Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-653/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “İnter Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya iş üzrə Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən “İnter Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC (iddiaçı) “İnter Alyans Qrup” MMC-yə və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 110.720.52 (yüz on min yeddi vüz iyirmi manat əlli iki qəpik) manatın ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 73.429.23 (yetmiş üç min dörd yüz iyirmi doqquz manat iyirmi üç qəpik) manat və 331.45 (üç yüz otuz bir manat qırx beş qəpik) ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, 16.608,08 (on altı min altı yüz səkkiz manat səkkiz qəpik) manat və 70,13 (yetmiş manat on üç qəpik) manat dövlət rüsumunun cavabdehlər “İnter Alyans Qrup” MMCdən və cavabdeh1 Mustafa oğlundan müştərək qaydada tutularaq “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən “İnter Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və kommersiya işi birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.3-cü maddəsinə görə, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. İşin hallarından görünür ki, iddianın qiyməti 73.429.23 (yetmiş üç min dörd yüz iyirmi doqquz manat iyirmi üç qəpik) təşkil edir. Buna görə də apellyasiya şikayəti üçün ən azı 155,14 manat rüsum ödənilməlidir; lakin cavabdeh 37 manat rüsum ödəmişdir. Beləliklə, “İnter Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** saylı iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsindən “İnter Alyans Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-653/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-653/2026
09.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver