Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-663/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı icarə haqqı üzrə borcun tutulması, icarə müqaviləsinin ləğvi və avadanlıqların qaytarılması tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi, prosessual müddət) Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Iş üzrə qəbul edilmş məhkəmə aktları: Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı 25 174 manat icarə haqqı borcu; Müqavilə şərtlərinə uyğun olaraq ##.##.2026-cı il tarixinədək hesablanmış gecikmə cəriməsi – 8 460 manat, 18% dərəcəsi ilə hesablanmış əlavə dəyər vergisi (ƏDV) – 6 054 manat, ümumilikdə 39 688 manat pulun tutulması, Cavabdehin ödəniş öhdəliklərini yerinə yetirməməsi səbəbindən avadanlıq və mebellərin icarə müqaviləsinin ##.##.2026-cı il tarixindən etibarən ləğv edilməsi, Cavabdehin icarəyə götürülmüş avadanlıq və mebelləri normal vəziyyətdə, saz və yararlı vəziyyətdə iddiaçıya qaytarması öhdəliyinin qoyulması, Iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri cavabdehdən tutulması, Cavabdehin təqsiri üzündən müqavilənin vaxtından əvvəl xitam verilməsi nəticəsində iddiaçıya dəymiş itirilmiş mənfəətin məhkəmə tərəfindən müəyyən edilərək cavabdehdən tutulması, Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixindən məhkəmə qərarı qəbul edilən günədək borcun ödənilməsində yol verilmiş gecikməyə görə, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq hər gecikmə günü üçün nəzərdə tutulmuş cərimənin hesablanaraq cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
3. ##.##.2026-cı il tarixdə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bağlanılmış müqavilələrin etibarsız hesab edilməsi, İddiaçı MMC-dən 28430 manat maddi zərərin və 20 000 manat mənəvi zərərin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyindən geri qaytarılmışdır.
5. ##.##.2026-cı il tarixdə cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə şikayət verərək Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsini qanunla nəzərdə tutulmuş müddətdə təqdim edə bilməmiş, lakin bu hal onun iradəsindən asılı olmamışdır. Kommersiya mübahisələri üzrə iddia və qarşılıqlı iddiaların təqdim edilməsi yalnız elektron qaydada həyata keçirilir. Bu səbəbdən cavabdehin qarşılıqlı iddia ərizəsini təqdim etməyi üçün “Elektron məhkəmə” sistemi və ASAN imza vasitəsi zəruri olmuşdur. Müvafiq dövrdə cavabdehin mobil nömrədində ASAN imza ilə bağlı texniki problem yaranmış, bu səbəbdən elektron sistemə daxil olaraq qarşılıqlı iddia təqdim etmək imkanı olmamışdır. Bundan əlavə, həmin müddətdə “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqlar və təmir işləri aparılmış, bu isə ərizənin vaxtında təqdim edilməsini obyektiv olaraq mümkünsüz etmişdir. Yaranmış texniki maneələr aradan qaldırıldıqdan dərhal sonra ##.##.2026-cı il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir ki, bu da cavabdehin hüquqlarından sui-istifadə etmədiyini, əksinə, mümkün olan ilk fürsətdə prosessual hərəkəti yerinə yetirdiyini göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsinə əsasən, müddətin buraxılması üzürlü səbəblərlə bağlı olduqda həmin müddət bərpa edilməlidir. Yuxarıda qeyd olunan hallar açıq şəkildə üzürlü səbəb hesab edilməlidir. Eyni zamanda, Məcəllənin 155.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın müddət keçdikdən sonra verilməsi mümkündür və məhkəmə bu normanı formal şəkildə tətbiq edərək faktiki hallara hüquqi qiymət verməmişdir. Qarşılıqlı iddianın geri qaytarılması cavabdehin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırır və işin hərtərəfli araşdırılmasına mane olur.
7. Bakı Kommersiya Məhkəməsinin # ### 2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
8. Maddə 154.1. Işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
9. Maddə 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
10. Maddə 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
11. Maddə 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir;
12. Maddə 151.3. Məhkəmə iddia ərizəsini daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır;
13. Maddə156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
14. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək
Məhkəmənin mövqeyi
15. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
16. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Işin hallarından görünür ki, cavabdeh ##.##.2026-ci il tarixli məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə ##.##.2026-cı il tarixli məhkəmə bildirişi, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə məlumatlandırılmış, həmçinin daha sonra keçirilmiş ##.##.2026-cı il tarixli məhkəmə iclasında iştirak etmişdir. Lakin qarşılıqlı iddia ərizəsini ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmişdir.
18. Beləliklə, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş 20 gün ərzində verilməmiş, həmin müddətin keçməsindən sonra isə qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların həmin dövrdə əmələ gəldiyi və ya həmin müddətdə təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığı sübut edilməmişdir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MIÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.
20. Kollegiya qeyd edir ki, cavabdehin şikayətində istinad etdiyi ASAN imza və elekteron məhkəmə informasiya sistemi ilə bağlı texniki problem yaranması ilə bağlı dəlillər sübut edilmədiyi üçün qarşılıqlı iddia ərizəsinin verilməsi müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
21. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
23. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.