Məhkəmə qərarları › İş №e-2-2(3-6)-755/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-755/2026

17.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-755/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xxxx” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit və zaminlik müqaviləsi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, XX1 və XX2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “xxxx” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. ##.##.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair **-MCR-*-***-** saylı müqaviləyə əsasən cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu kredit limitinin ayrılmasına dair müqaviləyə görə, Borcverən Borcalana bu Müqavilə ilə nəzərdə tutulmuş məbləğdən, müddətdən, illik faiz dərəcəsindən çox olmamaq şərtilə kredit limiti ayırır, Borcalan isə Müqavilə və Müqavilə çərçivəsində bağlanan və onun ayrılmaz tərkib hissəsi hesab edilən kredit, kredit xətti, overdrata qarantiya və s. verilməsi ilə bağlı müqavilələr ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və Kredit müqavilələri üzrə borc öhdəliyini tam şəkildə icra etməyi öhdəsinə götürür.

2. İddiaçı ASC ilə cavabdeh2 arasında ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür.

3. ##.##.2023-cü il tarixli **-MCR-*-***-** saylı Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq ##.##.2023-cü il tarixdə cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Zaminlik müqaviləsinə əsasən Zamin, 1.2-ci bənddə göstərilən müqavilə üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəliklərin tamamı ilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. - 1.2-ci bəndinə əsasən bu Zaminlik müqaviləsi üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı cavabdeh2 (şəxsiyyət vəsiqəsi: seriya: AA2725437, FIN: *******; bundan sonra "Borcalan" adlandırılacaq) ilə Bank arasında BAKI şəhərində bağlanmış ##.##.2023 tarixli, 28-MCR-1 860-** №-li müqavilədən irəli gələn bütün pul tələbləridir. - 2.2-ci bəndinə əsasən zaminin vəzifələri: 2.2.1-ci bəndinə əsasən borcalanın Bank qarşısında bu Zaminlik müqaviləsinin 1.2-ci bəndində qeyd edilmiş Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə kredit məbləğinin və onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki-hüquqi) sanksiyalarının ödənilməsi, borcun tutulması üzrə məhkəmə xərclərinin əvəzinin ödənilməsi və Borcalanın Bank qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borcalanla birgə məsuliyyət daşımaq.

4. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh2 əsas borc məbləği 27478,18 manat, faiz borcu 1734,84 manat, cərimə borcu 21,39 manat olmaqla cəmi borc məbləği 29234,41 manat müəyyən edilmişdir.

5. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan cavabdeh2 arasında bağlanmış ##.##.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin və ##.##.2024-cü il tarixli Kredit verilməsinə dair razılaşmanın şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının verildiyi ##.##.2025-ci il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas və faiz borcunun məbləğinin nə qədər təşkil edilməsinin müəyyən edillməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in ##.##.2026-ci il tarixli, */**** saylı ekspert rəyinə əsasən cavabdeh2 ##.##.2025-ci il tarixdə banka olan əsas borc üzrə - 27636,15 manat və faiz borcu üzrə 1581,40 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

7. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 27478,18 AZN əsas borc, 1734,84 AZN faiz borcu, 5,35 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 29218,37 AZN borcun və 177,66 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən cavabdeh2 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. cavabdeh2 ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq cavabdeh1 ilə ##.##.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. 2025ci il ###ın ##-dək cavabdeh2 banka ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 27478,18 AZN əsas borcu, 1734,84 AZN faiz borcu, 21,39 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 29234,41 AZN borcu vardır. cavabdeh2 ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcu 21,39 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 5,35 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

9. Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеhlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 27478,18 manat əsas borc, 1581,40 manat faiz borcu, 5,35 manat dəbbə pulu olmaqla cəmi 29064,93 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 177,66 manatın tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu məbləğləri ekspert rəyində göstərilən məbləğlərlə eynilik təşkil etmir, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən əsas məbləğdən çox, faiz borcu məbləği isə aşağı həddə müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, əsas borc məbləği iddia ərizəsində tələb olunan məbləğ ekspert rəyində göstərilən məbləğdən az olduğu üçün iddia ərizəsində göstərilən məbləğdə, faiz borcu isə ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.

11. Cətimə puluna münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən tutulacaq dəbbə pulu kredit müqaviləsi üzrə 5,35 manat məbləğində müəyyən edilməlidir.

12. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 399.1, 442, 462.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələri, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bank iddia ərizəsində borcun ##.##.2024-cü il tarixli "onlayn kredit verilməsinə dair məktub" əsasında yarandığını iddia edir. Məhkəmə qətnaməsində bu sənədin mövcudluğu qeyd olunsa da, proses cavabdeh cavabdeh2 iştirakı olmadan keçirildiyindən, həmin "onlayn məktubun" onun tərəfindən (cavabdeh2 tərəfindən) həqiqətən qanuni qüvvəyə malik elektron imza və ya gücləndirilmiş autentifikasiya vasitələri ilə təsdiq edilib-edilmədiyi faktiki olaraq araşdırılmamışdır. Məhkəmə Mülki Məcələnin müqavilənin bağlanmış sayılması barədə ümumi normalarını rəhbər tutsa da, onlayn rejimdə birtərəfli qaydada bank daxili sistemində formalaşdırılmış e-məktubun rəqəmsal həqiqiliyini, texniki xəta risklərini, məhz cavabdeh2 iradəsini ifadə edib-etmədiyi faktını prosessual mənada yoxlamamışdır. Bu halların yoxlanılması üçün cavabdeh2 məhkəmə iclasında iştirakı ilə dindirilməyi və bankın texniki sisteminin auditi mütləq idi. Lakin müvafiq məhkəmə iddiaçının təqdim etdiyi birtərəfli məlumatı (e-məktubu) mütləq sübut kimi qəbul etmişdir. Məhkəmə qətnaməsində cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi qeyd edilsə də, iş materiallarında cavabdeh cavabdeh2 məhkəmə bildirişinin qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda çatdırılmasını təsdiq edən heç bir mötəbər sübut (poçt kvitansiyası, imza və s.) mövcud deyil. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini və xəbərdar edilmə faktını prosessual mənada dəqiqləşdirmədən, MPM-in 185-ci maddəsinə istinadən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Nəticədə, cavabdehin məhkəmə iclasında şəxsən və ya nümayəndə vasitəsilə iştirak etmək, iddiaya qarşı etirazlarımı bildirmək, ödəniş qəbzlərini təqdim etmək və ekspert rəyinə dair suallar vermək kimi fundamental müdafiə hüquqları və MPM-in 9.1-ci maddəsində təsbit olunmuş çəkişmə prinsipindən irəli gələn hüquqları kobud şəkildə pozulmuşdur. Iddiaçı İddiaçı ASC iddia ərizəsində 27478,18 AZN əsas borc, 1734,84 AZN faiz borcu tələb etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli rəyinə əsasən isə onun banka olan əsas borcu 27636,15 manat, faiz borcu isə 1581,40 manat müəyyən edilmişdir. Qətnamənin 29-cu bəndində məhkəmə açıq şəkildə etiraf edir ki, ekspert rəyində göstərilən əsas borc məbləği iddia tələbindəkindən çoxdur, faiz borcu isə aşağıdır. Bu faktiki vəziyyət sübut edir ki, bankın daxili mühasibatlıq uçotu ilə ekspertizanın hesablama metodologiyası arasında ciddi disbalans və ziddiyyət mövcuddur. Məhkəmə MPM-in 14.1-ci maddəsinin tələblərini pozaraq bu kəskin fərqin yaranma səbəblərini araşdırmamış, tərəflərin iştirakı olmadan, sadəcə "seçim" prinsipi ilə əsas borcu bankın tələb etdiyi məbləğdə, faiz borcunu isə ekspertin müəyyən etdiyi məbləğdə təmin etmişdir. Hesablamaların əsasını təşkil edən riyazi və hüquqi mexanizm aydınlaşdırılmadan çıxarılan qətnamə MPM-in 217.1-ci maddəsinin "əsaslılıq" kriteriyasına tamamilə ziddir. Iddiaçı bank tərəfindən iddia ərizəsində ümumilikdə 29218,37 AZN borcun tutulması tələb edilmiş və bu tələbə uyğun 177,66 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehlərdən müştərək qaydada cəmi 29064,93 manat borcun tutulması qət edilmişdir. Yəni bankın iddia tələbinin bir hissəsi məhkəmə tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, məhkəmə qətnamənin nəticə hissəsində bankın ödədiyi 177,66 manat dövlət rüsumunun tam həcmdə (100%) cavabdehlərdən tutulmasını qərara almışdır. Iddianın qismən təmin edildiyi hallarda dövlət rüsumunun rədd edilmiş hissəyə mütənasıb olaraq azaldılmaması MPM-in 119.1-ci maddəsinin imperativ tələbinin birbaşa və aşkar pozuntusudur.

Apellyasiya şikayətinə qarşı etiraz:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi.

17. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.

18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh2 arasında ##.##.2023-cü il tarixli kredit limitinin ayrılmasına dair müqavilə, həmin müqavilə çərçivəsində ##.##.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub, kredit limitinə dair müqavilənin təminatı olaraq isə cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank hesabından çıxarışlar, borcalanın ödəniş tarixçəsi, maliyyə arayışı və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kredit vəsaitinin verildiyini və öhdəliyin tam icra edilmədiyini qarşılıqlı şəkildə təsdiq edir.

26. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinin mənasına görə kredit müqaviləsi üzrə bank pul vəsaitini borcalanın mülkiyyətinə verməyi, borcalan isə aldığı məbləği müqavilədə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürür. Hazırkı halda ##.##.2023-cü il tarixli kredit limitinə dair müqavilə ilə kredit münasibətlərinin ümumi şərtləri müəyyən edilmiş, ##.##.2024-cü il tarixli onlayn sənədlə isə həmin limit daxilində konkret kreditin məbləği, müddəti və faiz dərəcəsi razılaşdırılmışdır.

27. Bankın 30000 manat kredit vəsaitini borcalanın sərəncamına verməsi, həmin kredit üzrə sonradan ödənişlərin aparılması və qalıq borcun formalaşması müqavilənin faktiki icrasını təsdiq edir. Borcalanın ödənişlər etməsi də kredit münasibətini qəbul edən sonrakı davranış kimi digər yazılı sübutlarla birlikdə qiymətləndirilməlidir.

28. Cavabdeh apellyasiya şikayətində ##.##.2024-cü il tarixli onlayn kredit sənədinin onun iradəsini ifadə edib-etmədiyinin və gücləndirilmiş autentifikasiya vasitəsi ilə təsdiqlənibtəsdiqlənmədiyinin araşdırılmadığını bildirmişdir. Bu dəlil qiymətləndirilərkən elektron sənəd ayrıca deyil, kredit vəsaitinin verilməsi, hesab üzrə əməliyyatlar, ödənişlərin aparılması və borcun ekspert tərəfindən hesablanması barədə digər sübutlarla birlikdə nəzərdən keçirilməlidir.

29. Kredit münasibətinin yaranmasını sübut etmək vəzifəsi ilkin olaraq banka aiddir. Bank tərəfindən təqdim edilmiş kredit limitinə dair müqavilə, onlayn kredit sənədi, hesab çıxarışları, ödəniş tarixçəsi, maliyyə arayışı və ekspert rəyi bir-birini tamamlayaraq kredit vəsaitinin məhz cavabdeh2 verildiyini və həmin kredit üzrə ödənişlərin aparıldığını təsdiq edir. Beləliklə, iddiaçı öz üzərinə düşən ilkin sübutetmə vəzifəsini yerinə yetirmişdir.

30. Cavabdeh isə kredit vəsaitinin onun hesabına köçürülmədiyini, hesabın ona məxsus olmadığını, ödənişlərin onun tərəfindən aparılmadığını və ya elektron sənədin texniki müdaxilə nəticəsində formalaşdırıldığını göstərən hər hansı bank sənədi, texniki rəy və ya digər mötəbər sübut təqdim etməmişdir.

31. Yalnız elektron sənədin həqiqiliyinə dair ümumi şübhənin bildirilməsi iş materiallarındakı qarşılıqlı uyğun sübutların qüvvəsini aradan qaldırmır. Cavabdeh konkret texniki uyğunsuzluq göstərmədiyindən və kreditin faktiki icrasını təkzib edən sübut təqdim etmədiyindən, bankın informasiya sisteminin auditinin keçirilməsinə prosessual zərurət yaranmamışdır.

32. Buna görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit öhdəliyinin mövcudluğunu təkcə onlayn kredit sənədinə deyil, iş üzrə sübutların məcmusuna əsasən müəyyən etmiş və apellyasiya şikayətinin bu dəlilinə düzgün hüquqi qiymət vermişdir.

33. Zaminlik müqaviləsinin 1.1, 1.2 və 2.2.1-ci bəndlərindən görünür ki, cavabdeh1 ##.##.2023-cü il tarixli kredit limitinə dair müqavilədən irəli gələn pul öhdəliklərinin, o cümlədən həmin müqavilə çərçivəsində gələcəkdə veriləcək kreditlərin borcalan tərəfindən icra edilməsinə görə bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür.

34. Mülki Məcəllənin 470.2-ci maddəsi gələcəkdə yaranacaq öhdəliyin zaminliklə təmin edilməsinə yol verir. Bununla yanaşı, zaminin məsuliyyətinin hüdudları müəyyən edilə bilən olmalı və sonradan yaranan öhdəlik əvvəlcədən razılaşdırılmış hədləri aşmamalıdır.

35. Hazırkı halda ##.##.2024-cü il tarixli kredit üzrə 30000 manat məbləğ, 36 aylıq müddət və illik 20 faiz dərəcəsi kredit limitinə dair müqavilədə nəzərdə tutulmuş 50000 manatlıq limit, 120 aylıq müddət və aylıq 2,50 faiz dərəcəsi hədlərini aşmır. Buna görə konkret kredit zaminlik müqaviləsinin təmin etdiyi öhdəliklərin dairəsinə daxildir və zaminin əvvəlcədən razılaşdırılmış məsuliyyətini artıran ayrıca dəyişiklik müəyyən edilmir.

36. Cavabdeh apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini, buna görə iddiaya etiraz vermək və ekspert rəyinə münasibət bildirmək imkanından məhrum olduğunu göstərmişdir.

37. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tətbiqi üçün cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsi zəruridir. Əks halda həmin Məcəllənin 387.2.2-ci maddəsində nəzərdə tutulan və qətnamənin şikayətin dəlillərindən asılı olmayaraq ləğvini tələb edən prosessual əsas yaranır.

38. Iş materiallarında olan poçt göndərişinin çatdırılmasına dair məlumat, məhkəmə bildirişinin nümayəndənin elektron kabinetinə yerləşdirilməsi barədə elektron sistem qeydi və cavabdehin, eləcə də nümayəndəsinin mobil telefon nömrələrinə SMS bildirişlərinin göndərilməsi barədə məlumatlar birlikdə qiymətləndirildikdə, cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyi müəyyən olunur.

39. Beləliklə, birinci instansiya məhkəməsinin işə cavabdehin iştirakı olmadan baxması Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olmuş, cavabdehin çəkişmə və müdafiə hüququnun pozulması, habelə həmin Məcəllənin 387.2.2-ci maddəsində nəzərdə tutulan qeyd-şərtsiz ləğv əsası müəyyən edilməmişdir.

40. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bankın maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi arasındakı fərqin yaranma səbəblərini araşdırmadan əsas borcu bankın, faiz borcunu isə ekspertin hesablaması üzrə müəyyən etdiyini də bildirmişdir.

41. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyil və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Buna görə ekspert rəyi nə qabaqcadan müəyyən edilmiş qüvvəyə malikdir, nə də yalnız fərqli nəticə göstərdiyinə görə kənara qoyula bilər. Məhkəmə rəyin tədqiqat obyektlərini, hesablamasını, digər sübutlarla uyğunluğunu və tərəflərin etirazlarını qiymətləndirməlidir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli rəyində ##.##.2025-ci il tarixinə əsas borc 27636,15 manat, faiz borcu isə 1581,40 manat müəyyən edilmişdir.

43. Bankın ##.##.2025-ci il tarixli maliyyə arayışında əsas borc 27478,18 manat, faiz borcu 1734,84 manat və cərimə borcu 21,39 manat göstərilmiş, iddia ərizəsində isə 27478,18 manat əsas borc, 1734,84 manat faiz borcu və cərimə borcunun yalnız 5,35 manat hissəsi tələb edilmişdir.

44. Birinci instansiya məhkəməsinin yanaşması sübutlar arasında əsaslandırılmamış seçim kimi qiymətləndirilə bilməz. Ekspertin müəyyən etdiyi əsas borc iddia tələbindən 157,97 manat çox olduğundan, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə tələb həddindən kənara çıxmayaraq əsas borcu 27478,18 manat müəyyən etmişdir. Faiz borcu üzrə ekspert tərəfindən təsdiqlənən 1581,40 manat bankın tələb etdiyi məbləğdən az olduğuna görə tələb yalnız sübuta yetirilmiş həmin həddə təmin edilmişdir.

45. Ekspert rəyinin məzmununda aradan qaldırılmayan ziddiyyət, qeyri-müəyyənlik və ya hesablama qüsuru müəyyən edilməmiş, cavabdeh rəyin nəticələrini təkzib edən alternativ hesablama, əlavə və ya təkrar ekspertizanın təyinini zəruri edən konkret hal göstərməmişdir. Buna görə borcun məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dövlət rüsumu ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının 29218,37 manat tələbi məhkəmə tərəfindən 29064,93 manat hissəsində təmin edilmişdir. Təmin edilməyən hissə 153,44 manat təşkil edir ki, bu da ümumi iddia məbləğinin təxminən 0,5 faizinə bərabərdir. Kollegiya hesab edir ki, belə cüzi fərq dövlət rüsumunun bölgüsünə əhəmiyyətli təsir göstərmir və qətnamənin ləğv edilməsinə səbəb olan mühüm prosessual pozuntu kimi qiymətləndirilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommmersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar