Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-659/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2019-cu il tarixli, *M-*** nömrəli reyestrlə qeydə alınmış icarə müqaviləsi üzrə ödənilməmiş 49102,7 (qırx doqquz min bir yüz iki manat yetmiş qəpik) manat icarə ödənişinin və 1500 (bir min beş yüz) manat vəkil xidmət haqqının cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı Şəmkir rayon Kür Bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Qeyd olunan qərardaddan İddiaçı şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-2- *(*-**)-****/**** saylı qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki Şəmkir rayon Kür Bələdiyyəsi cavabdeh Cavabdeh MMC-nəqarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinin## #### 2026- cı il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası ## ##### 2026-cı il tarixə təyin edilmişdir. İş üzrə əlavə sübutlarımız olduğundan ## ##### 2026-cı il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının əlavə sübutlarımızın təqdim edilməsi üçün təxirə salınmasını xahiş etmişik. Həmçinin, cavabdeh tərəf də məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası təxirə salınaraq ## ##### 2026-cı il tarixə təyin edilmişdir. ## ##### 2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə əlavəsübutlarımızı təqdim etmişik, eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq, Gəncə Apellyasiya Məhkəməsində baxılacaq mülki işlərin məhkəmə baxış iclaslarında iştirakım zəruri olduğundan üzrlü səbəbdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyimi, mülki iş üzrə əlavə sübutlarımızı məhkəməyə təqdim etdiyimizi, iş üzrə əlavə sübutumuz olmadığını, məhkəmə hazırlıq iclasının bizim iştirakımız olmadan keçirilərək, mülki işin məhkəmə baxışı iclasına təyin edilməsini xahiş etmişdim. Lakin, məhkəmə tərəfindən məhkəmə hazırlıq iclası ## ### 2026-cı il tarixə təyin edilmişdir. ## ### 2026-cı il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına təkrar olaraq Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq həm cavabdehin iddia ərizəsində qeyd etdiklərinə dair mülahizəmizi bildirmişik, həmçinin həmin ərizədə məhkəmədən məhkəmə hazırlıq iclasının bizim iştirakımız olmadan keçirilməsini, məhkəmə iclasında iştirakımız zəruri olduğundan mülki işin növbəti hazırlıq və ya baxış iclaslarını məsafənin uzaqlığı və icraatımızda olan işlərin çoxluğu ilə əlaqədar mümkün qədər razılaşdırılmaqla təyin edilməsini xahiş etmişik. Həmçinin, cavabdeh tərəfindən də həm iddia ərizəsinə etiraz, həm də məhkəmə hazırlıq iclasının təxirə salınması barədə ərizə göndərilmişdir. Lakin, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cıil tarixli qərardadı ilə iddia ərizəmiz baxılmamış saxlanılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “İş üzrə məhkəmə hazırlıq iclasları ##.##.2026-cı il tarixə saat 11:45-ə, ##.##.2026-cı il tarixə saat 14:15-ə və ##.##.2026-cı il tarixə saat 11:20-yə təyin edilmişdir, heç bir məhkəmə hazırlıq iclaslarında tərəflər iştirak etməmiş və iştirak etməməklərinin üzürlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.” Məhkəmənin qərardadını əsassız hesab edirik. Belə ki, məhkəmə qərardadı AzərbaycanRespublikası MPM-nin tələblərinə uyğun qəbul edilməmişdir. Odur ki, həmin qərardadın ləğv edilməsini istəyirik. Məhkəmə tərəfindən iddia ərizəmiz baxılmamış saxlanılmaqla MPM-nin qeyd olunan maddələrinə istinad edilməklə, bizim məhkəmə iclasında iştirak etməməyimizin üzürlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməməyimiz qeyd edilmişdir. Həmin maddələrin tələbi isə ondan ibarətdir ki, ərizə məhkəmə tərəfindən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə baxılmamış saxlanılır. Biz isə iddiaçı tərəf olaraq, məhkəməyə hazırlıq iclaslarında ərizələr və mülki iş üzrə sübutlarımıza dair sənədlər ünvanlayaraq həm iş üzrə sübutlarımızı təqdim etmişik, həm də məhkəmə hazırlıq iclasının bizim iştirakımız olmadan keçirilməsini xahiş etmişik. Lakin məhkəmə bizim ərizəmizi nəzərə almadan əsassız olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Həmçinin, MPM-nin 259.0.7- ci maddəsinin tələbindən göründüyü kimi işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıŞəmkir rayon Kür Bələiyyəsinin cavabdehə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə isə məhkəmənin birinci çağırışı ## ##### 2026-cı il tarixdə olmuş, həmin tarixdə iddiaçı və cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasının təxirə salınması barədə məhkəməyə ərizə göndərilmiş, məhkəmə hazırlıq iclası təxirə salınmış, ## ##### 2026-cı il tarixdə iddiaçı tərəfindən əlavə sübutlar təqdim olunaraq mülki işin məhkəmə baxışı iclasına təyin edilməsi xahiş edilmiş, lakin məhkəmə tərəfindən məhkəmə hazırlıq iclası ## ### 2026-cı il tarixə təyin edilmişdir. Həmin tarixdə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçiriməsi barədə ərizə təqdim edilmiş, cavabdeh tərəfindən isə məhkəmə hazırlıq iclasının təxirə salınması barədə ərizə təqdim edilmişdir. Lakin, məhkəmə tərəfindən qeyd olunan maddi hüquq normasına istinad edilməklə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-2109/2026 qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.7cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## #### tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməsini istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Göründüyü kimi iddiaçı icraatın təzələnməsi barədə ərizə ilə deyil, qərardaddan şikayət ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki,hazırkı iş üzrə üç dəfə hazırlıq iclası keçirilsə də iddiaçı və cavabdeh heç bir iclasda iştirak etməmişlər, məhkəmə anlayış nümayiş etdirərək iclasları iki ay ərzində (işə dörd aylıq baxılma müddətini nəzərə almaqla) 3 dəfə təxirə salmışdır. İddiaçının nümayəndəsi 3-cü hazırlıq iclasında da iştirak etməmiş və işin məhkəmə baxışı iclasına təyin edilməsini xahiş etsə də, nəzərə almamışdır ki, cavabdehin də etirazına (cavabdeh EMİS vasitəsi ilə etiraz ərizəsinin məhkəməyə təqdim etmişdir) səbəb olmuş hazırkı iş, mübahisəli işdir və hərtərəfli və ədalətli araşdırmanın aparılması üçün hazırlıq (hazırlıq iclaslarının mühüm rolunu nəzərə almaqla) iclaslarında iştirak etmək, məhkəmənin yarandığı suallarını cavablandırmaq, məhkəmənin təklif edəcəyi əlavə zəruri sübutları məhz hazırlıq iclasında (prosessual qanunvericiliyə əsasən sübutların yalnız hazırlıq iclasları dövründə təqdim edilməsi məhdudiyyəti) təqdim edilməsi üçün ən azı bir hazırlıq iclasında iştirak etmək zəruridir. Digər tərəfdən, işə baxılma müddətini (hazırkı iş tərəflərin iştirakı olmadan iki aydan artıq müddətdə ərzində məhkəmənin icraatında olmuş) nəzərə almaqla, iddiaçının yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ mövcüddur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, iddianın baxılmamış saxlanılması əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-659/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-659/2026
18.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver