Məhkəmə qərarları › İş №e-2-2(3-6)-674/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-674/2026

14.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-674/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X13 və X12 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının qanuni təmsilçisi nümayəndə3 iştirakları ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. AR Dövlət Neft Şirkəti Cavabdeh Istehsalat Birliyi Layihə-Konstruktor Bürosunun 2011-ci il tarixli işçi layihəsinin (Zaqatala rayonu, Makov kəndi ərazisində yerləşən Quşçuluq təsərrüfatının qazlaşdırılması Sifariş 7-1904-11) 3-cü bəndinə əsasən işçi layihədə qaz təchizatı mənbəyi olaraq Dx300mm-lik mövcud orta təzyiqli qaz kəməri qəbul edilir. 5-ci bəndinə əsasən layihələndirilən orta təzyiqli qaz kəməri öz başlanğıcını Dx300mm-lik yerüstündən qaz kəmərindən götürür. Layihələndirilən qaz kəmərlərinin üzərində siyirtmənin quraşdırılması yerüstü nəzərdə tutulmuşdur. Layihələndirilən qaz kəmərləri kəməri 1,2m dərinlikdə, mailliyi 2% az olmamaqla çəkilir və metaldan polietilen boruya keçid quraşdırılır və qaz kəməri 110 mm-lik polietilen boru ilə davam etdirilir. Qazın təzyiqini orta təzyiqdən aşağı təzyiqə salınaraq və təzyiqi sabit saxlamaq üçün layihədə qaz tənzimləyicinin quraşdırılması. Qaz kəmərinin təmiri və yoxlanması üçün yeraltından çıxışda bağlayıcı armatur qoyulur.

2. Zaqatala rayonu, Makov kəndi ərazisində yerləşən quşçuluq təsərrüfatının təbii qaz yanacağına olan tələbatının təmin edilməsi ilə əlaqədar Cavabdeh İB tərəfindən ##.##.2011ci il tarixli **** nömrəli texniki şərt verilmişdir.

3. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Istehsalat Birliyi arasında imzalanmış ##.##.2018-ci il tarixli, ASX-Zaqatala/*-** saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

4. Qeyri-əhali qaz sayğacının çıxarılması haqqında 2019-cu il tarixli, SS N **/1640- *****-* nömrəli aktda qeyd olunmuşdur ki, Cavabdeh İB-nin SOCAR******************X***** saylı ##.##.2019-cu il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Zaqatala rayon Xidmət sahəsinin ərazisində yerləşən xxxx MMC-nin qaz xətti üzərində quraşdırılmış G100 markalı ******** nömrəli turbin tipli "Elster" qaz sayğacı ##.##.2019-cu il tarixində xətdən çıxarılmış (Forma-2 N99014504), ##.##.2019-cu il tarixində Metrologiya Departamentinin X16 texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq mövcuddur. 2. ##.##.2019-##.##.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.88 bar, korreksiya olunmuş maksimal qaz həcmi 53 m korreksiya olunmamış qaz həcmı 40 m³ qeyda alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V: mexaniki göstəricidən 8691 m² çoxdur. Yoxlamanın nəticəsi: Minimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya tələb olunur.

5. AR Energetika Nazirliyi X9 X8 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## #### 2021-ci il tarixli, **/**Q-**** nömrəli “müraciətin araşdırılması barədə” aktda qeyd olunmuşdur ki, İddiaçı MMC X4 İstismarı İdarəsinin abonent bazasında 25470********** (qaz sayğacı G-4) və 25470********** (qaz sayğacı G-***) saylı kodlarla sənaye obyekti kimi qeydiyyatdadır. İddiaçı MMC-nin istehlak etdiyi qaz sərfinin ölçülməsi X2 Stansiyasında və müəssisənin girişində quraşdırılmış müvafiq olaraq G-100 və G-4 markalı qaz sayğacları ilə aparılır. 1. Maqov QPS-də quraşdırılan qaz sayğacı: G-100 markalı, zavod Ns 75018691, göstricisi: elektron işləmir, mexaniki- 0383983,9, Plomblar: Xüsusi- 10005043, fləns- 10026225, 10025280, Sayğac qutusuzdur və qaz xəttində qaz tənzimləyicidən əvvəl quraşdırılmışdır. 2. Müəssisənin girişində quraşdırılmış qaz sayğacı: G-4 markalı, zavod N° 10320434 göstəricisi 22596, plomblar: xüsusi- 02995856 qayka birləşməsi- 03015383, Müəssisənin qaz xəttindəki G-100 markalı qaz sayğacından əvvəl, kollektorda qazın təzyiqi 0,6 atm, qaz tənzimləyicidən sonra müəssisəyə gedən qaz xəttində qazın təzyiqi 0,5 atm-dır. Müraciətçi nümayəndə3 bildirildi ki, araşdırma üçün zəruri olan məlumatların təqdim olunması ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib. Araşdırma başa çatdırıldıqdan sonra nəticəsinə dair ona rəsmi məlumat veriləcəkdir.

6. AR Energetika Nazirliyi X9 X8 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2021-ci il tarixli “müraciətlərin araşdırılması barədə” məktubda qeyd olunmuşdur ki, layihəyə uyğun olaraq birləşmə nöqtəsində, qaz xəttinin üzərində, qazın axım istiqamətində qaz tənzimləyici və qaz sayğacı (G-100) quraşdırıldığı halda, sonradan naməlum səbəbdən qaz paylayıcısının nümayəndələri tərəfindən texniki şərtin və layihənin tələbləri pozularaq qaz xətti üzərində qaz tənzimləyicinin yeri dəyişdirilərək qaz sayğacından sonra quraşdırılmışdır. “xxxx” MMC-nin qaz xətti üzərində, X2raşdırılmış G-100 markalı, ******** nömrəli qaz sayğacı ##.##.2019-cu il tarixdə xətdən çıxarılaraq növbəti dövlət yoxlanılmasına göndərilmiş, lakin ##.##.2021-ci il tarixədək yerinə quraşdırılmamışdır. ##.##.2019-cu il tarixdə müvəqqəti quraşdırılmış G-100 markalı qaz sayğacının zavod nömrəsi (sayğacın üzərində oxunmur) qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 9014505, 9016347(yerində xidmət barədə) nömrəli aktlarda və Cavabdeh İstehsalat Birliyinin AGİS proqramında 75018691 kimi qeyd olunmuşdur. Müvəqqəti quraşdırılmış ******** nömrəli qaz sayğacının istismara yararlığı haqqında Zaqatala RQİİ tərəfindən ##.##.2020-ci il tarixli **/****-*****/* nömrəli arayış təqdim edilmişdir. Yeri dəyişdirilmiş qaz tənzimləyicinin layihə əsasında quraşdırılması üçün Zaqatala RQİİ-yə ## ##.2021-ci il tarixli **/**Q-*** nömrəli göstəriş verilmişdir. Eyni zamanda sayğacla bağlı qeyd olunan uyğunsuzluqlara aydınlıq gətirilməsi, dövlət yoxlanılmasından keçirilmiş, yararlı vəziyyətdə olan G-100 markalı, ******** nömrəli qaz sayğacını istehlakçıya rəsmi xəbərdarlıq edilməklə yerinə quraşdırılması, istismarda olan G-10U markalı ******** nömrəli qaz sayğacının istehlakçının iştirakı ilə dövlət yoxlanılmasından keçirilməsi ilə bağlı Cavabdeh İB-yə ##.##.2021-ci il tarixli, AERA-**-**-***/** nömrəli məktub göndərilmişdir. Bundan sonra ##.##.2021-ci il tarixdə Cavabdeh IB-yə məxsus müvəqqəti quraşdırılmış G-100 markalı qaz sayğacı müəssisənin qaz xəttinin üzərindən açılaraq çıxarılmış və qutuya qoyulub plomblanaraq istehlakçının iştirakı ilə yoxlanılması üçün Metrologiya Departamentınə göndərilmiş, çıxarılmış sayğacın əvəzinə G-100 markalı ******** nömrəli qaz sayğacı quraşdırılmış, ##.##.2021-ci il tarixdə isə layihəyə uyğun olaraq tənzimləyici sayğacdan əvvələ quraşdırılmışdır. Cavabdeh İB sayğacla bağlı uyğunsuzluqların səbəbini AGIS proqramında sayğacın nömrəsinin səhvən 75018 691 kimi qeyd edilməsi ilə izah etmişdir. Sayğacın çıxarılmasına dair ##.##.2021-ci il tarixli aktda isə sayğacın nömrəsi 75018891 kimi qeyd edilmişdir.

7. Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış müraciətə baxılması barədə ## ###### 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ##.##.2019-cu il tarixdə istifadələrində olan Elster G-100 TRZ EK-220 markalı, ******** nömrəli qaz sayğacı növbəti Dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış əvəzinə müvəqqəti Elster G-100 RVG EK-90 markalı, ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına ##.##.2019-cu il tarixdə Metrologiya Departamentinin X16 baxış keçirilmiş və minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, həmçinin yeni batareyanın tələb olunduğu aşkar olundu. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı Zaqatala RQII tərəfindən onlara məktub ünvanlanmış və tərəflərindən lazımi tədbirlər görülmüşdür. Dövlət yoxlamasında olan qaz sayğacı yararlı vəziyyətə gətirilmiş və yenidən qaz xəttinin üzərinə quraşdırılması yaxın vaxtlarda təmin ediləcəkdir. Ərizədə qeyd etdikləri digər məsələ ilə bağlı bildirirlər ki, dövlət yoxlamasında olan Elster G100 TRZ EK-220 markalı, ******** nömrəli qaz sayğacı yenidən istifadəyə verildikdə, müvəqqəti quraşdırılmış Elster G- 100 RVG EK-90 markalı, ******** nömrəli qaz sayğacı təkrar olaraq növbədənkənar dövlət yoxlamasına göndəriləcəkdir. İstismarda olan müvəqqəti sayğac çıxarıldığı tarixdən sonra 3 gün müddətində iştirakları təmin edildiyi halda sayğaca onların iştirakıilə laboratoriya şəraitində baxış keçiriləcəkdir. Əks halda iştirakları olmadan sayğacın laboratoriya şəraitində müayinəsi aparılacaqdır. Laboratoriyanın rəyinə əsasən qanunla nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcəkdir.

8. Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış müraciətə baxılması barədə ## ###### 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Zaqatala rayonu, Makov kəndi ərazisində yerləşən "xxxx" MMC-nin qaz xətti üzərində istismarda olan G-100 markalı ******** nömrəli qaz sayğacı ##.##.2019-cu il tarixində növbəti Dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və əvəzinə G-100 markalı ******** nömrəli müvəqqəti qaz sayğacı quraşdırılaraq 2021-ci ilin aprel ayına kimi müəssisədə istehlak edilmiş qaz sərfinin hesabatı qeyd edilən sayğacla aparılmışdır. ##.##.2021-ci il tarixində yenidən G-100 markalı ******** nömrəli müvəqqəti qaz sayğacı çıxarılmış, müəssisəyə məxsus G-100 markalı ******** nömrəli qaz sayğacı yerinə quraşdırılmışdır. Müəyyən edildi ki, abonent 2021-ci ilin dekabr ayında hesabında yaranmış borcdan 2294,70 manat ödəniş etmiş və hazırda ##.##.2022-ci il tarixinə təbii qazdan istifadəyə görə 486,10 manat debitor borcu mövcuddur. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinin tələblərine əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

9. Cavabdeh Istehsalat Birliyi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış müraciətə baxılmanın nəticəsi haqqında ## #### 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, müəssisənin istifadəsində olan Elster G-100 TRZ EK220 markalı, ******** nömrəli qaz sayğacı ##.##.2019-cu il tarixdə növbəti Dövlət yoxlamasına göndərilməsi üçün istismardan çıxarılmış, əvəzinə müvəqqəti Elster G-100 RVG EK-90 markalı, ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına ##.##.2019-cu il tarixdə Metrologiya Departamentinin X16 baxış keçirilmiş və minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, həmçinin yeni batareyanın tələb olunduğu aşkar olunmuşdur. Qeyd edilən çatışmazlıqlar qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfinizdən aradan qaldırıldıqdan sonra ##.##.2021-ci il tarixdə yerinə quraşdırılmışdır. ##.##.2021-ci il tarixdə istismardan çıxarılmış müvəqqəti quraşdırılmış qaz sayğacına ##.##.2022-ci il tarixində Metrologiya Departamentinin X16 baxış keçirilmiş və baxış zamanı xətaların normaya uyğun olduğu müəyyən edilmişdir. İstifadələrində olmuş hər iki qaz sayğacının Dövlət Yoxlaması zamanı qaz sayğacında hər hansı artıq hesablanmış qaz sərfi aşkar edilmədiyi üçün, müraciətlərində qeyd olunan “xxxx” MMC-yə artıq hesablanmış sərfiyyatın müəyyən edilməsi və MMC-yə geri qaytarılması mümkün deyil.

10. ##.##.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən tipi Elster, markası G-100, zavod nömrəsi 20097874 olan sayğac çıxarılmışdır.

11. “X7 Mərkəzi” MMC-nin ## #### 2025-ci il tarixli, YDQMN 099- ***/**** nömrəli hesabatının nəticə hissəsində qeyd olunmuşdur ki, aparılmış hesablamalar nəticəsində müəyyən olunmuşdur ki, 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər şirkət tərəfindən ödədiyi qaz məbləği, əks klapanın quraşdırılmaması səbəb olduğu yanlış hesablamalar nəticəsində çoxalaraq artıq ödənişlərə səbəb olmuşdur, bununla da artıq sərfiyat üzrə 487300 kubmetr olmaqla 57230 manat məbləğində artıq ödənişlər müəyyən edilmişdir.

12. X9 X8 ##.##.2025-ci il tarixdə verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı MMC-nin qaz təchizatında quraşdırılmalı olan əks klapan hansı texniki-funksional rol oynayır və bu qurğunun sistemdə mövcud olmaması qaz sərfiyyatına hansı formada təsir göstərə bilər, qaz sərfiyyatının artmasına və ya azalmasına səbəb ola bilərmi? - Əks klapan maye və qaz axınının yalnız bir istiqamətdə hərəkətinə icazə verən bir cihazdır. Onun əsas funksiyası axının geri dönməsinin qarşısını almaqdır. “xxxx” MMC-nin qazlaşdırılmasına dair 7-1904- 11 sifariş nömrəli layihədə əks klapanın quraşdırılması nəzərdə tutulmamışdır. Həmçinin bir mənbədən qazı qəbul edən tikinti obyektlərinə əks klapanın quraşdırılmasına ehtiyac yoxdur. Həmin layihə üzrə qaz sayğacından əvvəl qazın təzyiqinin azaldılması və təzyiqin verilmiş səviyyədə saxlanılması üçün RDBK1-100 tipli təzyiq tənzimləyicisi nəzərdə tutulmuşdur. Təzyiq tənzimləyicisində tənzimləyici klapan mövcuddur. Əks klapanın mövcud olmaması qaz sərfiyyatına təsir göstərmir və qaz sərfiyyatının artmasına və ya azalmasına səbəb ola bilməz. Əgər əks klapan quraşdırılmamışdırsa, o halda 1376 metr məsafədə yerləşən quruducu qurğu söndürüldükdən sonra sıxılmış qazın geri axını baş verə bilərmi? Bu hal baş verərsə, həmin qaz axını sayğacın göstəricilərinə təsir edərək sərfiyyatın süni şəkildə artmasına səbəb ola bilərmi? -Təzyiq tənzimləyicisində tənzimləyici klapan olduğundan istehlakçı qaz qurğusunu işə saldıqda təzyiq tənzimləyicisindəki “pilot”un komandasına əsasən tənzimləyici klapan qazı buraxır, qaz qurğusu söndürüldükdə tənzimləyici klapan avtomatik qazı dayandırır. Eyni zamanda təzyiq tənzimləyicisinin çıxışındakı təzyiq onun girişindəki təzyiqdən kiçik olur. Bu səbəblərdən kənar (geri) istiqamətə qaz axını baş verə bilməz və sərfiyyatın süni şəkildə artmasına səbəb ola bilməz. İddiaçı MMC-nin qaz xəttində olan sayğac normalara görə düzgün yerdə quraşdırılmışdırmı? - Qaz sayğacının İddiaçı MMC-nin balans sərhədindən 1376 metr məsafədə yerləşməsi qaz itkisinə və ya əlavə sərfiyyata səbəb ola bilərmi? Əgər ola bilərsə, buna səbəb olan texniki hallar və bu səbəblərin mütəmadi və ya təsadüfi xarakter daşıyıb-daşımadığı müəyyən edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş, “Qazdan istifadə Qaydaları”nın 4.1–ci bəndinin tələblərinə uyğun olaraq Cavabdeh İstehsalat Birliyinin ## ###### 2011 -ci il tarixli, **** nömrəli qaz təchizatı üçün texniki şərti əsasında hazırlanmış 7-1904-11 sifariş nömrəli layihə əsasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün G-100 markalı qaz sayğacı quraşdırılmışdır. Qaydaların 1.2-ci bəndinin 7-ci abzasına əsasən qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi balans mənsubiyyəti sərhədidir. Qaz sayğacının İddiaçı MMC-nin balans mənsubiyyəti sərhədindən deyil, onun ərazisindən 1376 metr məsafədə yerləşməsi qazın itkisinə və ya əlavə sərfiyyata səbəb ola bilməz. Bu yalnız İddiaçı MMC-nin balansında olan PE-110 mm-lik, yeraltı, orta təzyiqli, 1376 metr uzunluğunda qaz xəttində baş vermiş qəza nəticəsində yaranmış qaz sızmasına görə baş verə bilər. Bu isə təsadüfi xarakter daşıyır. Belə halların baş verməməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 199-cu il 21 iyun tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında Mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalan”nın 7.44-cü və 7.45-ci bəndlərinin tələblərinə uyğun olaraq qaz xəttinin mülkiyyətçisi tərəfindən qaz xətti dövri olaraq yoxlanmalı və qaz xəttinin kipliyə sınağı beş ildə bir dəfədən az olmayaraq aparılmalıdır. 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər olan dövrdəki aylıq qaz sərfiyyat göstəriciləri ilə 2021-ci ilin aprelindən sonrakı aylarda eyni şəraitdə qeydə alınmış aylıq sərfiyyat göstəriciləri arasında fərq mövcuddurmu? Əgər fərq varsa, bu fərqin yaranma səbəbləri texniki cəhətdən nə ilə izah oluna bilər? -2012-ci ildən 2021-ci ilin aprel ayına qədər olan dövrdəki aylıq qaz sərfiyyat göstəriciləri ilə 2021-ci ilin aprelindən sonrakı aylarda qeydə alınmış aylıq sərfiyyat göstəriciləri arasında fərq mövcuddur. Abonent saldosunun təhlilindən görünür ki, 2021-ci ilin iyun ayından aylıq qaz sərfiyyatı azalmış, 2021-ci ilin iyul, avqust, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, iyul, avqust, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, iyul, avqust, sentyabr, oktyabr, noyabr, 2024-cü ilin yanvar fevral, iyun, iyul, avqust, oktyabr, noyabr, dekabr, 2025-ci ilin yanvar, fevral, mart, aprel, may aylarında ümumilikdə 32 ay müəssisənin hesabında qaz sərfi sıfıra bərabər olmuşdur. Digər tərəfdən 2022-ci ilin aprel, may, iyun, sentyabr, oktyabr aylarında ümumilikdə 24180 m3 qaz sərfi olduğu halda 2020-ci ilin eyni aylarında qaz sərfi 21190 m3 olmuşdur. Göründüyü kimi 2022ci ilin dörd aylıq qaz sərfiyyatı 2020-ci ilin müvafiq dörd ayındakı sərfiyyatdan çox olmuşdur. İddiaçı MMC-nin istifadəsində olan G100 TRZ EK-220 markalı ******** nömrəli, Elestr G-100 RVG EK-90 markalı ******** nömrəli (əvəzedici) qaz sayğaclarının təyin olunmuş müddətlərdə dövlət yoxlamasından keçirilməsini nəzərə alsaq qeyd edilən dövrlərdə aylıq sərfiyyat göstəricilərindəki fərq müəssisənin tam gücü ilə işləməməsi ilə və fəaliyyətindəki fasilələrlə bağlı ola bilər.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli, **/**** nömrəli rəyində qeyd edilmişdir ki, qərardadın birinci sualı üzrə tədqiqatın nəticəsi: Əks klapanlar konstruktiv quruluşuna və öz funksional təyinatlarına görə qazın bir istiqamətdə axmasını təmin etmək (əks axının mümkünlüyünü istisna etmək) və geri yanmanın (flashback), yəni yanma prosesində alovun boru boyunca geriyə keçə bilmək təhlükəsini aradan qaldırmaq üçün tətbiq edilir. Xüsusilə, iki fərqli qaz sistemlərinin birləşdiyi hallarda, qazların bir sistemdən digərinə keçməsinin qarçısını almaq üçün əks klapanlar istifadə edilir. Buna görə də bir mənbədən qidalanan qaz avadanlıqlarının təchizat xətlərində əks klapanların quraşdırılması texniki baxımdan əhəmiyyət kəsb etmir. Əks klapanın olub-olmaması qaz sərfiyyatı baxımdan heç bir əhəmiyyət kəsb etmir və sərfiyyata təsir göstərmir. Qərardadın ikinci və beşinci sualları üzrə. qazla işləyən qurğulardan əvvəl xəttdə təzyiq atmosfer təzyiqindən yuxarı, işlədicinin forsunkasından sonra isə təzyiq atmosfer təzyiqi olduğu üçün qaz axını bir istiqamətdə, yəni sayğacdan işlədiciyə yönəlmiş istiqamətdə axır və əks axının baş verməsi mövcud şəraitdə maye və qazların hərəkət qanunlarına əsasən mümkün deyil. Qərardadın üçüncü sualı üzrə. “Qaz təchizatı. Layihələndirmə normaları” AzDTN 2.13-1-in tələblərinə görə (bənd 8.15) qaz sərfini qeyd etmək üçün cihazlar (qaz sayğacı) QTM-də və ya qazladırılan otaqlarda yerləşdirilə bilər. Qaz sayğacının İddiaçı MMC-nin balans sərhəddindən aralı (1376 metr məsafədə) yerləşməsi, qaz xətlərinin kipliyi təmin edildiyi şəraitdə, metan qazının fiziki-kimyəvi xassələri baxımından qaz itkisinə və ya əlavə səfiyyata səbəb ola bilməz. Bu hal yalnız qaz xətlərində, birləşmə yerlərində kipliyin pozulması ilə əlaqədar ola bilər. Qərardadın dördüncü və altıncı sualları üzrə: Qərardadın bu sualları xüsusi bilik tələb etmadivinəve əks klapanın qaz sərfiyyatına təsiri istisna edildiyinə görə, bu suallar üzrə tədqiqat aparılmadı.

14. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Metrologiya İnstitutu” X1 tərəfindən məhkəməyə ünvanlanmış ## ####### 2025-ci il tarixli “Müraciətin cavablandırılması barədə” məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi tərəfindən İddiaçı MMC-yə məxsus qaz sayğaclarının ekspertizası üzrə məhkəmə mühəndistexniki ekspertizasının keçirilməsi barədə # ####### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli (daxilolma qeydiyyatı: ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** nömrəli) müraciətə “Azərbaycan Metrologiya İnstitutu” X1 tabeliyindəki “xxxx” MMC-də aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirmək istəyirlər ki, qərardadda iddiaçı qaz istehlakçısı İddiaçı MMC-nin qaz təchizatı kəmərində istismar edilən qaz sayğacının nömrəsi qeyd edilməmişdir. Cavabdeh İB-nin ##.##.2022-ci il tarixli ******* nömrəli “Yerində xidmət” aktına əsasən, sayğacın mexaniki hissəsinin G100 markalı, ******** nömrəli, elektron hissəsinin EK-220 markalı ******* nömrəli olduğu müəyyən edilmişdir. Sözügedən sayğacın elektron hissəsinin yaddaşında aylıq göstəricilər 24 aylıq, gündəlik göstəricilər 17 aylıq müddəti əhatə edir. G-100 markalı, ******** nömrəli qaz sayğacı 2024-2025-ci illər ərzində “xxxx” MMC-yə dövlət yoxlamasına təqdim edilməmişdir. Əks klapan (biryollu klapan) maye və ya qaz axınının yalnız bir istiqamətdə hərəkətinə icazə verən, axının geri qayıtmasının qarşısını alan bir mexanizmdir. Klapanın əsas funksiyası sistemdə axının əks istiqamətdə hərəkət etməsinin qarşısını almaqdır. Onun işləməsi üçün xarici qüvvəyə ehtiyac yoxdur və o, yalnız axın təzyiqinə reaksiya verir. Klapanın açılması üçün giriş tərəfdəki təzyiq çıxış tərəfdəkindən yüksək olmalıdır (qaz avadanlıqları işə düşdükdə normal sərfiyyat yarandığı halda). Əksinə, təzyiq çıxış tərəfdə yüksək olduqda klapan bağlanır və axının geri qayıtmasının qarşısını alır. Əks klapan quraşdırılmayan kəmərdə, sayğacdan keçən qaz həcminin geri dönməsi halı baş verərsə, sayğacın mexaniki göstəriciləri (mexanizmin geri hərəkət etdiyi səbəbdən) azalacaq, lakin elektron göstəricilərdə artma qeydə alınacaq (süni sərfiyyat). Bu səbəblə sayğacın mexaniki və elektron (Vm, Vmt) korreksiya olunmamış göstəriciləri arasında fərq yarana bilər. Odur ki, qaz xəttində quraşdırılan armaturlar (vintel, klapan və s.) Cavabdeh İB tərəfindən lahiyə üzrə təsdiqlənir. Bu səbəbdən digər sualları “xxxx” MMC tərəfindən cavablandırmaq mümkün deyil.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “13” fevral 2026-cı il tarixli, **/** nömrəli rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Qərardadın birinci sualı üzrə. Tədqiqatin Nəticəsi: Əks klapanlar konstruktiv quruluşuna və öz funksional təyinatlarına görə qazın (mayenin) bir istiqamətdə axmasını təmin etmək (əks axının mümkünlüyünü istisna etmək) üçün tətbiq edilir. İki fərqli mənbədən qidalanan qaz xətlərində, dairəvi sxemlərdə qazın bir sistemdən digərinə keçməsinin qarçısını almaq üçün əks klapanlar istifadə edilir. Buna görə də bir mənbədən qidalanan qaz avadanlıqlarının təchizat xətlərində əks klapanların quraşdırılması texniki baxımdan əhəmiyyət kəsb etmir. Əks klapanın olub-olmaması normal istismar rejimlərində qaz sərfiyyatına texniki baxımdan heç bir təsir göstərmir. Qərardadın ikinci sualı üzrə. Nasos-kompressor stansiyalarından paylayıcı qaz şəbəkəsinə müəyyən təzyiq altında vurulan qaz artıq (atmosfer təzyiqindən yuxarı) təzyiq altında olduğu üçün qaz axını bir istiqamətdə, yəni sayğacdan işlədiciyə yönəlmiş istiqamətdə axır və əks axının baş verməsi, normal istismar rejimi (qazın təzyiqinin işçi diapazonda saxlanılması) təmin edildiyi şəraitdə maye və qazların hərəkət qanunlarına əsasən, mümkün deyil. Bununla belə, hər hansı bir neqativ hal səbəbindən qazın əks istiqamətdə, yəni sayğacın çıxışından girişinə doğru axdığı halda, videogörüntüdən də göründüyü kimi, mexaniki sayğac göstəricilərinin azalması (hesabat mexanizminin əks istiqamətdə fırlanması) halı istisna edilmir. Belə olan halda, yəni hər hansı neqativ hal (məsələn, qazpaylayıcı stansiyada kollektorda təzyiqin kəskin düşməsi, sayğacdan əvvəl xəttdə qəza halının baş verməsi, təzyiq altında olan başqa xəttə qoşulma və s. kimi) səbəbindən qazın əks istiqamətdə axınının mümkün olduğu şəraitdə, qaz xətti üzərində əks klapanın quraşdırılması qazın əks istiqamətdə axınının qarşısını almaqla sayğacın düzgün sxem üzrə işləməsini təmin etmiş olar. Bununla belə, qeyd edilən neqativ halların mövcud olub-olmamasına və mümkünlüyünə məhkəmə tərəfindən qiymət venlə bilər. Qərardadın üçüncü sualı üzrə. Ekspertizanin Nömrəsi: 10/71 TARİXİ: ## ###### 2026-cı il "Qaz təchizatı. Layihələndirmə normaları" AzDTN 2.13-1-in tələblərinə görə (bənd 8.15) qaz sərfini qeyd etmək üçün cihazlar (qaz sayğacı) QTM-də və ya qazladırılan otaqlarda yerləşdirilə bilər. Qaz sayğacının İddiaçı MMC-nin balans sərhəddindən aralı (1376 metr məsafədə) yerləşməsi, qaz xətlərinin kipliyi və normal istismar rejimi (qazın təzyiqinin işçi diapazonda saxlanılması) təmin edildiyi şəraitdə, metan qazının fiziki-kimyəvi xassələri baxımından qaz itkisinə və ya əlavə səffiyyata səbəb ola bilməz. Bu hal yalnız qaz xətlərində, birləşmə yerlərində kipliyin pozulması ilə əlaqədar ola bilər. Qərardadın dördüncü və beşinci sualları üzrə. Qərardadın dördüncü və beşinci sualları xüsusi bilik tələb etmədiyinə və ekspertin səlahiyyət dairəsinə aid olmadığına görə, bu suallar üzrə tədqiqat aparılmadı.

16. X9 X8 mütəxəssis rəyində qeyd olunmuşdur ki, 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər olan dövrdəki aylıq qaz sərfiyyatı düzgün hesablanmışdırmı? Əgər düzgün hesablanmamışdırsa sərfiyyat fərqi nə qədərdir? İddiaçı MMC-nin qaz təchizatına görə hesablaşmaları onun qaz xəttində quraşdırılmış G-4 və G-100 markalı qaz sayğaclarına əsasən aparılır. 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər olan dövrdəki (2012-ci ilin fevral və 2017-ci ilin aprel ayı istisna olmaqla) aylıq qaz sərfiyyatı mövcud sayğacların göstəricilərinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının ##.##.2009-cu il tarixli, * nömrəli, ##.##.2013-cü il tarixli, ** nömrəli, ##.##.2016-cı il tarixli, ** nömrəli qərarlarına uyğun hesablanmışdır. Abonent saldosunun təhlilindən görünür ki, qalıq və aktlar qrafasında 2012-ci ilin fevral ayında 1129,40 manat, 2017-ci ilin aprel ayında 957,20 manat məbləğ abonent hesabına işlənmişdir. ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək G-100 markalı qaz sayğacının hesablama mexanizmi işləmədiyindən həmin günlərin hesabatı qaz paylayıcısının və abonentin razılığına əsasən orta günlük sərfiyyata uyğun (957,20 manat) hesablanmışdır. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri ilə ziddiyyət təşkil etmir. 2012-ci ilin fevral ayında abonent hesabına işlənmiş 1129,40 manat məbləğin hesabatına dair müvafiq sənədlər qaz paylayıcı tərəfindən təqdim edilmədiyindən həmin hesabat barədə münasibət bildirilməsi mümkün olmamışdır.

17. Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “cavabdehdən təbii qazdan istifadə edilməsinə görə yaranmış 616,91 manat əsas borcun və 40 manat ödənilmiş rüsumun məcburi qaydada tutulması tələbinə dair iddia ərizəsi təmin edilərək İddiaçı MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 616,91 manat borc və 40 manat mediasiya rüsumunun tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir.

18. Abunə kodu 25470********** olan abonent saldosundan görünür ki, “xxxx” MMC istehlak edilmiş qaza görə qaz sərfi 2012-ci il ərzində 280981 m3, 2013-cü il ərzində 485906 m3, 2014-cü il ərzində 273226 m3, 2015-ci il ərzində 151818 m3, 2016-cı il ərzində 92732 m3, 2017-ci il ərzində 96725 m3, 2018-ci il ərzində 95453 m3, 2019-cu il ərzində 106573 m3, 2020-ci il ərzində 33473 m3, 2021-ci il ərzində 27739 m3, 2022-ci il ərzində 24180 m3, 2023cü il ərzində 9792 m3, 2024-cü il ərzində 10933 m3 olmuşdur.

19. Abunə kodu 25470********** olan abonent saldosundan görünür ki, “xxxx” MMC istehlak edilmiş qaza görə qaz sərfi 2012-ci il ərzində 0, 2013-cü il ərzində 963 m3, 2014-cü il ərzində 1450 m3, 2015-ci il ərzində 2923 m3, 2016-cı il ərzində 2540m3, 2017-ci il ərzində 2573 m3, 2018-ci il ərzində 5493 m3, 2019-cu il ərzində 7424 m3, 2020- ci il ərzində 4607 m3, 2021-ci il ərzində 7471 m3, 2022-ci il ərzində 6772 m3, 2023-cü il ərzində 6748 m3, 2024-cü il ərzində 8157 m3 olmuşdur.

20. ##.##.2025-ci il tarixli, ******** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 265 manat dövlət rüsumu ödənilmişdir.

21. Ekspert rəylərinin “ekspertiza xərclərinə dair bildiriş” hissəsindən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 102 manat, 102 manat olmaqla, 204 manat təşkil edir.

22. Təqdim edilmiş CD diskdə olan video görüntüdə iddiaçının direktoru broylerin ərazisinə gedən qaz xəttinin qaz paylayıcı stansiyasında hansı quruluşda olduğunu, qaz tənzimləyici, filterlər, əks klapanın yerləşmə yerlərini izah edir. Həmçinin flaşkartda olan video görüntüdə cavabdhein əməkdaşlarının iddiaçıya məxsus sayğacı əvəzlədikləri görünür.

23. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Qaz təchizatı. Layihələndirmə normaları” 2.13-1 AzDTN-nın 7.14-cü bəndində göstərilmiş QTM və QTQ-də, həmçinin QTS-də qaz avadanlıqlarının quraşdırılması ardıcıllığına əsasən, ümumi qaz kollektorundan (birləşmə nöqtəsindən) sonra ilk növbədə qaz təzyiq tənzimləyicisinin, daha sonra isə qaz sərfini ölçən cihazın (qaz sayğacının) quraşdırılması nəzərdə tutulmuşdur. Materiallarla təqdim edilmiş Cavabdeh İstehsalat Birliyi Layihə- Konstruktor Bürosunun 2011-ci il tarixli işçi layihəsindən (“Zaqatala rayonu, Makov kəndi ərazisində yerləşən Quşçuluq təsərrüfatının qazlaşdırılması”, sifariş № *-1904-11) göründüyü kimi, təbii qazın təzyiqinin orta təzyiqdən aşağı təzyiqə endirilməsi və sabit saxlanılması məqsədilə layihədə RDBK-100 markalı qaz tənzimləyicisinin quraşdırılması nəzərdə tutulmuşdur. Qaz təzyiq tənzimləyicisinin qaz sayğacından əvvəl quraşdırılması qaz sayğacına daxil olan qazın təzyiqinin onun texniki göstəricilərində və parametrlərində nəzərdə tutulmuş hədlərdə sabit saxlanılmasını təmin edir. Əksinə, qaz sayğacının qaz təzyiq tənzimləyicisindən əvvəl quraşdırılması həmin sayğacdan onun texniki göstəricilərində və parametrlərində nəzərdə tutulmayan dəyişkən (sabit olmayan) təzyiqli qazın keçməsinə və bunun nəticəsində sayğacın normadan artıq xətalarla işləməsinə, qaz sərfiyyatının düzgün hesablanmamasına və müvafiq şəraitdə süni sərfiyyatın yaranmasına səbəb ola bilər. Eyni zamanda o da göstərilmişdir ki, qaz xəttində (qaz şəbəkəsində) hər hansı neqativ hal məsələn, qazpaylayıcı stansiyada kollektorda təzyiqin kəskin düşməsi, sayğacdan əvvəlki qaz xəttində qəza vəziyyətinin yaranması, təzyiq altında olan digər qaz xəttinə qoşulma və s. nəticəsində qazın əks istiqamətdə, yəni sayğacın çıxışından girişinə doğru axması baş verdikdə, qaz sayğacının mexaniki göstəriciləri azala, elektron göstəricilərində isə artım qeydə alına bilər. Bu hal müvafiq şəraitdə süni sərfiyyatın yaranmasına səbəb ola bilər. Qaz sayğacının İddiaçı MMC-nin balans sərhədindən 1376 metr məsafədə yerləşməsi isə qaz xəttinin kipliyi və normal istismar rejimi, yəni qaz təzyiqinin işçi diapazonda saxlanılması təmin edildiyi halda, öz-özlüyündə qaz itkisinə və ya əlavə sərfiyyata səbəb ola bilməz. Qaz itkisi və ya əlavə sərfiyyat təzyiq rejiminin pozulması nəticəsində əks axının yaranmasının, o cümlədən birləşmə yerlərinin kipliyinin pozulması ilə əlaqədardır. Birinci instansiya məhkəməsindəki icraat:

24. İddiaçı İddiaçı MM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əks klapanın quraşdırılmaması səbəbindən artıq sərfiyyat üzrə ödənilmiş 57 230 manat, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, müstəqil ekspertə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 58.050 manat pul vəsaitinin cavabdeh Cavabdeh İstehsalat Birliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Zaqatala rayonu, Makov kəndində kənd təsərüfatının mühüm sahələrindən olan toyuq istehsalı və satışı ilə məşğul olur. MMC-nin işinin təmin olunmasında təbii qazın xüsusi rolu vardır. Bu səbəbdən də MMC-yə məxsus quşçuluq fabrikində mütəmadi olaraq qazdan istifadə olunur. Müəssisənin qaz sərfiyyatını ölçən Elster G-100 TRZ EK-220 tipli sayğacına əks klapanın quraşdırılmaması istehlak edilən qazın real göstəricilərinin düzgün hesablanmamasına səbəb olmuşdur. 2021-ci ilin aprel ayında əks klapan quraşdırıldıqdan sonra müəssisənin qaz sərfiyyatında ciddi azalma müşahidə edilmişdir. Əks klapan quraşdırıldıqdan sonra ilkin vaxtlarda qaz sərfiyyatında azalmanın səbəbini anlaya bilmirdilər. Lakin azalma davam etdikdən sonra düşündülər ki, bu azalmanın səbəbi əks klapanın quraşdırılmasıdır. Bu azalma, müəssisənin istehsalat prosesində heç bir dəyişikliyin olmamasına baxmayaraq, əvvəlki illərə nisbətən qaz sərfiyyatının əhəmiyyətli dərəcədə fərqləndiyini göstərmişdir. Belə ki, müəssisədə istifadə edilən avadanlıqların sayı, onların işləmə müddəti və gücü eyni qalmasına baxmayaraq, yeni dövrdə sərfiyyatın əvvəlki göstəricilərdən əhəmiyyətli dərəcədə az olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin istifadəsində olan qaz sayğacına əks klapanın quraşdırılmasına qədər və quraşdırıldıqdan sonra təbii qaz sərfiyyatında yaranan fərqin müəyyən edilməsi, həmçinin 2012-ci ildən 2021-ci ilin may ayına qədər olan dövrdə artıq hesablanmış sərfiyyat hissəsinin təyin olunaraq, bunun nəticəsində artıq ödənilmiş məbləğin müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya verilmiş hüquqi şəxs olan müstəqil ekspert “X7 Mərkəzi” MMC tərəfindən tədqiqat aparılaraq müəyyən olundu ki, 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər ödənilən qaz məbləği əks klapanın quraşdırılmamasının səbəb olduğu yalnış hesablamalar nəticəsində çoxalaraq artıq ödənişlərə səbəb olmuş, bununla da artıq sərfiyyat üzrə 487 300 kubmetr olmaqla 57 230 manat məbləğində artıq ödənişlər edilmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilərək əks klapanın quraşdırılmaması səbəbindən artıq sərfiyyat üzrə ödənilmiş 57230 manat pulun 3 gün ərzində ödənilməsi, əks təqdirdə hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məsələnin həlli istiqamətində heç bir addım atmamışdır.

26. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 17.1, 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad olunmuşdur.

27. Cavabdeh tərəf məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh İstehsalat Birliyinə qarşı tələbi aşağdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, İddiaçı MMC qeyri-əhali qaz istehlakçısı kimi abonent bazasında qeydiyyata alınmaqla 2012-ci ildən təbii qazla təmin edilmişdir. İstehlak edilmiş təbii qazın uçotunun aparılması üçün isə müəssisənin ünvanında hazırda G4 markalı ******** nömrəli (sayğac üzrə hesabat 25470********** saylı abonent kodu ilə aparılır) və G-100 TRZ EK-220 markalı ******** nömrəli (sayğac üzrə hesabat 25470********** saylı abonent kodu ilə aparılır) istismar edilir. İddiaçının mübahisələndirdiyi 25470********** saylı hesab üzrə qeydiyyatda olan G-100 TRZ EK220 markalı ******** saylı qaz sayğacı ##.##.2019-cu il tarixdə növbəti dövlət yoxlamasına göndərilməsi üçün istismardan çıxarılmış, əvəzinə isə müvəqqəti olaraq Elestr G-100 markalı RVG EK-90 markalı ******** nömrəli sayğac quraşdırılmışdır. İstismardan çıxarılmış qaz sayğacına Metrologiya Departamentinin X16 baxış keçirilmiş və minimal sərfiyyatda xətanın normaya uyğun olmadığı, həmçinin batereya tələb olunduğu aşkar olunmuşdur. Sözügedən çatışmazlıqlar iddiaçı müəssisə tərəfindən aradan qaldırıldıqdan sonra ##.##.2021-ci il tarixdə ünvanda yenidən quraşdırılmışdır. Əvvəlki tarixdə quraşdırılmış müvəqqəti sayğaca ##.##.2022-ci il tarixdə X16 baxış keçirilmiş, baxış zamanı xətaların normaya uyğun olduğu, korrektor və impuls ötürücünün tələb olunduğu bildirilmişdir. Beləliklə iddiaçı təşkilatın istismarında olmuş hər iki sayğacda dövlət yoxlaması zamanı hər hansı artıq hesablanmış qaz sərfi müəyyən edilməmişdir. Bundan əlavə müəssisənin istismarında olmuş qaz sayğacları mübahisələndirdiyi hesab 25470********** saylı hesab üzrə 2012- ci il ərzində 280981 m3, 2013-cü il ərzində 485906 m3, 2014-cü il ərzində 273226 m3, 2015- ci il ərzində 151818 m3, 2016-cı il ərzində 92732 m3, 2017-ci il ərzində 96725 m3, 2018-ci il ərzində 95453 m3, 2019-cu il ərzində 106573 m3, 2020-ci il ərzində 33473 m3, 2021-ci il ərzində 27739 m3, 2022-ci il ərzində 24180 m3, 2023-cü il ərzində 9792 m3, 2024-cü il ərzində 10933 m3 olmuşdur. İddia ərizəsindən də göründüyü kimi tərəfin mübahisəsi qaz sərfinin 2021-ci ilin birinci rübündən etibarən azalması və əvvəlki dövrdə olan sərfiyyatın sonrakı dövrlə müqayisədə həddən artıq çox olmasıdır. Bununla əlaqədar olaraq bildirir ki, birinci növbədə sayğaclar dövlət yoxlamasından keçirilərkən qaz sərfiyyatının qeydiyyata alınması ilə bağlı hər hansı çatışmazlıq olmamışdır. İkinci növbədə sərfiyyatın iddia olunan dövrdən sonra az olması ilə bağlı qeyd edir ki, abonentin saldosuna diqqət edilən zaman iddia olunan dövrdən əvvəlki vaxtlarda illər üzrə hər ay qaz sərfi qeydiyyata alınmış, iddia olunan dövrdən sonrakı zamanda isə konkret desək 2021-ci ilin iyun ayından etibarən uzun müddət müəssisə fasilələrlə fəaliyyət göstərdiyindən hər ay qaz sərfi az qeydiyyata alınmış və ya ümumiyyətlə sərf qeydə alınmamışdır. Belə ki, müəssisənin hesabında 2021-ci ilin iyul, avqust, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, iyul, avqust, noyabr, dekabr, 2023- cü ilin yanvar, fevral, mart, iyul, avqust, sentyabr, oktyabr, noyabr, 2024-cü ilin yanvar, fevral, iyun ayından 2025-ci ilin aprel ayınadək, ümumilikdə 31 ay müəssisənin hesabında qaz sərfi sıfıra bərabərdir. Belə bir vəziyyətdə isə iddiaçının iddia etdiyi 2021-ci ilin əvvəli müəssisənin tam gücü ilə işlədiyi zamanla qeydiyyata alınan qaz sərfi ilə 2021-ci ildə müəssisənin hərdən bir fəaliyyət göstərdiyi dövrdə qeydə alınan qaz sərfinin müqayisə olunması və bu müqayisə nəticəsində sayğacın əvvəlki dövrdə nasaz işləməsi kimi qeyd etdikləri tamamilə əsassızdır. Digər tərəfdən qeyd olunan dövrdən əvvəlki ilə sonrakı zaman kəsiyində qaz sərfinin fərqlənməsi müəssisənin sırf istehsal gücü ilə bağlı olmuş və bu abonent saldosunda da öz təsdiqini tapmaqdadır. Digər tərəfdən müəssisənin hesabında qaz sərfinin qeydiyyata alındığı 2022-ci illin aprel, may, iyun, sentyabr, oktyabr aylarında ümumilikdə 24180 m3 qaz sərfi olduğu halda iddiaçının mübahisələndirdiyi dövrdən olan 2020-ci ilin eyni aylarında 21190 m3 qaz sərfi qeydə alınmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirmədiyi dövrdə belə qaz sərfi onun mübahisələndirdiyi dövrlə müqayisədə daha çoxdur. Bundan əlavə hazırda İddiaçı MMC-nin mübahisələndirdiyi məsələ ilə bağlı əvvəlki tarixdə olan müraciəti əsasında X9 Agentliyi Şəki filialı tərəfindən araşdırma aparılmış və araşdırmanın nəticələrinə dair ##.##.2021-ci il tarixli **/**Q-**** nömrəli müvafiq akt tərtib edilmiş, daha sonra EMTA Şəki filialı tərəfə müraciətin nəticələrinə dair ##.##.2021-ci il tarixli AERA-**-**-**-***/** saylı məktub ünvanlamışdır. Sözügedən sənədləşmlərdə qaz sayğacının qaz tənzimləyicidən əvvəl quraşdırılması səbəbi onun qaz sərfini daha çox qeydiyyata alınması heç bir halda öz əsasını tapmamışdır və aparılmış yoxlamaya aid tərəfin etirazı ilə bağlı heç bir qeyd mövcud deyildir. Bütün bunların fonunda iddiaçı tərəfin müraciəti əsasında birtərəfli qaydada X7 Mərkəzi MMCnin verdiyi ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən iş materiallarında və iddiaçı tərəfin ərizə və izahatlarında qaz tənzimləyicinin sayğacdan sonra nə vaxt və kim tərəfindən quraşdırılması qeyri-müəyyəndir və bu qeyri-müəyyənliyin olduğu bir vəziyyətdə ekspertizanın əvvəlinin 2012-ci ildən aparılması belə yanlış olmuşdur. Həmçinin ekzpertiza aparılarkən abonent saldosu üzrə mübahisəli dövrlə sonrakı dövr arasında aparılan müqayisə obyektiv aparılmamış və bununla bağlı aylar üzrə hesabat yuxarıda qeyd edilmişdir. Bundan başqa nə iş materiallarında, nə ekspertizada qaz tənzimləyicinin sayğacdan sonra olması sayğacın iş prinsipini pozması və sərfi çox yazmasına səbəbiyyət verilməsi sübut olunmur. Bundan əvvəl Cavabdeh İstehsalat Birliyi hazırkı iddiaçı İddiaçı MMC-yə qarşı 616.91 manat borcun tutulması ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Sözgügedən kommersiya işində İddiaçı MMC tərəfindən hazırkı tələblə bağlı və ya borcla bağlı hər hansı mübahisələndirmə olmamış və çıxarılmış məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Bu səbəbdən İddiaçı MMC-nin Şəki Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-**/**** saylı qətnaməsindən əvvəlki dövrə münasibətdə hər hansı tələbinin olması mülki prossesual qanunverciliyin tələblərinə əsasən yolverilməzdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin Cavabdeh İstehsalat Birliyinə qarşı pul tələbinə dair tələbi əsassız olduğundan təmin olunmamalıdır.

28. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilmiş, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 204 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və ekspert rəylərini məcmu halında qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. İşin hallarından müəyyən olunub ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsası kimi 2012-ci ildən 2021-ci ilin aprel ayınadək dövrdə qaz sayğacında əks klapanın quraşdırılmaması və sayğacın obyektin balans mənsubiyyəti sərhədindən aralı məsafədə yerləşdirilməsi səbəbindən qaz sərfiyyatının artıq hesablandığı və bunun nəticəsində artıq ödənişlərin həyata keçirildiyi göstərilmişdir . Məhkəmə qeyd edib ki, mübahisənin düzgün həlli üçün əsas məsələ göstərilən halların qaz sərfiyyatına təsir edibetməməsinin və iddia edilən artıq sərfiyyat ilə bu hallar arasında səbəb-nəticə əlaqəsinin mövcud olub-olmamasının müəyyən edilməsindən ibarətdir. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertizalarının nəticələrindən müəyyən olunub ki, əks klapanın olmaması normal istismar şəraitində qaz sərfiyyatına təsir göstərmir və sərfiyyatın artmasına səbəb ola bilməz. Həmin rəylərdə göstərilmişdir ki, qaz axını fiziki qanunauyğunluqlara uyğun olaraq bir istiqamətdə – sayğacdan istehlakçıya doğru baş verir və əks axının yaranması yalnız qeyriadi, qəza xarakterli hallarda mümkündür. Məhkəmə iş materiallarında olan Azərbaycan Metrologiya İnstitutu X1 ##.##.2025-ci il tarixli məktubuna da münasibət bildirərək qeyd edib ki, həmin rəyə əsasən, əks klapan quraşdırılmayan hallarda qaz axınının geri dönməsi baş verərsə, sayğacın mexaniki göstəricilərində azalma, elektron göstəricilərində isə artım qeydə alına bilər. Lakin məhkəmə hesab edib ki, göstərilən hal ümumi texniki ehtimal kimi qeyd edilmişdir və konkret iş üzrə belə bir halın baş verdiyini təsdiq etmir. Belə ki, iş üzrə ekspert rəyləri ilə müəyyən olunub ki, qaz təchizatı yüksək təzyiqli magistral xətt üzərindən həyata keçirilir və normal istismar şəraitində qaz axını yalnız bir istiqamətdə baş verir. Əks axının yaranması yalnız nadir hallarda, qəza və ya təzyiqin kəskin dəyişməsi kimi qeyri-adi hallarda mümkündür. İş materiallarında mübahisəli dövr ərzində belə halların baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə alıb ki, iddiaçı tərəfindən göstərilən artıq sərfiyyatın uzun müddət ərzində davamlı xarakter daşıdığı iddia olunur. Halbuki, qeyd olunan texniki izahatlara əsasən, qazın əks istiqamətdə axını yalnız epizodik xarakter daşıya bilər və onun uzunmüddətli və sistemli şəkildə baş verməsi texniki baxımdan inandırıcı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə belə qənaətə gəlib ki, Azərbaycan Metrologiya İnstitutu tərəfindən göstərilən ehtimal xarakterli izahatlar konkret iş üzrə iddia edilən artıq sərfiyyatın mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən istinad edilən digər hal – qaz sayğacının obyektin balans mənsubiyyəti sərhədindən təxminən 1376 metr aralıda yerləşdirilməsinə də münasibət bildirərək qeyd edib ki, iş üzrə aparılmış ekspert rəylərinə əsasən, qaz sayğacının belə məsafədə yerləşməsi qaz xəttinin kipliyi təmin olunduğu və normal istismar rejimi mövcud olduğu halda qaz itkisinə və ya əlavə sərfiyyata səbəb ola bilməz . Ekspert rəylərində göstərilmişdir ki, qaz itkisi yalnız qaz xəttində sızma, birləşmə yerlərində kipliyin pozulması və ya qəza halları baş verdikdə mümkündür. Lakin iş materiallarında mübahisəli dövr ərzində bu cür halların baş verməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə hesab edib ki, sayğacın qeyd olunan məsafədə quraşdırılması müvafiq texniki şərtlər və layihə sənədləri əsasında həyata keçirilmişdir və bu hal öz-özlüyündə qaz sərfiyyatının artıq hesablanmasına səbəb kimi qiymətləndirilə bilməz. Məhkəmə iş materiallarında olan “X7 Mərkəzi” MMC tərəfindən hazırlanmış rəyə münasibət bildirərək qeyd edib ki, həmin təşkilat qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmaqla, onun əsas fəaliyyət istiqaməti iqtisadi göstəricilərin müəyyən edilməsi ilə bağlıdır. Təqdim olunmuş rəyin məzmunundan görünüb ki, həmin rəy yalnız iqtisadi hesablamalarla məhdudlaşmayaraq, qaz təchizatı sisteminin texniki xüsusiyyətləri və əks klapanın olmamasının qaz sərfiyyatına təsiri kimi xüsusi mühəndistexniki bilik tələb edən məsələlərə dair nəticələr ehtiva edir. Məhkəmə hesab edib ki, bu cür məsələlərin qiymətləndirilməsi ixtisaslaşmış ekspert qurumlarının səlahiyyətinə aid olmaqla, qiymətləndirmə fəaliyyəti ilə məşğul olan təşkilatın səlahiyyət dairəsindən kənara çıxır. Bu səbəbdən həmin rəy texniki məsələlər üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, qeyd olunan rəy birtərəfli qaydada, yalnız iddiaçının təşəbbüsü ilə əldə edilmiş və iş üzrə aparılmış məhkəmə ekspertizalarının nəticələri ilə ziddiyyət təşkil edir. Bu baxımdan məhkəmə həmin rəyi sübut əhəmiyyətli hesab etmir. İş materiallarından, o cümlədən abonent saldosundan görünüb ki, 2021-ci ilin aprel ayından sonrakı dövrdə qaz sərfiyyatında azalma müşahidə olunmuşdur. Lakin ekspert rəyləri və digər sübutlarla müəyyən olunub ki, bu azalma texniki səbəblərlə deyil, müəssisənin fəaliyyətinin mövsümi xarakter daşıması və istehsal prosesində fasilələrin olması ilə bağlıdır. Belə ki, uzun müddət ərzində müəssisə üzrə “0” sərfiyyat göstəricilərinin qeydə alınması bunu təsdiq edir. Eyni zamanda iş materiallarından müəyyən olunub ki, mübahisəli dövrdə istifadə olunmuş qaz sayğacları müvafiq qaydada dövlət yoxlamasından keçirilmiş və onların işləmə qabiliyyəti ilə bağlı artıq sərfiyyatın qeydə alınmasına səbəb olan nasazlıq aşkar edilməmişdir. Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən irəli sürülən arqumentlər ehtimallara əsaslanır və iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. İddiaçı tərəfindən göstərilən hallar ilə iddia edilən artıq sərfiyyat arasında səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin ödənilməsi üçün zərərin mövcudluğu, hüquqazidd davranış, səbəb-nəticə əlaqəsi və təqsir elementləri birlikdə mövcud olmalıdır. Lakin hazırkı iş üzrə bu elementlərdən, xüsusilə səbəb-nəticə əlaqəsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlib ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edib ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 204 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənməlidir.

30. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddəsinin 1 və 4-cü hissələrinə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 385.1, 442, 443.1, 443.2-ci maddələrinə, ##.##.2026-cı il tarixədək qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 1998-ci il ## #### tarixli ***-IQ nömrəli Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13.8 və 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 4.1, 5.1, 5.2, 5.5-ci bəndlərinə istinad etmişdir.

31. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk olaraq məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın aparılmasından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi imtina etmiş, bundan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məktub formasında ekspert qarşısında qoyulan sualları cavabdehin maraqlarına uyğun olaraq cavablandırmışdır. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis–texniki ekspertizası təyin edilərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır ki, “Azərbaycan Metrologiya İnstitutu” X1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və Azərbaycan Qiymətləndiricilər Palatasının mütəxəssisləri cəlb olunaraq ekspertiza aparılsın. Məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertiza aparılan zaman “Azərbaycan Metrologiya İnstitutu” X1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 və Azərbaycan Qiymətləndiricilər Palatasının mütəxəssisləri cəlb olunmamış, məhkəmə tərəfindən qoyulmuş sualların hamısı cavabdehin xeyrinə cavablandırılmış, həmçinin də həmin rəy "Azərbaycan Metrologiya İnstitutu" X1 ##.##.2025-ci il tarixli Müraciətin cavablandırılması barədə məktubundakı qeyd olunanlar və tərəflərindən təqdim edilmiş “X7 Mərkəzi” MMC-nin hesabatı ilə ziddiyət təşkil edir. İş ekspertizada olan müddətdə “Azərbaycan Metrologiya İnstitutu” X1 məhkəməyə ##.##.2025-ci il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, əks klapan quraşdırılmayan kəmərdə sayğacdan keçən qaz həcminin geri dönməsi halı baş verərsə, sayğacın mexaniki göstəriciləri (mexanizm geri hərəkət etməsi səbəbindən) azalacaq, lakin elektron göstəricilərdə artma qeydə alınacaq (süni sərfiyyat). Bu səbəblə sayğacın mexaniki və elektron (Vm, Vmt) korreksiya olunmamış göstəriciləri arasında fərq yarana bilər. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi də cavabdehin maraqlarına xidmət etdiyindən və işdə olan tərəfimizdən təqdim edilmiş sübutlarla, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” X1 məhkəməyə göndərdiyi ##.##.2025-ci il tarixli cavab məktubu ilə ziddiyyət təşkil etdiyindən iddiaçı tərəfindən verilmiş vəsatət əsasında məhkəmə yenidən məhkəmə-komission mühəndis ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən ##.##.2026-cı il tarixli rəy də işin faktiki hallarına uyğun olmamaqla demək olar ki, qeyri-obyektivdir. Daha doğrusu demək olar sözünü ona görə qeyd edir ki, ekspert ##.##.2026-cı il tarixli rəydə qeyd edir ki, hər hansı bir neqativ hal səbəbindən qazın əks istiqamətdə, yəni sayğacın çıxışından girişinə doğru axdığı halda, video görüntüdən də göründüyü kimi mexaniki sayğac göstəricilərinin azalması halı istisna edilmir. Növbəti absazda ekspert qeyd edir ki, qazın əks istiqamətdə axının mümkün olduğu şəraitdə qaz xətti üzərində əks klapanın quraşdırılması qazın əks istiqamətdə axının qarşısını almaqla sayğacın düzgün sxem üzrə işləməsini təmin etmiş olar. Göründüyü kimi “Azərbaycan Metrologiya İnstitutu” X1 tərəfindən verilən məktubda süni sərfiyyatın olmasının qeyd olunması, tərəfimizdən süni sərfiyyatın baş verməsini əks etdirən video görüntülərin təqdim olunması ekspertləri fakt qarşısında qoymuş və onlar ilkin rəydən fərqli olaraq süni sərfiyyatın olması ehtimalı ilə bağlırəy vermişlər. Lakin ümumilikdə təhlil etdikdə görünür ki, sözügedən rəy də işin faktiki hallarına uyğun olmamaqla qeyri-obyektivdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən rəy qanunsuz və əsassız olduğu üçün MMC-nin direktoru tərəfindən tədqiqat aparılması ilə bağlı “xxxx” MMC-yə müraciət edilmiş, “xxxx” MMC ##.##.2026-cı il tarixdə MMC-nin direktoruna məktub ünvanlayaraq verilmiş tapşırığın mürəkkəbliyi səbəbindən mütəxəssis rəyinin verilməsinin ##.##.2026-cı il tarixə planlaşdırılması bildirilmiş, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə göndərilərək işin ##.##.2026-cı il tarixdən sonraya təxirə salınması xahiş olunmuş, lakin hakim məhkəmə baxış iclasını ##.##.2026-cı il tarixə təyin edərək növbəti mötəbər sübut təqdim etməklərini məhdudlaşdırmışdır. Beləliklə də məhkəmə istər iddiaçı olaraq təqdim etdiyimiz sübutları, istərsə də "Azərbaycan Metrologiya İnstitutu" X1 ##.##.2025-ci il tarixli Müraciətin cavablandırılması barədə məktubundakı qeyd olunanları görməzlikdən gələrək ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə araşdırmasının ilk vaxtlarından hakim cavabdehin maraqlarına uyğun olan mövqe göstərərək iş üzrə təyin olunmuş ekspertizanın keçirilməsindən imtina olunduqdan sonra üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 ekspert qarşısında qoyulmuş sualların hamısını cavabdehin mənafeyinə uyğun cavablandırmış, bundan sonra MMCnin vəkili iş üzrə əlavə mütəxəssis rəyinin əldə olunmasını bildirsə də məhkəmə bununla razılaşmamış, lakin hakim barəsində tərəfimdən dövlət orqanlarına şikayət ediləndən sonra hakim iş növbəti ekspertizanın təyin olunması barədə qərar qəbul etmişdir. Bundan başqa məhkəmə “X7 Mərkəzi” MMC-nin hesabatı ilə bağlı qeyd etmişdir ki, həmin rəy yalnız iqtisadi hesablamalarla məhdudlaşmayaraq, qaz təchizatı sisteminin texniki xüsusiyyətləri və əks klapanın olmamasınınqaz sərfiyyatına təsiri kimi xüsusi mühəndis-texniki bilik tələb edən məsələlərə dair nəticələr ehtiva edir. Məhkəmə hesab edir ki, bu cür məsələlərin qiymətləndirilməsi ixtisaslaşmış ekspert qurumlarının səlahiyyətinə aid olmaqla, qiymətləndirmə fəaliyyəti ilə məşğul olan təşkilatın səlahiyyət dairəsindən kənara çıxır. Bu səbəbdən həmin rəy texniki məsələlər üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd olunan rəyi vermiş mütəxəssis ilk dəfə məhkəmə zalına gəlmiş, ikinci dəfə isə son məhkəmə baxışına gəlmiş, lakin hakim onun izahatını almamışdır. Hazırlıq iclasında mütəxəssisin izahatının alınmaması başa düşüləndir, lakin məhkəmə baxışında hakimin mütəxəssisin izahatını almaması başadüşülən deyildir. Üstəlik də ki, hakim mütəxəssis rəyinin ziddiyyətli olduğunu düşünmüşdür. Vəkilin bildirdiyinə görə son məhkəmə baxışının vaxtını səhv salmış lakin təyin olunmuş vaxtdan yarım saat sonra məhkəməyə çata bilər. Katib isə bildirmişdir ki, cavabdeh tərəf gözləmir, hakim məhkəmə baxışını keçirməkdə qərarlıdır. Lakin izahat vermək üçün məhkəməyə gedən mütəxəssis Həmid müəllimin bildirdiyinə görə məhkəmənin inzibati binasını tərk edərkən təyin olunmuş vaxtdan yarım saat keçməsinə baxmayaraq proses başlamamışdır. Vəkil isə bildirir ki, hər dəfə məhkəmə ən azı 20-30 dəqiqə ilə gecikmə ilə başlayırdı. Hadisələrin gedişatı və hakimin prosesi aparması zamanı hərəkətləri, daha doğrusu mütəxəssis cəlb olunaraq rəy almağı üçün istədiyi vaxtı verməməsi, vəkili son məhkəmə iclasında gözləməməsi, tərəflərindən təqdim olunmuş sübutları təkzib edə bilmədiyi halda onları qəbul etməməsi, son məhkəmə baxşında ekspertiza təyin olunması ilə bağlı vəsatətlərinin təmin etməməsi və bu kimi hallar təsdiq edir ki, hakim iş üzrə obyektiv qərar qəbul etmək fikrində olmamışdır. Ekspertizanın təyin olunması ilə bağlı vəsatətdə aşağıdakı suallar qoyulmuşdur. İddiaçı MMC-nin qaz təchizatında quraşdırılmış elektron və mexaniki sayğaclar arasında kəskin sərfiyyat fərqinin olması(əks klapan quraşdırılmasından asılı deyildirsə) nə ilə izah olunur ? 2. Nəzərə alsaq ki, hazırda MMC-də istifadə olunan qaz sayğacı ilkin sayğac olmaqla bu günədək dəyişdirilməmiş və hər 3 ildən bir laboratoriya yoxlanışından keçmişdirsə qaz sayğacına daxil olan boru xəttində əks klapan quraşdırılandan sonra qaz xəttində quraşdırılmış elektron və mexaniki sayğaclar arasında kəskin sərfiyyat fərqinin olmaması(əks klapan quraşdırılmasından asılı deyildirsə) nə ilə izah olunur ? 3. 2012-ci ildən 2021-ci ilin aprel ayına qədər olan dövrdəki aylıq qaz sərfiyyat göstəriciləri ilə 2021- ci ilin aprelindən sonrakı aylarda eyni şəraitdə qeydə alınmış aylıq sərfiyyat göstəriciləri arasında fərq mövcuddurmu? Əgər fərq varsa, bu fərqin yaranma səbəbləri texniki cəhətdən nə ilə izah oluna bilər? Qeyd olunan suallar cavablandırılmadan iddia tələbinin rədd olunması barədə qətnamə heç bir halda əsaslı və qanuni hesab oluna bilməz. İddiaçı olaraq tərəflərindən iddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, istər iddiaçı olaraq təqdim edilən sübutlarla, istərsə də cavabdehin izahatları və "Azərbaycan Metrologiya İnstitutu" X1 ##.##.2025-ci il tarixli müraciətin cavablandırılması barədə məktubundakı qeyd olunanlar ilə iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. İş üzrə müəyyən edilmiş hallar iddia tələbinin təmin olunması üçün kifayət etsə də, məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddənin tələbini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

34. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, eləcə də iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi

35. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

36. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -439.4-ci maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

37. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

38. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə (borcun hesablandığı dövrdə) qüvvədə olmuş “Qaz təchizatı” haqqında AR Qanunun 13.8-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

39. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: -4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 5.2-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

Apellyasiya baxışının hədləri:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın rədd edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh İB tərəfindən iddiaçı İddiaçı MMC-yə məxsus quşçuluq təsərrüfatının qaz təchizatı üçün ##.##.2011-ci il tarixli **** nömrəli texniki şərt verilmişdir və həmin texniki şərt əsasında obyekt qazlaşdırılmışdır. Bundan sonra iddiaçı ilə cavabdeh arasında ##.##.2018-ci il tarixli ASX- Zaqatala/*-** nömrəli qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya 2012-ci ildən 2021-ci ilin aprel ayınadək sayğac göstəricilərinə əsasən qazdan istifadəyə görə borc hesablanmış və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı 2012-ci ildən 2021-ci ilin aprel ayınadək qaz sayğacında əks klapanın quraşdırılmaması nəticəsində qaz sərfiyyatının faktiki istehlakdan artıq qeydə alınğını və bununla əlaqədar 487.300 kubmetr qaz üzrə 57.230 manat məbləğində artıq ödəniş edildiyini qeyd edərək həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh isə qaz sayğaclarının dövlət yoxlamalarından keçirildiyini və artıq sərfiyyatın müəyyən edilmədiyini, 2021-ci ildən sonrakı sərfiyyatın azalmasının müəssisənin fəaliyyətinin fasiləli xarakteri ilə bağlı olduğunu, əks klapanın və sayğacın yerləşmə məsafəsinin artıq sərfiyyata səbəb olmasının sübuta yetirilmədiyini əsas gətirərək iddiaya etiraz edir.

45. İddiaçının istinad etdiyi faktiki əsaslara əsasən iddianın qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir.

46. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əks klapanın quraşdırılmamasının və qaz sayğacının quraşdırma yerinin qaz sərfiyyatının düzgün qeydiyyata alınmasına təsir edib-etməməsinin müəyyənləşdirilməsi məqsədilə bir neçə mütəxəssis və ekspert rəyləri almışdır. Həmin rəylərlə əks klapanın olmamasının normal istismar şəraitində qaz sərfiyyatına təsir etmədiyi, sayğacın balans sərhədindən 1376 metr məsafədə yerləşməsinin də özlüyündə əlavə sərfiyyata səbəb olmadığı müəyyən edilmişdir. Bununla belə, rəylərdə qəza, təzyiqin kəskin dəyişməsi və digər qeyri-adi hallar zamanı qazın əks istiqamətdə axınının olması və elektron göstəricilərin artıq hesablamasının mümkün ola biləcəyi də göstərilmişdir.

47. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı sözügedən rəylərin mötəbərliyini mübahisələndirsə də, onları şübhə altına alacaq konkret hallara istinad etməmişdir, əksinə iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC tərəfindən verilmiş rəydə də məhkəmə tərəfindən alınmış ekspert və mütəxəssis rəylərində əks olunmuş nəticələr təkrarlanaraq iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların- əks klapanın quraşdırılmamasının və sayğacın balans sərhədində yerləşməməsinin özlüyündə əlavə sərfiyyata və ya qaz itkisinə səbəb olmaması qeyd edilmiş, eyni zamanda da qaz itkisi və ya əlavə sərfiyyatın yalnız qaz xəttində təzyiq rejiminin dəyişməsi nəticəsində əks axının yaranması və ya qaz xəttinin, o cümlədən birləşmə yerlərində kipliyinin pozulması ilə əlaqədar ola bilməsi vurğulanmışdır.

48. Bununla yanaşı iddiaçının apellyasiya şikayətində iddianın əsaslılığını sübuta yetirmək üçün istinad etdiyi “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin ##.##.2025-ci il tarixli məktubunda da eynilə göstərilmişdir ki, əks klapan olmayan kəmərdə qazın geri axını baş verərsə, sayğacın mexaniki göstəriciləri azala, elektron göstəriciləri isə arta bilər ki, bu da süni sərfiyyatın yaranmasına və mexaniki və elektron göstəricilər arasında fərqə səbəb ola bilər.

49. Göründüyü kimi həm yuxarıda göstərilən rəylərdə, həm də məktubda əks klapan quraşdırılmayan boruda yalnız təzyiqin kəskin dəyişməsi və qeyri-adi hallar baş verdikdə qazın əks istiqamətdə axınının yaranmasının və nəticədə süni sərfiyyatın qeydə alınmasının texniki cəhətdən mümkün olması qeyd edilmiş, lakin iddiaçının qaz xəttində mübahisəli dövrdə bu kimi halların (təzyiqin kəskin dəyişməsi və s.) baş verməsi müəyyən edilməmişdir. Eynilə rəylərdə yalnız qaz borusunun kipliyi təmin edilmədiyi halda boruda qaz itkisi yarana biləcəyi göstərilmiş, lakin mübahisəli dövrdə iddiaçının qaz xəttində qəza və ya qazsızma halları da qeydə alınmamışdır.

50. Odur ki, yuxarıda göstərilən rəylər mübahisəli dövrdə əks klapanın quraşdırılması səbəbindən qazın əks istiqamətdə axmasının, eləcə də sayğacının balans sərhədində quraşdırılmaması səbəbindən qaz borusunda qaz itkilərinin baş verməsinin və bunların nəticəsində iddiaçıya artıq sərfiyyatın hesablanmasının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir.

51. İddiaçının sifarişi ilə alınmış “X7 Mərkəzi” MMC-nin ##.##.2025-ci il tarixli hesabatına gəldikdə qeyd edilməlidir ki, həmin hesabatda mütəxəssis iddiaçıya məxsus quşçuluq təsərrüfatının 2021-ci ildən sonrakı orta qaz sərfiyyat göstəriciləri ilə müqayisə aparmaqla 2012-ci ildən 2021-ci ilin aprel ayınadək əks klapanın quraşdırılmaması nəticəsində qaz sərfiyyatının artıq hesablandığı və nəticədə 487.300 m³ qaz üzrə 57.230 manat artıq ödəniş edildiyi barədə nəticəyə gəlmişdir.

52. Bununla bağlı kollegiya birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddiaçının istinad etdiyi mütəxəssis rəyini vermiş təşkilat -“X7 Mərkəzi” MMC qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmaqla, onun əsas fəaliyyət istiqaməti qiymətləndirmə obyektinin dəyərinin müəyyən edilməsi ilə bağlıdır. Təqdim olunmuş rəyin məzmunundan isə müəyyən edilir ki, həmin rəy yalnız iqtisadi hesablamalarla məhdudlaşmayaraq, qaz təchizatı sisteminin texniki xüsusiyyətləri və əks klapanın olmamasının qaz sərfiyyatına təsiri kimi xüsusi mühəndistexniki bilik tələb edən məsələlərə dair nəticələri də ehtiva edir. Bu cür məsələlərin qiymətləndirilməsi ixtisaslaşmış ekspert qurumlarının səlahiyyətinə aid olmaqla, qiymətləndirmə fəaliyyəti ilə məşğul olan təşkilatın səlahiyyət dairəsindən kənara çıxır. Bundan əlavə həmin rəy iddiaçı tərəfindən sifariş edilməklə yanaşı sonuncu tərəfindən birtərəfli qaydada mütəxəssisə təqdim edilmiş məlumatlara (2021-ci ildən sonrakı dövrdə təsərrüfatda olan cücələrin sayı əvvəlki illərlə eyni olması barəə məlumatlara) əsaslanaraq verilmişdir. Bu səbəbdən həmin rəyin mötəbər sübut kimi qəbul edilməsi istisna olunur.

53. Bundan əlavə o da qeyd edilməlidir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərdiyi hallarla yanaşı ona məxsus obyektdə layihəyə əsasən qaztənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmalı olduğu halda sayğacdan sonra quraşdırılmasına, göstərilən halın da əlavə sərfiyyata səbəb ola biləcəyinə, eləcə də sayğacın elektron göstəriciləri ilə mexaniki göstəriciləri arasında fərqlərin mövcud olmasına da istinad etmişdir.

54. Göstərilən dəlillərlə bağlı qeyd edilməlidir ki, qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmalı olduğu halda sayğacdan sonra quraşdırılmasının sayğacın texniki parametrlərinə uyğun olmayan dəyişkən təzyiqli qaz sayğacdan keçdiyi halda sərfiyyatın düzgün qeydə alınmamasına səbəb ola bilməsi mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, hazırkı halda mübahisəli dövrdə cavabdeh tərəfindən iddiaçının qaz xəttinə dəyişkən təzyiqli qazın verilməsi iş materiallarına əsasən təsdiq edilmir, eləcə də belə bir halın baş verməsi fərz edilsə belə, həmin halın hansı həcmdə qazın düzgün qeydə alınmamasına səbəb olmasını müəyyən etmək də qeydri-mümkündür.

55. Sayğacın elektron göstəriciləri ilə mexaniki göstəriciləri arasında fərqlərin mövcud olmasına gəldikdə kollegiya qeyd edir ki. elektron korrektorla işləyən sayğaclarda elektron sayğac göstəriciləri ilə mexaniki göstəricilər arasında fərqlərin mövcudluğu elektron göstəricilərin korrektə edilmiş (normal şəraitə gətirilmiş) qazın həcmini əks etdirməsi ilə bağlı olmaqla sayğacın sərfiyyatı düzgün qeydə almaması anlamına gəlmir.

56. Məhkəmə tərkibi həmçinin cavabdehin etirazının bu dəlili ilə də razılaşır ki, 2021-ci ildən sonrakı dövrdə qaz sərfiyyatının azalmasının müəssisənin fəaliyyətinin fasiləli xarakter daşıması ilə bağlı olduğu abonent saldosundan açıq-aydın görünür. Belə ki, həmin ildən sonra müəyyən aylarda qaz sərfiyyatı 0 kimi qeydə alınmışdır. Bundan əlavə abonent saldosuna əsasən illik qaz sərfiyyatının iddiaçının mübahisələndirdiyi 2020-ci ildə aprel-iyun və sentyabroktyabr aylarında sərfiyyat 21.190 kub metr, 2021-ci il üçün 24866 kub metr olduğu halda klapanlı sayğac quraşdırıldıqdan sonra, yəni 2022-ci ildə ilik sərfiyyat 24180 kub metr təşkil etmişdir. Yəni aylıq sərfiyyatda əhəmiyyətli azalmanın baş verməsi iş materialları ilə təsdiqini tapmır.

57. Beləliklə, iddiaçının artıq hesablanmasını iddia etdiyi məbləğ cavabdeh tərəfindən sayğac göstəricilərinə əsasən hesablanmış borc olduğundan, eləcə də iddiaçı mübahisəli dövrdə ona məxsus obyektə qaz sərfiyyatının düzgün qeydə alınmaması, qazdan istifadəyə görə əsassız borcun hesablanması faktını sübuta yetirə bilmədiyindən, həmin borca görə ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlı deyildir. Odur ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.

58. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Fərrux Qasımov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar