Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-658/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh “X1 Companies” MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin Halları
1. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış ##.##.2022-ci il tarixli, ***/**** nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya satıcının Azərbaycan Respublikasında müstəsna satış hüququ olan məhsullardan alıcının sifariş siyahısında qeyd edilənləri alıcıya satmalı, alıcı isə müqavilədə göstərilən vaxtda malı qəbul etməli və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməlidir. 10. Müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, növü, çeşidi, pul dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan X6, hesabfakturada və ya elektron qaimədə qeyd olunur.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan X6, hesab-faktura və elektron qaimə ilə müəyyənləşdirilir.
3. Müqavilənin 3.1.1-ci bəndinə əsasən satıcı müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır.
4. Müqavilənin 3.4.1-ci bəndinə əsasən Alıcı müqavilənin tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və sifarişdən ağlabatan müddət ərzində onların göndərilməsini qəbul etməlidir.
5. Müqavilənin 4.4-cü bəndinə əsasən Satıcı Malın təhvil verilməsi ilə birlikdə hesabfakturanı və ya təhvil-təslim aktını da alıcıya təqdim etməlidir.
6. Müqavilənin 5.1.-ci bəndinə əsasən Alıcı sifariş siyahısını satıcıya bildirdikdən sonra Satıcı siyahıdakı malların ümumi ayrılıqda pul dəyərini alıcıya bildirir.
7. Müqavilənin 5.2-ci bəndinə əsasən Bu bildiriş (5.1-ci bənddəki) istənilən formada (şifahi, poçt, elektron poçt, sms) həyata keçirilə bilər.
8. Müqavilənin 5.3. bəndinə əsasən Alıcı Satıcının siyahıdakı malların qiymətinə dair bildirişini qəbul etdiyini (aksept) Satıcıya bildirdiyi andan həmin sifariş siyahısı bu müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilir və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olur.
9. Müqavilənin 5.4. bəndinə əsasən Alıcının hərəkətlərindən onun malın göndərilməsini qəbul etdiyinin başa düşülməsi onun Satıcının bildirişini qəbul etməsinə bərabər tutulur.
10. Müqavilənin 5.5. bəndinə əsasən Müqaviləyə əsasən Alıcı sifariş olunan malın dəyərinin 100 %-nin ödənişini nağd qaydada və ya köçürmə yolu ilə, hər bir halda malın təhvilindən əvvəl həyata keçirir.
11. Müqavilənin 5.6. bəndinə əsasən Malın dəyəri hər bir sifariş siyahısı əsasında tərtib olunan hesab-faktura və ya elektron-qaimədə göstərilir.
12. Müqavilənin Müqavilənin 6.5-ci bəndinə əsasən gecikdirilmiş məbləğdən faiz, Mərkəzi Bankın gecikdirilmiş günə olan faiz uçot dərəcəsinin üzərinə 2 (iki) faiz əlavə olunmaqla hesablanır.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vergi sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər təvil verilmiş mallarla bağlı ümumi dəyəri 89284,14 manat olan elektron qaimə-fakturalər göndərilmiş, həmin qaimələr düzəlişə göndərilməmiş, ləğv edilməmişdir.
14. İş materiallarında olan ##.##.2023-cü il tarixli, ***IPX********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10000 manat vəsait ödənilmişdir.
15. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***IPX********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 240 manat vəsait ödənilmişdir.
16. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***IPX********** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10356 manat vəsait ödənilmişdir.
17. İş materiallarında olan ##.##.2022-ci il tarixli, ***IPX*******E** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 15649 manat vəsait ödənilmişdir.
18. İş materiallarında olan **************** nömrəli, ##.##.2022-ci il tarixli Köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 43,20 manat məbləğində vəsait köçürülmüşdür.
19. İş materiallarında olan **************** nömrəli, ##.##.2022-ci il tarixli Köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 1864,08 manat məbləğində vəsait köçürülmüşdür.
20. İş materiallarında olan **************** nömrəli, ##.##.2022-ci il tarixli Köçürmənin aparılması haqqında bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 2816,82 manat məbləğində vəsait köçürülmüşdür.
21. İş materiallarında olan ##.##.2023-cü il tarixli, ***IPX*******E** nömrəli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 5000 manat vəsait ödənilmişdir.
22. İş materiallarında olan ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 900 manat vəsait ödənilmişdir.
23. İş materiallarında olan ##.##.2023-cü il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 1800 manat vəsait ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
24. İddiaçı İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdeh “X1 Companies” MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40339,94 manat (ƏDV daxil) əsas borc və 3529 manat cərimə olmaqla ümumilikdə 43868,94 manat pul vəsaitinin və 222 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1 Companies” MMC (əvvəlki adı “xxxx” MMC) arasında ## ### 2022-ci il tarixli ***/**** saylı alqı-satqı müqaviləsi imzalanmışdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcıya” satıcının Azərbaycan Respublikasında müstəsna satış hüququ olan məhsullardan alıcının sifariş siyahısında qeyd edilənləri alıcıya satmalı, alıcı isə müqavilədə göstərilən vaxtda malı qəbul etməli və müqavilə ilə razılaşdırılmaış qaydada Malın dəyərini satıcıya ödəməlidir. Sözügedən müqavilənin 5.5-ci bəndinə əsasən, Alıcı sifariş olunan malın dəyərini satıcı tərəfindən elekrton qaimə alıcıya göndərildikdən sonra 30 iş günü ərzində köçürmə yolu ilə satıcının bank hesabına ödəməlidir. “X1 Companies” MM(Cəvvəlki adı “xxxx” MMC)müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malların tam dəyərini lazımı sənədlər təqdim edilməsinə baxmayaraq 2 ildən artıq müddətdir ki, hələ də ödəməmişdir. Bu günə kimi dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq borcdan hər hansı bir ödəniş həyata keçirilməmiş və şirkət olaraq üzərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadır. Hazırda şirkətin “xxxx” MMC-yə ödənilməli olan borcu 40339 (qırx min üç yüz otuz doqquz) manat təşkil etməkdədir. Müqavilənin 6.4-cü bəndinə görə, tərəf qiyməti və ya ödənilməli olan istənilən digər məbləği ödəyə bilmədikdə, digər tərəf 6.2-ci bənd əsasında tələb oluna bilən zərərin əvəzinin ödənilməsi barədə istənilən tələbə xələl yetirmədən gecikdirilmiş məbləğdən faiz almaq hüququna malikdir. Müqavilənin 6.5bəndinə əsasən, gecikdirilmiş məbləğdən faiz, Mərkəzi Bankın gecikdirilmiş günə olan faiz uçot dərəcəsinin üzərinə 2 (iki) faiz əlavə olunmaqla hesablanır. Cavabdeh tərəflər arasında bağlanılmış müqaviləsinin şərtlərini birtərəfli qaydada pozmaqla 40339 (qırx min üç yüz otuz doqquz) manat (ƏDV daxil) borc öhdəliyinin icrasını iki ildən artıq müddət keçsə də icra etmədiyi üçün müqavilənin 6.5-ci maddəsi üzrə həmin borcun 6.75%-i həcmində və 2% əlavə olaraq müqavilə şərtinə əsasən cərimə haqqı olaraq 3500 (üç min beş yüz) manat ödənilməlidir.
26. Cavabdeh ##.##.2026-cı il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış ## ### 2022-ci il tarixli ***/**** saylı alqı-satqı müqaviləsi üzrə göndərilmiş Seriya: EBCGNönrə:687560, Tarix ##.##.2022-ci il tarixli, məbləğ 2005 manat, Seriya :EBCH Nömrə:414123, Tarix ##.##.2022-ci il tarixli, məbləğ 30 manat, Seriya : EBCH Nömrə:627970, Tarix ##.##.2022- ci il tarixli, məbləğ 1796 manat, Seriya : EBCH Nömrə:707166, Tarix ##.##.2022-ci il tarixli, məbləğ 652 manat. Seriya : EBCH Nömrə:824393, ##.##.2022-ci il tarixli, məbləğ 1197.40 manat, Seriya : EBCH Nömrə:824932, ##.##.2022-ci il tarixli, məbləğ 1525 manat, Seriya : EBCH, Nömrə:969574 ##.##.2022-ci il tarixli, məbləğ 365 manat, Seriya : EBCI Nömrə:147209, ##.##.2022-ci il tarixli, məbləğ 1527.4 manat, Seriya : EBCI Nömrə: 139619, ##.##.2022-ci il tarixli, məbləğ 503 manat, Seriya : EBCI Nömrə: 867581, ##.##.2022-ci il tarixli, məbləğ 2544.50 manat, Seriya: EBCI Nömrə: 763777, ##.##.2022-ci il tarixli, məbləğ 2245 manat, Seriya: EBCJ Nömrə: 204928, ##.##.2022-ci il tarixli, məbləğ 652 manat, Seriya: EBCJ Nömrə: 373403, ##.##.2022-ci il tarixli, məbləğ 1600 manat, ümumilikdə 16642,30 manat məbləğində pul tələbi üzrə iddia müddətinin ötməsini nəzərə alaraq iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Ərizə onunla əsaslandırılmışdır ki, göstərilən elektron qaimələr üzrə iddiaçının iddiası məhkəməyə 3 (üç) illik iddia müddətinin ötürülməsi ilə verilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən (MM-in 375.2-ci maddəsi) məhkəmə iddiadan imtina barəsində qərar çıxarmalıdır.
28. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-261/2026 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “X1 Companies” MMCdən 23697,64 manat əsas borc, 1100 manat dəbbə pulu, 164,39 manat dövlət rüsumu, ümumilikdə 24962,03 (iyirmi dörd min doqquz yüz altmış iki manat sıfır üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 57,61 (əlli yeddi manat altmış bir qəpik) manat dövlət rüsumu iddiaçı İddiaçı MMCnin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
29. Cavabdeh “X1 Companies” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** saylı qətnaməsi ləğv edilib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, malların təhvil-təsliminə dair qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş hər hansı mötəbər (akt və sair) sübut yoxdur. Halbuki,tərəflər arasında bağlanmış müqavilənin 4.4-ci bəndinin tələbinə görə satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturanı və təhvil-təslim aktını da alıcıya təqdim etməli idi. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinin tələbinə görə malın adı, miqdarı, növü, çeşidi, pul dəyəri müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymətlərin razılaşdırması protokolunda, hesab fakturada və ya elektron qaimədə qeyd olunur. Cavabdeh bildirir ki, tərəflər arasında malların qiymətlərinin müəyyən edilmiş qaydada razılaşdırıldığını təsdiq edən hər hansı sənəd yoxdur. Əslində tərəflər arasında təsdiq olunmuş belə bir sənəd də olmamışdır. Bu baxımdan iddiaçının tələb etdiyi məbləği hansı qiymətlər əsasında hesablamış olması şübhəlidir. Cavabdeh tərəfindən elektron qaydada göndərilmiş qaimələri sistem onların göndərildiyi tarixdən 3 (üç) gün müddətində avtomatik olaraq təsdiq edir. Bu səbəbdən həmin qaimələrdə qeyd edilmiş rəqəmlər də təbii olaraq iddiaçı ilə razılaşdırılmış rəqəmlər olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. b) Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdeh iki dəfə yazılı ərizə təqdim etmişdir. Həmin ərizələrdə cavabdeh malların təhvil verilmədiyini, malları qəbul etmədiyini və ya elektron qaimələrin həqiqəti əks etdirmədiyini ümumiyyətlə iddia etməmişdir. Əgər mallar ümumiyyətlə təhvil verilməmiş olsaydı, cavabdehin ilk növbədə həmin faktı mübahisələndirməsi gözlənilən idi. Lakin o, bunu etməmiş, əksinə, iddia müddətinin tətbiqini tələb etməklə dolayısı ilə müqavilə münasibətlərinin və borcun mövcudluğunu qəbul etmişdir. cavabdeh həmin müqavilə üzrə müxtəlif tarixlərdə ümumilikdə 48.669,10 manat məbləğində ödəniş etmişdir. Cavabdeh nə birinci instansiyada, nə də apellyasiya şikayətində həmin ödənişlərin başqa müqaviləyə və ya başqa hüquqi münasibətə aid olduğunu iddia etmir. Deməli, həmin ödənişlər məhz ##.##.2022-ci il tarixli ***/**** nömrəli müqavilənin icrası çərçivəsində həyata keçirilmişdir. Bu isə malların faktiki qəbul edilməsinin ən mühüm sübutlarından biridir. Satıcı malın təhvili zamanı hesab-fakturanı və ya təhvil-təslim aktını təqdim edir. İş materiallarından görünür ki, elektron qaimələr mövcuddur. Onlar vergi informasiya sistemində qeydiyyata alınmışdır, ləğv edilməmişdir, düzəliş edilməmişdir. Malların böyük hissəsinin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda yalnız ayrıca təhvil-təslim aktının olmaması müqavilənin icra edilmədiyi nəticəsinə gəlməyə əsas vermir. Üstəlik, tərəflər arasında formalaşmış uzunmüddətli kommersiya praktikası göstərir ki, malların təhvili ayrıca aktlarla deyil, elektron qaimələr əsasında həyata keçirilmişdir. ektron qaimələr sistem tərəfindən avtomatik təsdiqlənir.Bu arqument hüquqi əhəmiyyət kəsb etmir. Çünki cavabdeh:elektron qaimələrin ləğv edilməsini tələb etməmişdir;həmin qaimələrə etiraz etməmişdir, vergi orqanlarına müraciət etməmişdir, malların geri qaytarılması barədə tələb irəli sürməmişdir. Müqavilənin etibarsızlığı barədə iddia verməmişdir. İş materiallarında olan elektron qaimələrdə malların adı, miqdarı və qiyməti göstərilmişdir. Üstəlik, cavabdeh həmin qaimələr üzrə uzun müddət ərzində ödəniş etmişdir. Bu isə həmin qiymətlərin faktiki qəbul edildiyini göstərir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
33. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 465.2.Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
35. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Maddə 567-ci Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
37. Maddə 600.1.Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
38. Maddə 600.4. əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
AR Mülki Prosessual Məcəlləsi
39. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Maddə 124.1-ci İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
43. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
44. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
45. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
46. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
47. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
48. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaiməfakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
53. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında ##.##.2022-ci il tarixli, ***/**** saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 89284,14 manat məbləğində mal təhvil verilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 48669,10 manat (41245 manat əsas, 7424,02 manat ƏDV olmaqla) məbləğində ödəniş edilsə də, qalıq 40615,04 manat əsas borc cavabdeh tərəfindən ödənilməmişdir.Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə malların dəyərinin ödənilməsi ilə bağlı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə qədər təqdim edilmiş ümumi dəyəri 16642,30 manat təşkil edən elektron qaimələr üzrə pulun ödənilməsini tələb etməklə bağlı iddia müddətini ötürmüşdür.
54. Cavabdeh hazırda iddianın təmin olunan 23697,64 manat əsas borc, 1100 manat dəbbə pulu, 164,39 manat dövlət rüsumu, ümumilikdə 24962,03 (iyirmi dörd min doqquz yüz altmış iki manat sıfır üç qəpik) manat pulu mübahisləndirir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin tələbinə görə satıcı malın təhvil verilməsi ilə birlikdə hesab fakturanı və təhviltəslim aktını da alıcıya təqdim edilməsi dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arsında bağlanmış ##.##.2022-ci il tarixli müqavilədə təhvil-təslim aktlarının tərtib olunması ilə bağlı şərt nəzərdə tutulsada, iddiaçı müxtəlif tarixlərdə 89284,14 manat məbləğində olan mallar üzrə e-qaimələr gönədrmiş, cavabdeh tərəfindən həmin qaimələr üzrə 48669,10 manat məbləğində ödənişlər olunmuşdur.
56. Bu hal isə tərəflər arasında yaranmış işgüzar adətin və praktikanın bu cür formalaşdığını, yəni müqavilə üzrə malların həcminin, dəyərinin və təhvil verilməsinin elektron qaimələr əsasında tənzimləndiyini təsdiq edir.
57. Qeyd olunmalıdır ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).
58. Göründüyü kimi, tərəflərin münasibətlərinə qiymət verərkən, o cümlədən malların verilməsi məsələsini araşdırarkən məhkəmələr, müqavilənin şərtinə və işgüzar adətlərə ayrı-ayrılıqda deyil, birgə qiymət verməlidirlər.
59. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.
60. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə4 qiymət verilməsi zəruridir.
61. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında malların qiymətlərinin müəyyən edilməsi təsdiq edən hər hansı sənəd olmaması dəlilinə münasibətdə qeyd etmək istəyir ki, müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan X6, hesab-faktura və elektron qaimə ilə müəyyənləşdirildiyi qeyd olunmuşdur.
63. İş materillarından müəyyən olunur ki, cavabdeh tərəfindən e-qaimələr üzrə qeyd olunmuş qiymətlər mübahisələndirilməmiş müəyyən məbləğdə ödənişlər edilmişdir.
64. Həmçinin Kollegiya xüsusi olaraq vurğulayır ki, müqavilənin ödəniş şərtləri adalanan 5-ci bölməsinə əsasən, alıcının sifariş siyahısı üzrə satıcının təqdim etdiyi qiymət bildirişini qəbul etməsi ilə həmin sifariş müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilir və tərəflər üçün məcburi hüquqi qüvvə kəsb edir. Qiymət barədə bildiriş istənilən formada verilə bilər və alıcının hərəkətlərindən malın göndərilməsini qəbul etdiyi anlaşılırsa, bu, qiymət bildirişinin aksepti kimi qiymətləndirilir.
65. Xüsusilə müqavilənin 5.4-cü bəndinin məzmunundan göründüyü kimi, alıcının satıcının qiymət barədə bildirişini açıq şəkildə qəbul etməsi yeganə aksept forması kimi müəyyən edilməmişdir. Belə ki, tərəflər alıcının hərəkətlərindən onun malın göndərilməsini qəbul etdiyi və ya buna razılıq verdiyi nəticəsinə gəlinməsini də satıcının bildirişinin qəbul edilməsinə (akseptə) bərabər tutmuşlar. Bu baxımdan, alıcının konkret hərəkətləri malın göndərilməsinə razılığını ifadə edirsə, həmin davranış müqavilənin 5.3-cü bəndində nəzərdə tutulan akseptin baş verdiyini təsdiq edən hal kimi qiymətləndirilməlidir.
66. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
67. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
68. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
1 Ali Məhkəmə, İş № 2-2(102)-135/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, İş № 2-2(102)-451/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, İş № 2-2(102)-73/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, İş № 2-2(102)-54/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 qət etdi:
Cavabdeh “X1 Companies” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-261/2026 tarixli qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər