Məhkəmə qərarları › İş №e-2-2(3-6)-633/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-633/2026

18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-633/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortlanması Fondunun cavabdehlər Fərəcov Mahir Cəbrayıl oğlu və “xxxx” MMC-yə qarşı “girov predmetinin əvəz edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qətnamədən şikayət, prosessual müddət) Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 31 (120 kv), 32 (173,9 kv), 33 (219,2), 34 (109,7 kv), 35 (74,5 kv) saylı girov predmeti olmuş əmlakların eyni dəyərdə və həcmdə başqa əmlaklarla əvəz olunaraq Bank qarşısında ipoteka ilə yüklü edilməsi öhdəliyinin cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-nin üzərinə qoyulması, bu mümkün olmadığı halda isə əmlakların 2.091.500 manat dəyəri həcmində pulun cavabdehlər cavabdeh2 və “X1” MMC-dən müştərək qaydada tutularaq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # #### 2024-cü il tarixli qətnaməsi üzrə ödənilməsinə, 1835,75 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-dən müştərək qaydada tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130-cu məhəllədə yerləşən binanın 1-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 31 (120 kv), 32 (173,9 kv), 33 (219,2), 34 (109,7 kv), 35 (74,5 kv) saylı girov predmeti olmuş əmlaklar eyni dəyərdə və həcmdə başqa əmlaklarla əvəz olunaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi, Ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

3. ##.##.2026-cı il və ##.##.2026-cı il tarixdə iddiaçı məhkəməyə apellyasiya şikayətləri təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə apellyasiya şikayətləri qanunvericiliklə müəyyən edilmiş formada və müddətdə verilmədiyindən geri qaytarılmışdır.

5. ##.##.2026-ci il tarixdə iddiaçı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda apellyasiya şikayətinin müəyyən edilmiş qaydada təqdim edilmədiyini qeyd etmişdir. Halbuki apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhz elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Bu hal iş materialları ilə təsdiq olunur və məhkəmə bunu qərardadda da qeyd etmişdir. ##.##.2026-cı il tarixdə “RDS/AzDoc” sistemi vasitəsilə göndərilmiş sənəd isə ayrıca prosessual müraciət deyil, dövlət orqanları arasında elektron sənəd dövriyyəsi məqsədilə həyata keçirilmiş texniki göndəriş olmuşdur. Həmin sistem dövlət orqanları arasında rəsmi yazışmalar üçün nəzərdə tutulmuşdur və sənəd göndərildiyi halda aidiyyəti orqanın sisteminə avtomatik daxil olur. Bu baxımdan, həmin göndərişin prosessual qaydanın pozuntusu kimi qiymətləndirilməsi hüquqi cəhətdən əsassızdır və məhkəmə həmin şikayəti ayrıca geri qaytara bilərdi. Əksinə, apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə təqdim etməklə prosessual qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Formal texniki yanaşma tətbiq edilməklə apellyasiya şikayətinin mahiyyəti üzrə baxılmasından imtina olunması şəxsin effektiv məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız qismən təmin edilmiş hissəsindən verilmiş və iddianın tam təmin edilməməsi ilə bağlı ciddi hüquqi əsaslar irəli sürülmüşdür. Belə mühüm prosessual hüququn sırf texniki və formal səbəblərlə məhdudlaşdırılmasımülki məhkəmə icraatının əsas prinsiplərinə uyğun deyildir. Tərəfimizdən göndərilmiş şikayətin məhkəməyə daxil olma tarixi ##.##.2026-cı il deyil, ##.##.2026-cı il tarixidir. Birinci instansiya məhkəməsi qərardadda qeyd etmişdir ki, ##.##.2026-cı il tarixli qətnamə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirildiyindən həmin tarixdən etibarən Bank üçün apellyasiya şikayəti vermə müddəti başlamışdır. Lakin məhkəmə bu nəticəyə gələrkən işin faktiki hallarını, elektron sistemdə yaranmış texniki problemləri və prosessual hüquqların təmin edilməsi prinsipini nəzərə almamışdır. Belə ki, qətnamə faktiki olaraq yalnız ##.##.2026-cı il tarixdə əldə edilmişdir və bu halı təsdiq edən sübutlar mövcuddur. Qətnamənin gec əldə olunması iddiaçının səhlənkarlığı və ya passiv davranışı ilə bağlı olmamış, tamamilə “Elektron məhkəmə” informasiya sistemində həyata keçirilən yenilənmələr, texniki nasazlıqlar və sistemin qeyri-sabit fəaliyyəti ilə əlaqədar yaranmışdır. Məlum olduğu kimi, son dövrdə “Elektron məhkəmə” informasiya sistemində genişmiqyaslı texniki yenilənmələr aparılmış, bu səbəbdən sistemdə sənədlərin gec əks olunması, istifadəçilərin elektron kabinetlərinə çıxış imkanlarının məhdudlaşması və sənədlərin vaxtında görünməməsi halları müşahidə edilmişdir. Bu hallar istifadəçilərin iradəsindən asılı olmayan obyektiv texniki maneələr olmuşdur. Məhz bu səbəbdən Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrə elektron sistemdə yaranmış texniki problemlər və yenilənmələrlə əlaqədar proses iştirakçılarının hüquqlarının məhdudlaşdırılmaması, elektron sistemdə baş verən nasazlıqlar səbəbindən verilmiş şikayətlərin və digər prosessual sənədlərin formal əsaslarla geri qaytarılmaması barədə göstəriş və tövsiyələr verilmişdir. Həmin yanaşmanın mahiyyəti ondan ibarətdir ki, texniki sistem nasazlığı şəxsin konstitusion məhkəmə müdafiəsi hüququnun itirilməsi üçün əsas ola bilməz. Lakin birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni və mövcud praktikanı nəzərə almadan, yalnız formal yanaşma tətbiq etmiş və elektron sistemdə yaranmış obyektiv texniki problemlərin nəticələrini proses iştirakçısının üzərinə qoymuşdur. Halbuki prosessual müddətlərin tətbiqində əsas meyar şəxsin real və effektiv şəkildə məhkəmə aktı ilə tanış olmaq imkanının olub-olmamasıdır. Qətnamə ilə faktiki tanış olduqdan dərhal sonra prosessual hərəkətlər edilmiş, ##.##.2026-cı il tarixdə RDS/AzDoc sistemi vasitəsilə aidiyyəti dövlət orqanına sənədləri göndərmiş, daha sonra isə ##.##.2026-cı il tarixdə apellyasiya şikayət məhz “Elektron məhkəmə” sistemi vasitəsilə rəsmi qaydada məhkəməyə təqdim edilmişdir. Bu isə iddiaçının prosessual hüquqlarından vicdanla və operativ istifadə etdiyini göstərir.

7. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

8. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

9. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

12. Maddə 33.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

15. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

Məhkəmənin mövqeyi

17. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

18. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir.

20. Iş materiallarında olan “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışdan müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026cı il tarixdə, saat 11:08-də iddiaçı İddiaçı ASC-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”inə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Həmin çıxarışa əsasən, iddiaçının təsdiq edilmiş elektron ünvanı (e-mail) da mövcuddur. (HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1).

21. Həmçinin, “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” çıxarışdan (iş/v 141) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçının nümayəndəsi vəkil3 elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 11:08-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, iddiaçının nümayəndəsinin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 2).

22. Bununla yanaşı, “Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” digər bir çıxarışdan (iş/v 144) müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 11:08-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, iddiaçının nümayəndəsinin təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (elektron ünvan 3).

23. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinin tələblərinə əsasən iddiaçı tərəfindən şikayətin verilməsi üçün prosessual müddət məhz həmin tarixdən başlayaraq hesablanmalıdır.

24. Buna baxmayaraq iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ilk dəfə ##.##.2026-cı il, daha sonra isə ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və ##.##.2026-cı il tarixdə başa çatmışdır).

25. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

27. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

Iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar