Məhkəmə qərarları › İş №e-2-2(3-6)-736/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-736/2026

22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-736/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (ac ar so zlər: kredit mu qaviləsi, ödənişlərin silinmə ardıcıllığı, sübutetmə yükü, borcun tutulması) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ##.##.2021-ci il tarixli, **-MCR-*-***-** nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən, bank tərəfindən cavabdeh3 120 ay müddətinə, illik 30 faiz dərəcəsi, illik 72 faiz dərəcəsi ilə cərimə şərti ilə 50 000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. ##.##.2021-ci il tarixli, Z/06154/21 və Z/*****/** saylı zaminlik müqavilələrinə əsasən, cavabdeh1 və cavabdeh2 kredit limitinin ayrılmasına dair razılaşmadan irəli gələn öhdəliklərin cavabdeh3 tərəfindən icrasına təminat vermiş və həmin öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

3. İddiaçı ASC ##.##.2024-cü il tarixdə cavabdehə məxsus olan 994504222187 mobil telefon nömrəsinə cari kredit limiti çərçivəsində 24 ay müddətinə, faktiki illik faiz dərəcəsi 21,63 faiz, aylıq faiz dərəcəsi 1,75 faiz, aylıq ödəniş məbləği 1 181,87 manat, komissiya 138 manat, xidmət haqqı 10 manat, ödəniş tarixi hər ayın 2-si müəyyən edilməklə 23 000 manat məbləğində kredit təklif edilmiş, cavabdeh həmin şərtləri qəbul etdiyini təsdiq etmiş və kredit vəsaiti onun hesabına köçürülmüşdür.

4. cavabdeh3 aid ##.##.2024-##.##.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən hesabdan çıxarış məlumatlarına əsasən, ##.##.2024-cü il tarixdə cavabdehin hesabına 23 000 manat kredit vəsaiti köçürülmüş, bu vəsaitdən 9 645 manat pul cavabdeh tərəfindən nağdlaşdırılmışdır. Hesabat dövrü ərzində cavabdeh tərəfindən sonuncusu ##.##.2025-ci il tarixdə olmaqla 9 dəfə ödəniş edilmişdir.

5. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh3 qeyd olunan tarixə İddiaçı ASC qarşısında mövcud borc öhdəliyi 15 474,09 manat məbləğində əsas borc, 1 955,55 manat məbləğində faiz borcu və 124,03 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17 553,67 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 15 474,09 manat əsas borc, 1 955,55 manat faiz borcu, 124,03 manat cərimə borcu və ödənilmiş 142,38 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 15 474,09 manat əsas borc, 1 955,55 manat faiz borcu və 124,03 manat cərimə borcu, həmçinin dövlət rüsumunun əvəzi qismində ödənilmiş 142,38 manat olmaqla, cəmi 17 696,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit münasibətləri yaranmış, iddiaçı kredit vəsaitini cavabdehə təqdim etmiş, lakin cavabdeh kredit borcunu və faizləri vaxtında ödəmədiyindən icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin, zaminlər borcalanın öhdəliklərinin icrasına təminat vermiş, lakin üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Buna görə zaminlərin də borclu ilə birgə məsuliyyət daşıdığı qənaətinə gəlinmişdir. Cavabdeh cavabdeh2 etirazı isə əsassız hesab edilmiş, ##.##.2021-ci il tarixli kredit razılaşması üzrə zaminliyin qüvvədə olduğu və zaminliyin xitamı üçün əsasların olmadığı göstərilmişdir.

9. Cavabdeh cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara tam, obyektiv və hərtərəfli qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Iddiaçı tərəfindən borc məbləği düzgün hesablanmamış, kredit faizindən əlavə əsassız faizlər hesablanaraq borc məbləği şişirdilmişdir. Həmçinin cavabdeh tərəfindən 10 000 manatdan artıq ödəniş edilməsinə baxmayaraq, həmin məbləğin əhəmiyyətli hissəsi faizlərə silinmişdir. Bundan əlavə, cavabdeh tərəfindən borc məbləğinin hesablanmasının yoxlanılması məqsədilə məhkəməmühasibatlıq

10. ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Nəticədə məhkəmə işin hallarını lazımi qaydada araşdırmadan yalnız iddiaçının mövqeyinə əsaslanaraq cavabdehlərin üzərinə artıq borc məbləği qoymuşdur. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları tam müəyyən etməmiş, sübutları düzgün qiymətləndirməmiş və nəticədə qəbul etdiyi qətnamə işin hallarına uyğun olmayan, qeyri-obyektiv və əsassız olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

14. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 432. Öhdəliyin hissə-hissə icrası 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Maddə 740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

Maddə 742. Borcun qaytarılması 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: ... 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); ... Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız əsas borclu cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri kredit öhdəliyinin icrası və borcun məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı olduğundan, məhkəmə kollegiyası qətnamənin əsas öhdəliyin mövcudluğu və məbləğinə dair hissəsinin əsaslılığını yoxlayır. Zaminlər qətnamədən şikayət vermədiklərindən və apellyasiya şikayətində zaminlik müqavilələrinin etibarlılığına, qüvvədə olmasına, həcminə və ya xitamına dair dəlil irəli sürülmədiyindən həmin məsələlər apellyasiya baxışının predmetinə daxil deyildir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işin hallarını, tərəflərin dəlillərini və tətbiq edilməli hüquq normalarını qiymətləndirərək hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Iddiaçı ilə cavabdeh cavabdeh3 arasında kredit limitinin ayrılmasına dair razılaşma, həmin razılaşmadan irəli gələn öhdəliklərin təminatı məqsədilə isə digər cavabdehlərlə zaminlik müqavilələri bağlanmışdır. Sonradan qeyd olunan razılaşma əsasında cavabdeh cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz, aylıq ödəniş məbləği 1 181,87 manat olmaqla 23 000 manat məbləğində kredit verilmişdir.

22. Tərəflər arasında kredit limitinin ayrılması barədə müqavilə 2021-ci ildə bağlansa da, mübahisəli 23 000 manat kredit üzrə konkret hüquq və vəzifələr kredit şərtlərinin cavabdeh tərəfindən qəbul edildiyi və kredit vəsaitinin onun hesabına köçürüldüyü ##.##.2024-cü il tarixdə yarandığından, bu kredit münasibəti üzrə mübahisəyə həmin tarixdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir.

23. Hesabdan çıxarışdan görünür ki, cavabdeh sonuncu dəfə ##.##.2025-ci il tarixdə ödəniş etmiş, bundan sonra aylıq ödənişləri həyata keçirməmişdir. Beləliklə, maliyyə arayışının tərtib edildiyi tarixə vaxtı çatmış ödənişlərin 90 gündən artıq müddətə gecikdirilməsi baş verdiyindən, iddiaçı Mülki Məcəllənin 742.5.2-ci maddəsinə əsasən kredit üzrə qalan borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malik olmuşdur.

24. Cavabdeh apellyasiya şikayətini iddiaçı tərəfindən borc məbləğinin düzgün hesablanmaması, əlavə olaraq əsassız faiz məbləğlərinin hesablanaraq borc məbləğinin şişirdilməsi, 10 000 manatdan artıq ödəniş edilməsinə baxmayaraq həmin vəsaitin əsasən faiz borcuna silinməsi, birinci instansiya məhkəməsinin işin hallarını tam və obyektiv araşdırmaması, sübutları düzgün qiymətləndirməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətin əsassız olaraq təmin edilməməsi, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırmışdır.

25. Kollegiya apellyasiya şikayətinin kredit borcunun düzgün hesablanmaması, əlavə faizlərin hesablanması və həyata keçirilmiş ödənişlərin əsasən faiz borcuna silinməsi barədə dəlillərini əsassız hesab edir.

26. Hesabdan çıxarışın təhlilindən müəyyən olunur ki, cavabdehin hesabına daxil etdiyi vəsaitlərdən müəyyən ödəniş əməliyyatları üzrə ayrıca 1 faiz həcmində komissiya tutulmuş, hesabda qalan vəsait isə kredit öhdəliyinin icrasına yönəldilmişdir. Kredit ödənişinə yönəldilən məbləğdən əvvəlcə müvafiq dövr üzrə hesablanmış faiz, qalan hissədən isə əsas borc ödənilmişdir. Aylıq ödənişdən artıq olan məbləğ hesabda qalıq vəsait kimi saxlanılmış və sonrakı ödəniş tarixlərində kredit öhdəliyinin icrasına yönəldilmişdir.

27. Belə ki, ilk ödəniş tarixi olan ##.##.2024-cü il tarixə cavabdehin hesabında əvvəlki əməliyyatlardan 1,79 manat qalıq olmuş və həmin məbləğ faiz borcunun ödənilməsinə yönəldilmişdir. Həmin tarixdə cavabdeh tərəfindən 800 manat və 400 manat olmaqla, ümumilikdə 1 200 manat ödəniş edilmiş, bu əməliyyatlar üzrə müvafiq olaraq 8 manat və 4 manat, cəmi 12 manat komissiya tutulmuşdur.

28. Həmin ay üzrə əsas borcun qalığı 23 000 manat, aylıq 1,75 faiz dərəcəsi ilə hesablanmış faiz isə 402,50 manat təşkil etmişdir. Faiz borcunun 1,79 manatı hesabda əvvəldən mövcud olan qalıq vəsaitdən, 400,71 manatı isə sonradan daxil edilmiş vəsaitdən ödənilmişdir. Aylıq ödənişin qalan 779,37 manatı əsas borcun ödənilməsinə yönəldilmiş, komissiya tutulduqdan və aylıq ödəniş icra edildikdən sonra hesabda 7,92 manat qalıq saxlanılmışdır.

29. Növbəti dövr üzrə faiz əvvəlki ödəniş nəticəsində 779,37 manat azalmış əsas borc qalığına hesablanmışdır. Əsas borcun qalığı 22 220,63 manat, həmin məbləğə aylıq 1,75 faiz dərəcəsi ilə hesablanmış faiz isə 388,86 manat təşkil etmişdir.

30. ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən ümumilikdə 1 200 manat ödəniş edilmiş və ödəniş əməliyyatları üzrə cəmi 12 manat komissiya tutulmuşdur. Əvvəlki dövrdən hesabda saxlanılmış 7,92 manat da nəzərə alınmaqla, hesabdakı vəsaitin 388,86 manatı faiz borcuna, 793,01 manatı əsas borca yönəldilmiş və əməliyyatlardan sonra hesabda 14,05 manat qalıq saxlanılmışdır.

31. Sonrakı ödənişlər üzrə də faizlər hər ödəniş dövründə mövcud olan əsas borc qalığına hesablanmış, əvvəlki dövrdən hesabda qalmış vəsait növbəti dövrün faiz borcunun ödənilməsində nəzərə alınmış, razılaşdırılmış aylıq ödənişin faizdən artıq qalan hissəsi isə əsas borca yönəldilmişdir.

32. Hesabdan çıxarışdakı bütün əməliyyatların cəmləşdirilməsi nəticəsində cavabdehin ödənişlərindən 7 525,91 manatın əsas borca, 3 114,52 manatın faiz borcuna, 0,89 manatın dəbbə puluna, 48 manatın isə ayrıca əməliyyat komissiyalarına aid edildiyi müəyyən olunur. Bu rəqəmlər iş materiallarında olan maliyyə arayışında əsas və faiz borcunun ödənilməsinə dair göstərilən məlumatlarla tam uyğunluq təşkil edir.

33. Beləliklə, cavabdehin ödənilmiş vəsaitin böyük hissəsinin faiz borcuna silinməsi barədə dəlili iş materialları ilə təsdiq edilmir. Əksinə, hesabdan çıxarış ödənişlərin daha böyük hissəsinin əsas borcun azaldılmasına yönəldildiyini göstərir.

34. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, borclu əsas öhdəliyin icrasından başqa faizləri və xərcləri də ödəməli olduqda, bütün borcun ödənilməsi üçün kifayət etməyən icra əvvəlcə xərclərin, sonra faizlərin və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Hesabdan çıxarışdan görünür ki, ayrıca əməliyyat komissiyaları tutulduqdan sonra kredit ödənişinə yönəldilən məbləğ əvvəlcə hesablanmış faiz borcuna, qalan hissəsi isə əsas borca aid edilmişdir ki, bu da qeyd olunan normanın tələblərinə uyğundur.

35. Iddiaçı kredit müqaviləsi, hesabdan çıxarış və maliyyə arayışı ilə tələb etdiyi borcun hesablanmasını əsaslandırmışdır. Cavabdeh isə iddiaçının hesablamalarında konkret olaraq hansı səhvin mövcud olduğunu, hansı məbləğin artıq hesablandığını və ya hansı ödənişin yanlış qaydada silindiyini göstərməmiş, hesablamanın düzgünlüyünü şübhə altına alan sübut və ya alternativ hesablama təqdim etməmişdir. Buna görə cavabdehin bu barədə dəlilləri yalnız ümumi mülahizələrdən ibarətdir və iş materialları ilə təsdiq olunmur.

36. Kollegiya hesab edir ki, hazırkı mübahisənin həlli üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə zərurət olmamışdır. Belə ki, iş üzrə mübahisə xüsusi bilik tələb edən halların müəyyən edilməsindən deyil, kredit müqaviləsinin şərtlərinin, hesabdan çıxarışların və maliyyə arayışında əks olunmuş məlumatların qarşılıqlı müqayisəsi və sadə riyazi hesablamalar əsasında yoxlanılmasından ibarət olmuşdur. Iş materiallarında olan sənədlər əsasında kredit üzrə hesablanmış faizlərin, ödənişlərin hansı hissəsinin əsas borca, hansı hissəsinin isə faiz borcuna silindiyini, eləcə də borc qalığının düzgünlüyünü müəyyən etmək mümkün olduğundan ekspertiza təyin edilməsini zəruri edən hallar mövcud olmamışdır.

37. Kollegiya cavabdehin dəbbə pulu məbləğinin əsassız hesablanmasına dair dəlillərini də əsaslı hesab etmir. Dəbbə pulunun tutulmasının əsası tərəflərin ##.##.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmadan irəli gəlir. Həmin razılaşmada tərəflər illik 72 faiz dərəcəsi ilə cərimə məbləğinin ödəniləcəyi barədə razılığa gəlmişdir. Hesabdan çıxarışdan göründüyü kimi cavabdeh sonuncu dəfə ##.##.2025-ci il tarixdə ödəniş etmişdir. Cavabdehin hər ayın 2-si tarixində ödəniş etməli olduğu nəzərə alındıqda ##.##.2025-ci il tarixdən etibarən yalnız bir aylıq 1181,87 manat ödənişi maliyyə arayışının tərtib olunduğu ##.##.2025-ci il tarixinədək 190 gün gecikdirdiyi müəyyən edilir. Müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş 1181,87 manatın illik 72 faizi miqdarında dəbbə pulunun 190 günə düşən hissəsi iddiaçının tələb etdiyi 124,03 manat dəbbə pulu məbləğindən bir neçə dəfə artıqdır.

38. Cavabdeh isə apellyasiya şikayətində həmin dəbbə pulu məbləğinin hansı əsasla və ya hansı dövr üzrə düzgün hesablanmadığını göstərməmiş, hesablanmış dəbbə pulunun müqavilə şərtlərinə zidd olduğunu təsdiq edən hər hansı mötəbər sübut, eləcə də alternativ hesablama təqdim etməmişdir.

39. Kollegiya həmçinin hesab edir ki, tələb edilən dəbbə pulunun məbləği, gecikdirilmiş öhdəliyin həcmi, gecikmənin müddəti, kreditorun əmlak mənafeyi, eləcə də müqavilə şərtlərinə əsasən hesablana bilən dəbbə pulunun tələb edilən məbləğdən əhəmiyyətli dərəcədə artıq olması nəzərə alındıqda, bu məbləğin öhdəliyin pozulmasının nəticələri ilə açıq-aşkar qeyri-mütənasib olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Buna görə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılması üçün də hüquqi əsas mövcud deyildir.

40. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş və iddianın təmin edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar