Məhkəmə qərarları › İş №e-2-2(3-6)-622/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-622/2026

15.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧e-2-2(3-6)-622/2026 15.07.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, mütənasiblik prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəməḑFəxrəddiņoğlundaņibarəţtərkibdə,̧ Musayeva̧AytaçElşəņqızınıņkatibliyi, maraqlı̧şəxşMaraqlı̧şəxşiştirakı̧ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuļetdi: İşin halları

1. Maraqlı şəxs ##.##.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri, Nərimanov̧rayonu,̧Elçiņİsaqzadə̧küçəsi̧ev̧4,̧mənziļ5̧ünvanında̧qeydiyyatdadır.

2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs “Dərman vasitələrinin pərakəndə satışı” fəaliyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmış, ona ##.##.2021-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir, hazırda̧fəaliyyəţgöstərmiŗ(fəaliyyətini̧dayandırmışdır).

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

3. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Maraqlı şəxs (maraqlı şəxs) dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix - ##.##.1987-ci il, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA3520041) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) ##.##.2026-cı il tarixə dövlət büdcəsinə 20 040,33 manat məbləğində (o cümlədən vergilər üzrə 14 347,95 manat, faizlər üzrə 5532,38 manat, maliyyə sanksiyası üzrə 160 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli ************ nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi̧yaranmış̧borçməbləğini̧ödəməmişdir.

5. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə̧alaraq̧məhkəmə̧iclasınıņonuņiştirakı̧olmadaņkeçirilməsini̧xahiş̧etmişdir.

6. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs ərizəyə etiraz edərək bildirmişdir ki, 2024-cü il tarixdən VÖEN üzrə fəaliyyətini dayandırmış, 2022-ci il tarixdə “xxxx” MMC adlı hüquqi şəxs tərəfindən səhvən ƏDV depozit hesabına vəsait köçürülmüş, vergi orqanı tərəfindən həmin məbləğə gəlir vergisi hesablanmışdır. Halbuki onun “xxxx” MMC ilə hər hansı münasibəti yoxdur, vəsaiţyanlışlıqla̧köçürülmüşdür.̧Yanlışlıqla̧bağlı̧vergi̧orqanına̧da̧müraciəţedilmişdir.

7. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması̧qəţedilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Maraqlı şəxs ##.##.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən, onun dövlət büdcəsinə olan borcunun 0 manat təşkil etdiyi görünür, həmçinin vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il tarixdə ƏDV üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş, nəticədə vergi ödəyicisinin 0 manat borcu qalmış, 710,23 manat artıq ödəməsi̧yaranmışdır.

9. Məhkəmə vurğulamışdır ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, vergi orqanının bildirişindən sonra təqdim edilmiş vergi bəyannamələri əsasında vergi ödəyicisinin dövləţbüdcəsinə̧borcu̧qalmamışdır

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 23.1.15-3-cü, 24.1.2-1-ci̧maddələrinə istinadla̧əsaslandırmışdır.

11. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Şikayətdə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş cari arayışlar üzrə Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə kameral vergi yoxlaması keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim etməsi vergilərin yenidən hesablanmasını tələb etməsi onun hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Nəticədə məhkəmə borcun hüquqi statusunun tam müəyyən olunmadığı bir mərhələdə qərar verməklə, faktlara vaxtından əvvəl və yanlış qiymət vermişdir. ##.##.2026 və ##.##.2026-cı il tarixdə aparılmış kameral vergi yoxlamaları ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrə artıq münasibət bildirilmiş, vergi məbləği bərpa edilmişdir, bu, şəxsi hesab vərəqəsində də öz əksini tapmışdır (qərarlar və şəxsi hesab vərəqəsi əlavə olunur). Maraqlı şəxs tərəfindən vergi orqanının yanlış əməliyyata görə vergi hesablaması barədə irəli sürdüyü iddiaya münasibətdə qeyd edilir ki, bu hal cari mübahisənin obyekti olmasa da, hazırda hesablama ilə bağlı inzibati qaydada hər hansı bir mübahisələndirmə mövcüḑdeyildir,̧vergi̧orqanı̧tərəfindəņaparılaņhesablama̧qüvvədədir.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧verilməmişdir.

Apellyasiya baxışı, izahat

13. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxs isə şikayətin əsassız olduğunu, hətta ona səhvən hesablanmış borc məbləğinin belə birinci instansiya məhkəməsiniņqətnaməsi̧çıxarıldıqdaņsonra̧ödənildiyini̧bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə̧və̧vaxtında̧ödəməķhəŗkəsiņborcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

15. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə̧sanksiyalarını̧və̧digəŗməcburi̧ödənişləri̧ödəməķ(16.1.1).

16. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧üçüņməhkəməyə̧müraciəţetməķhüququ̧vardır.

17. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi̧ilə̧vergi̧nəzarətini̧həyata̧keçirirlər.

18. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində̧ödənilməsinə̧daiŗvergi̧ödəyicisinə̧bildiriş̧göndərir.

19. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında krediţvə ya elektron puļtəşkilatına̧və̧ya̧banķəməliyyatları̧aparaņşəxsə̧icra̧sənədi̧olaņsərəncam̧verir.̧

20. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur.

21. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

22. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir.

23. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda,̧habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda̧vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.̧Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında̧vergi̧ödəyicisiniņəmlakınıņsiyahıya̧alınmasını̧həyata̧keçirə̧bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə̧onları̧xəbərdaŗedir,̧onlarıņprosessuaļhüquqlarınıņhəyata̧keçməsinə̧köməķgöstərir.

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.

27. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə̧məhkəməyə̧müraciəţetməķhüququna̧malikdir.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya̧məhkəməsiniņqətnamədə̧göstərilmiş̧nəticələriniņişiņhallarına̧uyğuņgəlməməsi.̧

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya̧şikayətində̧göstərilməyəņəsaslarla̧da̧ləğv̧edə̧və̧dəyişdirə̧bilər.̧ İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.̧

33. Belə ki, vergi orqanı məhkəməyə müraciət edərkən vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) ##.##.2026-cı il tarixinə dövlət büdcəsinə 20 040,33 manat məbləğində (o cümlədən vergilər üzrə 14 347,95 manat, faizlər üzrə 5532,38 manat, maliyyə sanksiyası üzrə 160 manat) borcunun olduğunu irəli sürmüş, məhkəmə isə Maraqlı şəxs ##.##.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən onun dövlət büdcəsinə olan borcunun 0 manat təşkil etdiyini, həmçinin vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il tarixdə ƏDV üzrə bəyannamə təqdim edildiyini, nəticədə vergi ödəyicisinin 0 manat borcu qaldığını və 710,23 manat artıq ödəməsi yarandığını̧müəyyəņetmişdir.

34. Apellyasiya baxışı zamanı vergi orqanına ünvanlanmış sorğu üzrə məhkəməyə göndərilən Maraqlı şəxs məxsus ##.##.2026-cı il tarixli şəxsi hesab vərəqəsində də cəmi ödənilməli borc məbləği 0 manat göstərilmişdir.

35. Vergi orqanının məhkəməyə göndərdiyi ödəniş qəbzlərindən o da aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonrakı dövrdə (##.##.2026-cı il tarixdə) Maraqlı̧şəxşvergi̧borcu̧qismində̧ümumilikdə̧28̧908̧manaţödəniş̧həyata̧keçirmişdir.

36. Şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi̧və ya sığorta edəņolan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını̧məhz̧ədaləţmühakiməsini̧həyata̧keçirəņməhkəmələrə̧həvalə̧etmişdir.1

37. Apellyasiya şikayətində maraqlı şəxsin dəqiqləşdirilmiş vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının başa çatmadığı irəli sürülsə də, nəzərə alınmalıdır ki, kameral qaydada̧yoxlanılmalı̧olaņməbləģ̆mövcuḑborçanlamına̧gəlmir.2

38. Həmçinin qeyd olunmalıdır ki, əgər kameral yoxlama nəticəsində vergi ödəyicisinin vergi borcunun olduğu müəyyən olunarsa, hazırkı iş üzrə gəlinən nəticə vergi orqanının yenidən məhkəməyə̧müraciəţetməsinə̧maneə̧törətmir.̧

39. Kollegiya bir daha qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması̧bu̧məhdudiyyətiņtətbiq̧edilməsi̧üçüņkifayəţdeyildir.

40. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması̧dövləţtərəfindəņgözləniləņnəticəyə̧mütənasib̧olmalıdır.

41. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz̧nəticələrini̧müvafiq̧məhkəmə̧aktında̧əsaslandırmalıdır.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № *****/**, 2013-cü il ## #### tarixli qərarı).

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət

1 https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_64+22.02.2024.pdf , Paraqaf 10 2 https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2022/3_283+17.05.2022.pdf , Paraqraf 33 azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə̧nəzərə̧alınmalıdır.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya̧şikayətiniņdəlilləri̧qətnaməniņləğvi̧üçüņəsaşdeyildir.̧̧̧

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini̧rəhbəŗtutaraq̧məhkəmə̧kollegiyası

QƏT ETDİ:

Apellyasiya̧şikayəti̧təmiņedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar