Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-707/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı İstehsalat-Kommersiya Firması cavabdeh Cavabdeh MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən ödənilməmiş 66.300 manat məbləğində pulun, iddianın qaldırılması üçün ödənilmiş 292 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 500 manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 67.092 manat məbləğində pulun iddiaçı İddiaçı İKF-nin xeyrinə tutulması, eyni zamanda 66.300 manat məbləğində pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanaraq iddiaçı İddiaçı İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən ##.##.2022-ci il tarixli, ***-**** nömrəli alğısatqı müqaviləsinə əsasən 66300 manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 9754,27 manat, hüquqi yardım üçün ödənilmiş 500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 291 manat dövlət rüsumu olmaqla, ümumilikdə 76845,27 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı İddiaçı İstehsalat-Kommersiya Firmasına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh “xxxx” MMC-dən 27,16 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi, “66.300 manat məbləğində pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanaraq iddiaçı İddiaçı İKF-nin xeyrinə tutulması” hissəsində iddiaçı İddiaçı İstehsalat- Kommersiya Firmasının iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1-ci maddəsinə görə iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda — alınan məbləğlə; 112.4-cü maddəsinə görə iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalanan maddələrin sistemli şərhi etdikdə müəyyən edilir ki, pul vəsaitinin tutulmasına dair iddialarda iddianın qiyməti tələb olunan pul məbləği ilə müəyyən edilir və həmin qiymət iddiaçı tərəfindən əvvəlcədən konkret olaraq göstərilməli, iddia ərizəsinə həmin məbləğə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırkı halda isə iddia ərizəsinin məzmunundan göründüyü kimi “66.300 manat məbləğində pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz” kimi tələb edilən məbləğ göstərilməmiş, iddia verilərkən həmin hissədə iddia qiymətinə müvafiq məbləğdə dövlət rüsumu ödənilməmiş, bununla belə işə baxan məhkəmə tərəfindən həmin tələbə mahiyyəti üzrə baxılmaqla qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir. 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi 66.300 manat məbləğində pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanaraq iddiaçı İddiaçı İKF-nin xeyrinə tutulması” hissədə ləğv edilməli, həmin hissədə iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.1.2, 259.0.12, 384.0.5, 387.2.8 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-*****/**** saylı qətnaməsi qismən - iddiaçı İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdeh Cavabdeh MMC-yə qarşı “66.300 manat məbləğində pula görə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğinin hesablanaraq iddiaçı İddiaçı İKF-nin xeyrinə tutulması” tələbinə dair hissədə ləğv edilsin və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Ziya Şirinov Təranə Mahmudova
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-707/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-707/2026
21.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver