Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-635/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: bank hesabı, gerigötürülməz ödəniş tapşırığı, öhdəliyin icrası) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi, vəkil nümayəndə2, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025- ci il tarixli qərarına əsasən “xxxx” MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “ödəniş tapşırığının icra edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2-3(103)- **/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır.
2. ## ###### 2023-cü il tarixli, **** nömrəli “Kreditor tələblərinin qeydiyyatı barədə” qəbzə əsasən (Kreditor: “xxxx” MMC, kreditorun reyestr nömrəsi 0976, tələbin məbləği: AZN -258960,91) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Ləğv prosesində olan "xxxx" ASC qarşısında 258 960,91 manat məbləğdə kreditor tələbi qeydə alınmışdır.
3. Əmanətlərin Sığortalanma Fondu tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2023-cü il tarixli *-*(***)-**/**** saylı qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfindən onlayn qaydada təqdim edilmiş ödəniş tapşırığı əsasında bankın əməliyyat sistemi (PROGRESS) məlumatlarına istinadən müəyyən edilir ki, ##.##.2023-cü il tarixli, ******************* nömrəli tranzaksiya üzrə 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaiti iddiaçıya məxsus Cavabdeh ASC-də açılmış AZ**MUGA***************AZM** nömrəli hesabdan silinmiş, lakin əməliyyat yekunlaşdırılmamış və nəticə etibarilə qeyd olunan məbləğ bankda tranzit hesabda qalmışdır. Beləliklə, mübahisə predmeti olan pul vəsaiti onlayn tapşırıq əsasında ödəniş sistemlərinə (AZİPS, XÖHKS və AÖS) ötürülmədiyindən, ödəniş tapşırığında göstərilmiş “xxxx” ASC-nin Nəsimi filialında açılmış AZ**AIIB******************** nömrəli hesaba köçürülmə baş tutmamışdır. Bununla da hüquqi şəxsin cari hesabında olan vəsait qəbul edilmiş tələblər siyahısında kreditor tələbi olaraq qeydə alınmışdır. Qeyd olunmalıdır ki, vəsait bankda müvafiq hesablardan məxaric edilmədiyindən ödəniş sistemlərinə göndərilməmiş və bu səbəbdən geri götürülməz vəsaitlər kateqoriyasına aid edilə bilməz.
4. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “xxxx” Azərbaycan Respublikası Qanununun 73.1.1-ci maddəsinə müvafiq olaraq ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. xxxx ASC-nin müflis elan edildiyi dövrdə qüvvədə olan Mərkəzi Bankın “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü maddəsinə əsasən iştirakçı tərəfindən göndərilən ödəniş sərəncamı iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir. Həmin Qaydanın 2.1.1-ci maddəsinə uyğun olaraq iştirakçı dedikdə, AZIPS XÖHKS və AÖS-də ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZIPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs nəzərdə tutulur. Məhkəmə müraciətindəki ödənişin hansı sistem vasitəsilə köçürülməsi ilə bağlı suala cavab olaraq bildirir ki, AZİPS, XÖHKS və AÖS sistemlərində müvafiq rekvizitlərə uyğun köçürmə aşkar edilməmişdir. Bu səbəbdən müvafiq köçürmə sənədi gerigötürülməz hesab edilmir. Bununla yanaşı, “xxxx” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir, ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir. Digər suallarla bağlı məlumatların Mərkəzi Bankda toplanmadığını nəzərə alaraq, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz təklif olunur.
5. ## ####### 2023 il tarixli, ****** nömrəli ödəniş tapşırığına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hesabın möhkəmləndirilməsi üçün “xxxx” ASC-də olan hesabından xxxx ASC - Nasimi filialinda olan hesabına 250 000 manat köçürmə etmişdir.
6. ##.##.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 100,60 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ****** saylı ödəniş tapşırığına əsasən köçürülmüş 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 manat vəsaitin “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ##.##.2023-ci il tarixdə ****** saylı ödəniş tapşırığına əsasən 250.000 manat, ##.##.2023-cü il tarixdə ****** saylı ödəniş tapşırığına əsasən 26.800 manat, ****** saylı ödəniş tapşırığına əsasən 29.942,74 manat Cavabdeh ASC-də olan hesablarından internet bankinq vasitəsi ilə pul köçürmələri həyata keçirmişdir. Lakin ##.##.2023-cü il tarixində köçürülmüş 663199 və ****** saylı ödəniş tapşırıqları icra olunsa da, ilk olaraq köçürülmüş ##.##.2023-cü il tarixli ****** saylı ödəniş tapşırığına əsasən 250.000 manat vəsait hesabdan silinsə də, alıcının hesabına köçürülməmiş və həmin vəsaitlərin hansı səbəbdən alıcının hesabına mədaxil olunmamasının səbəbləri izah edilməmişdir. Ödəniş tapşırıqlarının tarixlərinə və nömrələrinə diqqət yetirildikdə daha əvvəlki tarixdə olan ödəniş tapşırığı əsasında ödənilən 250.000 manat vəsait hesabdan silinsə də, ünvanına çatmamış, lakin növbəti tarixlərdə verilən ödəniş tapşırıqları icra edilərək ünvanına çatmışdır. AR Mərkəzi Bankı tərəfindən ##.##.2023-cü il tarixdə “xxxx”ASC-yə verilən lisenziya ləğv edilərək Bankın müflis elan edilməsi və Əmanətlərin Sığortalanma Fondunun Banka Ləğvedici təyin edilməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *- *(***)-**/**** saylı qərarı ilə ərizə təmin edilmişdir. Qeyd edilənlərlə əlaqədar AR Əmanətlərin Sığortalanma Fonduna ##.##.2023- cü il tarixli müraciətə ##.##.2024-cü il tarixində göndərilən cavab məktubunda Fond “Əmanətlərin sığortalanması haqqında AR qanununun tələblərinə əsasən hüquqi şəxslərin hesablarında qalmış vəsaitlər qorunan əmanətlərə aid edilmədiyi üçün həmin vəsaitlər “xxxx” AR Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alındığını bildirməklə vəsaitin növbəlik qaydasında ödəniləcəyini bildirmişlər. Ödəniş tapşırığına əsasən vəsait ##.##.2023-cü il tarixdə köçürüldüyündən “xxxx” Qanunun 82- ci maddəsi MMC-yə tətbiq edilməməlidir və ödəniş tapşırığı icra edilməlidir. Ona görə də iddiaçı MMC eyni tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək ****** saylı ödəniş tapşırığına əsasən köçürülmüş 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə (hakim K.Z.Hüseynov) İddiaçı “xxxx” MMCnin cavabdeh “LPO Cavabdeh ASC-yə qarşı ##.##.2023-cü il tarixli ****** saylı Ödəniş Tapşırığına əsaəsən köçürülmüş 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə” dair iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilmiş və iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məhkəmənin göstərilən izahını nəzərə alaraq eyni tələblə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə (sədrlik edən A.Oruczadə) iddia mümkün sayılmamışdır. Qərardadda göstərilmişdir ki, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı hazırkı tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli kommersiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Həmin qərardaddan AR Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-*/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə (sədirlik edən N.Rəsulbəyova) Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunub ki, iddiaçı “xxxx” MMC tərəfindən ## ####### 2023cü il tarixli, ****** nömrəli ödəniş tapşırığı əsasında cavabdeh Cavabdeh ASC-də olan hesabından 250 000 manat məbləğində pul vəsaitinin digər bank hesabına köçürülməsi üçün sərəncam verilmişdir. Həmin sərəncam əsasında iddiaçının hesabından vəsait silinmiş, lakin əməliyyat yekunlaşdırılmamış, vəsait bankın tranzit hesabında qalmış və təyinatı üzrə köçürülmə baş tutmamışdır. Mülki Məcəllənin 954 və 959-cu maddələrinə əsasən bank hesabı müqaviləsinə görə bank müştərinin sərəncamlarını yerinə yetirməyə borcludur və müştərinin pul vəsaitinin köçürülməsi barədə göstərişlərini qanunla müəyyən edilmiş müddətdə icra etməlidir. Bu baxımdan, ödəniş tapşırığının banka təqdim edilməsi bank üçün müvafiq öhdəlik yaradır. Lakin işin hallarından görünüb ki, sözügedən ödəniş tapşırığı üzrə əməliyyat bankın müflis elan olunmasından əvvəl tam icra edilməmiş, ödəniş sistemlərinə ötürülməmiş və tranzit mərhələsində qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının və Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim edilmiş məlumatlarından aydın olub ki, həmin əməliyyat ödəniş sistemlərinə (AZİPS, XÖHKS və AÖS) daxil edilməmiş, bu səbəbdən gerigötürülməz hesab edilmir. Məhkəmə qeyd edib ki, Mülki Məcəllənin 959-cu maddəsi ilə nəzərdə tutulmuş bankın öhdəliyi bankın normal fəaliyyəti dövrünə aid olmaqla, bankın müflis elan olunmasından sonra yalnız “xxxx” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsində nəzərdə tutulmuş hallarda, yəni ödəniş tapşırığının gerigötürülməz mərhələyə çatdığı təqdirdə tətbiq oluna bilər. “xxxx” Azərbaycan Respublikası Qanununun 73.1.1-ci maddəsinə əsasən yalnız ödəniş sistemlərinə daxil edilmiş və həmin sistemlərin qaydalarına uyğun olaraq gerigötürülməz hesab edilən ödəniş tapşırıqları bankın müflis elan olunmasından sonra da hüquqi qüvvədə qalır və üçüncü şəxslər üçün məcburi olur. Əks halda, yəni ödəniş tapşırığı gerigötürülməz mərhələyə çatmamışdırsa, belə tapşırıq bank üçün icrası məcburi olan öhdəlik kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edib ki, mübahisəli ödəniş tapşırığı üzrə əməliyyat gerigötürülməz mərhələyə çatmadığından, bu əməliyyat bankın müştəri qarşısında dərhal icra etməli olduğu öhdəlik kimi deyil, bankın müflis elan olunmasından sonra formalaşmış pul tələbi kimi qiymətləndirilməlidir. Bu halda həmin tələb “xxxx” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız iflas proseduru çərçivəsində irəli sürülə və təmin oluna bilər. Eyni zamanda, iş materialları ilə müəyyən olunub ki, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbi ləğvedici tərəfindən kreditor tələbi kimi qeydə alınmışdır. Belə olan halda, həmin tələbin ödənilməsi “xxxx” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasına uyğun həyata keçirilməlidir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlib ki, iddiaçının mübahisəli ödəniş tapşırığının növbəlilik qaydası tətbiq edilmədən ayrıca icra edilməsi barədə tələbi hüquqi əsasdan məhrum olmaqla, müflis bank qarşısında kreditor tələbi xarakteri daşıdığından ayrıca icra qaydasında təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edib ki, iddia əsassız olduğundan təmin edilməməli, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun üzərinə qoyulmalıdır.
11. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 385.1, 442, 954.1, 954.2, 954.3, 959.1, 959.2, 964.1, 968, 970-ci maddələrinə, “xxxx” Azərbaycan Respublikası Qanununun 72.1, 73.1, 82.1, 82.1.8, 87.1, 87.2-ci maddələrinə, Azərbaycan Respublikası Mərkəzi Bankının **/* nömrəli, ## #### 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş və ## ###### 2025-ci il tarixli **/** nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə ləğv edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 2.1.1 və 3.3-cü bəndlərinə istinadla əsaslandırmışdır.
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2024-cüil tarixli qərardadı ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “LPO Cavabdeh ASC-yə qarşı ##.##.2023-cü iltarixli ****** saylı Ödəniş Tapşırığına əsaəsən köçürülmüş 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsinə” dair iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilmiş və iddiaçıya pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-929/2024saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbuledilmiş ## #### 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Məhkəmənin göstərilən izahını nəzərə alaraq eyni tələblə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə (sədrlik edən A.Oruczadə) iddia mümkün sayılmamışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-*/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə (sədirlik edən N.Rəsulbəyova) Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-**/**** saylı,##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsininİnzibati Kollegiyası Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılan Qərardadda göstərilmişdir ki, izahatlardan və sistemdən çıxarışdan da göründüyü kimi 250000 manat məbləğində pul vəsaitinin köçürülməsi ilə bağlı ödəniş tapşırığı bank müflis elan edilməmiş və iflas proseduruna başlanılmamışdan əvvəlki tarixə##.##.2023-cü il tarixə aiddir. Bakı Kommersiya Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdırki, iddiaçı MMC-nin cavabdeh– ləğv prosesində olan Banka qarşı irəli sürdüyüiddia üzrə tələb ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələb olduğundan iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılabilməz və buna görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası hazırki iddia üzrə işi araşdıraraq hesab edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələriilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “xxxx” Azərbaycan Respublikası Qanununun 72, 77və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “xxxx” Qanunun 76, 82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasənicraata qəbul edilməsindən imtina olunmalıdır”. Göründüyü kimi, “xxxx” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. Baxılan iş üzrə iddia ərizəsindən və digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə iddiaçının Cavabdeh ASC-yə ##.##.2023-cü ildə verdiyi ****** saylı ödəmə tapşırığının bank tərəfindən icra edilməməsi ilə əlaqədar yaranmışdır. İddia ərizəsində qeyd edilənlərə əsasən ##.##.2023-cü il tarixli ****** saylı ödəniş tapşırığına əsasən 250.000 manat vəsait hesabdan silinsə də, alıcının hesabına köçürülməmişdir. İşin materiallarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının ## ####### 2023-cü il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi, iddiaçı məlumödəmə tapşırığını verərkən (##.##.2023) Cavabdeh ASC hələ müflis elan olunmamış, iflas proseduruna başlanılmamışdır. Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikasının Qanununun 29.-ci maddəsində qeyd edilir ki, ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir. Bu baxımdan, iddiaçının ödəniş tapşırığının icra edilməsinə dair tələbinin qanuni əsasını “xxxx” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. “xxxx” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə geri götürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlib ki, baxılan işdə iddianın predmetini “xxxx” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, hazırki iddia tələbinə İPM nin 35-ci maddəsi baxımından da inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının *- *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarındada mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, iddiaçı hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli kommersiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Göründüyü kimi hazırkı mübahisəyə mülki məhkəmə icraatında baxılması bir daha təsdiq edir ki, ödəniş tapşırıqları geri götürülməz sayıla bilməz, əks təqdirdə həmin iddia ərizəsinə ödəniş tapşırıqları gerigötürülməz olması nəzərdə tutulsaydı iflas proseduruna nəzarət edən inzibati məhkəmə icraatı qaydasında baxılardı. Qətnamədə göstərilmişdir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə ləğv prosesində olan banka qarşı yönəldilmiş kreditor tələbidir və həmin tələbin növbədənkənar qaydada ödənilməsi istənilir. Halbuki, kreditor tələbləri qanunvericiliyin tələblərinə uyğun olaraq növbəlilik qaydasında ödənilməlidir. Cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, ödəniş tapşırıqları bank tərəfindən qəbul edildikdən sonra müvafiq yoxlamalardan keçirilir və daha sonra Azərbaycan Respublikasının Mərkəzi Bankına ötürülür. Yalnız müxbir hesabda kifayət qədər vəsait olduqda və digər tələblər yerinə yetirildikdə ödənişin icrasına icazə verilir, əks halda ödəniş tapşırığı icra edilmədən geri qaytarılır. Sədrlik edənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan ödəniş üzrə vəsait bankın hesablarından faktiki silinməmiş, yalnız iddiaçının hesabından silinmiş, lakin bankın müvafiq hesablarından çıxış baş vermədiyindən ödəniş sistemlərinə ötürülməmiş və tranzit hesabda qalmışdır. Bu səbəbdən həmin vəsait geri götürülməz vəsait hesab edilə bilməz. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, ödənişin baş tutmaması bankdan asılı olmayan texniki səbəblərlə bağlı olmuş və nəticədə vəsait geri qaytarılmışdır. O qeyd etmişdir ki, iddiaçı ödənişin icrasını vaxtında izləməmiş və bankın fəaliyyətdə olduğu dövrdə bu məsələ ilə bağlı zəruri tədbirlər görməmişdir. Sədrlik edənin digər suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, vəsait yalnız ödəniş sistemlərinə daxil olduqdan sonra geri götürülməz hesab olunur, əgər vəsait yalnız tranzit mərhələsində qalmışdırsa və digər banka köçürülmə baş verməmişdirsə, həmin vəsait geri götürülə bilər. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, Mərkəzi Bank tərəfindən təqdim edilmiş məlumatda da vəsaitin bankın müvafiq hesablarından silinmədiyi, ödəniş sistemlərinə göndərilmədiyi və bu səbəbdən geri götürülməz vəsait hesab olunmadığı göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli ödəniş tapşırığı üzrə əməliyyat gerigötürülməz mərhələyə çatmadığından, bu əməliyyat bankın müştəri qarşısında dərhal icra etməli olduğu öhdəlik kimi deyil, bankın müflis elan olunmasından sonra formalaşmış pul tələbi kimi qiymətləndirilməlidir. Bu halda həmin tələb “xxxx” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinin tələblərinə uyğun olaraq yalnız iflas proseduru çərçivəsində irəli sürülə və təmin oluna bilər. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən irəli sürülmüş pul tələbi ləğvedici tərəfindən kreditor tələbi kimi qeydə alınmışdır. Belə olan halda, həmin tələbin ödənilməsi “xxxx” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində nəzərdə tutulmuş növbəlilik qaydasına uyğun həyata keçirilməlidir. Göründüyü kimi, məhkəmə hazırkı mübahisəyə aid olan normalara əsaslanmaq əvəzinə bu mübahisəyə aid olmayan normalara, eyni zamanda qanuni qüvvəsini alan məhkəmə aktlarında göstərilənlərə əhəmiyyət verməyərək Mərkəzi Bankın məktubunu əsas tutaraq səhv nəticəyə gəlmişdir. X2 məktubu göstərilən tələblə əlaqədar tətbiq edilməli olan qanunlardan üstün ola bilməz. Digər tərəfdən “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın təsdiq edilməsi barədə Mərkəzi Bankın İdarə Heyətinin 18 iyul2016-cı il tarixli **/* saylı qərarı, ## ###### 2025-ci il tarixdə ləğv edilsə də, Mərkəzi Bankın İdarə Heyətinin## ######## 2013-cü il tarixli **/* saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” iddiaçı “xxxx” MMC ##.##.2023-ci il tarixdə ****** saylı ödəniş tapşırığının verdiyi zaman qüvvədə olmuşdur. Həmin Təlimatda göstərilmişdir ki, 1.2. Bu Təlimat Azərbaycan Respublikasının ərazisində nağdsız hesablaşmaların aparılmasını, o cümlədən istifadə edilən ödəniş sənədlərinin forma və məzmununu, tərtibi və dövriyyə qaydalarını, habelə pul köçürmələrinin aparılmasının qayda və şərtlərini müəyyən edir. Məhkəmə göstərilən qanunlara və Təlimata göstərilənlərə əməl etməmişdir, belə vəziyyətdə isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Hesab edir ki məhkəmə, iddia ərizəsinə qanunda nəzərdə tutulmuş qaydada araşdırmamış və həqiqətin müəyyən edilməsini təmin etməmişdir. Göründüyü kimi Bank tərəfindən MMC-yə qarşı edilən qanunsuz hərəkətlərə görə tələb onun ləğvedicisinə təqdim edilmişdir, sonuncu isə həmin məsələnin həll etməkdən imtina etdiyi üçün məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nin cari hesabından ödənişlərin bir hissəsi icra edilsə də, digər hissəsi icra edilmədiyinə görə Bank məsuliyyət daşıdığından və onun səlahiyyətlərinə ləğedicilər cavabdehlik daşıdığı üçün iddia ərizəsində qeyd edilən tələbi sonuncu icra etməlidir. Məhkəmə, MMC-nin cari hesabında olan vəsaiti, depozit hesabında olduğu kimi qiymətləndirməkdə haqlı olmamış və əsassız nəticəyə gəlmişdir. Məhkəmə, Qanunun tələblərinə deyil Mərkəzi Bankın məktubuna əsaslanmışdır. Məhkəmə, iddiaçının iddia ərizəsində göstərdiyi hallara və qanuni qüvvəsini alan məhkəmə aktlarında göstərilən faktları qiymətləndirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -954.1-ci maddəsinə görə bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. -959.2-ci maddəsinə görə müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. -973.1-ci maddəsinə görə ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. -975.1-ci maddəsinə görə ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir. -976.1-ci maddəsinə görə müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.
18. xxxx” Azərbaycan Respublikası Qanununun: -72.1.3-cü maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. -73.1.1-ci maddəsinə görə ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; -73.1.2-ci maddəsinə görə bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin. -76.1-ci maddəsinə əsasən, bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir. -77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. -77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. -77.6-cı maddəsinə əsasən hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
19. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tam şəkildə ləğv edilməsi xahiş edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh LPO Cavabdeh ASC arasında bank hesabı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə ****** saylı ödəniş tapşırığına əsasən bank hesabında olan 250.000 manat vəsaitin başqa hesaba köçürülməsi ilə sərəncam versə də, həmin sərəmcam bank tərəfindən icra edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilib və iflas proseduruna başlanılmışdır. Bundan ddiaçının 258.960,91 manat məbləğdə bank qarşısında tələbi ləğvetmə proseduru çərçivəsində kreditor tələb kimi (Kreditor: “xxxx” MMC, kreditorun reyestr nömrəsi 0976, qeydə alınmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ****** saylı ödəniş tapşırığına əsasən başqa hesaba köçürülməli olan 250.000 manat pul vəsaitinin növbəlik qaydası tətbiq edilmədən icra edilməsini tələb edir və həmin tələbi bank müflis elan edilənədək verilmiş gerigötürülməz ödəniş sərəncamına əsasən başqa hesaba köçürülməli olması və həmin sərəncamın “xxxx” Azərbaycan Respublikası Qanununun 73.1.1ci maddəsinə əsasən bank müflis olunduqdan sonra da qüvvədə qalması ilə əsaslandırır.
25. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 73.1.1-ci maddəsinə əsasən ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Sözügedən normanın məzmunundan da göründüyü kimi bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qaldığından həmin ödəniş tapşırıqlarının icra edilməsi barədə tələblər müflisləşmə prosesi çərçivəsində baxılmalı olan kreditor tələblər hesab edilmir.
26. İddiaçının hesabında olan pul vəsaitinin köçürülməsi barədə bank müflis elan edilənədək sərəncam verməsi işin mübahisəsiz halı olduğundan məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli hal həmin sərəncamın "xxxx" Qanunun 73.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi ödəniş sisteminə daxil edilərək həmin sistemlərin qaydalarına görə geri götürülməz hesab edilib-edilməməsi ilə bağlıdır.
27. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən AR Mərkəzi Bankına sorğu ünvanlanmış və sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, mübahisəli ödəniş tapşırığına əsasən 250.000 manat məbləğində vəsait yalnız iddiaçının cari hesabından silinmiş, lakin bankın müxbir hesabından çıxmamış, digər banka göndərilməmiş, eləcə də həmin əməliyyat ödəniş sistemlərinə (AZİPS, XÖHKS və AÖS) daxil edilməmişdir. Odur ki, mübahisəli ödəniş tapşırığı həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın tələbləri baxımından geri götürülməz köçürmə sənədi kimi qiymətləndirilə bilməz.
28. Göründüyü kimi mübahisəli ödəniş tapşırığı ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən sərəncam olmadığından "xxxx" Qanunun 73.1.1-ci maddəsinin tələblərinə əsasən bank müflis elan edildikdən sonra qüvvədə qalmamışdır. Belə olan halda isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçının yuxarıda göstərilən normaya və Mülki Məcəllənin 959.1-ci maddəsinə istinad etməklə bank lisenziyası ləğv edilmiş və müflisləşmə prosesində olan, yəni bank kimi fəaliyyət göstərmək hüququna malik olmayan cavabdehdən ödəniş tapşırığının növbədən kənar qaydada icra edilməsini tələb etməsi əsassızdır.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
1. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
2. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova