Məhkəmə qərarları › İş №e-2-2(3-6)-732/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-732/2026

04.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-732/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: pul tələbi, iddia müddəti, illik 5%) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ## ###### 2004-cü il tarixli, ****/*-*** saylı qərardadından görünür ki, Cavabdeh ATSC maliyyə vəziyyətinin ağır olması ilə əlaqədar «BAKl-TAXIL» ATSC-yə vaxtında qaytara bilmədiyi 718 750 000 manat məbləğində borcunu həmin müqavilədə göstərilən qrafik üzrə və şərtlərlə hər ay 10 000 000 manatdan az olmamaq şərti ilə 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində Ödəməyi öhdəsinə götürür. «xxxx» ATSC vaxtı ötmüş borcun «xxxx» ATSC-dən alınması üçün Cavabdeh ATSC tərəfindən həmin müqavilənin şərtlərinə riayət edildiyi halda məcburi İcra tədbirlərinin görülməsi üçün İcra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi Öhdəsinə götürür. Həmin müqavilə ilə ödənilməsi nəzərdə tutulan borcun vaxtı ötmüş borc olduğu və onun 72 ay müddətində ödənilməsini nəzərə alaraq həmin müddət ərzində respublikada milli manatın devalvasiyası baş verdikdə ödəniş vaxtı nəzərə alınaraq tətbiq ediləcəkdir. Nəzərə alınmalı olan devalvasiya dedikdə həmin müqavilənin bağlandığı vaxt ABŞ dollarının milli manata qarşı kursunun 1 ABŞ dolları üçün 4910 manat olduğu əsas götürülür və Ödəniş vaxtı onun artımı nəzərdə tutulur. Bu artım 15%- dən artıq olduqda qaytarılması həmin müqavilə ilə nəzərdə tutulan vaxtı keçmiş borcun ödənilməsinə tətbiq edilir. Tərəflərin qarşılıqlı razılığı ilə debitor borcunu 2005-ci ilin yanvar ayından başlayaraq aşağıdakı qrafik üzrə Ödəməlidir: 2005- ci üdə hər ay 10,0 mln manat x 12 ay 1 2006- cı ildə hər ay 10,0 mln 120,0 mln manat manat x 12 ay 1 120,0mln manat 2007- ci ildə hər ay 10,0 mln 2008- ci İldə hər ay 10,0 mln manat x 12 ay 1 120,0mln manat manat x 12 ay 1 120,0mln manat 2009- cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2010- cu İldə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat ABŞ dollarının milli manata qarşı kursu artımı hər aylıq ödəmə aparılarkən nəzərə alınaraq tətbiq edilməli və ödənilməlidir. Qrafik üzrə aylıq ödənilməli məbləğ ayın sonuna qədər köçürülmə və ya nağd qaydada ödənilməlidir. Debitor borcunu bank vasitəsi ilə ödədikdə bu haqda kreditora məlumat verməlidir. Kreditor müqavilənin qüvvədə olduğu müddətdə borcun ödənilməsi və ya tələbin debitorun əmlakına yönəldilməsi üçün İcra vərəqəsi verilməsini aşağıdakı halda məhkəmədən tələb edə bilər: 1) İl başa çatdıqdan sonra il ərzində ödənilməli məbləğin ilin sonuna qədər ödənilməyən hissəsinin və cərimənin alınması üçün. 2) Debitor müqavilə ilə hər təqvim ili ərzində ödənilməli məbləği həmin ilin sonuna qədər ödəmədikdə həmin məbləğin ödənilməyən hissəsinə görə əlavə olaraq 10 % cərimə ödəməlidir.»

2. Məhkəmə qeyd edilən qərardadı ##.##.2005-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

3. Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ## #### 2006-cı il tarixli, ****/*-*** saylı icra vərəqəsindən görünür ki, ## ###### 2004-cü il tarixli, ****/*-*** saylı qərardadda qeyd olunan hallar icra vərəqəsində eyni məzmunda qeyd olunmuşdur. İcra vərəqəsi ## #### 2006-cı il tarixdə verilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh X1 Cəmiyyəti ##.##.1997-ci il tarixdə D-2260 nömrə ilə 11 №-|i Mərdəkan çörək zavodunun bazasında yaradılmış və onun hüquqi varisi olmuş, ##.##.2015-ci il tarixdən adı dəyişdirilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) kimi adlandırılmışdır.

5. ##.##.2025-ci il tarixli ərizədən və ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçi yuxarıda qeyd edilən icra sənədinin icra olunub-olunmaması, icrası ilə bağlı görülmüş tədbirlər barədə məlumatların, sənədlərin təqdim edilməsini Xəzər Rayon İcra və Probasiya Şöbəsindən xahiş etsə də, Xəzər Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025ci il tarixli məktubunda yuxarıda qeyd olunan ##.##.2006 tarixli icra sənədinin şöbənin icraatında olmadığı bildirilmişdir.

6. Ərizəçi tərəfindən icra sənədinin yenidən icraya yönəldilməsi barədə ##.##.2025-ci il tarixli Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ## ##/3398 saylı qərardadı bugünədək icra edilməmiş, nəticədə tələbkarın hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, tələbkarın xeyrinə qəbul edilmiş qərardad artıq 21 ildir ki, icrasız qalmışdır. Qeyd olunan iş Xəzər Rayon İcra Şöbəsinin icraatında olmadığından, hazırda onun yenidən icraaya yönəldilməsi zəruridir. Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 23.3- cü maddəsinə əsasən “İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icrava yönəldilir.” Ona görə də Azərbaycan Respublikası İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** saylı qərardadının Bakı Kommersiya Məhkəməsi tərəfindən yenidən icraya yönəldilməsi xahiş edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən ## ###### 2025-ci il tarixdə yuxarıda qeyd olunan ##.##.2004-cü il tarixli, *-*(**)-****/**** nömrəli icra sənədi üzrə “Qrafik üzrə aylıq ödənilməli məbləğ ayın sonuna qədər köçürülmə və ya nağd qaydada ödənilməlidir. Debitor borcunu bank vasitəsi ilə ödədikdə bu haqda kreditora məlumat verməlidir. Kreditor müqavilənin qüvvədə olduğu müddətdə borcun ödənilməsi və ya tələbin debitorun əmlakına yönəldilməsi üçün icra vərəqəsi verilməsini aşağıdakı halda məhkəmədən tələb edə bilər: 1) İl başa çatdıqdan sonra il ərzində ödənilməli məbləğin ilin sonuna qədər ödənilməyən hissəsinin və cərimənin alınması üçün. 2) Debitor müqavilə ilə hər təqvim ili ərzində ödənilməli məbləği həmin ilin sonuna qədər ödəmədikdə həmin məbləğin ödənilməyən hissəsinə görə əlavə olaraq 10 % cərimə ödəməlidir” məzmununda icra vərəqəsi verilmiş və icra vərəqəsi verilərkən Azərbaycan Respublikasının milli valyutasının manatın denominasiyasının nəzərə alınmadığı qeyd edilmişdir.

8. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli Qərarı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə cavabdehə bildiriş göndərilmişdir.

9. Cavabdeh ASC tərəfindən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyevə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Hörmətli Pərvin müəllim! Sizin icraatda olan E******/2025-12-23 saylı icra işi üzrə “Mərdəkan Çörək ASC” (VÖEN: **********) borclu tərəfdir. Məlumat üçün bildiririk ki, həmin Cəmiyyətin 184 nəfərdən artıq (##.##.2016-cı il reyestrinə əsasən) səhmdarı vardır. Səhmdar Cəmiyyəti haqqında qanunvericiliyə əsasən Cəmiyyətin böyük məbləğdə, yəni xüsusi əqd kimi qiymətləndirilən borcu ilə əlaqədar öhdəliklərin icrası üçün səhmdarların ümumi yığıncağının qərarı olmalıdır. Bu məqsədlə Cəmiyyət tərəfindən Milli Depozit Mərkəzinə müraciət edilmiş və bu günlərdə səhmdarların reyestrindən çıxarış alınaraq ümumi yığıncağın keçirilməsi haqda tədbirlər görüləcəkdir. Eyni zamanda Cəmiyyət keçmiş dövlət əmlak kompleksinin (** saylı çörək zavodu) Dövlət Proqramına əsasən Səhmdar Cəmiyyətinə çevrilməsi yolu ilə 1997-ci ildə verilmiş Sərəncam əsasında özəlləşdirilməyə başlamış və 1999-cu il tarixdə tam özəlləşdirilmə haqqında Maliyyə Nazirliyinin şəhadətnaməsini almışdır. Cəmiyyətin həmin dövrdəki avadanlıq və qurğuları keçmiş SSRİ texnologiyasına uyğun olduğu üçün əsasən təmirə durduğundan, respublikada çoxsaylı mini çörək sexlərinin və zavodlarının müasir texnologiya ilə fəaliyyətə başladığından, müəssisə qısa fasilələrlə işləmişdir. Nəticədə həm özəlləşməyə qədər, həm özəlləşmənin ilk illərində yaranmış borclar, o cümlədən hazırkı icra işi üzrə Tələbkara borcu yaranmışdır. Yaranmış vəziyyətdə Cəmiyyətin rəhbərliyinin vergi orqanlarına müraciəti əsasında 2006-cı il tarixdən etibarən Cəmiyyət öz fəaliyyətini tam dayandırmışdır. Bununla əlaqədar müəssisənin əmlakının inventarizasiyası, o cümlədən istehsalat vasitələrinin (texnika və avadanlıqlarının, həmçinin tikililərinin) qiymətləndirilməsi və texniki təhlükəsizlik dərəcəsi müəyyən edilmişdir. AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ##.##.2018-ci il tarixli **** nömrəli rəyinə əsasən Cəmiyyətin mülkiyyətində olan və bilavasitə istehsalat fəaliyyətinə cəlb olunan bina və tikililəri qəza vəziyyətindədir və onların təyinatına uyğun fəaliyyət göstərməsi qeyri-mümkündür. Eyni zamanda AR Auditorlar Palatasının lisenziyasına əsasən göstərilmiş auditor xidmətinin ## ######## 2020-ci il tarixli rəyinə və aktına əsasən “Mərdəkan Çörək ASC”-nin əmlak kompleksi kimi tikililərinin, qurğu və avadanlıqlarının, nəqliyyat vasitələrinin bazar dəyəri cəmi 104204,90 (bir yüz dörd min iki yüz dörd manat doxsan qəpik) manat təşkil edir. Qeyd olunan məlumatlar “Mərdəkan Çörək ASC”- nin borclu olaraq icra sənədində göstərilən tələbi təmin etmək imkanına malik olmadığını təsdiq edir.

10. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin ##.##.2026-cı il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə Qərarı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22(81 )- ****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhər, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 8 ünvanında yerləşən qeyri-yaşayış binası və ünvan 2 ünvanında yerləşən əmlak kompleksi üzərinə həbs qoyulmuş və qərarın surəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir.

11. İddiaçı İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh ASC-yə göndərilən ##.##.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, “xxxx” ASC tərəfindən ödənilməmiş borca görə illik 5 faiz hesablanmış məbləğ ümumilikdə 324489,4 (üç yüz iyirmi dörd min dörd yüz səksən doqquz manat qırx qəpik) AZN təşkil edir. Göstərilənlərə əsasən, ümumilikdə 324.489,4 (üç yüz iyirmi dörd min dörd yüz səksən doqquz manat qırx qəpik) AZN məbləğində pulun 3 gün ərzində İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi xahiş olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadına əsasən borclu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı 143 750 manat məbləğində pul 2005-ci ilin yanvar ayından 2025-ci ilin noyabr ayınadək olan dövr üçün indeksasiya olunaraq 560 625 manat müəyyən edilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

13. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ASC-dən borcun ödənilməsinin gecikdirilməsinə görə 324489,4 (üç yüz iyirmi dörd min dörd yüz səksən doqquz məanat 40 qəpik) manatın və ödənilmiş 615 manat dövlət rüsumunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ATSC-nin (hazırda İddiaçı ASC) cavabdeh Cavabdeh ATSC-yə qarşı pul tələbinə dair iddiası üzrə Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** saylı qərardadı ilə qərara alınmışdır ki: “Cavabdeh ATSC maliyyə vəziyyətinin ağır olması ilə əlaqədar «xxxx» ATSC-yə vaxtında qaytara bilmədiyi 718 750 000 manat məbləğində borcunu həmin müqavilədə göstərilən qrafik üzrə və şərtlərlə hər ay 10 000 000 manatdan az olmamaq şərti ilə 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində ödəməyi öhdəsinə götürür. “xxxx” ATSC vaxtı ötmüş borcun «xxxx» ATSC-dən alınması üçün Cavabdeh ATSC tərəfindən həmin müqavilənin şərtlərinə riayət edildiyi halda məcburi icra tədbirlərinin görülməsi üçün icra vərəqəsinin verilməsindən ötrü məhkəməyə müraciət etməməyi öhdəsinə götürür. Həmin müqavilə ilə ödənilməsi nəzərdə tutulan borcun vaxtı ötmüş borc olduğu və onun 72 ay müddətində ödənilməsini nəzərə alaraq həmin müddət ərzində respublikada milli manatın devalvasiyası baş verdikdə bu ödəniş vaxtı nəzərə alınaraq tətbiq ediləcəkdir. Nəzərə alınmalı olan devalvasiya dedikdə həmin müqavilənin bağlandığı vaxt ABŞ dollarının milli manata qarşı kursunun 1 ABŞ dolları üçün 4910 manat olduğu əsas götürülür və ödəniş vaxtı onun artımı nəzərdə tutulur. Bu artım 15%-dən artıq olduqda qaytarılması həmin müqavilə ilə nəzərdə tutulan vaxtı keçmiş borcun ödənilməsinə tətbiq edilir. Tərəflərin qarşılıqlı razılığı ilə debitor borcunu 2005-ci ilin yanvar ayından başlayaraq aşağıdakı qrafik üzrə ödəməlidir: 2005-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2006-cı ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2007-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2008-ci ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2009-cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat 2010cu ildə hər ay 10,0 mln manat x 12 ay 1 120,0 mln manat ABŞ dollarının milli manata qarşı kursu artımı hər aylıq ödəmə aparılarkən nəzərə alınaraq tətbiq edilməli və ödənilməlidir.” Qeyd olunan məhkəmə qərardadı üzrə ##.##.2006-cı il tarixli, ****/*-*** nömrəli icra vərəqəsi verilmişdir. Tərəfimizdən Xəzər rayon İcra və Probasiya Şöbəsinə ##.##.2025-ci il tarixli ərizə ünvanlanmış, həmin icra sənədinin icra olunubolunmaması, icrası ilə bağlı görülmüş tədbirlər barədə sənədlərin, məlumatların təqdim edilməsi xahiş edilmişdir. Xəzər Rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, icra sənədi şöbənin icraatında mövcud deyildir. Buna görə də, Bakı Kommersiya Məhkəməsinə ##.##.2025-ci il tarixdə icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizə ilə müraciət edilmişdir. Daha sonra, ##.##.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsi tərəfindən icra sənədi verilmiş, iş yenidən icraya yönəldilmişdir. İcra sənədi hazırda Xəzər rayon İcra Şöbəsinin icraatındadır. Həmin iş üzrə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən ##.##.2025- ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya eyni tarixli tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir Məhkəmə qərardadının ##.##.2005-ci il tarixdən qanuni qüvvəyə minməsinə və icraya yönəldilməsinə baxmayaraq, cavabdeh tərəfindən icra sənədi bu günədək icra edilməmişdir. Məlum olmuşdur ki, icra sənədi üzrə borclu Cavabdeh ATSC Cavabdeh ASC-yə (VÖEN: **********) çevrilmişdir. Bununla bağlı, tərəfimizdən AR İN yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ##.##.2025-ci il tarixli, **** saylı vəkil sorğusu ilə müraciət edilərək, Cavabdeh ATSC-nin (hazırda Cavabdeh ASC) yenidən təşkil edilib-edilməməsi, edildiyi təqdirdə adının və dövlət reyestrinə edilmiş digər dəyişikliklər barədə məlumat təqdim edilməsi xahiş edilmişdir. AR İN yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ##.##.2025-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, Cavabdeh X1 Cəmiyyəti ##.##.1997ci il tarixdə D-2260 nömrə ilə 11N-li Mərdəkan çörək zavodunun bazasında yaradılmış və onun hüquqi varisi olmuş, ##.##.2015-ci il tarixdən adı dəyişdirilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) kimi adlandırılmışdır. ”Azərbaycan Respublikasının ## ######## 1995-ci il tarixli, **** nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin ## ###### 1997-ci il tarixli, № **** saylı Sərəncamının 1-ci bəndi ilə H.Z.Tağıyev adına X4 bazasında “xxxx” X1 Cəmiyyəti yaradılmış, sonradan həmin cəmiyyət, səhmləri Dövlət Proqramına uyğun olaraq tamamilə realizə edilməklə özəlləşdirilmiş, ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan ##.##.2008-ci ildə adı dəyişdirilərək Nadir Quliyev adına “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“İddiaçı”) adlandırılmışdır. İş üzrə yekun qərar qəbul edildikdən sonra Azərbaycan Respublikasının valyutasında denominasiyanın (1:5000 nisbətində) həyata keçirildiyi nəzərə alınaraq, həmin denominasiyaya uyğun olaraq cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği 143.750 (yüz qırx üç min yeddi yüz əlli) manat təşkil edir. Belə ki, ilkin məbləğ olan 718.750.000 manat 5000- lik nisbətə bölünməklə, yeni məbləğ 143.750 manat təşkil edir. (718.750.000 : 5000 = 143.750) Tələbkar İddiaçı Aç ıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə mü raciət edərək, cavabdehdən tutulmalı olan pul məbləg inin indeksasiya edilərək mü əyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadına əsasən, * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli ****/*-*** nömrəli qərardadı ilə borclu “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı 143 750 manat məbləğində pul 2005-ci ilin yanvar ayından 2025-ci ilin noyabr ayınadək olan dövr üçün indeksasiya olunaraq 560 625 manat müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən Xəzər Rayon İcra Şöbəsinin Böyük icra məmuru, R Pərvin Mehralıyevə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan aydın şəkildə görünür ki, borclu Cavabdeh ASC tələbkar İddiaçı ASC qarşısında pul öhdəliyinin mövcudluğunu etiraf edir. Hazırki vəziyyətdə, ərizəçinin gecikdirilmiş məbləğə görə illik beş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin ## #### 2023- cü il tarixli Plenum qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir”. AR Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş zərər məbləği hesablanmış və aşağıdakı cədvəldə göstərilmişdir: İl İndeksasiya olunmuş məbləğ İndeksasiya faizi İllik ödənilməli olan 5 faiz 2005-2006 7618,8 5,30% 7568,4 2006- 2007 25732,7 17% 8855,1 2007-2008 27096,5 15,30% 10209,9 2008- 2009 24299,6 11,90% 11424,9 2009-2010 4113,0 1,80% 11630,5 2010-2011 19306,7 8,30% 12595,9 2011-2012 12092,0 4,80% 13200,5 2012-2013 2112,1 0,80% 13306,1 2013-2014 5854,7 2,20% 13598,8 2014-2015 544,0 0,20% 13626,0 2015-2016 37062,7 13,60% 15479,1 2016- 2017 36840,3 11,90% 17321,1 2017-2018 19053,3 5,50% 18273,8 2018-2019 6213,1 1,70% 18584,5 2019-2020 10035,6 2,70% 19086,2 2020-2021 12596,9 3,30% 19716,1 2021- 2022 49290,2 12,50% 22180,6 2022-2023 60331,2 13,60% 25197,2 2023-2024 8567,0 1,70% 25625,5 2024-2025 27675,6 5,40% 27009,3 Cəmi: 324489,4AZN Hesablanmanın izahı: Nümunə: 2006-cı ildə 2005-ci ilə nisbətdə indeksasiya faizi 5,30% olduğundan 2006-cı ildə borcludan tutulmalı olan məbləğ 151.368,75 manat təşkil edir. 143.750 + 143.750/100%*5,30%= 143.750 manat (icra sənədi üzrə borc) + 7.618,8 manat (indeksasiya olunmuş məbləğ) = 151.368,75 manat 151.368,75 manat borcun gecikdirilməsinə görə ödənilməli olan illik 5 faiz 7.568,4 manat təşkil edir. Növbəti illər üçün də eyni qayda tətbiq edilir. İddiaçı tərəfindən cavabdehə ##.##.2026-cı il tarixli pretenziya məktubu göndərilmiş, 3 gün ərzində borcun ödənilməsi tələb edilmişdir. Lakin, bu günədək ödəniş həyata keçirilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh 2005-ci il tarixdən bugünədək icra sənədini icra etməkdən boyun qaçırır və bu halda MM-in 445.7-ci maddəsinə əsasən iddiaçının cavabdehdən borcun gecikdirilməsinə görə illik 5 faiz məbləğində pulu tələb etmək hüququ yaranmışdır.

15. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7- ci maddəsinə və AR Konstitusiya Məhkəməsinin ## #### 2023-cü il tarixli Plenum qərarına istinad olunmuşdur.

16. Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixli ərizə ünvanlayaraq, hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçınən özünə aid edilməsi qət edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli, ****/*-*** saylı qərardadı ilə cavabdeh Cavabdeh ASCnin iddiaçı qarşısında mövcud olan pul öhdəliyi müəyyən edilmiş, sonradan Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin məhkəmə aktı üzrə tutulmalı olan 143.750 manat məbləğində pul vəsaiti 2005-ci ilin yanvar ayından 2025-ci ilin noyabr ayınadək olan dövr üçün indeksasiya edilərək 560.625 manat məbləğində müəyyən olunmuşdur. Hazırda iddiaçı indeksasiya olunmuş tutulmalı məbləğin həmin müddət üçün illik 5 faiz məbləğdə əldən çıxmış fayda qismində zəzərin əvəzini tələb edir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya dəyən zərər indeksasiya olunmuş məbləğlə əhatə olunduğundan onun Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələbi istisna edilməlidir.

20. Bununla yanaşı iddia əsassız olduğundan iddia müddətinin tətbiqinə ehtiyac olmasa da, iddiaçının iddia müddətinin tətbiqinə etirazının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb məhkəmə qətnaməsi ilə tutulmalı olan pul öhdəliyinin icrasının gecikdirilməsi ilə bağlı olsa da, onun hüquqi əsası tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə və həmin münasibətlərdən irəli gələn pul öhdəliyinə əsaslanırsa, həmin tələbə 3 illik iddia müddəti şamil edilir.

21. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qəbul edilən zaman borcun indeksasiyası ilə bağlı Bakı Kommersiya Məhkəməsinin##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı məhkəmə qərardadı qanuni qüvvəyə minməmişdi. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli,*-*(***)-***/**** saylı qərardadından tələbkar və borclu tərəfindən apellyasiya şikayəti verilmiş, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-**/**** saylı qərardadı ilə borclunun şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qərardadı dəyişdirilmiş, iddiaçının indeksasiya tələbi yalnız 2005-2008-ci illəri əhatə edən dövr üzrə qismən təmin edilmişdir. Hazırki iddia tələbini isə 324489,4 (üç yüz iyirmi dörd min dörd yüz səksən doqquz manat 40 qəpik) manat pulun tutulması təşkil edir. Belə olan halda, kreditorun xeyrinə hesablanmış indeksasiya məbləği əhəmiyyətli dərəcədə azalmışdır. Halbuki, pul vəsaitinin real dəyərinin qorunması baxımından indeksasiya 2005-ci ildən etibarən məhkəməyə indeksasiyanın tətbiq olunmasına dair ərizə verilən tarixədək olan – 2025-ci il noyabr ayınadək bütün dövrü əhatə etməli idi. Nəticədə kreditor pul vəsaitinindəyərdən düşməsinin yalnız cüzi hissəsinə görə kompensasiya əldə etmiş, uzun illər ərzində baş vermiş dəyər itkisi isə qarşılanmamış qalmışdır. Məhz bu səbəbdən, məhkəmənin indeksasiyanın tətbiq edilməsini əsas gətirərək Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərin tələb edilməsini istisna etməsi qanunauyğun olmamışdır. Göründüyü kimi, məhkəmənin “indeksasiyanın Mülki Məcəllənin445.7-ci maddəsi üzrə faiz tələbini əhatə etməsi” barədə gəldiyi nəticəyə səbəb olan hal artıq aradan qalxmışdır. Bundan əlavə , Mülki Məcəllənin 551.2.4-cü maddəsinə əsasən, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Qanuni qüvvədə olan qərardadın icra edilməməsindən yaranan münasibətlər müqavilədən yaranan mülki münasibətlərdən fərqli olmaqla, müstəqil hüquq münasibətidir. Hazırkı iş üzrə mübahisənin predmeti alqı-satqı üzrə müqavilə münasibətlərindən deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində yaranmışdır. Tərəflər arasında olan alqı-satqı müqaviləsindən irəli gələn pul tələbi ilə bağlı münasibətlər artıq başa çatmış, nəticədə qərardad qəbul edilmişdir. Belə olan halda, 3 illik iddia müddətinin tətbiqinin əsassız olması sübuta yetirilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

26. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...

Maddə 385.1. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...

Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...

Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi

Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

Maddə 551. Öhdəliklərin xitamı üçün müddətlər 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: ... 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.

28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Qərarı: ... Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 449.3-ci maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1ci maddəsinə görə ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. ... Əks yanaşma, yəni həm inflyasiya nəticəsində dəymiş zərərin, həm də belə zərəri tam şəkildə əhatə edən qanunvericiliklə və ya müqavilə ilə müəyyənləşdirilmiş gecikdirilmə faizlərinin birlikdə tələb edilməsi imkanı, borcverənə dəymiş zərərin qarşılanması ilə deyil, sonuncunun borcun gecikdirilməsindən istifadə edərək əsassız varlanması ilə nəticələnərdi ki, bu da mülki qanunvericiliyin məqsəd və vəzifələri ilə uzlaşmır. ...

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ##.##.2023-cü il tarixli Qərarı: ... Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. ...

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...

Apellyasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış pul öhdəliyi ilə bağlı * saylı Yerli İqtisad Məhkəməsinin ##.##.2004-cü il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən cavabdeh borcu 2005-ci ilin yanvar ayından başlayaraq 72 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüş, ödənişlərin konkret müddətləri müəyyən edilmişdir.

36. Kollegiya qeyd edir ki, hazırkı iddianın predmeti həmin qərardadla müəyyən edilmiş əsas borcun tutulması deyil. İddiaçı əsas borcun vaxtında ödənilməməsini əsas gətirməklə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 324.489,40 manat məbləğində əlavə pul vəsaitinin tutulmasını tələb edir.

37. İddiaçı hesab edir ki, tələb qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsindən irəli gəldiyindən ona üç illik deyil, Mülki Məcəllənin 551.2.4-cü maddəsində nəzərdə tutulmuş otuz illik müddət tətbiq edilməlidir.

38. Məhkəmə kollegiyası həmin dəlil ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 551.2.4-cü maddəsində nəzərdə tutulan otuz illik müddət məhkəmə qərarı əsasında artıq əmələ gəlmiş və müəyyən edilmiş tələbin qüvvədə olması ilə bağlıdır. Həmin normada nəzərdə tutulan müddət məhkəmə aktında müəyyən edilmiş əsas borcla həmin borcun sonradan gecikdirilməsi nəticəsində yarana bilən bütün əlavə tələblərin eyniləşdirilməsi üçün əsas vermir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinin mətnində məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il sonra qüvvəsini itirməsi nəzərdə tutulur.

39. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında 551.2.4dəki 30 illik müddətin mahiyyət etibarilə məhkəmə qərarı ilə artıq müəyyən edilmiş öhdəliyin məcburi icrası ilə bağlı norma olduğunu xüsusi vurğulayıb. Yəni 30 il, ilk növbədə, məhkəmə aktında müəyyən edilmiş əsas borcun icrasına aiddir. Hazırkı halda isə ##.##.2004-cü il tarixli qərardadla iddiaçının xeyrinə 324.489,40 manat və ya Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanan həmin həcmdə faiz tutulması müəyyən edilməmişdir. İddiaçı onu sonradan MM-in 445.7-ci maddəsinə əsaslanan gecikdirmə tələbi kimi irəli sürür.

40. Başqa sözlə, əsas borcun icrası ilə həmin borcun gecikdirilməsinə görə sonradan yaranan əlavə pul tələbi eyni tələb deyildir. Buna görə əsas borcun məhkəmə aktı ilə müəyyən edilməsi faktı hazırkı əlavə pul tələbinə otuz illik müddətin tətbiqinə səbəb olmur.

41. Həmçinin kolegiya qeyd edir ki, barışıq sazişində borcun 2005-ci ildən başlayaraq hissə-hissə ödənilməsi və ödənişlərin ən geci 2010-cu ildə başa çatması nəzərdə tutulmuşdur. Sonrakı indeksasiya işi üzrə də öhdəliyin bir hissəsinin icra müddətinin 2009–2010-cu illərdə başa çatdığı müəyyən edilmişdir.

42. İş materiallarından həmçinin görünür ki, iddiaçı öhdəliyin vaxtında icra edilmədiyini daha əvvəl bilmişdir. Borclu 2006 və 2007-ci illərdə ödənişlərin gecikdiyini etiraf etmiş, iddiaçı isə ##.##.2008-ci ildə icra orqanına müraciət etməklə borcun məcburi qaydada alınmasını tələb etmişdir. Beləliklə, iddiaçı həm hüququnun pozulduğunu, həm də öhdəliyin icra edilmədiyini ən geci həmin vaxtdan bilirdi. Mülki hüquqda iddia müddətinin məqsədi tərəflər arasında uzun müddət qeyrimüəyyən

43. qalmış hüquq münasibətlərinin sonradan qeyri-məhdud müddətdə mübahisələndirilməsinin qarşısını almaq və mülki dövriyyədə hüquqi müəyyənliyi təmin etməkdir.

44. Hazırkı halda öhdəliyin son icra müddətinin 2010-cu ildə başa çatdığı və iddiaçının gecikmədən uzun müddət əvvəl xəbərdar olduğu halda, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanan əlavə tələb yalnız 2026-cı ildə irəli sürülmüşdür. Əsas borcun hələ də ödənilməmiş qalması öz-özlüyündə əvvəl yaranmış hüquq pozuntusu üzrə iddia müddətinin hər gün yenidən başlanması mənasına gəlmir. Əks halda kreditorun uzun müddət heç bir tələb irəli sürməməsi nəticəsində iddia müddətinin faktiki olaraq qeyrimüəyyən müddətə uzadılması mümkün olardı ki, bu da iddia müddəti institutunun hüquqi müəyyənlik məqsədi ilə uzlaşmazdı. Bundan əlavə, 2025-ci ildə icra sənədinin yenidən icraya yönəldilməsi də əvvəl yaranmış əlavə pul tələbi üzrə artıq başlanmış iddia müddətinə yeni başlanğıc vermir.

45. Bundan başqa, apellyasiya şikayətində iddiaçı bildirir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə faiz məhkəmə aktı icra edilmədiyi müddətdə fasiləsiz olaraq hesablandığından iddia müddətinin keçdiyini qəbul etmək olmaz.

46. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində faizlərin gecikdirilmiş vaxt üçün hesablanması nəzərdə tutulsa da, həmin norma bu tələbə iddia müddətinin tətbiq edilmədiyini müəyyən etmir. Qanunvericilikdə belə istisna nəzərdə tutulmadığı halda, kreditorun tələb hüququnun davam etməsi iddia müddəti qaydalarının tətbiqini aradan qaldırmır.

47. Hazırkı işdə iddiaçı MM-in 445.7-ci maddəsi üzrə son üç ilə aid ayrıca və müstəqil tələb irəli sürməmiş, 2005–2025-ci illər arasındakı bütün dövrü birləşdirərək 324.489,40 manat tələb etmişdir.

48. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi hesablama Mülki Məcəllənin 445.7-ci maddəsinin məzmununa uyğun hesab edilə bilməz. Həmin maddəyə əsasən illik beş faiz gecikdirilmiş məbləğə hesablanmalıdır. Qanunun məzmunu faiz hesablamasının hər il inflyasiya göstəricisi ilə artırılmış və faktiki olaraq ayrıca indeksasiya edilmiş məbləğ üzərindən aparılmasını müəyyən etmir. Mülki Məcəllənin 445.7-ci maddəsi də gecikdirilmiş vaxt üçün məhz gecikdirilmiş məbləğə illik beş faiz hesablanmasını nəzərdə tutur. Halbuki iddia ərizəsinə əlavə edilmiş hesablamada əvvəlcə hər il üzrə indeksasiya olunmuş məbləğ müəyyən edilmiş, sonra isə illik 5 faiz həmin artırılmış məbləğə tətbiq edilmiş və bu qaydada 2005–2025-ci illər üzrə məbləğlər toplanaraq 324.489,40 manat nəticə alınmışdır.

49. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə indeksasiya iddiaçının hesablamasında nəzərdə tutulduğu kimi 2005–2025-ci illərin bütün dövrünə tətbiq edilməmişdir. Kollegiya indeksasiyanın yalnız iş materialları ilə icra icraatının mövcudluğu təsdiq olunmuş 2006-cı ilin iyunundan 2008-ci ilin sentyabrınadək olan müddətə tətbiq edilə biləcəyini müəyyən etmiş və yekun tutulmalı məbləği 186.854 manat müəyyən etmişdir.

