Məhkəmə qərarları › İş №e-2-2(3-6)-688/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-688/2026

14.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-688/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Əsədov Ramin Adil oğluna qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Səmidəlizadə Gülər Arif qızının, Cavabdeh Əsədov Ramin Adil oğlunun iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC (“borc verən”) ilə cavabdeh2 QSC (“borc alan”) arasında ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən borc verən borc alana 12 ay müddətində (##.##.2025-ci il tarixədək) 100 000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən kredit xətti Borc alana onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutulmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 90 (doxsan) gündən çox olmamaqla tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Bu Müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirən kredit xəttinin məbləğini aşa bilməz. Bu bənddə nəzərdə tutulan müraciətdə göstərilən məbləği Borc verən Borc alan üçün Borc verəndə açılan ******************** №-li cari hesaba köçürməklə verir. Kredit xətti üzrə məbləğin Borc alanın hesabına mədaxil edildiyi gün kredit xətti üzrə borcun verildiyi gün hesab olunur. 1.2-ci bəndinə əsasən kredit xəttinin təyinatı dövriyyə vəsaitinin artırılmasıdır. 1.3-cü bəndinə əsasən borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi çıxış edir. 1.4-cü bəndinə əsasən kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 16.1 faiz təşkil edir. 3.2-ci maddəsinə əsasən kredit xətti çərçivəsində istifadə edilən hər tranş üzrə əsas borc həmin tranş üzrə ödəniş müddəti ərzində borc alan tərəfindən tam olaraq borc alana qaytarılır. 4.4.6-cı bəndinə əsasən kredit üzrə ödəniş müddəti çatmış əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin özünün Borc verəndəki bank hesablarından akseptsiz qaydada silmək hüququnu Borc verənə vermək borc alanın vəzifəsidir. Müqavilə kredit verənin imzası və möhürü,kredit alanın imzası ilə təsdiq edilmişdir.

2. İddiaçı ASC (“kredit verən”) ilə cavabdeh1 (“zamin”) arasında ##.##.2024cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən zamin ##.##.2024-cü il tarixli *****-ODM saylı kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. 2.3.1-ci bəndinə əsasən zamin borc alanın kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini taş şəkildə yerinə yetirməsinə görə Borc alanla birlikdə məsuliyyət daşıyır. Müqavilə kredit verənin imzası və möhürü,zaminin imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı ASC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən cavabdeh2 QSC-nin İddiaçı ASC-yə 100000 manat əsas borc, 2500 faiz borcu, 9958.33 manat cərimə borcu var.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən cavabdeh2 QSC-nin İddiaçı ASC -yə olan borcu ##.##.2024- cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas kredit borcu 100000 manat, faiz borcu 1166.67 manat;##.##.2025ci il tarixə illik 5% ilə hesablanmaqla əsas borc üzrə 100 000 manat,faiz borcu üzrə 1166.67 manat, faiz borcu 5 faiz ilə 1638.89 manat,##.##.2025-ci il tarixinə əsas borc üzrə 100000 manat, fai borcu üzrə 1166.67 manat, faiz borcu 5 faiz ilə 1833,33 manat təşkil edir. Ekspertiza təd qiqatlarının dəyəri 100 manat təşkil edir.

5. İddiaçı ASC tərəfindən cavabdehlərə pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 QSC və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı ASC-nin xeyrinə ****-ODM nömrəli, ##.##.2024-cü il tarixli Kredit Müqaviləsi üzrə 100000 manat əsas, 1166.67 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 1541.67 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 4625 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 107333.33 manat məbləğində kredit borcunun, eyni zamanda 397.33 manat manat ödənilmiş dövlət rüsumunun və 0.60 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə “xxxx” QSC arasında bağlanmış ****-ODM nömrəli, ##.##.2024-cü il tarixli Kredit Xətti Müqaviləsinə əsasən Bank tərəfindən Borc alana 12 ay müddətinə (##.##.2025-ci il tarixinədək) 100000 manat məbləğində bərpa olunan kredit limiti açılmışdır, həmin kredit xətti müqaviləsi daxilində borcalana ##.##.2025-ci il tarixində 100 000 manat məbləğində kredit ayrılmışdır. Borc alan isə ona bu kredit çərçivəsində təqdim olunmuş krediti Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, kreditə hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Kredit Xətti Müqaviləsinin təminatı kimi Bankla cavabdeh1 arasında ****-DLZ/* nömrəli, ##.##.2024- cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən zamin 1.2-ci bənddə qeyd olunmuş kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Həmçinin sözügedən müqavilələrin 6.1-ci bəndlərindən görünür ki, zaminlik müqavilələrinin tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və ##.##.2026-cı il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Borc alan kreditdən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri borc verənə vaxtında və müəyyən edilmiş məbləğdə qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlərə kreditin qaytarılması haqqında ##.##.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) Elektron Məhkəmə Sistemi, poçt, hüquqi şəxs olan cavabdehlərə isə əlavə olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinet (Vergi Xidmətində olan onlayn kargüzarlıq) vasitəsi ilə göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, ****-ODM nömrəli, ##.##.2024-cü il tarixli Kredit Xətti Müqaviləsi üzrə cavabdehlərin Banka 100000 manat əsas, 1166.67 manat müqavilə müddəti ərzində (##.##.2025-ci il tarixinədək) ödənilməmiş faiz borcu, 1541.67 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 4625 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 107333.33 manat məbləğində ödənilməmiş kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün məhkəmə qaydasında hesablanmış kredit borcunun cavabdehlərdən tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, kommersiya qurumunun dövlət reyesrindən çıxarışın surətindən və internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, AZ4417, ünvan 2 mkr. ünvanı cavabdeh cavabdeh2 QSC-nin hüquqi ünvanıdır. İddia ərizəsinə əlavə edilən sənədlərdə müəyyən edilmişdir ki, ünvan 1 ünvanı cavabdeh cavabdeh1 qeydiyyat ünvanıdır. Hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 107333.33 manat olduğundan, iddiaçı tərəfindən iddia irəli sürülərkən 397.33 manat dövlət rüsumu və 0.60 manat xidmət haqqı ödənilmişdir.

8. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizəni təqdim edərək, cavabdeh cavabdeh2 QSC və cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xeyrinə ****-ODM nömrəli, ##.##.2024-cü il Kredit müqaviləsinə əsasən 100.000 manat əsas, 1166,67 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3319,44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 9958,33 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 114.444,44 manat məbləğində kredit borcunun, eyni zamanda iddia irəli sürülərkən 404., manat ödənilmiş dövlət rüsum və 0.60 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən edilmişdir. Cavabdeh cavabdeh2 QSC, cavabdeh1 müştərək qaydada 100.000 manat məbləğində əsas borc, 1166,67 (manat məbləğində faiz borcu, 1700 manat məbləğində illik 5%-lə hesablanmış faiz borcu, 3000 manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 390 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh2 QSC arasında ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı İddiaçı ASC cavabdeh cavabdeh2 QSC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 100000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh cavabdeh2 QSC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edib ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas kredit borcu 100000 manat, faiz borcu 1166,67 manat; ##.##.2025ci il tarixə illik 5% ilə hesablanmaqla əsas borc üzrə 100 000 manat,faiz borcu üzrə 1166,67 manat, faiz borcu 5 faiz ilə 1638,89 manat,##.##.2025-ci il tarixinə əsas borc üzrə 100.000 manat, fai borcu üzrə 1166,67 manat, faiz borcu 5 faiz ilə 1833,33 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda əsas borca dair hissədə məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edib ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində və faiz borcun tutulması hissəsində təmin edilməli, ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit razılaşması üzrə 100.000 manat əsas kredit borcu, 1166.67 manat faiz borcu cavabdeh cavabdeh2 QSC-dən bankın xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı 3319,44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə cavabdeh cavabdeh2 QSC-nin ödənilməmiş 100.000 manat məbləğində əsas borcunu və borcun ödənilməsini gecikdirdiyi müddəti nəzərə alaraq hesab edib ki, cavabdehdən illik 5% ilə hesablanmış 1700 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, materiallardan görünüb ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 9958,33 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edib ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə zamin cavabdeh1 ##.##.2024-cü il tarixli ****-ODM saylı saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edib ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz və cərimə olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edib ki, iddiaçı tərəfindən 128,05 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edib ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməlidir.

11. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 62.1, 467, 470.1, 472.1, 472.2, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739, 743-cü maddələrin istinadla əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən 5% və rüsum hissəsində ləğv edilməsi, cavabdehlər cavabdeh2 QSC və cavabdeh1 iddiaçı İddiaçı ASC-nin xeyrinə 6300-ODMnömrəli, ##.##.2024-cü il Kredit Xətti müqaviləsi üzrə 3319.44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcunun (5%), eyni zamanda iddia irəli sürülərkən ödənilmiş 404.44 manat dövlət rüsumu və 0.6 manat xidmət haqqının, 100 manat məbləğində ekspertiza xərcinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 202.22 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qətnamənin ona qarşı olan hissədə, eləcə də cərimə və faiz borcu hissəsində ləğv etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən tələb dəqiqləşdirmə ərizəsi ##.##.2026-cı il tarixində, məhkəmə hazırlıq iclasında təqdim edilmişdir, lakin məhkəmə tərəfindən yekun qərar çıxarılarkən həmin ərizə nəzərə alınmamışdır. Məhkəmə qətnaməsinin sübutların tədqiqi hissəsində 10-cu bəndində qeyd olunmuşdur ki: İddiaçı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 100000 manat əsas borc, 2500 faiz borcu, 9958.33 manat cərimə borcu var. Lakin tərəflərindən ##.##.2026-cı il tarixində təqdim olunan maliyyə arayışına əsasən cavabdehin banka 100 000 manat əsas, 1166.67 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3319.44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 9958.33 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 114 444.44 manat məbləğində kredit borcu olmuşdur. Məhkəmə bu hissədə faiz borcunda yanlışlığa yol vermişdir. Məhkəmə gedişatı zamanı ##.##.2026-cı il tarixində MPM-in 53-cü maddəsinin tələbinə əsasən məhkəməyə müraciət olunaraq, cavabdehlər cavabdeh2 QSC və cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə ****-ODM nömrəli, ##.##.2024-cü il Kreditmüqaviləsinə əsasən 100.000 manat əsas, 1166,67 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3319,44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 9958,33 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 114.444,44 manat məbləğində kredit borcunun, eyni zamanda iddia irəli sürülərkən 404,44 manat ödənilmiş dövlət rüsum və 0.60 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi üçün müraciət edilmişdir xahiş edilmişdir. Lakin məhkəmə qətnamədə 100 000 manat məbləğində əsas borc, 1166,67 manat məbləğində faiz borcu, 1700 manat məbləğində illik 5%-lə hesablanmış faiz borcu, 3000 manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 390 manat məbləğində dövlət rüsumunun tutulmasını qət edilmişdir. Məhkəmə tərəfindən təqdim edilən sübutlar tam və hərtərəfli araşdırılmamış və qətnamədə yanlışlığa yol vermişdir. Belə ki, qətnamədə sübutların tədqiqi hissəsində iddiaçı tərəfindən təqdim olunan ##.##.2026-cı il tarixli maliyyə arayışında cavabdehlərin banka 100000 manat əsas borc,2500 faiz borcu, 9958,33 manat cərimə borcunun olduğu qeyd olunmuşdur, lakin işə əlavə olunan sübutlardan da göründüyü kimi iddiaçı tərəfindən həmin tarixdə təqdim olunan maliyyə arayışına əsasən cavabdehlərin banka 100.000 manat əsas, 1166,67 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3319,44 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz borcu və 9958,33 manat ödənilməmiş cərimə borcu olmaqla, cəmi 114 444.44 manat məbləğində kredit borcu mövcud olmuşdur. Həmçinin Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(113)- 8452/2025saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - ##.##.2025-ci il tarixə (müqavilə müddəti bitən tarixə) iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh2 QSC arasında bağlanmış ****-ODM nömrəli, ##.##.2024-cü il tarixli Kredit Xətti Müqaviləsinə əsasən (bütün ödənişlər nəzərə alınmaqla) əsas borcu,faiz borcu məbləği nə qədər təşkil edir? - ##.##.2025-ci il tarixə (müqavilə müddəti bitən tarixə) iş materiallarında olan İddiaçı ASC ilə cavabdeh2 QSC arasında bağlanmış ****-ODM nömrəli, ##.##.2024-cü il tarixli Kredit Xətti Müqaviləsinəəsasən (bütün ödənişlər nəzərə alınmaqla) əsas borcu,faiz borcu məbləği nə qədər təşkil edir? Bankla cavabdeh arasında Kredit Xətti Müqaviləsi ##.##.2024-cü il tarixində imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Borc verən Borc alana 12 aymüddətində (##.##.2025-ci il tarixədək) 100 000 manat məbləğində, illik 15 faiz ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, Borc alan isə Müqavilədənəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi öhdəsinə götürür. Həmçinin Kredit Xətti müqaviləsinin3.1-ci bəndinə əsasən Kredit xətti üzrə krediti hər birinin ödəniş müddəti 90(doxsan) gündən çox olmamaqla tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Bu bənddə nəzərdə tutulan müraciətdə göstərilən məbləği borc verən borc alan üçün borc verəndə açılan ******************** nömrəli cari hesaba köçürməklə verir. Kredit xətti üzrə məbləğin borc alanın hesabına mədaxil edildiyi gün kredit xətti üzrə borcun verildiyi gün hesab olunur. Belə ki, maliyyə arayışı və hesabdan çıxarışdan da göründüyü kimi, kredit xətti üzrə məbləğ Borc alanın hesabına ##.##.2025-ci il tarixində mədaxil edilmişdir. Bu müddətlər nəzərə alınaraq, ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən ##.##.2025-ci il tarixindən (müqavilənin bitmə tarixi) ##.##.2026-cı il tarixinə (tələb dəqiqləşdirmə ərizəsinin verildiyi tarixə) qədər kredit üzrə gecikdirilmiş günlərin faktiki sayı 239 gündür. Yəni həmin tarixə cavabdehin banka borcu 100 000*5/100=5000/360=13.89(1 günə düşən 5%), 13.89*239=3319.44 manat gecikdirilmiş günlər üçün 5%-lə hesablanan faiz borcu mövcuddur. Həmçinin ekspert rəyində də 1 günə 5%-lə hesablanan faiz borcun məbləğinin 13.89 manat olduğu göstərilmişdir. Lakin məhkəmə qətnamə çıxararkən iddiaçı tərəfindən təqdim olunan tələb dəqiqləşdirmə ərizəsini nəzərə almamış, illik 5%-lə hesablanan 1700 manat faiz borcunun tutulmasını qət etmişdir və bu borcun hansı tarixdən hesablandığına aydınlıq gətirməmişdir. Hesab edir ki, qətnamə 5% və rüsum hissəsində ləğv edilməli və iddia tələbi tam təmin olunmalıdır.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin kredit və faiz borclarının onun üzərinə də, qoyulmasına dair nəticəsini qəbul etmir və həmin hissədə qətnamə ilə razı deyil. İş materiallarında ##.##.2024-cü il tarixli zaminlik müqaviləsinin mövcudluğu göstərilmişdir. Lakin məhkəmə işin faktiki hallarnı tam və hərtərəfli araşdırmadan, yalnız formal müqavilə münasibətinə istinad etməklə cavabdehin üzərinə müştərək məsuliyyət qoymuşdur. Halbuki, kredit vəsaitinin faktiki istifadə istiqaməti, həmin vəsaitdən kimin faydalandığı, kreditin hansı məqsədlərlə istifadə edildiyi və nəticədə iqtisadi mənfəətin kim tərəfindən eldə edildiyi məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır. İş materiallarından da görünür ki, ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi birbaşa olaraq cavabdeh2 QSC ilə iddiaçı bank arasmda bağlanmış, kredit dövriyyə vəsaitinin artırılması məqsədilə ayrmışdır. Kredit vəsaiti şirkətin sahibkarlıq fəaliyyəti, icra etdiyi layihələr, işçi qüvvəsinin saxlanılması və digər kommersiya məqsədləri üçün istifadə edilmişdir. Cavabdehə həmin kredit məbləğindən hər hansı pul vəsaiti verilməmiş, həmin vəsait şəxsi ehtiyacların və ya şəxsi sahibkarlıq fəaliyyəti üçün istifadə edilməmişdir. Məhkəmə tərəfindən isə bu xüsusatlar ümumiyyətlə araşdırılmamış, kreditvəsaitinin faktiki hərəkəti, bank hesabları üzrə təyinatlar, ödənişlərin kimlərin xeyrinə həyata keçirilməsi və vəsaitdən kimin iqtisadi fayda eldə etməsi müəyyən edilməmişdir. Halbuki, işin düzgün həlli baxımından həmin hallar mühüm əhəmiyyət kəsb edir. Belə ki, kredit tam şəkildə hüquqi şəxs olan "xxxx' QSC-nin fəaliyyətinə yönəlmişdir. Kreditin ayrılması ilə bağlı bütün kommersiya riski və təsərrüfat fəaliyyəti həmin hüquqi şəxsə aid olmuşdur. Cavabdeh isə kredit müqaviləsinin tərəfi olmamış, kredit vəsaitini əldə etməmiş və həmin vəsait üzərində sərəncam verməmişdir. Buna baxmayaraq, məhkəmə yalnız zaminlik müqaviləsinə formal istinad etməklə cavabdehi də əsas borclu ilə eyni həcmdə məsuliyyət daşıyan şəxs kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatların mahiyyəti tam nəzərə alınmamışdır. Cavabdeh məhkəmədə bildirmişdir kl, kredit ödənişlərinin gecikməsi cavabdeh2 QSC-nin ağır maliyyə-məziyyəti ilə bağlı olmuş, kredit vəsaitləri şirkətin fəaliyyətinə sərf edilmişdir. Bu hal bir daha təsdiq edir ki, kredit münasibətindən faktiki faydalanan şəxs hüquqi şəxs olmuş, cavabdeh isə həmin vəsaitdən şəxsi olaraq istifadə etməmişdir. Məhkəmə tərəfindən araşdırılmamış digər mühüm hal isə ondan ibarətdir ki, kredit müqaviləsi üzrə yaranmış borcun hansı hissəsinin birbaşa şirkətin təsərrüfat fəaliyyəti nəticəsində formalaşması müəyyən edilməmişdir. Kredit vəsaitlərinin şirkətin podrat işlərinə, əmək haqqı ödənişlərinə və digər korporativ xərclərə yönəldilməsi iş materialları ilə təsdiq oluna biləcəyi halda, məhkəmə hemin istiqamətdə hər hansı araşdrma aparmarmışdr. Eyni zamanda, məhkəmə tərəfindən zaminin məsuliyyətinin həcmi və xarakteri konkret halların xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməmişdir. Məhkəmə yalnız Mülki Məcəllənin 470-ci və 472-d maddələrinə ümumi şəkildə istinad etmiş, lakin iş üzrə real iqtisadi münasibətləri və tərəflərin faktiki vəziyyətini araşdırmamışdır. Halbuki mübahisənin ədalətli həlli üçün kredit münasibətindən faktiki olaraq kimin faydalandığı və borcun yaranmasna səbəb olan kommersiya fəaliyyətinin hansı şəxs tərəfindən həyata keçirildiyi müəyyən edilməli idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, xüsusilə kredit vəsaitlərinin təyinatı və istifadəsi ilə bağlı mühüm hallar diqqətdən kənarda qalmışdr. Nəticədə, cavabdehin üzərinə müştərək məsuliyyət qoyulması qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən qətnamənin ona münasibətdə kredit borcunun tutulmasına dair hissəsi ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi isə mübahisəyə baxarkən tərəflər arasındakı hüquq münasibətlərini faktiki mahiyyətini tam araşdırmadan yalnız formal zaminlik müqaviləsinə əsaslanmış və həmin normanı düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından açıq şəkildə görünür ki, ##.##.2024-cü il tarixli 6300-ODM nömrən kredit müqaviləsi birbaşa məsuliyyət daşıdığı nəticəsinə gəlmişdir. Halbuki Mülki Məcəllənin 442-ci maddəsinin mahiyyətinə görə öhdəlik münasibətləri qiymətləndirilərkən tərəflərin real hüquqi və iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Kredit münasibətində əsas öhdəlik daşıyan və həmin münasibətdən faktiki faydalanan şəxs “xxxx" QSC olmuşdur. Buna baxmayaraq, məhkəmə öhdəliyin faktiki mahiyyətini araşdırmadan formal yanaşma tətbiq etmiş və nəticədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu isə qətnamənin həmin hissədə qanuni və əsaslı olmadığını göstərir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuş, iş üzrə toplanmış sübutlar obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirilməmişdir. Belə ki, məhkəmə iş materiallarında olan sübutların qarşiıqlı əlaqəsini və onların hüquqi münasibətlərin faktiki mahiyyətinə təsirini araşdrmadan yalnız formal sənədlərə üstünlük vermişdir. Xüsusilə, ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi məhkəmə tərəfindən əvvəlcədən, müəyyən edilmiş qüvvəyə malik sübut kimi qəbul edilmiş və digər mühüm hallar lazımi qaydada qiymətləndirilməmişdir. Eyni zamanda, məhkəmə “xxxx" QSCnin təsərrüfat fəaliyyəti və kreditin həmin fəaliyyət çərçivəsində istifadə olunması hallarını da araşdırmamışdır. Şirkətin həyata keçirdiyi layihələr, işçi xərcləri və digər kommersiya öhdəlikləri üçün kreditdən istifadə olunması məsələsinə qiymət verilməmişdir. Halbuki bu hallar kredit borcunun yaranma səbəblərinin müəyyən edilməsi və məsuliyyətin kim tərəfindən daşınmalı olmasının düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə həmçinin zaminlik münasibətinin faktiki mahiyyətini də araşdırmamışdır. Belə ki, zaminlik müqaviləsinin bağlanması özü-özlüyündə kredit vəsaitindən şəxsi qaydada istifadə olunmasını və ya həmin vəsaitdən iqtisadi fayda əldə edilməsini təsdiq etmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qarşı tərəfin apellyasiya şikayətinə etiraz etmiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh Əsədov Ramin Adil oğlu məhkəmə iclasında tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdir.

19. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.2-ci maddəsinə görə bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. -740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. -742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

21. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə ona qarşı hissədə, eləcə də faiz və cərimə borcunun təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir, iddiaçı əsas borcluya və apellyatora yönəldilmiş tələbin birgə öhdəliyə əsaslanan vahid tələb olmasını nəzərə alaraq hesab edir ki, həmin şikayətə əsasən qətnamənin əsaslılığı iddianın təmin edildiyi hissədə tam şəkildə yoxlanılmalıdır. İddiaçı isə verdiyi apellyasiya şikayətində qətnamənin əsaslılığını 5% borcunun və məhkəmə xərclərinin tutulmasının rədd edildiyi hissəsində mübahisələndirmişdir. Belə olan halda isə iddiaçının apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığı göstərilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh cavabdeh2 QSC arasında ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ##.##.2025-ci il tarixədək illik 15 % ödəmək şərtilə 100.000 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə cavabdeh1 arasında ##.##.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin adıçəkilən kredit müqaviləsi üzrə borcalan ilə birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilə çərçicəsində iddiaçı tərəfindən cavabdeh cavabdeh2 QSC-yə ##.##.2025ci il tarixdə müqavilənin 3.1-ci bəndinə əsasən 90 gün müddətinə qaytarılması şərti ilə 100.000 manat məbləğində tranş verilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə yaranmış əsas, faiz borcu, borcun gecikdirilməsinə görə faizlərin və dəbbə pulunun tutulmasını tələb edir.

27. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisələndirilən hissədə, yəni kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 743.1-ci və 472.1-ci maddələri təşkil edir.

28. Birinci instansiya məhkəməsi borcun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizası təyin etmiş və ekspert rəyi ilə ##.##.2025-ci il tarixə, kreditin verilməsi müddətinin bitdiyi tarixə banka olan əsas borcunun 100.000 manat, faiz borcunun 1166,67 manat, həmçinin ##.##.2025-ci il tarixə faiz borcu 5 faiz ilə 1833,33 manat məbləğində olması (hər günə düşən faiz məbləği 13,89 manat) müəyyən edilmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən edilən əsas və faiz borc məbləğinin iddia ərizəsində tələb edilən əsas və faiz borc məbləğləri ilə eyni olduğunu nəzərə alaraq həmin hissədə iddianı tam təmin etməkdə haqlı olmuşdur.

30. Dəbbə pulu və müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə faiz tələblərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə iddianı qismən təmin edərək 3000 manat məbləğində dəbbə pulunun və 1700 manat məbləğində 5%-in tutulmasını qət etsə də, qətnamədə tutulması təmin edilmiş dəbbə pulu və faiz məbləğlərinin hansı müddət üçün hesablanmasına aydınlıq gətirməmiş, həm dəbbə pulunun, həm Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin pul öhdəliklərin pozuntusuna görə tətbiq edilən bərpaedici sanksiya olduğunu nəzərə almamış, eyni pozuntu və eyni müddət üçün iki fərqli məsuliyyət tədbirin tətbiqi üçün əsas olub-olmamasını araşdırmamışdır.

31. Bununla bağlı kollegiya qeyd edir ki, iş materialları, eləcə də iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatla müəyyən edilmişdir ki, iddiaçıya mübahisəli kredit xətti müqaviləsi üzrə həmin müqavilənin 3.1-ci bəndinin tələblərinə əsasən 90 gün müddətində qaytarılması şərti ilə 100.000 manat məbləğində tranş verilmişdir. Digər tərəfdən kredit xətti müqaviləsində həmin tranş üzrə əsas borcun hissə-hissə qaytarılmalı olması barədə şərt yer almamış, eləcə də bununla bağlı ödəniş qrafiki də təsdiq edilməmiş, əksinə müqaviləsinin 3.2-ci bəndində də kredit xətti çərçivəsində istifadə edilən hər tranş üzrə əsas borc həmin tranş üzrə ödəniş müddəti ərzində borc alan tərəfindən tam olaraq borc alana qaytarılmalı olması nəzərdə tutulmuşdur.

32. Göründüyü kimi, müqavilə şərtlərinə əsasən mübahisəli tranş üzrə əsas borcu tam şəkildə ##.##.2025-ci il tarixədək qaytarılmalı idi. Odur ki, cavabdehin həmin tranş üzrə öhdəliyinin icrası müddəti yalnız ##.##.2025-ci il tarixdə çatdığından həmin tarixədək olan müddət ərzində müqavilə üzrə öhdəliklər cavabdehlər tərəfindən pozulmamışdır. Belə olan halda isə ##.##.2025-ci il tarixədək olan müddət üçün dəbbə pulunun tutulması üçün əsas yoxdur.

33. Digər tərəfdən o da qeyd edilməlidir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə müqavilədə nəzərdə tutulan məsuliyyət tədbiri olan dəbbə pulu yalnız müqavilənin qüvvədə olduğu müddət üçün tutula bilər. Hazırkı halda müqavilə üzrə kreditin verildiyi müddət ##.##.2025-ci il tarixdə başa çatdığından iddiaçının həmin tarixdən sonrakı, yəni müqavilənin qüvvədə olmadığı müddət üçün həmin müqaviləyə əsasən dəbbə pulu tələb etməsi də əsassızdır.

34. Belə olan halda kollegiya hesab edir ki, həmin hissədə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək dəbbə pulunun tutulmasının təmin edildiyi hissədə qətnamə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.

35. Müqavilə müddəti bitdikdən sonrakı müddət üçün 5% tutulması tələbinə gəldikdə kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşır ki, məhkəmə tutulmalı olan faiz məbləğini müəyyən edərkən səhvə yol vermişdir. Belə ki, ##.##.2025-ci il tarixdən başlayaraq ##.##.2026-cı il tarixədək (iddia həcminin artırılması barədə verilənədək) gecikdirilmə müddəti 244 gün təşkil edir. Ekspert rəyində əks olunmuş hesablama cədvəlinə əsasən 100.000 manat əsas borca illik 5%-lə hesablandıqda bir günə düşən faiz məbləği 13,89 manat təşkil etdiyini nəzərə alsaq 242 gün üçün faiz borcu 3361,38 manat (242 günx13,89 manat) olması müəyyən edilir.

36. Belə olan halda, məhkəmə tərkibi iddiaçının illik 5%-lə hesablanmış faizlər üzrə iddia tələbinin 3319,44 manat təşkil etməsini nəzərə alaraq və işə iddia tələbi həddində baxaraq hesab edir ki, qətnamə həmin hissədə də ləğv edilməli və həmin hissədə iddia tam təmin edilməli, cavabdehlərdən müştərək qaydada müqavilə müddətindən sonrakı gecikdirilmə dövrü üçün hesablanmış 3319,44 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə tərəfindən zaminin məsuliyyət hədlərinin düzgün müəyyən edilməməsi və kredit vəsaitindən onun istifadə etməməsi ilə bağlı cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, zaminik müqaviləsində zaminin kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşıması aydın şəkildə müəyyən edilmişdir. Digər tərəfdən cavabdeh cavabdeh1 mübahisəli hüquq münasibətlərində kredit alan deyil, zamin qismində çıxış etdiyindən kredit məbləğinin onun istifadəsinə verilməməsinə, həmin vəsaitdən istifadə etməməsinə istinad etməklə öhdəliyinin icrasından yayınması da əsassızdır. Odur ki, cavabdehin bu barədə dəlilləri əsassız və işin nəticəsinə təsir etməyən formal xarakterli dəlillər kimi qiymətləndirilməlidir. Qətnamə qismən ləğv edilərək iddia tələbinin təmin edilmiş hissəsinin həcmi cüzi azalsa da, birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş dövlət rüsumunun məbləği apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olduğundan, həmin hissədə qətnamənin dəyişdirilməsinə ehtiyac yoxdur.

37. İddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən, həmin şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq, şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən, həmin şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq, şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il, e-*-*(***)-****/**** saylı qətnaməsi qismən - cavabdehlər cavabdeh2 QSC, cavabdeh1 müştərək qaydada ##.##.2024-cü il tarixli ****-ODM saylı kredit müqaviləsi üzrə tutulacaq müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış faiz borcu hissəsində və dəbbə pulu hissəsində ləğv edilsin. Müqavilə müddəti bitdikdən sonrakı müddət üçün illi 5%-lə faizlərin tutulması hissəsində iddia təmin edilsin, cavabdehlər cavabdeh2 QSC, cavabdeh1 birgə (müştərək) qaydada illik 5%-lə hesablanmış 3319,44 manat faiz borcu tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Dəbbə pulunun tutulması hissəsində iddia rədd edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilsin, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Fərrux Qasımov

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar