Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-756/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələr üzrə pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, pul tələbi, üzləşmə aktı) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələr üzrə pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- *(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları:
1. İddiaçı ilə cavabdeh arasında ##.##.2021-ci il tarixli **/ASM nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Azneft İB-nin struktur təşkilatlarının və SOCAR-ın əməliyyat şirkətlərinin quru ərazilərində toplanmış, istifadəyə yararsız qara metal qırıntılarından ibarət olan malı cavabdehə verməyi, cavabdeh isə malı qəbul edib əvəzində onun hərrac protokolu və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların təhvili və ödəniş şərtlərinə əsasən, malın 1 tonunun qiyməti ƏDV daxil olmaqla 200 manat təşkil edir (4.1). Satıcı təhvil verdiyi malın sənədi və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək alıcıya təqdim edir, alıcı elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində satıcının bank hesabına köçürür.
2. İddiaçı ilə cavabdeh arasında ##.##.2021-ci il tarixli **/ASM nömrəli “Azneft” İBnin dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqı-satqısı haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh “Azneft” İB-nin Xəzər dənizdə fəaliyyət göstərən struktur təşkilatlarının balansında olmuş, uzun illər dəniz şəraitində istismarı və korroziyaya məruz qalması nəticəsində gələcəkdə istifadəsi mümkün olmadığına görə balansdan silinmiş, qəzalı vəziyyətdə olan estakadaların, meydançaların, qurğuların, avadanlıqların, daxili betonlanmış svayların və metal tərkibli sair tullantıların sökülərək dənizdən çıxarılması, daşınmasını həyata keçirməyi, təkrar emala yararlı metal hissələrin alınmasını, iddiaçı isə təkrar emala yararlı metal hissələri cavabdehə satmağı, avadanlıqların, tullantıların və s. sökülərək dənizdən çıxarılması, daşınmasına şərait yaratmağı öhdəsinə götürmüşdür. Müqavilənin təhvil-təslim və ödəniş şərtlərinə əsasən, müqavilənin 1.1-ci bəndində sözügedən qurğu və avadanlıqların təhvili/qəbulu tərəflərin səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) öz aralarında tərtib və təsdiq etdikləri müvafiq akt əsasında baş tutur. Müqavilənin 1.1-ci bəndində sözügedən qurğu və avadanlıqların sökülməsindən (demontajından) əldə olunan və təkrar emala yararlı olan metal hissələrin 1 tonunun qiyməti ƏDV ilə 100 manat təşkil edir. Satıcı təhvil verdiyi malın sənədi və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək alıcıya təqdim edir. Alıcı elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində satıcının bank hesabına köçürür.
3. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli üzləşmə aktına əsasən ##.##.2023 il tarixə cavabdehin iddiaçıya borcu 362.278,40 manat təşkil edir.
4. ##.##.2023-cü il tarixdən sonra – ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək 22 elektron qaimə əsasında ##.##.2021-ci il tarixli **/ASM nömrəli və ##.##.2021ci il tarixli **/ASM nömrəli müqavilələr üzrə cəmi ƏDV daxil 203.424,25 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən ƏDV daxil 197 558,82 manat ödəniş edilmişdir.
5. İddiaçıan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2026-cı il tarixli məktubundan görünür ki, e-*-*(***)-****/**** nömrəli iş üzrə 21 səhifədən ibarət olan elektron qaimələr kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə ##.##.2026-cı il tarixdə, saat 13:16-da yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (bundan sonra “Azneft” İB cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli **/ASM nömrəli və ##.##.2024-cü il tarixli **/ASM nömrəli müqavilələr üzrə cəmi 372.730,38 manat məbləğində pulun və ödənilmiş 662,73 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının dəniz obyektlərində balansdan silinmiş qurğu və avadanlıqların sökülməsi, daşınması və təkrar emala yararlı metal hissələrinin alqısatqısı haqqında ##.##.2021-ci il tarixli **/ASM nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Azneft” İB-nin Xəzər dənizində fəaliyyət göstərən struktur təşkilatlarının balansında olmuş, uzun illər dəniz şəraitində istismarı və korroziyaya məruz qalması nəticəsində gələcəkdə istifadəsi mümkün olmadığına görə balansdan silinmiş, qəzalı vəziyyətdə olan estakadaların, meydançaların, qurğuların, avadanlıqların, daxili betonlanmış svayların və metal tərkibli sair tullantıların sökülərək dənizdən çıxarılması/daşınması, eyni zamanda təkrar emala yararlı metal hissəsinin alqısatqısı ilə bağlı tərəflər arasında münasibətlər tənzimlənmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, sözügedən qurğu və avadanlıqların sökülməsindən (demontajından) əldə olunan və təkrar emala yararlı olan metal hissələrin 1 (bir) tonunun qiyməti ƏDV ilə 100 (yüz) manat təşkil edir. Alıcı elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində satıcının bank hesabına köçürür. Bundan başqa, tərəflər arasında ##.##.2021-ci il tarixdə **/ASM saylı qara metal qırıntısının alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı “Azneft” İB-nin struktur təşkilatlarının və SOCAR-ın əməliyyat şirkətlərinin quru ərazilərində toplanmış, istifadəyə yararsız qara metal qırıntılarından ibarət olan əmlakı alıcıya verməyi, alıcı isə malı qəbul edib əvəzində onun hərrac protokolu və müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunmuş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Müqaviləyə görə, malın 1 tonunun qiyməti ƏDV daxil olmaqla 200 manat təşkil edir. Alıcı elektron qaiməni aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində satıcının bank hesabına köçürür. Yuxarıda qeyd edilən hər iki müqavilə üzrə cavabdehin 372.730,38 manat məbləğində borcu yaranmış və bu borc hal-hazıradək ödənilməmişdir.
8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi İddiaçıan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 6.2, 385.1, 430.1, 442-ci və s. maddələri göstərilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddianın qismən təmin edilməsi, İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2021-ci il tarixli 62/ASM və ##.##.2024-cü il tarixli **/ASM nömrəli müqavilələr üzrə 368.143,83 manat pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft”İstehsalat Birliyinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 654 manat məbləğində pulun cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh malların təhvilqəbul10.sənədlərinin olmadığını bildirsə də, hər iki müqavilədə satıcının elektron qaiməfakturanı tərtib edərək alıcıya təqdim etməsi, alıcının elektron qaiməfakturanı aldığı tarixdən göstərilən məbləği 30 gün müddətində satıcının bank hesabına köçürməsi razılaşdırılmış, qeyd edilən razılığa uyğun olaraq iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh nəinki həmin qaimələrə etiraz etməmiş, bəzilərini birbaşa təsdiq etməklə Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə sayıq nəzarət etdiyini göstərmişdir. Bu isə həmin elektron qaimələrə müqavilə şərtləri və tərəflərin işgüzar münasibətləri baxımından təsdiqedici sənəd qüvvəsi verildiyini göstərir.
11. Cavabdehin baxış iclasında sübutların təqdim edilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə göstərmişdir ki, məhkəmənin işin mahiyyəti üzrə baxılması haqqında qərardadından sonra iddiaçı tərəfindən cavabdehin ödənişlərinə dair təsdiqedici sənədlər və 2024-cü il tarixdə göndərilən elektron qaimələrin status sənədləri (təsdiqlənmiş, sistem tərəfindən təsdiqlənmiş və s.) təqdim edilmişdir. Elektron qaimələr hazırlıq iclasında təqdim edildiyindən, ödəniş sənədləri cavabdehin xeyrinə olan halların sübutu qismində çıxış etdiyindən və hər iki sübutun təqdim edilməsinin hazırlıq iclasında təklif edildiyi nəzərə alınaraq məhkəmə cavabdehin qeyd edilən dəlilini də əsassız hesab edir. Lakin təqdim edilən sübutlardan ##.##.2023-cü il tarixə borcun 362 278,4 manat təşkil etməsi, ##.##.2023cü il tarixdən sonra ƏDV daxil 203 424,25 manat mal verildiyi, ƏDV daxil 197 558,82 manat ödəniş edildiyi müəyyən olunduğundan yekun borc məbləği iddiaçının bildirdiyinin əksinə 368 143,83 ((362 278,4+203 424,25)- 197 558,82 ) manat təşkil edir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
13. Qətnamədən ayrı-ayrılıqda tərəflər apellyasiya şikayətləri vermişlər.
14. İddiaçı qətnamənin qismən – iddia tələbinin təmin edilməyən (4.586,55 manat hissəsində) hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət vermənmişdir. Belə ki, istər elektron qaimələrlə, istərsə də iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Maliyyə arayışı ilə üzləşmə aktından sonra ##.##.2024-##.##.2026-cı il tarixə kimi iddiaçı tərəfindən cavabdehə ƏDV ilə 208.010,80 manat məbləğində metal satışı edilmişdir. Həmin məbləğdən cavabdeh tərəfindən cəmi 197.558.82 manat ödəniş edilmiş, cavabdehin ümumilkdə ##.##.2026 il tarixə olan borcu 372.730.38 manat təşkil etmişdir. Buna görə də hesab edirik ki, iddia tələbi qismən yox, tam təmin edilməli idi.
17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə elektron qaimə-fakturaları xidmətlərin göstərilməsinin və öhdəliklərin icrasının sübutu kimi qiymətləndirərək cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Elektron qaimə yalnız vergi uçotu sənədidir, heç bir halda xidmətlərin faktiki icrasını təsdiqləmir. Qeyd edilənlərə əsasən bildiririk ki, elektron-qaimənin tərtibi özlüyündə işlərin faktiki icrasını təsdiqləmir, elektron qaimə yalnız vergi məqsədləri üçün ilkin uçot sənədidir. Məhkəmənin elektron qaiməyə həddindən artıq hüquqi qüvvə verərək malların təhvil verilməsini məhz elektron qaimə ilə də təsdiqləndiyini bildirməsi Qaydaların məqsədinə zidddir. Məhkəmə qətnaməsində sübutların təqdiqi bölməsində (5-ci səhfənin 1-ci abzasında) “##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək 22 elektron qaimə əsasında ##.##.2021-ci il tarixli **/ASM nömrəli və ##.##.2021-ci il tarixli **/ASM nömrəli müqavilələr üzrə cəmi ƏDV daxil 203 424,25 manat dəyərində mal verilmiş, həmin elektron qaimələr cavabdeh və sistem tərəfindən təsdiq edilmişdir” Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, “##.##.2024-cü ildən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə edən elektron qaimələrin cari statusu (ləğv olunma, cavabdeh və sistem tərəfindən təsdiq) təsdiq edən ekran görüntüləri nə hazırlıq nə də baxış iclasında məhkəmə araşdırmasına təqdim olunmayıb həmin sənəd məhkəmə müşaviryə getdikdən (hətta böyük ehtima qətnamə qəbul edildikdən) sonra elektron məhkəmə sisteminə yüklənib. Hətta ##.##.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında auido-video yazısında belə məhkəmənin həmin sənədi cavabdehdən tələb etdiyi aydın şəkildə görünür. Nəticə olaraq təssüflər olsun ki, məhkəmə (hakim) məhkəmə araşdırmasına təqdim olunmamış qətnamə çıxarıldıqdan sonra elektron sistemə yüklənmiş sənəd əsasında qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsində hazır iki iş üzrə 6 hazırlıq iclası keçirilmişdir. Hazırlıq iclaslarının sayının çox olmasının səbəbi iddiaçı tərəfindən sübüutların təqdim olunması üçün vaxt istəməsi olmuşdur. Məhkəmədə sübutların təqdim olunması üçün yetəri qədər imkan yaratmış göründüyü kimi 6 hazırlıq iclası keçirmişdir. Lakin iddiaçı işin məhkəmə baxışına hazırlığı bitdikdən sonra baxış iclasında da məhkəməyə sübut təqdim etmişdir. Baxış iclasında iddiaçı tərəfindən təqdim olunan sübutlar cavabdeh tərəfindən edilmiş ödənişlər və 2024 cü ildən əvvəlki dövrə aid olan elektron qaimələrin cari statusunu təsdiq edən ekran görüntüləridir. Məhkəmədə həmin sübutlara istinad edərək iddia tələbini təmin etmişdir. İddiaçı həmin sübutlarının hazırlıq iclasında təqdim olunmaması səbəbini əsaslandırmamışdır. Cavabdeh tərəf olaraq sübutların təqdim olunmasına etiraz etsəkdə, məhkəmə etirazımızı qəbul etməmiş əksini qətnamədə iddiaçının baxış iclasında sənəd təqdim etməsinə haqq qazandırmışdır. Məhkəmə qeyd etmişdir ki, ödənişlər cavabdehin xeyirinə olan sənəd olduğu üçün qəbul edilməlidir. Digər sübut isə elektron qaimələr öncədən təqdim olunduğu üçün qəbul edilməlidir. Qeyd edək ki, cavabdehin iddiaçı tərəfindən onun xeyinə təqdim etmiş olduğu sübuta ehtiyacı yoxdur. Cavabdeh öz ödənişlərini təsdiq edən bank və ədv sub hesabından çıxarışları hazırlıq iclasında məhkəməyə təqdim edib. Məhkəmənin digər sübut adlandırdığı sənəd isə 2021-2023-cü illəri əhatə edən elektron qaimələrin statusu ilə bağlı olan sənəddir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə isə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
20. Cavabdehin nümayəndəsi-vəkili iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. O, həmçinin sənədlər təqdim edərək, qeyd etmişdir ki, İddiaçıan Respublikası Məhkəmə-Hüquq Şurasından müraciətinə cavab olaraq ## #### 2026-cı il tarixli məktubda 21 səhifədən ibarət olan elektron qaimələrin kabinet vasitəsi ilə ## ##### 2026-cı il tarixdə, saat 13:16-da yerləşdirildiyini bildirmişdir.
Tətbiq edilən hüquq:
21. İddiaçıan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. ...
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. ...
Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ... Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. İddiaçıan Respublikasının Vergi Məcəlləsi:
16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs onlara elektron qaimə-faktura verir.
İddiaçıan Respublikası Nazirlər Kabinetinin ## #### 2017-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4-cü bəndinə əsasən elektron qaimə-faktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. 2.1-ci bəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən İddiaçıan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində İddiaçıan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. 2.4-cü bəndinə əsasən elektron qaimə-fakturanın hazırlanaraq qeydə alındığı (göndərildiyi) tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür.
23. İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. ...
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri:
24. İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin apellyasiya şikayətlərinin dəlillərini və apellyasiya baxışı zamanı verilmiş izahatları araşdıraraq hesab edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş 4.586,55 manat hissəsində mübahisələndirərək həmin məbləğin də cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Kollegiya iddiaçının həmin dəlilini əsaslı hesab etmir.
30. Çünki işdə olan sənədlərlə müəyyən olunur ki, ##.##.2023-cü il tarixdən sonra cavabdehə elektron qaimələrə əsasən ƏDV daxil 208.010 manat deyil, 203 424,25 manat mal verilmişdir.
31. MPM-in 77.1-ci maddəsinə görə, tələb irəli sürən tərəf həmin tələbin əsasını təşkil edən halları sübut etməlidir. Hazırkı halda iddiaçı 4.586,55 manat məbləğində əlavə borcun mövcudluğunu təsdiq edən mötəbər sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Həmçinin apellyasiya icraatı zamanı da iddiaçıya mübahisələndirdiyi 4.586,55 manat borcun yaranmasını və hesablanmasını təsdiq edən sübutları təqdim etmək imkanı verilmiş, lakin belə sübutlar təqdim edilməmişdir.
32. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın 4.586,55 manat hissəsini təmin etməməsi barədə nəticəsini düzgün hesab edir və iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas görmür.
33. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutları tam araşdırmadığını, ödənişlərin nəzərə alınmadığını və elektron qaimələrlə bağlı sübutların düzgün qiymətləndirilmədiyini bildirmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir.
35. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərdən biri elektron qaimələrin malların faktiki təhvil verilməsini özlüyündə təsdiq etməməsi ilə bağlıdır.
36. Kollegiya qeyd edir ki, elektron qaimənin mövcudluğu ayrıca götürüldükdə bütün hallarda malın faktiki təhvil verildiyini təsdiq edən mütləq sübut kimi qiymətləndirilə bilməz. Lakin hazırkı işdə birinci instansiya məhkəməsinin nəticəsi yalnız elektron qaimələrə əsaslanmamışdır.
37. Həm işdə olan sənədlərdən, həm də tərəflərin izahatları ilə müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu mübahisəsizdir.
38. İş materiallarında müqavilələr, elektron qaimələr, tərəflər arasındakı hesablaşmalara dair sənədlər, bank ödənişləri və digər sübutlar mövcuddur. Bank hesabından çıxarışlardan da görünür ki, cavabdeh **/ASM nömrəli müqaviləyə və konkret elektron qaimələrə istinad etməklə ödənişlər həyata keçirmişdir. Məsələn, ##.##.2024-cü il tarixdə EBDP ****** nömrəli qaimə üzrə 13.000 manat, ##.##.2024-cü il tarixdə bir neçə konkret qaiməyə istinadla 40.000 manat, ##.##.2024-cü il tarixdə isə EBDR ****** nömrəli qaimə üzrə 5.800 manat ödəniş edilmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü tarixli üzləşmə aktı imzalanaraq 362.278,40 manat məbləğində borc olduğunu tərəflər imzaları və möhürləri ilə təsdiq etmişlər.
39. Belə vəziyyətdə elektron qaimələr digər sübutlardan təcrid olunmuş qaydada deyil, tərəflərin faktiki davranışları və həyata keçirilmiş ödənişlərlə birlikdə qiymətləndirilməlidir.
40. Cavabdehin müəyyən qaimələr üzrə ödəniş etməsi, eyni zamanda ödənişin təyinatında konkret müqavilə və qaimə nömrələrini göstərməsi həmin qaimələrin tərəflər arasındakı işgüzar münasibətlərin mövcudluğunu təsdiq edən mühüm haldır.
41. Cavabdeh isə apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin müəyyən etdiyi borcun mövcud olmadığını və ya hesablamanın yanlış olduğunu təsdiq edən sübut təqdim edə bilməmişdir.
42. Cavabdehin şikayətində xüsusi olaraq istinad etdiyi digər bir dəlil elektron qaimələrin təsdiq edilmə statusuna dair sənədlərlə bağlıdır.
43. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi “Azneft” İB-dən elektron qaimələrin statusunu təsdiq edən sənədləri tələb etmiş və iddiaçı tərəfindən bu barədə müvafiq məlumatlar təqdim edilmişdir.
44. Cavabdeh bildirir ki, elektron qaimələrin təsdiq olunmasını göstərən həmin sübutlar qətnamə qəbul edildikdən sonra “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirildiyi halda, birinci instansiya məhkəməsi qətnaməsində onlara istinad etmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu etirazı prosessual baxımdan əsaslıdır.
46. Məhkəmə qətnaməsini qəbul edərkən iş üzrə məhkəmə baxışında araşdırılmış və tərəflərin münasibət bildirmək imkanına malik olduqları sübutlara əsaslanmalıdır. Buna görə də qətnamə qəbul edildikdən sonra elektron sistemə yerləşdirilmiş sənədə qətnamədə istinad edilməsi prosessual qaydalara uyğun hesab edilə bilməz.
47. Lakin kollegiya qeyd edir ki, hər bir prosessual pozuntu özlüyündə qətnamənin ləğvinə səbəb olmur. Bunun üçün yol verilmiş pozuntunun işin düzgün həllinə təsir etməsi və ya təsir etmək imkanına malik olması müəyyən edilməlidir. Hazırkı işdə isə belə nəticəyə gəlmək üçün əsas yoxdur.
48. Çünki hazırkı mübahisənin həlli üçün elektron qaimənin sistem tərəfindən avtomatik təsdiq edilməsi və ya cavabdehin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilməsi həlledici əhəmiyyət daşımır. Elektron qaimənin hansı üsulla təsdiqlənməsi malın faktiki verilibverilmədiyini və borcun mövcud olub-olmadığını müəyyən etmir. Burda əsas məsələ həmin elektron qaimələrin digər sübutlarla birlikdə tərəflər arasında baş vermiş alqı-satqı əməliyyatlarını təsdiq edib-etməməsidir.
49. Hazırkı işdə isə qaimələrin tərəflər arasındakı münasibətlərə aid olması yalnız onların təsdiq statusuna dair sonradan təqdim edilmiş məlumatlarla müəyyən edilmir. Bu hal müqavilələr, elektron qaimələrin özləri, bank hesablaşmaları, üzləşmə aktı, ödənişlərin təyinatında konkret müqavilə və qaimələrin göstərilməsi və digər iş materiallarının məcmusu ilə təsdiq olunur.
50. Yəni, elektron qaimələrin təsdiq statusuna dair sonradan yerləşdirilmiş sənədlər ümumiyyətlə nəzərə alınmasa belə, birinci instansiya məhkəməsinin borcun mövcudluğu barədə gəldiyi nəticəni təsdiq edən digər kifayət qədər sübutlar qalmaqdadır.
51. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamə qəbul edildikdən sonra sistemə yerləşdirilmiş sənədlərə istinad etməsi prosessual pozuntu olsa da, həmin pozuntu işin nəticəsinə təsir etməmiş və mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas yaratmamışdır.
52. Cavabdehin elektron qaimələrin malın təhvilini təsdiq etməməsi barədə dəlili də ayrıca deyil, işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Cavabdehin konkret qaimələrə istinad etməklə ödənişlər həyata keçirməsi və tərəflər arasında müqavilələrin faktiki icra olunması birinci instansiya məhkəməsinin nəticəsinin əsassız olduğu qənaətinə gəlməyə imkan vermir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulmuş malları təqdim etməsəydi, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyildir. Bu hal isə cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.
54. Cavabdehin üzləşmə aktının borcun etirafı kimi qiymətləndirilə bilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında ödənilməli olan pulun məbləğinin dəqiqləşdirilməsi ilə əlaqədar ##.##.2024-cü il tarixli üzləşmə aktı tərtib olunmuş, həmin üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilmişdir. Bununla da müqavilə üzrə ##.##.2023-cü il tarixə ödənilməyən borc məbləğinin 362.278,40 manat olması müəyyən edilmişdir.
55. Həmçinin qeyd olunmalıdır ki, üzləşmə aktı tərəflər arasında müəyyən tarixə mövcud olan qarşılıqlı hesablaşmaların nəticəsini əks etdirən sənəddir. Belə sənəd səlahiyyətli şəxslər tərəfindən imzalanmış, orada tərəflər arasındakı hesablaşmaların vəziyyəti və borcun məbləği konkret göstərilmiş və həmin məbləğə dair hər hansı qeyd-şərt və ya etiraz ifadə edilməmişdir. Bundan əlavə, həmin üzləşmə aktının mübahisələndirildiyi iş materialları ilə müəyyən olunmur.
56. Bu səbəbdən cavabdehin üzləşmə aktının borcun etirafı hesab edilə bilməməsi barədə dəlili qətnamənin ləğvi üçün əsas yaratmır.
57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Bu səbəbdən həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
58. Apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
59. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və cavabdeh tərəfindən qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları şikayət verən tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə İddiaçıan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.