50. Qeyd olunanlara əsasən kolllegiya hesab edir ki, 324.489,40 manat məbləğində pulun Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qanuni faiz kimi tutulması üçün təqdim edilmiş hesablamanın hüquqi və faktiki əsası mövcud deyildir.

51. İddiaçı apellyasiya şikayətində indeksasiya tələbinin yalnız müəyyən dövr üzrə təmin edilməsini də öz mövqeyinin əsası kimi göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında 2008-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək indeksasiyanın aparılmamasının kreditorun qanunvericilikdə nəzərdə tutulmuş digər müdafiə vasitələrindən istifadə hüququnu məhdudlaşdırmadığı qeyd edilmişdir. Lakin bu hüquqi mövqe həmin digər müdafiə vasitələrinin qanunla müəyyən edilmiş şərtlərdən və iddia müddətindən kənar tətbiq edilə bilməsi mənasına gəlmir.

52. Kreditor digər müdafiə vasitəsindən istifadə edə bilər, lakin həmin tələb müvafiq maddi hüquq normasının tətbiqi şərtlərinə uyğun olmalı, düzgün hesablanmalı və iddia müddətinə dair qaydalar nəzərə alınmaqla irəli sürülməlidir. Hazırkı halda isə bu şərtlərə əməl olunduğu müəyyən edilməmişdir.

53. Məhkəmə kollegiyası əlavə olaraq nəzərə alır ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmurunun ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qanuni qüvvəyə minmiş qərardadı ilə ləğv edilmişdir.

54. Həmin qərardadla müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixli icra sənədi rəsmiləşdirilərkən ##.##.2006-cı il tarixli əvvəlki icra sənədinin hüquqi taleyi, həmin sənəd üzrə icraata başlanılıb-başlanılmadığı, icra hərəkətlərinin həyata keçirilib-keçirilmədiyi və sənədin qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələbkara qaytarılıb-qaytarılmadığı müəyyən edilməmişdir. Buna görə əvvəlki icra sənədinin hüquqi vəziyyəti və onun yenidən icraya yönəldilməsi üçün zəruri olan faktiki hallar müəyyən edilmədən ##.##.2025-ci il tarixli yeni icra sənədinin icraya yönəldilməsi üçün kifayət qədər hüquqi əsas olmadığı, həmin sənəd əsasında ##.##.2025-ci ildə icraata başlanılmasının da qanuni olmadığı nəticəsinə gəlinmişdir. Eyni zamanda ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın ləğv edilməsi nəzərə alındıqda, həmin qərarın mövcudluğu əvvəlki illər ərzində borcun ödənilmədiyini və gecikdirmənin fasiləsiz davam etdiyini təsdiq edən hal kimi qəbul edilə bilməz. Buna görə də, həmin qərar Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından əvvəlki dövr üzrə gecikdirmə faktının mövcudluğunu təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

55. Kollegiya qeyd edir ki, bu hal ##.##.2004-cü il tarixli məhkəmə qərardadının qanuni qüvvəsini və həmin qərardadla müəyyən edilmiş əsas borcun mövcudluğunu özlüyündə aradan qaldırmır. Bununla belə, bu fakt hazırkı mübahisədə iddiaçının 2025-ci ildə başlanmış icra icraatına istinad etməklə əvvəlki illərdə yaranmış gecikdirmə üzrə tələb hüququnun yenidən əsaslandırması baxımından əhəmiyyətlidir.

56. Belə ki, qanunsuz hesab edilərək ləğv edilmiş icraata başlama qərarı əvvəlki dövrdə yaranmış tələb üzrə yeni iddia müddətinin başlanmasına, keçmiş müddətin yenidən hesablanmasına və ya əvvəlki hüquq pozuntusundan irəli gələn əlavə pul tələbinin yenidən yaranmasına hüquqi əsas təşkil edə bilməz.

57. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında da göstərilmişdir ki, icraata başlamaq haqqında qərarın ləğvi onun qəbul edildiyi andan etibarən konkret icra icraatının prosessual əsasını aradan qaldırır. Bu səbəbdən həmin qərarın hüquqi nəticələrinə istinad etməklə iddia müddətinin yenidən başlanması nəticəsinə gəlmək mümkün deyildir.

58. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, barışıq sazişində nəzərdə tutulmuş son ödəniş müddəti 2010-cu ildə başa çatmış, iddiaçı öhdəliyin icra edilmədiyini hələ 2006–2008ci illərdə bilmiş, buna baxmayaraq Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanan hazırkı əlavə pul tələbini yalnız uzun müddət sonra irəli sürmüşdür.

59. Bu baxımdan 2025-ci ildə icra sənədinin yenidən rəsmiləşdirilməsi və həmin sənəd üzrə icraata başlanılması iddia müddətinin başlanğıcını dəyişdirən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Xüsusilə də həmin icraata başlama qərarının sonradan məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv olunması bu nəticəni daha da təsdiq edir.

60. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğundur, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

62. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.

63. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar