Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-780/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: sudan istifadə, əsassız varlanma, pul tələbi) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X7 və X9 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi İsayev Rauf Məhəmməd oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə (“xxxx” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilmişdir) cavabdeh arasında ##.##.2021-ci il tarixli və ##.##.2026-cı il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, cavabdeh su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasını həyata keçirməyi, iddiaçının Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən ***-*** saylı telefon qovşağına ##.##.2025-ci il tarixdə baxış keçirilərkən sayğacdan kənar d=32 mm xətt aşkarlanmış, ##.##.2025-ci il tarixli ****** nömrəli akt tərtib edilmiş, abonent haqqında məlumata 12384 manat borc daxil edilmiş, həmin borc iddiaçı tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra İddiaçı MMC) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ## #### 2025-ci il tаrixində iddiaçının * saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus EATS-594/595 barəsində tərtib edilmiş qanunsuz və əsassız aktın ləğv edilməsi, əsassız hesablanmış və şəxsi hesabdan tutulmuş 12384 manat məbləğində vəsaitin geri qaytarılması və ödənilmiş 127,15 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin iyul tarixində iddiaçının * saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən EATS 594/595 inzibati binasına xidmət edən su sayğacında yaranan qüsurun aradan qaldırılması üçün cavabdehin Yasamal Rayon Sukanal İdarəsinə müraciət edilmişdir. Müraciətə əsasən cavabdehin əməkdaşları tərəfindən ## #### 2025-ci il tаrixdə * saylı RXM-ə məxsus 594/595 ATS-ə baxış keçirilmiş və su sayğacı sökülərək müayinə olunması üçün mərkəzi laboratoriyaya aparılmışdır. Bundan əlavə, cavabdehin əməkdaşları tərəfindən binanın su xəttinə baxış keçirilən zaman sayğacın yerləşdiyi texniki otaqda sayğacdan kənar su xəttinin mövcud olması və sudan qeyri-qanuni istifadə edilməsi barədə ****** nömrəli bundan sonra akt tərtib edilmişdir. RXM-in əməkdaşları tərəfindən cavabdehin işçilərinə qeyd olunan su borusunun onlara aid olmadığı (və ya kimə aid olduğu barədə məlumatsız olduqları) bildirilsə də, onlar bu məsələni hər hansı formada (mənbəyini və yekun mənsəbini) araşdırmadan “d=82 mm boru üzərindən çıxan d=32 mm boru xətti” məzmunu ilə aktlaşma apararaq 12384 manat məbləğində borc hesablamışlar. İddiaçı dövlət müəssisəsidir, onun istər baş idarəsi, istərsə də yerlərdə fəaliyyət göstərən struktur bölmələrinin qanuni xətti və müvafiq sayğacı mövcuddur. Göstərilən su borusu və su xətti isə böyük ehtimalla uzun illər əvvəl binanın ərazisi daxilindən keçmiş xətdir. O cümlədən su sayğacında yaranmış qüsurun həlli istiqamətində Yasamal Rayon Sukanal İdarəsinə müraciət etməmişdən öncə texniki otaqda olan sayğacdan kənar d=100 mm borunun iddiaçı ilə əlaqəsi olsa idi, həmin borunun sökülməsi təmin edilərdi. Odur ki əsassız tərtib olunan aktda göstərilən boru xəttinin kimə məxsus olması Yasamal Rayon Sukanal İdarəsinin mütəxəssisləri ilə birlikdə yerində texniki sənəd əsasında araşdırma aparılaraq təyin edilməli idi. Cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ##.##.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin ##.##.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Qeyd olunan və istismar müddətini başa vurmuş (paslanmış) d=100 mm su borusu uzun illər öncə çəkilmiş və Sukanal İdarəsi tərəfindən EATS-594/595 yeni su xətti ilə təmin olunduqdan sonra həmin boru sökülməmiş və ya həmin xəttin iddiaçıya aidiyyəti yoxdur. Sözügedən borun iddiaçı tərəfindən sökülərsə, həm X6 əmlakına ziyan vurular, həm də texniki təhlükəsizlik baxımından (axan suyun zirzəmiyə dolması nəticəsində) EATS avadanlıqlarını təhlükə altında qoymuş olar. Qeyd edilənlərə əsasən, iddiaçıya qarşı tərtib edilmiş aktın ləğv edilməsi və əsassız hesablanmış 12384 manat məbləğində borcun silinməsi üçün cavabdehə ##.##.2025-ci il tarixdə məktubla xəbərdarlıq göndərilmişdir. Lakin əsassız borcun silinməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və əksinə haqlı olduqları bildirilmişdir.
8. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə istinad edilmişdir.
9. Bakı Kommesiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə iddia tələbinin “## #### 2025-ci il tаrixində iddiaçının * saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus EATS594/595 barəsində tərtib edilmiş qanunsuz və əsassız aktın ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddianın təmin edilməsi, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 12384 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127,15 manat məbləğində pulun cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından və iddiaçı tərəfindən əsassız hesablanmış borc ödənildiyindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 12384 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməlidir.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Maddəyə əsasən istehlakçıya göndərilmiş (təqdim edilmiş) hesab üzrə ödənişlər həmin hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam həyata keçirilməlidir. Həmin müddət gecikdirildikdə, müqavilədə nəzərdə tutulduğu hallarda istehlakçı əsas borc məbləği ilə yanaşı, müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulunu (cərimə, penya) da ödəməlidir. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdi. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 439. Pul öhdəliklərinin icrası ... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ...
Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə 5 . Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri ...
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri ... Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Maddə 34. Kanalizasiya müəssisələrinin əsas vəzifələri ...
3. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli Qərarı ... 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. ...
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
Madddə 2. Qanunun tətbiq dairəsi .... 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
M a d d ə 3. Yoxlamaların qanuniliyi ... 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
M a d d ə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Azərbaycan Respublikası Prezidentinin ## ###### 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə ... 1.4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. ... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. ...
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında ##.##.2021-ci il tarixli və ##.##.2026-cı il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, cavabdeh su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılmasını həyata keçirməyi, iddiaçının Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür.
24. İddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən ***-*** saylı telefon qovşağına ##.##.2025-ci il tarixdə baxış keçirilərkən sayğacdan kənar su xəttinin mövcudluğu müəyyən edilərək ****** nömrəli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçının şəxsi hesabına 12.384 manat borc hesablanmışdır. Həmin məbləğ sonradan iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı borcun qanunsuz hesablandığını bildirərək, ödənilmiş məbləğin geri qaytarılmasını tələb edir.
25. Cavabdeh apellyasiya şikayətində “Sudan istifadə Qaydaları”nın 4.1.2, 4.1.3, 7.1 və 7.14-cü bəndlərinə, habelə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə istinad edərək istehlakçının müqavilə şərtlərinə əməl etmək və təqdim edilmiş hesabı ödəmək vəzifəsinin olduğunu göstərmişdir.
26. Kollegiya qeyd edir ki, həmin normalar istehlakçının qanunvericiliyə və müqaviləyə uyğun olaraq yaranmış ödəniş öhdəliyini müəyyən edir və 12.384 manat məbləğində borcun yaranmasının qanuniliyini təsdiq etmir. Hazırkı mübahisədə müəyyən edilməli əsas məsələ təqdim edilmiş hesabın ödənilib-ödənilməməsi deyil, həmin hesablamanın hüquqi əsasının mövcud olub-olmamasıdır.
27. “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, sayğacdan kənar su təchizatı sisteminə qanunsuz qoşulma müəyyən edildikdə müvafiq yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, cavabdeh tərəfindən aparılmış baxış (yoxlama) vahid məlumat reyestrində qeydə alınmamışdır.
28. “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
29. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus obyektə baxış nəticəsində müəyyən olunan hallara əsaslanmaqla borc məbləği hesablanmış, lakin yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən vahid məlumat reyestrində qeydə alınmadan aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur.
30. Cavabdeh tərəf nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə aparılan yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə sübut təqdim etməmişdir.
31. Bundan başqa, cavabdehin iddiaçının sahibkarlıq subyekti olmaması barədə dəlili də nəticəni dəyişmir. Tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə münasibətlərinin mövcudluğu iş materialları ilə müəyyən edilmiş, cavabdehin nümayəndəsi isə yoxlamanın reyestrdə qeydə alınmadığını özü də təsdiq etmişdir.
32. Belə olduqda məhkəmə haqlı olaraq qanunsuz yoxlamanın nəticəsi olaraq ödənilmiş 12.384 manat pulun cavabdehdən tutaraq iddiaçıya ödənilməsini qət etmişdir.
33. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının hesablanmış məbləği ödəməsi həmin borcun hüquqi əsasını birbaşa təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 439.4, 1091 və 1092.1-ci maddələrinin mənasına görə hüquqi əsas olmadan ödənilmiş pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
34. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər formal mülahizələrə söykənməklə qanuni və əsaslı qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
37. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayət verən cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.