Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-719/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə (Açar sözlər:xidmət müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. Cavabdeh MMC (“sifarişçi”) ilə İddiaçı MMC (“icraçı”) arasında ##.##.2024-cü il tarixli, YTS-***/**** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikası, Xızı rayonu, Yaşma qəsəbəsində avtomobil yolunun çəkilməsi layihəsi üzrə tələb olunan yükdaşıma xidmətini, bu müqavilədə və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə göstərilən xidmətləri yerinə yetirir, texnikaları təyinatı üzrə istifadə edib həmin xidmətlərin müqabilində icraçıya müqavilədə və ona əlavədə razılaşdırılmış qayda və şərtlərlə ödənişi həyata keçirir; 1.2-ci bəndinə əsasən icraçı tərəfindən göstərilən xidmət ayda 26 iş günü olaraq və gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) olmaqla, hər bir qoşa peredok texnikaya 5500 manat və hər bir tək peredok texnikaya 5000 manat aylıq xidmət haqqı məbləği texnikaların iş saatlarına uyğun hesablanmış müvafiq məbləği (operator-sürücünün əmək haqqı daxil) köçürmə yolu ilə həyata keçirəcəkdir. Göstərilən xidmətlərin həcmi müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir; 2.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir; 3.1-ci bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsi vardır; 4.1-ci bəndinə əsasən göstərilən xidmələtlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesabfakturada qeyd edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. ##.##.2024-cü il tarixli, MT2411 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 33822,72 manat (2024-cü ilin sentyabr ayı üzrə yükdaşıma xidmətinə görə) təşkil edir. Qaimənin əsası kimi ##.##.2024-cü il tarixli, YTS-***/**** saylı müqavilə qeyd edilmişdir.
3. Cavabdehin nümayəndəsi tərəfindən etirazının əsası kimi istinad etdiyi halların sübutu qismində görülmüş işlərin qəbulu (2024-cü ilin sentyabr ayı üzrə) barədə aktlar məhkəməyə təqdim edilmişdir.
4. “xxxx” ASC tərəfindən tərtib və təsdiq edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 29954,38 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT2411 seriyalı, 10976259, ******** nömrəli elektron qaimələr qeyd edilmişdir. EQ MT2411 10976259.
5. ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 122159,5 manat (2024-cü ilin oktyabr ayı üzrə yükdaşıma xidmətinə görə 113890,99 manat+sentyabr və oktyabr ayı üzrə yükdaşıma xidməti üçün çəkilən xərclərlə bağlı 8260 manat=122159,5 manat) təşkil edir. Qaimənin əsası kimi ##.##.2024-cü il tarixli, YTS***/**** saylı müqavilə qeyd edilmişdir.
6. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında ##.##.2024-cü ildə bağlanmış YTS-***/**** saylı müqavilə üzrə qalıq 120634 manat ƏDV daxil məbləğ fevral ayının sonunadək tam ödəniləcəkdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə borcun 3 gün ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. Iddiaçı İddiaçı (İddiaçı MMC) cavabdeh Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ######## 20247-cü il tarixli, YTS-YTS***/**** saylı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin əvəzi olaraq 122159,5 manat məbləğində pul vəsaiti, 325 manat hüquqi yardıma görə ödənilmiş pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 413 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı İddiaçı MMC arasında ## ######## 2024-cü il tarixli, YTS-YTS-***/**** saylı xidmət müqaviləsi olmuşdur. Həmin müqavilə üzrə icraçı xidmətlər göstərməli, sifarişçi isə razılaşdırılmış məbləği vaxtında icraçıya ödəməlidir. Cavabdehə ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimə-fakturadan göründüyü kimi, Cavabdeh MMC görülən xidmətlərin razılaşdırılmış əvəzi olaraq 122159,5 manat məbləğində pul vəsaitini İddiaçı MMC-yə ödəməli idi. Cavabdehin hərəkətləri barədə Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş Idarəsinə şikayət etdikdən sonra ## ###### 2025-ci il tarixdə cavadeh məktubla müraciət edərək, pulu fevral ayının sonunadək ödəyəcəyini bildirdi. Həmin vaxtdan təxminən 7 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir ödəniş edilməmişdir. Beləliklə, cavabdehin 122159,5 manat məbləğində ziyan vurduğu müəyyən olunur. Petenziya qaydasında cavabdehə xəbərdarliq edilsə də, borcu ödəməkdən boyun qaçırmışdır.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən icraçı tərəfindən göstərilən xidmət ayda 26 iş günü olaraq və gündəlik 10 saat (nahar və çay fasiləsi daxil) olmaqla, hər bir qoşa peredok texnikaya 5500 (beş min beş yüz) manat və hər bir tak peredok texnikaya 5000 (beş min) manat aylıq xidmət haqqı məbləği texnikaların iş saatlarına uyğun hesablanmış müvafiq məbləği (operator-sürücünün əmək haqqı daxil) köçürmə yolu ilə həyata keçirəcəkdir. Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. Kommersiya işinin materiallarına tərəflərin imzaladığı qəbul aktı əlavə edilməmişdir, əlavə edilə də bilməzdi, çünki belə bir xidmət göstərilməyibdir. Eyni zamanda ##.##.2025-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehə əvvəlki aylarda xidmət göstərib və onun da dəyəri ödənilmişdir. Belə ki, bu borc həqiqətən də mövcud olmuş, tərəflərin imzaladığı qəbul aktı ilə təsdiq edilmişdir (işə əlavə edilib). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun ##.##.2022-ci il tarixli qərarında qeyd edilib ki, “lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Tərəflər arasında işgüzar adətlər də müqavilənin yuxarıda qeyd edilən maddələrinə uyğun olmuş, xidmət aktlarına əsasən ödəniş həyata keçirilmişdir. Iddiaçının cavabdehə göndərdiyi elektron qaimələr borcun olmasını təsdiq etmir. Həmin qaimələr sistem tərəfindən təsdiq olunmuş və xidmətlə bağlı yaranmış borc hesab edilmir. Iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin İddiaçı MMC-yə ünvanladığı ##.##.2025-ci tarixli məktub iddia ərizəsində qeyd edildiyi kimi, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş Idarəsinin təzyiqi altında yazılmışdır. Həmin məktub borcun mövcudluğunu təsdiq etmir, borcun mövcudluğu aktlarla təsdiq edilməlidir. Borc varsa, həmin idarəyə niyə müraciət edilirdi? Qeyd edilənlər iddiaçının səmimi olmadığını, adıçəkilən idarəyə əlaqələrindən istifadə edərək, qəsdən müraciət etdiyini bir daha təsdiq edir. Necə ola bilər ki, 122159,5 manat borc ola, yığıla və xidmət göstərməyə davam edəsən? Sual yaranır, hansı dövrdə və necə yarandı bu borc, hansı iş görüldü? Necə olur ki, məhkəməyə təqdim edilən aktları hər 2 tərəf imzalayıbdır, bəs iddia tələbi üzrə niyə aktlar yoxdur? ##.##.2024-cü il tarixli elektron qaiməyə diqqət yetirildikdə borc belə açıqlanır: Oktyabr ayı 2024-cü il üzrə yükdaşıma xidməti – 113899,5 manat, sentyabr və oktyabr ayı yük daşıma xidmətinin göstərilməsı üçün çəkılən xərclər - 8260 manat. Axı həmin dövr üzrə aktlar bağlamışıq, borc olmayıb, iş görülməyib. Aktlarda avtomobilin dəqiq markasına kimi qeyd edilib. Anlamaq olmur sentyabr və oktyabr ayı yük daşıma xidmətinin göstərilməsı üçün çəkilən xərc nə deməkdir? Hardan götürüb bu xərcləri iddiaçı? Kiminlə razılaşdırıb? Necə hesablayıb? Bu suallara iddiaçı cavab verməlidir. Qeyd edilənlərin nəzərə alınıb, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Iddiaçının nümayəndəsi və vəkili Vəkil Bariş oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2024-cü il tarixli, YTS-YTS-***/**** nömrəli müqavilə üzrə 120634 (yüz iyirmi min altı yüz otuz dörd) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 407 (dörd yüz yeddi) manat olmaqla, ümumilikdə 121041 (yüz iyirmi bir min qırx bir manat) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
Işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında ##.##.2024-cü il tarixli, YTS-***/**** nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası, Xızı rayonu, Yaşma qəsəbəsində avtomobil yolunun çəkilməsi layihəsi üzrə tələb olunan yükdaşıma xidmətini, bu müqavilədə və bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavədə göstərilən xidmətləri yerinə yetirir, texnikaları təyinatı üzrə istifadə edib həmin xidmətlərin müqabilində icraçıya müqavilədə və ona əlavədə razılaşdırılmış qayda və şərtlərlə ödənişi həyata keçirir. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, müqavilədə razılaşdırılmış işlər cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirilmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Iddia tələbini cavabdeh Cavabdeh MMC-dən ## ######## 2024-cü il tarixli, YTS-YTS-***/**** saylı xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin əvəzi olaraq 122159,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının həmin öhdəliyin icra olunmasını, xidmət haqqının ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməli və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2024-cü il tarixli, YTS-YTS***/**** nömrəli müqavilə üzrə 120634 (yüz iyirmi min altı yüz otuz dörd) manat borc tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli elektron qaimə təqdim edilmişdir. Müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin oktyabr ayı üzrə yükdaşıma xidmətinə görə 113890,99 manat, sentyabr və oktyabr ayı üzrə yükdaşıma xidməti üçün çəkilən xərclərlə bağlı 8260 manat olmaqla, ümumilikdə 122159,5 manat məbləğli qaimə göndərilmişdir. Cavabdehin nümayəndəsi həmin qaimənin əsasında dayanan təhvil-qəbul aktlarının təqdim edilmədiyini bildirərək, xidmətlərin göstərilmədiyinə istinad edərək, yuxarıda qeyd olunan əsaslarla iddiaya etiraz etmişdir. Hesab olunur ki, etiraz əsaslı sayıla bilməz. Cavabdeh etiraz ərizəsində göstərilən hallarla bağlı (cavabdehə təzyiq göstərmə və s. hissədə) sübutları təqdim etməmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış, imza və möhürlə təsdiq edilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəf borcun olduğunu qismən etiraf edərək, Cavabdeh MMC ilə “xxxx” MMC arasında ##.##.2024-cü ildə bağlanmış YTS-***/**** saylı müqavilə üzrə ƏDV daxil 120634 manat qalıq məbləğin olduğunu qeyd edərək, borcun fevral ayının sonunadək tam ödəniləcəyini bildirmişdir. Beləliklə, cavabdeh həmin məktubla iddiaçı qarşısında ödənilməmiş öhdəliyinin olduğunu qəbul edərək, borcun fevral ayının sonunadək tam ödəniləcəyini öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 407 (dörd yüz yeddi) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Hüquqi yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərcə münasibətdə məhkəmə hesab edir ki, həmin ödənişin edildiyini təsdiq edən sənəd (qəbz, ödəniş tapşırığı və s.) təqdim edilmədiyindən həmin məbləğ cavabdehdən tutula bilməz.
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 425.1, 442, 448.1-ci maddələrinə istinad etmişdir.
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
18. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
20. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
26. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qanuni və əsasslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni yalnız iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmiş, iddiaçı isə iddia tələbi qismən təmin olunmasına baxmayaraq qətnamədən apellyasiya şikayəti verməmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).
39. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
40. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 25, 26).
42. Işin faktiki hallarından, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli ***/**** nömrəli xidmət müqaviləsindən görünür ki, iddiaçı Xızı rayonu, Yaşma qəsəbəsində avtomobil yolunun çəkilməsi layihəsi üzrə tələb olunan yükdaşıma xidmətini, müqavilədə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə qeyd edilən xidmətlərin yerinə yetirilməsi, cavabdeh isə həmin xidmətlər müqabilində xidmət haqqının ödənilməsini öhdəsinə götürür.
43. Mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr olmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1
44. Beləliklə, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 27) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.
45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli məbləğdə xidmətlərin faktiki göstərilməməsi və təhvil-təslim aktlarının mövcud olmaması barədə dəlilləri iş materiallarında olan sübutların məcmusu ilə təkzib olunur.
46. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş xidmətlərin aktla rəsmiləşdirilməsi nəzərdə tutulsa da, tərəflərin müqavilənin icrası prosesində formalaşmış işgüzar münasibətləri aktın tərtib edilməsinin xidmətin qəbulunun yeganə forması kimi tətbiq edilmədiyini göstərir. Iş materiallarına təqdim edilmiş aktlar üzrə xidmətlərin ümumi dəyəri 24.954,11 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 29.954,38 manat ödəniş edilmişdir. Beləliklə, cavabdehin aktlarla rəsmiləşdirilmiş xidmətlərin dəyərindən artıq ödəniş etməsi tərəflər arasındakı işgüzar münasibətlərdə xidmətlərin qəbulunun və ödənişinin hər bir halda aktın mövcudluğu ilə şərtləndirilmədiyini göstərir.
47. Bununla yanaşı, iddiaçı tərəfindən mübahisəli xidmətlərə dair elektron qaimələr təqdim edilmiş, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olmasına baxmayaraq həmin elektron qaimələrə vaxtında etiraz etməmiş, onların düzəldilməsi və ya ləğv edilməsi istiqamətində hər hansı tədbir görməmişdir. Cavabdehin bu davranışı onun sonradan həmin qaimələr üzrə xidmətlərin ümumiyyətlə göstərilmədiyinə dair etirazı ilə uzlaşmır.
48. Iş materiallarında olan məktubdan isə görünür ki, cavabdeh iddiaçı qarşısında 120.634 manat məbləğində borcunun olduğunu qəbul etmiş və həmin borcu fevral ayınadək ödəyəcəyini bildirmişdir. Məktubda borcun konkret məbləğinin və ödənilməsi müddətinin göstərilməsi cavabdehin borcun mövcudluğunu bildiyini və onu qəbul etdiyini təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir.
49. Cavabdehin sözügedən məktubun iddiaçının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə müraciəti ilə əlaqədar təzyiq altında yazılması barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının müvafiq dövlət orqanına müraciət etməsi özlüyündə cavabdehə təzyiq göstərildiyini təsdiq etmir. Cavabdeh məktubun onun sərbəst iradəsi xaricində, hədə-qorxu və ya digər qanunsuz təsir nəticəsində tərtib edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, elektron qaimələrin hər biri ayrıca götürüldükdə xidmətlərin faktiki göstərilməsini təsdiq edən mütləq və yeganə sübut kimi qiymətləndirilə bilməsə də, hazırkı mübahisədə həmin qaimələr cavabdehin onlara etiraz etməməsi, tərəflər arasında aktlarla təsdiqlənən məbləğdən artıq ödənişlərin aparılması və ən əsası, cavabdehin borcun konkret məbləğini yazılı şəkildə etiraf etməsi ilə birlikdə qiymətləndirilməlidir.
51. Beləliklə, iş üzrə sübutların qarşılıqlı əlaqədə və məcmu şəkildə qiymətləndirilməsi tərəflər arasında xidmət münasibətlərinin faktiki icra edildiyini, aktların tərtib edilməməsinin konkret tərəflərin formalaşmış işgüzar münasibətlərində xidmətlərin qəbul edilmədiyini birmənalı şəkildə göstərmədiyini, cavabdehin isə elektron qaimələrə etiraz etməməklə və sonradan borcunu yazılı şəkildə etiraf etməklə iddiaçının tələbini təsdiq edən davranış nümayiş etdirdiyini göstərir.
1 Ali Məhkəmə, Iş № 2-2(102)-324/2023, § 63
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf)
52. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübaisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.