Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-639/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1, X2 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Cavabdeh Cavabdeh iştriakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “## #### 2019-cu il tarixli kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli , e-2- *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsiüzrə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4239.2 manat əldən çıxmış fayda borcun və 70 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia ərizəsi təmin olunmuş, cavabdеh Cavabdeh ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək illik 5% ilə hesablanmış 4239,2 manat əldən çıxmış fayda məbləği və dövlət rüsumunun əvəzi olaraq 62 manat tutularaq iddiaçı İddiaçı ASCyə ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı ASC-nin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, ##.##.2026-ci il tarixində cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək, prosessual müddətin buraxılmasının ondan asılı olmayan səbəblərlə bağlı olduğunu nəzərə alaraq, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını üzrlü hesab edilməsini, təqdim edilmiş apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2026-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh müddətin bərpasına dair ərizəsinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli e-*-*(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdeh Cavabdeh münasibətdə bərpa edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayəti 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. . Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş, işin baxılması şifahi icraat qaydasında ##.##.2026-cı il tarixə, saat 11:30-a təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı ASC tərəfindən şikayət verildiyi bildirilmiş və işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “## #### 2019-cu il tarixli kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2026-cı il tarixli icraata qəbul qərardadı ləğv edilsin. iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “## #### 2019-cu il tarixli kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması” dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-639/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-639/2026
18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver