Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-743/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 İsa oğlu, cavabdeh1 və cavabdeh3 İsa oğluna qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (ac̈ar̈sözlər:̈krediẗmüqaviləsi,̈əsas,̈faiz,̈cərimə̈borcu) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 İsa oğlu, cavabdeh1 və cavabdeh3 İsa oğluna qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- ****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC (“bank”) ilə cavabdeh3 İsa oğlu (“borc alan”) arasında imzalanmıç ## ###### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASCdən illik 23 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Razılaşma hər iki tərəfin imzası və kreditorun möhürü ilə təsdiq edilmişdir.
2. ##.##.2025-ci il tarixinə cavabdehin iddiaçıya olan əsas borcu 14141.73 manat,faiz borcu 1637.84 manat,cərimə borcu 579.87 manat olmaqla cəmi borcu 16359.54 manat təşkil edir.
3. xxxx” ASC (kreditor) ilə cavabdeh2 İsa oğlu (zamin) arasında ## ###### 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, ##.##.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Müqavilə kreditorun imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı ASC (kreditor) ilə cavabdeh1 (zamin) arasında ## ###### 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
6. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən zaminlər, ##.##.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ay hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borc alan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndinə görə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zaminlər kreditor qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.
7. .##.##.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən X1 İddiaçı ASCdən illik 22% olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür.
8. **-MCR-*-**-**/* saylı kredit müqaviləsinə * saylı əlavə olan ## ###### 2023-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh cavabdeh3 İsa oğlu tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi ##.##.2026-cı il olmaqla) ödəyəcək əsas məbləğ 30 000 manat, faizin məbləği 11806.53 manat, cəmi ödəniləcək məbləğ 41806.53 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli bank və borcalan tərəfindən imzalanmışdır.
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlayaraq borclu tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ##.##.2025-ci il tarixli kredit müqavilələsi üzrə əsas və faiz borcunun ödənilmədiyi təqdirdə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2 İsa oğlu , cavabdeh3 İsa oğlu (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 və cavabdeh1 və cavabdeh2 İsa oğlundan müştərək qaydada İddiaçı ASCnin xeyrinə ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 14141.73 manat əsas borc, 1637.84 manat faiz borcu və 145 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 15924.57 manat borcun və 137.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh3 ## ###### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh2 İsa oğlu və cavabdeh1 ilə ## ###### 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. ## ### 2025-dək cavabdeh3 banka ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 14141.73 manat əsas borc, 1637.84 manat faiz borcu və 579.97 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 16359.54 manat borcu vardır. cavabdeh3 ## ###### 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 579.97 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 144.9925 manat məbləğində tələb olunur.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli, *-**-**/*-*/****/**** saylı ekspert rəyinə əsasən cavabdeh3 İsa oğlunun İddiaçı ASC-yə olan borcu ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas kredit borcu 12828.59 manat, faiz borcu 1368.74 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
13. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günay Həşimova) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 İsa oğlu, cavabdeh2 İsa oğlu, cavabdeh1 12828,59 (on iki min səkkiz yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) manat məbləğində əsas borc, 1368,74 (min üç yüz altmış səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 145 (yüz qırx beş) manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 133.04 (yüz otuz üç manat dörd qəpik) dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatlarını nəzərə alınaraq cavabdeh3 İsa oğlunun banka olan ## ###### 2023- cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas kredit borcu 12828.59 manat, faiz borcu 1368.74 manat məbləğində olması müəyyən edilmişdir.
15. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində iddia əsaslıdır və 145 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə zaminlər cavabdeh2 İsa oğlu və cavabdeh1nın ##.##.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.
17. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən sadəcə ekspert rəyinə əsaslanılmışdır. İş materiallarına əlavə olunan və iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışı, hesabdan çıxarış məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından da görünür ki, cavabdeh cavabdeh3 İsa oğlunun ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 14141.73 manat əsas borcu, 1637.84 manat faiz borcu, 145 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15924.57 manat borcu vardır. Belə olan halda isə məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə əsas və faiz borcun əsassız olaraq ekspert rəyinə uyğun olaraq azaldılması, cərimə məbləğinin isə ümumiyyətlə nəzərə alınmaması birmənalı olaraq əsassız və işin hallarına uyğun olmayaraq qətnamə çıxarılmasını qeyd etməyə əsas verir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Cavabdehlər tərəfindən apelyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onümayəndələrinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. ...
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. ...
Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. ...
Maddə 472. Zaminin məsuliyyəti 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5.Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. ...
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə təmin edilməyən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, şikayət mübahisələndirilən hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İş materiallarından müəyyən olunur ki, iddiaçı kredit müqaviləsi üzrə 14.141,73 manat əsas borcun və 1.637,84 manat faiz borcunun tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə qismən təmin edərək 12.828,59 manat əsas və 1.368,74 manat faiz borcunun cavabdehlərdən tutulmasını qət etmişdir.
29. Beləliklə, apellyasiya baxışının hazırkı hədləri daxilində mübahisə iddianın təmin edilməmiş 1.313,14 manat əsas borc və 269,10 manat faiz borcu hissəsinə aiddir.
30. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin yalnız ekspert rəyinə əsaslandığını, onun tərəfindən təqdim edilmiş maliyyə arayışına və hesabdan çıxarışa lazımi hüquqi qiymət verilmədiyini, həmin sənədlərlə kredit müqaviləsi üzrə 14.141,73 manat əsas və 1.637,84 manat faiz borcunun mövcudluğunun təsdiq edildiyini bildirmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə razılaşmır.
32. Belə ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin mövcudluğu, iddiaçı tərəfindən kredit vəsaitinin borcalana verilməsi, habelə borcalanın müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi mübahisələndirilən hissədə mübahisənin predmetini təşkil etmir. Mübahisəli məsələ öhdəliyin pozulması nəticəsində iddiaçının tələb edə biləcəyi əsas və faiz borcunun konkret məbləğindən ibarətdir.
33. Birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyinin mövcudluğunu və həmin öhdəliyin lazımınca icra edilmədiyini qəbul etmiş, iddianı məhz bu əsasla qismən təmin etmişdir. İddiaçının əsas arqumenti isə öhdəliyin mövcudluğuna deyil, onun qalıq məbləğinin müəyyən edilməsinə aiddir.
34. İşdən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında ##.##.2025ci il tarixinə 14.141,73 manat əsas və 1.637,84 manat faiz borcu göstərilmişdir. Bununla belə, həmin məbləğlərin düzgünlüyü iş üzrə mübahisəli olduğundan qeyd olunan məsələnin araşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**/*-*/****/**** nömrəli ekspert rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla ##.##.2025-ci il tarixə kredit müqaviləsi üzrə əsas borcun 12.828,59 manat, faiz borcunun isə 1.368,74 manat təşkil etdiyi müəyyən edilmişdir.
36. Odur ki, apellyasiya şikayətinin məhkəmənin bank tərəfindən təqdim edilmiş maliyyə arayışını və hesabdan çıxarışı ümumiyyətlə nəzərə almaması barədə dəlili iş materiallarının məzmununa uyğun deyildir. Əksinə, birinci instansiya məhkəməsi həmin sübutları tədqiq etmiş, maliyyə arayışında göstərilən məbləğlərlə ekspertiza nəticəsində müəyyən olunmuş məbləğlər arasındakı fərqi nəzərə alaraq, ekspert rəyində müəyyən edilmiş məbləğləri əsas götürmüşdür.
37. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində ekspert rəyində aparılmış hesablamanın konkret olaraq hansı hissəsinin səhv olduğu, borcalanın hansı ödənişinin səhv nəzərə alındığı, hansı məbləğin əsas borcdan və ya faiz borcundan əsassız çıxıldığı göstərilməmişdir.
38. Nəzərə alınmalıdır ki, iddiaçı rədd edilmiş əlavə 1.313,14 manat əsas və 269,10 manat faiz borcunun mövcudluğunu iddia etdiyindən, həmin məbləğlərin yaranmasını və tutulması üçün hüquqi və faktiki əsasların mövcudluğunu sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Tələb olunan məbləğin yalnız maliyyə arayışında göstərilməsi, ekspertiza nəticəsində müəyyən edilmiş daha aşağı borc məbləğinin yanlış olduğunu təsdiq edən konkret və mötəbər sübutlar olmadığı halda, mübahisələndirilən əlavə məbləğin tutulması üçün kifayət hesab edilə bilməz.
39. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
40. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, həmin hallara uyğun maddi hüquq normalarını tətbiq etmiş və iş üzrə sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət vermişdir.
41. Buna görə də iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
43. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın mübahisələndirilən hissəsi on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.