Məhkəmə qərarları › İş №e-2-2(3-6)-672/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-672/2026

13.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-672/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, Cavab deh cavabdeh1nin iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ASC (Kreditor) və cavabdeh1 (Borc alan) arasında imzalanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1, 2.3 və 2.4-cü bəndlərinə əsasən müqaviləyə əsasən Kreditor Borcalana Əsas vəsaitin artırılması məqsədilə 30 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12.750 ABŞ dolları məbləğində kredit verir.

2. 2.5-ci bəndə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 60 (altmış) faiz dərəcəsilə,aylıq isə 5.00 (beş) faiz dərəcəsilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödə nilir. cavabdeh1 ilə bağlanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 12 750 ABŞ dolları olan illik faiz dərəcəsi 30% olan kredit üzrə cavabdeh1 ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixinə qədər hər ayın 18-i olmaqla 609.30 ABŞ dolları, sonuncu ay 609.20 ABŞ dolları ödəməlidir.

3. İddiaçı ASC (Kreditor) və cavabdeh1 və cavabdeh2 (Zamin) arasında imzalanmış *********/ZM nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 330003248 N-li ##.##.2014-cü tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir.

4. Müqavilənin 2.1-2.3-cü bəndlərinə əsasən zaminliklə təmin edilmiş öhdəlik illik 30 faizlə 30 ay müddətinə verilmiş 12 750 USD kredit məbləğidir. ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair ## #### 2015-ci il tarixli ** nömrəli Əlavə Sazişin 2.1-ci bəndinə əsasən müqavilədə kreditorun borclana 12 750 ABŞ dolları məbləğdə verdiyi kreditin qalığın məbləği 10348,45 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti ##.##.2017-ci il tarixinədək təyin olunur.

5. 330003248 hesabı üzrə ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 10348,45 ABŞ dolları olan illik faiz dərəcəsi 30% olan kredit üzrə cavabdeh1 ##.##.2015-ci il tarixdən ##.##.2017ci il tarixinə qədər hər ayın 15-16-sı olmaqla 464.23 ABŞ dolları, sonuncu ay 456.29 ABŞ dolları ödəməlidir. ********* saylı ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ## #### 2015-ci il tarixli ** nömrəli Əlavə Sazişə əsasən kreditorun borclana 12 750 ABŞ dolları məbləğdə verdiyi kreditin qalığın məbləği 10348,45 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti ##.##.2017-ci il tarixinədək təyin olunur. İddiaçı ASC və cavabdeh1 (Borclu) arasında imzalanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə ## ###### 2015-ci il tarixli * nömrəli Əlavə Sazişdən görünür ki, kreditorun borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8.870,61 (səkkiz min səkkiz yüz yetmiş ABŞ dolları 61 sent) ABŞ dolları təşkil edir. Kreditin müddət 48 (qırx səkkiz) ay təyin edilir.

6. cavabdeh1 ilə bağlanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə ## ###### 2015-ci il tarixli * nömrəli Əlavə Sazişə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 8.870,61 ABŞ dolları olan illik faiz dərəcəsi 30 % olan kredit üzrə cavabdeh1 ##.##.2015-ci il tarixdən ##.##.2019-cu il tarixinə qədər hər ayın 25i olmaqla 319.40 ABŞ dolları, sonuncu ay 319.34 ABŞ dolları ödəməlidir.

7. ********* saylı ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə ## ###### 2015-ci il tarixli * nömrəli Əlavə Sazişə əsasən kreditorun borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8.870,61 ABŞ dolları təşkil edir. Kreditin müddət 48 ay təyin edilir.

8. ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə ## #### 2017-ci il tarixli ** nömrəli Əlavə Sazişinin 1.1-ci bəndinə əsasən kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 14395.39 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir.

9. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 8671.31 USD əsas borc, 3921.31 USD faiz borcu və 1802.77 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 (səkkiz) faiz təşkil edir. 1.3-cü bəndə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikinde nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 20121,29 (iyirmi min bir yüz iyirmi bir ABŞ dolları 29 sent) ABŞ dolları- bundan 8523,28 ABŞ dolları əsas, 3263,73 ABŞ dolları faiz, 7125,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1208,32 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 192,62 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir .

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə “dövriyyə vəsaiti” məqsədi ilə 30 (otuz) ay müddətinə illik 30 (otuz) faiz dərəcəsi ilə 12750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh2 ilə Bank arasında *********/ZM nömrəli ##.##.2014- cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra, həmin Kredit müqaviləsinə ## #### 2015-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditorun Borcalana 12750 ABŞ dolları verdiyi kreditin qalıq məbləği 10348,45 ABŞ dolları təşkil edir. Kreditin müddəti ##.##.2017-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə ## ###### 2015-ci il tarixdə * nömrəli Əlavə Saziş bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 8870,61 ABŞ dolları təşkil edir. Kreditin müddət 48 (qırx səkkiz) ay təyin edilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə ## #### 2017-ci il tarixdə ** nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14395,39 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **-*/*-Ə- **-****/**** saylı ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər.

12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 470.1, 472.2, 474.2, 465, 739.1-ci maddələrinə istinad olunmuşdur.

13. İddiaçı ASC (Kreditor) və cavabdeh1 və cavabdeh2 (Zamin) arasında imzalanmış ## #### 2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə Əlavə Sazişin 2.2-ci bəndinə əsasən Zamin(lər) bu Əlavə Sazişi imzalamaqla ********* saylı, ##.##.2014- cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, ** saylı, ##.##.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir.

14. ##.##.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə 12 750 ABŞ dolları iddiaçıdan almışdır.

15. İddiaçı ASC-nin ## ### 2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh1 07 May 2025-ci il tarixinə banka olan əsas borcu 8523,28 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 3263,73 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirilməsinə görə cərimə məbləği 7125,96 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 1208,32 ABŞ dolları olmaqla, cəmi borcu 20121,29 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, */**** saylı ekspert rəyində qeyd olunmuşdur ki, ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsində və ##.##.2017-ci il tarixli ** saylı Əlavə Sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: ##.##.2022-ci il (müqavilə müddəti tarixinə) borcu 11.688,87 ABŞ dolları: əsas borc üzrə 8548,66 ABŞ dolları, faiz borcu üzrə 3140,21 ABŞ dolları, ##.##.2025-ci il (sualda göstərilən tarixə) borcu 12.878,56 ABŞ dolları: əsas borc üzrə 8548,66, faiz borcu üzrə 3140,21 ABŞ dolları, illik 5 faiz hesablanmaqla faiz borcu 1189,69 ABŞ dolları Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. ##.##.2025-ci il tarixli, ************ nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 192,62 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etmiş, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1208,32 ABŞ dolları AR MM-nin 445.7ci maddəsinə əsasən tələb edir. Maliyyə arayışında da məbləğ gecikdirilmiş vaxt üçün illik 5% məbləğinə əsasən hesablanmışdır.

18. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qismən- yəni əsas borcu qəbul edir. Devalivasiyadan sonra restrukturizasiya edildi və 10 000 manatdan aşağı borc güzəştə düşməli idi, lakin güzəşt edilmədi. Borc düzgün hesablanmamışdır. Faizlər artıq olaraq hesablanmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, cavabdeh2 tanışıdır, hazırda xaricdədir və qayıtmaq fikri yoxdur.

19. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 8523 (səkkiz min beş yüz iyirmi üç) ABŞ dolları 28 (iyirmi səkkiz) sent əsas borc, 3140 (üç min bir yüz qırx) ABŞ dolları 21 (iyirmi bir) sent faiz borcu, 400 (dörd yüz) ABŞ dolları cərimə, illik 5% ilə hesablanmış 1189 (bir min bir yüz səksən doqquz) ABŞ dolları 69 (altmış doqquz) sent faiz olmaqla cəmi 13253 (on üç min iki yüz əlli üç) ABŞ dolları 18 (on səkkiz) sent borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 157 (bir yüz əlli yeddi) manat 60 (altmış) qəpiyinin əvəzi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə–mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 66 manatı cavabdeh cavabdeh1, 34 manatı isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.

20. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia üzrə 3 illik idda müddəti ötürülmüşdür. Borc məhkəməyə verilənədək tərəfindən xeyli pul ödənilmişdir. Əqd vacib yanılmanın təsiri altından bağlanmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

26. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

30. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

31. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

33. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. 739-cu maddəsinin ##.##.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır

35. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

36. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

37. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ********* saylı ##.##.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 30 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 12.750 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra həmin kredit müqaviləsinə dəyişiklik edilməsinə dair ## #### 2015-ci il tarixdə ** nömrəli Əlavə Saziş, ## ###### 2015-ci il tarixli * nömrəli Əlavə Saziş və ## #### 2017-ci il tarixli ** nömrəli Əlavə Saziş imzalanmış, sonuncu sazişə əsasən cavabdeh1 illik faiz dərəcəsi 8% olmaqla ##.##.2022-ci il tarixədək restruktizasiya edildikdən sonra 14 395.39 ABŞ dolları məbləğində kredit qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin edilməsi üçün İddiaçı ASC ilə cavabdeh1 və cavabdeh2 arasında *********/ZM nömrəli ##.##.2014-cü il tarixli zaminlik müqaviləsi və ## #### 2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış, zaminlər borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır.

44. Bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət ##.##.2022-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.

46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin ötürüldüyünə dair mövqeyi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsassızdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi ##.##.20225-ci il tarixdən hesablandığından iddia müddətinin sonu ##.##.2025-ci il olsada iddiaçı tərəfindən iddia tələbinə dair ərizə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

47. Göründüyü kimi iddiaçı iddia müddəti bitməmiş məhkəməyə müraciət etmişdir.

48. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir.

49. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).

50. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).

51. Apellyator şikayətin dəlillərində əqdi vacib yanılmanın təsiri altından bağladığını qeyd etsə də, kollegiya bildirmək istəyir ki, birinci instasniya məhkəməsində icraat zamanı cavabdeh cavabdeh1 izahatından görünür ki, iddianı qismən, əsas borc hissəsində qəbul etmişdir.

52. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh, əqdlərin(kredit müqavilələrinin) bağlanmasında şüurlu iştirak etmiş, uzun müddət əqdlərin hüquqi nəticələrindən faydalanmış, sonradan isə yalnız öz mənafei naminə əvvəlki davranışlarına zidd mövqe tutmuşlar. (pul vəsaitlərindən istifadə etmiş, müəyyən müddət ödənişlər həyata keçirmiş).Belə davranış vicdanlılıq prinsipinə və mülki hüquqların həyata keçirilməsi zamanı hüquqdan sui-istifadənin yolverilməzliyi tələbinə ziddir.

53. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik digər prinsiplərlə yanaşı, həm də “ziddiyyətli davranışın yolverilməzliyi” (venire contra factum proprium) və “heç kəs öz qanunsuz davranışından üstünlük əldə edə bilməz” (nemo auditur propriam turpitudinem allegans) prinsiplərinə əsaslanır.

54. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar