Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-762/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddia tələbi üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTI a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 10918 (on min doqquz yüz on səkkiz) manat 06 (altı) qəpik əsas borc, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 11418 (on bir min dörd yüz on səkkiz) manat 06 (altı) qəpik pul və ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
2. Cavabdeh ## ### 2026-cı il tarixində apellyasiya şikayəti və ərizə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmənin qətnaməsi rəsmi qaydada cavabdehin ünvanına göndərilməmişdir. Sonuncu ## ### 2026-cı il tarixdə ona məxsus ASAN imza ilə elektron məhkəmə sistemindən qeydiyyatdan keçməklə şəxsi kabinet vasitəsilə qeyd olunan qətnaməni rəsmi qaydada əldə etmişdir. Iddiaçı bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən şikayət vermə müddətinin buraxılması yuxarıda qeyd olunanlara əsasən üzrlü hesab olunaraq bərpa olunmalıdır.
4. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa olunması barədə ərizə təmin edilməmiş, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e- *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ## ##### 2026-cı il tarixdə cavabdehin nümayəndəsi, vəkil Vəkil “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti ən geci ## ### 2026-cı il tarixdə verilməli olduğu halda, apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə təqdim edilmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır.
6. Müddətin bərpası barədə ərizəyə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, qətnamə ## ##### 2026-cı il tarixdə cavabdehin iş üzrə səlahiyyətli nümayəndəsinin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Işdə iştirak edən şəxsin nümayəndəsinə məhkəmə sənədinin qanunla müəyyən olunmuş qaydada təqdim edilməsi həmin sənədin təmsil olunan şəxsə təqdim edilməsi kimi qiymətləndirilir. Bu səbəbdən cavabdehin qətnamə ilə sonradan tanış olması prosessual müddətin hesablanmasına təsir göstərmir.
7. Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilən prosessual müddətin bərpa olunması xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
ŞIKAYƏTIN VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
b) Şikayətin dəlilləri
9. Şikayətin dəlilləri müddətin bərpası barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir.
c) Şikayətə qarşı etirazın dəlilləri
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
11. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
TƏTBIQ EDILƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Iş materiallarından aydın olur ki, məhkəmənin ## #### 2026-cı il tarixli qətnaməsi ## ##### 2026-cı il tarixdə cavabdehin nümayəndəsi, vəkil Vəkil məxsus elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada çatdırılmışdır.
15. Lakin cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.
16. Göründüyü kimi cavabdeh qətnamədən şikayət verilməsi üçün qanunverciliklə nəzərdə tutulan 1 ay müddəti ötürmüşdür.
17. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işdə iştirak edən şəxsin nümayəndəsinə məhkəmə sənədinin qanunla müəyyən olunmuş qaydada təqdim edilməsi həmin sənədin təmsil olunan şəxsə təqdim edilməsi kimi qiymətləndirilir. Bu səbəbdən cavabdehin qətnamə ilə sonradan tanış olması prosessual müddətin hesablanmasına təsir göstərmir.
18. Müddətin bərpası barədə ərizəyə münasibətdə məhkəmə kollegiyası bildirir ki, şikayətçinin müddətin bərpa edilməsi üçün əsas kimi istinad etdiyi hallar şikayətin verilməsi müddətinin buraxılmasının üzrlü səbəbdən baş verməsinə dəlalət etmir və belə olan halda buraxılmış prosessual müddətin bərpası üçün əsaslar mövcud deyil.
19. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi və şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.