Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-786/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏ (Açar sözlər: vergi borcu, vergi ödəyicisi barəsində məcburiyyət tədbiri, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Elşən Uğur oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ##.##.1985-ci il tarixində Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır, rəhbəri Maraqlı şəxsdur.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsə ünvanlanmış ##.##.2026-cı il tarixli 2650020315683200, ##.##.2026-cı il tarixli 2650020316593900, ##.##.2026-cı il tarixli 2650020316311500 72854,53 manat nömrəli bildirişlərə əsasən borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin müvafiq fondlara ##.##.2026-cı il tarixinə ödənilməmiş borcu vardır.
Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 42808,99 manat, İşsizlikdən sığorta fonduna olan 1668,19 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1637,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - ## ##### 1985-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKI, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2026-cı il tarixə vergi ödəyicisi olan 'AZAI TECH" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1637,15 manat, İşsizlikdən sığorta fonduna 1668,19 manat, Dövlət Sosial Müdafiə Fonduna 42808,99 manat olmaqla, ümumilikdə 46114,33 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixli 2650020315683200, ##.##.2026-cı il tarixli 2650020316593900, ##.##.2026-cı il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.
7. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi ilə (Günay Namazova) ərizənin təmin edilməsi, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 42808,99 manat, İşsizlikdən sığorta fonduna olan 1668,19 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1637,15 manat məbləğində borcun ödənilməsini təmin etmək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (##.##.1985-ci il tarixində Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumunun maraqlı şəxs Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxs tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borclu hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
9. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini, həmçinin apellyasiya şikayətinə baxılanadək, qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizədə və həmin ərizəni təmin etmiş Bakı Kommersiya Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədə qeyd olunur ki, güya Maraqlı şəxs dövlət büdcəsinə vergi borcu vardır. Məhkəmə qətnaməsində vergi borcunun nə qədər təşkil etməsi göstərilməmiş ancaq Vergi orqanı tərəfindən Maraqlı şəxs Göndərilmiş bildirişə istinad etmişdir.Bildiririk ki, məhkəmə ümumiyyətlə NurlanAslanovun vergi borcunun olub-olmamasını araşdırmamış, vergi borcu olduğu təqdirdə nə qədər borcu olduğunu müəyyənləşdirməmiş, qətnaməsində əsaslandırmamış, müəyyən erməmişdir ki, Maraqlı şəxs nə qədər borcu var. Sadəcə Vergi orqanı tərəfindən təqdim edilmiş Nurlan Asalnova göndərilmiş bildirişə istinad edir. Lakin məhkəmə ən azından qətmaməsində istinad etməli idi ki, şəxsi vərəqədən və ya başqa sübutlarla həqiqətən Maraqlı şəxsb vergi borcunun olub olmamsını müəyyən etməli idi. Hazırki halda isə sadəcə bildirişə istinad edir. Bildirişdə İsə Maraqlı şəxs vergi borcunun 5 gün ərzində ödənilməsi qeyd edilmişdir. işə baxılarkən şikayətçinin məhkəmə iclasında iştirak hüququ təmin edilməmişdir. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyətli hüquqi nəticələr doğuran məsələyə baxılmasına baxmayaraq, Maraqlı şəxs öz mövqeyini bildirmək, etirazlarını təqdim etmək və sübutlar vermək üçün real imkan yaradılmamışdır. Bununla da tərəflərin bərabərliyi, çəkişmə və ədalətli məhkəmə araşdırması prinsipləri pozulmuşdur. Bundan əlavə, məhkəmə ərizəçinin istinad etdiyi borcun həqiqətən mövcud olub-olmamasını, onun məbləğinin düzgün hesablanmasını və hüquqi şəxs tərəfindən mübahisələndirilibmübahisələndirilməməsini tam və hərtərəfli araşdırmamışdır. Qətnamədən görünür ki, məhkəmə yalnız ərizəçinin təqdim etdiyi məlumatlara istinad etmiş, borcun yaranmasının əsaslarını, onun təsdiqedici sənədlərini və borcun faktiki vəziyyətini araşdırmadan nəticəyə gəlmişdir. Halbuki məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları tam, obyektiv və hərtərəfli araşdırmalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
14. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ... Maddə 77. Vergi öhdəliyi ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. ...
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. ...
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin müəyyən edilən hallarına əsasən vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Rəhbəri Maraqlı şəxsdur.
22. Vergi ödəyicisi kimi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır.
23. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcun ödənilməməsinə görə tətbiq edilə biləcək məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir.
24. Qanunvericiliyə əsasən vergilərin, müvafiq Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və digər məcburi ödənişlərin ödənilməsi vergi ödəyicisinin vəzifəsidir və həmin ödənişlər yerinə yetirilmədiyi təqdirdə vergi ödəyicisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur (Vergi Məcəlləsi, maddələr 16, 23).
25. Maraqlı şəxsin apellyasiya şikayətinə münasibətdə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılarkən məhkəmə tərəfindən araşdırılan əsas məsələ - vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və ödənilməmiş borcunun mövcud olub-olmamasıdır. Bu icraat çərçivəsində borcun hesablanmasının düzgünlüyü, vergi bəyannamələrində mümkün texniki və ya metodiki səhvlərin olub-olmaması, eləcə də gələcəkdə aparılan yenidən hesablamanın nəticələri araşdırılmır.
26. Məhkəmə kollegiyası vurğulayır ki, bu borc vergi orqanının yoxlama nəticəsində analoji hesablama yolu ilə özünün hesabladığı borc yox, məhz maraqlı şəxsin təmsil etdiyi hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcudur. Bu baxımdan, maraqlı şəxsin həmin borcu qətiləşmiş borc hesab etməməsi subyektiv mülahizə kimi qiymətləndirilməlidir.
27. İş materiallarından göründüyü kimi məhdudlaşdırma tətbiq edilən tarixdə vergi ödəyicisinin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu mövcud olmuş və bu borc səlahiyyətli orqanın uçot məlumatlarında əks etdirilmişdir. Hüquqi şəxsin dəqiqləşdirilmiş vergi bəyannamələri verməsi, onlar əsasında borcun sonradan yenidən hesablanması və və ya dəyişdirilməsi ehtimalı hazırda mövcud olan borc faktını aradan qaldırmır və tətbiq edilmiş məhdudlaşdırmanın qanunsuz hesab edilməsi üçün əsas təşkil etmir. Bu səbəbdən apellyasiya şikayətində göstərilən arqumentlər əsaslı hesab edilə bilməz.
28. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, borcun mövcudluğu və məbləği iş materialları ilə təsdiq olunduğundan, maraqlı şəxs Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan və qanunvericilikdə nəzərdə tutulmuş tədbirin tətbiqi üçün zəruri şərtlər mövcud olduğundan, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
29. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu maraqlı şəxsin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.