Məhkəmə qərarları › İş №e-2-2(3-6)-757/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-757/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-757/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlundan (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, Ələkbərova İlhamə Tanrıverdi qızı və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh3, Ələkbərova İlhamə Tanrıverdi qızı və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - ***R********** saylı krеdit razılaşması üzrə 32440.14 manat məbləğində krеdit bоrcu, 3873.47 manat məbləğində faiz bоrcu və 1596.05 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 37909 (otuz yeddi min doqquz yüz doqquz) manat 66 (altımış altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 203.73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh cavabdeh1 qeyd edilən qətnamədən şikayət verərək, onun ləğv edilməsini, iddianın qismən təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ##### 2026-cı il tarixli qərardadı ilə cavabdeh1 tərəfindən ## ###### 2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e- *-*(***)-****/**** saylı qətnaməsindən ## ### 2026-cı il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi X2 ## ###### 2025-ci il tarixdə çatdırılmışdır. Lakin həmin qətnamədən apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə verilmişdir. Beləliklə də, qanunda nəzərdə tutulmuş 1 aylıq müddət də ötürülmüşdür. Cavabdeh cavabdeh1 qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə vermiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayətdə göstərilmiş tələbin dəqiq olmaması əsası ilə apellyasiya şikayətini geri qaytarılmışdır. Bundan sonra o, Bakı Apellyasiya Məhkəməsinin qərardadında göstərilən çatışmazlığı aradan qaldıraraq yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Məhkəmə isə apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş müddəti ötürməklə verilməsinə istinad edərək apellyasiya şikayətini geri qaytarmışdır. Hesab edir ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin verilməsi müddətin axımını kəsir və apellyasiya şikayətində olan qüsurların aradan qaldırılması onun təkrarən verilməsinə maneə deyil. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və şikayət onları verən şəxsə qaytarılır. Məcəllənin 363.1.3cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi X2 ## ###### 2025-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. cavabdeh1 ilk dəfə apellyasiya şikayəti ilə məhkəməyə ## ###### 2026-cı il tarixdə müraciət etsə də, həmin şikayət yuxarıda qeyd edildiyi kimi son nəticədə geri qaytarılmışdır. Hazırki apellyasiya şikayəti isə ## ### 2026-cı il tarixdə, yəni qanunla nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməklə verilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş və müddətin bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, prosessual hərəkətlər MPM ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir (MPM 128.1). Hazırki halda cavabdeh həmin müddəti ötürmüş, ötürülmüş müddətin bərpa edilməsi barədə məhkəməyə hər hansı müraciət etməmişdir. Daha əvvəl verilmiş apellyasiya şikayətinin geri qaytarılması müddətin axımının dayandırılması üçün əsas hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətinin qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə şikayəti geri qaytarmaqda doğru qənaətə gəlmişdir. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar