AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧e-2-2(3-6)-627/2026 30.06.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi, sərbəst hərəkət etmək hüququnun müvəqqəti məhdudlaşdırılması, mütənasiblik prinsipi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov̧SəməḑFəxrəddiņoğlundaņibarəţtərkibdə,̧ Musayeva̧AytaçElşəņqızınıņkatibliyi̧ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni̧qəbuļetdi: İşin halları
1. Maraqlı̧şəxş##.##.2000-ci̧iļiļtəvəllüdlüdür,̧ünvaņ1̧ünvanında̧qeydiyyatdadır.
2. Reyestr məlumatlarına əsasən, Maraqlı şəxs “Taksi fəaliyyəti” üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmış,̧ona̧##.##.2024-cü̧iļtarixdə̧**********̧nömrəli̧VÖEŅverilmişdir.
3. Reyestr məlumatlarına əsasən, ##.##.2026-cı il tarixinə Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə̧18̧557,74̧manaţborcu̧vardır.̧
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 16 518,45 manat (vergilər üzrə 13 594,81 manat, faizlər üzrə 2923,64 manat olmaqla) məbləğində borcun ödənilməsini təmin etmək üçün, Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA6500165) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.
5. Ərizə belə əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) ümumilikdə 16 518,45 manat (vergilər üzrə 13 594,81 manat, faizlər üzrə 2923,64 manat olmaqla) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi borc məbləğini̧ödəməmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi isə ərizə ilə məhkəməyə̧müraciəţedərək,̧işə̧onuņiştirakı̧olmadaņbaxılmasını̧xahiş̧etmişdir.̧
7. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə ərizənin təmin olunmaması̧qəţedilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən (https://www.etaxes.gov.az/) əldə olunmuş ## ##### 2026-cı il tarixli məlumatda Maraqlı̧şəxş(VÖEN:̧**********)̧əvvəlki̧günə̧borcu̧barədə̧məlumaţəkşolunmur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 15- 3-cü,̧24.0.2-1-ci̧maddələrinə̧istinadla̧əsaslandırmışdır.
10. Qətnamədən ərizəçinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ərizənin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş təsir vasitəsi olduğunu nəzərə almadığını irəli sürmüşdür. Şikayətdə qeyd edilmişdir ki, işə əlavə olan materiallardan (borc üzrə bildiriş, xəbərdarlıq) və vergi ödəyicisinin “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə göndərilən tarixə olan şəxsi hesab vərəqəsinə müvafiq olaraq vergi borcu mövcuddur. Bundan əlavə, inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN:**********) bank hesabı məlumatlarına əsasən 2024-cü il ərzində sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinin 203 975,0 manat olmasına baxmayaraq əldə edilmiş gəlirlər bəyan edilməmiş və əldə edilmiş gəlirlər üzrə gəlir vergisi hesablanmamışdır. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən 50 % həcmində rentabellik nəzərə alınmaqla xərclərin 135 983,33 manat olduğu müəyyən edilmiş və 2024-cü il üzrə 13 598,50 manat gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2026-cı il tarixində 2024-cü il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannanaməsinə ##.##.2026-cı il tarixində kameral vergi yoxlaması zamanı əlavə 13 598,33 manat gəlir vergisi hesablanmışdır. Sözügedən borc üzrə şəxsi hesab vərəqəsi (maliyyə cədvəli) və digər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə bunları qiymətləndirməmişdir. Beləliklə, hazırda işə əlavə edilən sonuncu maliyyə cədvəlinə müvafiq olaraq̧sözügedəņödəyiciniņdövləţbüdcəsinə̧ödənilməmiş̧borcu̧qalmaqdadır.
Apellyasiya şikayətinə qarşı etiraz
11. Apellyasiya̧şikayətinə̧qarşı̧yazılı̧etiraz̧verilməmişdir.
Apellyasiya baxışı, izahat
12. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi nümayəndəsini̧məhkəməyə̧göndərməmiş,̧maraqlı̧şəxşdə̧məhkəməyə̧gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə̧və̧vaxtında̧ödəməķhəŗkəsiņborcudur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi
14. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə̧sanksiyalarını̧və̧digəŗməcburi̧ödənişləri̧ödəməķ(16.1.1).
15. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması̧üçüņməhkəməyə̧müraciəţetməķhüququ̧vardır.
16. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi̧ilə̧vergi̧nəzarətini̧həyata̧keçirirlər.
17. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində̧ödənilməsinə̧daiŗvergi̧ödəyicisinə̧bildiriş̧göndərir.
18. Maddə 65.2. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında krediţvə ya elektron puļtəşkilatına̧və̧ya̧banķəməliyyatları̧aparaņşəxsə̧icra̧sənədi̧olaņsərəncam̧verir.̧
19. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını̧ödəməķvəzifəsi̧onuņvergi̧öhdəliyi̧hesab̧olunur.
20. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
21. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olaņvergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarınıņmüəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq̧vergi̧öhdəlikləriniņyerinə̧yetirilməsi̧məcburidir.
22. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda,̧habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda̧vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.̧Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında̧vergi̧ödəyicisiniņəmlakınıņsiyahıya̧alınmasını̧həyata̧keçirə̧bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə̧onları̧xəbərdaŗedir,̧onlarıņprosessuaļhüquqlarınıņhəyata̧keçməsinə̧köməķgöstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.
26. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə̧məhkəməyə̧müraciəţetməķhüququna̧malikdir.
27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya̧məhkəməsiniņqətnamədə̧göstərilmiş̧nəticələriniņişiņhallarına̧uyğuņgəlməməsi.̧
Apellyasiya baxışının həddi
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
29. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya̧şikayətində̧göstərilməyəņəsaslarla̧da̧ləğv̧edə̧və̧dəyişdirə̧bilər.̧ Məhkəmə kollegiyasının mövqeyi
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməyərək nəticəsiniņişiņhallarına̧uyğuņgəlməməsinə̧yoļaçmışdır.
32. Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının məqsədini hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş̧maliyyə̧sanksiyalarınıņödənilməsiniņtəmiņedilməsi̧təşkiļedir.
33. Eyni zamanda Vergi Məcəlləsindən (VM) müəyyən edilir ki, həmin məbləğlərin ödənilməsinin təmin edilməsinin bir neçə üsulu mövcuddur. Belə ki, vergi orqanları tərəfindən VMin 65 və 89-cu maddələrinin tələblərinə uyğun olaraq vergi ödəyicisinə məxsus bank hesablarının üzərinə sərəncamlar qoyulması və əmlaklarının siyahıya alınaraq satılması da nəzərdə tutulmuşdur.
34. Nəzərə alınmalıdır ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır - lakin bu hal ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi də qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da̧əməļolunmalıdır.
35. “X3 (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
36. Bununla bağlı Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014-cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı).
37. Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər "müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün "demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olub-olmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
38. Avropa Məhkəməsinin Reiner Bolqarıstana qarşı iş üzrə qərarında isə göstərilmişdir ki, belə bir yüksək məbləğdə ödənilməmiş verginin qaytarılmasında ictimai maraq ərizəçinin hüquqlarına müvafiq məhdudiyyətlər yarada bilər. Dövlətlər öz fiskal siyasətlərini tərtib və təşkil etmək, vergilərin ödənilməsini təmin etmək məqsədilə tədbirlər görmək üçün müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Reiner Bolqarıstana qarşı (Riener v. Bulgaria), № 46343/99, 2006-cı il ## ### tarixli qərarı, § 119).
39. Beləliklə, hazırkı növ ərizələr üzrə işlərə baxılarkən mütənasiblik prinsipinin tələblərinin nəzərə alınması mütləq xarakter daşıyır; lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.
40. Mütənasiblik prinsipinin tələbləri baxımından nəzərə alınmalı olan ümumi maraq qismində vergi borclarının, eləcə də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı borclarının dövlət büdcəsinə alınmasının təmin edilməsi çıxış edir. Buna görə, sözügedən borclar dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Qeyd edilən ödənişlərin ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusion vəzifələrindən biridir. Vergi ödəyicilərinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Odur ki, sözügedən borclar ödəyicilər tərəfindən könüllü ödənilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş məcburetmə vasitələrinin tətbiqi ilə alına bilər. Digər tərəfdən, cəmiyyətin ümumi maraqları həmçinin onu tələb edir ki, həmin borcların mümkün qədəŗoperativ̧qaydada̧və̧tam̧məbləğdə̧büdcəyə̧ödənilməsi̧təmiņedilməlidir.
41. Fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin diqqətə alınmalı olan maraqları qismində isə o hallar çıxış edir ki, əgər qanunvericilikdə nəzərdə tutulan digər üsulların həyata keçirilməsi və nəticədə həmin üsullar vasitəsilə vergi öhdəliklərinin real icra edilməsinin təmin edilməsi mümkündürsə, həmin şəxslərin ölkədən getmə hüququ məhdudlaşdırıla bilməz. Eyni zamanda, fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri digər üsulların həyata keçirilməsini və diqqətəlayiq hər hansı digər maraqlarının nəzərə alınmasını tələb edə bilərlər. Belə diqqətəlayiq maraqlar hər bir konkret haldan asılı olaraq dəyişə biləcəyi üçün məhkəmə tərəfindən hər işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə məhz xüsusi hallardan çıxış etməklə və həmin xüsusi halları mütənasiblik prinsipinin tələbləri ilə əlaqələndirməklə̧qəraŗverməlidir.
42. Beləliklə, məhkəmə sözügedən qaydada davranmaq üçün əsasların mövcud olubolmadığı məsələsini həll edərkən bir sıra meyarlar baxımından qiymətləndirmə aparmalı və aşağıdakı̧məsələləriņaydınlaşdırılması̧və̧qiymətləndirilməsi̧təmiņetməlidir:̧ - borcun məbləği və ödənilməməsinin müddəti; - ödənilməmənin səbəbləri; - ödəyicinin borcla bağlı mövqeyi, bildirdiyi diqqətəlayiq maraqları, eləcə də icranı onun üçün daha əlverişli üsul və vasitələrlə təmin etməyə dair təklifinin mövcudluğu; - borcun ödənilməsinin təmin edilməsi ilə bağlı vergi orqanı tərəfindən həyata keçirilmiş tədbirlər; vergi orqanının tətbiq edə biləcəyi digər üsul və vasitələrin mövcudluğu, habelə onların real şəkildə effektiv nəticə verə bilməsinin mümkünlüyü; - maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılmasının onun şəxsi və ailə həyatında, habelə fiziki və ya hüquqi şəxsin sahibkarlıq fəaliyyətində yarada biləcəyi nəticələr.
43. Hazırki işdə ərizəçinin məhkəməyə müraciət etməsinə Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 16 518,45 manat (vergilər üzrə 13 594,81 manat, faizlər üzrə 2923,64 manat olmaqla) borcunun yaranması əsas təşkil etmiş, məhkəmə isə ərizəni təmin etmədiyi zaman, adı çəkiləņşəxsiņborcunuņolmadığına̧əsaslanmışdır.
44. Halbuki, apellyasiya baxışı zamanı həm Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki məlumatla, həm də vergi orqanına ünvanlanmış sorğuya verilən cavabla müəyyən olunmuşduŗki,̧Maraqlı̧şəxş18̧557,74̧manaţvergi̧borcu̧mövcuddur.
45. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 15) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidiŗki,̧hazırkı̧işiņhalları̧baxımındaņmüvafiq̧halıņmövcudluğu̧müəyyəņolunur.
46. Kollegiya həmçinin vurğulayır ki, mövcud borcun bir hissəsinin ərizəçinin məhkəməyə müraciət etməsindən sonra yaranması, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının hüquqi qiymətləndirilməsinə təsir etmir - çünki VM-in 23.1.15-3-cü maddəsi məsuliyyəti borcun yaranma vaxtı ilə deyil, borcun mövcudluğu və ödənilməməsi faktı ilə̧əlaqələndirir.
47. Buna görə də kollegiya hesab edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, ərizə təmin olunmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiniņ382, 384, 392, 393 və̧405-ci̧maddələrini̧rəhbəŗtutaraq̧məhkəmə̧kollegiyası
QƏT ETDİ:
Apellyasiya̧şikayəti̧təmiņedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi̧ləğv̧olunsuņvə̧iş̧üzrə̧yeni̧qətnamə̧çıxarılsın. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” məzmunlu ərizəsi təmiņedilsin. ## #### 2000-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatında olan (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - *******) Maraqlı şəxs Azərbaycan Respublikasından kənara getmək hüququ 16 518,45 manat (vergilər üzrə 13 594,81 manat, faizlər üzrə 2923,64 manat olmaqla) vergi borcunun ödənilməsinədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən Maraqlı şəxs tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə̧kassasiya̧şikayəti̧verilə̧bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev
Səməd Cəfərov