Məhkəmə qərarları › İş №e-2-2(3-6)-783/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-783/2026

28.07.2026 · Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Xususi icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-783/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası Ərizəçi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: vergi borcu, vergi ödəyicisi barəsində məcburiyyət tədbiri, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, maraqlı şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi Işin halları

1. Hüquqi şəxs haqqında məlumata əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur. 2.Elektron məhkəmə informasiya sistemindən əldə edilən fiziki şəxsin vergi məlumatlarına əsasən Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.

3. ##.##.2026-cı il tarixli, 26953063601, 26953061898 və *********** nömrəli bildirişlərə əsasən, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən icbari tibbi sığorta haqqı üzrə 5 722,46 manat, işsizlikdən sığorta haqqı üzrə 1 502,02 manat və muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 34 530,38 manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. 4.“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2026-cı il tarixə qalıq borcu 13 689,36 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat 5.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan 17 600,99 manat, Işsizlikdən Sığorta Fonduna olan 801,62 manat, Icbari Tibbi Sığorta Fonduna olan 3 159,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 17 600,99 manat, Işsizlikdən Sığorta Fonduna olan 801,62 manat, Icbari Tibbi Sığorta Fonduna olan 3 159,52 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə ərizə təmin edilərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 8.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq, borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd edilən müddət ərzində borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borcun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.

9. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları tam və hərtərəfli araşdırmamış, sübutları düzgün qiymətləndirməmişdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizədə belə məhdudlaşdırmaya əsas verən hallar kifayət qədər əsaslandırılmamış, maraqlı şəxsin hüquqi şəxsin rəhbəri kimi dövlət reyestrində qeydiyyatda olmasına baxmayaraq, faktiki rəhbərlik funksiyalarını həyata keçirmədiyi, əmək haqqı almadığı, əmək münasibətlərinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu nəzərə alınmamışdır. Həmçinin, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliklə nəzərdə tutulmuş icra tədbirlərini (könüllü icra üçün bildirişin təqdim edilməsi, icranın mümkünsüzlüyü səbəblərinin araşdırılması və s.) həyata keçirməmiş, maraqlı şəxsin borcun yaranması və ödənilməməsində təqsiri, habelə borcun ödənilməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti sübutlarla təsdiq edilməmişdir. Buna baxmayaraq, məhkəmə həmin halları sübuta yetirilmiş hesab edərək qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. 13.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

15. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

16. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 21.Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Işin müəyyən edilən hallarına əsasən, vergi ödəyicisi olan fiziki şəxs X1 eyni zamanda “xxxx” MMC-nin rəhbəridir. Vergi ödəyicisi kimi vergiləri ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün “xxxx” MMC-nin müvafiq fondlara borcu yaranmışdır. 23.Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcun ödənilməməsinə görə tətbiq edilə biləcək məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. 24.Qanunvericiliyə əsasən vergilərin, müvafiq Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsi vergi ödəyicisinin vəzifəsidir və həmin ödənişlər yerinə yetirilmədiyi təqdirdə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur. 25.Maraqlı şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Belə ki, onun hüquqi şəxsin yalnız formal rəhbəri olduğu, faktiki rəhbərlik funksiyalarını həyata keçirmədiyi, əmək münasibətlərinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu nəzərə alınmamışdır. Həmçinin, ərizəçinin məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirləri həyata keçirmədiyi, maraqlı şəxsin borcun ödənilməməsində rolunun və müvafiq səlahiyyətlərinin sübutlarla təsdiq olunmadığı halda məhkəmənin əsassız nəticəyə gəldiyi göstərilmişdir. 26.Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, bu kateqoriyadan olan işlər üzrə məhkəmə araşdırmasının predmetini vergi ödəyicisinin qanuni əsaslarla yaranmış və icra edilməmiş vergi borcunun mövcudluğu, habelə həmin borcun ödənilməməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş tədbirin tətbiqi üçün əsasların olub-olmaması təşkil edir. Bu icraat çərçivəsində hüquqi şəxsin təsərrüfat fəaliyyətinin idarə edilməsi, rəhbərin daxili münasibətlər üzrə faktiki fəaliyyəti və ya əmək münasibətlərindən irəli gələn mübahisələr araşdırmanın predmeti deyildir.

27. Iş materiallarından müəyyən olunur ki, X1 “xxxx” MMC-nin qanuni təmsilçisi və rəhbəri kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqi şəxsin rəhbərinin statusu onun dövlət qeydiyyatındakı hüquqi vəziyyəti ilə müəyyən edilir və həmin statusa bağlı qanunla nəzərdə tutulmuş vəzifə və məsuliyyətlər faktiki idarəetmənin kim tərəfindən həyata keçirilməsindən asılı deyildir. Bu baxımdan, maraqlı şəxsin hüquqi şəxsin fəaliyyətində faktiki iştirak etməməsi, rəhbərlik funksiyalarını yerinə yetirməməsi və ya əmək münasibətlərinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsinin mövcudluğu vergi borcunun mövcudluğu və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinin həllində özüözlüyündə

28. hüquqi əhəmiyyət kəsb edən hal kimi qiymətləndirilə bilməz.

29. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, vergi ödəyicisinə vergi borcunun mövcudluğu, həmin borcun könüllü qaydada ödənilməsi zərurəti və ödənilmədiyi halda tətbiq edilə biləcək hüquqi nəticələr barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq, yaranmış borcun ödənilməsi təmin edilməmişdir. 30.Maraqlı şəxs tərəfindən vergi borcunun mövcudluğunu təkzib edən, borcun ödənildiyini təsdiq edən və ya vergi orqanının hesablamalarının qanunsuz olduğunu göstərən mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətində göstərilən hallar isə əsasən hüquqi şəxsin daxili idarəetmə münasibətləri ilə bağlı olmaqla, vergi borcunun ödənilməməsi faktını aradan qaldırmır. 31.Kollegiya hesab edir ki, vergi borcunun mövcudluğu, borcun könüllü qaydada ödənilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanların yaradılması və həmin öhdəliyin yerinə yetirilməməsi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsasların mövcudluğunu təsdiq edir. 32.Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. 33.Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar