəlif partiyalar üzrə baş vermiş gecikmələrlə əlaqədar hesablanmışdır. Cavabdeh bütün çatdırılmalar başa çatdıqdan sonra, ##.##.2024-cü il tarixdə 42.025 manat məbləği yazılı şəkildə qəbul etmiş və həmin məbləğin hesablanmasına dair qeyd-şərt irəli sürməmişdir.
56. Iddiaçı borcun dərhal tam ödənilməsini deyil, cavabdehə 4 aylıq hissəli ödəniş imkanı vermişdir. Bu güzəştə baxmayaraq cavabdeh razılaşdırılmış ödənişlərin heç birini icra etməmişdir. Kreditorun müqavilə intizamının və sonradan yazılı şəkildə təsdiqlənmiş hesablaşmanın icrasına olan əsaslı mənafeyi də tənasüb qiymətləndirilməsində nəzərə alınmalıdır.
57. Iş materiallarındakı elektron yazışmalardan görünür ki, 4 aylıq müddət bitdikdən sonra iddiaçı ödənişi tələb etmiş, cavabdeh isə borcun mövcudluğunu və məbləğini inkar etməyərək ödənişin aparılmamasını vergi orqanının tətbiq etdiyi məhdudiyyətlərlə izah etmişdir. Bu yazışmalar iddiaçının hüququndan imtina etmədiyini və cavabdehin də borcu icra edilməli öhdəlik kimi qəbul etdiyini göstərir.
58. Cavabdeh 42.025 manatın onun əmlak vəziyyəti baxımından ədalətsiz nəticə yaradacağını, kreditorun mənafeyi ilə açıq-aşkar uyğunsuz olduğunu və ya müqavilə üzrə düzgün hesablanmış cərimənin daha aşağı məbləğ təşkil etdiyini göstərən maliyyə sənədi, alternativ hesablama və ya başqa mötəbər sübut təqdim etməmişdir.
59. Qeyd olunan halların məcmusu 42.025 manat cərimənin öhdəliyin pozulmasının nəticələrinə açıq-aşkar uyğun gəlmədiyini təsdiq etmir. Buna görə Mülki Məcəllənin 467-ci maddəsi əsasında cərimənin azaldılması üçün əsas yoxdur. Iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və cavabdehdən 42.025 manat cərimənin tutulması barədə yeni qətnamə qəbul edilməlidir.
60. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddia tam təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 216,08 manat və iddiaçının apellyasiya şikayətinə görə ödədiyi 108,04 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.
61. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayətin verilməsi ilə əlaqədar onun ödədiyi dövlət rüsumu özünə aid edilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması” tələbinə dair iddiası təmin edilsin. ##.##.2023-cü il tarixli, AZRC/****/** nömrəli alqı-satqı müqaviləsi üzrə 42.025 (qırx iki min iyirmi beş) manat məbləğində cərimə cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş 216,08 manat (iki yüz on altı manat səkkiz qəpik) dövlət rüsumunun və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 108,04 manat (yüz səkkiz manat dörd qəpik) dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.