Məhkəmə qərarları › İş №e-2-2(3-6)-666/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-666/2026

11.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-666/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh-nin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. MKT İstehsalat Kommersiya MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2020ci il tarixli ***/** saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya hazırki kontraktın ayrılmaz hissəsi olan 1№li qoşmada göstərilən keyfiyyətdə 494,3446 Tn+/-2% miqdarda Azərbaycan mənşəli pambıq mahlıcı göndərməyi alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürür. 2-ci bəndinə əsasən kontraktın ümumi məbləği 637.704,53 (altı yüz otuz yeddi yüz dörd ABŞ dolları, 53 sent) ABŞ dolları təşkil edir. 8-ci bəndinə əsasən hazırkı kontrakt üzrə mübahisələrin və fikir ayrılığının həlli zamanı kontraktın ingilis dilindəki variantına müraciət edilməlidir. Hazırkı kontraktdan irəli gələn, yaxud onunla əlaqədar meydana çıxan bütün münaqişə və fikir ayrılıqları dostcasına danışıqlar yolu ilə aradan qaldırılır. Əgər Tərəflər razılığa gələ bilməzlərsə, onda mübahisə və fikir ayrılıqlarına, işin aparılması qaydalarına əsasən, Azərbaycan Respublikasının inzıbati- İqtisadi Məhkəməsində baxılmalıdır.

2. ##.##.2020 tarixli ***/** nömrəli Kontrakta * saylı Qoşma ilə tərəflər cəmi dəyəri 637.704,534 ABŞ dolları təşkil edən malın adı, çəkisi, qiyməti barədə razılığa gəlmişlər.

3. Daha sonra MKT İstehsalat Kommersiya MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya hazırki kontraktın ayrılmaz hissəsi olan qoşmalarda göstəriləcək keyfiyyətdə və miqdarda pambıq emalı zamanı yaranan tullantıları göndərməyi, alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürür. 8-ci bəndinə hazırkı kontrakt üzrə mübahisələrin və fikir ayrılığının həlli zamanı kontraktın ingilis dilindəki variantına müraciət edilməlidir. Müqavilədən irəli gələn mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılır, razılıq əldə edilmədiyi hallarda mübahisələrə Aərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır.

4. 055/24 №li ##.##.2024 il tarixli Kontrakta ##.##.2024 il tarixli * saylı Qoşma ilə tərəflər cəmi dəyəri 672.000 ABŞ dolları təşkil edən malın adı, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

5. MKT İstehsalat Kommersiya MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında ##.##.2025ci il tarixli ***/** saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən satıcı alıcıya hazırki kontraktın ayrılmaz hissəsi olan qoşmada göstərilən miqdarda və keyfiyyətdə Azərbaycan mənşəli pambıq mahlıcı satmağı alıcı isə onun dəyərini ödəməyi öhdəsinə götürür. 8-ci bəndinə hazırkı kontrakt üzrə mübahisələrin və fikir ayrılığının həlli zamanı kontraktın azərbaycan dilindəki variantına müraciət edilməlidir. Hazırkı kontraktdan irəli gələn, mübahisə və fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılır, razılıq əldə edilmədiyi hallarda, mübahisələrə Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrində baxılacaqdır.

6. ##.##.2025 tarixli 006/25№li Kontrakta * saylı Qoşma ilə tərəflər cəmi dəyəri 818.192 ABŞ dolları təşkil edən malın adı, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

7. ##.##.2025 tarixli 006/25№li Kontrakta ##.##.2025 il tarixli * saylı Qoşma ilə tərəflər cəmi dəyəri 6.521.687,21 ABŞ dolları təşkil edən malın adı, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

8. Müqavilələr və Qoşmalar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

9. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ***/** saylı, ##.##.2020-ci il tarixli kontrakt üzrə cəmi 201,68 ABŞ dolları, ***/** saylı ##.##.2024-cü il tarixli kontrakt üzrə cəmi 371.269,08 ABŞ dolları, ***/** saylı ##.##.2025-ci il tarixli kontrakt üzrə isə cəmi 2.116.204,29 ABŞ dolları (1.522.654,47ABŞ dolları əsas borc və 593.549,82 ABŞ dolları cərimə) olmaqla, ümumilikdə 2.487.675,05 ABŞ dolları məbləğində pul vəsaitinin, o cümlədən ödənilmiş 6.021,66 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2020-ci il tarixli pambıq mahlıcının alqı-satqısına dair kontrakta əsasən, cavabdehə ümumilikdə 637 704,53 ABŞ dolları məbləğində, kontraktda nəzərdə tutulmuş keyfiyyətdə 494,34 ton çəkidə mal göndərilmişdir. Həmin kontraktın 5-ci bəndinə əsasən, avans olaraq ödəniş 200 000 ABŞ dolları əvvəlcədən olmaqla, yerdə qalan mal üzrə isə hər partiya üçün proforma-invoys təqdim edildiyi tarixdən 3 (üç) bank günü ərzində köçürmə yolu ilə iddiaçının bank hesabına köçürülməli idi. Lakin, cavabdeh tərəfindən kontrakt üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində cavabdehin iddiaçıya 201,68 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2024-cü il tarixli malın alqı-satqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 672 000 ABŞ dolları məbləğində 1900 ton çəkidə mal göndərilmişdir. Həmin kontraktın ayrılmaz hissəsini təşkil edən ##.##.2024-cü il tarixli Qoşma №*-ə əsasən, sözügedən kontrakt üzrə ödəniş cavabdehin bankı tərəfindən verilən zəmanət məktubu əsasında mal, cavabdehə təhvil verildiyi tarixdən etibarən 45 təqvim günü ərzində ödənilməli idi. ddiaçı ilə cavabdeh arasında bağlanmış ***/** saylı, ##.##.2025-ci il tarixli pambıq mahlıcının alqı-satqısına dair kontrakta əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 818 192,0 ABŞ dolları məbləğində, kontraktda nəzərdə tutulmuş keyfiyyətdə 511,37 ton mal göndərilmişdir. Həmin kontraktın Qoşma № *-ə əsasən, sözügedən kontrakt üzrə ödəniş cavabdehin bankı tərəfindən verilən zəmanət məktubu əsasında mal, cavabdehə təhvil verildiyi tarixdən etibarən 30 təqvim günü ərzində köçürülməli idi. Eyni kontraktın ayrılmaz tərkib hissəsi olan Qoşma № *-yə əsasən, iddiaçı tərəfindən cavabdehə 6 521 687,21 ABŞ dolları məbləğində, 3 952,53 ton çəkidə pambıq mahlıcı göndərilmişdir. Eyni zamanda, mövcud kontraktın 9-cu bəndinə uyğun olaraq, tərəflər kontrakt üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, hər gün üçün yerinə yetirilməmiş öhdəliklərin miqdarının 5% həcmində cərimə ödənilməsini şərtləndirmişdilər.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə istinad olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 371.269 ABŞ dolları 08 sent məbləğində pulun Şirikçioğlu Mensucat Sanayi ve ticaret Anonim Şirkətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ##.##.2025ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 1.522.654 ABŞ dolları 47, cərimə borcu üzrə 3.400 ABŞ dolları olmaqla, ümumilikdə 1.526.054 ABŞ dolları 47 sent məbləğində pulun Şirikçioğlu Mensucat Sanayi ve ticaret Anonim Şirkətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.402 (iki min dörd yüz iki) manat 72 (yetmiş iki) qəpik manat məbləğində pulun Şirikçioğlu Mensucat Sanayi ve ticaret Anonim Şirkətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MKT İstehsalat Kommersiya MMC-nin adı dəyişdirilərək “xxxx” MMC olmuşdur. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 23. İddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. 24. Hazırki işin mübahisəsiz halıdır ki, tərəflər arasında yuxarıda qeyd olunan alqısatqı müqavilələri əsasında iddiaçı tərəfindən cavabdehə mallar verilmişdir. Hazırda iddiaçı cavabdehin ##.##.2020-ci il tarixli müqavilə üzrə 201,68 ABŞ dolları, ##.##.2024-cü il tarixli müqavilə üzrə 371.269,08 ABŞ dolları, ##.##.2025ci il tarixli müqavilə üzrə 1.522.654,47 ABŞ dolları məbləğində borcunun qaldığını bildirir. Cavabdeh tərəf isə iddiaya etirazında müqavilələr üzrə borcun tam ödənildiyini bildirərək, bundan başqa ##.##.2020-ci il tarixli ***/** saylı müqavilə üzrə 201,68 ABŞ dolları borcun cavabdehdən tutulması hissəsində iddia müddəti tətbiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ilk növbədə ##.##.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməlidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən müqavilənin icra müddəti ##.##.2020-ci il tarixədək göstərilmişdir. İddiaçı məhkəməyə isə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə iddia müddətinin axımı ##.##.2020ci ildən axımı başlamaqla, ##.##.2023-cü il tarixdə bitmişdir. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti 2 ildən də, çox ötürülmüşdür. İddiaçının Mülki Məcəllənin 373-cü maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia ##.##.2020-ci il tarixli müqavilə üzrə borcun tələb edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə iddianın ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli müqavilələr üzrə borcun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən və ödəniş sənədlərindən məlum olur ki, iddiaçı tərəfindən cavabdehə müvafiq mallar verilmiş, cavabdehin də, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır. Cavabdeh tərəf müqavilələr üzrə borcu tam ödənildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ##.##.2024-c il tarixli və ##.##.2025- ci il tarixli müqavilələr üzrə əsas borcun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, ##.##.2024-cü il tarixli müqavilə üzrə 371.269,08 ABŞ dolları, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1.522.654,47 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ##.##.2025-ci il tarixli müqavilə üzrə 593.549,82 ABŞ dolları məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 9-cu bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən müqavilə ilə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirməməklə təqsirkar tərəf digər tərəfə hər gün üçün kontraktın yerinə yetirilməmiş öhdəliklərin miqdarının 5% həcmində cərimə ödəməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. İddiaçı tərəfindən işə əlavə edilmiş maliyyə arayışından görünür ki, o qeyd edilən cərimə məbləğini məhz 68.192 ABŞ dolları borc üçün hesablamışdır. Ona görə də, cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə partiyalarla verilmiş mallara görə 68.192 ABŞ dolları əsas borcuna münasibətdə 3.400 ABŞ dolları məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2.402,72 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

14. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 567, 598.1, 598.2-ci maddələrinə istinad etmişdir.

15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 371.269,08 ABŞ dolları borcun cavabdehdən tutulması hissəsi ilə bağlı bildirir ki, qeyd edilən məbləğdə borc iddiaçı tərəfindən düzgün hesablanmamışdır. Qeyd edilən müqavilə üzrə cavabdeh şirkətin iddiaçıya 371.269,08 ABŞ dolları əsas borcunun olması mümkünsüzdür. O cümlədən, ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə üzrə 1.522.654,47 ABŞ dolları borcun tutulması hissəsində də hesab edir ki, bu borc məbləği də iddiaçı tərəfindən düzgün hesablanmamışdır. Qeyd edilən müqavilələr üzrə cavabdehin iddiaçı şirkətə hal-hazırki vəziyyətə olan borcu həmin məbləğlər təşkil etmir. Bununla bağlı ödəniş və s. sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamışdır. Bundan başqa cavabdeh olaraq iddiaçının tələb etdiyi yuxarıda göstərilən müqavilələr üzrə borc məbləğlərinə dair xüsusatlar xüsusi bilik tələb olunan sahənin predmetini təşkil etdiyindən və borc məbləğlərinə dair tərəflər arasında kəskin fikir ayrılığı olduğundan, tərəfimizdən vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə bu halların aradan qaldırılması üçün mühasibatlıq ekspertizası təyin etməmişdir. Tərəflər arasında imzalanmış ##.##.2025-ci il tarixli ***/** saylı müqavilənin 5-ci bəndində göstərilir ki, hazırki müqavilə üzrə ödəniş, alıcının bankı tərəfindən verilən zəmanət məktubu əsasında, mal alıcıya təhvil verildiyi tarixdən 30 (otuz) təqvim günü ərzində həyata keçirilir. Müqavilənin 9-cu bəndində isə göstərilir ki, müqavilə ilə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirməməkdə təqsirkar tərəf digər tərəfə hər gün üçün kontraktın yerinə yetirilməmiş öhdəliklərinə görə cərimə ödəməlidir. Qeyd edir ki, iddiaçı tərəfindən ##.##.2025ci il tarixli ***/** saylı müqavilə üzrə malların (Qoşma 1-də qeyd edilib) cavabdehə təhvil verilməsi prosesi gecikdirilmiş, mallar cavabdeh tərəfindən təhvil alındıqdan sonra vaxtında ödənişləri həyata keçirilmişdir. Belə olduqda, cavabdeh şirkətin müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirilməməsi halı baş verməmişdir. Ona görə də hesab edir ki, iddiaçı MMC-nin bu müqavilə üzrə cavabdehdən hər hansı məbləğdə cərimə faizi tələb etmək hüququ yoxdur. ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə üzrə iddiaçının tələb etdiyi 593.549,82 ABŞ dolları cərimə məbləğini məhkəmə azaltsa da, cavabdeh olaraq hesab edir ki, qeyd edilən müqavilə üzrə ümumiyyətlə hər hansı məbləğdə cərimə tutulması qanunsuzdur. İddiaçı tərəfindən cərimə faizinin necə hesablanması, ***/** saylı müqavilə üzrə malların hansı tarixlərdə və hansı formada (birdəfəlik və ya hissə-hissə) cavabdehə təhvil verilməsi, cavabdeh şirkətin hansı tarixdən etibarən ödənişləri gecikdirməsi (əgər gecikmə varsa) və tələb edilən cərimə məbləği ilə bağlı digər dəlil və sübutlarını məhkəməyə təqdim etməyi təklif etmiş, lakin qeyd edilən sübutlar nə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, nə də məhkəmə tərəfindən iddiaçıdan bu sübutlar tələb edilmişdir. Bildirmək istəyir ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdeh şirkət tərəfindən həyata keçirilmiş ödənişlərdə hər hansı gecikmə yaranmamış və buna görə də hər hansı cərimə məbləğinin tələb edilməsini əsassız sayır. Tərəflər arasında bağlanmış digər müqavilə üzrə iddiaçı tərəfindən cavabdehdən hər hansı məbləğdə cərimə faizi tələb edilməməsi onu təsdiq edir ki, cavabdeh şirkət müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmiş, ödənişlərdə hər hansı gecikməyə yol verməmişdir. Bu faktın mövcudluğu analoji olaraq, cavabdeh şirkətin digər ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə üzrə də gecikməyə yol vermədiyini bir daha təsdiq etmiş olur. İddia tələbi üzrə cavabdehin ##.##.2024-cü il tarixli ***/** saylı müqavilə üzrə 371.269,08 ABŞ dolları və ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə üzrə 1.522.654,47 ABŞ dolları məbləğində borclu olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin bu hallar məhkəmədə ətraflı araşdırılmamışdır. Halbuki qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf, o cümlədən iddiaçı öz iddia tələbinin əsaslarına dair sübutlarını məhkəməyə özü təqdim etməli, özünün əldə edə bilmədiyi sübutların əldə edilməsi üçün məhkəmə qarşısında vəsatətlə çıxış edə bilərdi. İddiaçının cavabdehdən tələb etdiyi ##.##.2024-cü il tarixli ***/** saylı və ##.##.2025-ci il tarixli ***/** saylı müqavilələr üzrə borc məbləğlərinə dair xüsusatlar xüsusi bilik tələb olunan sahənin predmetini təşkil etdiyindən və borc məbləğlərinə dair tərəflər arasında kəskin fikir ayrılığı olduğundan, vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən bu halların aradan qaldırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə kollegiyası iddiaçının cavabdehdən ##.##.2024-cü il tarixli ***/** saylı və ##.##.2025-ci il tarixli ***/** saylı müqavilələr üzrə borc məbləğlərinin (əsas və cərimə) həddini və miqdarını müəyyən etmək mütləq məhkəmə-mühasibatlıq ekspertizası təyin edəcəkdir. Sadalanan normaların tələblərinə əsasən hesab edir ki, mübahisələndirilən qətnaməni çıxaran birinci instansiya məhkəməsi iddia tələbi üzrə ümumi məbləği əks etdirməli, həmçinin, sözügedən Plenum Qərarının 10-cu bəndinə əsasən, qət edilən məbləğin manat məzənnəsi ilə tutulmasını göstərilməli idi. Həmin bənddə göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Cavabdehin nümayəndəsi və vəkili izahatında verdikləri apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin qismən ləğv edilməsini xahiş etdi.

19. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş etdi.

Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. - 119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. -443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: -443.0.1-ci maddəsinə əsasən iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. -450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

22. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: -1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. -25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni iki müqavilə üzrə əsas borcun məbləği hissəsində və dolayısı iə dəbbə pulu hissəsində mübahisələndirdiyindən, eləcə də məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkil iki müqavilə üzrə 1.811.148,4 ABŞ dolları məbləğində borcunun tutulması hissəsində qətnamənin əsaslılığını mübahisələndirmədiyini bildirdiyindən, qətnamənin əsaslılığı iki müqavilə üzrə 82.775,15 ABŞ dolları məbləğində borcun və 3400 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə – ##.##.2025-ci il tarixli ***/** saylı müqavilə üzrə cavabdehdən tutulması qət edilən əsas borcun məbləği hissəsində - dəyişdirilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mübahisə xarici elementli olduğundan (cavabdeh xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması

27. müəyyən edilməlidir.

28. Göstərilən məsələ ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırkı iddia Azərbaycan hüquqi şəxsi olan iddiaçı “xxxx” MMC ilə Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olan cavabdeh Cavabdeh arasında bağlanılmış alqı-satqı müqavilələrindən irəli gələn tələbdir. Tərəflər mübahisəli müqavilələrin 8-ci bəndlərində həmin müqavilələr üzrə yaranacaq mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində baxıla biləcəyi barədə razılığa gəlmişlər. Beləliklə, hazırkı halda tərəflər mübahisəyə AR Məhkəməsində baxılması barədə razılığa gəldiklərindən AR Məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.

29. İkinci həll edilməli olan məsələ mübahisəyə tətbiq edilməli olan hüquqla bağlıdır. Hazırkı halda tərəflər alqı-satqı müqavilələrindən irəli gələn mübahisələrə tətbiq edilməli olan hüquq barəsində razılığa gəlməmişlər. Odur ki, mübahisəyə “Beynəlxalq xüsusi hüquq haqqında” AR Qanununun 25.1-ci maddəsinə əsasən satıcının təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ, yəni AR qanunvericiliyi tətbiq edilməlidir.

30. Belə ki, iddianın mahiyyətinə gəldikdə kollegiya qeyd edir ki, iddiaçı “xxxx” MMC (əvvəlki adı MKT İstehsalat Kommersiya MMC) ilə cavabdeh Şirikçioğlu Mensucat Sanayi ve Ticaret Anonim Şirkəti arasında ##.##.2020-ci il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilərək şərtləndirilmiş miqdarda pambıq mahlıcı və pambıq emalı tullantılarını cavabdehə təqdim edilmişdir. Hazırda iddiaçı təqdim edilmiş malların dəyərinin cavabdeh tərəfindən tam şəkildə ödənilmədiyini əsas göstərərək ##.##.2020-ci il tarixli müqavilə üzrə 201,68 ABŞ dolları (apellyasiya baxışının predmeti deyil), ##.##.2024-cü il tarixli müqavilə üzrə 371.269,08 ABŞ dolları, ##.##.2025-ci il tarixli müqavilə üzrə 1.522.654,47 ABŞ dolları və həmin müqavilə üzrə borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə mübahisəli müqavilələr üzrə borcun iddia ərizəsində göstərilən məbləğdən daha aşağı məbləğdə olmasını (##.##.2024-cü və ##.##.2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1.811.148,40 ABŞ dolları) əsas göstərərək iddiaya etiraz edir.

31. Kollegiya ilk növbədə qeyd edir ki, işin mübahisələndirilməyən hallara görə iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli müqavilə üzrə 672.000 ABŞ dolları, ##.##.2025ci il tarixli müqavilənin * saylı qoşması üzrə 818.192 ABŞ dolları və * saylı qoşması üzrə 6.521.687 ABŞ dolları məbləğində olmaqla ümumilikdə iki müqavilə üzrə 8.011.879 ABŞ dolları məbləğində mallar təqdim edilmişdir.

32. İşin məhkəmə tərəfindən müəyyən edilməli olan mübahisəli halı isə həmin müqavilələr üzrə cavabdehin qalıq borcunun məbləği ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli müqavilə üzrə 300.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə 2.700.000 ABŞ dolları məbləğində ödəniş etməsini təsdiq edən bank köçürmə sənədlərini, eləcə də borcun 3.500.000 ABŞ dolları hissəsinin bank qarantiyaları əsasında ödənilməsini təsdiq edən sənədləri (bu fakt iddiaçı tərəfindən mübahisələndirilmir) məhkəməyə təqdim etmişdir. Belə olan halda iki müqavilə üzrə iddiaçıya cəmi 6300000 ABŞ dolları məbləğində pul ödənilməsi iş materialları ilə öz təsdiqini tapır.

33. Belə olan halda adi riyazi hesablama yolu ilə ##.##.2024-cü il tarixli müqavilə üzrə iddia tələbinin həddi nəzərə alınmaqla 371.269,08 ABŞ dolları, ##.##.2025-ci il tarixli müqavilə üzrə isə 1.440.619,92 olmaqla iki müqavilə üzrə cavabdehin iddiaçıya ümumi borcunun 1.811.879 ABŞ dolları təşkil etməsini müəyyən etmək mümkündür.

34. Qətnamənin dəbbə pulu hissəsinə gəldikdə kollegiya qeyd edir ki, ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdeh malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmin müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan (9-cu bənd) iddiaçı dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılması üçün əsas yoxdur.

35. Odur ki, qətnamə mübahisəli müqavilələr üzrə tutulacaq əsas borcun məbləği hissəsində dəyişdirilməli, ##.##.2025-ci il tarixli müqavilə əsas borc 1.440.619,92 ABŞ dolları olmaqla, iki müqavilə üzrə ümumilikdə tutulacaq əsas borc 1.811.879 ABŞ dolları, ümumilikdə cavbadehdən tutulacaq məbləğ isə (1.811.879+3400) 1.815.279 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

36. Kollegiya həmçinin xarici valyutada tutulması qət edilmiş məbləğlərin Azərbaycan manatı ilə ödənilməli olmasının qətnamədə göstərilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iş üzrə cavabdeh Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs olmaqla AR-da olduğu yeri olmadığından qətnamənin gələcəkdə Azərbaycan Respublikasında deyil, xarici ölkədə icra edilməsi ehtimalı mövcuddur. Bu baxımdan kollegiya bir tərəfdən icra AR-da həyata keçirildiyi halda qət edilmiş məbləğlərin ödəniş gününə rəsmi kursa əsasən manatla ödənilməli olmasının qanunun imperativ göstərişi olduğunu (Mülki Məcəllənin 439.2-ci maddəsi), yəni həmin məbləğin AR-də manatla tutulması üçün bunun qətnamədə xüsusi olaraq göstərilməsinə zərurətin olmadığını, digər tərəfdən isə hazırkı halda göstərilən borc məbləğinin manatla tutulması barədə qeydin qətnaməyə daxil edilməsinin qətnamənin xarici ölkədə icra edildiyi təqdirdə icrada çətinliklərin yaranmasına səbəb ola biləcəyini nəzərə alaraq qətnaməyə bu hissədə dəyişikliklik etməsinə lüzum görmür.

37. İddia verilərkən çəkilmiş məhkəmə xərcləri (dövlət rüsumu) ilə bağlı hissədə məhkəmə tərkibi göstərir ki, apellyasiya şikayəti qismən təmin edilərək iddia tələbinin təmin olunan hissəsi azaldıldığından, buna mütənasib olaraq iddiaçının xeyrinə cavabdehdən tutulacaq dövlət rüsumunun məbləği də dəyişdirilməli və 1800 manat həcmində müəyyən edilməlidir.

38. Cavabdehin apellyasiya şikayəti qismən təmin edildiyindən, kollegiya hesab edir ki, sonuncu tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi –##.##.2025-ci il tarixli müqavilə üzrə əsas borcun tutulması hissəsində dəyişdirilsin. ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdeh Cavabdeh –dən iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmiş əsas borc məbləği 1.440.619,92 manat məbləğində, buna müvafiq olaraq ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli müqavilələr üzrə ümumilikdə tutulacaq əsas borc 1.811.879 manat məbləğində, tutulacaq cəmi məbləğ isə 1815.279 ABŞ dolları məbləğində, dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ isə 1800 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar