Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-777/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X10 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(4-11)- ***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin ## ###### 2025-ci il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizə ilə Qaradağ rayon Polis idarəsi 10-cu Polis Şöbəsinə müraciət edərək Cavabdeh pulunu satıb vermək adı ilə ondan X7 Dubay şəhərindən gətirdiyi ümumi dəyəri 253.244 manat olan 57,500 kq limon, 4,640 kq portağal, 2,160 kq kivi, 2,200 kq mandalin və 650 kq kakos meyvə alıb sataraq etibarından sui-istifadə edib verməli olduğu 126,540 manat pulu vermədiyini bildirib Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir.
2. Material üzrə izahatı alınmış X3 vermiş olduğu vermiş olduğu izahatda İddiaçı izahatında göstərdiyi xüsusatları tam təsdiq edərək bildirmişdir ki, İddiaçı 2025-ci ilin yay aylarından sahibkar kimi tanımış və onunla normal münasibəti olmuşdur. 2025-ci ilin iyul ayında Xalid onun yanına gələrək X7 Dubay şəhərindən meyvə gətirə biləcəyini bildirib ondan həmin məhsulu alıb-ala bilməyəcəyini soruşmuşdur. Lakin həmin vaxt ona məhsul lazım olmadığından o, Xalidi sahibkar kimi tanıdığı Cavabdehla tanış etmişdir. Belə ki, o, Cavabdeh ofisinə dəvət etmiş və ofisində Xalidlə Elvini tanış edəndə onlar orada razılaşmışlar. Belə ki, Xalidlə Elvinin arasında olan şifahi razılıq əsasında Xalid qeyd olunan məhsulu Elvinə təhvil verəndən sonra Elvin məhsulu satdıqdan sonra onun pulunu verməli imiş. Lakin bir müddət sonra Xalid onun yanına gələrək Elvinə verdiyi məhsulun pulunu yəni 126540 manatını vermədiyini bildirmişdir. O, da Elvini ofisinə dəvət edəndə Elvin ona Xalidə borclu olduğu pulu # ######## 2025-ci il tarixdə verəcəyini bildirmişdir. Lakin ## ######## 2025-ci il tarixdə Cavabdeh İran İslam Respublikasına getmişdir.
3. Material üzrə izahatı alınmış X2 vermiş olduğu izahatda İddiaçı yazmış olduğu ərizə və izahatla tanış olduqdan sonra İddiaçı tamamilə doğru dediyini bildirmişdir. Belə ki, o, Xalidi 2025-ci ilin iyul ayından tanımış. Xalid onların Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Meyvəli ticarət mərkəzində yerləşən ofislərinə gələn zaman tanımışdır. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki, Xalid Cavabdehla razılaşaraq X7 Dubay şəhərindən meyvə gətirib onlara satacaqdır. Bundan sonra İddiaçı ayrı-ayrı vaxtlar onlara 3 yük avtomobili limon və s. meyvə satmışdır. Həmin məhsulların ümumi dəyəri 253,244 manat olmuş, Elvin pulun bir qismini İddiaçı ödəsə də, 118,540 manat borcu qalmışdır. Həmin vaxt Cavabdeh Bakı şəhərində olmadığından əvvəllər Cavabdehla meyvə alıb satan X4 borcu olduğu puldan 14000 manatını Xalidə ödəmişdir. Cavabdeh bu günə İddiaçı 104,540 manat borcu qalmışdır.
4. Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan pul ilə bağlı mübahisə cinayət xarakterli deyil, mülki xarakterli olduğundan, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
5. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, Cavabdehla tanışı Bəxtiyar vasitəsilə tanış olduqlarını, Cavabdeh ondan X8 meyvə gətiməsini xaiş etdiyini, özünün Cavabdehla Meyvəli ticarət mərkəzində görüşdüyünü, Cavabdeh ondan alacağı mallan 7-10 gün ərzində satıb pulunu verəcəyini bildirdiyini, özünün onunla razılaşdığını, ##.##.2025-ci il tarixdə Limon dolu avtomaşını ilk dəfə Lökbatan qəsəbəsi Meyvəli ticarət mərkəzində ona verdiyini, həmin malın pulunun 97.283 manat olduğunu, Elvinin həmin pulu yenmədiyini, sonradan ümumi dəyəri 100,757 manat olan 22,240 kq limon olan yük avtomobilini Meyvəli ticarət mərkəzində Cavabdeh verdiyini, həmin vaxtı Cavabdeh ona 11200 ABŞ dolları pul ödədiyini, sonuncu dəfə isə ümumi dəyəri 82,998 manat dəyərində olan 13,280 kiloqram limon, 4640 kiloqram portağal, 2160 kiloqram kivi, 2.200 kiloqram mandalin və 650 kiloqram kakos olan avtomobili ## ###### 2025-ci il tarixdə Meyvəli ticarət mərkəzində təhvil verdiyini, ümumilikdə 253,244 manat borc olduğunu bildirdiyini, həmin puldan müəyyən hissəsini verdiyini, qalan hissəsinin isə 126,540 manat borc qaldığını bildirmişdir.
6. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı şikayəti ilə tanış olduğunu, Xalid adlı şəxsdən qeyd olunan meyvələri aldığını, həmin meyvələri Meyvəli ticarət mərkəzində satışını etdiyini, həmin puldan müəyyən hissəsini ödədiyini, həmin puldan 126,540 manatının qaldığını, lakin bu pulun müqabilində İddiaçı portağal verdiyini, Xalidin həmin portağalı satdığını, özünün ona borcu qalmadığını bildirmişdir.
7. ##.##.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, göndərən - X1 Fruits LLC (Dubay, BƏƏ) tərəfindən “xxxx” MMC-nin ünvanına 15272,79 manat dəyərində 22450,00 kq portağal göndərilmişdir.
8. ##.##.2025-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, göndərən - X1 Fruits LLC (Dubay, BƏƏ) tərəfindən “xxxx” MMC-nin ünvanına 15145,95 manat dəyərində 22260,00 kq portağal göndərilmişdir.
9. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, +*** ** *** ** ** əlaqə nömrəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh Cavabdeh məxsus +*** ** *** ** ** əlaqə nömrəsi ilə iddiaçının “whatsapp” yazışmalarından görünür ki, tərəflər arasında pulun qaytarılması ilə bağlı söhbətləri olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 126.540 (yüz iyirmi altı min, beş yüz qırx) manat və dövlət rüsumu üçün ödənilmiş 416,54 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rəsmi olaraq 2018-ci ildən fiziki şəxs kimi sahibkarlıqla məşğul olur. O, Bakı şəhərində fəaliyyət göstərən şirkətlərin sifarişi əsasında xarici dövlətlərdən, adətən BƏƏ-nin Dubay şəhərindən meyvə-tərəvəz gətirir və sifariş verın şəxslər bunun müqabilində ona müəyyən məbləğlərdə ödəniş edirlər. 2025-ci ilin iyul ayında X3 tanışı Cavabdeh meyvə-tərəvəz lazım olduğunu bildirib onları tanış etmişdir. Həmin vaxt söhbət əsnasında Cavabdeh yükün Bakı şəhərində ona təhvil verildiyi vaxtdan 7-10 gün müddətində pulun ödəniləcəyini söz vermişdir. Pulun daha sonra ödənilməsinin səbəbi isə Cavabdeh iddiaçıdan aldığı mallarıda digər şəxslərə nisyə verməsi olmuşdur. İddiaçı cavabdeh ilə razılaşdıqdan sonra ilk dəfə ## #### 2025-ci il tarixdə gətirə biləcəyi meyvə-tərəvəzlərin şəkillərinin Cavabdeh istifadəsində olan ********** saylı möbil nömrənin Whatsapp tətbiqinə göndərməyə başlamışdır. Elvin şəkillərə baxıb ondan ümumi çəkisi 21,980 kiloqram olan 1400 qutu limon sifariş vermişdir. Cavabdehin sifarişinə uyğun olaraq iddiaçı tərəfindən ilk dəfə ##.##.2025-ci il tarixdə 21,980 kiloqram olan 1400 qutu limon Meyvəli topdan satış bazarında Cavabdeh təhvil verilmişdir. İddiaçı ikinci dəfə ##.##.2025-ci il tarixdə 22.240 kiloqram limonu Meyvəli topdan satış bazarında cavabdeh Cavabdeh təhvil vermişdir. İddiaçı sonuncu dəfə isə ##.##.2025-ci il tarixdə 13.280 kiloqram limonu, 4.640 kiloqram portağalı, 2.160 kiloqram kivini, 2.200 kiloqram mandalini və 650 kiloqram kakosu Meyvəli topdan satış bazarında cavabdeh Cavabdeh təhvil vermişdir. Həmin vaxtı, cavabdeh Cavabdeh iddiaçıya malların pulunu ## ###### 2025-ci il tarixdə verəcəyini bildirmişdir. Çünki, cavabdeh iddiaçıdan aldığı malları marketlərə nisyə verdiyini, onlardan ödənişləri aldıqdan sonra ## ###### 2025-ci il tarixdə iddiaçıya 126.540 manat ödəyəcəyini bildirmiş və tərəflər razılıq əldə etmişdirlər. İddiaçı cavabdehin pulu vermədiyini görüb onları tanış edən Bəxtiyarın yanına gedib iradını bildirmiş, Bəxtiyarda Elvini yanına çağırıb ondan pulu nə zaman verəcəyini soruşanda Cavabdeh Bəxtiyarın yanında bütün borcunu 0# ######## 2025-ci il tarixədək ödəyəcəyini bildirmiş, lakin heç bir ödəniş etməmişdir. Daha sonra, cavabdeh ödənişi etməkdən tamamilə imtina etmiş, cavabdehin işçisi olan Mirəlidən malların geri verilməsi tələb olunduqda isə malların satıldığını bildirmişdir. İddia ərizəsinə əlavə olunan Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, araşdırma üzrə izahatları alınmış X3 və X2 da iddiaçının qeyd etdiklərini təsdiq etmişdirlər. İddiaçı tərəfindən mübahisəni məhkəmədən kənar həll olunması üçün cavabdehə pretenziya qaydasında müraciət ünvanlanaraq 3 gün ərzində 126.540 manat pul vəsaitinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsi də elektron formada cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş dövlət rüsumu olan 416,54 manat da Bakı Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir.
8. Cavabdehin nümayəndəsi (vəkili) vəkil1 ## #### 2026-cı il tarixli məhkəmə iclasında ərizə verərək göstərmişdir ki, İddiaçı iddiasını əsassız olduğu üçün qəbul etmir. Belə ki, iddiaçı Cavabdeh 3 maşın portağal məhsulu satmaq üçün vermiş və nəticədə Cavabdeh İddiaçı 104.870 manat borcu olmuş və borcun müqabilində iddiaçıya iki maşın portağal məhsulu verilmişdir. Nəticədə iddiaçının Cavabdeh 104.628 manat borcu yaranmışdır. Beləliklə, bildirir ki, Cavabdeh iddiaçıya heç bir borcu yoxdur və iddia əsassızdır.
9. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 104870 (bir yüz dörd min səkkiz yüz yetmiş) manat borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 394,87 (üç yüz doxsan dörd manat 87 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 105.264,87 (bir yüz beş min iki yüz altmış dörd manat 87 qəpik) manat məbləğində pul vəsaiti tutulub iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehlə arasında yaranmış işgüzar münasibətlər çərçivəsində cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 253.244 manat olan meyvə məhsulları verdiyini, cavabdehin həmin məhsulların dəyərinin bir hissəsini ödəsə də, 126540 manat məbləğində borcunun qaldığını iddia etməklə hazırkı iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçıdan aldığı mallara görə müəyyən məbləğdə borcunun yarandığını dolayı şəkildə etiraf etmiş, lakin sonradan həmin borcun müqabilində iddiaçıya iki maşın portağal verdiyini və nəticə etibarilə iddiaçıya hər hansı borcunun qalmadığını bildirmişdir.
11. Hazırkı iş üzrə cavabdeh tərəf (onun nümayəndəsi-vəkili) həm məhkəməyə təqdim etdiyi ərizədə, həm də məhkəmə iclasındakı izahatlarında iddiaçı ilə aralarında ticarət münasibətlərinin mövcud olduğunu, cavabdehin iddiaçıdan meyvə məhsulları aldığını və həmin münasibətlər nəticəsində ən azı 104870 manat məbləğində borcun yarandığını faktiki olaraq etiraf etmiş, bununla belə həmin borcu sonradan natura formasında – iki maşın portağal verməklə qaytardığını bildirməklə iddiaya etiraz etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıya borcun müqabilində iki maşın portağal məhsulu verdiyini və nəticədə iddiaçıya borcunun qalmadığını bildirsə də, həmin halları təsdiq edən hər hansı mötəbər və kifayət qədər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin istinad etdiyi hallar yalnız onun izahatı ilə təsdiq olunur ki, bu da öz-özlüyündə həmin faktın sübuta yetirilmiş hesab olunması üçün kifayət etmir.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehla İddiaçı arasında meyvə-tərəvəz ticarəti olmuş və bu ticarət əlaqələri ancaq şifahi şəkildə aparılmış, heç bir yazıl sənəd olmamış, iddiaçıdan əldə etdiyi malın pullarını ona ödəmiş, borclu qaldığı malın əvəzində isə iddiaçı ondan iki maşın portağal məhsulu götürmüş, nəticədə iddiaçının ona 4248 manat borcu yaranmışdır. Məhkəmə qəbul etdiyi qətnamədə heç bir rəsmi sənədə əsaslanmamış, cavabdehin iddiaçıya iki maşın portağal məhsulu borcunun əvəzinə verməsi faktını araşdırmamış, tam əsassız olaraq həmin halı sübut kimi qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı BƏƏ-nin Dubay şəhərindən meyvə-tərəvəz gətirir və sifariş verən şəxslər bunun müqabilində ona müəyyən ödənişlər edirlər. Qarşı tərəf iddia edir ki, iki maşın portağal vasitəçiliklə onlara satılıb. Lakin hər hansı formada mal verilməsi sübut olunmur. Aldıqları bütün malların ödənişi tam şəkildə ödənilib. Aralarında pulun məhsul ilə əvəzləşdirilməsinə dair razılaşma olmamışdır.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...
Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. ...
Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. ... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. ...
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehlə arasında yaranmış işgüzar münasibətlər çərçivəsində cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 253.244 manat olan meyvə məhsulları verdiyini, cavabdehin həmin məhsulların dəyərinin bir hissəsini ödəsə də, 126540 manat məbləğində borcunun qaldığını iddia edir. Cavabdeh borcun yaranmasını deyil, sonradan həmin borcun iddiaçıya iki avtomobil portağal verilməsi yolu ilə icra edildiyini bildirərək iddiaya etiraz etmişdir.
25. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Nəticədə 253244 manat puldan 126540 manat məbləğində pul ödənilməmişdir. Cavabdeh qalıq məbləğin 104870 manat məbləğində borcun yarandığını faktiki olaraq etiraf etmişdir.
26. Lakin cavabdeh hazırda həmin borcun əvəzləşdirildiyini iddia edir. Bu baxımdan mübahisənin həlli üçün əsas məsələ cavabdehin istinad etdiyi iki avtomobil portağalın iddiaçıya borcun əvəzi kimi verilməsi halının sübuta yetirilib-yetirilməməsidir. MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən, həmin hal iddiaya etirazın əsası olduğundan onun sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür.
27. Kollegiya hazırda hesab edir ki, sübutetmə yükü həmin hala istinad edən tərəfin üzərinə düşsə də, cavabdeh həmin halları sübuta yetirməmişdir.
28. Apellyasiya şikayətində də əsasən həmin halın baş verdiyi təkrar irəli sürülmüş, lakin bu nəticəyə gəlməyə imkan verən əlavə mötəbər sübut göstərilməmişdir.
29. Eyni zamanda, iş materiallarında olan gömrük bəyannamələri müəyyən miqdarda portağalın ölkəyə gətirildiyini təsdiq etsə də, həmin malların məhz iddiaçıya, tərəflər arasındakı borcun əvəzi kimi təhvil verildiyini təsdiq etmir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
32. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayət verən cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.