Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-680/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X8 və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixdə OnGTC/SE/******** saylı Bank xidmətlərinin göstərilməsinə dair X2 ##.##.2023-cü il tarixli 1.0.* №-li versiyası imzalanmış, cavabdeh həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtlərini qəbul etmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında X2 çərçivəsində ##.##.2024-cü il tarixli, DC********-** saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış, Bank tərəfindən Borcalana ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 140295 (bir yüz qırx min iki yüz doxsan beş) manat məbləğində kredit verilmişdir.
3. İddiaçı ASC tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli, PB/PBL-OUT-01053- **** nömrəli maliyyə arayışına görə Cavabdeh DC********-** saylı kredit müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə iddiaçıya olan əsas borcu 59769,07 manat, faiz borcu 506,24 manat, cərimə borcu 50,34 manat olmaqla, cəmi 60325,65 manat təşkil edir. Gecikmə günü: 113.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli DC********-** saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) müqavilənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı ASC-yə ##.##.2025-ci il tarixinə olan əsas borcu 59207,84 manat, faiz borcu 83,88 manat, ##.##.2025-ci il tarixinə əsas borcu 59126,21 manat, faiz borcu 0,0 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC********-** saylı kredit müqaviləsinə əsasən 59,769.07 manat əsas borc, 506.24 manat faiz borcu, 50.34 manat cərimə borcu olmaqla, cəmi 60,325.65 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 270.98 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında ##.##.2024-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 ##.##.2023-cü il tarixli 1.0.* №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/******** saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X2 çərçivəsində ##.##.2024-cü il tarixli DC********-** saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 140295 (bir yüz qırx min iki yüz doxsan beş) manat mal alışı məqsədi ilə kredit verilmişdir. Borcalan öz üzərinə düşən öhdəlikləri icra etməyərək, kreditlər üzrə gecikmələrə yol vermişdir. Borclu Cavabdeh ##.##.2025-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləriDC********-** saylı kredit müqaviləsinə əsasən 59,769.07 manat əsas borc, 506.24 manat faiz borcu, 50.34 manat cərimə borcu olmaqla, cəmi 60,325.65 manat təşkil edir, gecikmə günü: 113 Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Beləliklə iddiaçıiddia ərizəsinin məhkəməyə verilməsi üçün 270.98 manat dövlət rüsumu ödəmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, cavabdeh Cavabdeh 59126,21 manat əsas borc, 50,34 manat dəbbə pulu, 267,53 manat dövlət rüsumu, ümumilikdə 59444,08 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 3,47 manat dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin özünə aid edilməsi, cavabdeh Cavabdeh 200 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X6 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilib ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, DC********-** saylı müqavilədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə olan təqdirdə məhkəmə hesab edib ki, cavabdehdən yaranmış kredit borcu məbləğləri tutulmalı, cavabdehdən tutulacaq əsas və faiz borclarının məbləğləri ##.##.2026- cı il tarixli, */*** nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, həmin rəyin nəticə hissəsinə əsasən borclunun kreditora qalıq əsas borcu 59126,21 manat, faiz borcu 0,0 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 59126,21 manat əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 50,34 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 59126,21 manat əsas borc, 50,34 manat cərimə borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 267,53 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 3,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edib ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
10. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 462.1, 743.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, (MM 432.4, 448.1) borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Halbuki həm yuxarıda qeyd edildiyi kimi qanunla və cavabdehlə aralarında bağlanmış bank xidmətlərinin göstərilməsinə dair X2 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Məhkəmə öz qətnaməsində bu normalara istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin bu normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş məhkəmə ekspertizanın rəyi ilə kifayətlənmiş və ekspertin rəyini əsas götürərək, müqavilə şərtlərinə uyğun olaraq düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş, ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, işin obyektiv araşdırılması və Məhkəmə- Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylırəyində olan uyğunsuzluqlara əsasən, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasına dair tərəflərindən yazılı vəsatət verilmişdir. Buna baxmayaraq, vəsatət məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. İddiaçı ASC (bundan sonra Bank) ilə Cavabdeh arasında ##.##.2024-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2 ##.##.2023-cü il tarixli 1.0.* №-li versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/******** saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizələrini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında X2 çərçivəsində ##.##.2024-cü il tarixli DC********-** saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 140295 (bir yüz qırx min iki yüz doxsan beş) manat mal alışı məqsədi ilə kredit verilmişdir. Cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyi tarixədək 107 956.14 AZN məbləğində ödəniş edilmişdir və bu məbləğdən 2 880.06 AZN məbləğ cərimə, 24 550.15 AZN məbləğ faiz, 80525.93 AZN məbləğ isə əsas borca silinmişdir. Belə ki, tərəflər arasında əldə edilmiş razılığa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən silinmə ardıcılllığı ilk növbədə cərimə daha sonra faiz borcu və əsas borc olaraq müəyyən edilmişdir. Bunun sübutu olaraq məhkəməyə maliyyələşdirmə üçün ərizə, X2 və onun qəbul edilməsi ilə bağlı razılaşma təqdim edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, ekspertə təqdim edilən hesabdan çıxarışlarda ödənişlərin təyinatı dəqiq göstərilir. Beləliklə, qeyd edir ki, ekspertiza üçün təqdim edilmiş hesabdan çıxarışdakı əməliyyatlara ekspert tərəfindən diqqət yetirilməmiş 2880.06 manat cərimə borcundan silinmiş məbləğ əsassız olaraq cavabdehin əsas borcuna silinmə kimi qiymətləndirilmiş və bu səbəbdən də sualda qeyd edilən tarixlərə əsas borcun hesablanması düzgün olmamışdır. Cavabdehin iddiaçı qarşısında olan borcun məbləğini, o cümlədən cərimənin məbləğini müəyyən edilməsi üçün onun aylıq ödənişləri ödəniş cədvəlinə uyğun edib-etməməsi, etmədiyi halda gecikmələrin hər ödəniş üzrə neçə gün təşkil etməsi araşdırılmalı, müqavilə şərtinə uyğun gecikmə gününə cərimənin məbləği hesablanmalı, müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən cavabdehin gecikmə ilə etdiyi ödənişlərin borcdan silinməklə, yekun borc məbləği müəyyən olunmalıdır. Lakin, iş materiallarından müəyyən olunur ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək keçirilsə də, ekspert yuxarıda qeyd olunanları, yəni cavabdehin kredit ödənişlərini gecikmə ilə ödəyibödəməməsini müəyyən etməmiş, bunun nəticəsi olaraq cərimə borcunun və cavabdehin yekun borcunun müəyyən edilməsini təmin etməmişlər. Məhkəmə öz yekun qənaətini Məhkəmə-Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylı rəyinə əsaslanmaqla, qəbul etmişdir. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, iş üzrə Məhkəmə-Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylı rəyinin sübut qismində qiymətləndirilməməsi məhkəmədən xahiş edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi olmadığı üçün əsas və faiz borcu hissəsində də tam təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. -740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. -742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. -742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: -742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla)
17. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin əsas və faiz borcunun təmin edilməmiş hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2024-cü il tarixdə OnGTC/SE/******** saylı “Bank xidmətlərinin göstərilməsinə dair” X2 1.0.* nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşma və həmin razılaşma çərçivəsində bağlanmış ##.##.2024-cü il tarixli, DC********-** saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən cavabdehə ##.##.2026-cı il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 140295 manat məbləğində birdəfəlik kredit verilmişdir.
23. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsas və faiz borcları üzrə tələblərinin qanuni əsasını Mülki Məcəllənin 740.1, 743.1 və 742.5-ci maddələri təşkil edir.
24. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixində edilmiş sonuncu ödəniş nəzərə alınmaqla, cavabdehin banka olan əsas borcunun 59126,21 manat, faiz borcunun 0,0 manat məbləğində olması müəyyən edilmişdir.
25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək cavabdehdən fazi borcun tutulması üçün faktiki əsasların olmaması, habelə tutulmalı olan əsas borcun ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
26. Digər tərəfdən apellyasiya şikayətində 2.880,06 manat məbləğində ödənişin cərimə borcuna silindiyi halda ekspert tərəfindən əsas borcdan silinmiş kimi nəzərə alındığı və bu səbəbdən əsas borcun düzgün müəyyən edilmədiyi barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli kredit müqaviləsi iddia ərizəsində tələb edilən borc məbləğləri ilə ekspert rəyi ilə müəyyən edilən borc məbləğləri arasında fərq əsas borcda 642,86, faiz borcunda isə 50,34 manat, ümumlilikdə isə fərq 693, 2 manat təşkil etdiyindən həmin fərqin 2.880,06 manat məbləğində ödənişin cərimədən silinməməsi ilə bağlı olması barədə iddiaçının dəlili də öz təsdiqini tapmır.
27. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, ekspert rəyinin natamam və ya əsassız olmasını təsdiq edən hallar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin mövcud ekspert rəyi əsasında nəticəyə gəlməsi əsaslı olmuşdur.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi (mübahisələndirilən hissədə) üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Fərrux Qasımov