Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2-2(3-6)-733/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Abdullayev Elşәn Uğur oğlu (sәdrlik edәn vә mәruzәçi), Cәfәrov Sәmәd Fәxrәddin oğlu vә X1 ibarәt tәrkibdә, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilә, Ərizәçi Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Bakı Şәhәri Lokal Gәlirlәr Baş İdarәsinin maraqlı şәxs Maraqlı şәxs ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә әrizәsinә baxılmasına dair Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(*-**)-****/**** nömrәli ## ### 2026-cı il tarixli qәtnamәsindәn maraqlı şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, Müəyyən etdi: Ərizәçi Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Bakı şәhәri Lokal Gәlirlәr Baş İdarәsi әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, hüquqi şәxs tәrәfindәn dövlәt büdcәsinә olan ümumilikdә 1136,8 manat, Dövlәt Sosial Müdafiә Fonduna olan 5622,56 manat, İşsizlikdәn sığorta fonduna olan 233,36 manat, İcbari Tibbi Sığorta Fonduna olan 909,92 manat mәblәğindә borcun ödәnilmәsini tәmin etmәk üçün hәmin şәxsin icra orqanının rәhbәri olan, Maraqlı şәxs barәsindә (doğulduğu tarix - ## ###### 1981ci il, Doğulduğu yer - Azәrbaycan, Naxçıvan MR; Naxçıvan, Şәxsiyyәti tәsdiq edәn sәnәdin FİN nömrәsi - *******, şәxsiyyәt vәsiqәsinin seriya vә nömrәsi AZE AA*******) ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Ərizәçi tәlәbini onunla әsaslandırmışdır ki, Vergi öhdәliklәrini Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdiyi üçün ##.##.2026-cı il tarixә vergi ödәyicisi olan "X2" Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 909,92 manat, İşsizlikdәn sığorta fonduna 233,36 manat, dövlәt büdcәsinә 1136,8 manat mәblәğindә (o cümlәdәn, vergilәr üzrә 803,51 manat, faizlәr üzrә 293,29 manat, maliyyә sanksiyası üzrә 40 manat), Dövlәt Sosial Müdafiә Fonduna 5622,56 manat olmaqla, ümumilikdә 7902,64 manat borcu vardır. Yaranmış borc mәblәğinin 5 gün әrzindә dövlәt büdcәsinәvә müvafiq fonda ödәnilmәsi mәqsәdi ilә vergi ödәyicisinә Vergi Mәcәllәsinin 65-ci maddәsinә әsasәn ##.##.2025-ci il tarixli 2550021362898900, ##.##.2025-ci il tarixli 2550021346121600, ##.##.2025-ci il tarixli 2550022209571200, ##.##.2025-ci il tarixli **************** nömrәli bildirişlәr göndәrilmiş, lakin vergi ödәyicisi yaranmış borc mәblәğini ödәmәmişdir.. Reyestr mәlumatlarına әsasәn yuxarıda qeyd edilәn borclu hüquqi şәxsin icra orqanının rәhbәri olan Maraqlı şәxs ünvan 1 ünvanında yaşayır. Bakı Kommersiya Mәhkәmәsinin (bundan sonra – birinci instansiya mәhkәmәsi) e-*- *(*-**)-****/**** nömrәli ## ### 2026-cı il tarixli qәtnamәsi ilә (hakim Günay Namazova) әrizәnin tәmin edilmәsi, vergi ödәyicisi olan hüquqi şәxs tәrәfindәn dövlәt büdcәsinә olan ümumilikdә 1136,8 manat, Dövlәt Sosial Müdafiә Fonduna olan 5622,56 manat, İşsizlikdәn sığorta fonduna olan 233,36 manat, İcbari Tibbi Sığorta Fonduna olan 909,92 manat mәblәğindә borcun ödәnilmәsini tәmin etmәk "X2" Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VÖEN: **********) icra orqanının rәhbәri olan - Maraqlı şәxs (##.##.1981-ci il tarixindә Naxçıvan MRda anadan olan ünvan 1 ünvanında qeydiyyatda olan, şәxsiyyәti tәsdiq edәn sәnәdin FİN nömrәsi – *******, şәxsiyyәt vәsiqәsinin seriya vә nömrәsi AA*******) barәsindә ölkәdәn getmәk hüququnun vergi öhdәliklәri tam yerinә yetirilәnәdәk müvәqqәti mәhdudlaşdırılması, әrizәnin verilmәsinә görә ödәnilmәli olan 100 (yüz) manat mәblәğindә dövlәt rüsumunun maraqlı şәxs Maraqlı şәxs tutularaq dövlәt büdcәsinә ödәnilmәsi qәt edilmişdir. Maraqlı şәxs Maraqlı şәxs qәtnamәdәn apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv vә әrizәnin rәdd edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, әrizәçi Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Lokal Gәlirlәr Baş İdarәsi әrizә ilә eyni tәlәb, predmet vә әsas üzrә mәhkәmәyә müraciәt edәrәk, “X2” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin dövlәt büdcәsinә fondlara olan borcunun ödәnilmәsini tәmin etmәk üçün hüquqi şәxsin icra orqanının rәhbәri olan Maraqlı şәxs ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Bakı Kommersiya Mәhkәmәsinin ## ######## 2025-ci il tarixli, e-2-2(113)-6632/2025nömrәli qәtnamәsi ilә әrizә rәdd edilmişdir. Hәmin qәtnamәdәn verilmiş apellyasiya vә kassasiya şikayәtlәri dә tәmin edilmәmişdir. Bundan әlavә maraqlı şәxs Maraqlı şәxs “X2” MMC-nin direktoru vәzifәsindә әmәk müqavilәsi әsasında işlәdiyindәn hәmin vәzifәnin icra edilmәsi ilә bağlı maraqlı şәxslә arasında münasibәtlәr Əmәk Mәcәllәsi ilә tәnzimlәnәn әmәk münasibәtlәri olmuşdur. Odur ki, Maraqlı şәxs 2025-ci ilin avqust ayında MMC-dә tutduğu direktor vәzifәdәn azad edilmәklә sonuncular arasındakı әmәk münasibәtlәrinә xitam verildiyindәn hazırda maraqlı şәxsin “X2” MMC-nin icra orqanının rәhbәri olması istisna olunur. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada xәbәrdar edilmәklә iclasa çağrılmış tәrәflәr mәhkәmә iclasına gәlmәmiş, sәbәblәri barәdә mәhkәmәyә heç bir mәlumat vermәmişlәr. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 376.2-ci maddәsinә әsasәn, işә baxılmanın vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş işdә iştirak edәn şәxslәrin gәlmәmәsi işә baxılmasına mane olmur. Lakin, işdә iştirak edәn şәxslәr üzrlü sәbәblәrdәn gәlmәdiyi hallarda mәhkәmә işin baxılmasını tәxirә sala bilәr. Mәhkәmә kollegiyası MPM-in 376.2-ci maddәsinә әsasәn şikayәtә tәrәflәrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşә baxılmasının vaxtı vә yeri barәdә lazimı qaydada mәlumat verilmәsinә baxmayaraq digәr tәrәflәr mәhkәmә iclasına gәlmәdiyindәn işә onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mәhkәmә kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin edilmәli, qәtnamә lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Maraqlı şәxs tәrәfindәn tәqdim edilәn, apellyasiya icraatında tәdqiq olunan Bakı Kommersiya Mәhkәmәsinin e-*-*(***)-****/**** nömrәli ## ######## 2025-ci il tarixli qәtnamәsindәn görünür ki, eyni predmetlә bağlı әrizәçi daha әvvәl mәhkәmәyә müraciәt etmiş, lakin әrizә tәmin edilmәmişdir. Mәhkәmә belә nәticәyә gәlmişdir ki, Maraqlı şәxs hazırkı vaxtda “X2” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin qanuni tәmsilçisi olmadığından әrizәçi Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәti Lokal Gәlirlәr Baş İdarәsinin әrizәsi tәmin edilmәmәlidir. Belә ki, ##.##.2025-ci il tarixli, **/**/IA nömrәli әmrin surәtindәn görünür ki, Maraqlı şәxs öz xahişi ilә ##.##.2005-ci il tarixdәn tutduğu vәzifәdәn (“X2” MMC-dә direktor vәzifәsi) azad edilmişdir. Eyni tarixli әmәk müqavilәsi bildirişindәn görünür ki, “X2” MMC-dә direktor vәzifәsindә işlәyәn Maraqlı şәxs müqavilәsinә ##.##.2025-ci il tarixdә xitam verilmişdir. Qeyd edilәn qәtnamә Bakı Apellyasiya Mәhkәmәsinin *-*(***)-****/**** nömrәli ## ###### 2025-ci il tarixli qәtnamәsi ilә dәyişdirilmәdәn saxlanılmış, qәtnamәdәn verilmiş kassasiya şikayәti dә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin *-*(*-*)-**/**** nömrәli ## ### 2026-cı il tarixli qәrarı ilә tәmin edilmәmişdir. Göründüyü kimi, birinci instansiya mәhkәmәsinin e-*-*(***)-****/**** nömrәli ## ######## 2025-ci il tarixli qәtnamәsi qanuni qüvvәsini almışdır. MPM-in 82.3-cü maddәsinә әsasәn, bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. Kollegiya yuxarıda göstәrilәnlәri nәzәrә alaraq, qeyd edir ki, әrizәçi eyni predmet vә eyni әsaslarla daha әvvәl mәhkәmәyә müraciәt etmiş vә hәmin iş üzrә yekun mәhkәmә aktı artıq qanuni qüvvәsini almışdır. Hәmin qәtnamә artıq preyudisial qüvvәyә malikdir. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsinin Plenumu ## ###### 2012-ci il tarixli qәrarında qeyd etmişdir ki, iddianın predmeti dedikdә, iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar. İddianın әsasını isә irәli sürülәn tәlәblәrin әsaslandırıldığı faktlar (iddianın faktiki әsası), elәcә dә istinad olunan hüquq normaları (iddianın hüquqi әsası) tәşkil edir. İddiaçı әrizәsindә tәlәbinin faktiki әsasını qeyd etmәyә borcludur (MPM, m. 149.2.3), hüquqi әsasını isә göstәrmәkdә sәrbәstdir. Baxılan işdә әrizәçi maraqlı şәxsin ölkәni tәrk etmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması tәlәbinin söykәndiyi faktiki hallarla, daha әvvәl baxılmış, eyni tәlәbinin dayandığı faktlar eynidir. Nәzәrә alınmalıdır ki, daha әvvәl baxılan iş üzrә mәhkәmә aktları ilә maraqlı şәxsin hüquqi şәxsin icra orqanın rәhbәri olmadığı müәyyәn edilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә görә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa hakim iş üzrә icraata xitam verir. Odur ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olduğundan birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilmәklә, hazırki iş üzrә icraata xitam verilmәlidir. Mülki Prosessual Mәcәllәnin 384.0.5-ci maddәsinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5ci vә 259.0.8-259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 261, 384.0.5, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası Qərara aldı: Apellyasiya şikayәti qismәn tәmin olunsun. Bakı Kommersiya Mәhkәmәsinin ## ### 2026-cü il tarixli, e-*-*(*-**)-****/**** nömrәli qәtnamәsi lәğv edilsin vә iş üzrә icraata xitam verilsin. Qәrardaddan tәrәflәrә rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №e-2-2(3-6)-733/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-733/2026
15.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver