Məhkəmə qərarları › İş №e-2-2(3-6)-667/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-667/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-667/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: göndərmə müqaviləsi, pulun tutulması, gecikmə faizləri, zərər və dəbbə pulu) Hakim sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2-2(4-11)-1264/2026 nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (“Satıcı”) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“Alıcı”) arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***/V-** nömrəli və ##.##.2023-cü il tarixli, ***/V-** nömrəli alqı-satqı müqavilələrinə əsasən, satıcı müqavilələrin ayrılmaz hissəsi olan əlavələrdə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun səki və döşəmə daşlarını alıcıya təhvil verməyi, alıcı isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. ##.##.2022-ci il tarixli müqaviləyə əsasən alıcı müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində müqavilə dəyərinin 50 faizini ilkin ödəniş kimi, qalan 50 faizini isə məhsul təhvil verilənədək ödəməyi, ##.##.2023-cü il tarixli müqaviləyə əsasən isə alıcı satıcının təqdim etdiyi hesab-faktura əsasında müqavilə dəyərinin 100 faizini 3 bank günü ərzində ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqaviləyə görə qiymət razılaşdırma protokolunda və ya elektron qaimə-fakturalarda göstərilən malların dəyəri sifariş tarixindən 10 gün müddətində ödənilmədikdə, alıcı hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir.

3. ##.##.2022-ci il tarixli, ***/V-** saylı müqaviləyə * saylı əlavə (qiymətlərin razılaşdırma protokolu) və ##.##.2023-cü il tarixli, ***/V-** nömrəli müqaviləyə * saylı əlavə (qiymətlərin razılaşdırma protokolu) ilə satılan malların qiymətləri müəyyənləşdirilmişdir.

4. İddiaçı QSC tərəfindən “xxxx” MMC-yə ##.##.2022-ci il tarixli, ***/V-** nömrəli müqavilə üzrə ##.##.2023-cü il tarixli 3 853,79 manat, ##.##.2023-cü il tarixli 1 926,89 manat, ##.##.2023-cü il tarixli 2 081,52 manat və ##.##.2023-cü il tarixli 1 926,89 manat məbləğində, ümumilikdə 9 789,09 manat dəyərində 4 ədəd elektron qaimə-faktura, ##.##.2023-cü il tarixli, ***/V-** nömrəli müqavilə üzrə isə ##.##.2023-cü il tarixli 2 402,67 manat və ##.##.2023-cü il tarixli 4 428,33 manat məbləğində, ümumilikdə 6.831 manat dəyərində 2 ədəd elektron qaimə-faktura təqdim edilmişdir.

5. ##.##.2022-ci il tarixli, ***/V-** nömrəli müqavilə üzrə cavabdeh tərəfindən 342,02 manat məbləğində qismən ödəniş edildiyindən, nəticədə həmin müqavilə üzrə ödənilməmiş əsas borc 9.447,07 manat təşkil etmişdir.

6. İddiaçı QSC və “xxxx” MMC tərəfindən tərtib edilərək hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli üzləşmə aktına əsasən, “xxxx” MMC-nin həmin tarixə borcu ƏDV daxil olmaqla 16 278,07 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli müqavilə üzrə 9 447,07 manat əsas borc, illik 5%-lə hesablanmış 944,70 manat faiz borcu və 472,35 manat cərimə borcu olmaqla cəmi 10 864,12 manat və ##.##.2023-cü il tarixli müqavilə üzrə 6 831 manat əsas borc, illik 5%-lə hesablanmış 683,10 manat faiz borcu və 341,55 manat cərimə borcu olmaqla cəmi 7 855,65 manat pulun, həmçinin göstərilmiş hüquqi yardıma görə ödənilmiş 325 manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 148 manat olmaqla ümumilikdə 19 192,77 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilələr üzrə malları təhvil vermiş, cavabdeh isə onların dəyərini tam ödəməmişdir. Nəticədə ##.##.2022-ci il tarixli müqavilə üzrə 9447,07 manat, ##.##.2023-cü il tarixli müqavilə üzrə isə 6831 manat əsas borc yaranmışdır. Müqavilə şərtlərinə əsasən həmin borclara dəbbə pulu və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik beş faiz gecikmə faizi hesablanmışdır.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən ##.##.2022-ci il tarixli müqavilə üzrə 9 447,07 manat əsas borc, illlik 5% hesablanmış 472,35 manat faiz borcu və 472,35 cərimə borci olmaqla cəmi 10 391,77 manat, ##.##.2023-cü il tarixli müqavilə üzrə isə 6 831 manat əsas borc, illlik 5% hesablanmış 341, 55 manat faiz borcu və 341,55 manat cərimə borcu olmaqla cəmi 7 514,10 manat, həmçinin ödənilmiş 325 manat hüquqi yardım xərci və 143,72 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, mallar cavabdehə təhvil verilmiş, onların dəyəri tam ödənilməmiş, bu hal elektron qaimələr və üzləşmə aktı ilə təsdiq olunur. Buna görə əsas borc və dəbbə pulu hissəsində iddia tam təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin 466.1ci maddəsini tətbiq edərək gecikmə faizlərinin tutulmasına dair tələbi yalnız faizin dəbbə pulu ilə əhatə olunmayan hissəsində təmin etmişdir.

11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin iddia ərizəsində göstərilən həcmdə icra edilib-edilməməsinin dəqiqləşdirilməsi üçün zəruri araşdırma aparmamışdır. Halbuki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış müqavilələr üzrə ödənişlərin iddia ərizəsində göstərilən məbləğlərdən artıq olduğu bildirilmişdir. Bundan əlavə, məhkəmə əsas borca hesablanmış dəbbə pulunun tutulmasına dair nəticəyə gəlmiş, lakin həmin məbləğin hansı qaydada hesablandığı iş materiallarında əsaslandırılmamış və sübutlarla təsdiq olunmamışdır. Dəbbə pulunun düzgün hesablanması xüsusi bilik tələb etdiyindən, bu halın aydınlaşdırılması üçün məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda, bu tədbir görülməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, həqiqətə nail olmaq üçün zəruri prosessual tədbirləri həyata keçirməmişdir. Nəticədə cavabdehin hüquqlarını pozan əsassız və qanunsuz məhkəmə aktı qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

17. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ... Maddə 466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə uyğun olaraq qətnamənin əsaslılığını iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından görünür ki, tərəflər arasında səki və döşəmə daşlarının alqısatqısına

24. dair ##.##.2022 və ##.##.2023-cü il tarixli müqavilələr bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması və müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə edilməsi məqsədilə təqdim olunması nəzərə alınmaqla, tərəflər arasında yaranmış hüquq münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir.

25. Müqavilələrin icrası çərçivəsində iddiaçı malları cavabdehə təhvil vermiş, onların dəyərinin ödənilməsi məqsədilə ümumi məbləği 16 620,09 manat təşkil edən elektron qaiməfakturalar təqdim etmişdir. Tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli üzləşmə aktı ilə cavabdehin iddiaçıya 16 278,07 manat məbləğində borcu olduğu təsdiq edilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin iddia ərizəsində göstərilən həcmdə icra edilibedilməməsinin

26. müəyyən edilməsi üçün zəruri araşdırma aparmadığını, etdiyi ödənişlərin iddia ərizəsində göstərilən məbləğdən artıq olmasına baxmayaraq bu halın nəzərə alınmadığını, dəbbə pulunun tutulması barədə nəticəyə gəlsə də, onun hansı qaydada hesablandığını əsaslandırmadığını, habelə dəbbə pulunun düzgün hesablanmasının xüsusi bilik tələb etməsinə baxmayaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyini bildirmişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ##.##.2024-cü il tarixli üzləşmə aktı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış yazılı sənəd olmaqla qarşılıqlı hesablaşmaların nəticəsini əks etdirir. Cavabdeh həmin aktın iradə qüsuru ilə imzalandığını, səlahiyyətsiz şəxs tərəfindən rəsmiləşdirildiyini və ya aktda göstərilən hesablaşmaların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, cavabdehin sonradan yalnız etiraz xarakterli izahat verməsi həmin sənədin sübut əhəmiyyətini aradan qaldırmır.

28. Həmçinin cavabdeh apellyasiya şikayətində iddia ərizəsində göstərilən məbləğdən artıq ödəniş etdiyini bildirmişdir. Mülki prosessual qanunvericiliyin sübutetmə yükünə dair müddəlarına uyğun olaraq, ödəniş edilməsinə istinad edən tərəf həmin halı sübut etmək yükünü daşıyır. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.

29. Kollegiya apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin müvafiq şərtlərinə əsasən, alıcı tərəfindən təqdim edilmiş malların dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi halda, hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmalıdır. Iş materiallarında olan elektron qaimə-fakturaların tarixləri, əsas borcun məbləği və iddia ərizəsinin verildiyi tarix nəzərə alınmaqla aparılan hesablamadan görünür ki, müqavilə şərtlərinə əsasən hesablanmalı dəbbə pulunun ümumi məbləği təxminən 13 800 manat təşkil edir. Bununla belə, iddiaçı müqavilə üzrə hesablana biləcək tam dəbbə pulunun deyil, cəmi 813,90 manat dəbbə pulunun tutulmasını tələb etmişdir. Cavabdehin dəbbə pulunun hesablanmasının düzgün aparılmaması barədə ümumi xarakterli dəlili isə iş materialları ilə təsdiq olunmur. Cavabdeh hesablamanın hansı elektron qaimə-faktura üzrə, hansı tarixdən və hansı məbləğə münasibətdə yanlış aparıldığını konkret şəkildə əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübut da təqdim etməmişdir.

30. Kollegiya həmçinin şikayətin borcun gecikdirilməsinə görə faizlərin tutulmasının əsassız olması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə pul öhdəliyinin müəyyən edilmiş müddətdə icra edilmədiyi iş materialları ilə təsdiq olunur. Elektron qaimə-fakturaların tarixləri, əsas borcun məbləği və iddia ərizəsinin verildiyi tarix nəzərə alınmaqla aparılan hesablamadan görünür ki, MM-in 445.7-ci maddəsinə əsasən hesablanmalı gecikmə faizinin məbləği də təxminən 1900 manat olmaqla, iddiaçı tərəfindən tələb edilən məbləğdən çoxdur. Buna baxmayaraq, iddiaçı ##.##.2022-ci il tarixli müqavilə üzrə 944,70 manat, ##.##.2023-cü il tarixli müqavilə üzrə isə 683,10 manat olmaqla, ümumilikdə 1 627,80 manat faiz tələb etmişdir.

31. Birinci instansiya məhkəməsi müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun hüquqi mahiyyətini və MM-in 466.1-ci maddəsinin tələblərini düzgün nəzərə alaraq, dəbbə pulu ilə əhatə olunan hissədə MM-in 445.7-ci maddəsinə əsasən faiz tələbini təmin etməmiş, yalnız dəbbə pulu ilə əhatə olunmayan hissədə faiz tələbini təmin etmişdir.

32. Kollegiya həmçinin cavabdehin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olması barədə dəlilini də əsaslı hesab etmir. MPM-in 97.1-ci maddəsinə əsasən ekspertiza xüsusi bilik tələb olunan hallarda təyin edilir. Hazırkı işdə isə dəbbə pulunun və faizlərin hesablanması üçün zəruri olan bütün məlumatlar – elektron qaiməfakturaların tarixləri, borcun məbləği, ödəniş müddəti və müqavilədə nəzərdə tutulmuş hesablanma qaydası iş materiallarında mövcuddur. Belə hesablamanın aparılması xüsusi bilik deyil, mövcud sənədlərə müqavilə şərtlərinin tətbiqi yolu ilə həyata keçirilən adi arifmetik əməliyyatdır. Cavabdeh də ekspertiza keçirilməsini zəruri edən hər hansı konkret halı və ya mövcud hesablamanın yanlışlığını göstərən sübut təqdim etməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar