Məhkəmə qərarları › İş №e-2-2(3-6)-692/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-692/2026

04.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-692/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə İlham oğlunun iştirakı ilə,, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında əmlakın Dövlət Reyestrindən ******* saylı RX seriyalı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi və üzərindəki ümumi sahəsi 15.7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.

2. ##.##.2024-cü il tarixli Cavabdeh və İddiaçı arasında imzalanmış müqavilədən görünür ki, Cavabdeh sexdə olan avadanlıq və qəlibləri 3.000 manata həmişəlik İddiaçı verdiyini, sexin ərazisinin 60 aylıq ayı 400 (dörd yüz) manat olmaqla, 24.000 manat pulunu əvvəlcədən nağd şəkildə aldığını, müqaviləni vaxtından əvvəl pozarsa nağd aldığı pulu geri ödəməyi öhdəsinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir.

3. Cavabdeh adından İddiaçı adına ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir.

4. ##.##.2025-ci il tarixdə Cavabdeh və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adından İddiaçı adına notarial qaydada təsdiq edilmiş etibarnamə verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 59.832 manatın və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 270 manatın alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, “cavabdeh Cavabdeh və həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ər-arvad münasibətində olan şəxslərdir, onlar ilə Tovuz şəhərində yerləşən çayxana obyektinin alqısatqı zamanı tanış olmuşuq və aramızda etibarlı münasibət yaranmışdır. 2024-cü ilin sentyabr ayında cavabdeh Cavabdeh Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən və onların mülkiyyətində olan 0,02 ha torpaq sahəsini və həmin torpaqda olan daşaqlay sexini icarəyə vermək istədiyini bildirdi və aramızda yaxın münasibət olduğuna görə mənə həmin sexi icarəyə götürməyimi təklif etdi. Mən də sahibkarlıq məqsədi ilə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü cavabdeh Cavabdeh ilə aramızda danışıb razılaşdıqdan sonra icarə müqaviləsi bağlanması üçün notariusa müraciət etdikdə, həmin əmlakın üzərində cavabdehin borcuna görə həbs qoyulduğu məlum oldu və ona görə də icarə müqaviləsini notarial qaydada bağlanması mümkün olmadı və aramızda sadə yazılı formada icarə müqaviləsi bağladıq. Cavabdeh Cavabdeh ilə ##.##.2024-ci ildə bağladığımız sadə yazılı icarə müqaviləsinə əsasən mən 60 aylıq icarə haqqı olaraq cavabdehə 24.000 manat nağd olaraq pul verdim. Cavabdeh həmin sexin içərisində olan və metlax istehsalı üçün nəzərdə tutulan dəzgahları əlavə 3.000 manat alaraq mənə satdı. Cavabdeh Cavabdeh həmin vaxt əmlakdan istifadəyə dair notarial qaydada təsdiq edilmiş etibarnamə verərək torpaq sahəsini və sexi mənə təhvil verdi. Aradan 10 ay müddət keçdikdən sonra cavabdeh Cavabdeh mənə icarəyə verdiyi torpaq sahəsini və sexi mənə satmaq istədiyini bildirərək, mənə həmin əmlakı bir sahibkar kimi satın almağımı təklif etdi, əvvəl ödənilən 27.000 manat məbləği də nəzərə alacağını bildirdi. Mən cavabdehə 27.000 manat vermişdim, ona görə də cavabdehlə alqı-satqıya getmək məcburiyyətində qalmışdım və nəhayət 2025-ci ilin avqust ayında biz torpağın sexlə birlikdə 90.000 manata alqı-satqısı barədə razılığa gəldik. Mən əlavə olaraq cavabdehə 20.000 manat nağd olaraq pul verdim, sonra da hissə-hissə 6.400 manat verməklə, cəmi 53.400 manat nağd pul verdim, əmlakın dəyərinin qalan 40.000 manat hissəsini isə əmlak üzərindən həbs götürüldükdən sonra 1 il müddətində hissə-hissə ödəyəcəyimə dair öhdəlik götürdüm. Cavabdeh Cavabdeh, həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə birlikdə məndən 53.400 manat pulu aldıqdan sonra torpağın və sexin sənədlərinin əslini mənə verməklə, mənə ##.##.2025-ci il tarixdə əmlak üzərində bütün səlahiyyətlər olan və ##.##.2030-cu ilədək qüvvədə olan birgə etibarnamə verdilər. Xüsusi olaraq nəzərinizə çatdırım ki, 20000 manat pul şahidlərin iştirakı ilə cavabdehin arvadı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünə şəxsən təqdim edilmiş, o da öz növbəsində sayıb götürmüş, bu barədə öz əlyazması ilə qeydlər aparmışdır. Həmçinin pulların bir qismini müxtəlif vaxtlarda köçürmə yolu ilə ödəmişəm. Bununla bağlı qəbzləri əlavə edirəm. Pulun verilməsində iştirak edən şahidlər var ki, məhkəmədə də ifadə verərək bu halı bir daha təsdiq edəcək və bununla bağlı vəsatət veriləcəkdir. Həmçinin maddi sübut olaraq səs yazıları və video material da var ki məhkəmədə təqdim ediləcəkdir. Bundan başqa cavabdeh Cavabdeh Xətai rayon icra şöbəsinin icraatında olan icra sənədi üzrə olan 6000 manat borcunu və 432 manat icra xərcini ödəməyi xahiş etmişdir. Mən etibarnamə üzrə nümayəndəsi kimi onun əvəzindən 6000 manat tələbkar X2 və 432 manat isə Xətai rayon icra şöbəsinin hesabına ödəmişəm. Cavabdeh Cavabdeh həmin pulu alqı-satqı zamanı nəzərə alacağını bildirmişdir. Lakin hazırda mənə verilən etibarnamə ləğv edilmiş, 2025-ci ilin sentyabr ayından cavabdeh torpaq sahəsini və sexi özü istifadə edir, həmin vaxtdan da məni əmlakların istifadəsindən faktiki olaraq kənarlaşdırmışdır. Bundan sonra aydın oldu ki, mən aldadılmışam, aramızdakı razılaşma obyektin alqı-satqısı ilə bağlı deyil, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış razılaşma olmaqla əslində mənim pulumu, əmlakımı ələ keçirmək niyyəti ilə bağlanmışdır. Cavabdeh Cavabdeh, həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə birlikdə məni aldadaraq torpaq sahəsini və sexi satmaq adı ilə aldıqları 53.400 manatı və onların icra borcuna görə ödədiyim 6432 manatı mənə qaytaracağına söz versələr də, məndən aldıqları 59.832 manat pulu qaytarmaqdan müxtəlif yollarla boyun qaçırır. Nəticə etibarı ilə mən cavabdeh tərəfindən aldadılmış, ümid etdiklərimdən, haqqım çatanlardan, gözləntilərimdən xeyli dərəcədə məhrum olmuş, aldadılmanın təsiri ilə həmin şəxslərin, ər-arvadın birgə hüquqdan sui-istifadəsinin qurbanına çevrilmişəm.”

7. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kənan H.Hüseynov) iddianın qismən təmin edilməsi, 43.600 (qırx üç min altı yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddiaçı ilə aralarındakı münasibətin 2020-ci ildən başladığını, ona məxsus obyekti iddiaçıya işlətməyə verdiyini, qeyd edilmiş sahədən birgə istifadə edərək bir növ şərikli işlədərək gəlir götürdüklərini, 2 il müddətində iddiaçının ona məxsus obyektdə işlədiyini, daha sonra 2025ci ilin sentyabr ayında obyekti cavabdehdə satmaq üçün ondan beh aldığını, iddiaçıya tələb edilən məbləğdən 36.000 manat məbləğində pulu qaytarmasına razı olduğunu bildirərək, iddianın qalan hissədə rədd edilməsini xahiş etmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh sexdə olan qəlibləri 3.000 manata iddiaçıya satmış, iddiaçı isə həmin qəliblərin dəyəri olan 3.000 manatı ödəmişdir. Məhkəmə iclasında hər iki tərəf qəliblərin dəyərinin ödənilməsi halını qəbul etmiş, cavabdeh tərəf də, qəliblərin götürülməsinə etiraz etmədiyini bildirmişdir.

10. Tərəflər qeyri-yaşayış sahəsinin 60 aylıq icarə haqqı üzrə 24.000 manat məbləğində razılığa gəlmişlər və bu pul, iddiaçı tərəfindən cavabdehə verilmişdir. İşin qeyd edilən hissəsi ilə bağlı mübahisəsiz halı (məhkəmə iclasında hər iki tərəf bu halı təsdiq etmişdir) ondan ibarətdir ki, İddiaçı qeyd edilmiş qeyri-yaşayış sahəsindən 2025-ci ilin sentyabr ayınadək istifadə etmişdir. ##.##.2024-cü il tarixli müqavilədən 11 ay sonra iddiaçı tərəf qeyd edilmiş sahədən çıxmışdır. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilənin də, şərtləri nəzərə alındığında (yəni, 60 aylıq icarə haqqının dəyərinin 24.000 manat təşkil etməsi), görünür ki, aylıq icarə haqqı 400 manat təşkil edir.

11. Belə olan halda da, qeyri yaşayış sahəsi 11 ay olduğundan, iddiaçı tərəf 4.400 manat məbləğində icarə haqqı ödəməli idi. İddiaçı isə 60 aylıq tam müddəti olmaqla 24.000 manat pul ödəmişdir. Ona görə də, qeyri-yaşayış sahəsinin onun istifadəsində olmadığı müddət üçün ödəmiş olduğu 19.600 manat pul (24.000-(11x400) cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

12. İddianın digər hissəsi ilə bağlı işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər həqiqətən də, 2025-ci ilin sentyabr ayında qeyri-yaşayış sahəsinin iddiaçıya 90.000 manata satılması barədə razılığa gəlsələr də, bu əqdin bağlanması baş tutmamışdır.

13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, (hər iki tərəf bu halı qəbul etmişdir), gələcəkdə alqı-satqı müqaviləsinin bağlanması üçün 20.000 manat məbləğində iddiaçı tərəfindən cavabdehə pul verilmişdir. Məhkəmə hesab etmişdir ki, beh barədə razılaşma daşınmaz əmlakın alqısatqısı 14.ilə bağlı olduğundan, notarial qaydada bağlanmalı olduğundan bu məbləğ avans kimi qəbul edilməli və alqı-satqı müqaviləsi də, baş tutmadığından iddiaçı tərəfindən cavabdehə verilmiş 20.000 manat məbləğində pul geri qaytarılmalıdır.

15. Bundan başqa iddiaçı tərəf, alqı-satı müqaviləsinin cavabdehə məxsus əmlak üzərində icra icraatı üzrə həbs olduğundan, cavabdehin Ağayev Hüseyn adlı şəxsə 6.020 manat borcunu, icra sənədi ilə bağlı icara xərcləri ilə birlikdə 6.432 manat məbləğində pul verdiyini bildirərək, cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh iddiaçı tərəfindən onun əvəzinə icra sənədi ilə bağlı 4.000 manat məbləğində pul verdiyini qəbul etdiyini nəzərə alaraq, məhkəmə hesab eetmişdir ki, 4000 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddianın qalan məbləğləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı qeyd edilən məbləğləri obyektin satın alınması üçün hissə-hissə ödədiyi məbləğlər kimi əsaslandırmışdır. Halbuki tərəflər arasında obyektin satın alınmasına dair danışıqlar 2025-ci ilin avqust ayında başlamış, lakin iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, ödənilən məbləğlər 2024-cü ilin ####### ##25-ci ilin sentyabr aylarını əhatə edir. Görünür tərəflər arasında şəriklik və yaxud birgə fəaliyyətlə bağlı münasibətlər olmuş, ödənilən pullar məhz Cavabdeh çatacaq pullar olmuşdur.

16. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.

17. İddiaçı və cavabdeh iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən şikayət vermişlər.

18. İddiaçı qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində (2432 manat və 6400 manat hissəsində) ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

19. Cavabdeh isə qətnamənin 36000 manatdan artıq olan hissəsində, yəni 7600 manata münasibətdə ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə icarə münasibətlərini təsdiq edərək iddiaçının 11 aylıq istifadə üçün 4.400 manat borclu olduğunu müəyyən etmişdir. Lakin eyni zamanda, qəbzlərlə ödənilmiş 6.400 manatı "şəriklik gəliri" kimi qiymətləndirərək cavabdehə çatacaq məbləğ hesab etmişdir. MM-nin 700.1-ci maddəsinə görə, icarəçi obyektdən gələn bəhəri (gəliri) əldə etmək hüququna malikdir. Əgər iddiaçı icarə haqqını ödəyirsə, gəlir də məhz ona aid olmalıdır. Bu məbləğin cavabdehə aid edilməsi hüquqi cəhətdən ziddiyyətdir. Məhkəmə öz qətnaməsində tərəflər arasında ##.##.2024-cü il tarixli icarə münasibətlərinin mövcudluğunu faktiki olaraq təsdiq etmiş və iddiaçının 11 aylıq istifadə müddəti üçün aylıq 400 manatdan cəmi 4.400 manat icarə haqqı ödəməli olduğunu müəyyən etmişdir. Məntiqlə, iddiaçı İddiaçı tərəfindən ödənilən (və ya ödənilməli olan) bu icarə haqqı, onun həmin obyektdən müstəqil şəkildə gəlir əldə etmək hüququnun (bəhər hüququnun) satınalma qiymətidir. Yəni, icarə haqqı ödənilirsə, obyektin istifadəsindən yaranan hər bir qəpik gəlir müstəsna olaraq icarəçiyə aid olmalıdır. Hazırkı halda, "Şəriklik" və "İcarə" Münasibətləribir-birini istisna edir. Belə ki, Məhkəmə qətnaməsində 6.400 manatlıq ödəniş qəbzlərini "şəriklik gəliri" kimi tövsif edərək cavabdehə çatacaq pullar hesab etmişdir. Əgər tərəflər arasında şəriklik (birgə fəaliyyət) münasibətləri varsa, bu halda gəlir bölüşdürülür, lakin tərəf həm də icarə haqqı ödəmir. Məhkəmənin həm icarə haqqının tutulmasına (4.400 AZN), həm də gəlirin (6.400 AZN) "şəriklik"adı ilə cavabdehə verilməsinə dair nəticəsi, iddiaçının eyni vaxtda həm icarəçi, həm də şərik kimi tanınması deməkdir ki, bu da maddi hüquq normaları ilə bir araya sığmır. İddiaçı icra şöbəsinə ödənilmiş 6.432 manat barədə rəsmi qəbzlər təqdim etmişdir. Məhkəmə isə rəsmi yazılı sübutu kənara qoyaraq, yalnız cavabdehin şifahi ifadəsi ilə bu məbləğin 4.000 manat olduğunu qəbul etmişdir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmasa da, rəsmi hüquqi fakt qarşısında şifahi ifadəyə üstünlük verilməsi sübutların obyektiv qiymətləndirilməsi prinsipinin kobud pozulmasıdır.

21. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İddiaçı Tovuz rayonu Dondar Quşçu kəndindəyerləşən daş-aqlay sexini tam 24 ay (2 il) ərzində faktiki olaraq öz sahibkarlıq fəaliyyəti üçün istifadə etmiş, daş kəsmiş, metlax istehsal etmiş və buradan kommersiya gəlirləri əldə etmişdir. Tərəflər arasında faktiki formalaşmış və razılaşdırılmış aylıq real icarə haqqı 400 manat təşkil edir. İddiaçı obyekti 2 il işlətməklə (9.600) manat dəyərində xidməti/icarəni pulsuz mənimsəmişdir və məhkəmə tərəfindən bu məbləğin cavabdehdən tutulması iddiaçının cavabdehin hesabıma əsassız varlanması deməkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətlərinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

25. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ...

Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Maddə 697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri ... 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. ...

Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. ...

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı, cavabdehin apellyasiya şikayəti isə əsassızdır.

32. İş materiallarından görünür ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə daş-aqlay sexindən istifadəyə dair müqavilə bağlanmış, sonradan isə həmin əmlakın iddiaçıya satılması ilə bağlı tərəflər arasında danışıqlar aparılmışdır. İddiaçı cavabdehə müxtəlif vaxtlarda pul vəsaitləri vermiş, həmçinin cavabdehin icra sənədi üzrə borcunu ödəmişdir.

33. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə 43.600 manat tutulması nəticəsinə gəlmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.

34. İddiaçı apellyasiya şikayətində mü xtəlif vaxtlarda cavabdehə ödədiyi əlavə 6.400 manatın da ondan tutulmalı olduğunu göstərmişdir. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab edir. Belə ki, işdə olan ödəniş qəbzləri tərəflər arasında pul vəsaitlərinin verilməsi faktını təsdiq edir. Cavabdeh isə həmin 6.400 manatın ona hansı ayrıca hüquqi əsasla çatmalı olduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

35. Birinci instansiya məhkəməsi həmin ödənişlərə münasibətdə tərəflər arasında şəriklik və ya birgə fəaliyyət münasibətlərinin ola biləcəyini ehtimal etmişdir. Lakin iş materiallarında tərəflər arasında belə münasibətin mövcudluğunu, onun şərtlərini, tərəflərin paylarını, gəlirin bölüşdürülməsi qaydasını və 6.400 manatın məhz həmin münasibət üzrə cavabdehə çatmalı olan vəsait olduğunu təsdiq edən kifayət qədər sübut yoxdur.

36. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi ehtimala deyil, məhkəmə iclasında araşdırılmış və mötəbər hesab edilmiş sübutlara əsaslanmalıdır. Bu səbəbdən cavabdehə ödənilməsi sübuta yetirilmiş, lakin cavabdehdə qalmasının müstəqil hüquqi əsası müəyyən edilməyən 6.400 manatın iddiaçıya qaytarılması əsaslıdır.

37. İddiaçı həmçinin apellyasiya şikayətində cavabdehin icra sənədi üzrə 6432 manat borcunu onun əvəzinə ödədiyini bildirmiş və həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir.

38. İş materiallarında olan tələbkar X2 Xətai rayon icra şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, ##.##.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh tutulmalı olan 6.020 manat borc İddiaçı tərəfindən tam ödənilmişdir. Tələbkar buna görə həmin icra sənədi üzrə artıq şikayət və tələbinin olmadığını bildirmişdir.

39. Cavabdehin öz borcunun başqa şəxs tərəfindən ödənilməsi nəticəsində həmin borcdan azad olması, həmin məbləğin isə iddiaçının vəsaiti hesabına ödənilməsi nəzərə alındıqda, 6.020 manatın cavabdehdə qalması üçün hüquqi əsas müəyyən edilmir.

40. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə yalnız 4.000 manatın tutulması barədə nəticəsi iş materialları ilə tam uyğun gəlmir və iddiaçının şikayəti həmin hissədə də əsaslıdır.

41. Bununla belə, iddiaçının tələb etdiyi 432 manat icra xərci üzrə həmin vəsaitin məhz onun tərəfindən cavabdehin əvəzinə ödənilməsini təsdiq edən kifayət qədər mötəbər sübut müəyyən edilmədiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin hissədə təmin olunması üçün əsas yoxdur.

42. Cavabdeh birinci instansiya məhkəməsinin tutduğu 43.600 manatın 7.600 manat hissəsi ilə razılaşmayaraq həmin məbləğin tutulmasının əsassız olduğunu bildirmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə razılaşmır.

44. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddianın 36.000 manat hissəsini qəbul etmişdir. Birinci instansiya məhkəməsi isə işdə olan sübutları tərəflərin izahatları ilə birlikdə qiymətləndirərək cavabdehin qaytarmalı olduğu məbləği 43.600 manat müəyyən etmişdir.

45. Cavabdehin apellyasiya şikayətində əsas istinadlarından biri iddiaçının obyektdən istifadə etməsi və buna görə icarə haqqının nəzərə alınmalı olmasıdır.

46. İş materiallarından tərəflər arasında icarə münasibətinin mövcud olduğu və aylıq icarə haqqının 400 manat müəyyən edildiyi görünür. Bununla yanaşı, iddiaçının obyektdən faktiki istifadə etdiyi müddət nəzərə alınmaqla onun üzərinə düşən icarə haqqı mübahisəli pul münasibətlərinin hesablanmasında nəzərə alınmalıdır. Lakin bu hal cavabdehin apellyasiya şikayətində mübahisələndirdiyi 7.600 manatın bütövlükdə əsassız tutulduğu nəticəsinə gəlmək üçün kifayət etmir.

47. Cavabdeh həmin məbləğin ona məxsus olmasını və ya iddiaçıya qaytarılmamalı olduğunu təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən formal mülahizələr birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni təkzib etmir. Buna görə də cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas müəyyən edilmir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya qaytarılmalı olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi ilə bağlı nəticəsi qismən dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi 43.600 manat məbləğə iddiaçının cavabdehə ödədiyi və geri qaytarılmalı olan 6.400 manat, habelə cavabdehin icra sənədi üzrə iddiaçı tərəfindən ödənilməsi sübuta yetirilmiş 6.020 manat əlavə edilməli, eyni zamanda iddiaçının faktiki istifadə etdiyi dövr üçün 4.000 manat icarə haqqı nəzərə alınmalıdır.

49. Beləliklə, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmalı olan yekun məbləğ 52.020 manat müəyyən edilməlidir. İddiaçının apellyasiya şikayəti bu həddə qismən təmin edilməli, qalan hissədə təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

50. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

51. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan aşağı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi pulun tutulması və məhkəmə xərclərinə aid hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 52.020 (əlli iki min iyirmi) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 234,90 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 117,45 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar