Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-623/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə ərizəçi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. “Elektron məhkəmə” informasiya sisteminin vergi ödəyiciləri məlumatlarından məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1201467781) rəhbəri Maraqlı şəxsdur.
2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi vergi borcunun ödənilməsinə dair ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlə müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. Ərizəçi Azərbaycan Respublikası Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 604331,8 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya vənömrəsi AZE 16105651) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1201467781) dövlət büdcəsinə 604331,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 2065,92 manat, faizlər üzrə 602145,88 manat, maliyyə sanksiyası üzrə 120 manat) olmaqla, ümumilikdə 604331,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
5. Iş üzrə ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər.
6. Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il qətnaməsi ilə ərizə təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən vergi ödəyicilərinə borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
11. Məhkəmə hesab etmişdir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.3, 119.2, 355-5.1, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2, 9.1.14, 9.4-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı vergi borcu silinib, ancaq Vergi orqanı qərarı icra etməyib, icra edilmədiyi üçün də qarşı tərəfin cərimə olunması barədə məhkəməyə müraciət etmişik, ancaq qərar qəbul edilməyib. Ümumiyyətlə, Vergi Məcəlləsinə əsasən, vergi borcu məbləğinin alınması üçün nəzərdə tutulmuş 5 il müddət ötürülmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı; iştirakçılarının izahatları
11. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Ərizəçi sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün Maraqlı şəxs qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1201467781) vergi borcunun olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş edilmişdir.
12. Azərbaycan Respublikası Ərizəçi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.
13. Maraqlı şəxsin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin işirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
14. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
15. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
16. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
17. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”
Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun:
18. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
19. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
20. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
21. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
22. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
23. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
24. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayətində əsaslandırdığı dəlillər əsassızdır.
35. Belə ki, iş materiallarında olan Ali Məhkəmənin qərarından görünür ki, cavabdehin ##.##.2020-ci il tarixli, **************** saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı tam deyil, yalnız müəyyən hissədə ləğv edilmişdir.
36. Həmin qərarla 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 manat əlavə hesablama və 273.361,60 manat maliyyə sanksiyası, 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 manat əlavə hesablama və 301.960,04 manat maliyyə sanksiyası, 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 manat əlavə hesablama və 224.396,47 manat maliyyə sanksiyası hissəsində vergi orqanının qərarı ləğv edilmişdir.
37. Bununla yanaşı, Ali Məhkəmənin həmin qərarından görünür ki, vergi orqanının qərarı ƏDV üzrə 2.017.948,55 manatın azaldılması, 791.754,55 manat ƏDV-nin artıq hesablanması, 1.008.974,28 manat maliyyə sanksiyasının tətbiqi, habelə nağd qaydada aparılması məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə 618.499,80 manat maliyyə sanksiyasının tətbiqi hissəsində əsaslı hesab edilmişdir.
38. Göstərilənlərə əsasən, Ali Məhkəmənin qərarı ilə vergi orqanının qərarının tam həcmdə deyil, yalnız mənfəət vergisi üzrə yuxarıda sadalanan hissələrdə ləğv edildiyi, qərarın digər mühüm hissələrinin isə qüvvədə saxlanıldığı müəyyən edilir.
39. Şəxsi hesab vərəqəsindən də görünür ki, Ali Məhkəmənin qərarı ilə ləğv edilmiş məbləğlər vergi uçotunda nəzərə alınmışdır. Belə ki, şəxsi hesab vərəqəsində ##.##.2020-ci il tarixdə 2019-cu il üzrə 448.792,93 manat məbləğin “azalma” əməliyyatı kimi əks etdirildiyi görünür. Bu isə həmin məbləğin hazırkı borca daxil edilmədiyini, əksinə, uçotdan çıxarıldığını göstərir.
40. Eyni zamanda, şəxsi hesab vərəqəsinin son məlumatlarına əsasən vergi ödəyicisinin vergi borcunun tam aradan qalxmadığı müəyyən edilir. Belə ki, ##.##.2026-cı il tarixə çap olunmuş şəxsi hesab vərəqəsində çap tarixinə saldo 4.455.736,06 manat, faiz borcu isə 544.062,90 manat göstərilmişdir. Həmin vərəqədə “ödənilmişdir” qrafasında 1.862.808,08 manat əks olunsa da, bu ödənişlər vergi orqanının uçotunda olan borcun tam bağlanması üçün kifayət etməmişdir.
41. Buna görə də maraqlı şəxsin Ali Məhkəmənin qərarı ilə vergi borcunun tam silinməsi barədə dəlili iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olunur ki, Ali Məhkəmənin qərarı ilə vergi borcunun yalnız bir hissəsi ləğv edilmiş, həmin hissə şəxsi hesab vərəqəsində azalma əməliyyatları ilə nəzərə alınmış, lakin vergi ödəyicisinin digər vergi öhdəlikləri üzrə borcu qalmaqda davam etmişdir.
42. Bu baxımdan, şəxsi hesab vərəqəsində göstərilən qalıq borcun mövcudluğu, həmin borcun əhəmiyyətli hissəsinin Ali Məhkəmənin qüvvədə saxladığı vergi hesablamalarından irəli gəlməsi və borcun tam ödənilməməsi nəzərə alınmaqla, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının müraciəti əsaslı hesab edilməlidir.
43. Məhkəmə kollegiyası maraqlı şəxsin Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad etməklə vergi orqanının vergi borcunun alınması üçün nəzərdə tutulmuş 5 illik müddəti ötürdüyünə dair dəlilini əsassız hesab edir.
44. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini tutmaq hüququna malikdirlər. Həmin norma vergi orqanının vergi öhdəliyinin icrasını tələb etmək səlahiyyətinin həyata keçirilməsi müddətini müəyyən edir.
45. Iş materiallarından görünür ki, vergi orqanının ##.##.2020-ci il tarixli qərarı uzun müddət məhkəmə mübahisəsinin predmeti olmuş, həmin qərarın qanuniliyi ilə bağlı yekun hüquqi qiymət yalnız Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarı ilə verilmişdir. Ali Məhkəmənin qərarı ilə vergi orqanının qərarı qismən ləğv edilmiş, qalan hissədə isə qüvvədə saxlanılmışdır.
46. Buna görə də, yalnız Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan müddətin keçdiyinə istinad edilməsi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində uçota alınmış və qüvvədə olan vergi borcunun mövcud olmaması nəticəsinə gəlmək üçün kifayət etmir və maraqlı şəxsin bu barədə dəlili rədd edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün maraqlı şəxsin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
49. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDI:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli,iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.