Məhkəmə qərarları › İş №e-2-2(3-6)-687/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-687/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-687/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2024-cü il tarixli ****/**-**** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında mal və mallar satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. - 2.2-ci bəndinə əsasən malın ümumi dəyəri əvvəlcədən alıcı tərəfindən hazırki müqaviləyə əsasən satıcıya ödənilir. - 5.1-ci bəndinə əsasən alıcı malın dəyərini müvafiq qaimə faktura əsasında 30 gün ərzində satıcıya əvvəlcədən ödəyir. - 5.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nəğd qaydada və ya bank vasitəsilə sadə köçürülmə yolu ilə həyata keçirilə bilər. - 5.5-ci bəndinə əsasən malın dəyərinin ödənilməsi üzrə öhdəliyin icrası günü istirahət və ya bayram gününə düşərsə ödəmə bu tarixdən sonrakı ilk iş günü həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

2. Cavabdeh tərəfindən iddiaçıya MT2505 ******** nömrəli ##.##.2025-ci il tarixli 354 manat, MT2504 ******** nömrəli ##.##.2025-ci il tarixli 10.620 manat, MT2504 ******** nömrəli ##.##.2025-ci il tarixli 3.097,50 manat, MT2412 ******** nömrəli ##.##.2024-cü il tarixli 1.770 manat, MT2412 ******** nömrəli ##.##.2024-cü il tarixli 6.761,40 manat, MT2409 ******** nömrəli ##.##.2024-cü il tarixli 9.062,40 manat və MT2409 ******** nömrəli ##.##.2024-cü il tarixli 7.164,96 manat məbləğində, ümumilikdə 38.830,26 manatlıq elektron qaimələr göndərilmişdir.

3. Iddiaçı tərəfindən verilmiş ##.##.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 9.434,94 manat məbləğində mal verilmişdir.

4. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 1.205,96 manat məbləğində mal verilmişdir.

5. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 684,12 manat məbləğində mal verilmişdir.

6. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 5.557,05 manat məbləğində mal verilmişdir.

7. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 6.224,91 manat məbləğində mal verilmişdir.

8. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 3.631,44 manat məbləğində mal verilmişdir.

9. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 106,40 manat məbləğində mal verilmişdir.

10. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 153.986,16 manat məbləğində mal verilmişdir.

11. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 15.000 manat ödənilmişdir.

12. “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən iddiaçıya 10.000 manat ödənilmişdir.

13. ##.##.2025-ci il tarixli “xxxx” MMC-nin ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının hesabına 2.700 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

14. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli № ****/**-2024 saylı alğı-satqı müqaviləsinə əsasən 153.986,46 manat məbləğində əsas borc, 7.699 manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün çəkilmiş xərc 445 manat məbləğində olmaqla, ümumilikdə isə 162.130,46 manat məbləğin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı MMCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında ##.##.2024-cü il tarixli № ****/**-2024 saylı alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında mal və malları satır, alıcı isə bunun müqabilində satıcıya malın dəyərini ödəyir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı malların dəyərini qaimə-fakturaya əsasən 30 gün əvvəlcədən ödəməli idi. Lakin satıcı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirsə də alıcı malların dəyərini hələ də ödəməkdən boyun qaçırır və bu günə kimi № ****/**-2024 saylı, ##.##.2024-cü il tarixlimüqavilə üzrə alıcı satıcıya 153.986,46 manat məbləğində pul borcludur. Qeyd edilən borcun məbləği iddia ərizəsinə əlavə edilən tərəflər arasında imzalanmış təhvil-təslim aktları və qaimələrlə öz sübutunu tapır. Lakin cavabdeh təhviltəslim aktlarını qərəzli olaraq imzalamır. Təhvil-təslim aktları üzrə malların dəyərinin bir hissəsini ödəsədə qalan hissəni ödəməkdən boyun qaçırır. Eyni zamanda bildirmək istəyirik ki, ##.##.2025-ci il tarixdə satıcı alıcıya pretenziya məktubu yollamış və 5 iş günü ərzində borc ödənilmədiyi təqdirdə tərəflərindən əsas borcun, cərimənin (153.986,46 AZN + 5%) və digər xərclərin ödənilməsinin təmin olunması məqsədilə məhkəməyə müraciət olunacağını qarşı tərəfə bildirmişdir. Lakin “xxxx” MMC pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, məktubumuzu cavabsız qoymuşdur.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 124.486 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumu kimi 414,49 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 124.486,46 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdeh “xxxx” MMCdən 124.486,46 manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

18. Dəbbə puluna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında imzalanmış ##.##.2024-cü il tarixli ****/**-**** saylı alğısatqı müqaviləsində dəbbə pulunun ödənilməsi razılaşdırılmamışdır. Qeyd olunan halı nəzərə alınaraq, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1, 467 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Həmin qətnamədən cavabdeh “xxxx” MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aralarında olan müqavilə münasibətləri üzrə iddiaçı, cavabdehdən ümumilikdə 38.830,26 manat dəyərində mal almış və ona xidmət göstərilmişdir. Bu hal müvafiq elektron qaimələrlə təsdiq olunur. Borcla bağlı tərəflərindən iddiaçıya təsdiq üçün üzləşmə aktı təqdim olunmuş və dəfələrlə məktub göndərilməsinə baxmayaraq, iddiaçı bilərəkdən aktı təsdiq etməkdən yayınmışdır. Beləliklə, iddiaçının bu günə cavabdehə 38.830,26 məbləğində borcu mövcuddur. Həmin vəsaitin iddiaçıya olan əsas borcdan silinməsini məhkəmədən xahiş etmişlər. Lakin mübahisənin həlli ilə bağlı zəruri əhəmiyyət kəsb edən bu hal məhkəmə tərəfindən nəzərə alınmayaraq, göstərilən məbləğ iddiaçıya olan əsas borcdan silinməmişdir. Elektron qaimələrin məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə buna heç bir münasibət bildirməmişdir. Məhkəmə yalnız iddiaçının mənafeyini müdafiə etmiş, işi birtərəfli aparmış və tərəflərə eyni cür yanaşmamışdır ki, nəticədə göstərilən məbləğ cavabdehin iddiaçıya olan əsas borcundan silinməmişdir. Cavabdehin iddiaçıya olan borcu ilə bağlı məhkəmə tərəfindən hərtərəfli araşdırılma aparılsa da, əksinə iddiaçının cavabdehə 38.830,26 manat məbləğində borcu olmasına dair iş üzrə mühüm əhəmiyət kəsb edən bu hal araşdırılmamışdır. Ona görə də, qətnaməni əsassız hesab edirlər. Iddiaçının cavabdehə 38.830,26 manat məbləğində borcu olması barədə məhkəməyə təqdim etdikləri dəlillər məhkəmə tərəfindən aydınlaşdırılmadan əhəmiyyətsiz bir qətnamə çıxarılmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz:

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -540.1-ci maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. -540.2-ci maddəsinə əsasən, tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir; məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, həmin Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. -598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə ## ##### 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab-fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir; belə sənədlər müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliyin icrasının rəsmiləşdirilməsi üsulu və işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2024-cü il tarixli ****/**-**** nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqaviləyə görə iddiaçı malları təqdim etməli, cavabdeh isə onları qəbul edərək dəyərini müqavilədə müəyyən edilmiş müddətdə ödəməli idi. Elektron qaimələr, təhvil-təslim aktları, ödəniş sənədləri və tərəflərin izahatları qarşılıqlı əlaqədə qiymətləndirildikdə iddiaçının malları təqdim etdiyi, cavabdehin isə aparılmış ödənişlərdən sonra 124.486,46 manat məbləğində borcunun qaldığı müəyyən olunur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmin borc qalığını etiraf etmiş, apellyasiya şikayətində də əsas borcun mövcudluğunu ayrıca mübahisələndirməyərək yalnız 38.830,26 manatlıq qarşılıqlı tələbin bu borcdan çıxılmasını istəmişdir.

33. Cavabdehin 38.830,26 manatın əsas borcdan çıxılması barədə dəlili hüquqi mahiyyət etibarilə qarşılıqlı tələblərin əvəzləşdirilməsi barədə etirazdır. Mülki Məcəllənin 540.1 və 540.2-ci maddələrinin mənasına görə, əvəzləşdirmənin baş tutması üçün qarşılıqlı tələblərin mövcudluğu və məbləği, onların icra müddətinin çatması (və ya tələb sahibinin əvəzləşdirməyə razılığı), habelə əvəzləşdirmə barədə digər tərəfə şərtsiz məlumat verilməsi müəyyən edilməlidir. Bu halların sübut edilməsi yükü əvəzləşdirməyə istinad edən cavabdehin üzərinə düşür.

34. Cavabdeh qarşılıqlı tələbin mövcudluğunu yeddi elektron qaimə və iddiaçı tərəfindən imzalanmamış üzləşmə aktı ilə əsaslandırmışdır. Elektron qaimələr ilkin uçot sənədləri olsa da, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə əsasən, onlar öz-özlüyündə malların və ya xidmətlərin iddiaçıya faktiki təqdim edilməsini və bunun nəticəsində pul borcunun yarandığını birbaşa təsdiq etmir. Iş materiallarında həmin qaimələr üzrə müqavilə və ya sifariş, malların təhvil verilməsini və yaxud xidmətlərin qəbulunu təsdiq edən ikitərəfli akt, yük qaiməsi, iddiaçının təsdiqi, habelə ödəniş müddətinin çatmasını göstərən digər mötəbər sübutlar mövcud deyildir.

35. Iddiaçı tərəfindən imzalanmamış üzləşmə aktı tərəflərin qarşılıqlı hesablaşmalar üzrə razılığa gəldiyini və ya iddiaçının 38.830,26 manat borcu etiraf etdiyini təsdiq etmir. Eyni zamanda iş materiallarında cavabdehin həmin qarşılıqlı tələbləri konkret göstərməklə şərtsiz əvəzləşdirmə bildirişini iddiaçıya verdiyini və bu bildirişin iddiaçıya çatdığını təsdiq edən sübut yoxdur. Deməli, Mülki Məcəllənin 540.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlandırma şərtinin yerinə yetirildiyi də müəyyən edilmir.

36. Beləliklə, cavabdehin istinad etdiyi qarşılıqlı tələbin yaranması, dəqiq məbləği və icra müddətinin çatması, eləcə də həmin tələbin iddiaçının tələbi ilə qanuna uyğun qaydada əvəzləşdirilməsi sübuta yetirilməmişdir. Buna görə 38.830,26 manatın iddiaçının xeyrinə müəyyən edilmiş 124.486,46 manat əsas borcdan çıxılması üçün hüquqi əsas yoxdur. Bu nəticə cavabdehin iddiaçıya qarşı müstəqil tələbi olduğu qənaətində qalacağı halda, həmin tələblə ayrıca məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

37. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi elektron qaimələrə ayrıca və geniş hüquqi qiymət verməsə də, bu çatışmazlıq iş üzrə gəlinmiş nəticənin düzgünlüyünə təsir edən prosessual pozuntu hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi həmin sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə bilavasitə araşdırmış və onların cavabdehin iddia etdiyi qarşılıqlı borcu və əvəzləşdirmə üçün zəruri şərtləri təsdiq etmədiyi nəticəsinə gəlmişdir.

38. Qeyd olunanların məcmusu cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmadığını göstərir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar