Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-625/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə “Global İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qlobal İnşaat” Mənzil Tikinti Kooperativinə, cavabdeh2 və cavabdeh1 qarşı “sənədlərin etibarsız hesab edilməs” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından “Global İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: “Global İnşaat” MMC (iddiaçı) “Qlobal İnşaat” Mənzil Tikinti Kooperativinə, cavabdeh2 və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, “Qlobal İnşaat” MTK tərəfindən tərəfindən cavabdeh2 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzillə bağlı ## ###### 2014-cü il tarixli ** saylı protokoldan çıxarışın, “Qlobal İnşaat” MTK tərəfindən cavabdeh2 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzillə bağlı ## ###### 2014-cü il tarixli ** saylı protokoldan çıxarışın, “Qlobal İnşaat” MTK tərəfindən cavabdeh2 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzillə bağlı tarixsiz nömrəsiz maliyyə arayışının, “Qlobal İnşaat” MTK tərəfindən cavabdeh2 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzillə bağlı tarixsiz nömrəsiz maliyyət arayışının, ** nömrəli mənzilə dair cavabdeh2 əvvəlki üzv olan cavabdeh1 “Qlobal İnşaat” MTK tərəfindən verilmiş ## ##### 2009-cu il tarixli ** saylı maliyyə arayışının, ** nömrəli mənzilə dair cavabdeh2 əvvəlki üzv olan cavabdeh1 Məmməd qızına “Qlobal İnşaat” MTK tərəfindən verilmiş ## ##### 2009-cu il tarixli ** saylı maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən etibarsız hesab edilməsi xahiş olunan sənədlərə (protokoldan çıxarışlar və maliyyə arayışlarına) tərəflərin iştirakı ilə baxılan başqa məhkəmə işində hüquqi qiymət verildiyindən və həmin iş üzrə yekun məhkəmə aktı çıxarıldığından iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Qərardaddan “Global İnşaat” MMC-nin nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi ## ### 2026-cı il tarixli qərardadının əsaslandırmasında “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli ## #### 2022-ci il tarixli qərardad”ına əsaslanmışdır. Lakin həmin qərardadda göstərilir ki, “...Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”. Beləliklə, istinad edilən hüquqi mövqe hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki Ali Məhkəmənin qeyd olunan qərardadında söhbət məhkəmənin icraatında olan və ya ayrıca icraatda paralel şəkildə baxılan eyni əqdin etibarlılığı ilə bağlı mübahisədən gedir. Hazırkı halda isə iddiaçı tərəfindən mübahisələndirilən sənədlərin etibarsız hesab edilməsi tələbi əvvəlki iş üzrə ayrıca araşdırma predmeti olmamış, həmin sənədlərin hüquqi qüvvəsinə dair birbaşa və müstəqil qiymətləndirmə verilməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə baxılmış mübahisənin predmeti cavabdeh cavabdeh2 mənzillər üzərində sahiblik və istifadə hüquqlarının müdafiəsi, mənzillərin boşaldılaraq ona təhvil verilməsi, habelə üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi olmuşdur. Həmin iş üzrə “Qlobal İnşaat” MMC tərəfindən hazırda mübahisələndirilən ## ###### 2014-cü il tarixli 61 və ** saylı protokoldan çıxarışların, eləcə də maliyyə arayışlarının etibarlılığı barədə ayrıca tələb irəli sürülməmiş, məhkəmə tərəfindən həmin sənədlərin hüquqi qüvvəsi üzrə birbaşa nəticəyə gəlinməmişdir. Məhkəmənin hər hansı sənədi dolayı qaydada nəzərə alması həmin sənədin etibarlılığı məsələsinin həll edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Halbuki, hazırkı iş üzrə mübahisələndirilən sənədlərin etibarlılığı məsələsi əvvəlki məhkəmə araşdırmasının predmeti olmamışdır. Bundan əlavə, iddiaçının hazırkı tələbi yeni hüquqi əsaslara söykənir. Belə ki, iddiaçı qeyd edir ki, cavabdehlər tərəfindən təqdim edilmiş protokoldan çıxarışlar və maliyyə arayışları qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, həmin sənədlərin verilməsi üçün hüquqi əsas mövcud olmamış, sənədlərdə göstərilən məlumatlar isə həqiqəti əks etdirməmişdir. Bu səbəbdən həmin sənədlərin etibarsız hesab olunması ayrıca müstəqil müdafiə üsulu olmaqla ayrıca iddia predmetini təşkil edir. İddia ərizəsinin icraata qəbulundan imtina edilməsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda mümkündür və belə əsaslar məhdud şərh edilməlidir. Hazırkı halda isə MPM-in 153.2.4cü maddəsinin tətbiqi üçün zəruri olan eyni predmet, eyni əsas və eyni tərəflər üzrə artıq həll olunmuş mübahisənin mövcudluğu müəyyən edilmir. Belə olan halda, Bakı Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə gəldiyi nəticə əsassız olmaqla maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzilə dair “Qlobal İnşaat” MMC və X4 arasında bağlandığı bildirilən ##.##.2023-cü il tarixli ** №-li müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzilin “Qlobal-İnşaat” MTK, “Qlobal İnşaat” MMC və X4 tərəfindən boşaldılaraq cavabdeh2 təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzil üzərində cavabdeh2 sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin “Qlobal-İnşaat” MTK-ya, “Qlobal İnşaat” MMC-yə və X4 qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123.8 kv.m olan 2 otaqlı ** nömrəli mənzilə dair «Qlobal İnşaat» MMC və X2 arasında bağlandığı bildirilən ##.##.2023-cü il tarixli A*** №-li müqavilə və ##.##.2023- cü il tarixli A*** №-li maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və İ.Həmidov kəsişməsində məhəllə 753 ünvanda yerləşən çoxmərtəbəli binanın 21-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135.5 kv.m olan 3 otaqlı **a saylı mənzilinə dair «Qlobal İnşaat» MMC və X3 arasında bağlandığı bildirilən ##.##.2023-cü il tarixli B*** №-li müqavilə və ##.##.2023-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli (49 və **A №-li) mənzilin cavabdehlər «Qlobal-İnşaat» MTK, «Qlobal İnşaat» MMC, X2 və X3 tərəfindən boşaldılaraq cavabdeh2 təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli evin 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzil üzərində cavabdeh2 sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələrin törədilməsinin cavabdehlər «Qlobal-İnşaat» MTK-ya, «Qlobal İnşaat» MMC-yə, X2 və X3 qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İş materiallarından aydın olur ki, iddiçı tərəfindən etibarsız hesab olunması tələb olunan sənədlərə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** nömrəli binada yerləşən, ümumi sahəsi 259,6 kv.m, yaşayış sahəsi 140.84 kv.m olan 4 otaqlı ** nömrəli mənzillə bağlı protokollardan çıxarışlara, maliyyə arayışlarına) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən iş üzrə qiymət verilmiş və yekun məhkəmə aktı çıxarılmışdır. Hazırda iddiaçının mübahisələndirdiyi sənədlər əvvəlki məhkəmə icraatında araşdırma predmeti olmuş, ayrıca icraatda həmin sənədlərin etibarlılığına baxılması üçün yeni hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadının nəticə hissəsində göstərilmişdir ki, “...Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”. Qərardadın nəticə hissəsindən aydın olur ki, burada əsas məqsəd prosessual qənaət prinsipinə əsaslanaraq eyni əqdlə bağlı paralel məhkəmə proseslərinin və ziddiyyətli məhkəmə aktlarının qəbul edilməsinin qarşısını almaqdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** saylı iş üzrə ## ### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-625/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-625/2026
09.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver