Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-774/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi) Hakimlər X1 sədrliyi və məruzəsi ilə, hakimlərdən ibarət tərkibdə, Məhkəmə iclasının katibi katibliyi ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Birinci instansiya məhkəməsindəki icraat:
1. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 müştərək qaydada 11.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, “X3” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun - iddiaçı2 mülkiyyətindədir. Belə ki, sözügedən avtomobili iddiaçı1 istifadəsində olmuşdur. Həmin avtomobil iddiaçı1 məxsus olsa da, avtomobil onun adına rəsmiləşdirilmişdir. Iddiaçı iddiaçı2 isə iddiaçı iddiaçı1, X2 və digərlərinə etibarnamə vermişdir. Həmin avtomobil ilə turistlərin Azərbaycan Respublikasında hava limanında qarşılanaraq, qonaqlama, gəzintiləri, hotellərə aparılması və sair xidmətlər aparır. Avtomobil sürücü X2 idarə etmiş və hər ay ona xidmət haqqı vermişdir. Bu xidmətləri aparmaq üçün şirkətlərlə aralarında razılaşmalar olmuş və onların qəbul etdiyi turistləri hava limanında qarşılayaraq onlara bələdçilik edilmişdir. Bu məqsədlə, cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında şifahi qaydada müqavilə bağlanmışdır. Müqaviləyə əsasən şirkətin qəbul etdiyi turisləri qəbul edərək, onlara yuxarıda qeyd etdiyi xidmətlər apararaq Respublikadan yola salmışlar. Bunun müqabilində cavabdeh tərəfindən onlara pullar ödənilmişdir. Həmin şirkətin əməkdaşı isə cavabdeh2 olmuşdur. O, həmişə cavabdeh2 ilə danışıqlar aparmış və ödənişlər onun tərəfindən göndərilmişdir. Lakin son vaxtlarda isə ümumilikdə 11000 manat məbləğində pul ona ödənilməmişdir. Belə ki, 2023-cü il oktyabr ayından 2024-cü il oktyabr aylarında Qəbələ və digər rayonlara xarici turistləri aparmışdır. Nəqliyyat xərcləri və bələdçi pulunu aşağıdakı kimi razılaşmışlar: 1. Bələdçi pulu – 70 manat
2. Transfer maşın – 30 manat 3. Transfer – 30 manat 4. Şəhər turu – 70 manat 5. Abşeron turu – 70 manat 6. Qobustan turu – 80 manat 7. Qəbələ turu – 170 manat maşının pulu 8. Şahdağ turu – 170 manat maşının pulu VIANO üçün: 9. ST 1389 – 830 manat 10. ST 1750 – 480 manat 11. ST 1876 – 780 manat 12. 1959 – 600 manat 13. ST 1512 – 850 manat Bələdçi üçün: 14. 30 iyun – 10 iyul Grand hotel ST 1477 – 1000 manat 15. ST 1389 – 830 manat 16. ST 1750 – 480 manat 17. ST 1876 – 780 manat 18. ST 811 – 500 mant 19. 1959 – 600 manat 20. ST 1512 – 850 manat 21. 24-##.##.2024-cü il tarixlərdə ST 1937 – 510 manat 22. ST 2106 – 450 manat Göründüyü kimi, onun 11000 manat xidmət haqqı ödənilməmiş qalmışdır. O, bu barədə cavabdeh MMC-yə müraciət etsə də, onlar pulunu cavabdeh2 verilməli və o da həmin pulu ona çatdırmalı idi. Fikrət isə MMC-nin ona pulu vermədiyini deyir. Hər ikisinin arasında gedən anlaşılmaz ifadələri onu məhkəməyə müraciət etməyinə məcbur etmişdir. Cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 müştərək qaydada 11.000 manat məbləğində pulun alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmalıdır.
3. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı iddiaçı2 ilə cavabdehlər arasında hər hansı bir mülki hüquq münasibətləri olmamışdır. Bu halı hətta iddiaçı iddiaçı1 da, məhkəmə iclasında bildirmişdir, onun tərəfindən isə iddianın qaldırılmasının səbəbini Mercedes Viano markalı ** NF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olması və bu səbəbdən onun da, iddiaçı olmalı olduğunu düşünməsi ilə izah etmişdir. Ona görə də, iddiaçı iddiaçı2 ilə cavabdehlər arasında hər hansı bir müqavilə hüquq münasibəti yaranmış olmadığından onun iddiası təmin edilə bilməz.
5. iddiaçı1 iddiasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı1 öz iddiasında istinad etdiyi vauçerləri təqdim etmədiyindən, bundan başqa da, cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin hər hansı bir sifarişi əsasında xidmətlərin göstərildiyini dolayı sübutlarla da belə sübuta yetirə bilmədiyindən, göstərmiş olduğu mübahisəli xidmətlərin nədən ibarət olmasını sübuta yetirə bilməmişdir.
6. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 442, 777.1, 783.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
7. Həmin qətnamədən iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbəbinin təmin olunması, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173,50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində iddiaçı iddiaçı1 ilə cavabdehlər arasında yazılı müqavilənin olmamasını əsas götürərək iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Iş materiallarından görünür ki, tərəflər arasında uzun müddət davam etmiş əməkdaşlıq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən turistlərin qarşılanması, müşayiəti, bələdçilik və nəqliyyat xidmətləri göstərilmiş, cavabdehlər isə həmin xidmətlərin nəticələrindən istifadə etmişlər. Məhkəmə xidmətlərin göstərilməsi faktını inkar etmədiyi halda, yalnız yazılı müqavilənin olmamasına istinad etməklə tərəflər arasında faktiki yaranmış müqavilə münasibətlərini nəzərə almamışdır. Bundan başqa, görünür ki, iddiaçı tərəfindən xidmətlər faktiki olaraq yerinə yetirilmiş, cavabdehlər isə həmin xidmətlərin nəticələrindən faydalanmışlar. Bu halda göstərilən xidmətlərin əvəzinin ödənilməməsi vicdanlılıq prinsipinə zidd olmaqla yanaşı, öhdəlik hüququnun mahiyyətinə də uyğun deyildir. Məhkəmə həmçinin Mülki Məcəllənin öhdəliklərin əmələ gəlməsini tənzimləyən normalarını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflərin faktiki davranışları, elektron yazışmaları, sifarişlərin qəbul olunması və xidmətlərin icrası onların arasında öhdəlik münasibətlərinin yaranmasını təsdiq edən hallar olduğu halda, məhkəmə həmin hallara lazımi hüquqi qiymət verməmişdir. Iş materiallarında olan WhatsApp yazışmaları, əvvəlki ödənişlərin həyata keçirilməsi, xidmətlərin davamlı şəkildə göstərilməsi tərəflərin həqiqi iradəsini və əməkdaşlıq münasibətlərini təsdiq etdiyi halda, məhkəmə bu sübutları müqavilə münasibətlərinin mövcudluğunu təsdiq edən hallar kimi qiymətləndirməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin maddələrini düzgün tətbiq etməmiş, nəticədə iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara birtərəfli yanaşmış, cavabdehin mövqeyini dəstəkləməyə üstünlük verərək, iddiaçı tərəfindən təqdim olunmuş digər mühüm sübutları lazımi səviyyədə qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə etiraz:
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Iddiaçılara və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.
11. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçıların və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti yalnız iddiaçı iddiaçı1 tərəfindən verildiyindən və şikayətin dəlilləri məhz onun iddia tələbinin rədd edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı həmin iddiaçıya aid hissədə yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyü isə Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə uyğun olaraq şikayətin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya baxışının predmetini dəqiqləşdirir. Qətnamədən yalnız iddiaçı1 apellyasiya şikayəti vermiş, iddiaçı2 iddia tələbinin rədd edilməsinə dair hissə isə ayrıca mübahisələndirilməmişdir. Buna görə həmin hissənin faktiki əsaslılığı hazırkı apellyasiya baxışının predmetinə daxil deyildir.
19. Bu səbəbdən məhkəmə kollegiyası hazırkı apellyasiya baxışında yalnız iddiaçı1 11.000 manat xidmət haqqının tutulması barədə tələbinin rədd edilməsinin qanuniliyini və əsaslılığını, apellyasiya şikayətinin dəlilləri və işdə olan sübutların məcmusu baxımından qiymətləndirir.
20. Iddiaçı iddiaçı1 apellyasiya şikayətində tərəflər arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin mövcud olması və xidmətlərin faktiki göstərilməsini müqavilənin bağlanmasını təsdiq edən hallar kimi qeyd etmişdir.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə görə müqavilə bütün mühüm şərtlər barəsində tələb olunan formada razılıq əldə edildikdə bağlanmış sayılır. Qanunda konkret münasibət üçün xüsusi yazılı forma tələb edilmədiyi halda, yazılı müqavilənin olmaması özlüyündə müqavilə münasibətinin mövcudluğunu istisna etmir; tərəflərin davranışı, yazışmaları və əvvəlki icraları belə münasibətin mövcudluğuna dəlalət edə bilər. Bununla belə, pul tələbinin təmin edilməsi üçün mübahisəli konkret sifarişlərin, xidmətlərin həcminin, razılaşdırılmış qiymətin və ödənilməmiş qalıq məbləğin kifayət qədər müəyyən və mötəbər sübutlarla təsdiqi tələb olunur.
22. Bu baxımdan, tərəflər arasında əvvəlki əməkdaşlığın və ümumən xidmət münasibətlərinin mövcudluğunun qəbul edilməsi belə, hazırkı iddiada göstərilən konkret xidmətlər üzrə məhz 11.000 manat borcun yarandığını avtomatik təsdiq etmir. Mübahisənin həlledici məsələsi iddiaçının istinad etdiyi konkret sifarişləri, həmin sifarişlər üzrə xidmətlərin icrasını, ödəniş şərtlərini və qalıq borcun hesablanmasını bir-biri ilə əlaqəli sübutlarla təsdiq edib-etməməsidir.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Hazırkı iş üzrə iddiaçı müxtəlif vauçer nömrələrinə və məbləğlərə istinad etsə də, həmin vauçerləri məhkəməyə təqdim etməmişdir. Buna görə hər bir məbləğin hansı sifarişə, hansı turist və xidmətə, hansı tarixə, hansı sifarişçiyə və hansı razılaşdırılmış xidmət haqqına aid olduğunu, habelə həmin məbləğin ödənilməmiş qalmasını ilkin sənədlərlə yoxlamaq mümkün olmamışdır. Iddia tələbində ayrı-ayrı xidmət və məbləğlərin sadalanması onların yaranmasını və qalıq borca daxil olmasını özlüyündə sübut etmir.
25. Iddiaçı həmçinin apellyasiya şikayətində WhatsApp yazışmalarına istinad etmiş və həmin yazışmaların tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiq etdiyini qeyd etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
27. Iş materiallarından görünür ki, iddiaçı1 ilə cavabdeh2 arasında WhatsApp yazışmaları mövcuddur. Həmin yazışmalar tərəflər arasında müəyyən işgüzar ünsiyyətin və pul məsələlərinin müzakirə olunduğunu göstərir və məhkəmə kollegiyası onların sübut əhəmiyyətini inkar etmir. Lakin yazışmaların məzmunundan iddiada göstərilən hər bir konkret sifarişi, həmin sifariş üzrə razılaşdırılmış haqqı və ödənilməmiş məbləği müəyyən etmək, eləcə də bu məbləğlərin cəminin 11.000 manat təşkil etdiyini yoxlamaq mümkün deyildir. Buna görə, hətta həmin yazışmalar tərəflər arasında əməkdaşlıq münasibətinin mövcudluğuna dəlalət etsə belə, digər təsdiqedici sübutlar olmadan hazırkı pul tələbinin məbləğini sübut etmək üçün kifayət etmir.
28. Apellyasiya şikayətində xidmətlərin faktiki göstərildiyi və cavabdehlərin həmin xidmətlərin nəticələrindən faydalandığı da bildirilmişdir. Lakin ümumən hər hansı xidmətlərin faktiki göstərilməsi ilə məhz cavabdeh1 MMC-nin sifarişi əsasında iddiada göstərilən konkret xidmətlərin göstərilməsi və onların haqqının ödənilməmiş qalması eyni faktlar deyildir. Iddiaçının ümumi izahatı konkret sifariş–icra–qiymət–ödəniş əlaqəsini müəyyən etməyə imkan vermir.
29. Beləliklə, iddiaçı ən azı mübahisəli xidmətlərin konkret sifarişini və sifarişçisini, xidmətlərin yerinə yetirilməsini, razılaşdırılmış haqqı və ödənilməmiş qalıq məbləği, habelə həmin qalıq məbləğin 11.000 manat olmasını qarşılıqlı əlaqəli sübutlarla təsdiq etməli idi. Bu halların ayrı-ayrılıqda ehtimal edilməsi deyil, onların eyni əməliyyatlar üzrə vahid və yoxlanıla bilən sübut zənciri yaratması tələb olunur. Iş materiallarında belə ardıcıl sübutlar məcmusu mövcud deyildir.
30. Iddiaçı öz tələbinin əsasını ST 1477, ST 1389, ST 1750, ST 1876, ST 811, 1959, ST 1512, ST 1937 və ST **** nömrəli vauçerlərlə əlaqələndirmişdir. Lakin həmin vauçerlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
31. Digər tərəfdən, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “X8” X4 əldə etdiyi məlumatlarda iddiaçının göstərdiyi nömrələr üzrə vauçerlər təsdiqlənməmişdir. Məhkəmə kollegiyası bu məlumatı həmin vauçerlərin ümumiyyətlə mövcud olmamasının mütləq sübutu kimi deyil, iddiaçının təqdim etmədiyi əsas sənədlərin digər iş materialları ilə də təsdiqini tapmaması kimi qiymətləndirir. Həlledici hal iddiaçının istinad etdiyi vauçerlərin özünü və ya onların məzmununu əvəz edən etibarlı sübutları təqdim etməməsidir.
32. Bundan əlavə, əvvəlki dövrlərdə ödənişlərin həyata keçirilməsi tərəflər arasında müəyyən əməkdaşlıq və xidmət münasibətlərinin mövcudluğunu göstərə bilər və bu baxımdan apellyasiya şikayətinin həmin dəlili tamamilə əhəmiyyətsiz deyildir. Bununla belə, əvvəlki ödənişlərin hansı sifariş və xidmətlərə aid olduğu, onların mübahisəli dövrdə göstərildiyi iddia edilən xidmətlərlə eynilik və ya davamlılıq əlaqəsi, eləcə də həmin ödənişlərdən sonra hansı konkret məbləğin qaldığı sübut edilmədiyindən, əvvəlki ödəniş faktı 11.000 manat borcun məbləğini müəyyən etmək üçün kifayət etmir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində yazılı müqavilənin olmamasına həddən artıq əhəmiyyət verildiyi barədə irad birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Iddianın rədd edilməsinin həlledici səbəbi müqavilənin yazılı formada olmaması deyil, mübahisəli konkret xidmətlərlə 11.000 manat qalıq borc arasında etibarlı və yoxlanıla bilən sübut əlaqəsinin qurulmamasıdır. Bu səbəbdən qətnamənin iddiaçı1 iddia tələbinə aid hissəsi nəticə etibarilə qanuni və əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.