Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-609/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti və qeyrilərinə qarşı qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki ilk icraat
1. Iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır.
3. cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2- *(***)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, imza sahibi Məhin Şəkərova ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə prosesində imza nümunələrinin ona məxsus olmamasını bildirməmiş, ekspertiza keçirilməsi barədə vəsatət verməmişdir. Həmçinin cavabdeh3 MMC də üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməmişdir. Iş üzrə ekspertizanın təyin edilməsi zamanı çəkişmə prinsipi təmin edilməmiş, tərəflərin təklif və etirazlarının olub olmaması araşdırılmamışdır. Iş üzrə icraatın dayandırılması barədə qərar işin əsassız şəkildə uzadılmasına və ədalətli olmayan qərarın qəbul edilməsinə səbəb ola bilər.
5. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
7. Maddə 255.0.5. Məhkəmə tərəfindən ekspertiza təyin olunduqda işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.
8. Maddə 258.2. Iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər.
9. Maddə 395.1. Işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. Bu Məcəllədə göstərilən hallarda; 395.1.2. Məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Işdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
10. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
11. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Məhkəmənin mövqeyi
12. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
13. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin şikayətində irəli sürdüyü arqumentlərdən biri ekspertiza təyin edilməsinin əsassızlığı ilə bağlı olmuş və həmin dəlillər qərardadın şikayət verilməsi nəzərdə tutulmayan hissəsində ləğv edilməsinə yönəldilmişdir. Bu səbəbdən, həmin arqumentlərə münasibət bildirilməsi, eləcə də ekspertiza təyin edilməsinin zəruriliyinin yoxlanılması hazırkı apellyasiya baxışının predmetinə daxil deyildir.
15. Kollegiya cavabdehin icraatın dayandırılmasının işin əsassız şəkildə uzadılmasına və ədalətli olmayan qərarın qəbul edilməsinə səbəb ola biləcəyi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci və 255.0.5-ci maddələrinin məzmunundan görünür ki, işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin izahı üçün məhkəmə, işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər və ekspertizanın rəyi məhkəməyə təqdim olunana qədər iş üzrə icraat dayandırıla bilər.
16. Göründüyü kimi hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edildiyindən məhkəmə qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə ekspertizanın təyin edilməsi ilə bağlı iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur.
17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
18. Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.