Məhkəmə qərarları › İş №e-2-2(3-6)-645/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-645/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-645/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: ipotekanın qiyməti, likvid qiymət Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. cavabdeh2 ##.##.2023-cü il tarixli *** saylı “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, ##.##.2023cü il tarixli ******-CNS-***** saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (istehlak) məqsədilə illik 17 faiz hesablanması şərti ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir.

2. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh cavabdeh2 (borcalan qismində) və cavabdeh1 (ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış ##.##.2023-cü il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evini ##.##.2023-cü il tarixli ******-CNS***** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə iddiaçı qarşısında ipoteka ilə yüklü edir.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

4. ##.##.2024-cü il tarixdə İddiaçı ASC borcalan cavabdeh2 X7 Sistemi vasitəsilə məktub yollayaraq bütün əsas borc məbləğini tələb etmişdir.

5. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli bildiriş ##.##.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə ##.##.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

6. ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixə ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə əsas borc 41732,26 manat, faiz borcu 684,01 manat təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** nömrəli ## ##### 2025-ci il tarixli ekspert rəyinə əsasən, ##.##.2023-cü il tarixli ******- CNS-***** saylı kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə əsas borc 41847,21 manat, faiz borcu 434,75 manat təşkil edir.

8. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ekspertiza rəyinə əsasən, Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinin ümumi bazar dəyəri 115 000 manat, likvid dəyəri təxminən 98000 manat məbləğində müəyyən olunur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə 28413,27 manat əsas borcun və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 217,25 manat dövlət rüsumunun cavabdeh cavabdeh2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 86 000 manat müəyyən edilməklə cavabdeh cavabdeh2 tutulmalı məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş xüsusi mülkiyyət hüququ ilə cavabdeh cavabdeh1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, cavabdeh cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh2 ##.##.2023-cü il tarixli *** saylı “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı “birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması (istehlak) məqsədilə illik 17 faiz hesablanması şərti ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 1782,98 manat müəyyənləşdirilmişdir. Bununla da tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh2 ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh cavabdeh1 məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahəsində yerləşən, ümumi sahəsi 202,40 kv.m. olan, ** saylı fərdi yaşayış evi ##.##.2023-cü il tarixli ******-NEDVIJ-**** saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin borclu şəxs cavabdeh2 üzərinə götürdüyü kredit öhdəliklərini ##.##.2024-cü il tarixdən icra etməmiş və nəticədə banka ümumilikdə 42416,27 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək müştərinin, yəni “kredit alan”ın vəzifəsidir (7.5, 7.16 və 10.9.7-ci bəndlər). “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən «ödəniş cədvəli» ilə müəyyən edilən müddətlər “kredit alan” tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda (11.1.3-cü bənd) və ya “kredit alan” bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə (11.1.4-cü bənd) bank kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdeh2 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehlərə pretenziya qaydasında müraciət olunmuşdur.

11. Iddiaçının nümayəndələri Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə bildirişləri cavabdeh cavabdeh1 nümayəndə və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdeh cavabdeh2 yaşayış yeri üzrə qeydə alındığı ünvana göndərilməklə, cavabdehlərin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit razılaşması üzrə 27456,81 manat əsas borc cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,25 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 41 manat məbləğində pul cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 98000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılması, əmlakın satışdan əldə olunmuş vəsaitin ##.##.2023-cü il tarixli ******- CNS-***** saylı kredit razılaşması üzrə ümumilikdə 27456,81 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,25 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 41 manat pulun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ekspertiza xərci olaraq 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN – 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – 1700326621, hesab AZ34CTRE00000000000002088501), 300 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh cavabdeh2 arasında ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit razılaşmasından (müştəri ərizərazılaşması) irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdeh cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 17 faiz dərəcəsi ilə, 36 ay müddətinə – ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixədək hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh cavabdeh2 kredit məbləğini təşkil edən 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

15. Iş materiallarından görünür ki, iddiaçı borcalan cavabdeh2 X7 Sistemi vasitəsilə məktub yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktubu borcalana ##.##.2024-cü il tarixdə çatdırmış, başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmişdir.

16. Belə olan halda, iddiaçının borcalana “bildiriş” ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və “bildiriş”in cavabdehə çatdırıldığı ##.##.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Iddiaçı da ##.##.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb etmiş, silinmələri də həmin tarixə olan borca əsasən aparmışdır.

17. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd etmişdir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.

18. Məhkəmə ekspert rəyinə əsasən ##.##.2024-cü il tarixdən 1 günə düşən faiz məbləğinin 19,76 manat olduğunu nəzərə alaraq qeyd etmişdir ki, rəyə görə iddiaçının tələb etdiyi – ##.##.2024-cü il tarixə əsas borcu 41847,21 manat, faiz borcu 494,03 manat təşkil edir.

19. Iddiaçının təqdim etdiyi ##.##.2024-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixə ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə əsas borc 41732,26 manat, faiz borcu 684,01 manat təşkil edir.

20. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir (bax §8, 218.3-cü maddə).

21. Beləliklə, məhkəmə hesab etmişdir ki, ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə əsas borc 41732,26 manat və faiz borcu 494,03 manat müəyyən edilməlidir.

22. Iş materiallarında olan ##.##.2023 – ##.##.2026-cı il tarixlərini əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, ##.##.2024-cü il tarixdən sonra ##.##.2024cü il tarixdə 369,19 manat əsas, 603,81 manat faiz, ##.##.2024-cü il tarixdə 200 manat əsas, ##.##.2024-cü il tarixdə 419,8 manat əsas, 80,2 manat faiz, ##.##.2024-cü il tarixdə 500 manat əsas, ##.##.2024-cü il tarixdə 300 manat əsas, ##.##.2024-cü il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 3 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas, ##.##.2025-ci il tarixdə 3000 manat əsas, ##.##.2025-ci il tarixdə 1000 manat əsas olmaqla cəmi 13318,99 manat əsas borca, 684,01 manat faiz borcuna silinmişdir.

23. Belə olan halda iddiaçı tərəfindən əsassız olaraq faiz borcuna silinmiş məbləğ əsas borca yönəldilməklə ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə yekun borc 27456,81 (41732,26 + 494,03 – 13318,99 – 684,01) manat təşkil edir.

24. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, ##.##.2023-cü il tarixli ******- CNS***** saylı kredit müqaviləsi üzrə 27456,81 manat əsas borc cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

25. İddiaçı ASC (ipoteka saxlayan qismində) ilə cavabdeh cavabdeh2 (borcalan qismində) və cavabdeh1 (ipoteka qoyan qismində) arasında notarial qaydada bağlanmış ##.##.2023-cü il tarixli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, ipoteka saxlayan mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evini ##.##.2023-cü il tarixli ******-CNS***** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı qarşında ipoteka ilə yüklü edir.

26. Iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit müqaviləsi üzrə Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

27. Iş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli bildiriş ##.##.2024-cü il tarixdə ipoteka qoyan tərəfindən qəbul edilmiş, ipoteka saxlayanın bildirişin qeydə alınması barədə ##.##.2024-cü il tarixli ərizəsi ipotekanın dövlət qeydiyyatı orqanı tərəfindən qeydə alınmışdır.

28. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı əsasında aparılmış “xxxx” MMC-nin ekspertiza rəyinə əsasən, Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinin ümumi bazar dəyəri 115 000 manat, likvid dəyəri təxminən 98000 manat məbləğində müəyyən olunur.

29. Məhkəmə tərəflərin qiymətləndirmə rəyi ilə bağlı hər hansı etiraz irəli sürməməsini nəzərə alaraq və təqdim olunan rəyi qiymətləndirərək hesab etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 98000 manat müəyyən edilməlidir.

30. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, tutma cavabdeh1 mülkiyyət hüququ ilə məxsus Abşeron rayonu, Məmmədli kəndi, X3 küçəsində 0,12 ha sahədə yerləşən ümumi sahəsi 202,4 kv.m olan ** saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 98000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışdan əldə olunmuş vəsait ##.##.2023-cü il tarixli ******-CNS-***** saylı kredit razılaşması üzrə ümumilikdə 27456,81 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,25 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 41 manat pulun ödənilməsinə yönəldilməlidir.

31. Iş materiallarında olan mədaxil qəbzindən görünür ki, ********** nömrəli ##.##.2024-cü il tarixli qəbz əsasında 217,25 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

32. Iş materiallarına olan 07.102024-cü il tarixli bildirişlərdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün cəmi 51 manat ödənilmişdir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir.

34. Iş materiallarında olan ##.##.2026-cı il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, iddiaçı tərəfindən 300 manat “xxxx” MMC-yə ödənilmişdir.

35. Iş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Həmçinin iddia tələbinin həcmi məhkəmə icraatının gedişində ödənişlər edildiyindən azaldılmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülərək cavabdehlərdən tutulmalıdır.

36. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 217,25 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 41 manat məbləğində pul cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ASCyə ödənilməli, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ekspertiza xərci olaraq 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 300 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

37. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 270.1, 309.1, 317, 421.2, 421.3, 447.1, 447.2, 739.1, 739.2, 741 -ci maddələrini, “Ipoteka haqqında” Qanunun 1.0.9, 4, 34, 39.3.3, 41, 47.5-ci maddələrini, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli ** nömrəli Qərardadına tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

38. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

39. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-nin rəyində qeyd olunan məbləğlər həqiqətə uyğun deyil. Mənim özüm tərəfindən aparılan bazar araşdırması nəticəsində məlum olmuşdur ki, Abşeron rayonunda orta səviyyəli ərazilərdə mənzillərin 1 kvadrat metrinin minimum dəyəri 1300-1600 manat arasındadır. Bunun üçün xüsusi bilik və bacarıqlar lazım deyil. Mən bu qənaətə sadəcə elan saytlarındakı elanlara əsasən gəlmişəm. Bu halda yaşayış evinə qoyulmuş 98.000 manat dəyər çox məntiqsizdir və belə görünür ki, iddiaçının maraqlarına xidmət edəndir. Eyni zamanda mənim mülkiyyətimdə olan ipoteka predmeti olan yaşayış sahəsinin də dəyəri ekspert tərəfindən obyektiv qiymətləndirilməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Ümumiyyətlə, yaşayış sahələrinin dəyərini müəyyən etmək üçün elan saytlarına baxmaqla təxmini fikir formalaşdırmaq olur. Məhkəmə işi tam hərtərəfli və obyektiv araşdırma məqsədilə bunu etməli idi. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi məntiqsiz ekspert rəyinə əsaslanmaqla qəbul edildiyi üçün qanunsuz və əsassız hesab edilməli, ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz

40. Iddiaçı İddiaçı ASC-nin nümanyəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin dəlillərinin əsassız olduğunu və formal xarakter daşıdığını bildirmiş, apellyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

41. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

44. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

45. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

46. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

50. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

51. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

52. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

53. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

54. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

55. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

59. Maddə Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

60. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

63. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

66. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, şikayətin məzmunundan müəyyən olunur ki, apellyator qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

67. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Belə ki, birinci instansiya məhkəməsi əmlakın ilkin satış qiymətini təyin etdiyi ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir və apellyator əmlakının dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir.

69. Müvafiq rəyin xüsusi bilik tələb edən suala aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır.

70. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir; hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

71. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar