AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№e-2-2(3-6)-679/2026 07.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: icarə müqaviləsi, müqavilə öhdəliyinin pozulması, dəymiş zərərin əvəzinin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil İsmayıl oğlununiştirakıilə İddiaçı MMC-nin “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “icarə haqqının, cərimənin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları
1. İddiaçı MMC (icarəyə verən) ilə “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialı (icarəçi) arasında ##.##.2021-ci il tarixdə AV-***/**** saylı “Uzunmüddətli avtomobil icarəsi müqaviləsi” bağlanmış, müqavilənin 3-cü bəndinə əsasən, razılaşmanın müddəti avtomobilin təhvilverilməgünündən24aymüddətinəmüəyyənedilmişdir.
2. Müqavilənin 3-cü bəndində həmçinin nəzərdə tutulmuşdur ki, əgər icarəçi müqavilə bitdiyi tarixdən sonra avtomobillərdən istifadəni davam etdirirsə, müqavilə növbəti 12 müddətinə uzadılacaq.
3. Müqavilənin 2-ci bəndinə görə, “Mitsubishi Pajero” markalı avtomobil aylıq 1350 manata, “Toyota Prado” markalı avtomobil aylıq 1350 manata, “Mitsubishi L200 Mid 4x4” markalı 2 ədəd avtomobil isə aylıq 1670 (min altı yüz yetmiş) manata icarəçiyə icarəyə verilir, əgər icarəçi vergilərdən azad deyilsə, qiymətlərə 18% ədv əlavə olunacaq, 2 aylıq depozit öncədən icarəçi tərəfindənödənilməlidir.
4. Müqavilənin 5-ci bəndində nəzərdə tutulmuşdur ki, əgər icarəçi icarə müqaviləsini müqavilə imzalandıqdan sonra və ya icarə müddəti bitməmişdən əvvəl birtərəfli qaydada ləğv edərsə və ya razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobillərin bir qismini müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa, icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraqödəyir.
5. Müqavilənin 6.4-cü bəndinə əsasən, icarəçinin təqsirli əməli nəticəsində icarə predmeti olan avtomobilə zərər dəydikdə və/və ya siğortaçı tərəfindən avtomobilə vurulmuş zərər siğorta ödənişi ilə qarşılanmadıqda, avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyəverən qarşısında tamolaraqöhdəlikdaşıyırvəbucürzərərinqarşılığıicarəçitərəfindənödənilir.
6. Müqavilənin 8-ci bəndinə görə, icarəçi yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələricarəyəverəntərəfindənödəniləcəkvəicarəçiyəfakturaediləcəkdir.
7. Müqavilənin 10-cu bəndinə görə, ödəniş aylıq olmaqla, faktura təqdim edildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə, icarəyə verən icarəçiyə illik 12% cərimə tətbiq edəcəkdir. Bütün ödənişlər AZN ilə, Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə nağd və ya icarəyəverəninaşağıdakıbankhesabınabankköçürməsiiləhəyatakeçiriləcəkdir.
8. Müqavilənin 17-ci bəndinə görə, razılaşma Azərbaycan qanunlarına əsasən şərh olunurvəidarəedilir.
9. İcarə müqaviləsinə ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı, ##.##.2022-ci il tarixdə AV-***/**** saylı Əlavələr razılaşdırılmış, icarəyə verilən avtomobillərin modeli, icarə müddəti, illik km. limiti, aylıq icarə haqqı barədə razılığa gəlinmişdir. - ##.##.2022-ci il tarixli AV-105/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1645 manat olmaqla 1 ədəd “Mitsubishi L200 Low 4WD” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-138/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1550 manat olmaqla 1 ədəd “Toyota Prado” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-152/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan 5 ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 2 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-187/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 2 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-192/2022№li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 2050 manat olmaqla 1 ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-220/2022 №li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1720 manat olmaqla 1 ədəd “X1 GLS 2018” markalı avtomobil 24 ay müddətinə icarəçiyə icarəyə verilir.
- ##.##.2022-ci il tarixli AV-224/2022 №li Əlavəyə əsasən, illik sürülmə limiti 50 000 kilometr, aylıq icarə haqqı 1750 manat olmaqla 2 ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə icarəçiyə icarəyə verilir.
10. İcarəyə verən tərəfindən icarəçiyə ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli – 13782,40 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 3799,60 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 623,18 manat məbləğində, ##.##.2024cü il tarixli EBEB ****** nömrəli - 3941,20 manat məbləğində, ##.##.2024-cü il tarixli EBEB ****** nömrəli - 3162,40 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1617,58 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1829,00 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 1829,00 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2405 ******** nömrəli - 3941,20 manat məbləğində, ##.##.2024-cü il tarixli - 64,80 manat məbləğində, ##.##.2024-cüiltarixli,MT2407******** nömrəli - 4246,03 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2407 ******** nömrəli - 1398,49 manat məbləğində, ##.##.2024-cü il tarixli, MT2412 ******** nömrəli -5310,00 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
11. İcarəçi tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən, icarəçi icarəyəverənə ##.##.2025-ciiltarixdə9983,18manat,##.##.2024-cüildə20975,83manatvəsaitödəmişdir.
12. İcarəyə verən tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli qüsur aktına əsasən H****** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PT *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1445 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 2680 manat, ##.##.2024-cü il tarixli qüsur aktına əsasən ** PX *** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 1239 manat, ##.##.2023-cü il tarixli qüsur aktına əsasən H****** saylı nəqliyyat vasitəsinə dəymiş zərər 3220 manattəşkiledir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
13. İddiaçı MMC (iddiaçı) “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 20 744,4 (iyirmi min yeddi yüz qırx dörd manat, qırx qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 38 862,95 (otuz səkkiz min səkkiz yüz altmış iki manat doxsan beş qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 141,8 (yüz qırx bir manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik) olmaqla cəmi 60 372,33 (altmış min üç yüz yetmiş iki manat otuz üç qəpik) manatıncavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
14. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış AV-211/2021 №li ##.##.2021-ci il tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1670 (min altı yüz yettmiş) manat olmaqla 2 (iki) ədəd “Mitsubishi L200 MİD 4x4” markalı, illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1350 (min üç yüzəlli) manat olmaqla 1 (bir) ədəd “Mitsubishi Pajero” və 1 (bir) ədəd “Toyota Prado” markalı avtomobillər 24 ay müddətinə, həmin müqaviləyə edilmiş ##.##.2022-ci il tarixli AV-224/2022 №li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1750 (min yeddi yüz əlli ) manat olmaqla 2 (iki) ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə, ##.##.2022-ci il tarixli AV- 220/2022 №li, ##.##.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1720 (min yeddi yüz iyirmi) manat olmaqla 1 (bir) ədəd “X1 GLS 2018” markalı avtomobil 24 ay müddətinə, ##.##.2022-ci il tarixli AV-182/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 2 (iki) ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə, ##.##.2022ci il tarixli AV-187/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 2 (iki) ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə, ##.##.2022-ci il tarixli AV-192/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 1 (bir) ədəd “Mitsubishi L200 Mid 4WD” markalı avtomobil 12 ay müddətinə, ##.##.2022-ci il tarixli AV-105/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1645 (min altı yüz qırx beş) manat olmaqla 1 (bir) ədəd “Mitsubishi L200 Low 4WD” markalı avtomobil 24 ay müddətinə, ##.##.2022-ci il tarixli AV-138/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 1550 (min beş yüz əlli) manat olmaqla 1 (bir) ədəd “Toyota Prado” markalı avtomobil 24 ay müddətinə və ##.##.2022-ci il tarixli AV- 152/2022№li Əlavəyə əsasən illik sürülmə limiti 50 000 (əlli min) kilometr, aylıq icarə haqqı 2050 (iki min əlli) manat olmaqla 5 (beş) ədəd “Mitsubishi L200 MİD 4WD” markalı avtomobil 12 ay müddətinə cavabdehə icarəyə verilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olmuş avtomobillərin icarəsinə görə icarə haqqı borcunu, icarə haqqının ödənişinin gecikdirilməsinə görə hesablanmış faiz borcunu və həmin avtomobillərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə borcunu tam olaraq ödəməmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 60 372,33 (altmış min üç yüz yetmiş iki manat, otuz üç qəpik) manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin 10-cu bəndinə əsasən ödəmə aylıq olmaqla faktura verildikdən sonra 30 gün ərzində həyata keçirilməlidir. Əks təqdirdə "İcarəyə verən” "İcarəçi”yə illik 12% cərimə tətbiq edir. Müqavilənin 6.4-cü bəndinə əsasən "İcarəçi” avtomobillərə vurduğu zərərin ödənilməsinə görə öhdəlik daşıyır. İcarə müddətində "İcarəçi” tərəfindən icarə predmeti olmuş avtomobilə zərər vurulmuşdur. Müqavilənin 8-ci maddəsinin üçüncü abzasına əsasən "icarəçi” yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələr İcarəyə verən tərəfindən ödəniləcəkdir və icarəçiyəfakturaediləcəkdir.
15. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 16 586,33 (on altı min beş yüz səksən altı manat, otuz üç qəpik) manat, avtomobil icarə haqqı borcu olaraq ƏDV daxil 18 802,5 (on səkkiz min səkkiz yüz iki manat əlli qəpik), inzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 190,8 (yüz doxsan manat səksən qəpik) manat, icarə haqlarının gecikdirilməsinə görə tətbiq edilmiş faiz məbləği olaraq 623,8 (altı yüz iyirmi üç manat səksən qəpik), toplam 36 202,81 (otuz altı min iki yüz iki manat səksən bir qəpik) manatın alınıb iddiaçıya ödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
16. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “... İddiaçı tərəfindən yenilənmiş formada təqdim edilən 01/11 /2025-ci il tarixli "mühasibat arayışı”nda borc məbləği toplam 36202,81 AZN olaraq müəyyənləşdirilib. Maliyyə arayışına əsasən iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirilmə verilmişdir. Dəqiqləşdirmə ərizəsinə əsasən iddia tələbi aşağıdakı məbləğlərdə müəyyənləşdirilib - əsas icarə haqqı borcu: 18 802,50 AZN (ƏDV daxil), vurulmuş zərər: 16 586,33 AZN (ƏDV daxil) inzibati cərimə: 190,80 AZN, gecikdirmə faizi: 623,80 AZN ümumi tələb: 36 202,81 AZN. Vurulmuş zərərlə bağlı aşağıdakıları diqqətinizə çatdırırıq. Belə ki, təqdim edilən mühasibatlıq arayışının 1 və 2-ci bəndləri üzrə EBEB 421938 və EBEB ****** saylı qaimələr qaimələrin ilk təqdim edildiyi tarixdən etibarən ləğvə göndərilmişdir. Ləğv edilmə əsası kimi aktın olmaması və tələb edilən borc məbləğinin tərəfimizdən qəbul edilməməsi olmuşdur. Müvafiq e-taxes.gov.az saytından çıxarılmış hər iki qaimə üzrə tarixçə qoşma olaraq əlavə edilmişdir. Mühasibatlıq arayışının 3, 4, 5, 6, 7, 9, 10-cu hissələri üzrə ödənişlər tərəfimizdən icra edilib, həm əsas, həm də ƏDV hesabı üzrə köçürməni təsdiq edən müvafiq ödəniş tapşırıqları ardıcıl olaraq diqqətinizə çatdırılır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, iddiaçı zərərin vurulması ilə bağlı təqdim etdiyi sənədlərdə yalnız birtərəfli qaydada servisə müraciət edərək qiymət təklifləri almışdır. Təqdim edilmiş Aktlarda qüsurun nədən ibarət olduğu dəqiq göstərilmir və həmin qüsurların həqiqətən Cavabdeh tərəfindən törədilməsi faktı iş materialları ilə təsdiq olunmur. Həmçinin qeyd edilməlidir ki, əgər nəqliyyat vasitələrində guya hər hansı qüsur mövcud idisə, bu halda Tərəflər arasında həmin qüsurların qeydə alındığı, müvafiq surətdə imzalanmış "qüsur aktları” tərtib edilməli idi. Lakin belə aktlar iş materiallarında mövcud deyildir. Eyni zamanda, təqdim edilmiş sənədlərdən nəqliyyat vasitələrinin həmin dövrdə həqiqətən də cavabdehin istifadəsində olması faktı da görünmür və sübuta yetirilməmişdir. İcarə haqqı üzrə qalıq borc məbləği təqdim edilən mühasibatlıq arayışına əsasən toplam ƏDV daxil 12 324.52 azn təşkil edir. Belə ki, MT2405 ******** saylı qaimə üzrə ƏDV ödənişi ödənilib (ədv 601.20 azn), əsas ödəniş icra edilməmişdir. Həmin qaimə üzrə qalıq borc 3340,00 AZN təşkil edir. Digər MT2407 10009796, MT2407 ******** nömrəli qaimələr üzrə müvafiq olaraq ədv daxil 4246.03 və 1398.49 azn təşkil edir. İnzibati cəriməyə münasibətdə təqdim edilən ödəniş tapşırıqlarına əsasən toplam 54 azn məbləğində cərimə ödənişini göstərən ödəniş tapşırıqları və 64.80 azn dəyərindəki hesab faktura iş üzrə materiallarda mövcuddur. Lakin həmin cərimələrin hansı nəqliyyat vasitəsinə aid olması iş üzrə materiallarla sübuta yetirilmir. Ümumiyyətlə, həmin nəqliyyat vasitəsinin icarəçinin istifadəsində olub-olmaması məsələsi də öz təsdiqini tapmır. Həmin ödənişlər fiziki şəxs Nicat Tağızadə tərəfindən ödənilmişdir, həmin cərimələrin Otokoç tərəfindən ödənilməsi sübuta yetirilmir. İddiaçı tərəfindən təqdim edilən mühasibatlıq arayışında müvafiq olaraq 45, 64.80 və 81 azn qeyd edilib. Lakin həmin cərimələrin həqiqətən də icarəçi tərəfindən törədilməsi faktı öz təsdiqini iş üzrə metariallarla sübuta yetirilmir. Bundan əlavə, Müqavilənin 8-ci maddəsinə əsasən Yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələr 15 iş günü müddətində ödənməlidir, əks təqdirdə icarəyə verən tərəfindən ödəniləcəkdir. Və icarəçiyə faktura ediləcəkdir. Qeyd edilən müddəaya əsasən Otokoç tərəfindən belə bir bildirişin verilməsi, yəni hesab fakturanın təsdiqi iş materialları ilə sübuta yetirilməmişdir. Gecikdirmə faizinə münasibətdə isə qeyd edək ki, nə iddia ərizəsində, nə də ki, dəqiqləşdirmə barədə ərizədə gecikdirmə faizinin hansı formada hesablanması barədə heç bir faktiki və ya hüquqi əsas müəyyənedilməmişdir.
17. Cavabdehin nümayəndəsi sonradan yazılı etirazına əlavə təqdim edərək, iddia tələbinin yalnız icarə haqqına dair 8984,52 (səkkiz min doqquz yüz səksən dörd manat 52 qəpik) manat məbləğində olan hissədə təmin edilməsini, digər hissələr üzrə isə rədd edilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir.
18. Həmin ərizədə aşağıdakılar göstərilmişdir: “...İcarə haqqı üzrə qalıq borc məbləği toplam ədv daxil 8984.52 AZN təşkil edir. Belə ki, MT2405 ******** saylı qaimə üzrə ədv ödənişi ödənilib (ədv 601.20 azn) (bildiriş nömrəsi 2419000014876585), əsas ödəniş icra edilməmişdir. Həmin qaimə üzrə qalıq borc 3340,00 AZN təşkil edir. Digər MT2407 10009796, MT2407 ******** nömrəli qaimələr üzrə müvafiq olaraq ədv daxil 4246.03 və 1398.49 azn borc məbləği qalıb. Beləliklə, müqavilə üzrə icarə haqqı qalığı 3340.00+4246.03+1398.49 = 8984.52 AZN təşkil edir. Bundan başqa, etirazda da bildirdiyimiz kimi mühasibatlıq arayışının 1, 2 və 14-cü hissələrində olan vurulan zərərlə bağlı iddia tələbi tərəfimizdən qəbul edilmir. 5-ci hissədə olan zərərlə bağlı ödəniş isə tərəfimizdən qəbul edilərək ##.##.2025-ci il tarixində əsas məbləğ (MVshROg** saylı ödəniş tapşırığı) və **************** saylı ədv ödənişi 2024-07-01 tarixində ödənilmişdir. Müvafiq ödəniş tapşırıqları etirazda məhkəmənin diqqətinə çatdırıbmışdır. Lakin digər zərərlə bağlı irəli sürülmüş tələblər tərəfimizdən tam şəkildə qəbul edilmir. Belə ki, İddiaçının qüsur aktı tərtib etdiyini iddia etdiyi 6 (altı) ədəd nəqliyyat vasitəsi ilə bağlı aşağıdakı halları diqqətinizə çatdırırıq: ** PX *** və ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin Cavabdehdən hansı formada təhvil alınması faktı müvafiq aktlarda öz əksini tapmamışdır. Buna baxmayaraq, İddiaçı həmin nəqliyyat vasitələri üzrə iddia edilən qüsurlarla bağlı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində qiymət təklifləri əldə etmişdir. ** PT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə təhvil-təslim aktına əsasən avtomobil ##.##.2024-cü il tarixində təhvil verildiyi halda, ##.##.2024cü il tarixində Cavabdehin iştirakı olmadan qiymət təklifi alınmışdır. Bundan əlavə, ümumi olaraq bildiririk ki, təqdim edilmiş qüsur aktları və dəymiş zərərə dair qiymət təklifləri qüsuru müəyyən etməyə və müvafiq qiymətləndirmə aparmağa səlahiyyəti heç bir sənədlə təsdiq olunmayan şəxslər tərəfindən tərtib edilmişdir. H****** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə predmeti olsa belə, təqdim edilmiş sənədlərdən göründüyü kimi, həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ “xxxx” Ltd MMM-ə məxsusdur və bu səbəbdən iddia edilən zərəri tələb etmək barədəiddia tələbi irəli sürüləbilməz”.
19. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi, cavabdehin nümayəndəsi isə yazılı etirazlarını müdafiə edib cavabdehdən yalnız icarə haqqı olaraq 8984,52 manat pulun tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişlər.
20. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialından 8984,52 manat icarə haqqı borcu, 5310 manat dəymiş zərərin əvəzi qismində vəsait, 86 manat inzibati xətaya görə tətbiq edilmiş cərimə üzrə ödənilmiş məbləğ, 440 manat dəbbə pulu, 134,46 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14 954,98 (on dörd min doqquz yüz əlli dörd manat doxsan səkkiz qəpik) manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 136,74 (bir yüz otuz altı manat yetmiş dörd qəpik) manatdövlətrüsumununİddiaçıMMC-ninözünəaidedilməsiqətolunmuşdur.
21. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında AV-***/**** nömrəli ##.##.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçının mülkiyyətində olan müxtəlif nəqliyyat vasitələri cavabdehə icarəyə verilmişdir.
İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrinin təhvil aktlarından və icarə haqqı ilə bağlı cavabdehə təqdim etdiyi elektron qaimələrdən görünür ki, cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 18 802,50 manat borcu yaranmışdır.
İddiaçı iddia ərizəsində cavabdehdən icarə haqqı ilə bağlı yaranmış həmin borcu tələb etsə də, iddiaçı tərəfindən iddia tələbinin bu hissədə əsasına dair təqdim etdiyi elektron qaimələr üzrə cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmiş, ödənişlərin təyinat hissəsində məhz maliyyə arayışında göstərilmiş həmin qaimələrə istinad edilmişdir.
Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla qalıq 8984,52 manat (18 802,50 manat - 9817,98 manat) icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə iddia ərizəsini ikinci, 623,80 manat dəbbə pulunun tutulması hissəsində də qismən əsaslı hesab edir. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 10-cu bəndinə əsasən hesablanmış 623,80 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 440 manat müəyyən edilməlidir.
Məhkəmə iddia tələbini üçüncü – 16 586,33 manat dəymiş zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab edir.
Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində icarəyə verilmiş nəqliyyat vasitələrinə icarə müddəti ərzində cavabdehin təqsiri nəticəsində zərər dəydiyini, həmin zərərin aradan qaldırılması xərcinin ümumilikdə 16 586,33 manat təşkil etdiyini bildirir.
Materiallarda olan təhvil aktlarından görünür ki: - ** PT *** saylı avtomobil ##.##.2023cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda hər hansı zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə ##.##.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 1 il sonra) aparılmışdır. – ** PX *** saylı avtomobil ##.##.2023-cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə ##.##.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 7 ay sonra) aparılmışdır. – ** PX *** saylı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə 2 müxtəlif tarixli qüsur aktı (##.##.2023 və ##.##.2024) təqdim edilmişdir. – ** PX *** saylı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə ##.##.2024-cü il tarixli qüsur aktı təqdim edilmişdir.
Göründüyü kimi nəqliyyat vasitələrinin bəziləri cavabdehdən geri alındığı tarixdən etibarən iddiaçının sahibliyində olduğu halda, avtomobilin qiymətləndirilməsi uzun müddət sonra həyata keçirilmiş, nəqliyyat vasitələrində sonradan aşkar edilmiş zərərlərin məhz avtomobillərin cavabdehin istifadəsində və sahibliyində olduğu dövrdə yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfdən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
Bu səbəbdən məhkəmə hesab edir ki, adıçəkilən nəqliyyat vasitələrinə dəymiş zərərlə bağlı iddia tələbi təmin edilə bilməz.
Bununla yanaşı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş H****** saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (baqajın kranşteyneri yoxdur qeydi yazılmışdır), nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə geri alınmış, ##.##.2023cü ildə avtomobillə bağlı qüsur aktı tərtib edilmişdir.
Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş H****** saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (fara qırıq, cızıq qeydi yazılmışdır), nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə geri alınmış, həmin tarixdə də avtomobillə bağlı qüsur aktı tərtib edilmişdir.
Materiallardan görünür ki, dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə 4 elektron qaimə göndərilmiş, həmin elektron qaimələrdən ikisi (##.##.2024-cü il tarixli) cavabdeh tərəfindən ləğvə göndərilmiş, hazırda da təsdiq edilməmiş, dəymiş zərərlə bağlı cavabdehə təqdim edilmiş ##.##.2024-cü il tarixli elektron qaimə isə cavabdeh tərəfindən ödənilmiş, ödənişi təsdiq edən sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.
Dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ##.##.2024-cü il tarixli elektron qaimə (5310 manat) cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdehin bilavasitə özü tərəfindən təsdiq edilmiş, həmin qaimə cavabdeh tərəfindən yalnız ##.##.2026-cı il tarixdə (qaimənin özü tərəfindən təsdiq edilməsindən 1 il 1 ay sonra) ləğv edilməsi iddiaçıdan tələb edilmişdir.
Cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında bunun səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 6.4-cü bəndində göstərilmişdir ki, avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyə verən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.
Mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən nəqliyyat vasitələrinə dəymiş zərərin əvəzi qismində 5310 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə iddia tələbini sonuncu - 190,80 manat inzibati xətaya görə tətbiq edilmiş cərimənin əvəzinin tutulması hissəsində də qismən əsaslı hesab edir.
Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş inzibati xəta haqqında protokol və qərardan görünür ki, icarəyə götürülmüş nəqliyyat vasitələrini idarə etmiş və cavabdehin əmək müqaviləsi üzrə işçiləri olmuş Hafis İbrahimov və Nicat Tağıyev tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta törədilmiş, onlar bu səbəbdən cərimə edilmiş, iddiaçı tərəfindən bununla bağlı 32 manat və 54 manat olmaqla ümumilikdə 86 manat vəsait ödənilmişdir.
Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 8-ci bəndinə əsasən icarəçi yol hərəkəti qaydalarının pozulmasına görə DYP tərəfindən müəyyənləşdirilmiş cərimələri 15 iş günü müddətində ödəməlidir, əks təqdirdə cərimələr icarəyə verən tərəfindən ödəniləcək və icarəçiyə faktura ediləcəkdir.
İddiaçı tərəfindən məhkəməyə tələbin bu hissəsi ilə bağlı başqa sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən 86 manat vəsait tutularaq iddiaçıya ödənilməlidir.
İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 134,46 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 136,74 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
22. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 462.1-ci, 467ci, 675-ci, 700.1-ci, 1096.1-ci, 1096.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ###tarixliQərarınaistinadetmişdir.
23. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunmaması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığınıirəlisürmüşdür.
24. Qətnamədən cavabdehin nümayəndəsi də şikayət verərək onun qismən – “xxxx” MMCnin Azərbaycan Respublikasındakı filialından 5310 manat dəymiş zərər, 86 manat inzibati cərimə üzrə ödənilmiş məbləğ, 440 manat dəbbə pulu və 134,46 manat dövlət rüsumu tutulması” hissəsində ləğv olunmasını və iddianın həmin hissələrdə rədd edilməsini xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Məhkəmə 51 və 52-ci bəndlərdə iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat vasitələrinin geri qaytarılması aktlarına istinad edərək ümumilikdə 1680 AZN və 3220 AZN məbləğində zərərin mövcud olduğu qənaətinə gəlmişdir. Lakin sözügedən sənədlər qüsur aktı deyil, yalnız qiymət təklifi xarakteri daşıyır; bu sənədlər əsasında heç bir təsdiqlənmiş qaimə-faktura təqdim edilməmişdir; Faktiki olaraq formal olaraq təsdiqlənmiş yeganə qaimə-faktura 4500 AZN əsas məbləğ və 810 AZN ƏDV olmaqla, cəmi 5310 AZN təşkil edir. Halbuki, məhkəmənin istinad etdiyi qüsur sənədlərinə əsasən belə bu məbləğin formalaşması mümkün deyildir. Bu isə onu göstərir ki, məhkəmə təqdim edilmiş sübutlar arasında olan ziddiyyətləri araşdırmadan və onların hüquqi mahiyyətini düzgün müəyyən etmədən nəticəyə gəlmişdir. Məhkəmə 54-cü bənddə ##.##.2024-cü il tarixli 5310 AZN məbləğində elektron qaimənin cavabdeh tərəfindən mübahisələndirilmədiyini və təsdiq edildiyini əsas götürmüşdür. Lakin bu nəticə iş materiallarına uyğun deyildir. Belə ki, sözügedən elektron qaimənin təsdiqi texniki səhvlik nəticəsində baş vermişdir; Bu halı təsdiq edən SAP sistemindən çıxarış məhkəməyə təqdim edilmişdir; Həmin çıxarışdan görünür ki, qaimənin təsdiqi zamanı sahə əməkdaşı tərəfindən sistemə yanlış akt yerləşdirilmiş, Baş ofis əməkdaşı isə yalnız aktın mövcudluğunu formal əsas götürərək, məzmununu yoxlamadan qaiməni təsdiq etmişdir; halbuki, sistemə yerləşdirilmiş həmin aktın məbləği və mahiyyəti təsdiq edilmiş qaimə ilə tam uyğunsuzdur. Bu hallar sübut edir ki, qaimənin təsdiqi cavabdehin real iradəsini əks etdirmir və səhv (iradə qüsuru) nəticəsində baş vermiş hüquqi hərəkətdir. Lakin qüvvədə olan qanunvericiliyin tələblərinə görə elektron qaimə-faktura vərgi uçotu məqsədləri üçün istifadə edilən sənəd olmaqla öz- özlüyündə malların/xidmətlərin faktiki təhvl verildiyini təsdiq edən sübut hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən avtomatik qaydada təsdiq edilir. Bu isə göstərir ki, elektron qaimə-fakturanın təsdiqlənməsi malların faktiki qəbul edildiyini təsdiq edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, elektron qaimə faktura sahibkarlıq fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı vergitutma münasibətlərini tənzimləyir. Göründüyü kimi, qeyd edilən qanunvericilik aktları vergi inzibatçılığının tənzimlənməsi, vergi ödəyicilərinin təqdim edilmiş mallara münasibətdə vergi orqanlarını məlumatlandırma baxımından intizamlandırılması və bununla da vergidənyayınma hallarının qarşısının alınması məqsədilə qəbul edilmişdir. Buna görə də qaimə-faktura mülki hüquq münasibətləri çərçivəsində zərərin faktiki vurulduğunu təsdiq edən sübut kimi çıxış edə bilməz. AR NK-nin 2004-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi” Qaydalarında Ciddi hesabat blanklarına dair tələblər müəyyən olunmuşdur. Belə ki, həmin qaydaların 1.4-cü maddəsində əsasən, ciddi hesabat blankları təşkilati- hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyətəsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvzitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevn şikayəti üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz- özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digərsübutlarlaəlaqəlişəkildəqiymətləndirilməlidir.”
Apellyasiya şikayətlərinə qarşı etiraz(lar)
25. Apellyasiyaşikayət(lər)inəqarşıyazılıetiraz(lar)verilməmişdir.
Apellyasiya baxışı, izahat
26. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) özünün apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdeh isənümayəndəsiniməhkəməyəgöndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
28. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya)satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət(fərdi sahibkarlar tərəfindən gəlir)götürülməsi olan fəaliyyətdir.
29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqlarınvəvəzifələrinəmələgəlməsiəsaslarındandır.
30. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başadüşülür.
31. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin onaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
34. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərindəyaranmışpraktika,işgüzaradətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
35. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digərşərtlərinpozulmasıbaşadüşülməlidir.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qaydaqüvvədəolmur.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.
39. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyəborcludeyildir.
40. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçünməsuliyyətdaşımırsa,kreditordəbbəpulununödənilməsinitələbedəbilməz.
41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasıistisnaedilir.
42. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddətbitdikdəxitamverilir.
43. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğunolaraqmüqaviləninləğvinədairbildirişverəbilər.
44. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.
45. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçünəsaslargöstərilməlidir.
46. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyəverənəmüəyyənləşdirilmişicarəhaqqıödəməyəborcludur.
47. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələrolabilər.
48. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəalarımüvafiqsurətdətətbiqedilir.
49. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd(mülkiqanunvericiliyinnormalarınıpozan)əməldir(hərəkətvəyahərəkətsizlikdir).
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərərivurmayanşəxsinöhdəsinəqoyulabilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
59. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunmaması, habelə “xxxx” MMC-nin Azərbaycan Respublikasındakı Filialından 5310 manat dəymiş zərərin əvəzi qismində vəsaitin, 86 manat inzibati xətaya görə tətbiq edilmiş cərimə üzrə ödənilmiş məbləğin, 440 manat dəbbə pulunun, 134,46 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi” ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılmasıtəşkiledir.
Məhkəmə kollegiyasının mövqeyi
60. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləriüzrədüzgünnəticəyəgəlmişdir.
61. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
62. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.
63. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrinin təhvil aktlarından və icarə haqqı ilə bağlı cavabdehə təqdim etdiyi elektron qaimələrdən görünür ki, cavabdehin icarə müqaviləsi üzrə ümumilikdə 18 802,50 manat borcu yaranmış, elektron qaimələr üzrə cavabdeh tərəfindən 9817,98 manat ödəniş edilmiş, ödənişlərin təyinat hissəsində məhz maliyyə arayışındagöstərilmişhəminqaimələrəistinadedilmişdir.
64. Bu səbəblə kollegiya hesab edir ki, məhkəmə icarə haqqı borcunun məbləğini 8984,52 manat(18802,50manat-9817,98manat)müəyyənləşdirməkdəhaqlıolmuşdur.
65. Kollegiya, “İcarə haqlarının gecikdirilməsinə görə 623,8 (altı yüz iyirmi üç manat səksənqəpik)manatcərimənintutulması”tələbiüzrəgəlinənnəticənidəqanunihesabedir.
66. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğiniazaldabiləcəyinitəsbitetmişdir.
67. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini mütənasibşəkildəazaltmışdır.
68. Kollegiya, avtomobillərə dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşır; belə ki, ** PT *** nömrə nişanlı avtomobil ##.##.2023cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda hər hansı zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə ##.##.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 1 il sonra) aparılmışdır. ** PX *** nömrə nişanlı avtomobil ##.##.2023-cü il tarixində iddiaçıya geri təhvil verilmiş, avtomobil geri qaytarılarkən onda zədə və ya qüsurların olması təhvil aktında göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə ##.##.2024-cü il tarixdə (nəqliyyat vasitəsinin təhvil alındığı tarixdən 7 ay sonra) aparılmışdır. ** PX *** nömrə nişanlı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə 2 müxtəlif tarixli qüsur aktı (##.##.2023 və ##.##.2024) təqdim edilmişdir. ** PX *** nömrə nişanlı avtomobilin iddiaçıya geri təhvil verilməsi ilə bağlı aktda (həmin aktda geri təhvil tarixi qeyd edilməmişdir) maşında hər hansı zədə və ya qüsurların olması göstərilməmiş, lakin iddiaçı tərəfindən avtomobillə bağlı məhkəməyə ##.##.2024-cü il tarixli qüsur aktıtəqdimedilmişdir.
69. Göründüyü kimi nəqliyyat vasitələrinin bəziləri cavabdehdən geri alındığı tarixdən etibarən iddiaçının sahibliyində olduğu halda, avtomobilin qiymətləndirilməsi uzun müddət sonra həyata keçirilmiş, nəqliyyat vasitələrində sonradan aşkar edilmiş zərərlərin məhz avtomobillərin cavabdehin istifadəsində və sahibliyində olduğu dövrdə yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
70. Bu səbəblə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, adıçəkilən nəqliyyat vasitələrinə dəymişzərərləbağlıiddiatələbitəminediləbilməz.
71. H****** saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (baqajın kranşteyneri yoxdur qeydi yazılmışdır), nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə geri alınmış, ##.##.2023-cü ildəavtomobilləbağlıqüsuraktıtərtibedilmişdir.
72. H****** saylı nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması ilə bağlı aktdan da görünür ki, həmin nəqliyyat vasitəsində geri qaytarılan zaman qüsur aşkar edilmiş (fara qırıq, cızıq qeydi yazılmışdır), nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdə geri alınmış, həmin tarixdə də avtomobilləbağlıqüsuraktıtərtibedilmişdir.
73. Dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə 4 elektron qaimə göndərilmiş, həmin elektron qaimələrdən ikisi (##.##.2024-cü il tarixli) cavabdeh tərəfindən ləğvə göndərilmiş, hazırda da təsdiq edilməmiş, dəymiş zərərlə bağlı cavabdehə təqdim edilmiş ##.##.2024-cü il tarixli elektron qaimə isə cavabdeh tərəfindən ödənilmiş, ödənişi təsdiq edən sənəd cavabdeh tərəfindənməhkəməyətəqdimedilmişdir.
74. Dəymiş zərərlə bağlı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş ##.##.2024-cü il tarixli elektron qaimə (5310 manat) cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdehin bilavasitə özü tərəfindən təsdiq edilmiş, həmin qaimə cavabdeh tərəfindən yalnız ##.##.2026-cı il tarixdə (qaimənin özü tərəfindən təsdiq edilməsindən 1 il 1 ay sonra) ləğv edilməsi iddiaçıdan tələbedilmişdir.
75. “İnzibati xətaya görə tətbiq edilmiş cərimə məbləği olaraq 190,8 (yüz doxsan manat səksən qəpik) manatın cavabdehdən tutulması” tələbi üzrə isə iddiaçı, cavabdehin işçiləri tərəfindən törədilmiş inzibati xətalara görə 32 manat və 54 manat olmaqla ümumilikdə 86 manat vəsait ödədiyinə dair sübut təqdim etmişdir – bu səbəblə həmin tələbin daha artıq həcmdə təmin edilməsimümkündeyildir.
76. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
77. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətlərində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.
78. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilən dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə,müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətləritəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərinözlərinəaidolunsun. Qətnamədən İddiaçı MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov