Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-738/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi İddiaçı iflas prosesinə başlanılması, müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac ar so zlər: müflisləşmə, iflas, əmlak inzibatçısının təyin olunması) Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, X2 katibliyi ilə, Ərizəçi İddiaçı iflas prosesinə başlanılması, müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)- ****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı ##.##.2024-cü il tarixli ***/** saylı qərarından görünür ki, İddiaçı MMC-nin ##.##.2024-cü il il tarixdən etibarən müflis olaraq, ləğv edilməsinin elan edilməsi qərara alınmışdır.
2. ##.##.2024-cü il tarixli müstəqil auditorun hesabatında İddiaçı MMC-nin ## ###### 2023-cü il tarixində bitmiş il üzrə cəmi uzunmüddətli aktivlərin 493,180.47 manat, cəmi qısa müddətli aktivlərin 1,857,785.53 manat, cəmi kapitalın 810,424.30 manat, cəmi qısamüddətli öhdəliklərin 3,161,390.30 manat məbləğində olması müəyyən olunmuşdur.
3. Vergilər sosial-iqtisadi onlayn qəzetində yerləşdirilmiş elandan çıxarışdan görünür ki, İddiaçı MMC-nin Ümumi Yığıncağının ##.##.2024-cü il tarixli,***/** saylı qərarı ilə müflis olmaqla ləğv edilməsini elan edilməsi, kreditorların tələblərini AZ1000, ünvan 1 ünvanına yönəldə biləcəyi göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mülki qanunvericiliyə uyğun olaraq iflas prosedurunun başlanması, İddiaçı MMC-nin müflis elan olunması və əmlak imzibatçısının təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, maliyyə çətinlikləri ilə üzləşmiş, kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Cəmiyyətin aktivləri öhdəliklərini bağlamaq üçün kifayət etmir, nəticə etibarilə onun müflis sayılması əsaslıdır. Bu səbəbdən İddiaçı MMC ##.##.2024-cü il tarixində Ümumi Yığıncağının qəbul etdiyi ***/** saylı qərarla müflis olaraq, ləğv edilməsini elan etdi. (Ümumi Yığıncağın qərarı əlavə edilir). ##.##.2024-cü il tarixində isə bu qərarı“Vergilər” Sosial İqtisadi onlayn qəzetində dərc etməklə, kütləvi informasiya vasitələrində məlumat verildi. (Elan barədə Çıxarış əlavə edilir). Hazırda kreditorlar qarşısında böyük öhdəlik vardır, 63 sayda kontragentlər qarşısında 3 161 390 (üç milyon bir yüz altmış bir min üç yüz doxsan) manat borclar mövcuddur.
6. Iş üzrə maraqlı şəxslərdən olan maraqlı şəxs56 MMC ərizəyə etiraz edərək, ərizəçinin ərizəsində göstərdiyi məbləği həqiqəti əks etdirmədiyini, ərizəçinin maraqlı şəxs56 MMC-yə faktiki borcunun 1.662,73 manat təşkil etdiyini, ərizəçinin auditor rəyinin qeyri-obyektiv olduğunu bildirərək, ərizənin rədd edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kənan H.Hüseynov) ərizə təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi İddiaçı ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı ərizəsi təmin oluna bilməz.
9. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəliı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, maliyyə çətinlikləri ilə üzləşmiş, kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Cəmiyyətin aktivləri öhdəliklərini bağlamaq üçün kifayət etmir, nəticə etibarilə onun müflis sayılması əsaslıdır. Bu səbəbdən İddiaçı MMC ##.##.2024-cü il tarixində Ümumi Yığıncağının qəbul etdiyi ***/** saylı qərarla müflis olaraq, ləğv edilməsini elan etdi. (Ümumi Yığıncağın qərarı əlavə edilir). ##.##.2024-cü il tarixində isə bu qərarı “Vergilər” Sosial İqtisadi onlayn qəzetində dərc etməklə, kütləvi informasiya vasitələrində məlumat verildi. (Elan barədə Çıxarış əlavə edilir). Hazırda kreditorlar qarşısında böyük öhdəlik vardır, 63 sayda kontragentlər qarşısında 3 161 390 (üç milyon bir yüz altmış bir min üç yüz doxsan) manat borclar mövcuddur. “xxxx” MMC-nin tərtib etdiyi Müstəqil Auditor hesabatı (əlavə olunur) və Səhmdarların hesabatı (əlavə olunur) üzrə hazırda Cəmiyyətin aşağıdakı öhdəlikləri var: Kreditor qarşısında borcları: 3 161 390,00 (üç milyon bir yüz altmış bir min üç yüz doxsan) manat Aktivlərinin ümumi dəyəri: 0 manat Borcun ödənilmə tarixi keçmiş, gecikmə müddəti: 758 gün. Bakı Kommersiya Məhkəməsi cəmi 1 hazırlıq iclası təyin etməklə, xxxx MMC-nin müflis olma işini tam araşdıma aparmamış, birinci hazırlıq iclasında maraqlı şəxslərə bildiriş göndərilməsi təmin edilməsi məqsədilə ikinci hazırlıq iclasına təxirə salınmış, ikinci hazırlıq iclasında isə bildirişi almış tərəflər hazırlıq iclasında iştirak etməmişdirlər və bu zaman dərhal məhkəmə baxışı təyin edilmiş, məhkəmə baxışında da tərəflərdən sadəcə “xxxx MMC-nin nümayəndəsi və vəkili iştirak etmişdir. Kreditorların tələbləri üzərindən uzun müddət keçmişdir və kreditorlar İddiaçı MMC-nin hazırki durumundan xəbərdardırlar və borclarının təmin edilməsi böyük sual yaradacağı üçün məhkəmə prosesində iştirak etmirlər. Bu isə ona dəlalət edir ki, kreditorlar da İddiaçı MMCnin müflis elan edilməsinə etiraz etmirlər, etinasız yanaşırlar.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçinin nümayəndəsi və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər.
13. Ərizəçinin nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək ailəməişət məcburiyyətindən hal-hazırda Bakı şəhərində olmadığı qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
14. Ərizəçinin nümayəndəsi-vəkili ərizəsində qeyd etdiyi halları təsdiq edən sənədləri təqdim etməmişdir. Kollegiya işə ərizəçinin nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
16. Məhkəmə kollegiyası qətnamədən verilmiş şikayətə ərizəçinin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.
18. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; ... Maddə 3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.
Maddə 5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.
Maddə 11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri ...
3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; ...
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC özünün müflis elan edilməsi, iflas prosesinə başlanılması və əmlak inzibatçısının təyin edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizə əsasən cəmiyyətin uzun müddətdir maliyyə çətinlikləri ilə üzləşməsi, kreditorlar qarşısında öhdəliklərini icra edə bilməməsi, 63 kreditor qarşısında ümumilikdə 3.161.390 manat borcunun olması və fəaliyyətini dayandırması ilə əsaslandırılmışdır.
25. Birinci instansiya məhkəməsi isə təqdim olunmuş sübutları ərizəçinin ödəmə qabiliyyətsizliyini təsdiq etmək üçün kifayət hesab etməmiş və ərizəni rədd etmişdir.
26. Apellyasiya şikayətində ərizəçi həmin nəticə ilə razılaşılmamış, əsasən auditor hesabatına, kreditorların siyahısına, cəmiyyətin ümumi yığıncağının ##.##.2024-cü il tarixli qərarına və cəmiyyətin 2024-cü ildən fəaliyyət göstərməməsinə istinad edilmişdir.
27. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.
28. Belə ki, Mülki Məcəllənin 63.1-ci maddəsinə əsasən, hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
29. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır.
30. Lakin həmin normanın tətbiqi üçün borclunun sadəcə özünü ödəmə qabiliyyəti olmayan şəxs kimi təqdim etməsi kifayət deyildir. Məhkəməyə təqdim olunmuş sənədlər əsasında borcların həqiqətən mövcud olması, onların icra müddətinin çatması və borclunun həmin öhdəlikləri yerinə yetirə bilməməsi müəyyən edilməlidir.
31. Hazırkı halda ərizəçi 63 kreditor qarşısında ümumilikdə 3.161.390 manat borcunun olduğunu bildirsə də, kreditorların və onların qarşısında olduğu iddia edilən borcların siyahısının təqdim edilməsi özlüyündə həmin borcların mövcudluğunu təsdiq etmir. Başqa sözlə, kreditorların sayının çox olması və borcların ümumi məbləğinin böyük göstərilməsi hüquqi şəxsin müflis elan edilməsinə səbəb olmur. Əsas məsələ həmin məlumatların mötəbər sübutlarla təsdiq edilməsidir.
32. Apellyasiya şikayətinin əsas dəlillərindən biri ##.##.2024-cü il tarixli müstəqil auditor hesabatıdır. Həmin hesabatda ##.##.2023-cü il tarixə İddiaçı MMC-nin uzunmüddətli aktivlərinin 493.180,47 manat, qısamüddətli aktivlərinin 1.857.785,53 manat, kapitalının 810.424,30 manat, qısamüddətli öhdəliklərinin isə 3.161.390,30 manat olduğu göstərilmişdir.
33. Kollegiya hesab edir ki, auditor hesabatı iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan sübutlardan biridir və onun mövcudluğu hüquqi şəxsin müflis elan edilməsini şərtləndirmir.
34. Xüsusilə nəzərə alınmalıdır ki, auditor hesabatında göstərilən maliyyə məlumatları ##.##.2023-cü il tarixə olan vəziyyəti əks etdirir. Halbuki müflis elan edilmə barədə ərizə daha sonrakı dövrdə verilmişdir. Buna görə həmin hesabatın mövcudluğu ərizəyə baxılan dövrdə cəmiyyətin faktiki maliyyə vəziyyətinin və bütün kreditor borclarının mövcudluğunun ayrıca sübut edilməsini aradan qaldırmır.
35. Bundan başqa, kollegiya xüsusilə vurğulayır ki, auditor hesabatında göstərilən ayrıayrı kreditor borclarının digər iş materialları ilə uyğunluğu barədə də əsaslı şübhələr mövcuddur.
36. İşdə olan sənədlərdən müəyyən olunur ki, iş üzrə maraqlı şəxslərdən biri olan maraqlı şəxs56 MMC ərizəyə etiraz edərək, ərizəçinin ərizəsində göstərdiyi məbləği həqiqəti əks etdirmədiyini, ərizəçinin maraqlı şəxs56 MMC-yə faktiki borcunun 1.662,73 manat təşkil etdiyini, ərizəçinin auditor rəyinin qeyri-obyektiv olduğunu bildirərək, ərizənin rədd edilməsini xahiş etmişdir.
37. Araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəçi və auditor hesabatında maraqlı şəxs56 MMC qarşısında 146.697 manat borcun olduğu göstərildiyi halda, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı MMC-dən maraqlı şəxs56 MMC-nin xeyrinə 1.662,73 manat əsas borcun tutulması qət edilmişdir.
38. Göründüyü kimi, auditor hesabatında göstərilən məbləğlə həmin kreditorun məhkəmə qaydasında tələb etdiyi və məhkəmə tərəfindən müəyyən edilmiş borc arasında əhəmiyyətli fərq mövcuddur. Apellyasiya şikayətində də həmin fərqin hansı səbəbdən yarandığı barədə əsaslandırılmış izah verilməmişdir.
39. Həmçinin apellyasiya şikayətində İddiaçı MMC-nin Ümumi Yığıncağının ##.##.2024-cü il tarixli ***/** saylı qərarına da istinad edilmişdir. Kollegiya qeyd edir ki, həmin qərarın qəbul edilməsi cəmiyyətin idarəetmə orqanının iflas prosedurunun başlanmasını zəruri hesab etdiyini göstərir və məhkəməyə müraciət edilməsinin əsasını təşkil edə bilər. Lakin hüquqi şəxsin öz idarəetmə orqanının onun müflis olması barədə qərar qəbul etməsi həmin hüquqi şəxsin məhkəmə tərəfindən birbaşa müflis elan edilməsinə səbəb olmur. Qanunvericilikdə müflisləşmə ilə bağlı müəyyən edilmiş şərtlərin mövcud olub-olmadığını təqdim edilmiş sübutlar əsasında müəyyən edilməlidir.
40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ##.##.2024-cü il tarixli qərarın mövcudluğu birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas deyildir.
41. Ərizəçi şikayətində İddiaçı MMC-nin 2024-cü ildən fəaliyyətini dayandırmasının onun ödəmə qabiliyyətinin olmadığının təsdiq etdiyini göstərmişdir.
42. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmayaraq qeyd edir ki, hüquqi şəxsin fəaliyyətin dayandırılması ilə ödəmə qabiliyyətsizliyi eyni hüquqi anlayışlar deyildir. Cəmiyyət fəaliyyət göstərmədiyi halda belə onun aktivləri, debitor borcları və kreditorların tələblərini ödəməyə imkan verən digər əmlakı mövcud ola bilər. Buna görə yalnız fəaliyyətin dayandırılmasına istinad etməklə “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş ödəmə qabiliyyətsizliyin sübuta yetirildiyi nəticəsinə gəlmək olmaz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas yaratmır.
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirməyə imkan verən yeni və mötəbər sübutlar, habelə qətnamənin ləğvini şərtləndirən maddi və ya prosessual hüquq pozuntusu göstərilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olduğundan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yoxdur.
45. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
46. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.