Məhkəmə qərarları › İş №e-2-2(3-6)-662/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-662/2026

13.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-662/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı "Vvorld Metal İndustry" MMC-nin cavabdeh "xxxx” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən X4 Xidməti Publik Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "Vvorld Metal İndustry" MMC cavabdeh "xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” Açıq Səhmdar Cəmiyyətindən 257.679,07 manat müqavilə üzrə əsas borc, 12.664 manat gecikdirməyə görə dəymiş zərərin, vəkilə ödənilən 520 manat vəkil xidmətinin və 561 manat dövlət rüsumunun alınaraq "Vvorld Metal İndustry" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Vvorld Metal İndustry"xxxx"xxxx ASC Sumqayıt Melioservis İdarəsi" arasında VV/**-**** saylı, ##.##.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə Satıcı tərəfindən müxtəlif çeşiddə metal borularda (dayaqların) hazırlanan məhsullar Alıcıya satılması, Alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. Müqavilənin qiyməti isə ##.##.2023-cü il tarixli, * nömrəli qiymət razılaşma protokoluna əsasən 152577.71 manat, ##.##.2023-cü il tarixli, * nömrəli qiymət razılaşma protokoluna əsasən 45750.96 manat və ##.##.2024-cü il tarixli, * nömrəli qiymət razılaşma protokoluna əsasən 105350.4 manat olmaqla, ümumilikdə 303679.07 manat təşkil edir. Satıcı tərəfindən ## ###### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 49064.44 manat, ## ####### 2023-cü il tarixli təhvil-təslim aktına asasən 56075.55 manat, ## ###### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 47237.76 manat, ## ###### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 45750.96 manat, ## ##### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 105350.40 manat dəyərində mallar hazırlanmış və həmin mallar təhvil-təslim aktına əsasən "xxxx ASC Sumqayıt Melioservis İdarəsi" tərəfindən qəbul edilmişdir. Satıcı "X1" MMC tərəfindən təhvil-təslim aktlarına əsasən ümumilikdə 303479.11 manat dəyərində işlər yerinə yetirilmişdir. EBDN ****** nömrəli, ##.##.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 49064.40 manat, EBDQ ****** nömrəli, ##.##.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 56075.55 manat, EBDS ****** nömrəli, ##.##.2023-cü il tarixli elektron qaimə-ffaktura üzrə 47237.76 manat, EBDU ****** nömrəli, ##.##.2023-cü il tarixli elektron qaimə-faktura üzrə 45750.96 manat və EBEC ****** nömrəli, ##.##.2024-cü il tarixli elektron qaimə-faktura üzrə 105350.40 manat olmaqla, 303479.11 manat ödəniş tələb edilmişdir. Lakin "xxxx ASC Sumqayıt Melioservis İdarəsi" tərəfindən 30000 (otuz min) əsas, 16000 (on altı min) manat əlavə dəyər vergisi ödənilməklə qalan 257679.07 manat vəsait isə bu günə qədər ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 257.479 (iki yüz əlli yeddi min dörd yüz yetmiş doqquz) manat 11 (on bir) qəpik məbləğində pulun "xxxx” ASC-dən tutularaq “Vvorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, əsas borca illik 5% hesablanmaqla 12.664 (on iki min altı yüz altmış dörd) manat məbləğində pulun "xxxx” ASC-dən tutularaq “Vvorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 (beş yüz iyirmi) manat məbləğində pulun "xxxx” ASC-dən tutularaq “Vvorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 561 (beş yüz altmış bir) manat məbləğində pulun "xxxx” ASC-dən tutularaq “Vvorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. “X3 Xidməti” Publik Hüquqi şəxsi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməsini,iddiaçı "Vvorld Metal İndustry" MMC-nin cavabdeh "xxxx” ASCyə qarşı iddia tələbinə dair iddiasının rədd edilməsi və işin yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatında “Vvorld Metal İndustry” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2026-cı il tarixdə iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə (elektron kabinet vasitəsilə) məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Samur-Abşeron Kanalı İstismarı İdarəsi Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(l **)-****/**** saylı qətnaməsinin icrasını təmin edərək 271.224.11 manatı borcu tam olaraq iddiaçıya ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə “X3 Xidməti” Publik Hüquqi şəxsi tərəfindən elektron məhkəmə vasitəsilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2-2(l **)-****/**** saylı qətnaməsindən vermiş olduğu şikayətidən imtina edilməsi və şikayəti mahiyyəti üzrə baxılmadan geri qaytarılması barədə ərizə daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilmə qəbul edilməli, iş üzrə icraata xitam verilməli və tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 261.0.4 və 191.2-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edildiyinə görə kommersiya mübahisəsi üzrə icraata xitam verilməli və Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 119.1-ci və 122-ci maddələrinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 384.0.5, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı "Vvorld Metal İndustry" MMC-nin iddiadan imitan edilməsinə dair ərizə təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cü il tarixli e-2-2(113)-3669/2025 qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, mediasiya xərci iddiaçının özünə aid edilsin. Cavabdehin apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar