Məhkəmə qərarları › İş №e-2-2(3-6)-637/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-637/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-637/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: nisyə alqı-satqı müqaviləsi, sübutetmə. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, *****/**** saylı alqı-satqısı müqaviləsindən görünür ki, satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir.

2. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, məhsul satıcı tərəfindən sifarişin təsdiq edilməsindən sonra 2 (iki) gün ərzində alıcının çatdırılma məntəqəsinə satıcının hesabına çatdırılır.

3. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, məhsulun təhvil-təslimi çatdırılma məntəqəsində tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Alıcı (səlahiyyətli nümayəndəsi) məhsulun satıcının müvafiq mobil POS terminalından çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə faktura əsasında qəbul edir.

4. İddiaçı MMC-nin məsul şəxsi N.Vəliyev tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli satış fakturasından görünür ki, ümumi dəyəri 10090 manat olan, 20 çeşiddə mallar **- JA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X3 Mare Restoranı üçün (rəsmi müştəri: Quliyeva Könül Seyfəddin qızı) təhvil verilmişdir.

5. İddiaçı MMC-nin məsul şəxsi N.Vəliyev tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli satış fakturasından görünür ki, ümumi dəyəri 390 manat olan, 1 çeşiddə mal **-JA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X3 Mare Restoranı üçün (rəsmi müştəri: Quliyeva Könül Seyfəddin qızı) təhvil verilmişdir.

6. İddiaçı MMC-nin məsul şəxsi N.Vəliyev tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli satış fakturasından görünür ki, ümumi dəyəri 826 manat olan, 16 çeşiddə mallar **-JA- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X3 Mare Restoranı üçün (rəsmi müştəri: Quliyeva Könül Seyfəddin qızı) təhvil verilmişdir.

7. İddiaçı MMC-nin məsul şəxsi N.Vəliyev tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli satış fakturasından görünür ki, ümumi dəyəri 1577 manat olan, 12 çeşiddə mallar **-JA- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsü X2 Mare Restoranı üçün (rəsmi müştəri: Quliyeva Könül Seyfəddin qızı) təhvil verilmişdir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, onun İddiaçı MMC ilə heç bir əlaqəsi və alış-verişi olmayıb. Oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin müəssisənin direktoru olmuş, lakin müəssisəni işlədən, icraçı direktor Cavabdehdır. Bununla bağlı bütün məsələlərə cavabdeh odur. Nəzərə alınmasını xahiş etmişdir.

9. ##.##.2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9405.78 (doqquz min dörd yüz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114.06 manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların alqı-satqısı barədə” ##.##.2024-cü il tarixli, *****/**** saylı müqaviləyə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 9405.78 (doqquz min dörd yüz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqaviləyə əsasən, həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində müəyyən edilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9405.78 (doqquz min dörd yüz beş manat yetmiş səkkiz qəpik) manat hissəsini bu günədək ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd etmək lazımdır ki, öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsələr də, o, xəbərdarlıqlara məhəl qoymur və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınır.

12. Cavabdeh Cavabdeh ##.##.2026-ci il tarixli ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir. Etimadından sui-istifadə edərək sadəcə adına sənədləşdirilmiş obyektin faktiki sahibi və işlədənindən tələb edilməsini xahiş edir. Belə ki, həmin obyekt X4 adına olsa da, atası Sadiq Yusifov tərəfindən işlədilir. Bu haqda obyekt ilə əlaqəsi olan hər bir təşkilat və müəssənin məlumatı var. Malı verən xxxx şirkətindən tələbi odur ki, nədən vəsaiti bu qədərə çatdırıblar və vaxtında məlumat verməyiblər.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh Cavabdeh iddia tələbinə etiraz edərək, ondan tələb edilən borc məbləği ilə onun heç bir əlaqəsinin olmadığını bildirib, iddianın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

17. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə alqı-satqı müqaviləsinə görə alıcıya əşyanın verilməsini sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Lakin həmin alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin satıcıya hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür.

18. Bununla belə, iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, *****/**** saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə iddia edilən məbləğdə mallar verdiyini sübuta yetirə bilməmişdir.

19. Onun təqdim etdiyi satış fakturalarını da malların cavabdehə təqdim edilməsinin sübutu kimi qəbul etmək mümkün deyil. Ən azından ona görə ki, həmin sənədlərdə cavabdehə aid imza mövcud deyildir. Həmin sənədlər sadəcə malların şirkətin sürücü vasitəsilə anbardan çıxmasını göstərməkdədir, lakin malların məhz cavabdeh Cavabdeh və onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

22. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 567-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 14.2. 77.1, 88, 119.1, 217.1, 218.3-cü maddələri, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarını tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməli olduğu qənaətinə gəlmək üçün öz qətnaməsində 385.1, 567-ci maddələrinə istinad etmişdir. Məhkəmənin istinad etdiyi həmin maddi hüquq normaları, tərəflər arasında müqavilənin bağlanması və öhdəliyin yaranmasının standart şərtlərini müəyyən edir. Hazırki iş üzrə tərəflər arasında müqavilə bağlanarkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilib. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 3.3-cü bəndlərinə istinad etmiş və belə qənaətə gəlmişdir: “25. Bununla belə, iddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, *****/**** saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə iddia edilən məbləğdə mallar verdiyini sübuta yetirə bilməmişdir. 26. Onun təqdim etdiyi satış fakturalarını da malların cavabdehə təqdim edilməsinin sübutu kimi qəbul etmək mümkün deyil. Ən azından ona görə ki, həmin sənədlərdə cavabdehə aid imza mövcud deyildir. Həmin sənədlər sadəcə malların şirkətin sürücü vasitəsilə anbardan çıxmasını göstərməkdədir, lakin malların məhz cavabdeh Cavabdeh və onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir”. Iş materiallarına əlavə edilmiş satış fakturalarının məzmunundan da aydın olur ki, mallar cavabdehin fəaliyyət göstərdiyi obyektə çatdırılmış və həmin yerdə təhvil verilmişdir. Cavabdehin özü də məhkəmə iclasında verdiyi izahatında İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləni təkzib etməmiş, lakin aldadıldığını, ticarət obyektində işçi olduğunu, faktiki idarəçilər tərəfindən aldadılaraq sənədləri imzaladığını bildirmişdir. Cavabdehin üçüncü şəxslər tərəfindən aldadılmasına görə isə, İddiaçı MMC heç bir məsuliyyət daşımır. Indiki halda, cavabdeh müqaviləni imzalamaqla, malların alışına razılıq vermiş, faktiki mülki hüquq münasibətlərinin yaranmasına səbəb olmuş, bundan sonrakı dövrdə İddiaçı MMC tərəfindən ticarət obyektinə malların satıldığından məlumatlı olmuş, lakin bu prosesi öz iradəsi ilə nəzarətindən kənarda saxlamaqla, üçüncü şəxslərə etibar etmişdir. Nəticə olaraq, İddiaçı MMC-yə məxsus mallar cavabdehin təyin etdiyi şəxslərə və məkana çatdırılmış, lakin həmin malların dəyəri ödənilməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən, “358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

26. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

28. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

29. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, mübahisə üçün əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

46. Iş materiallarından görünür ki, iddiaçı tələbini tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsinə və həmin müqavilə əsasında tərtib edilmiş satış fakturalarına istinad etməklə əsaslandırmış, cavabdehə ümumilikdə 9.405,78 manat dəyərində malların verildiyini bildirmişdir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin əşyanı qəbul edib müqavilədə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, alıcının ödəniş öhdəliyinin yaranması üçün ilk növbədə satıcının malı müqaviləyə uyğun qaydada təhvil verməsi müəyyən edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Bu baxımdan, hazırkı mübahisədə iddiaçının üzərinə düşən sübutetmə vəzifəsi yalnız alqı-satqı müqaviləsinin bağlanmasını deyil, həm də həmin müqavilə üzrə iddia edilən məbləğdə malların məhz cavabdehə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməsini sübut etməkdən ibarətdir. Iddiaçı tərəfindən təqdim edilmiş satış fakturaları araşdırılarkən müəyyən olunur ki, həmin sənədlərdə malların cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsini təsdiq edən imzalar mövcud deyildir. Həmin sənədlərdən yalnız malların iddiaçının təsərrüfatından buraxılması və daşınmasının təşkil edilməsi görünür. Lakin həmin malların cavabdeh tərəfindən qəbul edilməsini və ya onun sərəncamına verilməsini təsdiq edən təhviltəslim50.aktı, qəbul aktı, etibarnamə, elektron təsdiq və ya digər mötəbər sübutlar iş materiallarına təqdim edilməmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, birtərəfli qaydada tərtib edilmiş satış fakturaları, onların məzmunu cavabdeh tərəfindən qəbul edilmədiyi və digər sübutlarla təsdiqlənmədiyi halda, iddia edilən malların məhz cavabdehə təhvil verilməsinin kifayət qədər sübutu kimi qiymətləndirilə bilməz.

52. Apellyasiya şikayətində göstərilmişdir ki, mallar cavabdehin fəaliyyət göstərdiyi obyektə çatdırılmış, faktiki olaraq həmin obyektdə təhvil verilmiş və buna görə də öhdəlik icra olunmuş hesab edilməlidir.

53. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmır.

54. Belə ki, malların müəyyən ünvana çatdırılması özü-özlüyündə həmin malların məhz alıcı tərəfindən qəbul edilməsini və ya onun sərəncamına verilməsini təsdiq etmir. Mülki hüquq münasibətlərində öhdəliyin icra olunması barədə nəticəyə gəlmək üçün öhdəliyin kreditor tərəfindən qəbul edilməsini və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təsdiq edən sübutlar mövcud olmalıdır. Hazırkı işdə isə belə sübutlar təqdim edilməmişdir.

55. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə istinad edilərək malların üçüncü şəxslər tərəfindən qəbul edilməsinin cavabdeh üçün hüquqi nəticə doğurduğu göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin normanın tətbiqi üçün malları qəbul etmiş şəxslərin cavabdehin tapşırığı və ya razılığı əsasında hərəkət etməsi, yaxud cavabdehin sonradan həmin hərəkətləri bəyənməsi sübuta yetirilməlidir.

56. Lakin iş materiallarında malları qəbul etdiyi iddia olunan şəxslərin cavabdehin adından hərəkət etmək səlahiyyətinə malik olmalarını və ya cavabdehin həmin hərəkətləri sonradan bəyəndiyini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Bu səbəbdən Mülki Məcəllənin 358-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün hüquqi əsas müəyyən edilmir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb etdiyi pul vəsaitinin yaranmasına əsas olan malların müqaviləyə uyğun qaydada cavabdehə təhvil verilməsini qanunla nəzərdə tutulmuş sübutetmə vasitələri ilə təsdiq edə bilmədiyindən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş əsasları yaratmır.

58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

59. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

60. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar