Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-684/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qədirova Təhminə İlqar qızının, Cavabdehin nümayəndəsi vəkili Cavadov İlqar Cəbir oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin Halları
1. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli UNİT **/**** saylı alğı-satqı müqaviləsi imzalanmışdır.
2. Həmin Müqavilənin:
3. 1.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Satıcı (“xxxx” MMC) bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və Alıcını (Cavabdeh) “mal” adlandıralacaq sement növləri ilə təchiz etməsini öz öhdəsinə götürür, Alıcı isə öz növbəsində Satıcı tərəfindən malı qəbul etməsini və dəyərini “Razılaşdırma Protokolu” (Əlavə 1) (Əlavə 2) (Əlavə 3) (Əlavə 3) (Əlavə 4) (Əlavə 5) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür.
4. 3.3-cü bəndinə əsasən Bu Müqavilənin 3.2. maddəsində ııəzəıdə tutulan sonradan ödoıııo şərtində Alıcı aldığı malın dəyərini Mah əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 10 təqvın günündən gec olmayaraq satıcıya Ödəməlidir.
5. 3.4-cü bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənməsini gecikdirərsə, Satıcı Alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər.
6. 10.1-ci bəndinə əsasən tərəflər arasında bu Müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir.
7. 10.2-ci bəndinə əsasən tərəflər hər-hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan RespublikasıQanunvericiliyinə uyğun olaraq həll olunur.
8. 11-ci bəndinə əsasən hazırkı müqavilə Bu Müqavilə ##.##.2022-ci il tarixində qüvvəyə minir və ##.##.2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
9. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli UNİT **/**** saylı alğı-satqı müqaviləsinə ** saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların dəyəri razılaşdırıılmışdır.
10. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli UNİT **/**** saylı alğı-satqı müqaviləsinə ** saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların dəyəri razılaşdırıılmışdır.
11. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli UNİT **/**** saylı alğı-satqı müqaviləsinə ** saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların dəyəri razılaşdırıılmışdır.
12. İddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli UNİT **/**** saylı alğı-satqı müqaviləsinə ** saylı Əlavəyə əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların dəyəri razılaşdırıılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh UNİT 07/2022,## ###### 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış 838166.70 manat əsas, 150870.00 manat ƏDV, 812939.12 manat cərimanə pulunun (borc öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 0.1% günlük cərimə pulu), illik 5% hesablanmış 125725 manat məbləğində pulun, hüquqi xidmətə görə ödənilmiş 3000 manat pulun və 1754 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutlaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı«xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (Satıcı) ilə cavabdeh Cavabdeh (Alıcı) arasında ## ###### 2022-ci il tarixli UNİT 07/2022 Alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər razılaşırlar ki, Satıcı (“xxxx” MMC) bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında və Alıcını (Cavabdeh) “mal” adlandıralacaq sement növləri ilə təchiz etməsini öz öhdəsinə götürür, Alıcı isə öz növbəsində Satıcı tərəfindən malı qəbul etməsini və dəyərini “Razılaşdırma Protokolu” (Əlavə 1) (Əlavə 2) (Əlavə 3) (Əlavə 3) (Əlavə 4) (Əlavə 5) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 10.1-ci bəndinə görə, Tərəflər arasında bu Müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 10.2-ci bəndinə görə, Tərəflər hər-hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan RespublikasıQanunvericiliyinə uyğun olaraq həll olunur. Həmin müqavilənin 11-ci bəndinə görə, Hazırkı müqavilə Bu Müqavilə ##.##.2022-ci il tarixində qüvvəyə minir və ##.##.2022-ci il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Alıcı istənilən vaxt bu müqavilənin 12.1.6 –cı bəndinə əsasən 5 (beş) gün əvvəlcədən Satıcıya yazılı surətdə məlumat verməklə Müqaviləyə, yuxarıda göstərilən müddət sona çatmadan, vaxtından əvvəl bir tərəfli olaraq xitam verilə bilər.Belə bir halda X2 xitamı tarixinə qədər Müqavilənin icrası ilə əlaqədar sifariş olunmuş malların və xidmətlərin dəyərinin əvəzini ödəməlidir. “xxxx” MMCilə fizki şəxs kimi fəaliyyət göstərən Cavabdeh arasında bağlanmış## ###### 2022-ci il tarixli UNİT 07/2022 Alqı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 2070931.17 (İki milyon yetmiş min doqquz otuz bir manat, 17 qəpik) ƏDV ilə birlikdə olmuşdur. “xxxx” MMCtərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları alıcıya təhvil vermiş, “xxxx” MMCtərəfindən fizki şəxs kimi fəaliyyət göstərən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Bu borcdan qarşı tərəf 1081894.17 AZN ƏDV daxil ödəniş etmişdir. Fiziki şəxs Cavabdeh ##.##.2025 -cü il tarixinə xxxx MMC-yə borcu ədv daxil 989036.70 AZN (Doqquz yüz səksən doqquz min sıfır otuz altı manat 70 qəpik təşkil edir. Bildiririk ki, borcun gecikdirilməsi nəticəsində hesablanmış cərimə 812939,12 manat təşkil edir (günlük 0.1%) . Lakin biz humanistlik göstərərək cərimə məbləğini 83816 manat tələb edirik. ##.##.2025ci ildə cavabdeh ona göndərdiyimiz pretenziya məktubuna cavab olaraq bildirmişdir ki, 2023-cü ildə vergi orqanı ona böyük məbləğdə vergi borcu hesablamışdır. Vergi borcuna gör ona məxsus bank hesablarına sərəncam qoyulmuşdur. Ona görə də heç bir əməliyyat apa bilmir. Ona görə də bizə olan borcunu ödəyə bilmir. Düşdüyü vəziyyəti nəzərə almağımızı, ona bir qədər vaxt verməyimizi xahiş etmişdir.
15. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh məhkəmə etiraz təqdim edərək etirazını belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı MMC mənə qarşı “pul” tələbinə dair iddiasının əsası kimi UNİT 07/2022, ## ###### 2022-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilədə olan məbləğlər real həqiqəti əks etdirmədiyi üçün ekpertiza təyin edilsə də, ekspertiza da obyektiv və düzgün rəy verməmişdir. - UNİT 07/2022,## ###### 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış 838166.70 manat əsas borc, - UNİT 07/2022,## ###### 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış 150870.00 manat ƏDV, - UNİT 07/2022,## ###### 2022-ci il tarixli müqaviləsi üzrə yaranmış 812939.12 manat cərimə pulunun (borc öhdəliyinin gecikdirilməsi nəticəsində hesablanmış 0.1% günlük cərimə pulu), - UNİT 07/2022,## ###### 2022-ci il tarixli müqaviləsi üzrə illik 5% hesablanmış 125725 manat məbləğində pul, - Hüquqi xidmətə görə ödənilmiş 3000 manat pul - və 1754 manat məbləğində ödənilmiş dövlət rüsumu Tələbin İ-2-ci hissələri ilə bağlı qeyd edirəm ki, nə qədər ki, ekspertizadan sonra təqdim etdiyim əlavə sənədlər nəzərə alınmadan təkrar ekspertiza təyin edilməzsə məhkəmənin iddianın bu hissələri üzrə qəbul edəcəyi qərar səhv olacaq və bu barədə vəsatəti apellyasiya instansiyası məhkəməsində bir daha qaldırmağa məcbur olacam. Çünki borcun olmamasını inkar etməmişəm, lakin bu borcun məbləği obyektiv və təqdim edilmiş sənədlərə uyğun düzgün müəyyən edilməlidir. Tələbin 3-cü hissəsi ilə bağlı isə qeyd edirəm ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Tələbin 3-cü hissəsi üzrə məhkəmə məndən tutulmalı cərimə (dəbbə) pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmaq üçün tələbin İ və II hissələri üzrə düzgün nəticəyə gəlməlidir. Belə ki, 812939.12 manat cərimə məbləği borcu olan şəxs üçün həddindən çox artıq yükdür və o qanunvericiliyin tələblərinə uyğun olaraq kəskin azaldılmalıdır. Bunun üçün isə yenə də təkrar edirəm ki, tələbin İ və II hissələri üzrə düzgün nəticəyə gəlinməsi üçün təkrar ekspertiza təyin edilməsi mütləqdir. Əks halda məhkəmənin tələbin III hissəsi üzrə də gəldiyi nəticəsi də düzgün olmayacaq. Tələbin 4-cü hissəsi üzrə isə qeyd edirəm ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. İlk növbədə illik 5% hesablanan faiz məbləğinin iddiaçının bu tələb üçün onun aktiv kommersiya fəaliyyəti ilə məşğul olub-olmamasına qiymət verilməlidir. Bütün bunlarla yanaşı illik 5% hesablanan faiz məbləğinin də iddiaçının özü tərəfindən hesablanaraq təqdim edilməsi nəzərə alınmalıdır. Tələbin 4-cü hissəsi olan hüquqi xidmətə görə ödənilmiş 3000 manat pul tələbi ilə ümumiyyətlə razı deyil.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən İddiaçı MMC-nin ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə 838166.70 manat,ƏDV borcu 150870 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 838166.70 (səkkiz yüz otuz səkkiz min yüz altmış altı manat yetmiş qəpik) manat məbləğində əsas borc, 150870 (on beş min səkkiz yüz yetmiş) manat məbləğində ƏDV borcu, 25145 (iyirmi beş min yüz qırx beş) manat məbləğində cərimə borcu, illik 5%-lə hesablanmış 16763 (on altı min yeddi yüz altmış üç) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində hüquqi xidmət haqqı və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 1306 (min üç yüz altı) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaitinin cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Cavabdеh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cıil tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin, iddia üzrə qanuni və obyektiv araşdırılmış hallar üzrə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya borcunun olmamasını inkar etmir, lakin, borcun məbləği düzgün müəyyən edilməmişdir. birinci instansiya məhkəməsi iddia tələbinin qeyd etdiyim hissələri üzrə obyektiv araşdırma aparmadan borcun məbləğini düzgün müəyyənləşdirmədən məndən əsassız olaraq artıq vəsait tutulmasına səbəb olan qətnamə qəbul etmişdir. Belə ki, borcun məbləği düzgün müəyyən edilməsi ilə məndən tutulmalı cərimə (dəbbə) pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmaq imkanı yarana bilərdi ki, məhkəmə bu halı da nəzərə almadığından onun azaldaraq müəyyən etdiyi 25145 manat məbləği mənim üçün həddindən artıq maddi yükdür. Yəni, məhkəmə cəriməni 812939,12 manat hesabı ilə götürməkdə iki dəfə səhvə yol vermişdir. Belə ki, borcun məbləği düzgün müəyyən edilməsi ilə məndən tutulmalı cərimə (dəbbə) pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmaq imkanı yarana bilərdi ki, məhkəmə bu halı da nəzərə almadığından onun azaldaraq müəyyən etdiyi 25145 manat məbləği mənim üçün həddindən artıq maddi yükdür. 2023-cü ildə vergi orqanının mənə böyük məbləğdə vergi borcu hesablandığından və vergi borcuna görə ona məxsus bank hesablarına sərəncam qoyulması səbəbi ilə heç bir əməliyyat apara bilməmişdir.Borc qarşılığında iddiaçıya əmlaklar təkilf etsədə qəbul etməmişlər. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə məndən 500 manat məbləğində pulun tutulmasını ağlabatan hesab etsə də nəzərə almamışdır ki, iddiaçıya hüquqi yardım göstərən vəkil statusuna malik şəxs olmadığından təmin edilə bilməzdi. Dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutlması hissəsi ilə razı deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
d) Məhkəmə iclasında iştirak edən, iddiaçının nümayəndəsi Qədirova Təhminə İlqar qızı apellyasiya şikayətinə etiraz edərək , şikayətin təmin olunmamasını xahiş etmişdir. e) Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi vəkili Cavadov İlqar Cəbir oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
24. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən
31. qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Tərəflər arasında bağlanmış aığı-satqı müqaviləsi əsasında satılmış malın dəyəri 2070931.17 (İki milyon yetmiş min doqquz otuz bir manat, 17 qəpik) ƏDV ilə birlikdə olmuşdur. “xxxx” MMCtərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları alıcıya təhvil vermiş, “xxxx” MMCtərəfindən Cavabdeh satılmış malın dəyəri üzrə, müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Bu borcdan qarşı tərəf 916859.72 manat ƏDV-siz ödəniş etmişdir. Fiziki şəxs Cavabdeh ##.##.2025-ci il tarixinə xxxx MMC-yə borcu 838166.70 manat,ƏDV borcu 150870 manat təşkil edir. Cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun qalması sistem vasitəsilə cavabdehə göndərilən elektron qaimələrlə, cavabdeh tərəfindən ödənişləri təsdiq edən hesabdan çıxarış məlumatları, həmçinin iş üzrə təyin edilən ekspertiza rəyi ilə təsdiq edilir.
36. Məhkəmə kollegiyası apellyaisya şikayətinin borcun məbləğinin düzgün hesablanmaması dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh borcu olduğunu etiraf etiyini bildirmiş, hansı hissədə düzgün hesablanmadığını əsaslandırmamışdır. Borcunu ödəyə bilmədiyini maliyyə vəizyyətinin yaxşı olmaması ilə əlaqələndirmişdir.
37. Həmçinin kollegiya bidildirmək istəyir ki, birinci instansiya məhkəməsində icraat zamanı borcun məbləğinin hesablanması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası ## ###### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən İddiaçı MMC-nin ilə cavabdeh Cavabdeh arasında ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 838166.70 manat, ƏDV borcunun 150870 manat təşkil etdiyi müəyyən olunmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı eskpert rəyinə əsasən müəyyən edilmiş əsas borc məbləği nəzərə alınaraq hesablanmış illik 5% faiz və cərimə məbləğinin düzgün müəyyən edilməməsi dəlili əsaslı hesab edilmə bilməz.
39. Kollegiya işin hallarını, cavabdehin əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsinin 25145 (iyirmi beş min yüz manat) məbləğində cərimə borcunun tutulmasını ədalətli və ağlabatan hesab edir.
40. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
41. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2021-ci il tarixli Qərar).
42. Məhkəmə kollegiyası əsas borc məbləği nəzərə alınaraq hesablanmış illik 5% faizə münasibətdə bildirir ki, MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
43. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ...Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
45. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
46. Cavabdehin hüquqi yardım xərclərinin tutulmasının düzgün olmaması dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ##.##.2025-ci il tarixli müqavilə bağlanmış, həmin xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən müvafiq maliyyə sənədləri məhkəməyə təqdim edilmişdir. Hüquqi xidmətin dəyərinin faktiki ödənilməsi və həmin xərclərin iş üzrə hüquqi yardımın göstərilməsi ilə əlaqədar olması təsdiq edildiyindən, cavabdehin yalnız xidməti göstərən şəxsin vəkil statusuna malik olmamasına istinad etməsi həmin xərclərin kompensasiya edilməsindən imtina üçün əsaslı hesab edilə bilməz.
47. Hüquqi yardım xərclərinin ödənilməsi üçün həmin xidmətlərin mütləq qaydada nümayəndə tərəfindən məhkəməyə təqdimat verilməsi və ya prosessual sənədlərin onun adından imzalanması tələb olunmur. Əhəmiyyət kəsb edən hal hüquqi xidmətin faktiki göstərilməsi və bunun müvafiq sübutlarla təsdiq edilməsidir.
48. Kollegiya qeyd edir ki, cavabdehin 2023-cü ildə vergi orqanı tərəfindən ona vergi borcu hesablanması, bank hesablarına sərəncam qoyulması və bunun nəticəsində maliyyə əməliyyatları aparmaq imkanının məhdudlaşması barədə dəlilləri hüquqi xidmət haqqının tutulmasının əsaslılığını aradan qaldırmır. Belə ki, cavabdehin vergi öhdəlikləri və bank hesabları üzrə tətbiq edilmiş məhdudiyyətlər onunla iddiaçı arasındakı mübahisə çərçivəsində yaranmış öhdəliyin icrasından azad edilməsinə və ya məhkəmə xərclərinin qarşı tərəfə aid edilməməsinə əsas verən hallar deyildir. Cavabdehin maliyyə vəziyyətinin çətin olması və ya hesabları üzrə sərəncamın mövcudluğu məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə təsir edən hüquqi hal kimi qəbul edilə bilməz.
49. Qeyl olunmalılıdır ki, cavabdehin borcun əvəzinə iddiaçıya əmlak təklif etməsi barədə dəlili də hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, öhdəliyin əmlakla əvəz edilməsi yalnız tərəflərin razılığı və qanunvericiliyin tələbləri nəzərə alınmaqla mümkün olduğundan, iddiaçının belə təklifi qəbul etməməsi onun öz tələbindən imtina etməsi və ya cavabdehin öhdəliyinin icra edilmiş hesab olunması üçün əsas deyildir.
50. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları qiymətləndirərək hüquqi yardım xərclərinin yalnız bir hissəsini ağlabatan hesab etmiş və həmin hissənin tutulması barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə məhkəmənin bu qənaətinin əsassız olduğunu təsdiq edən hər hansı mötəbər sübutlarla təsdiqini tapmır.
51. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.