Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-716/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “avtomobil icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh iddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ### 2026cı il tarixli qərardadından cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi:
1. İddiaçı iddiaçı2 cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 39244,12 manat cərimənin, 2025-ci ilin fevral – mart ayı üçün hesablanmış 6279,06 manat, 2025-ci ilin aprel və may (15 gün) ayları üçün hesablanmış 4709,28 manat icarə haqqı borcunun, nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 3775,65 manat məbləğində pulun cavabdehlər cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən, 5000 manat mənəvi və 2000 manat maddi ziyanın, ödənilmiş 278 manat dövlət rüsumunun cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı cavabdeh iddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## ### 2025-ci il tarixli NS***/** saylı avtomobil icarə müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ilkin iddia qismən təmin edilməsi, iddiaçı2 ilə cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış ##.##.2024cü il tarixli icarə müqaviləsi üzrə 10937,72 manat icarə haqqı, 1500 manat cərimə məbləği, icarə obyektlərinə dəymiş zərərin əvəzi olaraq 3775 manat olmaqla, ümumilikdə 16212,72 manat məbləğində pulun cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçı2 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manat, ekspertiza xərcinin əvəzi olaraq 600 manat cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq iddiaçı2 ödənilməsi qət edilmişdir.
4. Qətnamədən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi-vəkili vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ## ### 2026cı il tarixdə apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin və ödənilmiş 139 manat dövlət rüsumunun cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılması qərara alınmışdır.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apellyasiya şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdən hesablanmaqla ##.##.2026-cı il tarixdə başa çatmışdır. cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən ##.##.2026-cı il tarixdə şikayət vermişdir.
7. Şikayətdə göstərilmişdir ki, qətnamə ##.##.2026-cı il tarixdə alınıbsa, ondan apellyasiya şikayətinin verilməsi müddəti ##.##.2026-cı il tarixdən başlanmalıdır. Məhkəmə bununla bağlı özü də Qərardadın 2-ci səhifəsinin son abzasında qeyd etmişdir ki: “...Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, onun qanuni təmsilçisinin,nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 16:31-də yerləşdirilmiş, həmin sistem vasitəsilə bu barədə cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialının “daviqanuni nümayəndə2@amosgroup. com” elektron poçtuna, qanuni təmsilçisinin “daviqanuni nümayəndə2@amosgroup.com” elektron poçtuna, nümayəndəsi və vəkilinin “elektron ünvan 2” elektron poçtuna məlumat göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin adıçəkilən qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apellyasiya şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdən hesablanmaqla ##.##.2026-cı il tarixdə başa çatmışdır. cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı isə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı iltarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsindən ##.##.2026-cı il tarixdə şikayət vermişdir.” Sonradan, Məhkəmə Qərardadın 3-cü səhifəsinin 1-ci abzasında qeydedir ki: “...cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2- *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürərək apellyasiya şikayəti vermişdir.” Lakin, aydın deyil ki, əgər Məhkəmə apellyasiya şikayətinin verilməsi üçün müddətin başlanmasını özü də ##.##.2026-cı il tarixdən hesablanmasını qəbul edirsə, həmin müddətin ##.##.2026-cı il tarixdə bitdiyini nəyə əsasən hesablanmışdır.
8. Qərardaddan cavabdehin verdiyi şikayət, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
10.Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 11.Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 12.Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 13.Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 14.Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. 15.Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 16.Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır.
17. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı, onun qanuni təmsilçisinin, nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə ## ##### 2026-cı il tarixdə, saat 16:31-də yerləşdirilmiş və bu hal hazırda mübahisələndirilmir.
18. Bakı Kommersiya Məhkəməsinin qeyd edilən qətnaməsindən cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən apellyasiya şikayəti vermə müddəti ## ### 2026-cı il tarixdə başa çatmışdır. cavabdeh3 Şirkətinin Azərbaycan Respublikasındakı filialı isə qətnamədən ## ### 2026-cı il tarixdə şikayət vermişdir. 19.Şikayətin dəlillərinə, yəni müddətin axımının başlaması və bitməsinə münasibətdə kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. 20.Müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, ## ##### 2026-cı ilin başlanğıcı saat 00:00:01-dən başlayır və bir aylıq müddət ## ### 2026-cı il saat 00:00:00-da bitir. 21.Kollegiya hesab edir ki, məhkəmənin apellyasiya şikayətinin geri qaytarılması barədə qənaəti qanuni və əsaslı olmuşdur. 22.Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. 23.Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.